Baba bəy Şakir (tam adı: Baba bəy Məhəmmədəli bəy oğlu Sarıcalı-Cavanşir; 1772, Şuşa – 1844, Şuşa, Kaspi vilayəti) — şair.
Baba bəy Şakir | |
---|---|
Baba bəy Məhəmmədəli bəy oğlu Şakir | |
Təxəllüsü | Шакир |
Doğum tarixi | 1772 |
Doğum yeri | |
Vəfat tarixi | 1844 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Baba bəy Şakir Vikimənbədə |
Həyatı
Baba bəy Şakir Qarqar çayının sahilində, qədim Mehriban kəndində dünyaya gəlib. Araşdırmalarda, xüsusilə də Mir Möhsün Nəvvabın təzkirələrində, Firidun bəy Köçərlinin əsərlərində o, "Mehribanlı Baba bəy" kimi təqdim edilir. Baba bəy Şakirin həyatı və yaradıcılığı ilə bağlı məlumat olduqca azdır. Bəzi mənbələrdə onun 1780-ci ildə doğulduğu qeyd olunub. Akademik Feyzulla Qasımzadə onun 1769-cu ildə anadan olduğunu qeyd edib. Rus tədqiqatçıları Baba bəy Şakirin təvəllüd tarixini qeyri-müəyyən tarixlə yazıblar. Firidun bəy Köçərli isə Baba bəy Şakiri müasirləri ilə müqayisə edərək 1772-ci ildə anadan olduğunu göstərib.
Baba bəy Şakir mükəmməl mədrəsə təhsili alıb. Ana dili ilə yanaşı bir neçə şərq dilini də bilib. Şakir təxəllüsü ilə şeirlər yazıb. Baba bəy Pənahəli xanın böyük qardaşı Fəzləli bəyin nəvəsi olub. O, şeirlərinin birində öz şəcərəsi ilə bağlı yazır:
Mən özüm övladi Pənah aliyəm,
Keçən qəziyyədən yeksər haliyəm.
Tamam aləm bilir Sarıcalıyam,
Mən türkəm, nə kürdəm, nə ləzgi, nə tat.
Baba bəy Şakir xan nəslinə mənsub olmasına baxmayaraq, çox çətin güzəran keçirib, ancaq taleyindən heç vaxt şikayətlənməyib. Yalnız Mehdiqulu xandan incikliyini dilə gətirib. Dostu və yaxın qohumu, şair Qasım bəy Zakirə yazdığı bir mənzum məktubunda deyib:
Külli Qarabağa olub mehriban
Götürdükcə dövlət elədi ehsan.
Bizlərə düşəndə xani-alişan,
İşıqlı dünyanı elədi zülmət.
Qasım bəy Zakir həmişə Baba bəyi özünə müəllim hesab edib. Poetik ləqəbini də Baba bəy Şakirin təxəllüsünə uyğun götürüb. Onun istedadının səsi-sorağı Qarabağın hüdudlarını aşaraq İrəvandan, Ordubaddan, Gəncədən eşidilib. Tədqiqatçı alim Salman Mümtaz araşdırmalarında yazır: "Baba bəy Şakir o vaxtkı ədəbiyyatımızı gözəlləşdirən, məzlumların imdadına çatan cəsur bir şair olub". S. Mümtaz daha sonra qeyd edir ki, XIX əsr Azərbaycan satirik şeirinin geniş intişar tapmasında onun böyük xidmətləri olub. Poeziyanın ictimai mübarizə silahına çevrilməsində çox zəhmətlər çəkib. Onun yaradıcılığında "Ay mədəd" və "Yetmədi" rədifli qoşmaları, "Gəlməz" gəraylısı diqqət çəkir.
Bundan başqa Baba bəy Şakirin yaradıcılığında həcvlər xüsusi yer tutur. Onun bu janra daha çox diqqət yetirməsi ilə bağlı Firidun bəy Köçərli yazır ki, şair müasirlərinin əxlaqını həcvlə islah etmək istəyib. Ədəbiyyatşünas ona da təəssüflənib ki, Baba bəy incə ruhlu, istedadlı şair olsa da, ömrünü əsasən həcvlər yazmağa sərf edib. Şair saatlarla bədahətən qoşma, gəraylı söyləyib.
Baba bəy Şakir dövrünün haqsızlıqlarını, yadellilərin doğma vətəndə at oynatmasını qəbul etməyib. O, Qasım bəy Zakirə yazdığı bir məktubunda belə deyir:
Vilayətdə urus olub ixtiyar,
Eyləyib bir bina yoxdu görən kar.
Tamam işlər olub cahilə bazar,
Heyf bu vilayət, heyhatü heyhat!
Qarabağın Çar Rusiyası tərəfindən işğal olunmasına qarşı çıxan Baba bəy Şakir bu mövqeyini öz şeirlərində də əks etdirib. Məsələn, divanbəyinə yazdığı bir məktubda şair deyir:
…Ya bizləri tamam tutsun naçalnik,
Ya eləsin dərdə çarə, ərz elə…
Nə oğru, nə xain, nə hiyləgərik,
Habelə vətənin tərkin edərik.
Elliklə baş götürüb gedərik,
Hər birimiz bir diyara, ərz elə.
Baba bəy Şakir qoşma və həcvlərlə yanaşı ritmik lirik şeirlər də yazıb.
Baba bəy Şakirin şeirləri ilk dəfə tanınmış tədqiqatçı Salman Mümtaz tərəfindən toplanaraq oxuculara təqdim olunub. 1927-ci ildə ərəb əlifbası nəşr edilən kitab həmin dövrdə başlanan əlifba islahatı (latın qrafikalı əlifbaya keçid) səbəbindən geniş oxucu auditoriyası arasında uğur qazana bilmir. 1985-ci ildə isə Fərhad Yəhyayevin tərtibatında Baba bəy Şakirin "Seçilmiş əsərləri" işıq üzü görür. Ancaq şairin ədəbi irsi burada olduğu kimi yox, müəyyən redaktələrlə, ixtisarlarla verilib.
Baba bəy Şakir 1844-cü ildə vəfat edib.
Mənbə
- Ənvər Çingizoğlu. Cavanşir eli:Sarıcalılar. Bakı: "Mütərcim", 2015, 352 s.
- Savalan Fərəcov. Dövrün mübariz şairi//Mədəniyyət.- 2013.- 18 oktyabr. s.15.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baba bey Sakir tam adi Baba bey Mehemmedeli bey oglu Saricali Cavansir 1772 Susa 1844 Susa Kaspi vilayeti sair Baba bey SakirBaba bey Mehemmedeli bey oglu SakirTexellusu ShakirDogum tarixi 1772Dogum yeri Susa Qarabag xanligiVefat tarixi 1844Vefat yeri Susa Susa qezasi Kaspi vilayeti Rusiya imperiyasiDefn yeri SusaFealiyyeti sairBaba bey Sakir VikimenbedeHeyatiBaba bey Sakir Qarqar cayinin sahilinde qedim Mehriban kendinde dunyaya gelib Arasdirmalarda xususile de Mir Mohsun Nevvabin tezkirelerinde Firidun bey Kocerlinin eserlerinde o Mehribanli Baba bey kimi teqdim edilir Baba bey Sakirin heyati ve yaradiciligi ile bagli melumat olduqca azdir Bezi menbelerde onun 1780 ci ilde doguldugu qeyd olunub Akademik Feyzulla Qasimzade onun 1769 cu ilde anadan oldugunu qeyd edib Rus tedqiqatcilari Baba bey Sakirin tevellud tarixini qeyri mueyyen tarixle yaziblar Firidun bey Kocerli ise Baba bey Sakiri muasirleri ile muqayise ederek 1772 ci ilde anadan oldugunu gosterib Baba bey Sakir mukemmel medrese tehsili alib Ana dili ile yanasi bir nece serq dilini de bilib Sakir texellusu ile seirler yazib Baba bey Penaheli xanin boyuk qardasi Fezleli beyin nevesi olub O seirlerinin birinde oz seceresi ile bagli yazir Men ozum ovladi Penah aliyem Kecen qeziyyeden yekser haliyem Tamam alem bilir Saricaliyam Men turkem ne kurdem ne lezgi ne tat Baba bey Sakir xan nesline mensub olmasina baxmayaraq cox cetin guzeran kecirib ancaq taleyinden hec vaxt sikayetlenmeyib Yalniz Mehdiqulu xandan incikliyini dile getirib Dostu ve yaxin qohumu sair Qasim bey Zakire yazdigi bir menzum mektubunda deyib Kulli Qarabaga olub mehriban Goturdukce dovlet eledi ehsan Bizlere dusende xani alisan Isiqli dunyani eledi zulmet Qasim bey Zakir hemise Baba beyi ozune muellim hesab edib Poetik leqebini de Baba bey Sakirin texellusune uygun goturub Onun istedadinin sesi soragi Qarabagin hududlarini asaraq Irevandan Ordubaddan Genceden esidilib Tedqiqatci alim Salman Mumtaz arasdirmalarinda yazir Baba bey Sakir o vaxtki edebiyyatimizi gozellesdiren mezlumlarin imdadina catan cesur bir sair olub S Mumtaz daha sonra qeyd edir ki XIX esr Azerbaycan satirik seirinin genis intisar tapmasinda onun boyuk xidmetleri olub Poeziyanin ictimai mubarize silahina cevrilmesinde cox zehmetler cekib Onun yaradiciliginda Ay meded ve Yetmedi redifli qosmalari Gelmez geraylisi diqqet cekir Bundan basqa Baba bey Sakirin yaradiciliginda hecvler xususi yer tutur Onun bu janra daha cox diqqet yetirmesi ile bagli Firidun bey Kocerli yazir ki sair muasirlerinin exlaqini hecvle islah etmek isteyib Edebiyyatsunas ona da teessuflenib ki Baba bey ince ruhlu istedadli sair olsa da omrunu esasen hecvler yazmaga serf edib Sair saatlarla bedaheten qosma gerayli soyleyib Baba bey Sakir dovrunun haqsizliqlarini yadellilerin dogma vetende at oynatmasini qebul etmeyib O Qasim bey Zakire yazdigi bir mektubunda bele deyir Vilayetde urus olub ixtiyar Eyleyib bir bina yoxdu goren kar Tamam isler olub cahile bazar Heyf bu vilayet heyhatu heyhat Qarabagin Car Rusiyasi terefinden isgal olunmasina qarsi cixan Baba bey Sakir bu movqeyini oz seirlerinde de eks etdirib Meselen divanbeyine yazdigi bir mektubda sair deyir Ya bizleri tamam tutsun nacalnik Ya elesin derde care erz ele Ne ogru ne xain ne hiylegerik Habele vetenin terkin ederik Ellikle bas goturub gederik Her birimiz bir diyara erz ele Baba bey Sakir qosma ve hecvlerle yanasi ritmik lirik seirler de yazib Baba bey Sakirin seirleri ilk defe taninmis tedqiqatci Salman Mumtaz terefinden toplanaraq oxuculara teqdim olunub 1927 ci ilde ereb elifbasi nesr edilen kitab hemin dovrde baslanan elifba islahati latin qrafikali elifbaya kecid sebebinden genis oxucu auditoriyasi arasinda ugur qazana bilmir 1985 ci ilde ise Ferhad Yehyayevin tertibatinda Baba bey Sakirin Secilmis eserleri isiq uzu gorur Ancaq sairin edebi irsi burada oldugu kimi yox mueyyen redaktelerle ixtisarlarla verilib Baba bey Sakir 1844 cu ilde vefat edib MenbeEnver Cingizoglu Cavansir eli Saricalilar Baki Mutercim 2015 352 s Savalan Ferecov Dovrun mubariz sairi Medeniyyet 2013 18 oktyabr s 15 Xarici kecidlerVikimenbede elaqeli metnler