Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Cəfərzadə Əzizə Məmməd qızı (29 dekabr 1921, Bakı – 4 sentyabr 2003, Bakı) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əzizə Cəfərzadə | |
---|---|
Doğum adı | Əzizə Məmməd qızı Cəfərzadə |
Doğum tarixi | 29 dekabr 1921 |
Doğum yeri | |
Vəfat tarixi | 4 sentyabr 2003 (81 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, ictimai xadim, ədəbiyyatşünas, universitet müəllimi[d] |
Janr | tarixi roman[d] |
Mükafatları | |
azizajafarzade.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942–1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944–1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947–1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950–1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.
Yaradıcılığı
Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. Onun "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim" (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülmüşdür. "Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.
Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınları" (1974, 1991), "Azərbaycanın şair və aşıq qadınları" (II nəşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.
O, "Natavan" adli kinossenari, çoxlu sayda radio-televiziya pyesləri, xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlərlə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965–1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya səfərinin gündəlikləri "Qızıl sahilə səyahət" (1968) xatiratını yazmasıdir.
Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A. Lixanovun "Mənim generalım", Ə.Kabaklənin "Əjdaha daşı", S.Çokumun "Bizim diyar" və sair əsərləri Azərbaycan dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və "Ana" radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur.
1981–1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Hacılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.
Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 28.12.1981
- "Xalqlar dostluğu"
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
- "Azərbaycan Anası" (2001)
- Azərbaycan Xalq yazıçısı" (2001)
Əsərləri
- "Natəvan haqqında hekayələr" (1963) – bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın (XIX əsr) həyatını qələmə almışdır;
- "Aləmdə səsim var mənim" (1973–1978)- ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır;
- "Vətənə qayıt" (1977) – XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Salyan bölgəsində baş verən hadisələr;
- "Yad et məni" (1980) – XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı roman;
- "Bakı-1501" (1981) – Şah İsmayıl Xətai və onun Bakıya yürüşu tarixinə həsr olunmuş roman;
- "Cəlaliyyə" (1983) – XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixi;
- "Sabir" (1989) – XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilmiş əsər;
- "Eldən elə" (1992) – XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında roman;
- "Bir səsin faciəsi" (1995) – XIX əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli həyatından bəhs edən əsər;
- ""Gülüstan"dan öncə" (1996) – XIX əsrin əvvəllərində rus qoşunlarının Şirvana hücumu tarixinə həsr olunmuş roman;
- "Zərrintac-Tahirə" (1996) – XIX əsrdə İran Azərbaycanında yaşayıb-yaratmış qadın şairə və Bab hərakatının liderlərindən biri Tahirə Qürrətüleynin həyatı haqqında əsər;
- "İşığa doğru" (1998) – XX əsrdə İranda Bab hərakatının əks-sədası kimi baş verən faciəvi tarixə həsr edilmiş povest;
- "Bəla" (2001) XVI əsrdə Şah İsmayıl Xətaidən sonra Azərbaycanda baş verən və sonu Azəbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkişmələri haqqında əsər;
- "Rübabə-sultanım" (2001) – XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı;
- "Xəzərin göz yaşları" (2003) – 1938-cı ildə Azərbaycanda yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən 3–4 gün ərzində İrana məcburi deportasiyası haqqında povest;
- "Eşq sultanı" (Ölümündən bir az əvvəl bitirmişdir)- XV–XVI əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında roman.
İstinadlar
- "Flora Xəlilzadə. Əbədi ayrılığın qüssəsi. "Azərbaycan" qəzeti". 2020-11-01 tarixində . İstifadə tarixi: 2013-09-09.
- "Əzizə Cəfərzadənin rəsmi saytında bioqrafiyası". 2021-11-27 tarixində . İstifadə tarixi: 2013-04-27.
- "AYTƏN, Xalq yazıçısı Əzizə Cəfərzadə dünyasını dəyişib. Əzizə Cəfərzadənin rəsmi saytında dərc olunan Vida Sözü". 2016-03-04 tarixində . İstifadə tarixi: 2014-08-14.
- Ə.M.Cəfərzadə yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 dekabr 1981-ci il tarixli Fərmanı 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində . İstifadə tarixi: 2 may 2019.
- "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.
Xarici keçidlər
- Əzizə Cəfərzadə kanalı — YouTube
- "Əzizə Cəfərzadə yeganə övladını əlindən salıb, öldürmüşdü" – MÜSAHİBƏ 2018-02-06 at the Wayback Machine (az.)
Həmçinin bax
- Ağ saçların işığı (film, 1993)
- Əzizə Cəfərzadə (film, 1999)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalede yalniz ilkin ve ya onunla elaqeli menbelerden istifade olunur Melumatlar musteqil ikinci menbelere esaslanmalidir eks halda meqalenin neytralligi ve ya ehemiyyeti ile bagli subheler yarana bunun neticesinde de siline biler Meqaleye etibarli istinad ve menbeler elave etmekle onu tekmillesdire bilersiniz Ceferzade Ezize Memmed qizi 29 dekabr 1921 Baki 4 sentyabr 2003 Baki yazici edebiyyatsunas ictimai xadim filologiya elmleri doktoru professor 1946 ci ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Ezize CeferzadeDogum adi Ezize Memmed qizi CeferzadeDogum tarixi 29 dekabr 1921 1921 12 29 Dogum yeri Baki Baki qezasi Azerbaycan SSRVefat tarixi 4 sentyabr 2003 2003 09 04 81 yasinda Vefat yeri Baki AzerbaycanFealiyyeti yazici ictimai xadim edebiyyatsunas universitet muellimi d Janr tarixi roman d Mukafatlari 2001azizajafarzade com Vikianbarda elaqeli mediafayllarHeyati1921 ci il dekabrin 29 da Baki seherinde anadan olmusdur Ibtidai tehsilini 25 sayli mektebde almis sonra teatr texniki mektebinde ve ikiillik muellimler institutunda oxumus 1942 1944 cu illerde Agsu rayonundaki Caparli kendinde muellim islemisdir 1946 1947 ci illerde ekstern yolu ile Azerbaycan Dovlet Universitetinin filologiya fakultesini bitirmisdir 1944 1946 ci illerde Cefer Cabbarli adina Azerbaycanfilm kinostudiyasinda ssenari sobesinin reisi 1947 1949 cu illerde teatr texniki mektebinin mudiri 1950 1955 ci illerde pedaqoji institutda dosent kafedra mudiri 1956 ci ilde Kamcatka Pedaqoji Institutunda dosent 1957 1974 cu illerde Azerbaycan Elmler Akademiyasinin Elyazmalar Institutunda bas elmi isci sobe mudiri 1974 cu ilden ise Baki Dovlet Universitetinin professoru vezifelerinde calismisdir Ezize Ceferzade XIX esr Azerbaycan edebiyyati tarixinin bilicisi kimi taninirdi ve bu sahede 1950 ci ilde XIX esr Azerbaycan edebiyyatinda maarifci ziyali suretleri movzusunda namizedlik 1970 ci ilde XIX esr Azerbaycan poeziyasinda xalq seiri uslubu movzusunda doktorluq dissertasiyalari mudafie etmisdir Ezize Ceferzade 2003 cu il sentyabrin 4 de omrunun 82 ci ilinde uzun suren agir xestelikden sonra haqqin dergahina qovusmusdu ve vesiyyetine esasen Haciqabul rayonunun Tagili kendinde valideynleri heyat yoldasi ve qardaslari ile bir mezarliqda defn edilmisdir YaradiciligiEdebi fealiyyete 16 yasinda baslamis ve Ezrayil adli ilk hekayesini 1937 ci ilde Edebiyyat qezetinde cap etdirmisdir Ilk kitabi 1948 ci ilde cap edilmis lakin Moskvanin xususi qerari ile satisa cixmamisdan evvel qadagan olunub yandirilmisdir Yazicinin nesr eserleri esasen tarixi roman janrinda yazilmisdir O muasir Azerbaycan nesr tarixinde bu janri yeniden heyata getirmisdir Onun Sahibsiz ev 1966 Ellerini mene ver 1970 Sensen umidim 1984 Xeyalim menim 2002 kimi bir sira povestlerinin movzusu muasir heyatdan goturulmusdur Qizimin hekayeleri 1964 Anamin nagillari 1982 Ciceklerim 1988 Pisik dili 2001 ve sair usaqlar ucun yazdigi hekaye ve nagillardir Elmi tedqiqatci kimi bir sira asiq ve sairlerin eserlerini toplayib cap etdirmisdir ki bunlara Fatma xanim Kemine 1971 Konul cirpintilari 1972 Azerbaycanin asiq ve sair qadinlari 1974 1991 Azerbaycanin sair ve asiq qadinlari II nesr 2003 Sirvanin uc sairi 1971 Mucrum Kerim Vardani Sunbulstan 1978 Abdulla Padarli Secilmis eserleri 1979 Her budaqdan bir yarpaq 1983 daxildir Onun bir cox toplayib cap etdirdiyi eserlerin esas hissesini ana ve qadin movzusu teskil edir ki bunlar da Ezize xanima romanlarindan az sohret getirmemisdir Bu kitablar vasitesi ile o ta qedim dovrlerden Azerbaycanda yuksek poetik seviyyeli yazili ve sifahi qadin yaradiciliginin movcud oldugunu ve dunya edebiyyatinda onder oldugunu subut etmisdir Bu eserlerle yanasi onun yuzlerle meqale ocerk elmi tedqiqat ve publisistik meqaleleri dovru metbuatda cap edilmisdir O Natavan adli kinossenari coxlu sayda radio televiziya pyesleri xatirat ve saysiz hesabsiz bayati yazmisdir Ezize xanim folklorumuzun vurgunu idi Bayati dusuncelerim Xizir Nebi Novruz ve basqa Azerbaycan adet eneneleri etnoqrafiyasi ile bagli yazilari televiziya radioda cixislari onu xalqin sevimlisi etmisdir Bir cox xarici olkelerde o cumleden Yuqoslaviya Suriya Kipr Hindistan Sinqapur Malaziya Israil Iraq ve Turkiyede beynelxalq ehemiyyetli tedbirlerin istirakcisi olmusdur Bu olkelerin kitabxanalarindan tarixi eserlerle bagli melumatlar toplamis ve seyahet gundelikleri yazmisdir Bunlardan birinde 1965 1966 ci illerde heyat yoldasinin isi ile bagli Qanaya seferinin gundelikleri Qizil sahile seyahet 1968 xatiratini yazmasidir Ezize xanim bir sira xarici muelliflerin o cumleden S Smirnovun Brest qalasi S Residovun Guclu dalga A Lixanovun Menim generalim E Kabaklenin Ejdaha dasi S Cokumun Bizim diyar ve sair eserleri Azerbaycan diline tercume etmis bir cox kitabin redaktoru olmusdur Onun eserleri de bir sira xarici dillere o cumleden rus fars tacik ereb qazax ve sair tercume edilib xaricde nesr edilmisdir Fasilesiz olaraq televiziya ve radioda muxtelif movzularda cixislar etmis televiziyada Klassik irsimizden Asiq Peri ve sair coxsayi proqramlarin muellifi ve aparicisi olmusdur Bu verilisler vasitesi ile xalqa Azerbaycan klassik ve muasir edebi irsini teblig etmisdir Bununla yanasi o radioda Cenubi Azerbaycan ucun verilen proqramlarin ve Ana radio jurnalinin uzun iller daimi istirakcisi olmusdur 1981 1989 cu illerde Respublika Qadinlar Surasinin sedri vezifesinde islemisdir Azerbaycan qadin ve usaqlarinin huquqlarinin qorunmasi sahesinde aktiv fealiyyet gostermis respublikanin en ucqar rayon kendlerine bele defelerle getmis ve milletin tarixi taleyi ile bagli problemlerle tanis olmus bu problemlerin hell edilmesinde yaxindan istirak etmisdir O heyati boyu xeyriyyecilikle mesgul olmus 1979 cu ilde indiki Haciqabul rayonunun Hacili kendinde oz vesaiti hesabina orta mekteb ve klub binasi tikdirmisdir Azerbaycanin musteqilliyi ugrunda ve ermeni tecavuzune qarsi herekatda daim onde ve feal istirak eden bir vetendas olmusdur Azertelefilm birliyi onun heyat ve yaradiciligi haqqinda 2 telefilm cekmisdir MukafatlariAzerbaycan SSR Ali Sovetinin Fexri Fermani 28 12 1981 Xalqlar dostlugu Sohret ordeni Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudu 11 iyun 2002 Azerbaycan Anasi 2001 Azerbaycan Xalq yazicisi 2001 Eserleri Natevan haqqinda hekayeler 1963 bu hekayelerde yazici Qarabagin son xani Xursidbanu Natevanin XIX esr heyatini qeleme almisdir Alemde sesim var menim 1973 1978 ilk tarixi romani XIX esrde Samaxida yasayib yaratmis meshur sair Seyid Ezim Sirvaninin edebi heyati haqqindadir Vetene qayit 1977 XVIII esrde rus qosunlarinin Azerbaycana ilk gelisi fonunda sair Nisat Sirvaninin heyati ve Sirvanin Salyan bolgesinde bas veren hadiseler Yad et meni 1980 XIX esrin sonu XX esrin evvellerinde romantik sair Abbas Sehhetin heyat ve yaradiciligi ile bagli roman Baki 1501 1981 Sah Ismayil Xetai ve onun Bakiya yurusu tarixine hesr olunmus roman Celaliyye 1983 XII esr Naxcivanin qadin hokmdari Celaliyyenin olkenin mudafiesi ugrunda apardigi mubarizenin tarixi Sabir 1989 XIX esrin sonu XX esrin evvellerinde yasayib yaratmis meshur satirik sair Mirze Elekber Sabire hesr edilmis eser Elden ele 1992 XIX esrde 37 il dunya seyahetinde olan cografiyasunas Zeynalabdin Sirvaninin heyati haqqinda roman Bir sesin faciesi 1995 XIX esrin sonunda yasamis mugenni Mirze Gullerin facieli heyatindan behs eden eser Gulustan dan once 1996 XIX esrin evvellerinde rus qosunlarinin Sirvana hucumu tarixine hesr olunmus roman Zerrintac Tahire 1996 XIX esrde Iran Azerbaycaninda yasayib yaratmis qadin saire ve Bab herakatinin liderlerinden biri Tahire Qurretuleynin heyati haqqinda eser Isiga dogru 1998 XX esrde Iranda Bab herakatinin eks sedasi kimi bas veren facievi tarixe hesr edilmis povest Bela 2001 XVI esrde Sah Ismayil Xetaiden sonra Azerbaycanda bas veren ve sonu Azebaycanin xirda xanliqlara parcalanmasi ile neticelenen hakimiyyet ugrunda geden saray cekismeleri haqqinda eser Rubabe sultanim 2001 XX esrde bas veren ictimai siyasi hadiseler fonunda yari bioqrafik romani Xezerin goz yaslari 2003 1938 ci ilde Azerbaycanda yasayan Iran azerbaycanlilarinin Stalin rejimi terefinden 3 4 gun erzinde Irana mecburi deportasiyasi haqqinda povest Esq sultani Olumunden bir az evvel bitirmisdir XV XVI esrde yasayib yaratmis boyuk Azerbaycan sairi Mehemmed Fuzulinin heyati haqqinda roman Istinadlar Flora Xelilzade Ebedi ayriligin qussesi Azerbaycan qezeti 2020 11 01 tarixinde Istifade tarixi 2013 09 09 Ezize Ceferzadenin resmi saytinda bioqrafiyasi 2021 11 27 tarixinde Istifade tarixi 2013 04 27 AYTEN Xalq yazicisi Ezize Ceferzade dunyasini deyisib Ezize Ceferzadenin resmi saytinda derc olunan Vida Sozu 2016 03 04 tarixinde Istifade tarixi 2014 08 14 E M Ceferzade yoldasin Azerbaycan SSR Ali Sovetinin Fexri Fermani ile teltif edilmesi haqqinda Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin 28 dekabr 1981 ci il tarixli Fermani 2020 01 16 at the Wayback Machine anl az sayti Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudlerinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami az e qanun az 7 September 2022 tarixinde Istifade tarixi 2 may 2019 Sinifdenxaric tedbirler zamani tarixi sexsiyyetlere dair materiallarin oyrenilmesi Afaq Qasimova Yeniyetmelerin tarixi sexsiyyetlerin numunesinde terbiye edilmesi Baki Nurlan 2006 seh 125 Xarici kecidlerEzize Ceferzade kanali YouTube Ezize Ceferzade yegane ovladini elinden salib oldurmusdu MUSAHIBE 2018 02 06 at the Wayback Machine az Hemcinin baxAg saclarin isigi film 1993 Ezize Ceferzade film 1999