Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
ABŞ prezidenti — ABŞ dövlətinin və icraedici hakimiyyətin rəhbəri, ordunun və donanmanın ali baş komandanı. ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun layihələrinə veto qoymaq hüququna malikdir.
ABŞ Prezidenti | |
---|---|
President of the United States | |
| |
Vəzifədədir Co Bayden 20 yanvar 2021-ci ildən | |
Başçılıq edir | Amerika Birləşmiş Ştatları |
Müraciət forması | Cənab prezident Zati-aliləri |
Rəsmi iqamətgahı | Ağ Ev, Vaşinqton |
Namizədlik yaşı | 35 yaş |
Səlahiyyət müddəti | 4 il[…] |
Vəzifənin təsis tarixi | 17 sentyabr 1787 |
Vəzifədə birinci | Corc Vaşinqton |
Rəsmi saytı | whitehouse.gov/administr… whitehouse.gov/es/admini… |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ prezidenti vəzifəsi 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına uyğun olaraq yaradılmışdır. Ard-arda seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur. İlk prezident 1789-cu ildə bu vəzifəyə seçilən Corc Vaşinqtondur.
Prezidentlik
Amerika Birləşmiş Ştatlarında prezident dövlətin və hökumətin başçısıdır. O, Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanı olub federal hökümətin icraedici orqanına rəhbərlik edir. Bu vəzifəni tutan şəxs ən böyük aktiv nüvə arsenalı üzərində əmr səlahiyyətinə malik olmaqla birlikdə, böyük iqtisadi gücə və hərbi qüvvəyə sahib ölkənin də lideri olur. ABŞ prezidenti adətən dünyada ən nüfuzlu şəxs hesab olunur.
ABŞ Konstitusiyasının II maddəsi prezidentə Birləşmiş Ştatların İcra aparatına rəhbərlik etmə və federal qanunun həyata keçirilməsi məsuliyyətləri ilə yanaşı, federal icra, diplomatiya, nazirlik, məhkəmə işçilərini vəzifəyə təyin etmə və Senatın razılıq və məsləhəti ilə sülh müqavilələri bağlama səlahiyyətlərini də verir. Prezident həmçinin əfv sərəncamı və azadlıqdan məhrum olunmuş şəxslərin cəzalarının qalan hissəsindən azad edilməsi barədə sərəncamlar da imzalaya bilər. ABŞ meydana gəldiyi vaxtdan etibarən prezidentin və federal hökümətin nüfuzu əhəmiyyətli dərəcədə artmışdır və hər bir müasir prezident öz partiyasının qanuni proqramı ilə bağlı əmrlər verməyə və ABŞ-nin daxili və xarici siyasətinə görə məsuliyyət daşıyır.
Prezident dörd il müddətinə Seçki komitəsi nəzdində bilavasitə xalq tərəfindən seçilir və ölkə miqyasında seçilmiş iki federal zabitdən yalnız biri prezident olur, digəri isə Birləşmiş Ştatların vitse-prezidenti vəzifəsinə təyin olunur. 1951-ci ildə qəbul olunmuş 22-ci düzəlişlə bir şəxsin üç dəfədən artıq prezident seçilməsi qadağan edilmişdir. Bu düzəlişə görə həmçinin əvvəlcədən hər hansı bir prezidentin hakimiyyəti dövründə iki ildən artıq bir müddətdə prezident kimi xidmət göstərmiş və ya prezidenti əvəz etmiş bir şəxs bir dəfədən çox prezident seçilə bilməz. 2009-cu il yanvarın 20-də seçilən Barak Obama dövlətin 44-cü prezidentidir. O, 2012-ci il 6 noyabrda yenidən prezident seçilmişdir və hakimiyyət müddəti 2017-ci il 20 yanvar tarixində sona çatır. Dövlətin hazırki və 46-ci prezidenti Co Baydendir.
Əmək haqqı: 200.000 dollar plyus xərclənmək üçün icazə verilmiş 50.000 dollar və 100.000 dollara qədər səfər və qonaq qəbulu üçün vergi qoyulmayan məbləğ.
Andiçmə mərasimi: Noyabr ümumi seçkilərindən sonra gələn 20 yanvarda.
Əsas vəzifəsi: Konstitusiyanı müdafiə etmək və Konqresin qəbul etdiyi qanunları həyata keçirmək.
Tarixi
1776-cı il Amerika inqilabı dövründə İkinci Kontinental Konqresdə iştirak etmək üçün hərəkət edən 13 koloniya özlərinin Böyük Britaniyadan ayrıldıqlarını elan etdilər. Daha çox ayrı-ayrı millətlər tərəfindən müstəqil idarə olunan yeni dövlətlər Britaniya ilə mübarizədə həmrəy olmağın zəruri olduğunu anladılar. Monarxiya tipli bir quruluş yaratmaq istəməyən Konqres bu dövlətlər arasında zəif də olsa bir ittifaq yaratmaq üçün "İstiqlaliyyət Bəyannaməsi"-ni qəbul etdi. Mərkəzi hökümət funksiyasını yerinə yetirən və "Bəyannamə"-nin şərtlərinə tabe olan Konqresin heç bir qanunverici səlahiyyəti yox idi; O, öz qətnamə, qərar və nizamnamələrini qəbul edə bilərdi, lakin hər hansı bir qanun, vergi və yerli ticarətlə bağlı qaydaları vətəndaşlara təkid edə bilməzdi. Bu cür idarə forması Amerikalıların devrilmiş Britaniya Krallığı və Parlamentinin öz dominionu ilə hörmətlə rəftar etməli olduğuna bəslədikləri inamı əks etdirirdi.
1783-cü ildə Paris sazişi keçmiş koloniyaların müstəqilliklərini daha da möhkəmləndirdi. Sülh şəraitini təmin etdikdən sonra hər bir ştat diqqətini öz daxili məsələlərinə yönəltdi. 1786-cı ilədək Amerikalılar sərhədlərin zəif olduğu qənaətində idilər, belə ki, qonşu ştatların hər birinin iqtisadiyyatı böhran şəraitində birbirilə rəqabət aparan rəqiblərə çevrilmiş, idxal mallarının dəyərinin qarşılanması üçün xarici bazarlara güclü kapital axını baş vermiş, bundan əlavə Aralıq dənizindəki ticarət məntəqələri də Şimali Afrikanın dəniz quldurları tərəfindən yağmalanmış və Amerikada mütəqillik uğrunda aparılan müharibə zamanı verilən borclar hələ ödənilməmiş qalmışdı və buna görə də faizlər artmaqda idi. Vətəndaş müharibəsi və siyasi iğtişaşlar da hələ ki həlli yolunu tapmamışdı.
Daha sonra 1785-ci ildə Virciniya və Merilend arasında ticarət və balıqçılıqla bağlı mübahisələri həll etmək üçün keçirilən Mount Vernon konfransında Virciniya ştatlararası genişmiqyaslı ticarət əlaqələrində düşmənçilik münasibətlərini aradan qaldırmaq məqsədilə 1786-cı il, sentyabr ayında Merilend, Annapolisdə bütün ştatların iştirak etdiyi bir ticarət konfransı keçirməyi tələb etdi. Şübhəli yanaşmalara görə əksər ştatlar iştirak etmədiyindən iclas uğurlu nəticə əldə edə bilmədi və buna görə də Annapolis konfransının nümayəndə heyəti növbəti yaz Filadelfiyada "Bəyannamə"yə düzəlişlər edilməsi üçün iclas keçirilməsini tələb etdi. Ceyms Madison və Edmund Randolf Corc Vaşinqtonun Virciniya təmsilçisi kimi iştirakını təmin etməyə müvəffəq oluncayadək növbəti konvensiyaya dair planlar elə də ürəkaçan deyildi.
1787-ci ilin may ayında Konstitusiyanın hazırlanması ilə bağlı keçirilən iclasda iştirak edən 12 ştatın nümayəndələri özləri ilə birlikdə (Rod-Aylend öz nümayəndəsini göndərməmişdi) hökumətlərində tətbiq etdikləri qanunverici və icraedici hakimiyyət orqanlarının idarədəki rolu ilə bağlı müxtəlif sənədlər də gətirmişdilər. Əksər ştatlar güclü qanunverici orqan tərəfindən nəzarət edilən, icraedici şura ilə səlahiyyətləri bölüşən, qanunverici hakimiyyət tərəfindən illik seçkilərdə orta hesabla yalnız bir dəfəliyinə seçilə bilən, veto və vəzifəyə təyin etmə kimi səlahiyyətləri olmayan zəif icraedici hakimiyyəti, yəni, prezident quruluşunu dəstəklədilər. Nyu York isə istisna təşkil edərək, veto və təyinat səlahiyyətləri olan, prezidentlik dövrünün 3 il olduğu və hər bir fərdin ömürlük prezident seçilə bilməsi şərtlərini özündə birləşdirən güclü, unitar bir dövlət quruluşu formasını təklif etdi. Beləliklə, Filadelfiyada bağlı qapılar arxasında keçirilən danışıqlar zamanı ABŞ Konstitusiyasının şərtləri çərçivəsində prezident vəzifəsi formalaşdı.
Prezidentin mərasimlərdəki vəzifəsi
Bir dövlət başçısı kimi prezident özündən əvvəlki prezidentlərin yaratdıqları ənənələrə əməl etməlidir. Uilyam Hovard Taft 1910-cu ildə paytaxt Vaşinqtonda, Qrifit stadionunda Vaşinqton senatorlarının açılış mərasimində təntənəli bir şəkildə beyzbol topunu atmaqla elə bu ənənənin də əsasını qoydu. Taftdan sonra bircə Cim Karter istisna olmaqla bütün prezidentlər açılış mərasimində, ulduzların oyunu və çempionluq qarşılaşmalarında təntənəli bir mərasimlə azı bir beyzbol topunu meydançaya ataraq ənənəni davam etdirmişlər.
Digər prezidentlərin gətirdiyi ənənələr isə daha çox Amerika bayramları ilə əlaqədardır. Ruzerford B. Heyz 1878-ci ildə buranın yerli sakinləri olan uşaqlar üçün Ağ Ev yumurta diyirlətmə yarışının əsasını qoydu. 1947-ci ildə Harri Trumenın hakimiyyəti dövründən başlayaraq isə hər Şükran günü Ağ Evdə hər il keçirilən milli Şükran bayramı mərasimi ərzində prezidentə canlı hind toyuğu hədiyyə edilir.
Prezident ənənələri də dövlət başçısı kimi prezidentin rolunu əks etdirir. Ceyms Bunçanandan etibarən əksər istefaya gedən prezidentlər ənənəvi olaraq prezident dəyişikliyi dövründə xələflərinə məsləhətlər verirlər. Ronald Reyqan və onun davamçıları da özlərindən sonra gələn prezidentə Andiçmə öömərasimğği günü Oval ofisdəki yazı masasının üzərinə xüsusi bir ismarıc qoymuşdular.
Hər hansı bir xarici dövlət başçısı tərəfindən ABŞ-a edilən səfər zamanı prezident, Con F. Kennedi tərəfindən əsası qoyulmuş ənənəyə uyğun olaraq Cənub Lounda keçirilən qarşılama mərasiminə ev sahibliyi edir. Bu daha sonra dövlət başçıları üçün nəzərdə tutulmuş yemək otağında prezidentin təşkil etdiyi nahar mərasimi ilə müşayiət olunur.
Müasir prezident vəzifəsi prezidenti xalqın bir nömrəli məşhuruna çevirmişdir. Prezident aparatının bəzi şəkilləri barədə olan mübahisələrdə beynəlxalq münasibətlər rəsmiləri adminisitrasiyası və elə prezidentin özü tərəfindən bunların sui-istifadə olunması barədə tendensiya irəli sürülür. Məsələn, kritiklərdən biri Con Kennedinin bir rəsminin PT109 hadisəsi haqqında mistik bir güc olduğuna inandıracaq dərəcədə incə detallarla ehtiyatla düzəldilmiş bir şəkildə təsvir edildiyini və Kennedinin rəsmlərdən prezident ambisiyalarına uyğun olaraq necə istifadə edəcəyini yaxşı başa düşdüyünü yazmışdır. Nəticədə bir sıra siyasi şərhçilər amerikalı seçicilərin prezidentdən reallığa uyğun olmayan gözləntilərinin olduğu fikrini irəli sürmüşlər: seçicilər prezidentdən iqtisadiyyatı idarə etməsini, düşmənlərə qalib gəlməsini, azad bir dünya yaratmasını, qasırğa qurbanlarına yardım, milli ruhu yüksəltmək və razılaşmada açıq aşkar yazılmayan kredit kartı ödəmələrindən bu məsələnin qurbanlarını qorumasını istəyirlər.
Səlahiyyətləri
Birləşmiş Ştatlar Prezidenti idarəsi dünyada ən güclü idarələrdən biridir. Konstitusiyada deyilir ki, prezident "qanunların vicdanla icra olunması qayğısına" qalmalıdır. Bu məsuliyyəti həyata keçirmək üçün o, bir necə milyon adamdan ibarət geniş bir qurum olan federal hökumətin icra şaxəsinə başçılıq edir. Bundan başqa prezidentin vacib qanunvericilik və məhkəmə səlahiyyətləri də var.
Başqa səlahiyyətləri
Konqresə qanunvericilik təklif etmək, Konqresin xüsusi sessiyasını çağırmaq, Konqresə müraciət etmək, qanunları qadağan etmək, federal məhkəmələr təyin etmək, federal departamentlərin, agentliklərin və başqa əsas vəzifəli şəxslərin başçılarını təyin etmək, xarici ölkələrlə nümayəndələr təyin etmək, xarici ölkələrlə rəsmi işlər aparmaq, silahlı qüvvələrin baş komandanı vəzifəsini icra etmək, Birləşmiş Ştatlara qarşı kobud hərəkətlərə görə üzrləri qəbul etmək.
Qanunvericilik səlahiyyətləri
Konstitusiyanın "bütün qanunvericilik səlahiyyətləri" Konqresə həvalə olunur haqqındakı şərtə baxmayaraq, xalq siyasətinin əsas ifadəçisi kimi, prezidentin böyük qanunvericilik rolu da var. Konqresdə bəyənilmiş hər bir qanuna prezidentin veto qoymaq hüququ var və hər iki palatada üzvlərin üçdə ikisi veto hüququnun qəbul olunmaması üçün səs vermədikcə, qanun qəbul olunmur. Konqresin müzakirə etdiyi qanunvericilik aktlarının bir çoxu icra şaxəsinin təşəbbüsü əsasında hazırlanır. Konqresə etdiyi illik və xüsusi müraciətlərində prezident gərəkli olduğuna inandığı qanunların verilməsini də təklif edə bilər. Əgər Konqres Prezidentin təklifləri ilə bağlı heç bir fəaliyyət göstərmədən, bu təkliflərin müzakirə və təsdiqini təxirə salarsa, Prezidentin səlahiyyəti çatır ki, Konqresin fövqəladə sessiyasını çağırsın. Lakin bütün bunlardan əlavə, Prezident siyasi bir partiyanın başçısı və Birləşmiş Ştatlar hökumətinin icra hakimiyyətində əsas vəzifəli şəxs olaraq tutduğu mövqeyinə görə, xalqın rəyinə təsir edə biləcəyi üçün Konqresdə qanunvericilik prosesinin gedişinə də təsir edə bilər. Öz fəaliyyətlərinin Konqreslə bağlı olduğunu sübut etmək üçün prezidentlər ötən illərdə Ağ Evdə Konqreslə Əlaqə İdarəsi təsis etmişlər. Prezident köməkçiləri, bütün gərəkli qanunvericilik fəaliyyətləri ilə uyğun hərəkət edərək, hər iki partiyanın senatorlarını və nümayəndələrini inandırmağa çalışırlar ki, onlar prezident kabinəsinin siyasətini müdafiə etsinlər.
Məhkəmə səlahiyyətləri
Prezidentin konstitusion səlahiyyətləri arasında hökumətə yüksək vəzifəli işçiləri təyin etmək səlahiyyəti də var. Ali Məhkəmənin üzvləri də daxil olmaqla Prezidentin adlarını verdiyi federal məhkəmələri müzakirədən sonra Senat təsdiq edir. Başqa vacib bir səlahiyyət impiçment halları müstəsna olmaqla, federal qanunu pozduğuna görə ittiham olunmuş hər bir nəfəri ya tam, ya da şərti olaraq əfvetmə səlahiyyətidir. Əfvetmə səlahiyyəti həbs müddətini qısaltmağa və pul cərimələrini azaltmağa da şamil edilir.
İcra səlahiyyətləri
İcra şaxəsinin öz daxilində prezidentin milli işləri və federal hökumətin fəaliyyətini idarə etmək sahəsində çox geniş səlahiyyətləri var. Prezident qaydalar, qanunlar, göstərişlər verə bilər ki, bunlar da icra əmrləri adlanır. Bu əmrlərin federal agentliklər üzərində qanun gücü olur, Birləşmiş Ştatlar silahlı qüvvələrinin baş komandanı kimi, Prezident Milli Qvardiyanın ştat birliklərini federal xidmətə də çağıra bilər. Müharibə və milli təhlükə zamanı iqtisadiyyatı idarə etmək və Birləşmiş Ştatların təhlükəsizliyini qorumaqla bağlı Konqres prezidentə daha geniş səlahiyyətlər verə bilər. Bütün icra departamentləri və agentliklərin başçılarını, eyni zamanda yüzlərlə başqa yüksək dərəcəli federal vəzifə başçılarını prezident təyin edir. Buna baxmayaraq, federal işçilərin böyük əksəriyyətini Mülki Xidmətlər sistemi seçir ki, bu sistemdə vəzifəyə təyinolunma və vəzifənin artırılması bacarığa və təcrübəyə əsaslanır.
Xarici işlər sahəsində səlahiyyətlər
Konstitusiyaya əsasən, prezident xarici ölkələrlə Birləşmiş Ştatlar arasında əlaqələrin tənzimlənməsi sahəsində birinci dərəcəli məsuliyyət daşıyan federal vəzifəli şəxsdir. Prezident sonralar Senatın təsdiq etməli olduğu səfirləri, diplomatik nümayəndələri və konsulları təyin edir, xarici səfirləri və başqa dövlət vəzifəli şəxsləri qəbul edir. Prezident dövlət katibi ilə birgə xarici ölkələrlə bütün rəsmi əlaqələrə rəhbərlik edir. Bəzi hallarda ehtiyac olduqda, dövlət başçılarının bilavasitə [[müşavirə]lərində fikir mübadiləsi aparmaq üçün prezident özü şəxsən iştirak edə bilər. Nümunə üçün demək olar ki, I Dünya Müharibəsinin sonunda Parisdə keçirilən konfransda Amerika nümayəndələrinə Prezident Vudro Vilson özü başçılıq etmişdir. Prezident Franklin D. Ruzvelt müttəfiq dövlətlərin başçıları ilə dənizdə, Afrikada və Asiyada müzakirələr aparmışdır. Ruzveltdən sonra gələn prezidentlərin hər biri iqtisadi və siyasi məsələləri müzakirə və ikitərəfli və çoxtərəfli razılığa gəlmək üçün dünya dövlətləri başçıları ilə görüşmüşlər. Dövlət Departamenti vasitəsilə prezident xaricdəki amerikalıları və Birləşmiş Ştatlardakı xarici ölkələr vətəndaşlarını qorumaqda məsuliyyət daşıyır. Yeni xalqların və yeni yaradılmış dövlətlərin tanınıb-tanınmayacağı haqqında prezident qərar verir, Senatın üçdə iki səs çoxluğu ilə bəyənildikdən sonra Birləşmiş Ştatların başqa ölkələrlə bağlayacağı sazişlər haqqında danışıqlar aparır. Xarici hakimiyyət orqanları ilə "icra sazişləri" haqqında danışıqlar da apara bilər ki, bu, Senatın təsdiqinə verilmir.
Prezident səlahiyyətlətinə məhdudiyyətlər
Prezidentin rolu və səlahiyyətləri milli və beynəlxalq səhnədə gözə çarpacaq dərəcədə çox geniş bir sahəni əhatə etdiyi üçün, siyasi icmalçılar təklif etmişlər ki, prezident səlahiyyətlərinə xüsusi əhəmiyyət verilməlidir. Franklin D. Ruzvelt öz prezidentliyi dövründə öz vəzifə səlahiyyəti rolunu genişləndirmək üçün çalışdığına işarə edərək hətta "imperiya prezidentliyi" haqqında söhbət açmışdır. İlk ağlabatan həqiqətlərdən biri budur ki, yeni seçilmiş prezident aşkar edir ki, ona miras qalan bürokratik qurumu idarə etmək və onun istiqamətini dəyişmək çətindir və vaxt tələb edir. Prezidentin vəzifəyə təyin etmək səlahiyyəti mülki hökumətin vəzifəli işçi qüvvələrinin üç milyondan çox olanlarının ancaq 3.000-ə yaxın nəfərinə şamil edilir ki, onlardan da çoxunu öz işlərində Mülki Xidmət tənzimləmələri müdafiə edir. Prezident aşkar edir ki, dövlət maşını işlərin çoxunu prezidentin dəxaləti olmadan müstəqil şəkildə icra edir və sabiq hakimiyyət zamanı da belə etmişdir və gələcəkdə də belə etməkdə davam edəcəkdir. Yeni prezidentlər fəaliyyətə başlar-başlamaz həlli sabiq administrasiya zamanından yarımçıq qalmış elə məsələlərlə üz-üzə gəlirlər ki, bunlar bir çox hallarda mürəkkəb və qeyri-adi olur. Onlara elə bir büdcə miras qalır ki, bu büdcə onlar vəzifə borclarını icraya başlamazdan çox-çox əvvəl formalaşdırılmış və o dövrdə olan mövcud qanuna və əsas maliyyə xərclərinə uyğunlaşdırılmışdır (veteranların təqaüdləri, sosial təminat ödəncləri və yaşlılara tibbi yardım kimi). Bunlar qanunla qəbul edilmişdir və heç bir təsirə məruz qala bilməz. Xarici işlər məsələlərində prezidentlər özlərinin səfirləri tərəfindən aparılmış və bağlanmış sazişlərə və qeyri-formal razılıqlara uyğun hərəkət etməlidirlər.
Seçkidən sonrakı "bal ayı" ruh yüksəkliyi sevinci çox tez keçir və prezident xəbər tutur ki, Konqres daha az işgüzar olmuş və həyat şəraiti daha kritik vəziyyət almışdır. Prezident məcbur olur ki, bir-birindən fərqlənən, bir çox hallarda hətta daban-dabana zidd mənafeləri təmsil edən iqtisadi, coğrafi, etnik və ideoloji qüvvələr arasında, heç olmasa, müvəqqəti birlik yaratsın. Əgər hər hansı bir qanun qəbul edilməlidirsə, Konqreslə barışdırıcılıq siyasəti aparmaq lazımdır. Prezident Con F. Kennedi şikayətlənirdi: "Konqresdə hər hansı bir qanunu ləğv etmək asandır, onu qəbul etdirmək isə daha çətindir."
Bu ağır məhdudiyyətlərə baxmayaraq, çox nadir hallarda prezidentlər vəzifələrinə ikinci dəfə seçilmək imkanından imtina edib. Hər bir prezident nəhayət özünün bəzi qanunvericilik məqsədlərinə nail olur və əmin olduqda ki, başqa qanunlar xalqın ən ali mənafelərinə xidmət etmir, onların həyata keçirilməsini veto ilə qadağan edir. Müharibə aparılması və saziş bağlanması da daxil olmaqla, sülhə nail olmaq sahəsində prezidentin nüfuzu əsasdır. Bundan əlavə, ancaq onun özünə aid olan yeganə mövqedən çıxış edərək, fikirləri elə birləşdirə və siyasəti elə müdafiə edə bilər ki, prezidentin bu fəaliyyəti siyasi rəqiblərinin apardıqları əks-təbliğatdan xalqın şüuruna daha tez və daha yaxşı yol tapa bilsin. Prezident hər hansı bir məsələ qaldırdıqda, bu, mütləq xalq müzakirəsinin obyektinə çevrilir. Prezident səlahiyyəti və nüfuzu məhdudlaşdırıla bilər, buna baxmayaraq bu səlahiyyət və nüfuz Amerikada vəzifə başında olan və ya olmayan hər bir başqasının səlahiyyət və nüfuzundan daha böyükdür.
Prezident seçilmək üçün irəli sürülən tələblər
Prezident:
- ABŞ-da anadan olmuş və bu dövlətin vətəndaşı olmalı
- Ən azı 35 yaşı olmalı
- Ən azı 14 il müddətinə ABŞ-da daimi yaşamış olmalıdır.
Bu tələblərə cavab verən şəxslər aşağıda göstərilən şərtlər daxilində prezidentlik hüququndan məhrum ola bilər: İyirmi ikinci düzəlişə əsasən heç bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Mütəxəssislər 12-ci düzəlişin şərtlərinə müvafiq olaraq prezidentliyə kifayət qədər uyğun olmayan bir şəxsin vitse-prezident seçilməsi ilə də razılaşmırlar. Konstitusiyanın birinci maddəsinin üçüncü hissəsinin yeddinci bəndinə əsasən etimadsızlığa görə məhkum olunma hallarında, Senatın məhkum olunmuş şəxsləri prezidentlik də daxil olmaqla digər federal vəzifələrdən məhrum etmək hüququ vardır. 14-cü düzəlişin 3-cü hissəsinə görə Konstitusiyanı dəstəkləməyə and içmiş və daha sonra ABŞ hökuməti əleyhinə çıxışlar etmiş heç bir şəxs prezident ola bilməz.
İcra departamentləri
Gündəlik təsir və federal qanunları həyata keçirmək səlahiyyəti milli və beynəlxalq məsələlərin müxtəlif xüsusi sahələri ilə məşğul olmaqdan ötrü Konqresin yaratdığı cürbəcür icra departamentlərinin əlindədir. Prezident tərəfindən təyin edilən və Konqres tərəfindən təsdiq olunan departament başçıları müşavirlər şurası yaradırlar ki, bu da ümumiyyətlə prezident "Kabineti" adı ilə tanınır. 14 departamentə əlavə olaraq, bir sıra xidmət təşkilatları da var ki, onlar Prezidentin İcra İdarələrini təşkil edir. Buraya Ağ Evin işçi heyəti, Milli Təhlükəsizlik Şurası, İdarəetmə və Büdcə İdarəsi, İqtisadi Müşavirlər Şurası, Birləşmiş Ştatlar Əmək Nümayəndəliyi İdarəsi və Elm və Texnologiya İdarəsi daxildir. Konstitusiya prezident Kabineti üçün heç bir şərt qoymur. O nəzərdə tutur ki, prezident hər bir icra departamentinin əsas vəzifəli şəxslərindən tələb edə bilər ki, onların məsuliyyət sahəsinə dəxli olan hər hansı bir məsələ haqqında öz rəylərini yazılı şəkildə təqdim etsinlər, lakin Konstitusiya departamentlərin adlarını sadalamır və vəzifələrinin təsvirini vermir. Buna müvafiq olaraq, Kabinetdə xidmət üçün heç bir spesifik konstitusion fəaliyyət xarakteristikası verilmir.
Kabinet praktik cəhətdən gərəkli bir hal kimi Konstitusiyadan nəşət etmişdir, çünki hətta Corc Vaşinqtonun dövründə belə prezidentin öz vəzifələrini məsləhətsiz və kömək olmadan icra etməsi heç cür mümkün ola bilməzdi. Kabinetin necəliyi onu təşkil edən hər hansı konkret bir prezidentdən asılıdır. Prezidentlərin bəziləri məsləhətləri çox çətinliklə qəbul edir, başqaları asanlıqla qəbul edir, bir neçəsi isə tam imtina edir. Kabinet üzvlərinin müşavirlər kimi fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, onlar yaxşı bilirlər ki, hökumətin fəaliyyətini çox vacib olan xüsusi sahələrə yönəltməkdə məsuliyyət daşıyırlar.
Hər bir departamentdə həm Vaşinqtonda, həm də ölkənin başqa bölgələrindəki müvafiq idarələrdə minlərlə işçilər çalışır. Departamentlər şöbələrə, bürolara, idarələrə və xidmətlərə bölünür ki, onların da hər birinin özünəməxsus vəzifələri var.
Kabinet
(Departamentlərin hamısına katib başçılıq edir, ancaq Ədliyyə Departamentinə baş prokuror başçılıq edir.)
Kənd Təsərrüfatı departamenti: 1862-ci ildə yaradılmışdır.
Ticarət departamenti: 1903-cü ildə yaradılmışdır. Ticarət və Əmək Departamenti 1913-cü ildə iki müstəqil departamentə bölünmüşdür.
Müdafiə Departamenti: 1947-ci ildə birləşdirilmişdir. Müdafiə Departamenti Müharibə Departamenti (1789-cu ildə yaradılmışdır) ilə Donanma Departamenti (1798-ci ildə yaradılmışdır) və Hava Qüvvələri Departamentinin (1947-ci ildə yaradılmışdır) birləşdirilməsi əsasında yaradılmışdır. Müdafiə katibi Kabinetin üzvü olduğuna baxmayaraq, Ordu, Donanma və Hava Qüvvələri katibləri Kabinetin üzvləri deyillər.
Təhsil departamenti: 1979-cu ildə yaradılmışdır. Keçmişdə Səhiyyə, Təhsil və Rifah Departamentinin bir hissəsi olmuşdur
Enerji departamenti: 1977-ci ildə yaradılmışdır.
Səhiyyə və insan xidmətləri departamenti: 1953-cü ildə yaradılmış Səhiyyə, Təhsil və Rifah Departamentini müstəqil vahidlərə bölündükdən sonra 1979-cu ildə yaradılmışdır.
Mənzil tikintisi və şəhərsalma departamenti: 1965-ci ildə yaradılmışdır.
Daxili işlər departamenti: 1849-cu ildə yaradılmışdır.
Ədliyyə departamenti: 1870-ci ildə yaradılmışdır. 1789-cu və 1970-ci illər arasında baş atorney Kabinetin üzvü olmuş, lakin departamentə başçılıq etməmişdir.
Əmək departamenti: 1913-cü ildə yaradılmışdır.
Dövlət departamenti: 1789-cu ildə yaradılmışdır.
Nəqliyyat departamenti: 1966-cı ildə yaradılmışdır.
Xəzinə departamenti: 1789-cu ildə yaradılmışdır.
Veteran işləri departamenti: 1988-ci ildə yaradılmışdır, Keçmişdə Veteranlar İnzibati İdarəsi olan bu qurum indi Kabinet səviyyəsinə qaldırılmışdır.
Həmçinin bax
- https://www.whitehouse.gov/about-the-white-house/our-government/the-executive-branch/.
- https://www.bbc.com/mundo/noticias-internacional-48777799.
- Levy M., McDonald F. presidency of the United States of America // Encyclopædia Britannica (ing.).
- USA.gov.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin ABS prezidenti ABS dovletinin ve icraedici hakimiyyetin rehberi ordunun ve donanmanin ali bas komandani ABS Konqresi terefinden qebul edilmis qanun layihelerine veto qoymaq huququna malikdir ABS PrezidentiPresident of the United StatesABS prezidentinin mohuruVezifededir Co Bayden 20 yanvar 2021 ci ildenBasciliq edir Amerika Birlesmis StatlariMuraciet formasi Cenab prezident Zati alileriResmi iqametgahi Ag Ev VasinqtonNamizedlik yasi 35 yasSelahiyyet muddeti 4 il Vezifenin tesis tarixi 17 sentyabr 1787Vezifede birinci Corc VasinqtonResmi sayti whitehouse gov administr whitehouse gov es admini Vikianbarda elaqeli mediafayllar ABS prezidenti vezifesi 1787 ci ilde qebul edilmis ABS Konstitusiyasina uygun olaraq yaradilmisdir Ard arda secilmeler eyni hakimiyyet dovru kimi qebul olunur Ilk prezident 1789 cu ilde bu vezifeye secilen Corc Vasinqtondur PrezidentlikAmerika Birlesmis Statlarinda prezident dovletin ve hokumetin bascisidir O Birlesmis Statlar Silahli Quvvelerinin Ali Bas Komandani olub federal hokumetin icraedici orqanina rehberlik edir Bu vezifeni tutan sexs en boyuk aktiv nuve arsenali uzerinde emr selahiyyetine malik olmaqla birlikde boyuk iqtisadi guce ve herbi quvveye sahib olkenin de lideri olur ABS prezidenti adeten dunyada en nufuzlu sexs hesab olunur ABS Konstitusiyasinin II maddesi prezidente Birlesmis Statlarin Icra aparatina rehberlik etme ve federal qanunun heyata kecirilmesi mesuliyyetleri ile yanasi federal icra diplomatiya nazirlik mehkeme iscilerini vezifeye teyin etme ve Senatin raziliq ve mesleheti ile sulh muqavileleri baglama selahiyyetlerini de verir Prezident hemcinin efv serencami ve azadliqdan mehrum olunmus sexslerin cezalarinin qalan hissesinden azad edilmesi barede serencamlar da imzalaya biler ABS meydana geldiyi vaxtdan etibaren prezidentin ve federal hokumetin nufuzu ehemiyyetli derecede artmisdir ve her bir muasir prezident oz partiyasinin qanuni proqrami ile bagli emrler vermeye ve ABS nin daxili ve xarici siyasetine gore mesuliyyet dasiyir Prezident dord il muddetine Secki komitesi nezdinde bilavasite xalq terefinden secilir ve olke miqyasinda secilmis iki federal zabitden yalniz biri prezident olur digeri ise Birlesmis Statlarin vitse prezidenti vezifesine teyin olunur 1951 ci ilde qebul olunmus 22 ci duzelisle bir sexsin uc defeden artiq prezident secilmesi qadagan edilmisdir Bu duzelise gore hemcinin evvelceden her hansi bir prezidentin hakimiyyeti dovrunde iki ilden artiq bir muddetde prezident kimi xidmet gostermis ve ya prezidenti evez etmis bir sexs bir defeden cox prezident secile bilmez 2009 cu il yanvarin 20 de secilen Barak Obama dovletin 44 cu prezidentidir O 2012 ci il 6 noyabrda yeniden prezident secilmisdir ve hakimiyyet muddeti 2017 ci il 20 yanvar tarixinde sona catir Dovletin hazirki ve 46 ci prezidenti Co Baydendir Emek haqqi 200 000 dollar plyus xerclenmek ucun icaze verilmis 50 000 dollar ve 100 000 dollara qeder sefer ve qonaq qebulu ucun vergi qoyulmayan mebleg Andicme merasimi Noyabr umumi seckilerinden sonra gelen 20 yanvarda Esas vezifesi Konstitusiyani mudafie etmek ve Konqresin qebul etdiyi qanunlari heyata kecirmek Tarixi1776 ci il Amerika inqilabi dovrunde Ikinci Kontinental Konqresde istirak etmek ucun hereket eden 13 koloniya ozlerinin Boyuk Britaniyadan ayrildiqlarini elan etdiler Daha cox ayri ayri milletler terefinden musteqil idare olunan yeni dovletler Britaniya ile mubarizede hemrey olmagin zeruri oldugunu anladilar Monarxiya tipli bir qurulus yaratmaq istemeyen Konqres bu dovletler arasinda zeif de olsa bir ittifaq yaratmaq ucun Istiqlaliyyet Beyannamesi ni qebul etdi Merkezi hokumet funksiyasini yerine yetiren ve Beyanname nin sertlerine tabe olan Konqresin hec bir qanunverici selahiyyeti yox idi O oz qetname qerar ve nizamnamelerini qebul ede bilerdi lakin her hansi bir qanun vergi ve yerli ticaretle bagli qaydalari vetendaslara tekid ede bilmezdi Bu cur idare formasi Amerikalilarin devrilmis Britaniya Kralligi ve Parlamentinin oz dominionu ile hormetle reftar etmeli olduguna besledikleri inami eks etdirirdi 1783 cu ilde Paris sazisi kecmis koloniyalarin musteqilliklerini daha da mohkemlendirdi Sulh seraitini temin etdikden sonra her bir stat diqqetini oz daxili meselelerine yoneltdi 1786 ci iledek Amerikalilar serhedlerin zeif oldugu qenaetinde idiler bele ki qonsu statlarin her birinin iqtisadiyyati bohran seraitinde bir birile reqabet aparan reqiblere cevrilmis idxal mallarinin deyerinin qarsilanmasi ucun xarici bazarlara guclu kapital axini bas vermis bundan elave Araliq denizindeki ticaret menteqeleri de Simali Afrikanin deniz quldurlari terefinden yagmalanmis ve Amerikada muteqillik ugrunda aparilan muharibe zamani verilen borclar hele odenilmemis qalmisdi ve buna gore de faizler artmaqda idi Vetendas muharibesi ve siyasi igtisaslar da hele ki helli yolunu tapmamisdi Daha sonra 1785 ci ilde Virciniya ve Merilend arasinda ticaret ve baliqciliqla bagli mubahiseleri hell etmek ucun kecirilen Mount Vernon konfransinda Virciniya statlararasi genismiqyasli ticaret elaqelerinde dusmencilik munasibetlerini aradan qaldirmaq meqsedile 1786 ci il sentyabr ayinda Merilend Annapolisde butun statlarin istirak etdiyi bir ticaret konfransi kecirmeyi teleb etdi Subheli yanasmalara gore ekser statlar istirak etmediyinden iclas ugurlu netice elde ede bilmedi ve buna gore de Annapolis konfransinin numayende heyeti novbeti yaz Filadelfiyada Beyanname ye duzelisler edilmesi ucun iclas kecirilmesini teleb etdi Ceyms Madison ve Edmund Randolf Corc Vasinqtonun Virciniya temsilcisi kimi istirakini temin etmeye muveffeq oluncayadek novbeti konvensiyaya dair planlar ele de urekacan deyildi 1787 ci ilin may ayinda Konstitusiyanin hazirlanmasi ile bagli kecirilen iclasda istirak eden 12 statin numayendeleri ozleri ile birlikde Rod Aylend oz numayendesini gondermemisdi hokumetlerinde tetbiq etdikleri qanunverici ve icraedici hakimiyyet orqanlarinin idaredeki rolu ile bagli muxtelif senedler de getirmisdiler Ekser statlar guclu qanunverici orqan terefinden nezaret edilen icraedici sura ile selahiyyetleri bolusen qanunverici hakimiyyet terefinden illik seckilerde orta hesabla yalniz bir defeliyine secile bilen veto ve vezifeye teyin etme kimi selahiyyetleri olmayan zeif icraedici hakimiyyeti yeni prezident qurulusunu desteklediler Nyu York ise istisna teskil ederek veto ve teyinat selahiyyetleri olan prezidentlik dovrunun 3 il oldugu ve her bir ferdin omurluk prezident secile bilmesi sertlerini ozunde birlesdiren guclu unitar bir dovlet qurulusu formasini teklif etdi Belelikle Filadelfiyada bagli qapilar arxasinda kecirilen danisiqlar zamani ABS Konstitusiyasinin sertleri cercivesinde prezident vezifesi formalasdi Prezidentin merasimlerdeki vezifesiBir dovlet bascisi kimi prezident ozunden evvelki prezidentlerin yaratdiqlari enenelere emel etmelidir Uilyam Hovard Taft 1910 cu ilde paytaxt Vasinqtonda Qrifit stadionunda Vasinqton senatorlarinin acilis merasiminde tenteneli bir sekilde beyzbol topunu atmaqla ele bu enenenin de esasini qoydu Taftdan sonra birce Cim Karter istisna olmaqla butun prezidentler acilis merasiminde ulduzlarin oyunu ve cempionluq qarsilasmalarinda tenteneli bir merasimle azi bir beyzbol topunu meydancaya ataraq eneneni davam etdirmisler Diger prezidentlerin getirdiyi eneneler ise daha cox Amerika bayramlari ile elaqedardir Ruzerford B Heyz 1878 ci ilde buranin yerli sakinleri olan usaqlar ucun Ag Ev yumurta diyirletme yarisinin esasini qoydu 1947 ci ilde Harri Trumenin hakimiyyeti dovrunden baslayaraq ise her Sukran gunu Ag Evde her il kecirilen milli Sukran bayrami merasimi erzinde prezidente canli hind toyugu hediyye edilir Prezident eneneleri de dovlet bascisi kimi prezidentin rolunu eks etdirir Ceyms Buncanandan etibaren ekser istefaya geden prezidentler enenevi olaraq prezident deyisikliyi dovrunde xeleflerine meslehetler verirler Ronald Reyqan ve onun davamcilari da ozlerinden sonra gelen prezidente Andicme oomerasimggi gunu Oval ofisdeki yazi masasinin uzerine xususi bir ismaric qoymusdular Her hansi bir xarici dovlet bascisi terefinden ABS a edilen sefer zamani prezident Con F Kennedi terefinden esasi qoyulmus eneneye uygun olaraq Cenub Lounda kecirilen qarsilama merasimine ev sahibliyi edir Bu daha sonra dovlet bascilari ucun nezerde tutulmus yemek otaginda prezidentin teskil etdiyi nahar merasimi ile musayiet olunur Muasir prezident vezifesi prezidenti xalqin bir nomreli meshuruna cevirmisdir Prezident aparatinin bezi sekilleri barede olan mubahiselerde beynelxalq munasibetler resmileri adminisitrasiyasi ve ele prezidentin ozu terefinden bunlarin sui istifade olunmasi barede tendensiya ireli surulur Meselen kritiklerden biri Con Kennedinin bir resminin PT109 hadisesi haqqinda mistik bir guc olduguna inandiracaq derecede ince detallarla ehtiyatla duzeldilmis bir sekilde tesvir edildiyini ve Kennedinin resmlerden prezident ambisiyalarina uygun olaraq nece istifade edeceyini yaxsi basa dusduyunu yazmisdir Neticede bir sira siyasi serhciler amerikali secicilerin prezidentden realliga uygun olmayan gozlentilerinin oldugu fikrini ireli surmusler seciciler prezidentden iqtisadiyyati idare etmesini dusmenlere qalib gelmesini azad bir dunya yaratmasini qasirga qurbanlarina yardim milli ruhu yukseltmek ve razilasmada aciq askar yazilmayan kredit karti odemelerinden bu meselenin qurbanlarini qorumasini isteyirler SelahiyyetleriBirlesmis Statlar Prezidenti idaresi dunyada en guclu idarelerden biridir Konstitusiyada deyilir ki prezident qanunlarin vicdanla icra olunmasi qaygisina qalmalidir Bu mesuliyyeti heyata kecirmek ucun o bir nece milyon adamdan ibaret genis bir qurum olan federal hokumetin icra saxesine basciliq edir Bundan basqa prezidentin vacib qanunvericilik ve mehkeme selahiyyetleri de var Basqa selahiyyetleriKonqrese qanunvericilik teklif etmek Konqresin xususi sessiyasini cagirmaq Konqrese muraciet etmek qanunlari qadagan etmek federal mehkemeler teyin etmek federal departamentlerin agentliklerin ve basqa esas vezifeli sexslerin bascilarini teyin etmek xarici olkelerle numayendeler teyin etmek xarici olkelerle resmi isler aparmaq silahli quvvelerin bas komandani vezifesini icra etmek Birlesmis Statlara qarsi kobud hereketlere gore uzrleri qebul etmek Qanunvericilik selahiyyetleriKonstitusiyanin butun qanunvericilik selahiyyetleri Konqrese hevale olunur haqqindaki serte baxmayaraq xalq siyasetinin esas ifadecisi kimi prezidentin boyuk qanunvericilik rolu da var Konqresde beyenilmis her bir qanuna prezidentin veto qoymaq huququ var ve her iki palatada uzvlerin ucde ikisi veto huququnun qebul olunmamasi ucun ses vermedikce qanun qebul olunmur Konqresin muzakire etdiyi qanunvericilik aktlarinin bir coxu icra saxesinin tesebbusu esasinda hazirlanir Konqrese etdiyi illik ve xususi muracietlerinde prezident gerekli olduguna inandigi qanunlarin verilmesini de teklif ede biler Eger Konqres Prezidentin teklifleri ile bagli hec bir fealiyyet gostermeden bu tekliflerin muzakire ve tesdiqini texire salarsa Prezidentin selahiyyeti catir ki Konqresin fovqelade sessiyasini cagirsin Lakin butun bunlardan elave Prezident siyasi bir partiyanin bascisi ve Birlesmis Statlar hokumetinin icra hakimiyyetinde esas vezifeli sexs olaraq tutdugu movqeyine gore xalqin reyine tesir ede bileceyi ucun Konqresde qanunvericilik prosesinin gedisine de tesir ede biler Oz fealiyyetlerinin Konqresle bagli oldugunu subut etmek ucun prezidentler oten illerde Ag Evde Konqresle Elaqe Idaresi tesis etmisler Prezident komekcileri butun gerekli qanunvericilik fealiyyetleri ile uygun hereket ederek her iki partiyanin senatorlarini ve numayendelerini inandirmaga calisirlar ki onlar prezident kabinesinin siyasetini mudafie etsinler Mehkeme selahiyyetleriPrezidentin konstitusion selahiyyetleri arasinda hokumete yuksek vezifeli iscileri teyin etmek selahiyyeti de var Ali Mehkemenin uzvleri de daxil olmaqla Prezidentin adlarini verdiyi federal mehkemeleri muzakireden sonra Senat tesdiq edir Basqa vacib bir selahiyyet impicment hallari mustesna olmaqla federal qanunu pozduguna gore ittiham olunmus her bir neferi ya tam ya da serti olaraq efvetme selahiyyetidir Efvetme selahiyyeti hebs muddetini qisaltmaga ve pul cerimelerini azaltmaga da samil edilir Icra selahiyyetleriIcra saxesinin oz daxilinde prezidentin milli isleri ve federal hokumetin fealiyyetini idare etmek sahesinde cox genis selahiyyetleri var Prezident qaydalar qanunlar gosterisler vere biler ki bunlar da icra emrleri adlanir Bu emrlerin federal agentlikler uzerinde qanun gucu olur Birlesmis Statlar silahli quvvelerinin bas komandani kimi Prezident Milli Qvardiyanin stat birliklerini federal xidmete de cagira biler Muharibe ve milli tehluke zamani iqtisadiyyati idare etmek ve Birlesmis Statlarin tehlukesizliyini qorumaqla bagli Konqres prezidente daha genis selahiyyetler vere biler Butun icra departamentleri ve agentliklerin bascilarini eyni zamanda yuzlerle basqa yuksek dereceli federal vezife bascilarini prezident teyin edir Buna baxmayaraq federal iscilerin boyuk ekseriyyetini Mulki Xidmetler sistemi secir ki bu sistemde vezifeye teyinolunma ve vezifenin artirilmasi bacariga ve tecrubeye esaslanir Xarici isler sahesinde selahiyyetlerKonstitusiyaya esasen prezident xarici olkelerle Birlesmis Statlar arasinda elaqelerin tenzimlenmesi sahesinde birinci dereceli mesuliyyet dasiyan federal vezifeli sexsdir Prezident sonralar Senatin tesdiq etmeli oldugu sefirleri diplomatik numayendeleri ve konsullari teyin edir xarici sefirleri ve basqa dovlet vezifeli sexsleri qebul edir Prezident dovlet katibi ile birge xarici olkelerle butun resmi elaqelere rehberlik edir Bezi hallarda ehtiyac olduqda dovlet bascilarinin bilavasite musavire lerinde fikir mubadilesi aparmaq ucun prezident ozu sexsen istirak ede biler Numune ucun demek olar ki I Dunya Muharibesinin sonunda Parisde kecirilen konfransda Amerika numayendelerine Prezident Vudro Vilson ozu basciliq etmisdir Prezident Franklin D Ruzvelt muttefiq dovletlerin bascilari ile denizde Afrikada ve Asiyada muzakireler aparmisdir Ruzveltden sonra gelen prezidentlerin her biri iqtisadi ve siyasi meseleleri muzakire ve ikiterefli ve coxterefli raziliga gelmek ucun dunya dovletleri bascilari ile gorusmusler Dovlet Departamenti vasitesile prezident xaricdeki amerikalilari ve Birlesmis Statlardaki xarici olkeler vetendaslarini qorumaqda mesuliyyet dasiyir Yeni xalqlarin ve yeni yaradilmis dovletlerin taninib taninmayacagi haqqinda prezident qerar verir Senatin ucde iki ses coxlugu ile beyenildikden sonra Birlesmis Statlarin basqa olkelerle baglayacagi sazisler haqqinda danisiqlar aparir Xarici hakimiyyet orqanlari ile icra sazisleri haqqinda danisiqlar da apara biler ki bu Senatin tesdiqine verilmir Prezident selahiyyetletine mehdudiyyetlerPrezidentin rolu ve selahiyyetleri milli ve beynelxalq sehnede goze carpacaq derecede cox genis bir saheni ehate etdiyi ucun siyasi icmalcilar teklif etmisler ki prezident selahiyyetlerine xususi ehemiyyet verilmelidir Franklin D Ruzvelt oz prezidentliyi dovrunde oz vezife selahiyyeti rolunu genislendirmek ucun calisdigina isare ederek hetta imperiya prezidentliyi haqqinda sohbet acmisdir Ilk aglabatan heqiqetlerden biri budur ki yeni secilmis prezident askar edir ki ona miras qalan burokratik qurumu idare etmek ve onun istiqametini deyismek cetindir ve vaxt teleb edir Prezidentin vezifeye teyin etmek selahiyyeti mulki hokumetin vezifeli isci quvvelerinin uc milyondan cox olanlarinin ancaq 3 000 e yaxin neferine samil edilir ki onlardan da coxunu oz islerinde Mulki Xidmet tenzimlemeleri mudafie edir Prezident askar edir ki dovlet masini islerin coxunu prezidentin dexaleti olmadan musteqil sekilde icra edir ve sabiq hakimiyyet zamani da bele etmisdir ve gelecekde de bele etmekde davam edecekdir Yeni prezidentler fealiyyete baslar baslamaz helli sabiq administrasiya zamanindan yarimciq qalmis ele meselelerle uz uze gelirler ki bunlar bir cox hallarda murekkeb ve qeyri adi olur Onlara ele bir budce miras qalir ki bu budce onlar vezife borclarini icraya baslamazdan cox cox evvel formalasdirilmis ve o dovrde olan movcud qanuna ve esas maliyye xerclerine uygunlasdirilmisdir veteranlarin teqaudleri sosial teminat odencleri ve yaslilara tibbi yardim kimi Bunlar qanunla qebul edilmisdir ve hec bir tesire meruz qala bilmez Xarici isler meselelerinde prezidentler ozlerinin sefirleri terefinden aparilmis ve baglanmis sazislere ve qeyri formal raziliqlara uygun hereket etmelidirler Seckiden sonraki bal ayi ruh yuksekliyi sevinci cox tez kecir ve prezident xeber tutur ki Konqres daha az isguzar olmus ve heyat seraiti daha kritik veziyyet almisdir Prezident mecbur olur ki bir birinden ferqlenen bir cox hallarda hetta daban dabana zidd menafeleri temsil eden iqtisadi cografi etnik ve ideoloji quvveler arasinda hec olmasa muveqqeti birlik yaratsin Eger her hansi bir qanun qebul edilmelidirse Konqresle barisdiriciliq siyaseti aparmaq lazimdir Prezident Con F Kennedi sikayetlenirdi Konqresde her hansi bir qanunu legv etmek asandir onu qebul etdirmek ise daha cetindir Bu agir mehdudiyyetlere baxmayaraq cox nadir hallarda prezidentler vezifelerine ikinci defe secilmek imkanindan imtina edib Her bir prezident nehayet ozunun bezi qanunvericilik meqsedlerine nail olur ve emin olduqda ki basqa qanunlar xalqin en ali menafelerine xidmet etmir onlarin heyata kecirilmesini veto ile qadagan edir Muharibe aparilmasi ve sazis baglanmasi da daxil olmaqla sulhe nail olmaq sahesinde prezidentin nufuzu esasdir Bundan elave ancaq onun ozune aid olan yegane movqeden cixis ederek fikirleri ele birlesdire ve siyaseti ele mudafie ede biler ki prezidentin bu fealiyyeti siyasi reqiblerinin apardiqlari eks tebligatdan xalqin suuruna daha tez ve daha yaxsi yol tapa bilsin Prezident her hansi bir mesele qaldirdiqda bu mutleq xalq muzakiresinin obyektine cevrilir Prezident selahiyyeti ve nufuzu mehdudlasdirila biler buna baxmayaraq bu selahiyyet ve nufuz Amerikada vezife basinda olan ve ya olmayan her bir basqasinin selahiyyet ve nufuzundan daha boyukdur Prezident secilmek ucun ireli surulen teleblerPrezident ABS da anadan olmus ve bu dovletin vetendasi olmali En azi 35 yasi olmali En azi 14 il muddetine ABS da daimi yasamis olmalidir Bu teleblere cavab veren sexsler asagida gosterilen sertler daxilinde prezidentlik huququndan mehrum ola biler Iyirmi ikinci duzelise esasen hec bir sexs iki defeden artiq prezident secile bilmez Mutexessisler 12 ci duzelisin sertlerine muvafiq olaraq prezidentliye kifayet qeder uygun olmayan bir sexsin vitse prezident secilmesi ile de razilasmirlar Konstitusiyanin birinci maddesinin ucuncu hissesinin yeddinci bendine esasen etimadsizliga gore mehkum olunma hallarinda Senatin mehkum olunmus sexsleri prezidentlik de daxil olmaqla diger federal vezifelerden mehrum etmek huququ vardir 14 cu duzelisin 3 cu hissesine gore Konstitusiyani desteklemeye and icmis ve daha sonra ABS hokumeti eleyhine cixislar etmis hec bir sexs prezident ola bilmez Icra departamentleriGundelik tesir ve federal qanunlari heyata kecirmek selahiyyeti milli ve beynelxalq meselelerin muxtelif xususi saheleri ile mesgul olmaqdan otru Konqresin yaratdigi curbecur icra departamentlerinin elindedir Prezident terefinden teyin edilen ve Konqres terefinden tesdiq olunan departament bascilari musavirler surasi yaradirlar ki bu da umumiyyetle prezident Kabineti adi ile taninir 14 departamente elave olaraq bir sira xidmet teskilatlari da var ki onlar Prezidentin Icra Idarelerini teskil edir Buraya Ag Evin isci heyeti Milli Tehlukesizlik Surasi Idareetme ve Budce Idaresi Iqtisadi Musavirler Surasi Birlesmis Statlar Emek Numayendeliyi Idaresi ve Elm ve Texnologiya Idaresi daxildir Konstitusiya prezident Kabineti ucun hec bir sert qoymur O nezerde tutur ki prezident her bir icra departamentinin esas vezifeli sexslerinden teleb ede biler ki onlarin mesuliyyet sahesine dexli olan her hansi bir mesele haqqinda oz reylerini yazili sekilde teqdim etsinler lakin Konstitusiya departamentlerin adlarini sadalamir ve vezifelerinin tesvirini vermir Buna muvafiq olaraq Kabinetde xidmet ucun hec bir spesifik konstitusion fealiyyet xarakteristikasi verilmir Kabinet praktik cehetden gerekli bir hal kimi Konstitusiyadan neset etmisdir cunki hetta Corc Vasinqtonun dovrunde bele prezidentin oz vezifelerini meslehetsiz ve komek olmadan icra etmesi hec cur mumkun ola bilmezdi Kabinetin neceliyi onu teskil eden her hansi konkret bir prezidentden asilidir Prezidentlerin bezileri meslehetleri cox cetinlikle qebul edir basqalari asanliqla qebul edir bir necesi ise tam imtina edir Kabinet uzvlerinin musavirler kimi fealiyyet gosterib gostermemesinden asili olmayaraq onlar yaxsi bilirler ki hokumetin fealiyyetini cox vacib olan xususi sahelere yoneltmekde mesuliyyet dasiyirlar Her bir departamentde hem Vasinqtonda hem de olkenin basqa bolgelerindeki muvafiq idarelerde minlerle isciler calisir Departamentler sobelere burolara idarelere ve xidmetlere bolunur ki onlarin da her birinin ozunemexsus vezifeleri var Kabinet Departamentlerin hamisina katib basciliq edir ancaq Edliyye Departamentine bas prokuror basciliq edir Kend Teserrufati departamenti 1862 ci ilde yaradilmisdir Ticaret departamenti 1903 cu ilde yaradilmisdir Ticaret ve Emek Departamenti 1913 cu ilde iki musteqil departamente bolunmusdur Mudafie Departamenti 1947 ci ilde birlesdirilmisdir Mudafie Departamenti Muharibe Departamenti 1789 cu ilde yaradilmisdir ile Donanma Departamenti 1798 ci ilde yaradilmisdir ve Hava Quvveleri Departamentinin 1947 ci ilde yaradilmisdir birlesdirilmesi esasinda yaradilmisdir Mudafie katibi Kabinetin uzvu olduguna baxmayaraq Ordu Donanma ve Hava Quvveleri katibleri Kabinetin uzvleri deyiller Tehsil departamenti 1979 cu ilde yaradilmisdir Kecmisde Sehiyye Tehsil ve Rifah Departamentinin bir hissesi olmusdur Enerji departamenti 1977 ci ilde yaradilmisdir Sehiyye ve insan xidmetleri departamenti 1953 cu ilde yaradilmis Sehiyye Tehsil ve Rifah Departamentini musteqil vahidlere bolundukden sonra 1979 cu ilde yaradilmisdir Menzil tikintisi ve sehersalma departamenti 1965 ci ilde yaradilmisdir Daxili isler departamenti 1849 cu ilde yaradilmisdir Edliyye departamenti 1870 ci ilde yaradilmisdir 1789 cu ve 1970 ci iller arasinda bas atorney Kabinetin uzvu olmus lakin departamente basciliq etmemisdir Emek departamenti 1913 cu ilde yaradilmisdir Dovlet departamenti 1789 cu ilde yaradilmisdir Neqliyyat departamenti 1966 ci ilde yaradilmisdir Xezine departamenti 1789 cu ilde yaradilmisdir Veteran isleri departamenti 1988 ci ilde yaradilmisdir Kecmisde Veteranlar Inzibati Idaresi olan bu qurum indi Kabinet seviyyesine qaldirilmisdir Hemcinin baxABS prezidentlerinin siyahisihttps www whitehouse gov about the white house our government the executive branch https www bbc com mundo noticias internacional 48777799 Levy M McDonald F presidency of the United States of America Encyclopaedia Britannica ing USA gov