Berdi Kerbabayev (туркм. Berdy Myradowiç Kerbabaýew; 3 (15) mart 1894 — 23 iyul 1974) — sovet türkmən yazıçısı, dramaturqu, Türkmənistan SSR xalq yazıçısı (1967), Türkmənistan SSR Elmlər Akademiyasının akademiki (1951), "Sosialist Əməyi Qəhrəmanı" (1969), iki laureatı (1948, 1951).
Berdi Kerbabayev | |
---|---|
Berdi Muradoviç Kerbabayev | |
Doğum tarixi | 15 (27) mart 1894 |
Vəfat tarixi | 23 iyul 1974(80 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | yazıçı, şair |
Fəaliyyət illəri | 1923-cü ildən |
Əsərlərinin dili | türkmən dili |
Janr | roman |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Berdi Muradoviç Kerbabayev 1894-cü il martın 3-də Türküstan vilayətinin ,indiki Türkmenistanın Əhal vilayətinə daxil olan Təcən qezasının Qovgözərən kəndində anadan olmuşdur. Uşaq ikən Amanşa-Kapan kəndində mollanın nəzdindəki məktəbdə oxuyub. O, Təcən və Kaahk şəhərlərində mədrəsələrdə, sonra Buxarada ərəb və fars dillərini öyrənib. Vətəndaş müharibəsi başlayanda, 1918-ci ilin iyun ayından Əziz xanın basmaçı dəstəsində kargüzar idi. 1918-ci ilin sonunda bolşeviklərlə əlaqədə şübhəli bilinərək ağqvardiyaçılar tərəfindən həbs edildi, lakin səhraya qaçdı və orada uzaq köçərilərdə gizləndi. 1919-cu ilin mayında Qızıl Ordunun Zakaspiysk cəbhəsində siyasi şöbəsinə daxil olur. 1919-cu ilin sonunda ordudan tərxis olundu, Təcənə qayıtdı, vilayət və volost xalq maarif şöbələrində təlimatçı işlədi, təhsil kursları açıb, özü dərs keçirdi. O, Təcən volostunun icraiyyə komitəsinin sədri olub, sonra “Türkmənistan şuraları” qəzetində işləyib. 1924-cü ildən Aşqabadda yaşamış, “Türkmənistan” qəzetinin şöbə müdiri vəzifəsində çalışmış, “Tokmak” satirik jurnalının redaktorları ilə əməkdaşlıq etmiş “Türkmən mədəniyyəti”, “Gənc kommunist” və başqa qəzetlərdə yazıları çap olunmuşdur. 1924-1926-cı illərdə o, böyük türkmən şairi Maqtimqulunun şeirlərinin ilk nəşrini hazırlamışdır. Berdi Kerbabayev 1927-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olmuşdur, lakin Leninqradın iqlimi onun səhhətinə mənfi təsir etdiyi üçün bir ildən sonra ve Aşqabada dönərək "Tokmak" jurnalında ədəbiyyat şöbəsində müdiri olaraq işləməyə başlamıştır. 1960-cı illərdə türkmən dilinə, 40-dan çox kitabı, o cümlədən A.S. Puşkinin və Musa Cəlilin şeirlərini, İ.A. Krılovun təmsillərini, L.N. Tolstoyun “Hacı Murad” və “Anna Karenina” əsərlərini, A.S. Qriboyedovun “Ağıldan bəla” dramını, M.Qorkinin “Ana”, M.A. Şoloxovun “Oyanmış torpaq” romanlarını tərcümə etmiş. Həmçinin ömrünün son illərində yenidən lirik şeir janrına qayıdır. Berdi Kerbabayev ali təhsil ala bilməsə də, öz üzərində çalışmaqla, mütaliə yolu ilə savadını artıra bilmişdir.Türkmənistan respublika qəzet və jurnallarında, eləcə də Türkmənistan SSR Dövlət Nəşriyyatında fəaliyyətini davam etdirmişdir. 1934-1936-cı illərdə Türkmənistan SSR Xalq Maarif Komissarlığında elm şöbəsinin müdiri vəzifəsində çalışıb. O, iki dəfə repressiyaya məruz qalıb, 1932-1933 və 1937-1938-ci illərdə əsassız ittihamlarla həbs edilib. Berdi Kerbabayev 23 iyul 1974-cü ildə Aşqabadda vəfat etmişdir.
Yaradıcılığı
Gəncliyindən türkmən klassik ədəbiyyatı; Nəvai, Füzuli, Nizami, türkmən xalq ədəbiyyatı kimi ustadların əsərlərini maraqla oxuyan müəllif ədəbi həyatına şeir yazmaqla başlayıb. 1923-cü ildə "Türkmənistan" qəzetində dərc olunan "İç Yenə-də İç Yenə" adlı ilk şeirinin ardınca "İstibdad Zamanda", "Köne Durmuşumuza İgenç", "Okasan", "Muğalım" kimi şeirlər yazıb. Müəllif 1920-ci illərdə yazdığı bu şeirlərində təhsil, qadın hüquqları, köhnə adət-ənənələr, din kimi mövzulardan bəhs etmiş, ictimaiyyəti yazıb-oxumağı öyrənməyə təşviq etmiş, gənc nəslin maarifləndirilməsini qarşısına məqsəd qoymuşdur. O, bu illərdə qələmə aldığı “Qızlar dünyası”, “Adət Qurbanı”, “Yaz Mövsümində bir gözəl”, “Quru dodaqlar” adlı şeirlərində də qadın hüquqları məsələsinə diqqət yetirib. Kerbabayev bu şeirlərdən başqa, “Aylar romanı”, “Gizli Depede”, “Amu derya”, “Bahar tarlasında” kimi şeirlər də yazıb. 1926-cı ildə o, "Teryakeş və Təbib" adlı ilk pyesini yazır. İlk esse və hekayələr toplusu "Həqiqət" 1931-ci ildə nəşr olundu. Böyük Vətən Müharibəsi illərində “Qurban Durdi” povestini (1942, Sovet İttifaqı qəhrəmanı haqqında), “Aylar” poemasını (1943) yazmış, “Abadan” müasir mövzusunda ilk türkmən operasının librettosunu yaratmışdır (1941), "Vətən məhəbbəti" pyesi (1941), "Qardaşlar" (1943), "Kim sevir?" komediyası (1942) - sovet əsgərlərinin cəbhədə göstərdiyi şücaətlər və arxa cəbhədə türkmən kolxozçularının əməyi haqqında yazmışdır. Türkmən ədəbiyyatında “Məhtimqulu” povesti tarixi dramı böyük yer tutur. 1930-cu ildə o, Oktyabr inqilabından əvvəl və vətəndaş müharibəsi illərində Türkmənistanın həyatının geniş mənzərəsini əks etdirən “Həlledici addım” adlı irimiqyaslı tarixi-inqilabi romanı üzərində işləməyə başladı. Romanın birinci hissəsi 1940-cı ildə, daha sonra ikinci və üçüncü hissələri nəşr olundu. İ.V. Stalinin ölümündən sonra yazıçı romanın yeni nəşrini hazırlamalı oldu. Roman nəhayət 1955-ci ildə nəşr olundu. Yazıçı özü də bu romanı həyatının əsas əsəri hesab edirdi. Romanın süjeti əsasında teatr üçün dram yazıb (1957), roman əsasında bədii filmin çəkilişində də iştirak edib (1965). Müharibədən sonrakı dövrdə o, daha iki dəfə Türkmənistan Yazıçılar İttifaqının idarə heyətinin sədri (1960-1962 və 1966-1971) seçilib, idarə heyətinin katibi, ı Komitəsinin üzvü, 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü olub. Bu dövrün əsas əsərləri: kolxoz kəndi salınmasından bəhs edən “Ağ qızıllar diyarından Aysoltan” (1949), türkmən neftçilərinin həyatından bəhs edən “Nebitdağ” (1957) romanı, uşaqlar üçün şeir “Sehrli təpə” (1952), görkəmli türkmən inqilabçısı və dövlət xadimindən bəhs edən “Qayğısız Atabəy” (1964) romanı, Qaraqum kanalının tikintisindən bəhs edən “Bir damcı su qızıl dənəsidir” (1972) romanı, çoxlu sayda hekayə və esselərin müəllifidir. O, sağlığında müasir türkmən ədəbiyyatının banisi sayılırdı. Berdi Kerbabayev 1948, 1954-cü illərdə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. O, 1951-ci ildə Türkmənistan Elmlər Akademiyasının akademiki seçilmiş, 1967-ci ildə Türkmənistanın xalq yazıçısı fəxri adı verilmişdir. Ona 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
Mükafatları
SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 mart 1969-cu il tarixli fərmanı ilə sovet ədəbiyyatının inkişafında müstəsna xidmətlərinə və səmərəli ictimai fəaliyyətinə görə Berdi Muradoviç Kerbabayev ordeni ilə təltif edilərək Sosialist Əməyi Qəhrəmanı adına, və "" qızıl medalına layiq görülmüşdür. Türkmənistan SSR Elmlər Akademiki (1951). Üç (28.01.1950; 28.10.1955; 14.03.1969), i (18.03.1974), üç (13.12.1944; 14.02.1957; 28.03.1964), daha iki orden, medallar ilə təltif edilmişdir.. İki dəfə laureatı (1948, 1951), Türkmənistan SSRİ-nin əməkdar incəsənət xadimi (1943), Türkmənistan SSR xalq yazıçısı (1967), Məhtimqulu adına Türkmənistan SSRİ Dövlət Mükafatı (1970). Aşqabadda İlham xiyabanında qəhrəmanın büstü qoyulub. 1970-ci illərdən Berdi Kerbabayevin ev muzeyi Aşqabadda fəaliyyət göstərib, müstəqil Türkmənistanın prezidenti S.Niyazovun dövründə bağlanıb, sonra dağıdılıb. Sonra adı B.M. Kerbabayevin Türkmənistanda adı praktiki olaraq çəkilməyib. S.Niyazovun vəfatından sonra yazıçının əsərləri çap olunmağa başladı, pyesləri yenidən türkmən teatrlarında tamaşaya qoyuldu.
Əsərləri
Poemaları: "Qızlar dünyası", "Dayanma", "Yaz mövsümündə bir gözəl", "Quru dodaqlar", "Amu derya", "İki Müqayisə","Aylar". Hekayə və oçerklər: "Müdür", "Adət deyilmi?", "Aslan", "Aşqabad", "Həqiqət", "Komissar Geldiyev", "Mollamurt", "İki məktəb". Povestlər: "Qarşıdakı kürəkən", "Bayramdır", "Mübahisə yoxdur", "Nəhayət", "Aysoltan". Romanlar: "Həlledici addım", "Qayğısız Atabəy", "Nebitdağ", "Bir damcı su, bir qızıl dənəsi", "Ötən günlər". Pyeslər: "Bunu götürəcəm", "Azad Hemra", "Qardaşlar", "Məhtumqulu".
İstinadlar
- Library of Congress Authorities (ing.). Library of Congress.
- Cumayev, K. “Berdi Kerbabayev” (türk). Ankara: Ankara: Kültür Bakanlığı Yayınları. 1998. 72–86.
- От Ашхабада до Берлина. "От Ашхабада до Берлина". Дата обращения: 30 сентября 2015. Архивировано 1 октября 2015 года.[ölü keçid]
- Прохоров, А. М. Кербабаев Берды Мурадович / Каррыев К. М. // Большая советская энциклопедия (rus). Москва: Советская энциклопедия. 1969—1978.
- Memmedov, A. "Berdi Kerbabayev", Türk Dünyası Edebiyyatçıları Ansiklopedisi (türk). Ankara: Atatürk Kültür Merkezi Yayınları. 2004. 451–452.
- Pənah Xəlilov. SSRİ xalqları ədəbiyyatı (II hissə). Bakı, 1977. (az.)
- Yusupov, Yusupova, N. C. Türkmen Dili ve Edebiyatı (türk). Aşqabad: Dessur Kiçi Kerhanası. 1992.
- Durdıyev, Kakacan, Beğmırat Veyisov. Türk Dünyası Edebiyyatı II (türk). Ankara: Tika Yayınları. 2002.
- Sarıkaya, Yakup. Berdi Kerbabayevin Ayğıtılı Edim Romanı (İnceleme- Metin- Sözlük) (türk). Ankara: Gazi Universitesi. 2003.
- Афонников Г., Г. Гуманизм. Б. Кербабаева : (По романам о рабочем классе) (rus). Ашхабад. 1976. 39 с. — 500 экз.
- Sarıkaya, Yakup. Kararlı adım Tarihi Türkmen Romanı (türk). Konya: Çizgi Kitapevi. 2009.
- Ашыров, Г. Проблема интернационализма в романах Берды Кербабаева : Автореф. дис. … канд. филол. наук (rus). Ашхабад. 1978. 26.
- Кербабаева, А. «Жизнь — как дом: фундамент её надо закладывать глубоко и прочно!» (rus). Великороссъ : литературно-исторический журнал. 2012. 120–136. ISBN .
- Каррыев, К. М. Кербабаев, Берды//Краткая литературная энциклопедия (rus). 1966.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Berdi Kerbabayev turkm Berdy Myradowic Kerbabayew 3 15 mart 1894 23 iyul 1974 sovet turkmen yazicisi dramaturqu Turkmenistan SSR xalq yazicisi 1967 Turkmenistan SSR Elmler Akademiyasinin akademiki 1951 Sosialist Emeyi Qehremani 1969 iki Stalin mukafati laureati 1948 1951 Berdi KerbabayevBerdi Muradovic KerbabayevDogum tarixi 15 27 mart 1894Vefat tarixi 23 iyul 1974 1974 07 23 80 yasinda Vefat yeri Asqabad Asqabad vilayeti d Turkmenistan SSR SSRIFealiyyeti yazici sairFealiyyet illeri 1923 cu ildenEserlerinin dili turkmen diliJanr romanUzvluyu SSRI Yazicilar Ittifaqi SSRI Elmler AkademiyasiMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiBerdi Muradovic Kerbabayev 1894 cu il martin 3 de Turkustan vilayetinin indiki Turkmenistanin Ehal vilayetine daxil olan Tecen qezasinin Qovgozeren kendinde anadan olmusdur Usaq iken Amansa Kapan kendinde mollanin nezdindeki mektebde oxuyub O Tecen ve Kaahk seherlerinde medreselerde sonra Buxarada ereb ve fars dillerini oyrenib Vetendas muharibesi baslayanda 1918 ci ilin iyun ayindan Eziz xanin basmaci destesinde karguzar idi 1918 ci ilin sonunda bolseviklerle elaqede subheli bilinerek agqvardiyacilar terefinden hebs edildi lakin sehraya qacdi ve orada uzaq kocerilerde gizlendi 1919 cu ilin mayinda Qizil Ordunun Zakaspiysk cebhesinde siyasi sobesine daxil olur 1919 cu ilin sonunda ordudan terxis olundu Tecene qayitdi vilayet ve volost xalq maarif sobelerinde telimatci isledi tehsil kurslari acib ozu ders kecirdi O Tecen volostunun icraiyye komitesinin sedri olub sonra Turkmenistan suralari qezetinde isleyib 1924 cu ilden Asqabadda yasamis Turkmenistan qezetinin sobe mudiri vezifesinde calismis Tokmak satirik jurnalinin redaktorlari ile emekdasliq etmis Turkmen medeniyyeti Genc kommunist ve basqa qezetlerde yazilari cap olunmusdur 1924 1926 ci illerde o boyuk turkmen sairi Maqtimqulunun seirlerinin ilk nesrini hazirlamisdir Berdi Kerbabayev 1927 ci ilde Leninqrad Serqsunasliq Institutuna daxil olmusdur lakin Leninqradin iqlimi onun sehhetine menfi tesir etdiyi ucun bir ilden sonra ve Asqabada donerek Tokmak jurnalinda edebiyyat sobesinde mudiri olaraq islemeye baslamistir 1960 ci illerde turkmen diline 40 dan cox kitabi o cumleden A S Puskinin ve Musa Celilin seirlerini I A Krilovun temsillerini L N Tolstoyun Haci Murad ve Anna Karenina eserlerini A S Qriboyedovun Agildan bela dramini M Qorkinin Ana M A Soloxovun Oyanmis torpaq romanlarini tercume etmis Hemcinin omrunun son illerinde yeniden lirik seir janrina qayidir Berdi Kerbabayev ali tehsil ala bilmese de oz uzerinde calismaqla mutalie yolu ile savadini artira bilmisdir Turkmenistan respublika qezet ve jurnallarinda elece de Turkmenistan SSR Dovlet Nesriyyatinda fealiyyetini davam etdirmisdir 1934 1936 ci illerde Turkmenistan SSR Xalq Maarif Komissarliginda elm sobesinin mudiri vezifesinde calisib O iki defe repressiyaya meruz qalib 1932 1933 ve 1937 1938 ci illerde esassiz ittihamlarla hebs edilib Berdi Kerbabayev 23 iyul 1974 cu ilde Asqabadda vefat etmisdir YaradiciligiGencliyinden turkmen klassik edebiyyati Nevai Fuzuli Nizami turkmen xalq edebiyyati kimi ustadlarin eserlerini maraqla oxuyan muellif edebi heyatina seir yazmaqla baslayib 1923 cu ilde Turkmenistan qezetinde derc olunan Ic Yene de Ic Yene adli ilk seirinin ardinca Istibdad Zamanda Kone Durmusumuza Igenc Okasan Mugalim kimi seirler yazib Muellif 1920 ci illerde yazdigi bu seirlerinde tehsil qadin huquqlari kohne adet eneneler din kimi movzulardan behs etmis ictimaiyyeti yazib oxumagi oyrenmeye tesviq etmis genc neslin maariflendirilmesini qarsisina meqsed qoymusdur O bu illerde qeleme aldigi Qizlar dunyasi Adet Qurbani Yaz Movsuminde bir gozel Quru dodaqlar adli seirlerinde de qadin huquqlari meselesine diqqet yetirib Kerbabayev bu seirlerden basqa Aylar romani Gizli Depede Amu derya Bahar tarlasinda kimi seirler de yazib 1926 ci ilde o Teryakes ve Tebib adli ilk pyesini yazir Ilk esse ve hekayeler toplusu Heqiqet 1931 ci ilde nesr olundu Boyuk Veten Muharibesi illerinde Qurban Durdi povestini 1942 Sovet Ittifaqi qehremani haqqinda Aylar poemasini 1943 yazmis Abadan muasir movzusunda ilk turkmen operasinin librettosunu yaratmisdir 1941 Veten mehebbeti pyesi 1941 Qardaslar 1943 Kim sevir komediyasi 1942 sovet esgerlerinin cebhede gosterdiyi sucaetler ve arxa cebhede turkmen kolxozcularinin emeyi haqqinda yazmisdir Turkmen edebiyyatinda Mehtimqulu povesti tarixi drami boyuk yer tutur 1930 cu ilde o Oktyabr inqilabindan evvel ve vetendas muharibesi illerinde Turkmenistanin heyatinin genis menzeresini eks etdiren Helledici addim adli irimiqyasli tarixi inqilabi romani uzerinde islemeye basladi Romanin birinci hissesi 1940 ci ilde daha sonra ikinci ve ucuncu hisseleri nesr olundu I V Stalinin olumunden sonra yazici romanin yeni nesrini hazirlamali oldu Roman nehayet 1955 ci ilde nesr olundu Yazici ozu de bu romani heyatinin esas eseri hesab edirdi Romanin sujeti esasinda teatr ucun dram yazib 1957 roman esasinda bedii filmin cekilisinde de istirak edib 1965 Muharibeden sonraki dovrde o daha iki defe Turkmenistan Yazicilar Ittifaqinin idare heyetinin sedri 1960 1962 ve 1966 1971 secilib idare heyetinin katibi Stalin Mukafati Komitesinin uzvu 1948 ci ilden Umumittifaq Kommunist Partiyasinin uzvu olub Bu dovrun esas eserleri kolxoz kendi salinmasindan behs eden Ag qizillar diyarindan Aysoltan 1949 turkmen neftcilerinin heyatindan behs eden Nebitdag 1957 romani usaqlar ucun seir Sehrli tepe 1952 gorkemli turkmen inqilabcisi ve dovlet xadiminden behs eden Qaygisiz Atabey 1964 romani Qaraqum kanalinin tikintisinden behs eden Bir damci su qizil denesidir 1972 romani coxlu sayda hekaye ve esselerin muellifidir O sagliginda muasir turkmen edebiyyatinin banisi sayilirdi Berdi Kerbabayev 1948 1954 cu illerde SSRI Dovlet mukafati laureati adina layiq gorulmusdur O 1951 ci ilde Turkmenistan Elmler Akademiyasinin akademiki secilmis 1967 ci ilde Turkmenistanin xalq yazicisi fexri adi verilmisdir Ona 1969 cu ilde Sosialist Emeyi Qehremani adi verilmisdir MukafatlariSSRI Ali Soveti Reyaset Heyetinin 14 mart 1969 cu il tarixli fermani ile sovet edebiyyatinin inkisafinda mustesna xidmetlerine ve semereli ictimai fealiyyetine gore Berdi Muradovic Kerbabayev ordeni ile teltif edilerek Sosialist Emeyi Qehremani adina Lenin ve Oraq ve Cekic qizil medalina layiq gorulmusdur Turkmenistan SSR Elmler Akademiki 1951 Uc Lenin ordeni 28 01 1950 28 10 1955 14 03 1969 Oktyabr Inqilabi ordeni 18 03 1974 uc Qirmizi emek bayragi ordeni 13 12 1944 14 02 1957 28 03 1964 daha iki orden medallar ile teltif edilmisdir Iki defe Stalin mukafati laureati 1948 1951 Turkmenistan SSRI nin emekdar incesenet xadimi 1943 Turkmenistan SSR xalq yazicisi 1967 Mehtimqulu adina Turkmenistan SSRI Dovlet Mukafati 1970 Asqabadda Ilham xiyabaninda qehremanin bustu qoyulub 1970 ci illerden Berdi Kerbabayevin ev muzeyi Asqabadda fealiyyet gosterib musteqil Turkmenistanin prezidenti S Niyazovun dovrunde baglanib sonra dagidilib Sonra adi B M Kerbabayevin Turkmenistanda adi praktiki olaraq cekilmeyib S Niyazovun vefatindan sonra yazicinin eserleri cap olunmaga basladi pyesleri yeniden turkmen teatrlarinda tamasaya qoyuldu EserleriPoemalari Qizlar dunyasi Dayanma Yaz movsumunde bir gozel Quru dodaqlar Amu derya Iki Muqayise Aylar Hekaye ve ocerkler Mudur Adet deyilmi Aslan Asqabad Heqiqet Komissar Geldiyev Mollamurt Iki mekteb Povestler Qarsidaki kureken Bayramdir Mubahise yoxdur Nehayet Aysoltan Romanlar Helledici addim Qaygisiz Atabey Nebitdag Bir damci su bir qizil denesi Oten gunler Pyesler Bunu goturecem Azad Hemra Qardaslar Mehtumqulu IstinadlarLibrary of Congress Authorities ing Library of Congress Cumayev K Berdi Kerbabayev turk Ankara Ankara Kultur Bakanligi Yayinlari 1998 72 86 Ot Ashhabada do Berlina Ot Ashhabada do Berlina Data obrasheniya 30 sentyabrya 2015 Arhivirovano 1 oktyabrya 2015 goda olu kecid Prohorov A M Kerbabaev Berdy Muradovich Karryev K M Bolshaya sovetskaya enciklopediya rus Moskva Sovetskaya enciklopediya 1969 1978 Memmedov A Berdi Kerbabayev Turk Dunyasi Edebiyyatcilari Ansiklopedisi turk Ankara Ataturk Kultur Merkezi Yayinlari 2004 451 452 Penah Xelilov SSRI xalqlari edebiyyati II hisse Baki 1977 az Yusupov Yusupova N C Turkmen Dili ve Edebiyati turk Asqabad Dessur Kici Kerhanasi 1992 Durdiyev Kakacan Begmirat Veyisov Turk Dunyasi Edebiyyati II turk Ankara Tika Yayinlari 2002 Sarikaya Yakup Berdi Kerbabayevin Aygitili Edim Romani Inceleme Metin Sozluk turk Ankara Gazi Universitesi 2003 Afonnikov G G Gumanizm B Kerbabaeva Po romanam o rabochem klasse rus Ashhabad 1976 39 s 500 ekz Sarikaya Yakup Kararli adim Tarihi Turkmen Romani turk Konya Cizgi Kitapevi 2009 Ashyrov G Problema internacionalizma v romanah Berdy Kerbabaeva Avtoref dis kand filol nauk rus Ashhabad 1978 26 Kerbabaeva A Zhizn kak dom fundament eyo nado zakladyvat gluboko i prochno rus Velikoross literaturno istoricheskij zhurnal 2012 120 136 ISBN 2227 4413 Karryev K M Kerbabaev Berdy Kratkaya literaturnaya enciklopediya rus 1966 Yazici ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Turkmenistan ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin