III. Murad (osman. مراد ثالث) (4 iyul 1546, Manisa, Osmanlı imperiyası – 16 yanvar 1595, Konstantinopol, Osmanlı imperiyası), 12-ci Osmanlı padşahı və 91-ci İslam xəlifəsidir. Səltənəti zamanında Osmanlı dövlətinin sahəsi 19.902.000 km²-ə qədər yüksəlmişdir. 21 il hakimiyyətdə qalan III. Murad dönəmində 11 sədrəzəm, 7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarında qərarsız, dinə və şeiriyyata düşkün olaraq təsvir olunan III. Muradın ətrafında həmişə rəmmal və münəccimlərin olduğu qeyd olunur.
III Murad | |
---|---|
osman. Murâd-ı sâlis | |
22 dekabr 1574 – 16 yanvar 1595 | |
Əvvəlki | II Səlim |
Sonrakı | III Mehmed |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1546 |
Doğum yeri | |
Vəfat tarixi | 16 yanvar 1595 (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər[d] |
Atası | II Səlim |
Anası | Nurbanu Sultan |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şahzadəliyi
4 iyul 1546 tarixində atası II Səlimin Manisa sancaqbəyliyi dövründə Manisanın Bozdağ yaylağında dünyaya gəlmişdir. Əsl adı Cecilia Baffo olan Venesiya əsilli Nurbanu Sultanın oğludur. İlk təhsilini Manisa sarayında aldı və 1557-ci ilin aprelində sünnət mərasimi burada keçirildi. Atasının 1558-ci ildə Qaraman əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi və babası Qanuni Sultan Süleymanın xeyir-duası ilə Akşehir sancaqbəyi seçildi. Burada ikən atası ilə əmisi Şahzadə Bəyazid arasında gedən Konya döyüşü əsnasında Konya qalasının mühafizəsi ilə vəzifələndirildi. Babası Sultan Süleymanın onu görmək istəməsi səbəbilə qısa müddətliyinə İstanbula gəldi. Onun mərkəzə çağırılması qardaşlar arasında gedən taxt mübarizəsində Sultan Süleymanın böyük oğlu Şahzadə Səlimə tərəfdar olması kimi başa düşülür. Belə ki, taxt mübarizəsinin sonunda atası Şahzadə Səlim Kütahya sancaqbəyi, özü isə 1562-ci ilin martında Manisa sancaqbəyi təyin olundu və taxta çıxanadək bu vəzifədə qaldı. 12 il davam edən bu vəzifəsi əsnasında əvvəlcə Fərrux bəy, ardından isə Cəfər bəy ona lələ olaraq təyin olundu. Uzun müddət bağlı olacağı hasəkisi alban əsilli Safiyə Sultan ilə burada tanış oldu və ondan dünyaya gələn oğlu Şahzadə Mehmed 1566-cı ildə burada dünyaya gəldi. Bundan başqa digər oğlu Mahmud və qızları Ayşə və Fatma Sultan da Manisada dünyaya gəlmişdir. Manisadakı şahzadəliyi dövründə müəllimi Xoca Sadəttin Əfəndi, dəftərdarı Qara Üveys Çələbi və hərəmini idarə edən Raziyə kalfanın təsirində qalmışdı. Xüsusilə də Raziyə kalfa padşahlığı dövründə də öz nüfuzunu qoruyub saxlamışdır. Şahzadəlik dövründə dövlət işlərinə çox qarışmadı və taxtın yeganə varisi olaraq rahat bir həyat yaşadı. Bu əsnada şəhərdə Muradiyə məscidinin inşasına başladı. Jacopo Ragozzoninin 1571 tarixli qeydinə görə, Şahzadə Murad bacarıqlı, yaxşı təhsil almış, dinə son dərəcə bağlı, atası və digər dövlət adamları tərəfindən çox sevilən bir şahzadə idi.
Səltənəti
Taxta çıxışı
Atasının vəfatı xəbərini sədrəzəm Sokollu Mehmed Paşa və anası Nurbanu Sultan tərəfindən göndərilən Həsən çavuşdan alan və böyük oğul olaraq taxta dəvət edilən Şahzadə Murad dərhal yola çıxaraq Mudanya limanına gəldi. Burada onu gözləməli olan kaptan-ı dərya Qılınc Əli Paşanı tapmadı və çıxan fırtınaya baxmayaraq sahildə Firidun Əhməd bəyə aid olan kiçik gəmiyə minib dərhal İstanbula yola düşdü. Sarayburnu sahilində sədrəzəm Sokollu Mehmed Paşa ilə görüşüb gecə yarısı saraya girdi. Ertəsi gün 22 dekabr 1574 tarixində II Səlimin ölümü və III Muradın taxta çıxdığı rəsmi şəkildə elan olundu. Saraya gəldiyi gecə boğdurduğu 5 qardaşı və atasının cənazə mərasimi eyni gündə keçirildi. Atasının cənazə namazına qatılan Sultan Murad ardından 25 dekabrda əsgərə cülus bəxşişi paylatdırdı və ilk iş olaraq Kəbənin divarlarının təmir edilməsini əmr etdi. İlk cümə namazını böyük bir mərasimlə Aya Sofya məscidində qılan Sultan Murad 5 yanvar 1575 tarixində əvvəlcə Əyyub Sultan məscidinə gedərək burada qılınc qurşandı, ardından Ədirnəqapı səmtindən şəhərə daxil olaraq sırayla Yavuz Sultan Səlim, Fateh Sultan Mehmed, Şahzadə Mehmed, Sultan Süleyman, II Bəyazid və atasının məzarlarını ziyarət etdi.
Osmanlı-Səfəvi müharibəsi (1578–1590)
Səltənətinin ilk illərində uzun müddətdir sədarətdə olan Sokollu Mehmed Paşanın əleyhdarlarının təsirində qalır və babaları kimi hakimiyyəti ələ alması üçün təşviq edilirdi. Xüsusilə də, Şəmsi Əhməd Paşa və Darüssəadə ağası Qəzənfər ağa ona bu yolda təsir edirdilər. Buna baxmayaraq Sokollu Mehmed Paşanı vəzifədə saxlayaraq təcrübəsindən istifadə etdi ancaq zaman keçdikcə gücünü zəiflədərək sədrəzəmi təsirsiz hala saldı.
Sultan Muradın taxta çıxması ilə müxtəlif dövlətlər İstanbulda olan vəya bu münasibətlə göndərdikləri elçiləri vasitəsilə əvvəlcə padşahı təbrik etdi, ardından əvvəlki müqavilələri yenilədilər. Məsələn Venesiya elçisi Soranza Venesiya başhersoqunun təbrikləriylə birlikdə divana 50 min qızıl, Xorvat hakimi 12 min qızıl və gümüş qab-qacaq hədiyyə etmişdir. Bu elçilər arasında Səfəvi elçisi Məhəmməd xan Ustaclı həm gətirdiyi hədiyyələr, həm də elçi heyətinin çox olması ilə digərlərindən fərqlənirdi. Ancaq hələ elçi İstanbulda ikən Səfəvi taxtında qarışıqlıqlar baş vermiş, Şah Təhmasibin vəfatı və gedən taxt mübarizəsi tərtib olunan yeni səfərin istiqamətini müəyyənləşdirdi. II İsmayılın Anadoludakı siyasi və dini fəaliyyətini artırması və sərhəd zonasındakı bəylərin çatışmaları bu səfərə bəhanə göstərildi. II İsmayılın anidən öldürülməsi ilə çıxan qarışıqlığı da nəzərə alsaq, sədrəzəm Sokollu Mehmed Paşanın etirazlarına baxmayaraq yeni bir səfərə çıxılmasına dəqiq qərar verildi. Ancaq bu səfərə kimin rəhbərlik edəcəyi haqda mərkəzdə güclü rəqabət başlamışdı. Yaz aylarında Ərzurum sərhəddinə göndəriləcək olan orduya Lələ Mustafa Paşanın, Bağdada göndəriləək olan orduya isə Qoca Sənan Paşanın rəhbərlik etməsi qərarlaşdırılsa da, bu iki vəzir arasında güclü rəqabət gedirdi. Nəhayət, padşahın müdaxiləsi ilə Lələ Mustafa Paşa Gürcüstan istiqamətində Şirvanın fəthi ilə vəzifələndirildi və Qoca Sənan Paşa vəzifədən azad olundu. Sultan Murad isə Səfəvilər üzərinə hazırlanan bu mükəmməl planı diqqətlə izləyirdi. Osmanlı ordusu Çıldır gölü yaxınlığında Səfəviləri məğlub edərək Gürcüstana daxil oldu, ardından Qanıx çayı sahilində Səfəvilərin geridə qalan qüvvələrini məğlub edərək Şirvan zonasındakı qalaları bir-bir ələ keçirməyə başladı. Lələ Mustafa Paşanın ikinci hücumu 1579-cu ildə baş tutdu və bu hücumla Osmanlı ordusu ələ keçirilən torpaqlarda möhkəmləndi. Lələ Mustafa Paşanın qışlamaq üçün Ərzuruma geri döndüyü əsnada paytaxtdan gələn xəbərlə Sokollu Mehmed Paşanın sui-qəsdlə öldürüldüyü öyrənildi.
Sokollu Mehmed Paşanın məruz qaldığı bu sui-qəsddə Lələ Mustafa Paşanın saraydakı tərəfdarlarının rolu olduğu və şəxsən padşahdan dəstək aldıqları iddia edilirdi. İbrahim Peçəviyə görə, Sultan Murad sədrəzəmin təqdim etdiyi sənədləri belə təsdiq etmirdi. Sokollu Mehmed Paşanın ölümündən sonra yerinə qarşı tərəfdən padşahın himayəsindəki Şəmsi Əhməd Paşa sədarətə gətirildi. Qazandığı qələbələrin ardından sədarətə gətiriləcəyini ümid edən Lələ Mustafa Paşa sərdarlıqdan alınaraq paytaxta çağırıldı və yerinə əzəli rəqibi olan Qoca Sənan Paşa göndərildi. Şəmsi Əhməd Paşanın vəfatından sonra sədarət üçün ümidlənən Lələ Mustafa Paşa Qoca Sənan Paşa ilə girişdiyi mübarizədə uduzdu. Sədarət möhürü səngərdə vuruşan Qoca Sənan Paşaya göndərildi, Lələ Mustafa Paşa isə sədarət naibi olaraq paytaxtda saxlanıldı. Sultan Murad isə dövlət işlərindəki ikibaşlılıqdan narazı idi və bu narazılığı Lələ Mustafa Paşanın ani vəfatı ilə başa çatdı (7 avqust 1580).
Sənan Paşa cəbhəyə gəldikdən sonra Səfəvi heyətilə sülh müzakirələrinə başladı və heyətlə birlikdə İstanbula doğru yola düşdü. Sədrəzəmin paytaxta gəlişindən dərhal sonra isə Sultan Murad oğlu Şahzadə Mehmed üçün böyük bir sünnət mərasimi keçirdi. 29 may 1582-ci il tarixində başlayıb 55 gün davam edən möhtəşəm mərasimdə sarayın bütün şan-şöhrəti nümayiş olundu. Ardından çıxdığı səfərdə heç bir nailiyyət qazanmadığı bəhanə edilərək Sənan Paşa sədarətdən alındı. Rəvayətə görə, Sənan Paşa səfərə şəxsən padşahın çıxmasını məsləhət görmüş, padşah üzərindəki nüfuzlarının azalmasından çəkinən saraydakı qadınlar isə bu qərara qarşı çıxaraq padşahı paytaxtda qalmağa və Sənan Paşanı vəzifədən almağa razı saldılar. Sultan Murad Sənan Paşanın yerinə bacısı Fatma Sultanın əri Siyavuş Paşanı sədarətə (24 dekabr 1582), Səfəvi cəbhəsinin sərdarlığına isə Fərhad Paşanı gətirdi. Bu əsnada Səfəvi cəbhəsində Osmanlı ordusunun mövqeyi zəifləmiş, Şirvanda qalan Özdəmiroğlu Osman Paşa isə Dərbəndə çəkilmişdi. Çıxılan yeni səfərdə əsas məqsəd Şirvanın tamamilə işğal edilməsi idi. Gələn əlavə qüvvə ilə yola çıxan Özdəmiroğlu Osman Paşa Şirvanda sabitliyi təmin edərək Kəfəyə yola çıxdı. Əvvəlcə İslam Gərayı Krım xanı təyin etdi, ardından paytaxta qayıdaraq ikinci vəzirliyə gətirildi. Qazandığı qələbələr səbəbilə 28 iyul 1584 tarixində sədrəzəm təyin olunan Özdəmiroğlu Osman Paşa rəvayətə görə, paytaxta gəldikdən dərhal sonra padşahın qəbulunda olmuş, 4 saat boyunca padşahla söhbət etdikdən sonra Sultan Murad tərəfindən hədiyyələr almışdır.
Bu əsnada Sultan Murad üzərində güclü nüfuza malik olan anası Nurbanu Sultanın vəfat etməsi (7 dekabr 1583) saraydakı tarazlığı pozdu. Artıq saraydakı əsas güc Sultan Muradın hasəkisi Safiyə Sultan və hərəmxana kəndxudası Canfəda Xatun idi. Nurbanu Sultan oğlunun Safiyə Sultana olan sevgisini azaltmaq üçün oğluna müxtəlif kənizlər təqdim etsə də, Safiyə Sultanın saraydakı gücünü azalda bilməmişdi. Çünki Şahzadə Mahmudun 1581-ci ildə vəfatı səbəbilə taxtın yeganə varisi olaraq Safiyə Sultanın oğlu Şahzadə Mehmed qalmışdı. Ardından Sultan Murad taxt varisi olan oğlu Şahzadə Mehmedi Manisa sancaqbəyi təyin etdi (17 dekabr 1583). Venesiya elçisinin qeydlərinə görə, Sultan Murad əhalinin oğluna olan sevgisindən çəkinirdi. Hətta padşahın paytaxt küçələrinə çıxmamasının da səbəbi olaraq bu qorxunu göstərir.
Yeni sədrəzəm Osman Paşa 9 aprel 1585 tarixində Təbrizin işğalı və mühafizəsi ilə vəzifələndirildi. Nəticədə Təbriz ələ keçirildi və 27 sentyabrda burada Sultan Murad adına xütbə oxundu. Ancaq şəhərin idarəedilməsi çətin idi və Osman Paşa bu əsnada xəstələnərək vəfat etmişdi (29–30 oktyabr gecəsi). Təbrizi 11 ay boyunca mühasirədə saxlayan Səfəvi qüvvələri Sərdar Fərhad Paşanın şəhərə yaxınlaşdığını öyrəndikdən sonra geri çəkildi.
Fərhad Paşanın 1588-ci ildə Gəncəyə hücumu və 1 sentyabrda şəhərə girişi, bu əsnada taxta çıxan Şah Abbasın çətin vəziyyətdə olması yeni bir sülhün bağlanması məsələsini gündəmə gətirdi. Şah Abbas Heydər Mirzəni böyük bir heyətlə İstanbula göndərdi (18 yanvar 1590) və ələ keçirilən torpaqların Osmanlılarda qalması şərtilə sülh bağlandı. Beləliklə, 1578-ci ildə başlayan bu uzun və yorucu müharibə başa çatdı. Müharibənin maliyyəyə vurduğu zərbə iqtisadiyyatı zəiflətmişdi. Əyarı aşağı salınmış sikkə səbəbilə qapıqulu əsgəri İstanbulda ayaqlanmış, saraya gedərək təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Bəylərbəyi hadisəsi adlanan bu ixtişaşlarda üsyançıların tələb etdiyi Anadolu bəylərbəyi Mehmed Paşa və başdəftərdar Mahmud Əfəndini təslim etmək istəməyən Sultan Murad dövlət adamlarının müdaxiləsi ilə yola gətirildi və üsyançıların tələb etdiyi şəxslər edam olundu (2 aprel 1589). Hadisənin ardından sədrəzəm Siyavuş Paşa və şeyxülislam Əbdülqədir Əfəndi təqsirkar hesab edilərək vəzifədən alındı.
Xarici siyasət
Sultan Murad dövründə Osmanlı-Səfəvi müharibələrindən başqa ölkənin uzaq sərhədlərində də siyasi dəyişikliklər baş vermişdi. Səfəvilərlə gedən müharibənin ilk illərində Şeybani xanı Abdullah xanla ittifaq qurulmuşdu. Rusların Qafqaza və Sibirə qədər irəliləməsi iki dövlət arasındakı münasibətləri korlamışdı. 1587-ci ilin avqustunda İstanbula gələn özbək və noqay elçiləri Astraxandakı rus təzyiqini bildirərək ittifaq təklif etmişdi. Rusların Krım xanlığı üzərindəki planları səbəbilə yeni bir Astraxan səfəri gündəmə gəlsə də, qərb dünyasında baş verən proseslər bu səfəri təxirə saldı. Bu illərdə Osmanlı siyasəti daha çox Lehistana yönəlmişdi. III Henrinin Fransa taxtına çıxması ilə boş qalan Lehistan krallığına ruslaın və avstriyalıların müdaxiləsinin qarşısı alındı. Sultan Murad dövründə xüsusilə İngiltərə ilə münasibətlər yaxşılaşdı. Əvvəlcə 1579-cu ilin martında ingilis bir tacirə ticarət imtiyazı verildi. Ardından 1580-ci ilin martında bu imtiyaz bütün ingilis tacirlərinə verildi. Münasibətlərin qurulmasında Xoca Sadəttin Əfəndinin rolu önəmlidir. Sultan Murad və kraliça I Elizabeta arasında rəsmi yazışmalar oldu. Xüsusilə də, İspaniyaya qarşı müttəfiq siyasət yeridildi. Mərakeşdə ispan və portuqallarla mübarizə aparan Osmanlı ordusu 1578-ci ildə onları məğlub etdi. Gedən döyüşdə portuqaliya kralı həlak oldu.
Sultan Murad dövrünün ikinci böyük cəbhəsi qərbdə Habsburqlara qarşı açıldı. Bu müharibə Osmanlı tarixində ictimai, siyasi və iqtisadi dəyişikliklərə səbəb oldu. Müharibə Bosniya sərhədlərində baş verən kiçik çatışmalarla başladı. 20 iyun 1593 tarixində Bosniya və Macarıstan bəylərbəyliyinin orduları Kulpa çayı sahilində Avstriya orduları tərəfindən hücuma məruz qaldı. Sisak döyüşü adlanan bu döyüşdə Bosniya bəylərbəyi Telli Həsən Paşa, sancaqbəylərindən Sultanzadə Mehmed bəy (Aişə Hümaşah Sultanın oğlu, Mihrimah Sultanın nəvəsi) və digər bəzi dövlət adamları şəhid edildi. Bu hücumun ardından ikinci vəzir Fərhad Paşa və şeyxülislamın etirazlarına baxmayaraq, xüsusilə də Sənan Paşanın təkidilə Sultan Murad Avstriyaya qarşı səfər elan etdi. Sənan Paşa idarəsindəki Osmanlı ordusu bir neçə qələbə qazansa da, Avstriyalıların əks-hücuma keçməsi ilə bəzi qalalar itirildi. Mərkəzdən gələn əmrlə irəliləyən Sənan Paşa dərhal hücuma keçdi və 27 sentyabr 1594 tarixində Yanıqqalanı ələ keçirərək Komorn qalasını mühasirəyə aldı. Sənan Paşa ordunun bir qismini sərhəddə qoyub Belqrada gedərkən, Transilvaniya, Valaxiya və Boğdan hakimlərinin Osmanlı əleyhinə qurulan müqəddəs ittifaqa daxil olduğu xəbərini eşitdi. 1595-ci ilin yanvarında ələ keçirilən İbrail qalası Valaxiya ordusu tərəfindən yandırıldı və Silistrəyə irəlilədi. Bu əsnada Sultan Murad vəfat etdi (17 yanvar 1595) və Aya Sofiya məscidinin həyətindəki türbəsinə dəfn olundu.
Şəxsiyyəti
Mənbələrin dediyinə görə, Sultan Murad ölümündən 20 gün əvvəl soyuq dəymədən xəstələnmişdi. Dövrün tarixçisi Selaniki, padşahın ifrazat orqanlarının işləmədiyini və xəstəliyi səbəbilə şəhərdə şayələrin gəzdiyini, yanvarın əvvəllərində isə vəziyyətin gərginləşdiyini və padşahın səhhətinin guya düzəlməsi xəbərinin şəhərdə elan olunduğunu qeyd edir. Sultan Muradın ani vəfatı saray əhalisini də heyrətləndirmişdi. Ölüm xəbəri gizli saxlanılmış, dövlət işləri davam etdirilmiş və bu əsnada Şahzadə Mehmedə xəbər göndərilmişdi.
Cülusunun ardından 5–6 il boyunca Safiyə Sultana bağlı olan Sultan Murad anası Nurbanu Sultan və bacısı Əsməhan Sultanın təşviqilə digər kənizlərə də rəğbət bəsləmişdir. Tarixçi Schweigger onun 1579-cu ildə xristian bir kənizdən oğlu olduğunu yazır. Ümumiyyətlə, Sultan Muradın hasəkiləri, kənizləri və övladlarının sayında mübaliğə edilir. Bu şayələr görə, padşahın vəfat etdiyi əsnada 49 övladı və 7 hamilə kənizi var idi. Tarixi mənbələrə görə, qumral və orta boylu olan Sultan Murad cəngavərlikdə və at minməkdə bacarıqlı idi. Schweigger isə onu soluq üzlü, uzun burunlu və nasaz səhhətli olaraq təsvir edir. Əyləncəyə maraqlı olduğu, daima musiqiçiləri, şairləri himayə etdiyi bilinir.
Ailəsi
Hərəmxanası
- Safiyə Sultan
- Şəmsi Ruhsar Xatun
- Mehriban Xatun
- Şahuban Xatun
- Nazpərvər Xatun
- Fəxriyə Xatun
Oğlan uşaqları
- III Mehmed
- Şahzadə Mahmud (1573 – 24 fevral 1587).
- Şahzadə Mustafa (1578 – 27 yanvar 1595).
- Şahzadə Bəyazid (1579 – 27 yanvar 1595).
- Şahzadə Abdullah (1580 – 27 yanvar 1595).
- Şahzadə Səlim (1581 – 27 yanvar 1595).
- Şahzadə Süleyman (1585 – avqust 1585)
- Şahzadə Cahangir (1585 – 27 yanvar 1595).
- Şahzadə Osman (1585 – 27 yanvar 1595).
- Şahzadə Əbdürrəhman (1585 – 27 yanvar 1595) — Nazpərvər Xatundan doğulma
- Şahzadə Yəhya (1585–1649)
- Şahzadə Həsən (1586 – 27 yanvar 1595)
- Şahzadə Əhməd (1586 – 27 yanvar 1595).
- Şahzadə Yaqub (1587 – 27 yanvar 1595).
- Şahzadə Aləmşah (? – 27 yanvar 1595)
- Şahzadə Yusif (? – 27 yanvar 1595) — Nazpərvər Xatundan doğulma
- Şahzadə Hüseyn (? – 27 yanvar 1595)
- Şahzadə Qorqud (? – 27 yanvar 1595)
- Şahzadə Əli (? – 27 yanvar 1595)
- Şahzadə İshaq (? – 27 yanvar 1595)
- Şahzadə Ömər (? – 27 yanvar 1595)
- Şahzadə Əlaüddin (? – 27 yanvar 1595)
- Şahzadə Davud (? – 27 yanvar 1595)
Qeyd. Oğlan uşaqlarının sayının 25 olduğu bilinir.
Qız uşaqları
- Ayşə Sultan (1570–1605) – Safiyə Validə Sultanın qızıdır
- Fatma Sultan – Safiyə Validə Sultanın qızıdır.
- Xadicə Sultan (1583–1639/1640) — 1598 tarixində Kürəkən Sokulluzadə Lələ Mehmed Paşa. Onun üç övladı (bir qızı və iki oğlu) var idi və onlar gənc dünyasını dəyişdi. 1599-cu ildə Kerç qalası daxilində Bayezid Vəli məscidinin minarələrinin təmirində iştirak etmişdir.
- Fəxriyə Sultan (1594–1656) – Şəmsi Ruhsar Xatunun qızıdr.
- Ruqiyə Sultan (1586–?) — Şəmsi Ruhsar Xatunun qızıdır. 21 fevral 1613 tarixində Kürəkən Nəqqaş Həsən Paşa ilə evlənmişdir. 1623-cü ildə ölümündən sonra onun həyatı məlum deyil.
- Mihrimah Sultan – Şəmsi Ruhsar Xatunun qızıdır.
- Mehriban Sultan (1596–?) — Nazpərvər Xatunun qızıdır. 21 fevral 1613 tarixində Kürəkən Topal Mehmed Paşa ilə evləndi.
- Fethiye Sultan
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Türk Tarih Kurumu Oslamlı Padişahları III. Murad
- "Kuruluşunun 700 yılında Osmanlı" c.1 sf. 138, NESA Yayıncılık. (2007).
- . 2006-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-05-02.
Mənbə
- Mehmed Zaîm, Câmiu’t-tevârîh, TSMK, Revan Köşkü, nr. 1382, vr. 308b;
- Âsafî, Şecâatnâme, TSMK, Revan Köşkü, nr. 1301, vr. 52a-73b, 139a-154b, 161b-179b;
- Ahdî, Gülşen-i Şuarâ, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 774, vr. 10a-b;
- Selânikî, Târih (İpşirli), s. 97-432;
- Âlî, Menâkıb-ı Hünerverân, s. 6, 25, 54;
- a.mlf., Künhü’l-ahbâr, Nuruosmaniye Ktp., nr. 3409, vr. 106b, 288a, 420a;
- Tâlikîzâde Mehmed Subhî, Tebrîziyye, TSMK, Revan Köşkü, nr. 1299, vr. 14a-18b;
- a.mlf., Şehnâme-i Hümâyun, Türk ve İslâm Eserleri Müzesi Ktp., nr. 1965, vr. 20b;
- Harîmî, Zafernâme-i Sultan Murad Han, İÜ Ktp., TY, nr. 2372, vr. 30a-37a;
- Seyyid Lokman, Şehinşâhnâme, I, İÜ Ktp., FY, nr. 1404;
- II, TSMK, Bağdat Köşkü, nr. 200;
- Telhîsât, TSMK, Revan Köşkü, nr. 1951, vr. 135b-165a;
- S. Schweigger, Sultanlar Kentine Yolculuk: 1578–1581 (nşr. H. Stein, trc. S. Türkis Noyan), İstanbul 2004, s. 160-161;
- J. Sanderson, The Travels of John Sanderson in the Levant 1584–1602 (ed. W. Foster), London 1931, tür.yer.;
- Atâî, Zeyl-i Şakāik, I, 372, 382, 383;
- Mehmed b. Mehmed er-Rûmî (Edirneli)’nin Nuhbetü’t-tevârih ve’l-ahbârı ve Târîh-i Âl-i Osmân’ı (haz. Abdurrahman Sağırlı, doktora tezi, 2000), İÜ Sosyal Bilimler Enstitüsü, I, 363-483;
- Riyâzî, Riyâzü’ş-şuarâ, İÜ Ktp., TY, nr. 761, vr. 10b;
- Peçuylu İbrâhim, Târih, II, 2-163;
- B. W. Wratislaw, Baron Wratislaw’ın Anıları (trc. M. Süreyya Dilmen), İstanbul 1996, s. 86, 87, 138;
- Müstakimzâde, Tuhfe, s. 516;
- Hammer (Atâ Bey), VII, 7-194;
- Zinkeisen, Geschichte, III, 381-597;
- H. G. Rosedale, Queen Elizabeth and the Levant Company, London 1904, s. 21, 22, 23;
- N. Jorga, Geschichte des Osmanischen Reiches, Gotha 1908, III, 217-309;
- Akdes Nimet Kurat, Türk-İngiliz Münâsebetlerinin Başlangıcı ve Gelişmesi (1553–1610), Ankara 1953, s. 182-186;
- Bekir Kütükoğlu, Osmanlı-İran Siyasî Münasebetleri: 1578–1590, İstanbul 1962;
- a.mlf., “Murad III”, İA, VIII, 615-625;
- S. Faroqhi, Die Vorlagen (telhise) des Grosswesirs Sinan Paša an Sultan Murad III, Hamburg 1967, tür.yer.;
- S. A. Skilliter, William Harborne and the Trade with Turkey (1578–1582), London 1977;
- Tülay Reyhanlı, İngiliz Gezginlerine Göre XVI. Yüzyılda İstanbul’da Hayat (1582–1598), Ankara 1983, tür.yer.;
- a.mlf., “The Portraits of Murad III”, Erdem, III/8, Ankara 1978, s. 453-478;
- Ahmet Kırkkılıç, Sultan Üçüncü Murad: Hayatı, Edebî Kişiliği, Eserleri ve Divanı’ndan Seçmeler, İstanbul 1988;
- Feridun M. Emecen, XVI. Asırda Manisa Kazası, Ankara 1989, s. 34-37, 101-103;
- L. P. Peirce, Harem-i Hümayun: Osmanlı İmparatorluğu’nda Hükümranlık ve Kadınlar (trc. Ayşe Berktay), İstanbul 1996, s. 125-127, 166, 229, 239, 266;
- A. Refik, “Sokullu Mehmed Paşa ve Lehistan İntihabatı”, TOEM, V, 1331, s. 686;
- D. Burian, “Kıraliçe Elizabeth’den Üçüncü Sultan Murat’a Gelen Hediyenin Hikâyesi”, DTCFD, IX/1-2 (1951), s. 19-41
Xarici keçidlər
III Murad Doğum: 4 İyul 1546 Vəfat: 15 yanvar 1595 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri II Səlim | Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 12 Dekabr 1574-15 yanvar 1595 | Xələfləri III Mehmed |
Sünni İslam titulları | ||
Sələfləri II Səlim | İslam Xəlifəsi (خلافة إسلامية) | Xələfləri III Mehmed |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
III Murad osman مراد ثالث 4 iyul 1546 Manisa Osmanli imperiyasi 16 yanvar 1595 Konstantinopol Osmanli imperiyasi 12 ci Osmanli padsahi ve 91 ci Islam xelifesidir Selteneti zamaninda Osmanli dovletinin sahesi 19 902 000 km e qeder yukselmisdir 21 il hakimiyyetde qalan III Murad doneminde 11 sedrezem 7 seyxulislam deyismisdir Dovrun tarixi qaynaqlarinda qerarsiz dine ve seiriyyata duskun olaraq tesvir olunan III Muradin etrafinda hemise remmal ve muneccimlerin oldugu qeyd olunur III Muradosman Murad i salis12 ci Osmanli Sultani Padsah 22 dekabr 1574 16 yanvar 1595EvvelkiII SelimSonrakiIII MehmedSexsi melumatlarDogum tarixi 4 iyul 1546Dogum yeri Manisa Osmanli imperiyasiVefat tarixi 16 yanvar 1595 1595 01 16 48 yasinda Vefat yeri Konstantinopol Osmanli imperiyasiDefn yeri Sultan Murad turbesiFealiyyeti rehber d Atasi II SelimAnasi Nurbanu SultanUsaqlari III Mehmed Ayse Sultan Fexriye Sultan Fatma Sultan Mihrimah Sultan Humasah SultanAilesi Osmanli xanedaniDini sunni islam Vikianbarda elaqeli mediafayllarHeyatiSahzadeliyi 4 iyul 1546 tarixinde atasi II Selimin Manisa sancaqbeyliyi dovrunde Manisanin Bozdag yaylaginda dunyaya gelmisdir Esl adi Cecilia Baffo olan Venesiya esilli Nurbanu Sultanin ogludur Ilk tehsilini Manisa sarayinda aldi ve 1557 ci ilin aprelinde sunnet merasimi burada kecirildi Atasinin 1558 ci ilde Qaraman eyaletine gonderilmesi ile onunla birlikde getdi ve babasi Qanuni Sultan Suleymanin xeyir duasi ile Aksehir sancaqbeyi secildi Burada iken atasi ile emisi Sahzade Beyazid arasinda geden Konya doyusu esnasinda Konya qalasinin muhafizesi ile vezifelendirildi Babasi Sultan Suleymanin onu gormek istemesi sebebile qisa muddetliyine Istanbula geldi Onun merkeze cagirilmasi qardaslar arasinda geden taxt mubarizesinde Sultan Suleymanin boyuk oglu Sahzade Selime terefdar olmasi kimi basa dusulur Bele ki taxt mubarizesinin sonunda atasi Sahzade Selim Kutahya sancaqbeyi ozu ise 1562 ci ilin martinda Manisa sancaqbeyi teyin olundu ve taxta cixanadek bu vezifede qaldi 12 il davam eden bu vezifesi esnasinda evvelce Ferrux bey ardindan ise Cefer bey ona lele olaraq teyin olundu Uzun muddet bagli olacagi hasekisi alban esilli Safiye Sultan ile burada tanis oldu ve ondan dunyaya gelen oglu Sahzade Mehmed 1566 ci ilde burada dunyaya geldi Bundan basqa diger oglu Mahmud ve qizlari Ayse ve Fatma Sultan da Manisada dunyaya gelmisdir Manisadaki sahzadeliyi dovrunde muellimi Xoca Sadettin Efendi defterdari Qara Uveys Celebi ve heremini idare eden Raziye kalfanin tesirinde qalmisdi Xususile de Raziye kalfa padsahligi dovrunde de oz nufuzunu qoruyub saxlamisdir Sahzadelik dovrunde dovlet islerine cox qarismadi ve taxtin yegane varisi olaraq rahat bir heyat yasadi Bu esnada seherde Muradiye mescidinin insasina basladi Jacopo Ragozzoninin 1571 tarixli qeydine gore Sahzade Murad bacariqli yaxsi tehsil almis dine son derece bagli atasi ve diger dovlet adamlari terefinden cox sevilen bir sahzade idi Selteneti Taxta cixisi Atasinin vefati xeberini sedrezem Sokollu Mehmed Pasa ve anasi Nurbanu Sultan terefinden gonderilen Hesen cavusdan alan ve boyuk ogul olaraq taxta devet edilen Sahzade Murad derhal yola cixaraq Mudanya limanina geldi Burada onu gozlemeli olan kaptan i derya Qilinc Eli Pasani tapmadi ve cixan firtinaya baxmayaraq sahilde Firidun Ehmed beye aid olan kicik gemiye minib derhal Istanbula yola dusdu Sarayburnu sahilinde sedrezem Sokollu Mehmed Pasa ile gorusub gece yarisi saraya girdi Ertesi gun 22 dekabr 1574 tarixinde II Selimin olumu ve III Muradin taxta cixdigi resmi sekilde elan olundu Saraya geldiyi gece bogdurdugu 5 qardasi ve atasinin cenaze merasimi eyni gunde kecirildi Atasinin cenaze namazina qatilan Sultan Murad ardindan 25 dekabrda esgere culus bexsisi paylatdirdi ve ilk is olaraq Kebenin divarlarinin temir edilmesini emr etdi Ilk cume namazini boyuk bir merasimle Aya Sofya mescidinde qilan Sultan Murad 5 yanvar 1575 tarixinde evvelce Eyyub Sultan mescidine gederek burada qilinc qursandi ardindan Edirneqapi semtinden sehere daxil olaraq sirayla Yavuz Sultan Selim Fateh Sultan Mehmed Sahzade Mehmed Sultan Suleyman II Beyazid ve atasinin mezarlarini ziyaret etdi Osmanli Sefevi muharibesi 1578 1590 Seltenetinin ilk illerinde uzun muddetdir sedaretde olan Sokollu Mehmed Pasanin eleyhdarlarinin tesirinde qalir ve babalari kimi hakimiyyeti ele almasi ucun tesviq edilirdi Xususile de Semsi Ehmed Pasa ve Darusseade agasi Qezenfer aga ona bu yolda tesir edirdiler Buna baxmayaraq Sokollu Mehmed Pasani vezifede saxlayaraq tecrubesinden istifade etdi ancaq zaman kecdikce gucunu zeiflederek sedrezemi tesirsiz hala saldi Sultan Muradin emri ile 1586 ci ilde Sirvanda insa olunan darvaza Sultan Muradin taxta cixmasi ile muxtelif dovletler Istanbulda olan veya bu munasibetle gonderdikleri elcileri vasitesile evvelce padsahi tebrik etdi ardindan evvelki muqavileleri yenilediler Meselen Venesiya elcisi Soranza Venesiya bashersoqunun tebrikleriyle birlikde divana 50 min qizil Xorvat hakimi 12 min qizil ve gumus qab qacaq hediyye etmisdir Bu elciler arasinda Sefevi elcisi Mehemmed xan Ustacli hem getirdiyi hediyyeler hem de elci heyetinin cox olmasi ile digerlerinden ferqlenirdi Ancaq hele elci Istanbulda iken Sefevi taxtinda qarisiqliqlar bas vermis Sah Tehmasibin vefati ve geden taxt mubarizesi tertib olunan yeni seferin istiqametini mueyyenlesdirdi II Ismayilin Anadoludaki siyasi ve dini fealiyyetini artirmasi ve serhed zonasindaki beylerin catismalari bu sefere behane gosterildi II Ismayilin aniden oldurulmesi ile cixan qarisiqligi da nezere alsaq sedrezem Sokollu Mehmed Pasanin etirazlarina baxmayaraq yeni bir sefere cixilmasina deqiq qerar verildi Ancaq bu sefere kimin rehberlik edeceyi haqda merkezde guclu reqabet baslamisdi Yaz aylarinda Erzurum serheddine gonderilecek olan orduya Lele Mustafa Pasanin Bagdada gonderileek olan orduya ise Qoca Senan Pasanin rehberlik etmesi qerarlasdirilsa da bu iki vezir arasinda guclu reqabet gedirdi Nehayet padsahin mudaxilesi ile Lele Mustafa Pasa Gurcustan istiqametinde Sirvanin fethi ile vezifelendirildi ve Qoca Senan Pasa vezifeden azad olundu Sultan Murad ise Sefeviler uzerine hazirlanan bu mukemmel plani diqqetle izleyirdi Osmanli ordusu Cildir golu yaxinliginda Sefevileri meglub ederek Gurcustana daxil oldu ardindan Qanix cayi sahilinde Sefevilerin geride qalan quvvelerini meglub ederek Sirvan zonasindaki qalalari bir bir ele kecirmeye basladi Lele Mustafa Pasanin ikinci hucumu 1579 cu ilde bas tutdu ve bu hucumla Osmanli ordusu ele kecirilen torpaqlarda mohkemlendi Lele Mustafa Pasanin qislamaq ucun Erzuruma geri donduyu esnada paytaxtdan gelen xeberle Sokollu Mehmed Pasanin sui qesdle oldurulduyu oyrenildi Sokollu Mehmed Pasanin meruz qaldigi bu sui qesdde Lele Mustafa Pasanin saraydaki terefdarlarinin rolu oldugu ve sexsen padsahdan destek aldiqlari iddia edilirdi Ibrahim Peceviye gore Sultan Murad sedrezemin teqdim etdiyi senedleri bele tesdiq etmirdi Sokollu Mehmed Pasanin olumunden sonra yerine qarsi terefden padsahin himayesindeki Semsi Ehmed Pasa sedarete getirildi Qazandigi qelebelerin ardindan sedarete getirileceyini umid eden Lele Mustafa Pasa serdarliqdan alinaraq paytaxta cagirildi ve yerine ezeli reqibi olan Qoca Senan Pasa gonderildi Semsi Ehmed Pasanin vefatindan sonra sedaret ucun umidlenen Lele Mustafa Pasa Qoca Senan Pasa ile girisdiyi mubarizede uduzdu Sedaret mohuru sengerde vurusan Qoca Senan Pasaya gonderildi Lele Mustafa Pasa ise sedaret naibi olaraq paytaxtda saxlanildi Sultan Murad ise dovlet islerindeki ikibasliliqdan narazi idi ve bu naraziligi Lele Mustafa Pasanin ani vefati ile basa catdi 7 avqust 1580 Senan Pasa cebheye geldikden sonra Sefevi heyetile sulh muzakirelerine basladi ve heyetle birlikde Istanbula dogru yola dusdu Sedrezemin paytaxta gelisinden derhal sonra ise Sultan Murad oglu Sahzade Mehmed ucun boyuk bir sunnet merasimi kecirdi 29 may 1582 ci il tarixinde baslayib 55 gun davam eden mohtesem merasimde sarayin butun san sohreti numayis olundu Ardindan cixdigi seferde hec bir nailiyyet qazanmadigi behane edilerek Senan Pasa sedaretden alindi Revayete gore Senan Pasa sefere sexsen padsahin cixmasini meslehet gormus padsah uzerindeki nufuzlarinin azalmasindan cekinen saraydaki qadinlar ise bu qerara qarsi cixaraq padsahi paytaxtda qalmaga ve Senan Pasani vezifeden almaga razi saldilar Sultan Murad Senan Pasanin yerine bacisi Fatma Sultanin eri Siyavus Pasani sedarete 24 dekabr 1582 Sefevi cebhesinin serdarligina ise Ferhad Pasani getirdi Bu esnada Sefevi cebhesinde Osmanli ordusunun movqeyi zeiflemis Sirvanda qalan Ozdemiroglu Osman Pasa ise Derbende cekilmisdi Cixilan yeni seferde esas meqsed Sirvanin tamamile isgal edilmesi idi Gelen elave quvve ile yola cixan Ozdemiroglu Osman Pasa Sirvanda sabitliyi temin ederek Kefeye yola cixdi Evvelce Islam Gerayi Krim xani teyin etdi ardindan paytaxta qayidaraq ikinci vezirliye getirildi Qazandigi qelebeler sebebile 28 iyul 1584 tarixinde sedrezem teyin olunan Ozdemiroglu Osman Pasa revayete gore paytaxta geldikden derhal sonra padsahin qebulunda olmus 4 saat boyunca padsahla sohbet etdikden sonra Sultan Murad terefinden hediyyeler almisdir Bu esnada Sultan Murad uzerinde guclu nufuza malik olan anasi Nurbanu Sultanin vefat etmesi 7 dekabr 1583 saraydaki tarazligi pozdu Artiq saraydaki esas guc Sultan Muradin hasekisi Safiye Sultan ve heremxana kendxudasi Canfeda Xatun idi Nurbanu Sultan oglunun Safiye Sultana olan sevgisini azaltmaq ucun ogluna muxtelif kenizler teqdim etse de Safiye Sultanin saraydaki gucunu azalda bilmemisdi Cunki Sahzade Mahmudun 1581 ci ilde vefati sebebile taxtin yegane varisi olaraq Safiye Sultanin oglu Sahzade Mehmed qalmisdi Ardindan Sultan Murad taxt varisi olan oglu Sahzade Mehmedi Manisa sancaqbeyi teyin etdi 17 dekabr 1583 Venesiya elcisinin qeydlerine gore Sultan Murad ehalinin ogluna olan sevgisinden cekinirdi Hetta padsahin paytaxt kucelerine cixmamasinin da sebebi olaraq bu qorxunu gosterir Yeni sedrezem Osman Pasa 9 aprel 1585 tarixinde Tebrizin isgali ve muhafizesi ile vezifelendirildi Neticede Tebriz ele kecirildi ve 27 sentyabrda burada Sultan Murad adina xutbe oxundu Ancaq seherin idareedilmesi cetin idi ve Osman Pasa bu esnada xestelenerek vefat etmisdi 29 30 oktyabr gecesi Tebrizi 11 ay boyunca muhasirede saxlayan Sefevi quvveleri Serdar Ferhad Pasanin sehere yaxinlasdigini oyrendikden sonra geri cekildi Ferhad Pasanin 1588 ci ilde Genceye hucumu ve 1 sentyabrda sehere girisi bu esnada taxta cixan Sah Abbasin cetin veziyyetde olmasi yeni bir sulhun baglanmasi meselesini gundeme getirdi Sah Abbas Heyder Mirzeni boyuk bir heyetle Istanbula gonderdi 18 yanvar 1590 ve ele kecirilen torpaqlarin Osmanlilarda qalmasi sertile sulh baglandi Belelikle 1578 ci ilde baslayan bu uzun ve yorucu muharibe basa catdi Muharibenin maliyyeye vurdugu zerbe iqtisadiyyati zeifletmisdi Eyari asagi salinmis sikke sebebile qapiqulu esgeri Istanbulda ayaqlanmis saraya gederek teqsirkarlarin cezalandirilmasini teleb etmisdir Beylerbeyi hadisesi adlanan bu ixtisaslarda usyancilarin teleb etdiyi Anadolu beylerbeyi Mehmed Pasa ve basdefterdar Mahmud Efendini teslim etmek istemeyen Sultan Murad dovlet adamlarinin mudaxilesi ile yola getirildi ve usyancilarin teleb etdiyi sexsler edam olundu 2 aprel 1589 Hadisenin ardindan sedrezem Siyavus Pasa ve seyxulislam Ebdulqedir Efendi teqsirkar hesab edilerek vezifeden alindi Xarici siyaset Sultan Murad dovrunde Osmanli Sefevi muharibelerinden basqa olkenin uzaq serhedlerinde de siyasi deyisiklikler bas vermisdi Sefevilerle geden muharibenin ilk illerinde Seybani xani Abdullah xanla ittifaq qurulmusdu Ruslarin Qafqaza ve Sibire qeder irelilemesi iki dovlet arasindaki munasibetleri korlamisdi 1587 ci ilin avqustunda Istanbula gelen ozbek ve noqay elcileri Astraxandaki rus tezyiqini bildirerek ittifaq teklif etmisdi Ruslarin Krim xanligi uzerindeki planlari sebebile yeni bir Astraxan seferi gundeme gelse de qerb dunyasinda bas veren prosesler bu seferi texire saldi Bu illerde Osmanli siyaseti daha cox Lehistana yonelmisdi III Henrinin Fransa taxtina cixmasi ile bos qalan Lehistan kralligina ruslain ve avstriyalilarin mudaxilesinin qarsisi alindi Sultan Murad dovrunde xususile Ingiltere ile munasibetler yaxsilasdi Evvelce 1579 cu ilin martinda ingilis bir tacire ticaret imtiyazi verildi Ardindan 1580 ci ilin martinda bu imtiyaz butun ingilis tacirlerine verildi Munasibetlerin qurulmasinda Xoca Sadettin Efendinin rolu onemlidir Sultan Murad ve kralica I Elizabeta arasinda resmi yazismalar oldu Xususile de Ispaniyaya qarsi muttefiq siyaset yeridildi Merakesde ispan ve portuqallarla mubarize aparan Osmanli ordusu 1578 ci ilde onlari meglub etdi Geden doyusde portuqaliya krali helak oldu Sultan Murad turbesi Sultan Murad dovrunun ikinci boyuk cebhesi qerbde Habsburqlara qarsi acildi Bu muharibe Osmanli tarixinde ictimai siyasi ve iqtisadi deyisikliklere sebeb oldu Muharibe Bosniya serhedlerinde bas veren kicik catismalarla basladi 20 iyun 1593 tarixinde Bosniya ve Macaristan beylerbeyliyinin ordulari Kulpa cayi sahilinde Avstriya ordulari terefinden hucuma meruz qaldi Sisak doyusu adlanan bu doyusde Bosniya beylerbeyi Telli Hesen Pasa sancaqbeylerinden Sultanzade Mehmed bey Aise Humasah Sultanin oglu Mihrimah Sultanin nevesi ve diger bezi dovlet adamlari sehid edildi Bu hucumun ardindan ikinci vezir Ferhad Pasa ve seyxulislamin etirazlarina baxmayaraq xususile de Senan Pasanin tekidile Sultan Murad Avstriyaya qarsi sefer elan etdi Senan Pasa idaresindeki Osmanli ordusu bir nece qelebe qazansa da Avstriyalilarin eks hucuma kecmesi ile bezi qalalar itirildi Merkezden gelen emrle irelileyen Senan Pasa derhal hucuma kecdi ve 27 sentyabr 1594 tarixinde Yaniqqalani ele kecirerek Komorn qalasini muhasireye aldi Senan Pasa ordunun bir qismini serhedde qoyub Belqrada gederken Transilvaniya Valaxiya ve Bogdan hakimlerinin Osmanli eleyhine qurulan muqeddes ittifaqa daxil oldugu xeberini esitdi 1595 ci ilin yanvarinda ele kecirilen Ibrail qalasi Valaxiya ordusu terefinden yandirildi ve Silistreye ireliledi Bu esnada Sultan Murad vefat etdi 17 yanvar 1595 ve Aya Sofiya mescidinin heyetindeki turbesine defn olundu SexsiyyetiMenbelerin dediyine gore Sultan Murad olumunden 20 gun evvel soyuq deymeden xestelenmisdi Dovrun tarixcisi Selaniki padsahin ifrazat orqanlarinin islemediyini ve xesteliyi sebebile seherde sayelerin gezdiyini yanvarin evvellerinde ise veziyyetin gerginlesdiyini ve padsahin sehhetinin guya duzelmesi xeberinin seherde elan olundugunu qeyd edir Sultan Muradin ani vefati saray ehalisini de heyretlendirmisdi Olum xeberi gizli saxlanilmis dovlet isleri davam etdirilmis ve bu esnada Sahzade Mehmede xeber gonderilmisdi Culusunun ardindan 5 6 il boyunca Safiye Sultana bagli olan Sultan Murad anasi Nurbanu Sultan ve bacisi Esmehan Sultanin tesviqile diger kenizlere de regbet beslemisdir Tarixci Schweigger onun 1579 cu ilde xristian bir kenizden oglu oldugunu yazir Umumiyyetle Sultan Muradin hasekileri kenizleri ve ovladlarinin sayinda mubalige edilir Bu sayeler gore padsahin vefat etdiyi esnada 49 ovladi ve 7 hamile kenizi var idi Tarixi menbelere gore qumral ve orta boylu olan Sultan Murad cengaverlikde ve at minmekde bacariqli idi Schweigger ise onu soluq uzlu uzun burunlu ve nasaz sehhetli olaraq tesvir edir Eylenceye maraqli oldugu daima musiqicileri sairleri himaye etdiyi bilinir AilesiHeremxanasi Safiye Sultan Semsi Ruhsar Xatun Mehriban Xatun Sahuban Xatun Nazperver Xatun Fexriye XatunOglan usaqlari III Mehmed Sahzade Mahmud 1573 24 fevral 1587 Sahzade Mustafa 1578 27 yanvar 1595 Sahzade Beyazid 1579 27 yanvar 1595 Sahzade Abdullah 1580 27 yanvar 1595 Sahzade Selim 1581 27 yanvar 1595 Sahzade Suleyman 1585 avqust 1585 Sahzade Cahangir 1585 27 yanvar 1595 Sahzade Osman 1585 27 yanvar 1595 Sahzade Ebdurrehman 1585 27 yanvar 1595 Nazperver Xatundan dogulma Sahzade Yehya 1585 1649 Sahzade Hesen 1586 27 yanvar 1595 Sahzade Ehmed 1586 27 yanvar 1595 Sahzade Yaqub 1587 27 yanvar 1595 Sahzade Alemsah 27 yanvar 1595 Sahzade Yusif 27 yanvar 1595 Nazperver Xatundan dogulma Sahzade Huseyn 27 yanvar 1595 Sahzade Qorqud 27 yanvar 1595 Sahzade Eli 27 yanvar 1595 Sahzade Ishaq 27 yanvar 1595 Sahzade Omer 27 yanvar 1595 Sahzade Elauddin 27 yanvar 1595 Sahzade Davud 27 yanvar 1595 Qeyd Oglan usaqlarinin sayinin 25 oldugu bilinir Qiz usaqlari Ayse Sultan 1570 1605 Safiye Valide Sultanin qizidir Fatma Sultan Safiye Valide Sultanin qizidir Xadice Sultan 1583 1639 1640 1598 tarixinde Kureken Sokulluzade Lele Mehmed Pasa Onun uc ovladi bir qizi ve iki oglu var idi ve onlar genc dunyasini deyisdi 1599 cu ilde Kerc qalasi daxilinde Bayezid Veli mescidinin minarelerinin temirinde istirak etmisdir Fexriye Sultan 1594 1656 Semsi Ruhsar Xatunun qizidr Ruqiye Sultan 1586 Semsi Ruhsar Xatunun qizidir 21 fevral 1613 tarixinde Kureken Neqqas Hesen Pasa ile evlenmisdir 1623 cu ilde olumunden sonra onun heyati melum deyil Mihrimah Sultan Semsi Ruhsar Xatunun qizidir Mehriban Sultan 1596 Nazperver Xatunun qizidir 21 fevral 1613 tarixinde Kureken Topal Mehmed Pasa ile evlendi Fethiye SultanIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Turk Tarih Kurumu Oslamli Padisahlari III Murad Kurulusunun 700 yilinda Osmanli c 1 sf 138 NESA Yayincilik 2007 2006 05 02 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2006 05 02 MenbeMehmed Zaim Camiu t tevarih TSMK Revan Kosku nr 1382 vr 308b Asafi Secaatname TSMK Revan Kosku nr 1301 vr 52a 73b 139a 154b 161b 179b Ahdi Gulsen i Suara Millet Ktp Ali Emiri Tarih nr 774 vr 10a b Selaniki Tarih Ipsirli s 97 432 Ali Menakib i Hunerveran s 6 25 54 a mlf Kunhu l ahbar Nuruosmaniye Ktp nr 3409 vr 106b 288a 420a Talikizade Mehmed Subhi Tebriziyye TSMK Revan Kosku nr 1299 vr 14a 18b a mlf Sehname i Humayun Turk ve Islam Eserleri Muzesi Ktp nr 1965 vr 20b Harimi Zafername i Sultan Murad Han IU Ktp TY nr 2372 vr 30a 37a Seyyid Lokman Sehinsahname I IU Ktp FY nr 1404 II TSMK Bagdat Kosku nr 200 Telhisat TSMK Revan Kosku nr 1951 vr 135b 165a S Schweigger Sultanlar Kentine Yolculuk 1578 1581 nsr H Stein trc S Turkis Noyan Istanbul 2004 s 160 161 J Sanderson The Travels of John Sanderson in the Levant 1584 1602 ed W Foster London 1931 tur yer Atai Zeyl i Sakaik I 372 382 383 Mehmed b Mehmed er Rumi Edirneli nin Nuhbetu t tevarih ve l ahbari ve Tarih i Al i Osman i haz Abdurrahman Sagirli doktora tezi 2000 IU Sosyal Bilimler Enstitusu I 363 483 Riyazi Riyazu s suara IU Ktp TY nr 761 vr 10b Pecuylu Ibrahim Tarih II 2 163 B W Wratislaw Baron Wratislaw in Anilari trc M Sureyya Dilmen Istanbul 1996 s 86 87 138 Mustakimzade Tuhfe s 516 Hammer Ata Bey VII 7 194 Zinkeisen Geschichte III 381 597 H G Rosedale Queen Elizabeth and the Levant Company London 1904 s 21 22 23 N Jorga Geschichte des Osmanischen Reiches Gotha 1908 III 217 309 Akdes Nimet Kurat Turk Ingiliz Munasebetlerinin Baslangici ve Gelismesi 1553 1610 Ankara 1953 s 182 186 Bekir Kutukoglu Osmanli Iran Siyasi Munasebetleri 1578 1590 Istanbul 1962 a mlf Murad III IA VIII 615 625 S Faroqhi Die Vorlagen telhise des Grosswesirs Sinan Pasa an Sultan Murad III Hamburg 1967 tur yer S A Skilliter William Harborne and the Trade with Turkey 1578 1582 London 1977 Tulay Reyhanli Ingiliz Gezginlerine Gore XVI Yuzyilda Istanbul da Hayat 1582 1598 Ankara 1983 tur yer a mlf The Portraits of Murad III Erdem III 8 Ankara 1978 s 453 478 Ahmet Kirkkilic Sultan Ucuncu Murad Hayati Edebi Kisiligi Eserleri ve Divani ndan Secmeler Istanbul 1988 Feridun M Emecen XVI Asirda Manisa Kazasi Ankara 1989 s 34 37 101 103 L P Peirce Harem i Humayun Osmanli Imparatorlugu nda Hukumranlik ve Kadinlar trc Ayse Berktay Istanbul 1996 s 125 127 166 229 239 266 A Refik Sokullu Mehmed Pasa ve Lehistan Intihabati TOEM V 1331 s 686 D Burian Kiralice Elizabeth den Ucuncu Sultan Murat a Gelen Hediyenin Hikayesi DTCFD IX 1 2 1951 s 19 41Xarici kecidlerIII MuradOsmanli sulalesiDogum 4 Iyul 1546 Vefat 15 yanvar 1595Hakimiyyet titullariSelefleri II Selim Osmanli Imperiyasi دولت عالیه عثمانی Sultani 12 Dekabr 1574 15 yanvar 1595 Xelefleri III MehmedSunni Islam titullariSelefleri II Selim Islam Xelifesi خلافة إسلامية Xelefleri III Mehmed