Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (12 fevral 1911, Bakı – 14 may 1985, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1978).
Bəhram Mansurov | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Uşaqları | |
Atası | Məşədi Süleyman bəy Mansurov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | |
Fəaliyyət illəri | 1929–1985 |
Janrlar | |
Musiqi aləti | tar |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olmuşdur. Qədim İçərişəhərdə yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evdə Bəhram Mansurovun musiqişünas babası Məşədi Məlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqiçilər bu məclisə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuşlar. Balaca Bəhramın yaşadığı bu evdə cürbəcür xalq çalğı alətləri var idi. Böyüklər evdə olmayanda o,tarlardan birini götürüb kökdən salana kimi çalırdı. Bahramın babası Məşədi Məlik muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri olmuşdur. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınır. Bəhram Mansurovun əmisi Mirzə Mansur isə uzun müddət konservatoriyada çalışmışdır. Bahramın atası Məşədi Süleyman bəy tarda ifa edir və muğamın bütün incəliklərini bilirdi.
Bahram Mansurov ilk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində almışdır. Azərbaycan sovetləşdikdən sonra, 1921-ci ildə 10 yaşlı Bəhram böyük qardaşı Ağa Məliklə 10№-li birinci dərəcəli məktəbə qəbul olunurlar. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra o, bir müddət xeyli təhsil ocaqlarını dəyişməli olur. Buna səbəb Bəhramın ailəsinin yarım il şəhərdə, yarım il isə bağ evində yaşaması idi. Bəhram 1927-ci ildə Mehdi bəy Hacınskinin direktoru olduğu 33 №-li məktəbdə təhsilini davam etdirir. Burda o, Abdulla Qarayevin yaratdığı ansamblla birlikdə həmin məktəbin böyük zalında məşq edirdi. Bəhramın oxuduğu son təhsil ocağı Pedaqoji texnikum olmuşdur. Bəhramı artıq 19 yaşında Müslüm Maqomayev ilk notlu xalq çalğı alətləri orkestrinə, sonradan solist-tarzən kimi dəvət edir. Bəhram operada Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi müğənni-xanəndələrlə birgə işləyir. Bəhram Mansurov Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Zeynəb Xanlarova və digər sənətkarlarla çiyin-çiyinə çalışmışdır. 1978-1983-cü illərdə onun ifasında bütün Azərbaycan muğamları UNESCO xətti ilə valla və CD-lərə yazılaraq bütün dünyaya yayılmışdır. Dünya Beynəlxalq Muğam Simpoziumlarında Azərbaycanı məhz Bəhram Mansurov təmsil etmişdir. O 1978-ci ildə Xalq artisti kimi fəxri ada layiq görülmüşdür.
Yaradıcılığı
Müharibəyə qədərki dövr
Bəhram məktəb konsertlərində tez-tez çıxış edirdi. O, hələ 12–13 yaşı olarkən ifaçılıq baxımından mürəkkəb hesab olunan "Rast", "Çahargah", "Bayatı-Şiraz", "Qatar" kimi muğamları solo ifa edirdi.
1929–30-cu illərdə Zülfüqar Hacıbəyov və ilk olaraq Azkonsert Birliyi yaradırlar və Bəhramı onun nəzdində olan orkestrə dəvət edirlər. Orkestrin tərkibində görkəmli musiqiçilərdən Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Hüseynağa Hacıbababəyov, Qurban Pirimov və başqaları çıxış edirdilər. Orkestrdə uzun müddət işləyən Bəhram təşviqat qrupunun tərkibində Azərbaycanın rayonlarında, eləcə də Sovet İttifaqının bir neçə respublikalarında konsertlərdə çıxış etdi.
1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə xalq musiqi alətlərinin ilk notlu orkestri yaradıldıqdan sonra 20 yaşlı Bəhram Müslüm Maqomayev tərəfindən bu kollektivə dəvət olundu. Bir müddət keçdikdən sonra Maqomayevin təklifi ilə Bəhramı Radio Komitəsində birinci dərəcəli tar ifaçısı kimi işə götürdülər. Burada o həm solist, həm də müşayiətçi kimi çıxış edirdi. Bəhramın üçlüyü kamançaçı Qılman Salahov və qavalçalan Xalıq Babayevdən ibarət idi. Bu üçlük "Rote-Fane" (hazırkı Nizami parkı) parkında, Müdafiə evində, (hazırkı Filarmoniya) və bir çox sənaye müəssisələrində tez-tez təşkil olunan açıq konsertlərdə çıxır edirdi. Bəzən bu konsertlər radioda ilə efirə verilirdi.
Opera və Balet teatrında fəaliyyəti
Bəhram Mansurov yaradıcılığının böyük bir hissəsi Opera və Balet teatrı ilə bağlıdır. 1922-ci ildə Leyli və Məcnun operasında Sona Hacıyeva və Hüseynqulu Sarabskinin oyunundan və Qurban Pirimovun tarının səsindən təsirlənən Bəhramda həmin teatrda işləmə həvəsi yaranmışdı. 1932-ci ildə Opera və Balet Teatrının bədii rəhbəri və dirijoru bəstəkar Müslüm Maqomayev onu bu teatra solist-müşayiətçi vəzifəsinə dəvət edir. Məşhur Hüseynqulu Sarabskini Məcnun rolunda artıq Bəhram müşayiət etməyə başlamışdır.
Bəhram Mansurov 54 il – ömrünün sonuna kimi muğam operalarını müşayiət edirdi. O, "Leyli və Məcnun" operasında muğam hissələrini Üzeyir Hacıbəyovun ciddi nəzarəti altında ifa olunurdu.
1934–35-ci illərdə Bakıdakı Azərbaycan Hərbi Diviziyasının siyasi şöbəsinin rəisi Məmmədəli Əliyev Bəhram Mansurova hərbi özfəaliyyət ansamblına rəhbərlik etməyi təklif edir. O, 1936-cı ildə Tbilisidə keçiriləcək hərbi orkestrlərin Zaqafqaziya musiqi olimpiyadasında işritak etmək üçün kollektivi hazırlamağa başlayır. Bəhramın rəhbərlik etdiri ansambl Gürcüstanın paytaxtında uğurla çıxış edərək fəxri fərmanlarla Azərbaycana qayıdır. Bu uğuruna görə Bəhram Mansurova Azərbaycan diviziyasının rəhbərliyi tərəfindən təşəkkür elan edilir.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündəki konsertlərin birində Bəhram Mansurov "Mahur-hindi" muğamını solo, digər konsertdə isə "Əraq" muğamını ifa edən Əlövsət Sadıqovu üçlüyün tərkibində müşayiət etdi.
Bəhram Mansurov müharibəyə qədərki konsert fəaliyyətini uğurla keçirdi. Belə ki, 1939-cu il noyabrın 17-də qəzetlərdə yazılmışdı ki, Bülbülün rəhbərliyi ilə mədəniyyət xadimləri Samur-Dəvəçi kanalının inşaatçıları qarşısında çıxış etmişdilər. Burada 3 gün ərzində artistlər 15 min kolxozçu və inşaatçılar qarşısında 30-dan çox konsert vermişdilər.
Müharibə illərində
1941-ci ildə Moskvada estrada artistlərinin festivalı keçirilirdi. Azərbaycandan dəvət olunan konsert qrupunun tərkibində müğənnilər və aktyorlarla yanaşı Bəhram Mansurov da var idi. Bəhram Mansurovun xatirələrindən:
İyunun 21-də bizim qatar Moskvaya yola düşdü. Səhər Rostova çatanda dəhşətli xəbər eşitdik: "Müharibə başlayıb!". Bir neçə gündən sonra Moskvaya çatdıq. Hərbi vəziyyətlə əlaqədar Bakıya qayıtdıq. Bir çox mədəniyyət işçiləri, o cümlədən mən də "bron" alıb, xüsusi təşviqat qruplarının sərəncamına göndərildim. İncəsənət adamları cəbhə xəttində döyüşçülər, arxada isə qospitalda yaralılar qarşısında konsertlərlə çıxış edirdilər |
1941-ci ildə M.F.Axundov adına teatrın böyük bir qrupunu İrana ezamiyyətə göndərdilər. Burada onlar opera tamaşaları, muğam konsertləri ilə çıxış edirdilər. Bəhram Mansurov həm solist, həm də xalq çalğı alətləri ansamblının üzvü kimi qrupa daxil idi. Burada o, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında oxuyanları müşayiət edirdi. İran dinləyiciləri Bəhramın ifası ilə yalnız radio vasitəsilə tanış idilər.
1941-ci ilin oktyabrında Bakıya qayıdandan sonra muğam dərsini tədris etmək üçün Bəhram Mansurovu Bakı Musiqi Texnikumuna dəvət edirlər. Bu vaxtdan pedoqoji fəaliyyətinə başlayan Bəhram ömrünün sonuna qədər həmin texnikumda dərs demişdir. O, muğamın tədrisi metodikasında atası Məşədi Süleymanın və əmisi Mirzə Mansurun məsləhətlərinə istinad edərək özünün orijinal tədris metodunu yaratdı. O, tələbələrinə muğamın tam obrazını yaratmaq məqsədilə bu musiqinin yaranma tarixi və adları barədə geniş izahat verirdi.
1942-ci ilin oktyabrın 31-də 47-ci ordunun hərbi şurasının üzvü Əziz Əliyev Bəhram Mansurovu yanına çağırır. Bəhram və digər musiqiçilər bir ay ərzində Qubada yerləşən Azərbaycan Ordusunun qərargahından 416-cı Taqanroq diviziyasında yollanan döyüşçülər qarşısında çıxış etdilər. Müharibənin qızğın dövründə, 1941–1943-cü illərdə məşhur xanəndə Cabbar Qaryağdıoğlu ilə Bəhramın üzlüyü hərbi hissələr və qospitallarda çoxlu konsert vermişdilər. 1941-ci ildə musiqi briqadasının tərkibində Bəhram 3 ay ərzində Kislovodsk, Jeleznovodsk, Yessentuki, Minvod və Lermontovka qospitallarında yaralı əsgərlər qarşısında müntəzəm çıxışlar etdi. Müharibə illərində Bəhram Mansurov bütün Azərbaycanı gəzərək konsert verirdi.
1944-cü ildə Bəhram Mansurov yenə də İrana ezam olundu. Bu dəfə o, Tehran, Təbriz, Qəzvin, Rəşt, Ənzəli, Ərdəbil, Nəmin, Sərab, Mərənd, Xoy, Mani, Şapur, Rezayi, Üşno, Mehabad, Miyanə, Marağa, Azərşəhr və digər şəhərlərdə sovet əsgərləri və yerli camaat qarşısında çıxış etdi.
Tehranın "Laləzar" xiyabanında Mirseyid Mirbabayevə rast gəldim. Əvvəllər atam mənə danışardı ki, Mirseyid çox məşhur xanəndə idi, əslən də Bakılıydı. Vaxtilə onun səsini bülbülün oxumağı ilə müqayisə edərdilər. Mirseyid artıq məşhur xanəndə olandan sonra, Bakı milyonçularından biri ona torpaq sahəsi bağışlayır və buradan neft çı- xır. Beləliklə, Mirseyid milyonçu olur, oxumaqdan əl çəkir. Artıq xanəndəliyi özünə yaraşdırma- yan Mirseyid çoxsaylı vallarını bir-bir alıb məhv etməyə başlayır, sonra isə həmişəlik xaricə gedir.
O bizim konsertlərə gələndə ona deyiblər ki, Məşədi Süleymanın oğlu burdadır, tar çalır. Mən onunla görüşəndə artıq çox qocalmışdı. O atam haqqında, Bakı barəsində sorğu-sual edəndə gözü yaşardı. Söhbətimiz uzun çəkmədi. Bir neçə ildən sonra eşitdim ki, Mirseyid vəfat edib.
Nəhayət, müharibə sona yetdi, qələbə günü yetişdi. Bəhram Mansurovun müharibə illərində çəkdiyi zəhmət layiqincə qiymətləndirildi. O, bir çox dövlət mükafatlarına — Qafqazın mü- dafiəsinə görə, Böyük Vətən Müharibəsi illərində fədakar əməyinə görə medalları ilə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olundu. Bir musiqi xadimi kimi, Bəhram hələ 30-cu illərdən başlayaraq sovet ordusunun keçirdiyi bütün tədbirlərdə fəal iş- tirak edirdi. O, gərgin və fədakar əməyinə görə "SSRİ Hərbi qüvvələrinə mədəni hamilik əlaçısı" döş nişanı, eləcə də Mədəniyyət İşçiləri Mərkəzi Həmkarlar Komitəsinin fəxri fərmanları ilə dəfələrlə mükafatlandırılmışdı.
Müharibədən sonrakı illərdə
Bəhram 50-ci illərin sonu — 60-cı illərin əvvəllərində Opera və Balet Teatrının tərkibində Aşqabad, Naxçıvan, İrəvanda qastrol səfərlərində olub. O, 60-cı illərdə solistlərdən ibarət ansambl yaradır. Peşəkarlardan ibarət bu kollektivin fərqli xüsusiyyəti onda idi ki, ayrı-ayrılıqda solist olan mahir ifaçılar bu ansamblda bir vəhdət təşkil edirdi.
1971-ci il aprelin 12-də Opera və Balet Teatrı Bəhram Mansurovun yubileyini — anadan olmasının 60, yaradıcılıq fəaliyyətinin 40 illiyini qeyd etdi. Həmin gecə yubilyarın müşayiəti ilə müğənnilər bütün muğam operalarından parçalar ifa etdilər. Yubiley gecəsi səmimi çıxışlar və rəngarəng konsert proqramı ilə yadda qaldı.
İlk dəfə YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz Bəhram Mansurov olmuşdur. 1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri Alen Daniyelu və Jak Klark bir çox musiqiçilərin ifasında Azərbaycan muğamlarını dinləmiş və yalnız Bəhram Mansurovun çalğısını bəyənmişlər. O vaxtdan YUNESKO-nun rəsmiləri Bəhram Mansurovla sıx əməkdaşlıq etməyə başlayırlar. Bu təşkilatın xətti ilə Bəhramın ifasında 2 val buraxılır.
Birincisi 1971-ci ildə "Baren Reyter" firması, ikincisi isə 1975-ci ildə "Filips" şirkəti tərəfindən istehsal olunmuşdu. Bu qrammofon valları işıq üzü görəndən sonra dünyanın Azərbaycan muğamları haqqında daha çox məlumatı oldu.
Bəhram Mansurovun şöhrəti Azərbaycan milli musiqisinin bilicisi və mahir ifaçısı kimi dünyaya yayıldı. Onu da qeyd edək ki, YUNESKO tərəfindən buraxılan həmin vallar və disklər bu günə kimi dünyanın hər yerində satılır.
YUNESKO-nun xətti ilə Bəhram Mansurov dəfələrlə Fransa, Almaniya, İraq, Yaponiya, Hindistan, İtaliya, Hollandiya, Çexoslovakiya, Venesuelada keçirilən beynəlxalq simpozium və kon- sertlərə dəvət alırdı. Lakin səhhətinə görə o, yalnız iki dəfə — 1978 və 1983-cü illərdə, nisbətən yaxın olan Səmərqənddə keçirilən beynəlxalq simpoziumda iştirak edib.
Vaxtilə tanınmış bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd-ovşarı" simfonik muğamlarının yazarkən qocaman musiqiçilər Seyid Şuşinski və Qurban Pirimovla məsləhətləşərdi. Sonuncu simfonik muğamı olan "Gülüstan-Bayatı-Şiraz"ı isə Bəhram Mansurovun ifası əsasında yaratdı.
60–70-ci illərdə bəstəkar Nəriman Məmmədov "Çahargah" və "Rast" muğamlarını Bəhram Mansurovun ifasından nota yazdı. Azərbaycan xalq musiqisi nümunələri olan dəramədlər, rənglər, diringilər, təsniflər, zərblər, şikəstələr, saqinamələr, marşlar, saz havaları və s. tarzənin oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmışdır.
Bəhram Mansurov SSRİ-də və xarici ölkələrdə olan bir çox muzey və arxivlərlə yaxından əməkdaşlıq edirdi. O, ailə arxivindən təmənnasız olaraq Azərbaycan, Ermənistan, Leninqrad, Moskva, Almaniya muzey və arxivlərinə Azərbaycan xalq musiqi mədəniyyətinin tarixinə aid qiymətli materiallar, foto və sənədlər vermişdir. Yaponiyanın Osaka şəhərinin muzeyinə isə öz tarlarından birini hədiyyə etmişdir.
Muğam sənətinin nüfuzlu bilicisi kimi, Bəhram Mansurov radioda "Muğam" və televiziyada "Məktəblilərin musiqi klubu" verilişlərinin məsləhətçisi idi. Bir çox özfəaliyyət müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. O, dəfələrlə müxtəlif auditoriya qarşısında muğamlar haqqında çıxışlar edərdi, dövri mətbuatda mütəmadi olaraq muğamın tarixi və bu günü barədə fikrini bildirərdi.
Bəhram Mansurov tarda yalnız sol əllə, mizrab vurmadan çalmaq üsuluna "mizrabi — dəstkəri" deyilir. Azərbaycanda bu üsuldan əvvəllər yalnız Sadıqcan, Məşədi Süleyman və Mirzə Mansur kimi musiqiçilər istifadə edib. Öz dövrünün ifaçıları arasında "mizrabi-dəstkəri"dən istifadə edən yeganə tarzən Bəhram Mansurov olmuşdur.
Görkəmli tarzən 1985-ci il mayın 14-də, 74 yaşında, Bakıda vəfat etmişdir. Bəhram Mansurov Yasamaldakı köhnə qəbristanlıqda dəfn olunub.
İrsi
80-ci illərin sonu, 90-cı illərin əvvəllərində YUNESKO yenidən Bəhram Mansurovun lent yazılarına müraciət edərək onları kompakt disk şəklində buraxdı. Görkəmli tarzənin yaradıcılığı alı məktəb tələbələrin diplom işlərinin, namizədlik və doktorluq elmi dərəcələrini müdafiə edən alimlərin mövzusu oldu. Bəhram Mansurovun yaradıcılığı bu günə qədər musiqişünaslar tərəfindən tədqiq olunur, onun haqqında bir çox kitab, monoqrafiya və məqalələr çap olunmuşdur.
Bəhram Mansurovun özündən sonra böyük arxivi qalıb. Bu irsi toplayıb sistemləşdirən həyat yoldaşı Münəvvər xanım oldu. Onun sayəsində tarzənin bütün arxivi qorunub saxlanılıb.
Bəhram Mansurovun oğulları da nəslin musiqi ənənələrini. davam etdirdilər. Böyük oğlu Eldar bəstəkar, ortancıl oğlu Aydın xor dirijoru, kiçik oğlu Elxan isə atasının sənətini seçdi. Hələ tələbəlik illərindən o, atası ilə bərabər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışırdı.
Xatirəsi
- Bəhram Mansurovun Beynəlxalq Muğam Mərkəzindəki büstü
- Bəhram Mansurovun anadan olmasının 105 illiyinə həsr olunmuş poçt markası
Nəsil şəcərəsi
- Məşədi Məlik bəy Mansurovun nəvəsidir.
- Məşədi Süleyman bəy Mansurovun oğludur.
- Tarzən Nadir Mansurovun qardaşıdır.
- Bəstəkar Eldar Mansurovun atasıdır.
- Tarzən Elxan Mansurovun atasıdır.
- Kinooperator Aydın Mansurovun atasıdır.
Ad və mükafatları
- — aprel 1946
- — 10 iyul 1946
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 6 noyabr 1956
- (2 dəfə) — 9 iyun 1959; 28 oktyabr 1967
- — 1970
- — 2 iyun 1975
- — 15 iyun 1976
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 yanvar 1978
- — 5 avqust 1985
Filmoqrafiya
- O olmasın, bu olsun (film, 1956)
- Muğamlar (film, 1965)
- Çalır Bəhram Mansurov (film, 1971)
- Üzeyir ömrü (film, 1981)
- Səni kim unudar… (film, 1995)
- Bakı bağları. Şüvəlan (film, 2007)
- Tarın sədaları. Mansurovlar (film, 2013)
İstinadlar
- Mansurov, 2011. səh. 89
- Mansurov, 2011. səh. 90
- Mansurov, 2011. səh. 91
- Mansurov, 2011. səh. 92
- Mansurov, 2011. səh. 93
- Mansurov, 2011. səh. 94
- Mansurov, 2011. səh. 95
- Mansurov, 2011. səh. 97
- Mansurov, 2011. səh. 98
- Respublikanın teatr xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Sove Rəyasət Heyətinin 10 yanvar 1978-ci il tarixli Fərmanı 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Ədəbiyyat
- Mansurov, E. Mansurovlar. Bakı: Çaşıoğlu. 2011. 285 səh. ISBN .
- Исазадә, Ә; Гулијев, Х. Бәһрам Мансуров. Бакы: "Ишыг" нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1982.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Behram Mesedi Suleyman bey oglu Mansurov 12 fevral 1911 Baki 14 may 1985 Baki Azerbaycan tarzeni Azerbaycan SSR xalq artisti 1978 Behram MansurovBehram Mansurov 1971 ci il Umumi melumatlarDogum tarixi 12 fevral 1911Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 14 may 1985 74 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIVetendasligi Rusiya imperiyasi AXC SSRIMilliyyeti azerbaycanliUsaqlari Eldar Mansurov Aydin Mansurov Elxan MansurovAtasi Mesedi Suleyman bey MansurovMusiqici melumatlariFealiyyeti musiqicipedaqoqFealiyyet illeri 1929 1985Janrlar mugamxalq musiqisiMusiqi aleti tarMukafatlari 1978 1959 1967 1976 1946 1946 1975 1985 1970 Vikianbarda elaqeli mediafayllarHeyatiMesedi Suleyman bey ogullari Behram solda ve Melik Mansurovla 1914 cu il Behram Mansurov 1911 ci il fevralin 12 de Bakida Iceriseherde musiqici ailesinde anadan olmusdur Qedim Iceriseherde yasayan Mansurovlarin evi sanki bir mugam ocagi idi Bu evde Behram Mansurovun musiqisunas babasi Mesedi Melik beyin teskilatciligi ile musiqi geceleri teskil olunur ve dogma Azerbaycanimizin her yerinden mugam bilicileri xanendeler musiqiciler bu meclise toplasirdilar Seyid Ezim Sirvani Xursidbanu Natevan Ebdurrehim bey Haqverdiyev kimi sexsiyyetler de bu meclislerin qonagi olmuslar Balaca Behramin yasadigi bu evde curbecur xalq calgi aletleri var idi Boyukler evde olmayanda o tarlardan birini goturub kokden salana kimi calirdi Bahramin babasi Mesedi Melik mugam ustasi ve milli musiqinin ilk tebligatcilarindan biri olmusdur O Azerbaycanin musiqi medeniyyeti tarixinde Baki ve Abseronda klassik mugam meclislerinin qurucusu kimi taninir Behram Mansurovun emisi Mirze Mansur ise uzun muddet konservatoriyada calismisdir Bahramin atasi Mesedi Suleyman bey tarda ifa edir ve mugamin butun inceliklerini bilirdi Bahram Mansurov ilk tehsilini medresede sonra ise rus tatar mektebinde almisdir Azerbaycan sovetlesdikden sonra 1921 ci ilde 10 yasli Behram boyuk qardasi Aga Melikle 10 li birinci dereceli mektebe qebul olunurlar 1925 ci ilde orta mektebi bitirdikden sonra o bir muddet xeyli tehsil ocaqlarini deyismeli olur Buna sebeb Behramin ailesinin yarim il seherde yarim il ise bag evinde yasamasi idi Behram 1927 ci ilde Mehdi bey Hacinskinin direktoru oldugu 33 li mektebde tehsilini davam etdirir Burda o Abdulla Qarayevin yaratdigi ansamblla birlikde hemin mektebin boyuk zalinda mesq edirdi Behramin oxudugu son tehsil ocagi Pedaqoji texnikum olmusdur Behrami artiq 19 yasinda Muslum Maqomayev ilk notlu xalq calgi aletleri orkestrine sonradan solist tarzen kimi devet edir Behram operada Huseynqulu Sarabski Yaver Kelenterli Huseynaga Hacibababeyov Elovset Sadiqov Heqiqet Rzayeva kimi mugenni xanendelerle birge isleyir Behram Mansurov Rubabe Muradova Sara Qedimova Ebulfet Eliyev Zeyneb Xanlarova ve diger senetkarlarla ciyin ciyine calismisdir 1978 1983 cu illerde onun ifasinda butun Azerbaycan mugamlari UNESCO xetti ile valla ve CD lere yazilaraq butun dunyaya yayilmisdir Dunya Beynelxalq Mugam Simpoziumlarinda Azerbaycani mehz Behram Mansurov temsil etmisdir O 1978 ci ilde Xalq artisti kimi fexri ada layiq gorulmusdur YaradiciligiMuharibeye qederki dovr Behram mekteb konsertlerinde tez tez cixis edirdi O hele 12 13 yasi olarken ifaciliq baximindan murekkeb hesab olunan Rast Cahargah Bayati Siraz Qatar kimi mugamlari solo ifa edirdi 1929 30 cu illerde Zulfuqar Hacibeyov ve ilk olaraq Azkonsert Birliyi yaradirlar ve Behrami onun nezdinde olan orkestre devet edirler Orkestrin terkibinde gorkemli musiqicilerden Cabbar Qaryagdioglu Xan Susinski Huseynaga Hacibababeyov Qurban Pirimov ve basqalari cixis edirdiler Orkestrde uzun muddet isleyen Behram tesviqat qrupunun terkibinde Azerbaycanin rayonlarinda elece de Sovet Ittifaqinin bir nece respublikalarinda konsertlerde cixis etdi 1931 ci ilde Uzeyir Hacibeyov ve Muslum Maqomayevin tesebbusu ile xalq musiqi aletlerinin ilk notlu orkestri yaradildiqdan sonra 20 yasli Behram Muslum Maqomayev terefinden bu kollektive devet olundu Bir muddet kecdikden sonra Maqomayevin teklifi ile Behrami Radio Komitesinde birinci dereceli tar ifacisi kimi ise goturduler Burada o hem solist hem de musayietci kimi cixis edirdi Behramin ucluyu kamancaci Qilman Salahov ve qavalcalan Xaliq Babayevden ibaret idi Bu ucluk Rote Fane hazirki Nizami parki parkinda Mudafie evinde hazirki Filarmoniya ve bir cox senaye muessiselerinde tez tez teskil olunan aciq konsertlerde cixir edirdi Bezen bu konsertler radioda ile efire verilirdi Opera ve Balet teatrinda fealiyyeti Behram Mansurov yaradiciliginin boyuk bir hissesi Opera ve Balet teatri ile baglidir 1922 ci ilde Leyli ve Mecnun operasinda Sona Haciyeva ve Huseynqulu Sarabskinin oyunundan ve Qurban Pirimovun tarinin sesinden tesirlenen Behramda hemin teatrda isleme hevesi yaranmisdi 1932 ci ilde Opera ve Balet Teatrinin bedii rehberi ve dirijoru bestekar Muslum Maqomayev onu bu teatra solist musayietci vezifesine devet edir Meshur Huseynqulu Sarabskini Mecnun rolunda artiq Behram musayiet etmeye baslamisdir Behram Mansurov 54 il omrunun sonuna kimi mugam operalarini musayiet edirdi O Leyli ve Mecnun operasinda mugam hisselerini Uzeyir Hacibeyovun ciddi nezareti altinda ifa olunurdu 1934 35 ci illerde Bakidaki Azerbaycan Herbi Diviziyasinin siyasi sobesinin reisi Memmedeli Eliyev Behram Mansurova herbi ozfealiyyet ansamblina rehberlik etmeyi teklif edir O 1936 ci ilde Tbiliside kecirilecek herbi orkestrlerin Zaqafqaziya musiqi olimpiyadasinda isritak etmek ucun kollektivi hazirlamaga baslayir Behramin rehberlik etdiri ansambl Gurcustanin paytaxtinda ugurla cixis ederek fexri fermanlarla Azerbaycana qayidir Bu uguruna gore Behram Mansurova Azerbaycan diviziyasinin rehberliyi terefinden tesekkur elan edilir 1938 ci ilde Moskvada kecirilen Azerbaycan inceseneti ongunluyundeki konsertlerin birinde Behram Mansurov Mahur hindi mugamini solo diger konsertde ise Eraq mugamini ifa eden Elovset Sadiqovu ucluyun terkibinde musayiet etdi Behram Mansurov muharibeye qederki konsert fealiyyetini ugurla kecirdi Bele ki 1939 cu il noyabrin 17 de qezetlerde yazilmisdi ki Bulbulun rehberliyi ile medeniyyet xadimleri Samur Deveci kanalinin insaatcilari qarsisinda cixis etmisdiler Burada 3 gun erzinde artistler 15 min kolxozcu ve insaatcilar qarsisinda 30 dan cox konsert vermisdiler Muharibe illerinde 1941 ci ilde Moskvada estrada artistlerinin festivali kecirilirdi Azerbaycandan devet olunan konsert qrupunun terkibinde mugenniler ve aktyorlarla yanasi Behram Mansurov da var idi Behram Mansurovun xatirelerinden Iyunun 21 de bizim qatar Moskvaya yola dusdu Seher Rostova catanda dehsetli xeber esitdik Muharibe baslayib Bir nece gunden sonra Moskvaya catdiq Herbi veziyyetle elaqedar Bakiya qayitdiq Bir cox medeniyyet iscileri o cumleden men de bron alib xususi tesviqat qruplarinin serencamina gonderildim Incesenet adamlari cebhe xettinde doyusculer arxada ise qospitalda yaralilar qarsisinda konsertlerle cixis edirdiler 1941 ci ilde M F Axundov adina teatrin boyuk bir qrupunu Irana ezamiyyete gonderdiler Burada onlar opera tamasalari mugam konsertleri ile cixis edirdiler Behram Mansurov hem solist hem de xalq calgi aletleri ansamblinin uzvu kimi qrupa daxil idi Burada o Leyli ve Mecnun Esli ve Kerem Sah Ismayil operalarinda oxuyanlari musayiet edirdi Iran dinleyicileri Behramin ifasi ile yalniz radio vasitesile tanis idiler 1941 ci ilin oktyabrinda Bakiya qayidandan sonra mugam dersini tedris etmek ucun Behram Mansurovu Baki Musiqi Texnikumuna devet edirler Bu vaxtdan pedoqoji fealiyyetine baslayan Behram omrunun sonuna qeder hemin texnikumda ders demisdir O mugamin tedrisi metodikasinda atasi Mesedi Suleymanin ve emisi Mirze Mansurun meslehetlerine istinad ederek ozunun orijinal tedris metodunu yaratdi O telebelerine mugamin tam obrazini yaratmaq meqsedile bu musiqinin yaranma tarixi ve adlari barede genis izahat verirdi 1942 ci ilin oktyabrin 31 de 47 ci ordunun herbi surasinin uzvu Eziz Eliyev Behram Mansurovu yanina cagirir Behram ve diger musiqiciler bir ay erzinde Qubada yerlesen Azerbaycan Ordusunun qerargahindan 416 ci Taqanroq diviziyasinda yollanan doyusculer qarsisinda cixis etdiler Muharibenin qizgin dovrunde 1941 1943 cu illerde meshur xanende Cabbar Qaryagdioglu ile Behramin uzluyu herbi hisseler ve qospitallarda coxlu konsert vermisdiler 1941 ci ilde musiqi briqadasinin terkibinde Behram 3 ay erzinde Kislovodsk Jeleznovodsk Yessentuki Minvod ve Lermontovka qospitallarinda yarali esgerler qarsisinda muntezem cixislar etdi Muharibe illerinde Behram Mansurov butun Azerbaycani gezerek konsert verirdi 1944 cu ilde Behram Mansurov yene de Irana ezam olundu Bu defe o Tehran Tebriz Qezvin Rest Enzeli Erdebil Nemin Serab Merend Xoy Mani Sapur Rezayi Usno Mehabad Miyane Maraga Azersehr ve diger seherlerde sovet esgerleri ve yerli camaat qarsisinda cixis etdi Tehranin Lalezar xiyabaninda Mirseyid Mirbabayeve rast geldim Evveller atam mene danisardi ki Mirseyid cox meshur xanende idi eslen de Bakiliydi Vaxtile onun sesini bulbulun oxumagi ile muqayise ederdiler Mirseyid artiq meshur xanende olandan sonra Baki milyoncularindan biri ona torpaq sahesi bagislayir ve buradan neft ci xir Belelikle Mirseyid milyoncu olur oxumaqdan el cekir Artiq xanendeliyi ozune yarasdirma yan Mirseyid coxsayli vallarini bir bir alib mehv etmeye baslayir sonra ise hemiselik xarice gedir O bizim konsertlere gelende ona deyibler ki Mesedi Suleymanin oglu burdadir tar calir Men onunla gorusende artiq cox qocalmisdi O atam haqqinda Baki baresinde sorgu sual edende gozu yasardi Sohbetimiz uzun cekmedi Bir nece ilden sonra esitdim ki Mirseyid vefat edib Nehayet muharibe sona yetdi qelebe gunu yetisdi Behram Mansurovun muharibe illerinde cekdiyi zehmet layiqince qiymetlendirildi O bir cox dovlet mukafatlarina Qafqazin mu dafiesine gore Boyuk Veten Muharibesi illerinde fedakar emeyine gore medallari ile Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fexri fermanlari ile teltif olundu Bir musiqi xadimi kimi Behram hele 30 cu illerden baslayaraq sovet ordusunun kecirdiyi butun tedbirlerde feal is tirak edirdi O gergin ve fedakar emeyine gore SSRI Herbi quvvelerine medeni hamilik elacisi dos nisani elece de Medeniyyet Iscileri Merkezi Hemkarlar Komitesinin fexri fermanlari ile defelerle mukafatlandirilmisdi Muharibeden sonraki illerde Behram 50 ci illerin sonu 60 ci illerin evvellerinde Opera ve Balet Teatrinin terkibinde Asqabad Naxcivan Irevanda qastrol seferlerinde olub O 60 ci illerde solistlerden ibaret ansambl yaradir Pesekarlardan ibaret bu kollektivin ferqli xususiyyeti onda idi ki ayri ayriliqda solist olan mahir ifacilar bu ansamblda bir vehdet teskil edirdi 1971 ci il aprelin 12 de Opera ve Balet Teatri Behram Mansurovun yubileyini anadan olmasinin 60 yaradiciliq fealiyyetinin 40 illiyini qeyd etdi Hemin gece yubilyarin musayieti ile mugenniler butun mugam operalarindan parcalar ifa etdiler Yubiley gecesi semimi cixislar ve rengareng konsert proqrami ile yadda qaldi Ilk defe YUNESKO da Azerbaycan mugamlarini temsil eden musiqici mehz Behram Mansurov olmusdur 1967 ci ilde Bakiya gelen bu nufuzlu beynelxalq teskilatin resmi numayendeleri Alen Daniyelu ve Jak Klark bir cox musiqicilerin ifasinda Azerbaycan mugamlarini dinlemis ve yalniz Behram Mansurovun calgisini beyenmisler O vaxtdan YUNESKO nun resmileri Behram Mansurovla six emekdasliq etmeye baslayirlar Bu teskilatin xetti ile Behramin ifasinda 2 val buraxilir Birincisi 1971 ci ilde Baren Reyter firmasi ikincisi ise 1975 ci ilde Filips sirketi terefinden istehsal olunmusdu Bu qrammofon vallari isiq uzu gorenden sonra dunyanin Azerbaycan mugamlari haqqinda daha cox melumati oldu Behram Mansurovun sohreti Azerbaycan milli musiqisinin bilicisi ve mahir ifacisi kimi dunyaya yayildi Onu da qeyd edek ki YUNESKO terefinden buraxilan hemin vallar ve diskler bu gune kimi dunyanin her yerinde satilir YUNESKO nun xetti ile Behram Mansurov defelerle Fransa Almaniya Iraq Yaponiya Hindistan Italiya Hollandiya Cexoslovakiya Venesuelada kecirilen beynelxalq simpozium ve kon sertlere devet alirdi Lakin sehhetine gore o yalniz iki defe 1978 ve 1983 cu illerde nisbeten yaxin olan Semerqendde kecirilen beynelxalq simpoziumda istirak edib Behram Mansurov ve Fikret Emirov Gulustan Bayati Siraz mugami uzerinde isleyerken 1973 cu il Vaxtile taninmis bestekar Fikret Emirov Sur ve Kurd ovsari simfonik mugamlarinin yazarken qocaman musiqiciler Seyid Susinski ve Qurban Pirimovla meslehetleserdi Sonuncu simfonik mugami olan Gulustan Bayati Siraz i ise Behram Mansurovun ifasi esasinda yaratdi 60 70 ci illerde bestekar Neriman Memmedov Cahargah ve Rast mugamlarini Behram Mansurovun ifasindan nota yazdi Azerbaycan xalq musiqisi numuneleri olan deramedler rengler diringiler tesnifler zerbler sikesteler saqinameler marslar saz havalari ve s tarzenin oglu bestekar Eldar Mansurov terefinden nota salinmisdir Behram Mansurov SSRI de ve xarici olkelerde olan bir cox muzey ve arxivlerle yaxindan emekdasliq edirdi O aile arxivinden temennasiz olaraq Azerbaycan Ermenistan Leninqrad Moskva Almaniya muzey ve arxivlerine Azerbaycan xalq musiqi medeniyyetinin tarixine aid qiymetli materiallar foto ve senedler vermisdir Yaponiyanin Osaka seherinin muzeyine ise oz tarlarindan birini hediyye etmisdir Mugam senetinin nufuzlu bilicisi kimi Behram Mansurov radioda Mugam ve televiziyada Mekteblilerin musiqi klubu verilislerinin meslehetcisi idi Bir cox ozfealiyyet musabiqelerinde munsifler heyetinin uzvu olmusdur O defelerle muxtelif auditoriya qarsisinda mugamlar haqqinda cixislar ederdi dovri metbuatda mutemadi olaraq mugamin tarixi ve bu gunu barede fikrini bildirerdi Behram Mansurovun mezari Behram Mansurov tarda yalniz sol elle mizrab vurmadan calmaq usuluna mizrabi destkeri deyilir Azerbaycanda bu usuldan evveller yalniz Sadiqcan Mesedi Suleyman ve Mirze Mansur kimi musiqiciler istifade edib Oz dovrunun ifacilari arasinda mizrabi destkeri den istifade eden yegane tarzen Behram Mansurov olmusdur Gorkemli tarzen 1985 ci il mayin 14 de 74 yasinda Bakida vefat etmisdir Behram Mansurov Yasamaldaki kohne qebristanliqda defn olunub Irsi80 ci illerin sonu 90 ci illerin evvellerinde YUNESKO yeniden Behram Mansurovun lent yazilarina muraciet ederek onlari kompakt disk seklinde buraxdi Gorkemli tarzenin yaradiciligi ali mekteb telebelerin diplom islerinin namizedlik ve doktorluq elmi derecelerini mudafie eden alimlerin movzusu oldu Behram Mansurovun yaradiciligi bu gune qeder musiqisunaslar terefinden tedqiq olunur onun haqqinda bir cox kitab monoqrafiya ve meqaleler cap olunmusdur Behram Mansurovun ozunden sonra boyuk arxivi qalib Bu irsi toplayib sistemlesdiren heyat yoldasi Munevver xanim oldu Onun sayesinde tarzenin butun arxivi qorunub saxlanilib Behram Mansurovun ogullari da neslin musiqi enenelerini davam etdirdiler Boyuk oglu Eldar bestekar ortancil oglu Aydin xor dirijoru kicik oglu Elxan ise atasinin senetini secdi Hele telebelik illerinden o atasi ile beraber Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatrinda calisirdi XatiresiBehram Mansurovun Beynelxalq Mugam Merkezindeki bustu Behram Mansurovun anadan olmasinin 105 illiyine hesr olunmus poct markasiNesil seceresiMansurovlar ailesiAydin Mansurov Elxan Mansurov Eldar Mansurov Munevver Mansurova Behram Mansurov 1971 ci ilMesedi Melik bey Mansurovun nevesidir Mesedi Suleyman bey Mansurovun ogludur Tarzen Nadir Mansurovun qardasidir Bestekar Eldar Mansurovun atasidir Tarzen Elxan Mansurovun atasidir Kinooperator Aydin Mansurovun atasidir Ad ve mukafatlari 1941 1945 ci iller Boyuk Veten muharibesinde resadetli emeye gore medali aprel 1946 Qafqazin mudafiesine gore medali 10 iyul 1946 Azerbaycan SSR emekdar artisti fexri adi 6 noyabr 1956 Seref nisani ordeni 2 defe 9 iyun 1959 28 oktyabr 1967 Vladimir Ilic Leninin anadan olmasinin 100 illiyi munasibetile yubiley medali 1970 1941 1945 ci iller Boyuk Veten muharibesinde qelebenin 30 illiyi yubiley medali 2 iyun 1975 Emek veterani medali 15 iyun 1976 Azerbaycan SSR xalq artisti fexri adi 10 yanvar 1978 1941 1945 ci iller Boyuk Veten muharibesinde qelebenin 40 illiyi yubiley medali 5 avqust 1985FilmoqrafiyaO olmasin bu olsun film 1956 Mugamlar film 1965 Calir Behram Mansurov film 1971 Uzeyir omru film 1981 Seni kim unudar film 1995 Baki baglari Suvelan film 2007 Tarin sedalari Mansurovlar film 2013 IstinadlarMansurov 2011 seh 89 Mansurov 2011 seh 90 Mansurov 2011 seh 91 Mansurov 2011 seh 92 Mansurov 2011 seh 93 Mansurov 2011 seh 94 Mansurov 2011 seh 95 Mansurov 2011 seh 97 Mansurov 2011 seh 98 Respublikanin teatr xadimlerine Azerbaycan SSR fexri adlarinin verilmesi haqqinda Azerbaycan SSR Ali Sove Reyaset Heyetinin 10 yanvar 1978 ci il tarixli Fermani 2020 01 16 at the Wayback Machine anl az saytiEdebiyyatMansurov E Mansurovlar Baki Casioglu 2011 285 seh ISBN 978 9952 27 280 2 Isazadә Ә Guliјev H Bәһram Mansurov Baky Ishyg nәshriјјaty Azәrbaјҹan Teatr Ҹәmiјјәti 1982