Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma.
Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda meyit yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazıe: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
Ağıda emosional çalarlar güclüdür, o, ağıldan daha çox hissə təsir göstərmək məqsədi güdür. Bununla birlikdə, ağılarda konkretlik və ünvanlılıq, informativ yük və haqqında söhbət gedən şəxsiyyətin müəyyən səciyyəsi, portret cizgiləri də verilir. Bu mənada hər bir ağı müəyyən portret yaratma, faciənin təfərrüatını açma ünsürləri ilə də zəngindir. Ağılarda improvizasiya mühüm rol oynayır. Ağılar məzmunca bayatılardan fərqlənsə də, formaca onların eynidir. Məsələn:
Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar,
Oğlu ölən analar
Sərgərdan gəzər, ağlar!
Dağlara dolu düşər,
Qar yağar, dolu düşər.
Qəbrimi yol üstə qaz,
Anamın yolu düşər.
Əzizim, qazan ağlar,
Od yanar, qazan ağlar.
Qəriblikdə ölənin
Qəbrini qazan ağlar.
Qardaş, qardaş, ay qardaş,
Qaşın ucu yay qardaş.
Kaş ki bacın öleydi,
Deməyəydi vay qardaş.
Ağılara destruktiv şeir formasında da təsadüf edilir. Həm də burada ölən yüksək sima, hünərli, mərhəmətli, nəcib şəxs kimi təsvir olunur. Məsələn:
...Gümüş xəncəlli,
Ağ bağrı çatladan,
Düşmən bağrı yaran.
Aslan ürəkli,
Şir biləkli,
Bənövşə bığlı,
Mina boylu,
Darvaza kürəkli,
Gen sinəli,
Gözü qızlar avçısı,
Dili qızlar elçisi,
Balam vay!
Azərbaycan folklorunda nəsr formasında söylənən ağılar da mövcuddur. Məsələn: "Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban. Ay kimi doğudun, gün kimi batdın, minəndə at bağrı yardın, düşəndə yer bağrı yardın. Saydığına salam verdin, saymadığına yan verdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun. Altının bədöv atına, çiyninin tüfənginə, tərkinin dolu xurcununa, ağzının kəsərli sözünə anan qurban".
Hər bir fərdin dəqiq bioqrafiyası, həyat tərzi, peşəsi, məşğuliyyəti olduğundan, bu müxtəliflik ağılarda da öz əksini tapır. Yəni, ağı-bayatıları istisna etmək şərti ilə destruktiv və nəsr formalı ağılarda personofikasiya çox güclüdür, onların hər biri konkret bir şəxsin həyatını, əməllərini, nisgilini ifadə edir, onun ömür yolu haqqında təəssürat yaradır.
Müəllifsiz ağılarla bir sırada müəllifi bəlli olan ağılar da mövcuddur. Məsələn, Qarabağ hakimi İbrahim xanın oğlu Cavadın ölümü münasibətilə anasının dediyi "Oğul vay!.." ağısı müəllifli ağılara misal ola bilər:
Növrəstə Cavadım,
Güldəstə Cavadım!
Heyf ola ki ,sən getdin,
Ey xəstə Cavadım!
Ağı nümunələri yazılı ədəbiyyata da yol tapmışdır. XIX əsrdə yaşamış Gəncə şairlərindən 9 yaşlı oğlu Abbasın ölümü münasibətilə qələmə aldığı ağı buna sübutdur:
Sübh oldu, gəlmədin, bala, barı nahara gəl!
Çox yatma qəbr evində, amandır, kənara gəl!
Nəmdir yerin, qışın günü yatmaq rəva deyil,
Qoy mən girim, qocalmışam, ol məzara, gəl!
Baran misal göz yaşım oldu rəvan mənim,
Rəhm eylə, qoyma məni çox da intizara, gəl!
Səbr eyləyim səndən sonra nə növ ilə, bala?
Qəddim dönüb kəmanə, nedim, yoxdu çarə, gəl!
İstinadlar
- Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.376-378
Mənbə
- Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Xarici keçidlər
- Ağılar 2020-08-01 at the Wayback Machine
- Sədaqət Nemətova. Poetik yaddaşımızda ağılar (pdf)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agi sifahi xalq serinde yas merasimi ile bagli qusse derd keder ifade eden poetik forma Agi facieli sarsintili hadiselerle esasen olumle bagli soylenir Vaxti ile qedim turklerde elece de bu aileye daxil olan azerbaycanlilarda meyit yaninda agilari esasen qopuz adli musiqi aletinin musayietile oxumuslar E Haqverdiyev yazie Qedim Azerbaycanda olen boyuk qehremanlar ucun aglamaq bir adet idi Qehreman olen gunu camaati bir yere toplayardilar Bu toplantiya yug deyerdiler aglamaq yuglamaq sozundendir Toplananlar ucun qonaqliq duzelerdi xususi devet edilmis yugcular ise ikisimli qopuz calib oynayardilar Yugcu evvelce merhum qehremanin igidliklerini danisib onu terifleyerdi Sonra ise qedim havalara kecib sanli qehreman ucun agi deyerdi Toplasanlar da honkur honkur aglayardi Agida emosional calarlar gucludur o agildan daha cox hisse tesir gostermek meqsedi gudur Bununla birlikde agilarda konkretlik ve unvanliliq informativ yuk ve haqqinda sohbet geden sexsiyyetin mueyyen seciyyesi portret cizgileri de verilir Bu menada her bir agi mueyyen portret yaratma facienin teferruatini acma unsurleri ile de zengindir Agilarda improvizasiya muhum rol oynayir Agilar mezmunca bayatilardan ferqlense de formaca onlarin eynidir Meselen Agacda xezel aglar Dibinde gozel aglar Oglu olen analar Sergerdan gezer aglar Daglara dolu duser Qar yagar dolu duser Qebrimi yol uste qaz Anamin yolu duser Ezizim qazan aglar Od yanar qazan aglar Qeriblikde olenin Qebrini qazan aglar Qardas qardas ay qardas Qasin ucu yay qardas Kas ki bacin oleydi Demeyeydi vay qardas Agilara destruktiv seir formasinda da tesaduf edilir Hem de burada olen yuksek sima hunerli merhemetli necib sexs kimi tesvir olunur Meselen Gumus xencelli Ag bagri catladan Dusmen bagri yaran Aslan urekli Sir bilekli Benovse bigli Mina boylu Darvaza kurekli Gen sineli Gozu qizlar avcisi Dili qizlar elcisi Balam vay Azerbaycan folklorunda nesr formasinda soylenen agilar da movcuddur Meselen Acilmayan tufengin sivrilmeyen xencerin oz canina qurban Ay kimi dogudun gun kimi batdin minende at bagri yardin dusende yer bagri yardin Saydigina salam verdin saymadigina yan verdin dusmenine dirsek gosterdin qenimine qan uddurdun Altinin bedov atina ciyninin tufengine terkinin dolu xurcununa agzinin keserli sozune anan qurban Her bir ferdin deqiq bioqrafiyasi heyat terzi pesesi mesguliyyeti oldugundan bu muxteliflik agilarda da oz eksini tapir Yeni agi bayatilari istisna etmek serti ile destruktiv ve nesr formali agilarda personofikasiya cox gucludur onlarin her biri konkret bir sexsin heyatini emellerini nisgilini ifade edir onun omur yolu haqqinda teessurat yaradir Muellifsiz agilarla bir sirada muellifi belli olan agilar da movcuddur Meselen Qarabag hakimi Ibrahim xanin oglu Cavadin olumu munasibetile anasinin dediyi Ogul vay agisi muellifli agilara misal ola biler Novreste Cavadim Guldeste Cavadim Heyf ola ki sen getdin Ey xeste Cavadim Agi numuneleri yazili edebiyyata da yol tapmisdir XIX esrde yasamis Gence sairlerinden 9 yasli oglu Abbasin olumu munasibetile qeleme aldigi agi buna subutdur Subh oldu gelmedin bala bari nahara gel Cox yatma qebr evinde amandir kenara gel Nemdir yerin qisin gunu yatmaq reva deyil Qoy men girim qocalmisam ol mezara gel Baran misal goz yasim oldu revan menim Rehm eyle qoyma meni cox da intizara gel Sebr eyleyim senden sonra ne nov ile bala Qeddim donub kemane nedim yoxdu care gel IstinadlarElcin Secilmis eserleri 10 cildde IX cild Baki CINAR CAP 2005 seh 376 378MenbeElcin Secilmis eserleri 10 cildde IX cild Baki CINAR CAP 2005 509 seh Xarici kecidlerAgilar 2020 08 01 at the Wayback Machine Sedaqet Nemetova Poetik yaddasimizda agilar pdf Hemcinin bax