"Muğam", bəzən Muğam üçlüyü — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri.
Muğam Muğam üçlüyü | ||
---|---|---|
| ||
Rəssam | Toğrul Nərimanbəyov | |
Tarixi | 1965 | |
Üslubu | məişət janrı | |
Ölçüləri | 170 sm × 200 sm | |
Materialı | Kətan, yağlı boya | |
Saxlanıldığı yer | Azərbaycan Milli İncəsənət Muzeyi |
Nərimanbəyovun 1965-ci ildə sənətinin ilk çağlarında çəkdiyi “Muğam” kompozisiyası Azərbaycan rəssamlığının ən mühüm əsərlərindən sayılır, eyni zamanda Nərimanbəyovun ən məşhur rəsm əsərlərindən biridir.
Əsər hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.
Təsvir
Rəsmdə tünd kostyum geyinmiş və xalq çalğı alətlərində ( dəf , tar və kamança ) ifa edən muğam ifaçıları təsvir edilmişdir. Onların ayaqları altında milli naxışlarla işlənmiş Azərbaycan xalçası var. Rəsmin aşağı sol küncündə milli geyimli, əlində nar olan balaca qız uşağı görürük. Bu şəkil Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında məqaləyə illüstrasiya kimi verilmişdir.
Arxa fonda qara və mavi rənglərlə məkan görünüşü yaratmağa çalışan Nərimanbəyov musiqiçiləri xalçadan bir qədər yüksəkdə təsvir edərək, Azərbaycan incəsənətində muğamın daha yüksək olması fikrini müdafiə edib. Rəssamın ənənəvi geyimli, əlində nar tutan balaca qız uşağı təsvir etməklə ifadə etmək istədiyi fəlsəfi ideya ondan ibarətdir ki, milli folklorda sirr, bolluq, bərəkət və birlik rəmzi sayılan nar, həm də uşaqların əlində təmizlik simvoludur.
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qaleryasının rəhbəri bu əsəri belə şərh edir:
Biz rəsmə baxan zaman muğam üçlüyü, onların ayağının altındakı xalçalar və küncdə dayanan qızı görürük. Əsərin marşrutu təxmini belədir. İlk növbədə onu qeyd edim ki, Nərimanbəyovun əsərlərində hər detalın öz mənası var. Baxın, muğam üçlüyünün simasında emosional təsir var. Qızcığaz isə sanki nəsə düşünür. Təmkinli və düşüncəli təsir bağışlayır. Bir sözlə, muğam üçlüyü ilə qızın üzündəki ifadə təzad təşkil edir. Bu da rəssamlıqda istifadə olunan bir tərzdir. Rəssam əsərin ideyasını çatdırmaq üçün ədəbiyyatda olduğu kimi, bədii təsvir vasitələrindən istifadə edir. Təzad da onlardan biridir. Ancaq bu təzad təkcə ifadə vasitəsi olmaqla məhdudlaşmayıb, həm də fəlsəfi mənadan xəbər verir. Sanki muğamın insanda yaratdığı təsir qızcığazın simasında təzahür edir. Digər maraqlı bir məqam isə qızcığazın geyimindəki milli ornamentlərdir. Ümumiyyətlə, rəsmdəki geyimlər çox mətləblərdən xəbər verir. Bu rəsmin çəkildiyi dövrdə muğam gerilik, köhnəlik kimi təbliğ olunurdusa, rəssam üçlüyü kostyumda təsvir etməklə muğamın müasirliklə olan vəhdətini də göstərirdi.
Rus sənətşünas, tarixçi Aleksandr Komenski bu əsəri şərh edərkən bildirir:
Bu şəkildə musiqiçilərin fiqurlarının əyrılıyı mürəkkəb melodik naxış yaradır. Sol tərəfdəki qız, musiqi dinamikasının inkişafını bağlayır və xalçanın sıçrayan fon ştrixləri, bir-birinə qarışan çizgiləri, əksinə, ona daha da böyük polifoniya və ifadə müxtəlifliyi verir.
Həmçinin bax
İstinadlar
- Muğallı, 2015. səh. 44
- Möhbəddin, 2011. səh. 19
- Muğallı, 2015. səh. 60
- "Rənglər dirijorunun "Muğam"ı". anl.az.
- Каменский, 1989. səh. 334
Mənbə
- А. А. Каменский. Романтический монтаж. Советский художник. 1989.
- Möhbəddin Səməd. Toğrul Nərimanbəyov, Şux rənglərin təranəsi. Bakı: Çağdaş As nəşriyyatı. 2011.
- Vagif Muğallı. TUĞRUL NERİMANBEYOV’UN AZERBAYCAN RESİM SANATI İÇİNDEKİ YERİ VE ÖNEMİ. Ankara: T.C. ANKARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ SANAT TARİHİ ANABİLİM DALI. 2015.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mugam bezen Mugam ucluyu azerbaycanli ressam Togrul Nerimanbeyovun 1965 ci ilde cekdiyi resm eseri Mugam Mugam ucluyuRessam Togrul NerimanbeyovTarixi 1965Uslubu meiset janriOlculeri 170 sm 200 smMateriali Ketan yagli boyaSaxlanildigi yer Azerbaycan Milli Incesenet Muzeyi Nerimanbeyovun 1965 ci ilde senetinin ilk caglarinda cekdiyi Mugam kompozisiyasi Azerbaycan ressamliginin en muhum eserlerinden sayilir eyni zamanda Nerimanbeyovun en meshur resm eserlerinden biridir Eser hal hazirda Azerbaycan Milli Incesenet Muzeyinde sergilenir TesvirResmde tund kostyum geyinmis ve xalq calgi aletlerinde def tar ve kamanca ifa eden mugam ifacilari tesvir edilmisdir Onlarin ayaqlari altinda milli naxislarla islenmis Azerbaycan xalcasi var Resmin asagi sol kuncunde milli geyimli elinde nar olan balaca qiz usagi goruruk Bu sekil Boyuk Sovet Ensiklopediyasinda Togrul Nerimanbeyov haqqinda meqaleye illustrasiya kimi verilmisdir Arxa fonda qara ve mavi renglerle mekan gorunusu yaratmaga calisan Nerimanbeyov musiqicileri xalcadan bir qeder yuksekde tesvir ederek Azerbaycan incesenetinde mugamin daha yuksek olmasi fikrini mudafie edib Ressamin enenevi geyimli elinde nar tutan balaca qiz usagi tesvir etmekle ifade etmek istediyi felsefi ideya ondan ibaretdir ki milli folklorda sirr bolluq bereket ve birlik remzi sayilan nar hem de usaqlarin elinde temizlik simvoludur Senetsunas Azerbaycan Dovlet Resm Qaleryasinin rehberi bu eseri bele serh edir Biz resme baxan zaman mugam ucluyu onlarin ayaginin altindaki xalcalar ve kuncde dayanan qizi goruruk Eserin marsrutu texmini beledir Ilk novbede onu qeyd edim ki Nerimanbeyovun eserlerinde her detalin oz menasi var Baxin mugam ucluyunun simasinda emosional tesir var Qizcigaz ise sanki nese dusunur Temkinli ve dusunceli tesir bagislayir Bir sozle mugam ucluyu ile qizin uzundeki ifade tezad teskil edir Bu da ressamliqda istifade olunan bir terzdir Ressam eserin ideyasini catdirmaq ucun edebiyyatda oldugu kimi bedii tesvir vasitelerinden istifade edir Tezad da onlardan biridir Ancaq bu tezad tekce ifade vasitesi olmaqla mehdudlasmayib hem de felsefi menadan xeber verir Sanki mugamin insanda yaratdigi tesir qizcigazin simasinda tezahur edir Diger maraqli bir meqam ise qizcigazin geyimindeki milli ornamentlerdir Umumiyyetle resmdeki geyimler cox metleblerden xeber verir Bu resmin cekildiyi dovrde mugam gerilik kohnelik kimi teblig olunurdusa ressam ucluyu kostyumda tesvir etmekle mugamin muasirlikle olan vehdetini de gosterirdi Rus senetsunas tarixci Aleksandr Komenski bu eseri serh ederken bildirir Bu sekilde musiqicilerin fiqurlarinin eyriliyi murekkeb melodik naxis yaradir Sol terefdeki qiz musiqi dinamikasinin inkisafini baglayir ve xalcanin sicrayan fon strixleri bir birine qarisan cizgileri eksine ona daha da boyuk polifoniya ve ifade muxtelifliyi verir Hemcinin baxFirdovsinin defniIstinadlarMugalli 2015 seh 44 Mohbeddin 2011 seh 19 Mugalli 2015 seh 60 Rengler dirijorunun Mugam i anl az Kamenskij 1989 seh 334MenbeA A Kamenskij Romanticheskij montazh Sovetskij hudozhnik 1989 Mohbeddin Semed Togrul Nerimanbeyov Sux renglerin teranesi Baki Cagdas As nesriyyati 2011 Vagif Mugalli TUGRUL NERIMANBEYOV UN AZERBAYCAN RESIM SANATI ICINDEKI YERI VE ONEMI Ankara T C ANKARA UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU SANAT TARIHI ANABILIM DALI 2015