İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949).
İslam Abdullayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | İslam Əbdül oğlu Abdullayev |
Ləqəbi | Segah İslam |
Doğum tarixi | dekabr 1876 |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 22 sentyabr 1964 (87 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Janr | muğam |
Musiqi aləti | dəf |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.
1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, , kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir.
Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur.
"Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.
İslam Abdullayev eyni zamanda pedoqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, kimi xanəndələrin yetişməsində böyük rol oynamışdır. Şuşada musiqi məktəbində direktor vəzifəsində işləmiş, Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmişdir. Ömrünün sonuna yaxın Ağdama köçmüş, musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.
İ. Abdullayev 22 sentyabr 1964-cü ildə Bakıda vəfat etmişdir.
Mükafatları
İstinadlar
- Энциклопедия Азербайджанского Мугама. Баку: "Шарг-Гарб". 2012. səh. 33.
- "Segah İslam — İslam Əbdül oğlu Abdullayev". mugamradio.az. 2020-07-20 tarixində . İstifadə tarixi: 2019-12-16.
- ""Segah" muğamının ən mahir ifaçısı – İslam Abdullayev". milliarxiv.gov.az. 2022-06-30 tarixində . İstifadə tarixi: 2019-12-16.
- "Bu gün Azərbaycanın əməkdar artisti, xanəndə İslam Abdullayevin anadan olduğu gündür". cls.az. İstifadə tarixi: 2019-12-16.[ölü keçid]
- "Ustadlar müəllimi: Segah İslam". medeniyyet.az. 2022-09-09 tarixində . İstifadə tarixi: 2019-12-16.
Ədəbiyyat
- Hüseynoğlu, Sərvaz. Segah İslam (İslam Abdullayev) (az.). Bakı: "Şərq-Qərb". 2017. 136.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Islam Ebdul oglu Abdullayev ve ya Segah Islam dekabr 1876 Susa 22 sentyabr 1964 Baki Azerbaycan xanendesi Qarabag mugam mektebinin numayendelerinden biri Azerbaycan SSR emekdar artisti 1949 Islam AbdullayevUmumi melumatlarDogum adi Islam Ebdul oglu AbdullayevLeqebi Segah IslamDogum tarixi dekabr 1876Dogum yeri Susa Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 22 sentyabr 1964 1964 09 22 87 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIVetendasligi Rusiya imperiyasi AXC SSRIMusiqici melumatlariFealiyyeti xanendeJanr mugamMusiqi aleti defMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiAbdullayev Islam Ebdul oglu 1876 ci ilin dekabr ayinda Susa seherinde anadan olmus Susa seher mektebinde tehsil almisdir Azerbaycanin musiqi tarixinde Islam Abdullayev Segah mugaminin tekrarsiz ifacisi kimi taninmisdir 1883 cu ilde Susada Xanendeler meclisi yaratmis musiqisunas alim Mir Mohsun Nevvab I Abdullayevi bu meclise devet edir Belelikle o Mir Mohsun Nevvab Haci Husu Mesedi Isi Mirze Muxtar Memmedov kimi senetkarlardan ders almis Sadiqcanin musayieti ile ifalar etmisdir Islam Abdullayevin ilk Segah ifasi Sadiqcanin oglunun toyunda olmus hemin ifadan sonra sohreti yayilmisdir 1901 1905 ci illerde tarzen Qurban Pirimovla birlikde Qarabag ve Gence meclislerinde cixis etmisdir Xanende uzun iller Azerbaycan Dovlet Estradasinin solisti olur Segah mugamini ve onun butun variantlarini Zabul Segah Mirze Huseyn segahi Orta Segah Xaric Segah mugamlarini xususi bir sovq ve meharetle oxuduguna gore xalq terefinden Segah Islam adlandirilmisdir 1910 1915 ci illerde Sport Rekord ve Ekstrafon sesyazma sirketleri terefinden Segah Bayati Qacar Sahnaz Suster mugamlari ve bir sira tesnifler Islam Abdullayevin ifasinda qramofon vallarina yazilmisdir Islam Abdullayev eyni zamanda pedoqoq olmusdur Xan Susinski Yaqub Memmedov kimi xanendelerin yetismesinde boyuk rol oynamisdir Susada musiqi mektebinde direktor vezifesinde islemis Gencede xalq calgi aletleri orkestri teskil etmisdir Omrunun sonuna yaxin Agdama kocmus musiqi mektebinde mugamdan ders demis bir cox xanendelerin ustadi olmusdur I Abdullayev 22 sentyabr 1964 cu ilde Bakida vefat etmisdir MukafatlariAzerbaycan SSR emekdar artisti 1949IstinadlarEnciklopediya Azerbajdzhanskogo Mugama Baku Sharg Garb 2012 seh 33 Segah Islam Islam Ebdul oglu Abdullayev mugamradio az 2020 07 20 tarixinde Istifade tarixi 2019 12 16 Segah mugaminin en mahir ifacisi Islam Abdullayev milliarxiv gov az 2022 06 30 tarixinde Istifade tarixi 2019 12 16 Bu gun Azerbaycanin emekdar artisti xanende Islam Abdullayevin anadan oldugu gundur cls az Istifade tarixi 2019 12 16 olu kecid Ustadlar muellimi Segah Islam medeniyyet az 2022 09 09 tarixinde Istifade tarixi 2019 12 16 EdebiyyatHuseynoglu Servaz Segah Islam Islam Abdullayev az Baki Serq Qerb 2017 136 Hemcinin baxElesger Abdullayev Agabala Abdullayev Qasim Abdullayev