Kürəkçay müqaviləsi (rus. Кюрекчайский договор) — Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi barədə müqavilə.
Kürəkçay müqaviləsi | |
---|---|
rus. Кюрекчайский договор | |
| |
Müqavilənin tipi | Siyasi |
Hazırlanma tarixi | 14 may 1805 |
İmzalanma tarixi | 14 may 1805 |
İmzalanma yeri | Yelizavetpol dairəsi, Kürəkçay yaxınlığı |
Möhürlənməsi | Yelizavetpol dairəsi, Kürəkçay yaxınlığı |
Qüvvəyə minməsi | 14 may 1805 |
• şərtləri | Qarabağ xanlğının Rusiya İmperiyası tərkibinə qatılması |
İmzalayanlar | İbrahim xan və Sisianov |
Tərəflər | Qarabağ xanlığı və Rusiya İmperiyası |
Kürəkçay müqaviləsi Vikimənbədə |
Müqaviləyə qədər siyasi şərait
Rusiya imperiyasının XIX əsrin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxeti çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi, Car-Balakən andlı öhdəliyi, Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi. Həmin müqavilənin bağlanılması barədə məlumat verildiyi bildirilən siyahıda Qarabağ xanlığının da adı çəkilirdi. Bununla birgə Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif Tiflisdə bu münasibətlə keçirilən tədbirlərdə iştirak etmişdi. Beləliklə, Rusiya Qarabağ xanlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi əsasında traktat bağlamaqla ona ciddi önəm verirdi.
Müqavilə və onun şərtləri
Gəncənin alınması, rus qoşunlarının sonrakı müvəffəqiyyətləri Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. General Pavel Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan Rusiya təbəəliyinə keçməyi tələb etdi. O yazırdı ki, "sizə yalnız yaxşısını seçmək qalır". Onun anlayışında "yaxşı yol" Rusiya idi. İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Pavel Sisianovdan hərbi kömək xahiş edib, Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq vədi verdi. Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı İbrahimxəlil xanın oğlu Əbülfət xanı 500 nəfərlik dəstə ilə Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan onu düşməncəsinə qarşıladı və onun dəstəsini Dizax yaxınlığında əzdi. Qarabağ xanının bu qələbəsindən sonra Sisianov onun xahişinə görə Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o, Rusiya təbəəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. Sisianov Gəncənin gündoğarında, Kürəkçay üzərində düşərgə salmışdı, İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam göndərib kürəkəni Şəki hakimi Səlim xanı da əyanları ilə "böyük sərdarın" yanına çağırdı. Və tərəflər arasında "Andlı öhdəlik" imzalandı.
Kürəkçay müqaviləsi preambula və 11 maddədən ibarət idi. Müqavilənin preambulasında şuşalı və qarabağlı İbrahimxəlil xanın Rusiya İmperiyasının təbəəliyinə keçməsi təsbit olunur, maddələrdə bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu maddələrində İbrahimxəlil xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunmuşdur. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahimxəlil xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahimxəlil xanın adı keçən bütün maddələrdə şuşalı və qarabağlı İbrahimxəlil xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin 10-cu maddəsində qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. XI maddə ratifikasiya haqqında idi. Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur. Bütün bunlarla bərabər, Qarabağ xanlığının müsəlman dövləti olması və onun 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq yeni tarixi şəraitdə imzalanması 5, 8, 9, 10, 11 və b. maddələrdə irəli sürülən müddəaların burada nəzərə alınmasına imkan verməmiş, əksinə digər yeni şərtlərlə Qarabağ xanlığının təəhhüdləri ağırlaşdırılmışdır. Rus və gürcü dillərində imzalanan 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq, Kürəkçay müqaviləsi yalnız rus dilində imzalanmışdı. Bu hal da müqavilənin mətnində, xüsusilə Qarabağ xanlığına dair təəhhüdlərdə özünü büruzə verir. 1783-cü il Georgiyevsk müqaviləsi 1805-ci il 14 may Kürəkçay müqaviləsinin başlıca müddəalarının formalaşdırılması üçün əsas olduğu kimi, 1805-ci il 14 may Kürəkçay müqaviləsi Şəki xanı Səlim xanla həmin yerdə imzalanmış 1805-ci il 22 may Kürəkçay müqaviləsi və Şirvan xanı Mustafa xanla bağlanmış 1805-ci il 25 dekabr müqavilələri üçün əsas olmuşdu. Bu müqavilələrdə yalnız yerli şəraitlə bağlı olan bəzi dəyişikliklər (bacın miqdarı və s.) edilmişdi. Rusiya tərəfindən 1822-ci ildə Qarabağ xanlığının ləğv edilməsilə Kürəkçay müqaviləsinə son qoyuldu.
Müqavilənin mətni
Aşağıda adı çəkilən mən, qadir Allah, böyük peyğəmbərimiz Məhəmməd (s.v.s)... qarşısında İmperator Əlahəzrətinə; özümün həqiqi və əsl lütfkar (Hamisi böyük) Aleksandr Pavloviçə, Bütün Rusiyanın mütləq hökmdarına və bütün Rusiya taxt-tacının təyin olunacaq İmperator Əlahəzrəti vəliəhdə sədaqətlə və ürəkdən qulluq edəcəyimi və hər şeydə itaət göstərəcəyimi, öz canımı son damla qanıma qədər əsirgəməməyi istəməyim və buna borclu olduğum haqda söz verir və müqəddəs Qurana and içirəm...
Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xan və bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük İmperator Əlahəzrətləri Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük İ.Ə. Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:
Mən, Şuşalı xə Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə, həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində bütün Rusiyanın böyük İ. Ə.-nin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.
İmperator Əlahəzrətləri, zati-əliləri [xan] həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut olaraq İ. Ə. zati-alilərinin və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir.
Zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xanın bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan Baş Hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasimi Gürcüstan Baş Hakiminin və bu qətnaməni başa çatdıran inf.— gen. knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq təbəəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyimiz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş Hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı olanları Baş Hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və Gürcüstan Baş Hakimi tərəfindən mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.
İmperator əlahəzrətləri Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin adından söz verir:
- Həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır.
- İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır.
- Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır.
- Zati-alilərinin və onun sülaləsinin, eləcə də onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərərgah və baş zabitləri ilə, (habelə) toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsinin Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm:
- İstər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasını (Gürcüstan) Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür.
- Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm.
- Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm.
- Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazımi olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.
İmperator əlahəzrətlərinin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İmperator əlahəzrətlərinin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan İmperator əlahəzrətlərinin Tiflisdə yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəmə alıram, bac iki müddətə, yeni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İmperator əlahəzrətləri tərəfindən təsdiqi zamanı birinci hissəsinin, yəni 4000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda- qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məhəmmədhəsən-Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.
İmperator əlahəzrətləri özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılması olan zati-aliləri (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.
Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə uğramamalıdır.
Bu traktın İmperator əlahəzrətləri tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərmanı ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.
Yuxarıdakıların həqiqətə uyğun olduğunu (bildirmək) üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yayında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayında) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.
Kürəkçay müqaviləsinin mətni ilk dəfə general Sisianovun çar I Aleksandrın adına 22 may 1805-ci il tarixli «tam sədaqətli» raportunda olduğu kimi gətirilmişdir. Raportun mətni isə öz növbəsində «Qafqaz Arxeoqrafiya komissiyasının topladığı aktlar»ın II cildində çap edilmişdir. Həmin çap üzrə də azərbaycancaya çevrilmişdir.
İstinadlar
- Mahmudov, Yaqub. Azərbaycan — beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. Bakı. 2009.
- Azərbaycan Tarixi IV cild. Bakı: Elm nəşriyyatı. 2007.
- Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
- Aktı, sobrannıe Kavkazskoi Arxeoaqrafiçeskoi Komissiei, t. II. Pod red. A. Bsrjs. Tiflis, 1868, sənəd 1436, s. 702—705
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Kurekcay deqiqlesdirme Kurekcay muqavilesi rus Kyurekchajskij dogovor Qarabag xanliginin Rusiya imperiyasinin terkibine kecmesi barede muqavile Kurekcay muqavilesirus Kyurekchajskij dogovor1868 ci ilde nesr olunan muqavilenin metniMuqavilenin tipi SiyasiHazirlanma tarixi 14 may 1805Imzalanma tarixi 14 may 1805Imzalanma yeri Yelizavetpol dairesi Kurekcay yaxinligiMohurlenmesi Yelizavetpol dairesi Kurekcay yaxinligiQuvveye minmesi 14 may 1805 sertleri Qarabag xanlginin Rusiya Imperiyasi terkibine qatilmasiImzalayanlar Ibrahim xan ve SisianovTerefler Qarabag xanligi ve Rusiya ImperiyasiKurekcay muqavilesi VikimenbedeMuqavileye qeder siyasi seraitRusiya imperiyasinin XIX esrin baslangicindan Azerbaycan torpaqlarini yeni isgal cehdi faktik olaraq muharibeye cevrilmisdi Car hokumeti Azerbaycanin xanliqlara parcalanmasindan istifade ederek bu prosesde hem silah hem de muqavileler baglanmasindan istifade edirdi Azerbaycanin Car Balaken camaatligi 1803 ve Gence xanligi 1804 silah gucune isgal edilmisdi Qafqazdaki rus qosunlarinin bas komandani Pavel Sisianov Gencenin isgalindan sonra Qarabag xanligina herbi diplomatik tezyiq gostermeye baslamisdi Sisianovun qarabagli Ibrahimxelil xan 1763 1806 ile yazismalarindan danisiqlarda vasitecilik eden gurcu zadegani Ivan Corayev ve mayor Lisanevice gosterislerinden aydin olur ki xan muqavilenin elverisli sertlerle baglanmasina calismisdir Nehayet 1805 ci il mayin 14 de Kurekcay muqavilesi imzalanmisdir Carizmin Kurekcayadek Cenubi Qafqaz hakimleri ile bagladigi muqavilelerden bu ve ya diger dovlet qurumlarinin ilhaqina dair sertler onlarin legvi haqqinda direktiv senedler Rusiya ile Quba xanligi arasinda 1782 ci il muqavilesi Kartli Kaxeti carligi ile 1783 cu il Georgiyevsk muqavilesi I Pavelin 1801 ci il yanvar ve I Aleksandrin 12 sentyabr manifestleri Quba xanligi ve diger hakimlerle 1802 ci il Georgiyevsk muqavilesi Car Balaken andli ohdeliyi Gence ile doyus erefesinde ireli surulen sertler Qerbi Gurcustanin knyazliq ve carliqlari ile munasibetlere dair muqavileleri ve b nezerden kecirildikde aydin olur ki onun baglanilmasi zamani bezi istisnalarla mehz 1783 cu il Georgiyevsk muqavilesinin baslica muddealari esas goturulmusdur Faktlar subut edir ki Ibrahim xan onun sertleri ile yaxindan tanis idi Hemin muqavilenin baglanilmasi barede melumat verildiyi bildirilen siyahida Qarabag xanliginin da adi cekilirdi Bununla birge Qarabag xanliginin veziri Molla Penah Vaqif Tiflisde bu munasibetle kecirilen tedbirlerde istirak etmisdi Belelikle Rusiya Qarabag xanligi ile 1783 cu il Georgiyevsk muqavilesi esasinda traktat baglamaqla ona ciddi onem verirdi Muqavile ve onun sertleriGencenin alinmasi rus qosunlarinin sonraki muveffeqiyyetleri Azerbaycan xanliqlarinin istilasinin suretlenmesinde muhum rol oynadi General Pavel Sisianov hele 1804 cu ilin evvelinde mayor Lisanevici Qarabaga Ibrahimxelil xanin yanina gondererek ondan Rusiya tebeeliyine kecmeyi teleb etdi O yazirdi ki size yalniz yaxsisini secmek qalir Onun anlayisinda yaxsi yol Rusiya idi Ibrahimxelil xan Iran qosunlarinin hucumunun qarsisini almaq ucun Pavel Sisianovdan herbi komek xahis edib Rusiyaya komek gostermek ve ona sadiq qalmaq vedi verdi Qarabag xaninin Rusiya ile yaxinlasmasindan heyecana dusmus Iran sarayi Ibrahimxelil xanin oglu Ebulfet xani 500 neferlik deste ile Qarabaga gonderdi Lakin Ibrahimxelil xan onu dusmencesine qarsiladi ve onun destesini Dizax yaxinliginda ezdi Qarabag xaninin bu qelebesinden sonra Sisianov onun xahisine gore Qarabaga mayor Lisanevic basda olmaqla deste gonderdi Eyni zamanda o Rusiya tebeeliyini qebul etmek barede cavabi suretlendirmeyi teleb etdi Ibrahimxelil xan xanligini qoruyub saxlamaq meqsedile Sisianovla gorusmeye raziliq verdi Sisianov Gencenin gundogarinda Kurekcay uzerinde duserge salmisdi Ibrahim xan oglanlari Mehemmedhesen aga Mehdiqulu aga Xanlar aga ve Qarabagin basqa eyanlari ile birlikde buraya geldi Adam gonderib kurekeni Seki hakimi Selim xani da eyanlari ile boyuk serdarin yanina cagirdi Ve terefler arasinda Andli ohdelik imzalandi Kurekcay muqavilesi preambula ve 11 maddeden ibaret idi Muqavilenin preambulasinda susali ve qarabagli Ibrahimxelil xanin Rusiya Imperiyasinin tebeeliyine kecmesi tesbit olunur maddelerde bundan ireli gelen sertler mueyyenlesdirilirdi Muqavilenin 1 4 6 8 ve 9 cu maddelerinde Ibrahimxelil xanin 2 3 5 ve 7 ci maddelerinde Rusiyanin ohdelikleri eks olunmusdur Rusiya birmenali sekilde Qarabag xanligini musteqil dovlet kimi qebul edir Ibrahimxelil xani ve onun varislerini xanligin yegane sahibi kimi tesdiq edirdi En muhum meqamlardan biri Ibrahimxelil xanin adi kecen butun maddelerde susali ve qarabagli Ibrahimxelil xan kimi teqdim edilmesidir Diger vacib mesele Qarabag xanliginin butovluyunun saxlanmasina imperator terefinden zemanet verilmesi idi Muqavilenin 10 cu maddesinde qeyd edilirdi ki bu muqavile ebedi muddete baglanir ve bundan bele hec bir deyisikliye ugramamalidir XI madde ratifikasiya haqqinda idi Kurekcay muqavilesinde Qarabag meliklikleri ve ya ermenilerin xanliga her hansi iddia ve munasibetinden bir kelme bele yoxdur Butun bunlarla beraber Qarabag xanliginin muselman dovleti olmasi ve onun 1783 cu il Georgiyevsk muqavilesinden ferqli olaraq yeni tarixi seraitde imzalanmasi 5 8 9 10 11 ve b maddelerde ireli surulen muddealarin burada nezere alinmasina imkan vermemis eksine diger yeni sertlerle Qarabag xanliginin teehhudleri agirlasdirilmisdir Rus ve gurcu dillerinde imzalanan 1783 cu il Georgiyevsk muqavilesinden ferqli olaraq Kurekcay muqavilesi yalniz rus dilinde imzalanmisdi Bu hal da muqavilenin metninde xususile Qarabag xanligina dair teehhudlerde ozunu buruze verir 1783 cu il Georgiyevsk muqavilesi 1805 ci il 14 may Kurekcay muqavilesinin baslica muddealarinin formalasdirilmasi ucun esas oldugu kimi 1805 ci il 14 may Kurekcay muqavilesi Seki xani Selim xanla hemin yerde imzalanmis 1805 ci il 22 may Kurekcay muqavilesi ve Sirvan xani Mustafa xanla baglanmis 1805 ci il 25 dekabr muqavileleri ucun esas olmusdu Bu muqavilelerde yalniz yerli seraitle bagli olan bezi deyisiklikler bacin miqdari ve s edilmisdi Rusiya terefinden 1822 ci ilde Qarabag xanliginin legv edilmesile Kurekcay muqavilesine son qoyuldu Muqavilenin metniANDLI OHDELIK Asagida adi cekilen men qadir Allah boyuk peygemberimiz Mehemmed s v s qarsisinda Imperator Elahezretine ozumun heqiqi ve esl lutfkar Hamisi boyuk Aleksandr Pavlovice Butun Rusiyanin mutleq hokmdarina ve butun Rusiya taxt tacinin teyin olunacaq Imperator Elahezreti veliehde sedaqetle ve urekden qulluq edeceyimi ve her seyde itaet gostereceyimi oz canimi son damla qanima qeder esirgememeyi istemeyim ve buna borclu oldugum haqda soz verir ve muqeddes Qurana and icirem Traktatin layihesi Qadir Allah namine Biz yeni Susali ve Qarabagli Ibrahim xan ve butun Rusiya qosunlarinin infanteriya generali Qafqaz mufettisliyinin infanteriya mufettisi kn Pavel Sisianov olduqca merhemetli boyuk Imperator Elahezretleri Aleksandr Pavlovicin verdiyi tam selahiyyet ve ixtiyarla Allahin komeyi ile Susali ve Qarabagli Ibrahim xanin butun ailesi nesli ve olkesi ile butun Rusiya imperiyasinin ve indi bextiyarliqla hokmranliq eden boyuk I E Aleksandr Pavlovic ve onun yuksek varislerinin ebedi tebeeliyini qebul etmesi meselesine baslayaraq asagidaki sertleri bagladiq qerara aldiq ve imzaladiq Birinci madde Men Susali xe Qarabagli Ibrahim xan oz adimdan varislerim ve veliehdlerim adindan Iran ve ya her hansi bir dovletin her cur vassalligindan ve ya her hansi ad altinda olsa da her cur asililigindan tenteneli suretde hemiselik imtina edirem ve butun dunya qarsisinda bununla bildirirem ki men ozum ve varislerim uzerinde butun Rusiyanin boyuk I E nin ve onun yuksek varislerinin ve veliehdlerinin ali hakimiyyetinden basqa hec bir dovletin hakimiyyetini tanimiram hemin taxt taca sedaqet ved edirem cunki onun sadiq quluyam ve bu haqda adete gore muqeddes Qurana and icmeliyem Ikinci madde Imperator Elahezretleri zati elileri xan hezretlerinin bele semimi soz vermesini qebul ederek ozunun ve veliehdlerinin adindan Imperator sozu ile ved edir ve soz verir ki onlar zati alileri Susali ve Qarabagli Ibrahim xandan ve onun varislerinden oz sadiq tebeeleri kimi merhemet ve necib havadarligini hec vaxt esirgemeyecekler buna subut olaraq I E zati alilerinin ve onun varislerinin olkesinin butovluyunun saxlanilmasina oz imperator zemanetini verir Ucuncu madde Zati alileri Susali ve Qarabagli Ibrahim xanin butun Rusiya imperatorlarinin ve onlarin veliehdlerinin oz uzerinde ali ve yegane hakimiyyetini bele semimiyyetle qebul etmesi muqabilinde qerara alinir ki adi cekilen xan ondan sonra ise boyuk oglunun ve bu qayda ile neslin yasca sonraki boyuyu irsen xanliga kecerken Gurcustan Bas Hakimi terefinden xanliqda berqerar olmaq haqqinda dovlet mohuru ile tesdiq edilmis imperator fermanindan ibaret investitura aldiqdan sonra Butun Rusiya imperiyasinin tebeeliyine sadiq olmasina ozu ve varisleri uzerinde Butun Rusiya imperatorlarinin ali ve yegane hakimiyyetinin taninmasina tenteneli suretde and icmelidirler Andin formasi traktata elave olunur ki indi hakim olan Susali ve Qarabagli Ibrahim xan bu merasimi Gurcustan Bas Hakiminin ve bu qetnameni basa catdiran inf gen knyaz Sisianovun istiraki ile yerine yetirsin Dorduncu madde Men Susali ve Qarabagli Ibrahim xan menim ve varislerimin Butun Rusiya imperiyasina sadiq tebeeliyimiz ve hemin imperiyanin isiqli ali ve yegane hakimiyyetini qebul etmeyimiz haqda menim movqeyimin temizliyini gostermek ucun Gurcustan Bas Hakimi ile qabaqcadan qarsiliqli raziliq olmadan qonsu hakimlerle elaqe saxlamamaga onlardan elciler gelerse ve ya mektub gonderilerse onlardan mezmunca tutarli olanlari Bas Hakime gondermeye ve ondan icaze istemeye deyeri az olanlar haqda ise melumat vermeye ve Gurcustan Bas Hakimi terefinden menim yanima teyin edilmis sexse melumat vermeye ve onunla meslehetlesmeye soz verirem Besinci madde Imperator elahezretleri Susali ve Qarabagli Ibrahim xanin olkesi uzerinde ozunun ali ve yegane hakimiyyetinin taninmasini raziliqla qebul ederek ozunun ve varislerinin adindan soz verir Hemin olkenin xalqlarini boyuk Rusiya imperiyasinin sakinlerinden az da olsa ayirmayaraq oz tebeeleri sayacaqdir Ibrahim xan zati alilerinin ve onun ocagindan olan varislerin ve arxasinin Qarabag xanligi uzerinde hakimiyyeti deyisilmez saxlanilacaqdir Daxili idareetme ile bagli hakimiyyet isleri mehkeme ve divanxana isleri bununla yanasi olkeden yigilan gelir zati alilerin xanin selahiyyetinde qalacaqdir Zati alilerinin ve onun sulalesinin elece de onun olkesinin qorunmasi ucun Susa qalasina 500 neferlik Rusiya qosunu qerergah ve bas zabitleri ile habele toplarla birlikde yeridilecek ciddi mudafie ucun ise Gurcustan Bas hakimi serait ve ehtiyaca gore bu desteni guclendirecek ve zati alilerinin olkesinin Butun Rusiya imperiyasina mexsus olan bir olke kimi herbi quvve ile mudafie edecekdir Altinci madde Men Susali ve Qarabagli Ibrahim xan menim sadiq tebeelik isteyimin elameti olaraq soz verirem Ister indi isterse de sonralar yuxarida adi cekilen qosuna lazim olan bugda ve dari yarmasini Gurcustan Bas hakiminin mueyyen etdiyi qiymetle tedaruk edeceyem cunki onlarin Yelizavetpoldan getirilmesi ya cox cetindir ya da tamamile qeyri mumkundur Qosunlarin Susa qalasinda yerlesmesi ucun qosun reisinin beyendiyi evleri ayiracaq ve lazimi qeder odunla temin edeceyem Susa qalasina Yelizavetpol terefden yoxusu sahmana salacaq ve yolu arabalarin gedisi ucun yararli edeceyem Hokumet Susa qalasindan Cavada geden yolu qaydaya salmaq istese onda bu is ucun lazimi olan isciler hokumetin mueyyen etdiyi mezenne ile mene verilmelidir Yeddinci madde Imperator elahezretlerinin zati alileri Susali ve Qarabagli Ibrahim xana ve onun varislerine boyuk ehtiram ve merhemet elameti olaraq onu ve varislerini uzerinde Butun Rusiya imperiyasinin gerbi olan bayraqla teltif edir onun yaninda saxlanmali ve bu olke uzerinde elahezret terefinden bexs edilmis xanliq ve hakimiyyet remzi kimi muharibeye gedende ozu ile aparilmalidir Sekkinci madde Men Susali ve Qarabagli Ibrahim xan Imperator elahezretlerinin yuksek raziligi ile ozumun gelirimden hemiseki kimi istifade etmeye icazem oldugundan Imperator elahezretlerinin Tiflisde yerlesen xezinesine ilde 8000 cervon bac vermeyi ohdeme aliram bac iki muddete yeni bir hissesi fevralin 1 de o biri hissesi ise sentyabrin 1 de ozu de bu traktatin Imperator elahezretleri terefinden tesdiqi zamani birinci hissesinin yeni 4000 cervonun odenisi ile baslanir Bundan basqa Asiya qayda qanunu ile and icmekle yanasi men boyuk oglum Mehemmedhesen Aganin ikinci oglu Sukurallahi hemiselik Tiflisde yasamaq ucun girov vermeliyem Doqquzuncu madde Imperator elahezretleri ozunun xususi merhemeti ile Tiflisde sedaqet bildirmek ucun saxlanilmasi olan zati alileri xanin nevesinin dolanisigi ucun Rusiya pul vahidi ile gunde 10 gumus manat iltifatla bexs edir Onuncu madde Bu muqavile ebedi muddete baglanir ve bundan bele hemiselik hec bir deyisikliye ugramamalidir On birinci madde Bu traktin Imperator elahezretleri terefinden onun dovlet mohuru vurulmus Ali Fermani ile tesdiqi bu senedin imzalanmasindan 6 ay kecenedek ve ya mumkun olsa daha tez olmalidir Yuxaridakilarin heqiqete uygun oldugunu bildirmek ucun asagida imza edenler Yelizavetpol dairesinin dusergesinde Kurek cayi yaxinliginda miladin 1805 ci ilinin yayinda mayin 14 de muselman teqvimi ile 1220 ci il sefer ayinda bu maddelere qol cekerek oz mohurlerini vurdular Kurekcay muqavilesinin metni ilk defe general Sisianovun car I Aleksandrin adina 22 may 1805 ci il tarixli tam sedaqetli raportunda oldugu kimi getirilmisdir Raportun metni ise oz novbesinde Qafqaz Arxeoqrafiya komissiyasinin topladigi aktlar in II cildinde cap edilmisdir Hemin cap uzre de azerbaycancaya cevrilmisdir IstinadlarMahmudov Yaqub Azerbaycan beynelxalq munasibetler ve diplomatiya tarixi Dovletlerarasi muqavileler ve diger xarici siyaset aktlari Baki 2009 Azerbaycan Tarixi IV cild Baki Elm nesriyyati 2007 Eliyarli Suleyman Azerbaycan tarixi Uzaq kecmisden 1870 ci illere qeder Baki Azerbaycan nesriyyati 1996 Akti sobrannie Kavkazskoi Arxeoaqraficeskoi Komissiei t II Pod red A Bsrjs Tiflis 1868 sened 1436 s 702 705Xarici kecidlerVikimenbede Kurekcay muqavilesi ile elaqeli melumatlar var