Ağabəyim ağa (Ağabacı; 1782, Xankəndi – 1832, Tehran) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır.
Ağabəyim ağa | |
---|---|
Ağabəyim ağa İbrahimxəlil xan qızı Cavanşir | |
Təxəllüsü | Агабаджи |
Doğum tarixi | |
Doğum yeri | Xanbağı, Xankəndi, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, Qacarlar dövləti |
Dəfn yeri | |
Vətəndaşlığı | Qarabağ xanlığı, sonralar Qacarlar dövləti |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Fətəli şah |
Atası | İbrahimxəlil xan |
Təhsili | Ali |
Fəaliyyəti | şair, yazıçı |
Fəaliyyət illəri | 1800-1832 |
Əsərlərinin dili | Azərbaycanca |
Ağabəyim ağa Vikimənbədə |
Həyatının erkən dövrü
Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nigaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür.
Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.
Yaradıcılığı
Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi. Rusiya–Qacar münasibətlərinin barışıqla nəticələnməsi işində də Ağabəyim ağanın rolu az olmamışdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda yazırdı:
"Ey Bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz".
Ağabəyim ağaya Qarabağı çox sevən, öz torpağının həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi də demək olar. Digər bir mənbənin yazdığı kimi, İrəvan xanı "Sarı Aslan" ləqəbli Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olmuş, onu əsirlikdən qurtarmışdı.
1832-ci ildə Tehranda vəfat edib və Darül-İman adlanan Qum şəhərində dəfn olunub.
Qacar sarayında
Fətəli şahın xanımlarının hərəmə daxil olduqdan sonra şahın zəngin salonundan istədikləri paltarı seçmə hüquqları var idi. Ağabəyim ağa Fətəli şahın anasının da paltarının orada olduğundan xəbərdar idi. Ona görə də onu salona gətirəndə addımlarını həmin paltara yönəldib əyninə geyindi. Ağabəyim ağanı öz anasının paltarında görən Fətəli şah xeyli təəccübləndi və heç vaxt ona toxunmadı.
Özünün intellektinə görə o, Fətəli şah tərəfindən sevilirdi və buna görə də, hərəmin əsas xanımı elan edilmişdi . Burada yaşadığı dönəmdə Ağabəyim ağa öz vətənindən ötrü darıxmış və belə bir bayatı şəklində şeir yazmışdır:
Yaradıcılığı
Qərib bir diyarda ömür-gün sürən, min nazın, nemətin içində bəslənən Ağabəyim vətən həsrətini söylədiyi bayatılarda dilə gətirir:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Qələm də, bayatı da, göz yaşları da vətən həsrətini ovuda bilmir. Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Xankəndidə, Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Bəlkə onda könlu toxtayar. Hətta bağbanı da Şuşadan gətirirlər. Bu gülüstanın da adını "Vətən bağı" qoyurlar. Ağabəyim həmin bağa seyrə çıxarkən çox qəmlənir. Dərindən ah çəkərək ağlayır. Bütün saray əhli bu vəziyyətə heyrət kəsilir. Çünki "Vətən bağı" elə Qarabağın bir parçası idi. Ağabəyim üzüntüsünü belə ifadə edir:
"Vətən bağı" al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.
2008-ci ildə çəkilmiş və Qarabağ xanlığının İbrahimxəlil xanın hakimiyyəti dövründəki tarixindən bəhs edən Hökmdarın taleyi adlı filmdə Ağabəyim ağa rolu aktrisa Günəş Əliyevə tərəfindən canlandırılmışdır.
Ölümü
1832-ci ildə Tehran vəfat etmiş və Qum şəhərində dəfn edilmişdir.
İstinadlar
- . Adam.az. 2011-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-16.
- . 525-ci qəzet. 2012-03-31 tarixində orijinalından arxivləşdirilib.
- . 2007. ISBN . 9 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 August 2010.
- "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.28–29.
- "Ayrılığın hekayəti". 2020-10-08 tarixində . İstifadə tarixi: 2022-10-10.
Mənbə
- Əzizə Cəfərzadə. "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik", 1991. (səh.30–31).
- Mehriban Vəzir ''Ağabəyim Ağa Cavanşir'' tarixi roman. Bakı — 2016
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agabeyim aga Agabaci 1782 Xankendi 1832 Tehran azerbaycanli saire Qarabag xanliginin ikinci xani Ibrahimxelil xanin qizi ve Qacar sahi Feteli sahin xanimi bir diger meshur saire Xursudbanu Natevanin bibisi Seirlerini Agabaci leqebi ile yazmisdir Agabeyim agaAgabeyim aga Ibrahimxelil xan qizi CavansirTexellusu AgabadzhiDogum tarixi 1780Dogum yeri Xanbagi Xankendi Qarabag xanligiVefat tarixi 1832Vefat yeri Tehran Qacarlar dovletiDefn yeri QumVetendasligi Qarabag xanligi sonralar Qacarlar dovletiMilliyyeti azerbaycanliHeyat yoldasi Feteli sahAtasi Ibrahimxelil xanTehsili AliFealiyyeti sair yaziciFealiyyet illeri 1800 1832Eserlerinin dili AzerbaycancaAgabeyim aga VikimenbedeHeyatinin erken dovruAgabeyim aga 1780 ci ilde Xankendi seherinde Xanbaginda anadan olub Aga Mehemmed sah Qacar 1797 ci ilde Susada qetle yetirilenden sonra taxta onun yerine Feteli sah cixir Feteli sah her iki terefin xatircemliyi ucun Ibrahimxelil xana oz qizi Agabeyim agani Xursidbanu Natevanin bibisi heremxanasina gondermesini soyleyir Ibrahimxelil xan bu nigaha qol qoyur ve oz sevimli qizini Qacar hokmdari Feteli saha ere verir 1801 Belelikle Agabeyim aga 1797 ci ilde Qarabagdan Tehrana gelin kocur Agabeyim Aga qabiliyyetli bacariqli ve gozel olmaqla beraber hem de cox vetenperver bir qadin olmusdur Agabeyim Aga dustaqlarin zindandan azad olunmasi esirlerin buraxilmasi olum hokmu ile mehkum edilmislerin efv olunmasina nail olurdu YaradiciligiMenbeler gosterir ki Agabeyim Aga atasinin veziri Molla Penah Vaqifin yetirmesi idi ve sonradan fransiz dilini oyrenerek avropalilarla serbest danismis dovrun bir sira sexsiyyetleri ile mektublasmisdir 1811 ci ilde o Fransa imperatorunun arvadi ile gorusmus onun vasitesile Napoleon Bonaparta mektub gondermisdi Rusiya Qacar munasibetlerinin barisiqla neticelenmesi isinde de Agabeyim aganin rolu az olmamisdir Rus caricasi Agabeyim agaya gonderdiyi mektubunda yazirdi Ey Beyim Siz oz mudrikliyinizle merhemetli sahin ikinci Zohresi tale ulduzu olmussunuz Agabeyim agaya Qarabagi cox seven oz torpaginin hesreti ile yasayan ermenilerin xeyanetine nifret eden bir ictimaiyyetci de demek olar Diger bir menbenin yazdigi kimi Irevan xani Sari Aslan leqebli Hesen xani rus esirliyinden qurtarmaqda da komekci olmus onu esirlikden qurtarmisdi 1832 ci ilde Tehranda vefat edib ve Darul Iman adlanan Qum seherinde defn olunub Qacar sarayindaFeteli sahin xanimlarinin hereme daxil olduqdan sonra sahin zengin salonundan istedikleri paltari secme huquqlari var idi Agabeyim aga Feteli sahin anasinin da paltarinin orada oldugundan xeberdar idi Ona gore de onu salona getirende addimlarini hemin paltara yoneldib eynine geyindi Agabeyim agani oz anasinin paltarinda goren Feteli sah xeyli teeccublendi ve hec vaxt ona toxunmadi Ozunun intellektine gore o Feteli sah terefinden sevilirdi ve buna gore de heremin esas xanimi elan edilmisdi Burada yasadigi donemde Agabeyim aga oz veteninden otru darixmis ve bele bir bayati seklinde seir yazmisdir YaradiciligiQerib bir diyarda omur gun suren min nazin nemetin icinde beslenen Agabeyim veten hesretini soylediyi bayatilarda dile getirir Eziziyem Qarabag Seki Sirvan Qarabag Tehran cennete donse Yaddan cixmaz Qarabag Qelem de bayati da goz yaslari da veten hesretini ovuda bilmir Agabeyim aganin konlunu sad etmek onu sevindirmek ucun Feteli sah Tehranda mohtesem bir bag saldirir Xankendide Susada biten butun agac gul ciceyi burada ekdirir ki Agabeyim dogma yerlerin havasini bu bagdan ala bilsin Belke onda konlu toxtayar Hetta bagbani da Susadan getirirler Bu gulustanin da adini Veten bagi qoyurlar Agabeyim hemin baga seyre cixarken cox qemlenir Derinden ah cekerek aglayir Butun saray ehli bu veziyyete heyret kesilir Cunki Veten bagi ele Qarabagin bir parcasi idi Agabeyim uzuntusunu bele ifade edir Veten bagi al elvandir Yox ustunde Xaribulbul Neden her yerin elvandir Koksun alti sari bulbul 2008 ci ilde cekilmis ve Qarabag xanliginin Ibrahimxelil xanin hakimiyyeti dovrundeki tarixinden behs eden Hokmdarin taleyi adli filmde Agabeyim aga rolu aktrisa Gunes Eliyeve terefinden canlandirilmisdir Olumu1832 ci ilde Tehran vefat etmis ve Qum seherinde defn edilmisdir Istinadlar Adam az 2011 11 17 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 09 16 525 ci qezet 2012 03 31 tarixinde orijinalindan arxivlesdirilib 2007 ISBN 978 9952 8091 4 5 9 September 2010 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 16 August 2010 Azerbaycan qadin sairleri antologiyasi Baki Avrasiya press 2005 seh 28 29 Ayriligin hekayeti 2020 10 08 tarixinde Istifade tarixi 2022 10 10 MenbeEzize Ceferzade Azerbaycanin asiq ve sair qadinlari Baki Genclik 1991 seh 30 31 Mehriban Vezir Agabeyim Aga Cavansir tarixi roman Baki 2016Hemcinin baxXursidbanu Natevan Govher agaVikimenbede Muellif Agabeyim aga Cavansir ile elaqeli melumatlar var