Georgiyevsk müqaviləsi — 1802-ci il 26 dekabrda Rusiya ilə Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları arasında imzalanmış müqavilə.
Haqqında
Rusiya hökmdarı I Aleksandr (1801-1825) atası I Pavel kimi, ilk illər Rusiyanın himayəsi altında Şimali Qafqaz birliyi yaratmağa çalışırdı. Onun tapşırığı ilə Sisianov xanlarla danışıqlar aparmağa başladı. Görüş yeri üçün Georgiyevsk şəhəri seçildi. Burada Quba, Bakı, Lənkəran xanları, Dağıstan hakimlərindən Tarku şamxalı, Qaraqaytaq usmisi, Tabasaran və b. yerlərin başçıları toplanmalı idi. 1802-ci il 2 sentyabra təyin edilmiş görüş baş tutmadı. Bu görüşü yalnız 1802-ci ilin dekabr ayında keçirmək mümkün oldu. Görüşdə Quba, Dərbənd və Lənkəran xanları, həmçinin Tarku şamxalı, Qaraqaytaq usmisi və başqa dağlı hakimləri iştirak edirdilər. Bakı xanı görüşə gəlmədi. 26 dekabrda hakimlər arasında müqavilə imzalandı.
Giriş və 12 maddədən ibarət olan bu sənəd üzrə onu imzalayan xanlar və hakimlər söz verirdilər ki, onların arasında olan düşmənçilik, narazılıq və çəkişmələri bir tərəfə qoyacaq, bir-birilə savaş aparmayacaq (maddə 1), mübahisələri dinc yolla həll edəcəklər (maddə 2). İranın hücum edəcəyi halda ona qarşı birgə çıxış etmək (maddə 3), ticarəti, işini yoluna qoymaq da (maddə 5-10) nəzərdə tutulurdu.
Çar hökuməti Bakı xanlığının bu birliyə qoşulmaması ilə razılaşa bilmirdi. Gürcüstanın Rusiyaya qatılması ilə bu xanlığa çox böyük diqqət verilməkdə idi. Çünki Dəryal dərəsindən keçən hərbi Gürcüstan yolu təlabatı ödəyə bilmirdi. I Aleksandrın 12 sentyabr 1801-ci il tarixli, baş komandan Knorrinqin adına göndərilən buyruğunda bu barədə yazılmışdı: "Ətraf hakimlər və xalqlarla əlaqə yaratmaqla Rusiyaya meyl edənlərin sayını çoxaltmaq gərəkdir... (Kür çayının) töküldüyü yerə və özəlliklə Xəzər dənizində ən yaxşı limana sahib olan Bakı xanı vasitəsilə çalışmalı ki, Gürcüstandakı qoşunlarımız üçün Qafqazın çətin dağ yolu ilə deyil, Həştərxandan su yolu ilə yüklərin çatdırılması imkanı əldə edilsin". Buna görə 1803-cü ildə Bakı xanlığı ilə də ayrıca müqavilə bağlandı.
Georgiyevsk bağlaşması ilk günlərdən dəyərsiz bir kağıza çevrildi. "Birliyə" qoşulan tərəflər tezliklə İranın deyil, məhz Rusiyanın təcavüzünə məruz qaldılar. Çünki 1803-cü ildən yerli xanların nazı ilə oynayan "Pavel siyasəti"nin kortəbii davamına son qoyuldu. Onun yerini I Aleksandrın "öz" siyasəti, açıq təcavüzkar bir siyasət tutdu.
Mənbə
- Azərbaycan tarixi. XIX – XXI əsrin əvvəli. Bakı,2010.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Georgiyevsk muqavilesi 1802 ci il 26 dekabrda Rusiya ile Simali Qafqaz hakimleri ve bezi Azerbaycan xanlari arasinda imzalanmis muqavile HaqqindaRusiya hokmdari I Aleksandr 1801 1825 atasi I Pavel kimi ilk iller Rusiyanin himayesi altinda Simali Qafqaz birliyi yaratmaga calisirdi Onun tapsirigi ile Sisianov xanlarla danisiqlar aparmaga basladi Gorus yeri ucun Georgiyevsk seheri secildi Burada Quba Baki Lenkeran xanlari Dagistan hakimlerinden Tarku samxali Qaraqaytaq usmisi Tabasaran ve b yerlerin bascilari toplanmali idi 1802 ci il 2 sentyabra teyin edilmis gorus bas tutmadi Bu gorusu yalniz 1802 ci ilin dekabr ayinda kecirmek mumkun oldu Gorusde Quba Derbend ve Lenkeran xanlari hemcinin Tarku samxali Qaraqaytaq usmisi ve basqa dagli hakimleri istirak edirdiler Baki xani goruse gelmedi 26 dekabrda hakimler arasinda muqavile imzalandi Giris ve 12 maddeden ibaret olan bu sened uzre onu imzalayan xanlar ve hakimler soz verirdiler ki onlarin arasinda olan dusmencilik naraziliq ve cekismeleri bir terefe qoyacaq bir birile savas aparmayacaq madde 1 mubahiseleri dinc yolla hell edecekler madde 2 Iranin hucum edeceyi halda ona qarsi birge cixis etmek madde 3 ticareti isini yoluna qoymaq da madde 5 10 nezerde tutulurdu Car hokumeti Baki xanliginin bu birliye qosulmamasi ile razilasa bilmirdi Gurcustanin Rusiyaya qatilmasi ile bu xanliga cox boyuk diqqet verilmekde idi Cunki Deryal deresinden kecen herbi Gurcustan yolu telabati odeye bilmirdi I Aleksandrin 12 sentyabr 1801 ci il tarixli bas komandan Knorrinqin adina gonderilen buyrugunda bu barede yazilmisdi Etraf hakimler ve xalqlarla elaqe yaratmaqla Rusiyaya meyl edenlerin sayini coxaltmaq gerekdir Kur cayinin tokulduyu yere ve ozellikle Xezer denizinde en yaxsi limana sahib olan Baki xani vasitesile calismali ki Gurcustandaki qosunlarimiz ucun Qafqazin cetin dag yolu ile deyil Hesterxandan su yolu ile yuklerin catdirilmasi imkani elde edilsin Buna gore 1803 cu ilde Baki xanligi ile de ayrica muqavile baglandi Georgiyevsk baglasmasi ilk gunlerden deyersiz bir kagiza cevrildi Birliye qosulan terefler tezlikle Iranin deyil mehz Rusiyanin tecavuzune meruz qaldilar Cunki 1803 cu ilden yerli xanlarin nazi ile oynayan Pavel siyaseti nin kortebii davamina son qoyuldu Onun yerini I Aleksandrin oz siyaseti aciq tecavuzkar bir siyaset tutdu MenbeAzerbaycan tarixi XIX XXI esrin evveli Baki 2010