Bu məqaləni lazımdır. |
Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si.
Həmidə Məmmədquluzadə | |
---|---|
Həmidə Əhməd bəy qızı Məmmədquluzadə | |
Digər adı | Həmidə Cavanşir |
Doğum tarixi | 19 yanvar 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 6 fevral 1955 (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Atası | Əhməd bəy Cavanşir |
Fəaliyyəti | qadın hüquqları fəalı[d], xeyriyyəçi, publisist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdi.
Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.
Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə baxmayaraq, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.
Xatirəsi
2005-ci ildən etibarən Ağcabədinin Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi fəaliyyət göstərir. Muzeydə 210 eksponat sərgilənir.
Kitabları
- Həmidə Məmmədquluzadə. "Mirzə Cəlil haqqında xatirələrim". "Azərnəşr", 1967.
İstinadlar
- "Həmidə xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"si - FOTO". Milli.Az (az.). 2020-09-16. 2024-01-06 tarixində . İstifadə tarixi: 2024-01-06.
- "Həmidə Xanım Cavanşir - Qarabağın xeyirxah "Dəmir ledi"si". 1news.az (az.). 2024-01-06 tarixində . İstifadə tarixi: 2024-01-06.
- "Arxivlənmiş surət". 2022-01-01 tarixində . İstifadə tarixi: 2022-01-01.
- Lider TV. "İki tarixi şəxsin nişanəsi" (az.). Youtube.com. 07.12.2016. 2023-07-22 tarixində . İstifadə tarixi: 2016-12-08.
Xarici keçidlər
- . "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- Mehriban Vəzirin tərcümə etdiyi "Həmidə Xanım Cavanşir – Xatirələrim" kitabının təqdimatı keçirildi — kitabklubu.org saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Hemide Memmedquluzade 19 yanvar 1873 Boyuk Kehrizli Susa qezasi 6 fevral 1955 Baki Azerbaycanin ilk maarifci qadinlarindan biri Celil Memmedquluzadenin heyat yoldasi tarixci Ehmed bey Cavansirin qizi xeyriyyeci tercumeci Azerbaycan Yazicilar Ittifaqinin uzvu olmus Qarabagin xeyirxah Demir ledi si Hemide MemmedquluzadeHemide Ehmed bey qizi MemmedquluzadeDiger adi Hemide CavansirDogum tarixi 19 yanvar 1873 1873 01 19 Dogum yeri Boyuk Kehrizli Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 6 fevral 1955 1955 02 06 82 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanHeyat yoldasi Celil MemmedquluzadeAtasi Ehmed bey CavansirFealiyyeti qadin huquqlari feali d xeyriyyeci publisist Vikianbarda elaqeli mediafayllarHeyatiHemide xanim Cavansir Memmedquluzade 1873 cu ilde Susa qezasinin Kehrizli kendinde zemanesinin gorkemli maarifci ziyalisi tarixci Ehmed beyin ocaginda dunyaya gelmisdir Kendde daim yeniliyi medeniyyetin en sivil formalarini yayan Ehmed bey Cavansir yeddi Qarabagname den en meshurunu Qarabag xanliginin siyasi veziyyetine dair eserini yazib Onun coxsayli seirleri ve tercumeleri 1906 ci ilde Tiflisde Qeyret metbeesinde kitab kimi nesr edilib Tek Kehrizlide deyil ele etraf kendlerde de Ehmed bey kasiblarin boyuk himayedari olub Bele bir necib insanin ailesinde dunyaya goz acan Hemide xanimin Azerbaycan medeniyyetine ve edebiyyatina hesr olunan boyuk omur yolu da mehz ot koku uste biter meseli ile tam uygun gelir Aile mektebinde tehsil alan Hemide xanim hele yeniyetme illerinde rus dilini selis qavrayaraq o dovrun kend qizlari ucun seciyyevi olmayan yuksek intellekte genis dunyagoruse malik olmusdu Ilk heyat yoldasi zadegan neslinden olan podpolkovnik Ibrahim bey Davatdarov cebhede helak olandan ve atasini itirenden sonra Hemide xanim Cavansir Kehrizlide ata mulkunu idare etmisdi 1905 ci ilde Tiflisde tanis oldugu Mirze Celil Memmedquluzadeye iki il sonra ere gederken bu izdivac coxlarina xos getmemis nikah onun esilzade nesline yarasdirilmamisdi Lakin Hemide xanim butun maneelere cesaretle sine gererek Mirze Celile vefali ve fedakar omur gun yoldasi olmaqla yanasi hem de ustad senetkarin en yaxin maarifci silahdasi ziyali hemdemi Molla Nesreddin in ise xeyirxah himayedari olmusdu Butun varidatini servetini heyat yoldasinin yaradiciligina boyuk urekle serf eden Hemide xanim Cavansir Memmedquluzade Mirze Celille 25 il esl mehebbet ve qarsiliqli ehtiramla omur surmusdu Bu illerde Mirze Celil ne qeder keskin zerbelere ittihamlara tus gelse nadanliqla qarsilassa da en cetin gunlerde Hemide xanim ona menevi dayaq olmus bu boyuk insani daim nikbin ovqata koklemis onun butun agir sinaqlardan metanetle cixmasina yardim gostermisdi Qizi Mina xanim Davatdarova Tarix Hemide xanim Cavansir Memmedquluzadeni boyuk xeyriyyeci ve cefakes insan kimi yaddaslara hekk edib Tek Kehrizli kendinin deyil cumle Qarabagin ona komek ucun penah getiren insanlarinin elinden tutan qaygilarini hell eden bu xanim hem de o dovrun yardima ehtiyaci olan ziyalilarinin da problemlerini hell etmisdir Ciddi xesteliyi olan Mirze Elekber Sabir mehz Hemide xanimin mesleheti ile Mirze Celil terefinden Tiflise mualice ucun devet alir Sabir bu hadiseni Abbas Sehhete yazdigi mektubda bele xatirlayirdi Mirze Celil ve Hemide xanim cenablarindan cox raziyam Bilmirsen mene ne qeder ehtiram edirler Bu nece muddetde temam mexaricimi ve zehematimi mutehemmil olmuslar Menim mehmanxana ya xestexanada yatmagima razi olmadilar oz evlerinde menzil vermisler Xulase bilmirem ne dil ile tesekkur edim Hemide xanimin Sabire gosterdiyi qaygi haqqinda ise Azerbaycan ziyaliliginin bas taci olan Uzeyir bey Hacibeyli xususi meqale yazmisdir Meqale bu sozlerle bitirdi Qoy edebiyyat tarixine yazilsin ki Sabir kimi sairi diriliyinde teqdir eden bir kisi olmadisa da bir nefer arvad oldu ki sairin iadei sehheti ucun milyoncu kisilere baxmayaraq oz varindan kececek qeder boyuk bir hamiyyet gosterdi Bu hadise Hemide xanim Cavansir Memmedquluzadenin vetendas mahiyyetini xeyirxah emellerini eks etdiren yuzlerle faktdan yalniz biridir Hemide xanim 1912 ci ilden Kehrizlide oz vesaiti hesabina mekteb acir ve burada ders deyir Mirze Celilin vefatindan sonra da olkenin ictimai edebi heyatinda feal movqe tutan Hemide xanim Yazicilar Ittifaqina uzv secilmis omur gun yoldasinin eserlerini tercume etmekle yanasi bu boyuk senetkarla bagli kovrek xatirelerini boyuk ustaliqla qeleme almisdir 1955 ci ilde vefat eden Hemide xanim Cavansir Memmedquluzade Fexri Xiyabanda Mirze Celilin mezari yaninda defn olunmusdur Xatiresi2005 ci ilden etibaren Agcabedinin Kehrizli kendinde Hemide Memmedquluzadenin ev muzeyi fealiyyet gosterir Muzeyde 210 eksponat sergilenir KitablariHemide Memmedquluzade Mirze Celil haqqinda xatirelerim Azernesr 1967 Istinadlar Hemide xanim Cavansir Qarabagin xeyirxah Demir ledi si FOTO Milli Az az 2020 09 16 2024 01 06 tarixinde Istifade tarixi 2024 01 06 Hemide Xanim Cavansir Qarabagin xeyirxah Demir ledi si 1news az az 2024 01 06 tarixinde Istifade tarixi 2024 01 06 Arxivlenmis suret 2022 01 01 tarixinde Istifade tarixi 2022 01 01 Lider TV Iki tarixi sexsin nisanesi az Youtube com 07 12 2016 2023 07 22 tarixinde Istifade tarixi 2016 12 08 Xarici kecidler Virtual Qarabag IKT Merkezinin resmi portali az virtualkarabakh az 2013 2017 12 22 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 14 Mehriban Vezirin tercume etdiyi Hemide Xanim Cavansir Xatirelerim kitabinin teqdimati kecirildi kitabklubu org sayti