Cavanşirlər — Azərbaycanın qədim soylarından biri. Qarabağda, qismən də İranda yaşayırlar. Bu soyun nümayəndələri 1747-ci ildən 1822-ci ilədək Qarabağda xanlıq ediblər. Qarabağdan olan bu sülalə türk-qızılbaş tayfalarından biri olan Əfşar tayfasından törəmişdir.
Cavanşirlər | |
---|---|
| |
Titul | Xan |
Əcdadı | Arqun xan |
Qohum soylar | Sarıcalinskilər, Behbudovlar, Gəloxçular |
Mənşəyi | türkman/azərbaycanlı |
Təbəəliyi | Səfəvilər dövləti, Əfşarlar dövləti, Qarabağ xanlığı Rusiya imperiyası |
Tarixi
Erkən illəri
Cavanşir sülaləsinin əcdadlarının bir zamanlar Türküstandan gəldiyi güman edilir. Rzaqulu xan Hidayət özünün Rozvat-üs Səfa əsərində bunu belə təsvir edir:
Cavanşir elatı Türküstandan gəlib və Oğuz xanın dörrdüncü oğlu Ulduz xanın oğlu Oşir (Əfşar) xanın tayfasına mənsubdurlar. Cavanşir tayfası Hülakü xanın 120 minlik ordusuna qatılmışdı. Əmir Teymurun hakimiyyəti altında onlar Rum elindən ikinci dəfə qayıtdılar və Türküstan, Qəndəhar, Kabil, İran boyunca yayıldılar. Onların qollarından biri İbrahimxəlil ağanın komandanlığı altında idi və onlar Şah Abbasın dövründə Qarabağda qaldılar. |
Səfəvi imperiyası dövründə Cavanşir tayfası Qarabağ üzərində təsirə malik olmaq üçün digər türk-qızılbaş tayfaları olan Qacarlarla mübarizə halında idilər. Osmanlı-Səfəvi müharibəsinin gedişatında Qarabağdakı Cavanşirlər Osmanlı imperiyasına tabe oldular. Bunun qarşılığı olaraq, 1612-1613-cü illərdə I Abbas Qacarlara Cavanşir tayfa başçılarını qətlə yetirmələrini əmr etdi. 1626-1627-ci illərdə Cavanşir tayfası I Abbas tərəfindən Qarabağın hakimi təyin edilən Davud xan Allahverdinin qaynı və gürcü Tulaşvili ailəsindən olan Novruz bəyin nəzarətinə verildi.
Soyun və Qarabağ xanlığının yaranması
Əski monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı. Goranda və orunda xandan, xaqandan solda ən hörmətlilər dururdular. Bu sistem orduda da gözlənilirdi. Ordunun sol cinahında döyüşənlər "caban qar"—sol qol, sağ cinahında döyüşənlər isə "baran qar"—sağ qol adlanırdı. Savaşa həmişə sol qol başladığından bu qolda seçkin bahadırlar dayanırdılar. Azərbaycanda iqtidarda olmuş Elxanlılar, Çobanlılar, Cəlayırlar, Barlaslar (Teymurlular) və digər qurumların ağalıq dönəmlərində ordunun aparıcı qolu caban qar idi. Cabanqar adı get-gedə deyiliş nəticəsində ilkin biçimini dəyişərək Cavanşir şəklinə düşdü.
Cavanşir elinin Sarıcalı oymağının başçıları XVIII yüzildə xanlıq yaratdıqdan sonra Sarıcalı-Cavanşir kimi tanındılar. Rus üsul-idarəsı dönəmində familiya qəbul edən aristokratlar öz tayfa, kənd, oba adlarını soyadı kimi götürdülər. Sarıcalı-Cavanşir oymağının zadəganlarının çoxu Cavanşir soyadını qəbul etdilər.
Bu soy Azərbaycan xalqına onlarla sərkərdə, şair, yazıçı, musiqişünas bəxş edib.
Azərbaycan sülalələri Şah sülalələri Knyaz sülalələri Xan sülalələri |
Cavanşirlər sülaləsinin və Qarabağ xanlığının qurucusu olan Pənahəli xan türk tayfalarından biri olan Cavanşirlər tayfasından gəlməkdə idi. Nadir şahın hakimiyyətə gəlməsindən sonra Pənahəli xan onun tərəfindən xidmətə çağırılmış, lakin bir neçə ildən sonra, yəni 1738-ci ildə bir qrup dəstəkçisi ilə birlikdə Xorasandan Şəki və Şirvana doğru qaçmağa məcbur olmuşdur. Mirzə Adıgözəl bəyə görə, Nadir şah öldürülmüş Fəzləli bəyi kiçik qardaşı Pənahəli xanla əvəz etmiş, "ona çomaq vermiş, eşikağası paltarı geyindirmiş və öldürülmüş böyük qardaşının haqlarını ona vermişdir". Mirzə Adıgözəl bəy inanır ki, Pənahəli xan "çomaq daşımağı (yəni vəzifədə olmağı), Nadir şaha baş əyməyi və onun üsullarına uyğun danışmağı" özü üçün şərəfli bilməmişdir. Çünki Nadir şah onun qardaşını öldürmüşdü. Buna görə də, o, tayfadaşları ilə gedib Nadirin sərvətlərindən bir hissəni talayaraq gizləndi.
Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi onun imperiyasının çökməsinə səbəb oldu. Bundan istifadə edən Pənahəli xan təxminən 200 atlı ilə Qarabağa gələrək özünü müstəqil hökmdar elan etdi. Bu zaman əvvəllər məcburi şəkildə Xorasana köç etdirilmiş Otuziki, Cavanşir və Kəbirli tayfaları Qarabağa geri döndülər. Həmçinin Pənahəli xanın 15 yaşlı oğlu İbrahimxəlil xan da Xorasandan qaçaraq atasının yanına gəldi.
Pənahəli xanın güclənməsi qonşularının maraqlarına uyğun gəlmirdi. Şəki xanı Hacı Çələbi xan həmin ildəcə Pənahəli xanı Qarabağdan qovmağa çalışmış, lakin növbəti il daha güclü dəstə ilə geri dönən Pənahəli xan Hacı Çələbi xanı məğlub etmişdir. Bundan sonra Qarabağdakı bütün türk tayfaları Pənahəli xanın hakimiyyətini qəbul etdi. Otuzikilər, Cavanşirlər və Kəbirlilər alçaq bölgələrdə məskunlaşaraq Qarabağ xanlığının əsas müdafiə xəttini təşkil etdilər. Xanlıq mühüm mövqedə yerləşməkdə idi və Qarabağın həm dağlıq, həm də düzənlik hissəsini əhatə edirdi. Başlanğıcda xanın oturduğu yer Bayat qalası idi və 1748-ci ildə tikilmişdi. Daha sonra mərkəz Şahbulaq qalasına köçürüldü. Bu qala müasir Ağdamın yaxınlığında yerləşməkdə idi. 1751-ci ildə Pənahəli xanın tikdirdiyi əlçatmaz Pənahabad qalası xanlığın paytaxtı oldu.
İbrahimxəlil xan
Kərim xan Zənd İranda hakimiyyəti ələ aldıqdan sonra Pənahəli xanı yanına çağırdı, onu özünün müşaviri edərək oğlu Mehrəli bəyi Qarabağı idarə etməyə göndərdi. 1759-cu ildə Pənahəli xan Şirazda vəfat etdi. Bu zaman ərzində Mehrəli bəy xanlığı gücləndirmək üçün əlavə tədbirlər həyata keçirdi və Əsgəran, Ağoğlan qalalalarını tikdirdi. Tezliklə o, Şirvan xanı Ağası tərəfindən xaincəsinə öldürüldü, bu zaman artıq Pənahəli xanın böyük oğlu İbrahim Xəlil xan Qarabağda özünün xanlığını elan etmişdi. O, ilk iş olaraq Qarabağ məlikliklərini yenidən hakimiyyətə tabe etməklə başladı və bu proses 1787-ci ildə sonlandı. Elə həmin ildə İbrahimxəlil xan Şamaxını ələ keçirməyə çalışdı, lakin Qubalı Fətəli xan tərəfindən məğlub edildi.
1795-ci ildə İbrahimxəlil xan Ağa Məhəmməd xan Qacara tabe olmaq istəmədiyi üçün öz elçisini Rusiya imperatriçası II Katerinanın yanına göndərərək onun ali hakimiyyətini qəbul etməyə hazır olduğunu bildirdi. Bundan xəbər tutan Ağa Məhəmməd xan Qacar 85 min döyüşçüdən obarət ordu toplayaraq Qarabağa göndərdi. Bu zaman İbrahimxəlil xanın əmrində 15 min nəfərlik döyüşçü var idi. Mühasirə 33 gün davam etdi və nəticədə qalanı ələ keçirmək Qacar hökmdarına qismət olmadı. Qalanı ələ keçirə bilməyən Ağa Məhəmməd xan Qacar mühasirəni ləğv etməyə məcbur oldu və geri çəkilən zaman bütün Qarabağı yağmaladı. Onun ordusunun geri çəkilməsindən sonra Qarabağda aclıq başladı.
1797-ci ildə Ağa Məhəmməd xan Qarabağı yenidən işğal etdi. Bu zaman Qarabağda vəziyyət çox çətin idi, aclıq və vəba xanlıqda geniş vüsət almışdı, xanlığın bir çox vətəndaşları da çörək tapa bilmək üçün digər xanlıqlara getmişdilər. Qalanın ikinci mühasirəyə də davam gətirməyəcəyini düşünən İbrahimxəlil xan şəhəri tərk etdi və ailəsi ilə birlikdə Dağıstana qaçdı. Şuşanı ələ keçirdikdən sonra Ağa Məhəmməd xan Qacar öz qulluqçuları tərəfindən qətlə yetirildi və komandanını itirən Qacar ordusu təlaşla Qarabağı tərk etdilər. İbrahimxəlil xan geri gəldi və xanlıqda hakimiyyəti ələ aldı. O, Ağa Məhəmməd xan Qacarın yerinə taxta çıxan qardaşının oğlu Fətəli şahla yaxşı münasibətlər qurmaq istəyirdi. Lakin bu istək baş tutmadı.
Rusiya asılılığı
Yeni Qacar şahı xanlıqla münasibətlərini tam kəsməmişdi və xanlığın paytaxtına Qacar ordusundan bir qarnizon yerləşdirmək istəyirdi. 1805-ci ilin mayında İbrahimxəlil xan Rusiya danışıqları yenidən başlatdı və Kürəkçay müqaviləsini imzalayaraq onun asılılığını qəbul etdi. Müqaviləyə görə İbrahimxəlil xan xanlığı idarə etməyə davam edirdi və onun oğlu Mehdiqulu xan varis olaraq Rusiya tərəfindən tanınırdı. İbraimxəlil Rusiyaya illik 8 min çervon xərac verməyə və rus ordusunu Şuşaya yerləşdirməyə məcbur idi. O, bununla öz xanlığının başqa dövlət tərəfindən işğal edilməsinin qarşısını almaq istəyirdi, lakin olanlar tamam əksinə inkişaf etdi. 1806-cı ilin yazında 20 minlik Qacar ordusu Şuşaya gəldi. Şuşadakı rus qarnizonunun komandanı polkovnik-leytenant Lisaneviç İbrahimxəlil xanı xəyanətdə ittiham edərək məhv edilməsini əmr etdi. Bu zaman heç nədən xəbəri olmayan İbrahimxəlil xan arvadları və xeyli sayda uşaqları ilə birlikdə qətlə yetirildi. Xanın bu zaman 80 yaşı var idi. İbrahimxəlil xanın oğlu Mehdiqulu xan yeni Qarabağ xanı elan edildi.
1813-cü ildə, yəni I Rusiya-Qacar müharibəsinin sonunda Gülüstan müqaviləsi imzalandı. Bu müqavaviləyə görə, Qarabağ xanlığının Rusiya asılılığına keçməsi Qacar şahı tərəfindən tanındı. Həmçinin Qacar şahı Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya hakimiyyəti altına keçdiyini qəbul etməyə məcbur oldu.
Mehdiqulu xan 1822-ci ilin noyabrında Qacar dövlətinə etdiyi təkliflərin bilinməsindən qorxaraq Qarabağdan İrana qaçdı. Bu qaçış o qədər tələsik baş verdi ki, o, hətta möhürünü də unutdu. Bundan istifadə edən ruslar xanlığın daxili müstəqilliyini də ləğv edərək birbaşa imperiyaya birləşdirdilər.
Qacar hökuməti bu regionun itirilməsi ilə barışmaq niyyətində deyildi. Böyük Britaniya tərəfindən də dəstəklənən və müharibəyə təşviq edilən Qacarlar 1826-cı ildə yeni müharibəyə başladılar. 1828-ci ilə qədər davam edən müharibədə yenə Rusiya imperiyası qələbə ilə ayrıldı. İmzalanmış Türkmənçay müqaviləsinə əsasən Rusiya yeni əraziləri də özünə ilhaq etdi.
Sülalə
- Pənahəli xan (1693–1758/63)
- Mehrəli bəy (1759/63)
- İbrahimxəlil xan (1759/63–1806)
- Mehdiqulu xan (1806–1822)
Sülalənin görkəmli üzvləri sırasına Cəfərqulu ağa Cavanşir, Məhəmmədhəsən ağa Cavanşir, Xurşudbanu Natəvan, Behbud xan Cavanşir və digərləri daxildir. Sülalənin üzvləri və bu soydan gələnlər Azərbaycan, İran, Rusiya və Amerikada yaşamaqdadırlar.
Pənah Əli Xanın birbaşa ata tərəfdən kişi övladlarının Y-DNT testlərinə görə, bu nəsil J2b-Y107470 haploqrupuna aiddir.
Cavanşirlər sülaləsi
İbrahimxəlil ağa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Pənahəli xan (1693–1763) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İbrahimxəlil xan (1732–1806) | Mehrəli bəy (1735–1785) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məhəmmədhəsən ağa (1755–1806) | Cavad ağa (1757–1779) | Mehdiqulu xan | Əbülfət xan Tuti (1766–1839) | Ağabəyim ağa (1782–1831) | Xanlar ağa (1785–1832) | Məmməd Qasım ağa (?–1843) | Gövhər ağa (1796–1844) | Məhəmməd bəy (1762–1797) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cəfərqulu xan Nəva (1785–1867) | Xəncan ağa (təq.1793 – ən geci 1844) | Xurşidbanu Natəvan (1832–1897) | Paşa ağa | Cəfərqulu bəy | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ata xan | Mahmud ağa | Mehdiqulu xan Vəfa (1855–1900) | Xanbikə | Azad xan | Əhməd bəy (1823–1903) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qəmər bəyim Şeyda (1881–1933) | Aslan | Bəhram xan Naxçıvanski | Əkbər xan Naxçıvanski (1873–1961) | Behbud xan (1877–1921) | Həmidə Məmmədquluzadə (1873–1955) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Xan Şuşinski (1901–1979) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Cavanşirlər soyu Qarabağ xanlığını idarə etmişlər. bu soyun sülaləsi:
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Xan | Pənahəli xan | 1747 | 1762 |
Xan | Mehrəli bəy | 1762 | 1763 |
Xan | İbrahimxəlil xan | 1763 | 1806 |
Xan | Mehdiqulu xan Cavanşir | 1806 | 1822 |
Soyun məşhur nümayəndələri
- Pənahəli xan Sarıcalı-Cavanşir — Qarabağ xanı (1747–1762), xanlığın yaradıcısı
- İbrahimxəlil xan Cavanşir — Qarabağ xanı (1763–1806), general-leytenant
- Mehrəli bəy Sarıcalı-Cavanşir (1735—1785)
- Mehdiqulu xan Cavanşir — Qarabağ xanı (1806–1822), general-mayor
- Əbülfət xan Tuti — şair, general-mayor
- Əhməd bəy Cavanşir — tarixçi
- Cəfərqulu xan Nəva — şair, general-mayor
- Baba bəy Şakir — şair
- Məhəmməd bəy Sarıcalı-Cavanşir — xanlığın sərkərdəsi, müvəqqəti xanlığı icra etmiş şəxs
- Məhəmməd bəy Aşiq — şair
- Məhəmmədəli xan Cavanşir — diviziya generalı
- Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir — xanlığın vəliəhdi, general-mayor
- Mirzə Mehdi Sarıcalinski — şair, praporşik
- Molla Abbas Cavanşir — şair, riyaziyyatçı, axund
- Ağabəyim ağa (Ağabacı) — şair, Fətəli şah Qacarın şahbanusu
- Hacı Ağalar xan Cavanşir — Qarabağ xanlığının sərkərdəsi, kapitan
- Gövhərbəyim ağa Sarıcalı-Cavanşir (1796–1888) — şairə, mesanat
- Xurşidbanu Natəvan — şairə
- Qasım bəy Zakir — şair
- — polkovnik
- İbrahim bəy Azər — şair
- Xan Şuşinski — xanəndə
- Xanlar ağa Sarıcalı-Cavanşir — Qarabağ xanlığının sərkərdəsi,polkovnik
- Allahyar Cavanşirov — tarzən
- Əfsər Cavanşirov — bəstəkar
- Əbdüssəməd bəy Aşiq — şair
- Həmidə Məmmədquluzadə — Həmidə xanım Cavanşir xeyriyyəçi, yazıçı
- Zaur Cavanşir — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Vətən Müharibəsi Qəhrəmanı
Həmçinin bax
İstinadlar
- http://zerrspiegel.orientphil.uni-halle.de/t1154.html 2007-01-27 at the Wayback Machine Мирза Джамал Джеваншир Карабагский. «История Карабага». Баку, 1959 г.
- Ismailov, Eldar|THE KHANS OF KARABAKH: THE ROOTS, SUBORDINATION TO THE RUSSIAN EMPIRE, AND LIQUIDATION OF THE KHANATE,CA&C Press AB,Sweden|https://www.ca-c.org/c-g-online/2014/journal_eng/c-g-1-2/10.shtml#_edn13%7C 2021-05-13 at the Wayback Machine
- Maeda, Hirotake. The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran: Preconditions and developments described by Fazli Khuzani // Ieda, Osamu; Uyama, Tomohiko (redaktorlar ). Reconstruction and interaction of Slavic Eurasia and its neighbouring worlds (PDF). Slavic Eurasian Studies, No.10. Sapporo: Slavic Research Centre, Hokkaido University. 2006. 244, 260–261. ISBN . 2020-11-08 tarixində (PDF). İstifadə tarixi: 2022-10-02.
- . Zerrspiegel.orientphil.uni-halle.de. 2007-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-23.
- "Карабаха ханы". яндекс словари. 2014-10-01 tarixində . İstifadə tarixi: 2022-10-02.
- "QARABAĞ--ŞUŞA ŞӘHӘRİ". anl.az. 2021-01-21 tarixində . İstifadə tarixi: 2022-10-02.
- . ЛИЧНЫЕ АРХИВНЫЕ ФОНДЫ В ГОСУДАРСТВЕННЫХ ХРАНИЛИЩАХ СССР. 2012-06-14 tarixində orijinalından arxivləşdirilib.
- . 2007-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.
- "Раффи. Меликства Хамсы". Armenianhouse.org. 2011-09-27 tarixində . İstifadə tarixi: 2012-08-23.
Mənbə
- Ənvər Çingizoğlu. Səfiqulu ağanın soyu. "Soy" dərgisi, 1(1), 2003, səh.3–9.
- Ənvər Çingizoğlu. Mehrəli xanın soy ağacından bir budaq. "Soy" dərgisi, 1(1), 2003, səh.9–14.
- Ənvər Çingizoğlu. Məhəmmədhəsən ağanın soy kötüyü. "Soy" dərgisi, 2(2), 2003, səh.3–13.
- Ənvər Çingizoğlu. Əbülfət xan Qarabağlınım törəməsi. ATŞS-nin xəbərləri, VI buraxılış, Bakı: "Adiloğlu", 2007, səh.3
- Ənvər Çingizoğlu. Xancan ağa Cavanşirin törəmələri. "Soy" dərgisi, 5(26), 2009, səh.3–12.
- Ənvər Çingizoğlu. Məhəmmədqasım ağa Sarıcalı-Cavanşir və törəmələri. Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin xəbərləri, 7-cı buraxılış, səh.48–56.
- Ənvər Çingizoğlu. Cəfərqulu xan Sarıcalı-Cavanşir. Bakı: Mütərcim, 2011, 72 səh.
- Ənvər Çingizoğlu. Cavanşir eli: Sarıcalılar. Tarixi və genealoji tədqiqat. Bakı: Mütərcim, 2015, 352 səh.
- M.İ. Əmrahov, Ə. Çingizoğlu, H.İ.Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
- Элдарь Исмаилов. Ханы Карабахские и их потомки. Генеалогический вестник. Вып.12. Санкт-Петербург: стр.40–55
- Рыжов К. В. Все монархи мира. Мусульманский Восток VII–XV вв.[ölü keçid]
- Мирза Джамал Джаваншир Карабаги. История Карабаха. 2007-01-27 at the Wayback Machine
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cavansir eli ile sehv salmayin Cavansirler Azerbaycanin qedim soylarindan biri Qarabagda qismen de Iranda yasayirlar Bu soyun numayendeleri 1747 ci ilden 1822 ci iledek Qarabagda xanliq edibler Qarabagdan olan bu sulale turk qizilbas tayfalarindan biri olan Efsar tayfasindan toremisdir CavansirlerRus cari I Aleksandr terefinden Qarabag xani Mehdiqulu xana bagislanmis xanliq bayragiTitul XanEcdadi Arqun xanQohum soylar Saricalinskiler Behbudovlar GeloxcularMenseyi turkman azerbaycanliTebeeliyi Sefeviler dovleti Efsarlar dovleti Qarabag xanligi Rusiya imperiyasiTarixiErken illeri Cavansir sulalesinin ecdadlarinin bir zamanlar Turkustandan geldiyi guman edilir Rzaqulu xan Hidayet ozunun Rozvat us Sefa eserinde bunu bele tesvir edir Cavansir elati Turkustandan gelib ve Oguz xanin dorrduncu oglu Ulduz xanin oglu Osir Efsar xanin tayfasina mensubdurlar Cavansir tayfasi Hulaku xanin 120 minlik ordusuna qatilmisdi Emir Teymurun hakimiyyeti altinda onlar Rum elinden ikinci defe qayitdilar ve Turkustan Qendehar Kabil Iran boyunca yayildilar Onlarin qollarindan biri Ibrahimxelil aganin komandanligi altinda idi ve onlar Sah Abbasin dovrunde Qarabagda qaldilar Sefevi imperiyasi dovrunde Cavansir tayfasi Qarabag uzerinde tesire malik olmaq ucun diger turk qizilbas tayfalari olan Qacarlarla mubarize halinda idiler Osmanli Sefevi muharibesinin gedisatinda Qarabagdaki Cavansirler Osmanli imperiyasina tabe oldular Bunun qarsiligi olaraq 1612 1613 cu illerde I Abbas Qacarlara Cavansir tayfa bascilarini qetle yetirmelerini emr etdi 1626 1627 ci illerde Cavansir tayfasi I Abbas terefinden Qarabagin hakimi teyin edilen Davud xan Allahverdinin qayni ve gurcu Tulasvili ailesinden olan Novruz beyin nezaretine verildi Soyun ve Qarabag xanliginin yaranmasiEski monqol qurumlarinda goran ve orun adli duzulus sistemi vardi Goranda ve orunda xandan xaqandan solda en hormetliler dururdular Bu sistem orduda da gozlenilirdi Ordunun sol cinahinda doyusenler caban qar sol qol sag cinahinda doyusenler ise baran qar sag qol adlanirdi Savasa hemise sol qol basladigindan bu qolda seckin bahadirlar dayanirdilar Azerbaycanda iqtidarda olmus Elxanlilar Cobanlilar Celayirlar Barlaslar Teymurlular ve diger qurumlarin agaliq donemlerinde ordunun aparici qolu caban qar idi Cabanqar adi get gede deyilis neticesinde ilkin bicimini deyiserek Cavansir sekline dusdu Cavansir elinin Saricali oymaginin bascilari XVIII yuzilde xanliq yaratdiqdan sonra Saricali Cavansir kimi tanindilar Rus usul idaresi doneminde familiya qebul eden aristokratlar oz tayfa kend oba adlarini soyadi kimi goturduler Saricali Cavansir oymaginin zadeganlarinin coxu Cavansir soyadini qebul etdiler Bu soy Azerbaycan xalqina onlarla serkerde sair yazici musiqisunas bexs edib Azerbaycan sulaleleri Sah sulaleleri Mannalar Madaylar Atropatidler Atropatena Arsakileri Saciler Seddadiler Revvadiler Sirvansahlar Selcuqlular Elxanlilar Celayirlar Qaraqoyunlular Agqoyunlular Sefeviler Efsarlar Qacarlar Knyaz sulaleleri Sunik Arransahik Alban Arsakileri Mehraniler Defne sulalesi Xan sulaleleri Cavansirler Ziyadoglular sulalesi Qaradaglilar Muqeddemler Sahsevenler Seqaqiler Dunbililer Kengerliler Xancobanlilar Bakixanovlar Qara Kesis nesli Xoyskilerbaxredakte Cavansirler sulalesinin ve Qarabag xanliginin qurucusu olan Penaheli xan turk tayfalarindan biri olan Cavansirler tayfasindan gelmekde idi Nadir sahin hakimiyyete gelmesinden sonra Penaheli xan onun terefinden xidmete cagirilmis lakin bir nece ilden sonra yeni 1738 ci ilde bir qrup destekcisi ile birlikde Xorasandan Seki ve Sirvana dogru qacmaga mecbur olmusdur Mirze Adigozel beye gore Nadir sah oldurulmus Fezleli beyi kicik qardasi Penaheli xanla evez etmis ona comaq vermis esikagasi paltari geyindirmis ve oldurulmus boyuk qardasinin haqlarini ona vermisdir Mirze Adigozel bey inanir ki Penaheli xan comaq dasimagi yeni vezifede olmagi Nadir saha bas eymeyi ve onun usullarina uygun danismagi ozu ucun serefli bilmemisdir Cunki Nadir sah onun qardasini oldurmusdu Buna gore de o tayfadaslari ile gedib Nadirin servetlerinden bir hisseni talayaraq gizlendi Nadir sahin sui qesd neticesinde oldurulmesi onun imperiyasinin cokmesine sebeb oldu Bundan istifade eden Penaheli xan texminen 200 atli ile Qarabaga gelerek ozunu musteqil hokmdar elan etdi Bu zaman evveller mecburi sekilde Xorasana koc etdirilmis Otuziki Cavansir ve Kebirli tayfalari Qarabaga geri donduler Hemcinin Penaheli xanin 15 yasli oglu Ibrahimxelil xan da Xorasandan qacaraq atasinin yanina geldi Penaheli xanin guclenmesi qonsularinin maraqlarina uygun gelmirdi Seki xani Haci Celebi xan hemin ildece Penaheli xani Qarabagdan qovmaga calismis lakin novbeti il daha guclu deste ile geri donen Penaheli xan Haci Celebi xani meglub etmisdir Bundan sonra Qarabagdaki butun turk tayfalari Penaheli xanin hakimiyyetini qebul etdi Otuzikiler Cavansirler ve Kebirliler alcaq bolgelerde meskunlasaraq Qarabag xanliginin esas mudafie xettini teskil etdiler Xanliq muhum movqede yerlesmekde idi ve Qarabagin hem dagliq hem de duzenlik hissesini ehate edirdi Baslangicda xanin oturdugu yer Bayat qalasi idi ve 1748 ci ilde tikilmisdi Daha sonra merkez Sahbulaq qalasina kocuruldu Bu qala muasir Agdamin yaxinliginda yerlesmekde idi 1751 ci ilde Penaheli xanin tikdirdiyi elcatmaz Penahabad qalasi xanligin paytaxti oldu Ibrahimxelil xan Kerim xan Zend Iranda hakimiyyeti ele aldiqdan sonra Penaheli xani yanina cagirdi onu ozunun musaviri ederek oglu Mehreli beyi Qarabagi idare etmeye gonderdi 1759 cu ilde Penaheli xan Sirazda vefat etdi Bu zaman erzinde Mehreli bey xanligi guclendirmek ucun elave tedbirler heyata kecirdi ve Esgeran Agoglan qalalalarini tikdirdi Tezlikle o Sirvan xani Agasi terefinden xaincesine olduruldu bu zaman artiq Penaheli xanin boyuk oglu Ibrahim Xelil xan Qarabagda ozunun xanligini elan etmisdi O ilk is olaraq Qarabag melikliklerini yeniden hakimiyyete tabe etmekle basladi ve bu proses 1787 ci ilde sonlandi Ele hemin ilde Ibrahimxelil xan Samaxini ele kecirmeye calisdi lakin Qubali Feteli xan terefinden meglub edildi 1795 ci ilde Ibrahimxelil xan Aga Mehemmed xan Qacara tabe olmaq istemediyi ucun oz elcisini Rusiya imperatricasi II Katerinanin yanina gondererek onun ali hakimiyyetini qebul etmeye hazir oldugunu bildirdi Bundan xeber tutan Aga Mehemmed xan Qacar 85 min doyuscuden obaret ordu toplayaraq Qarabaga gonderdi Bu zaman Ibrahimxelil xanin emrinde 15 min neferlik doyuscu var idi Muhasire 33 gun davam etdi ve neticede qalani ele kecirmek Qacar hokmdarina qismet olmadi Qalani ele kecire bilmeyen Aga Mehemmed xan Qacar muhasireni legv etmeye mecbur oldu ve geri cekilen zaman butun Qarabagi yagmaladi Onun ordusunun geri cekilmesinden sonra Qarabagda acliq basladi 1797 ci ilde Aga Mehemmed xan Qarabagi yeniden isgal etdi Bu zaman Qarabagda veziyyet cox cetin idi acliq ve veba xanliqda genis vuset almisdi xanligin bir cox vetendaslari da corek tapa bilmek ucun diger xanliqlara getmisdiler Qalanin ikinci muhasireye de davam getirmeyeceyini dusunen Ibrahimxelil xan seheri terk etdi ve ailesi ile birlikde Dagistana qacdi Susani ele kecirdikden sonra Aga Mehemmed xan Qacar oz qulluqculari terefinden qetle yetirildi ve komandanini itiren Qacar ordusu telasla Qarabagi terk etdiler Ibrahimxelil xan geri geldi ve xanliqda hakimiyyeti ele aldi O Aga Mehemmed xan Qacarin yerine taxta cixan qardasinin oglu Feteli sahla yaxsi munasibetler qurmaq isteyirdi Lakin bu istek bas tutmadi Rusiya asililigi Yeni Qacar sahi xanliqla munasibetlerini tam kesmemisdi ve xanligin paytaxtina Qacar ordusundan bir qarnizon yerlesdirmek isteyirdi 1805 ci ilin mayinda Ibrahimxelil xan Rusiya danisiqlari yeniden baslatdi ve Kurekcay muqavilesini imzalayaraq onun asililigini qebul etdi Muqavileye gore Ibrahimxelil xan xanligi idare etmeye davam edirdi ve onun oglu Mehdiqulu xan varis olaraq Rusiya terefinden taninirdi Ibraimxelil Rusiyaya illik 8 min cervon xerac vermeye ve rus ordusunu Susaya yerlesdirmeye mecbur idi O bununla oz xanliginin basqa dovlet terefinden isgal edilmesinin qarsisini almaq isteyirdi lakin olanlar tamam eksine inkisaf etdi 1806 ci ilin yazinda 20 minlik Qacar ordusu Susaya geldi Susadaki rus qarnizonunun komandani polkovnik leytenant Lisanevic Ibrahimxelil xani xeyanetde ittiham ederek mehv edilmesini emr etdi Bu zaman hec neden xeberi olmayan Ibrahimxelil xan arvadlari ve xeyli sayda usaqlari ile birlikde qetle yetirildi Xanin bu zaman 80 yasi var idi Ibrahimxelil xanin oglu Mehdiqulu xan yeni Qarabag xani elan edildi 1813 cu ilde yeni I Rusiya Qacar muharibesinin sonunda Gulustan muqavilesi imzalandi Bu muqavavileye gore Qarabag xanliginin Rusiya asililigina kecmesi Qacar sahi terefinden tanindi Hemcinin Qacar sahi Cenubi Qafqazin boyuk bir hissesinin Rusiya hakimiyyeti altina kecdiyini qebul etmeye mecbur oldu Mehdiqulu xan 1822 ci ilin noyabrinda Qacar dovletine etdiyi tekliflerin bilinmesinden qorxaraq Qarabagdan Irana qacdi Bu qacis o qeder telesik bas verdi ki o hetta mohurunu de unutdu Bundan istifade eden ruslar xanligin daxili musteqilliyini de legv ederek birbasa imperiyaya birlesdirdiler Qacar hokumeti bu regionun itirilmesi ile barismaq niyyetinde deyildi Boyuk Britaniya terefinden de desteklenen ve muharibeye tesviq edilen Qacarlar 1826 ci ilde yeni muharibeye basladilar 1828 ci ile qeder davam eden muharibede yene Rusiya imperiyasi qelebe ile ayrildi Imzalanmis Turkmencay muqavilesine esasen Rusiya yeni erazileri de ozune ilhaq etdi SulalePenaheli xan 1693 1758 63 Mehreli bey 1759 63 Ibrahimxelil xan 1759 63 1806 Mehdiqulu xan 1806 1822 Sulalenin gorkemli uzvleri sirasina Ceferqulu aga Cavansir Mehemmedhesen aga Cavansir Xursudbanu Natevan Behbud xan Cavansir ve digerleri daxildir Sulalenin uzvleri ve bu soydan gelenler Azerbaycan Iran Rusiya ve Amerikada yasamaqdadirlar Penah Eli Xanin birbasa ata terefden kisi ovladlarinin Y DNT testlerine gore bu nesil J2b Y107470 haploqrupuna aiddir Cavansirler sulalesi Ibrahimxelil aga Penaheli xan 1693 1763 Ibrahimxelil xan 1732 1806 Mehreli bey 1735 1785 Mehemmedhesen aga 1755 1806 Cavad aga 1757 1779 Mehdiqulu xanEbulfet xan Tuti 1766 1839 Agabeyim aga 1782 1831 Xanlar aga 1785 1832 Memmed Qasim aga 1843 Govher aga 1796 1844 Mehemmed bey 1762 1797 Ceferqulu xan Neva 1785 1867 Xencan aga teq 1793 en geci 1844 Xursidbanu Natevan 1832 1897 Pasa agaCeferqulu bey Ata xanMahmud agaMehdiqulu xan Vefa 1855 1900 XanbikeAzad xanEhmed bey 1823 1903 Qemer beyim Seyda 1881 1933 AslanBehram xan NaxcivanskiEkber xan Naxcivanski 1873 1961 Behbud xan 1877 1921 Hemide Memmedquluzade 1873 1955 Xan Susinski 1901 1979 Cavansirler soyu Qarabag xanligini idare etmisler bu soyun sulalesi Titul Adi Baslanigici SonuXan Penaheli xan 1747 1762Xan Mehreli bey 1762 1763Xan Ibrahimxelil xan 1763 1806Xan Mehdiqulu xan Cavansir 1806 1822Soyun meshur numayendeleriPenaheli xan Saricali Cavansir Qarabag xani 1747 1762 xanligin yaradicisi Ibrahimxelil xan Cavansir Qarabag xani 1763 1806 general leytenant Mehreli bey Saricali Cavansir 1735 1785 Mehdiqulu xan Cavansir Qarabag xani 1806 1822 general mayor Ebulfet xan Tuti sair general mayor Ehmed bey Cavansir tarixci Ceferqulu xan Neva sair general mayor Baba bey Sakir sair Mehemmed bey Saricali Cavansir xanligin serkerdesi muveqqeti xanligi icra etmis sexs Mehemmed bey Asiq sair Mehemmedeli xan Cavansir diviziya generali Mehemmedhesen aga Saricali Cavansir xanligin veliehdi general mayor Mirze Mehdi Saricalinski sair praporsik Molla Abbas Cavansir sair riyaziyyatci axund Agabeyim aga Agabaci sair Feteli sah Qacarin sahbanusu Haci Agalar xan Cavansir Qarabag xanliginin serkerdesi kapitan Govherbeyim aga Saricali Cavansir 1796 1888 saire mesanat Xursidbanu Natevan saire Qasim bey Zakir sair polkovnik Ibrahim bey Azer sair Xan Susinski xanende Xanlar aga Saricali Cavansir Qarabag xanliginin serkerdesi polkovnik Allahyar Cavansirov tarzen Efser Cavansirov bestekar Ebdussemed bey Asiq sair Hemide Memmedquluzade Hemide xanim Cavansir xeyriyyeci yazici Zaur Cavansir Azerbaycan Silahli Quvvelerinin general mayoru Veten Muharibesi QehremaniHemcinin baxCavansir eli Qarabag xanligiIstinadlarhttp zerrspiegel orientphil uni halle de t1154 html 2007 01 27 at the Wayback Machine Mirza Dzhamal Dzhevanshir Karabagskij Istoriya Karabaga Baku 1959 g Ismailov Eldar THE KHANS OF KARABAKH THE ROOTS SUBORDINATION TO THE RUSSIAN EMPIRE AND LIQUIDATION OF THE KHANATE CA amp C Press AB Sweden https www ca c org c g online 2014 journal eng c g 1 2 10 shtml edn13 7C 2021 05 13 at the Wayback Machine Maeda Hirotake The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran Preconditions and developments described by Fazli Khuzani Ieda Osamu Uyama Tomohiko redaktorlar Reconstruction and interaction of Slavic Eurasia and its neighbouring worlds PDF Slavic Eurasian Studies No 10 Sapporo Slavic Research Centre Hokkaido University 2006 244 260 261 ISBN 4938637391 2020 11 08 tarixinde PDF Istifade tarixi 2022 10 02 Zerrspiegel orientphil uni halle de 2007 01 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 08 23 Karabaha hany yandeks slovari 2014 10 01 tarixinde Istifade tarixi 2022 10 02 QARABAG SUSA SӘHӘRI anl az 2021 01 21 tarixinde Istifade tarixi 2022 10 02 LIChNYE ARHIVNYE FONDY V GOSUDARSTVENNYH HRANILIShAH SSSR 2012 06 14 tarixinde orijinalindan arxivlesdirilib 2007 01 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 06 27 Raffi Melikstva Hamsy Armenianhouse org 2011 09 27 tarixinde Istifade tarixi 2012 08 23 MenbeEnver Cingizoglu Sefiqulu aganin soyu Soy dergisi 1 1 2003 seh 3 9 Enver Cingizoglu Mehreli xanin soy agacindan bir budaq Soy dergisi 1 1 2003 seh 9 14 Enver Cingizoglu Mehemmedhesen aganin soy kotuyu Soy dergisi 2 2 2003 seh 3 13 Enver Cingizoglu Ebulfet xan Qarabaglinim toremesi ATSS nin xeberleri VI buraxilis Baki Adiloglu 2007 seh 3 Enver Cingizoglu Xancan aga Cavansirin toremeleri Soy dergisi 5 26 2009 seh 3 12 Enver Cingizoglu Mehemmedqasim aga Saricali Cavansir ve toremeleri Azerbaycan Tarixi Secere cemiyyetinin xeberleri 7 ci buraxilis seh 48 56 Enver Cingizoglu Ceferqulu xan Saricali Cavansir Baki Mutercim 2011 72 seh Enver Cingizoglu Cavansir eli Saricalilar Tarixi ve genealoji tedqiqat Baki Mutercim 2015 352 seh M I Emrahov E Cingizoglu H I Hesenov Qarabag xanligi Baki Mutercim 2008 220 seh Eldar Ismailov Hany Karabahskie i ih potomki Genealogicheskij vestnik Vyp 12 Sankt Peterburg str 40 55 Ryzhov K V Vse monarhi mira Musulmanskij Vostok VII XV vv olu kecid Mirza Dzhamal Dzhavanshir Karabagi Istoriya Karabaha 2007 01 27 at the Wayback MachineXarici kecidler