Veto — (lat.- veto — qadağan edirəm)
Haqqında
Veto — müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi aktdır. Mütləq və nisbi vetolar fərqləndirilir. Dövlət başçısının parlament tərəfindən qəbul edilmiş qanunu dayandırmaq hüququ olduğu halda o, mütləq veto, dövlət başçısı qanunun qüvvəyə minməsini dayandırdıqda o, nisbi veto sayılır. Bu zaman parlamentə ikinci dəfə səs verməklə bu qanunu qəbul etməyə icazə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsində də bu hal öz hüquqi əksini tapmışdır. Müasir dövrdə veto anlayışının digər bir izahı hər hansı bir qanunun qəbul edilməsinə maneçilik törədən yekdilliyin olmamasıdır. (Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququ vardır). Qədim Romada respublika dövründə xalq tribunları veto hüququndan istifadə etmək hüququna malik idilər. Onlar Roma senatının və ya konsulların plebeylərin mənafeyinə aid hər hansı bir qanununu qadağan edə bilərdilər. Qanunun fəaliyyətini dayandırmaq üçün xalq tribununun veto deməsi kifayət idi.
Mənbə
- Politologiya. İzahlı lüğət. Bakı,2007. səh.341.
- Azərbaycan Respublikasının Konstitusiyası, Bakı,2002.
- Y. Həsənov. Qədim Roma tarixi. Bakı,1975.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Veto lat veto qadagan edirem HaqqindaVeto muasir dovletlerde her hansi hakimiyyet orqanlarinin qerarini dayandiran ve ya onun quvveye minmesine yol vermeyen huquqi aktdir Mutleq ve nisbi vetolar ferqlendirilir Dovlet bascisinin parlament terefinden qebul edilmis qanunu dayandirmaq huququ oldugu halda o mutleq veto dovlet bascisi qanunun quvveye minmesini dayandirdiqda o nisbi veto sayilir Bu zaman parlamente ikinci defe ses vermekle bu qanunu qebul etmeye icaze verilir Azerbaycan Respublikasi Konstitusiyasinin 110 cu maddesinde de bu hal oz huquqi eksini tapmisdir Muasir dovrde veto anlayisinin diger bir izahi her hansi bir qanunun qebul edilmesine manecilik toreden yekdilliyin olmamasidir Meselen BMT nin Tehlukesizlik Surasinin daimi uzvunun veto huququ vardir Qedim Romada respublika dovrunde xalq tribunlari veto huququndan istifade etmek huququna malik idiler Onlar Roma senatinin ve ya konsullarin plebeylerin menafeyine aid her hansi bir qanununu qadagan ede bilerdiler Qanunun fealiyyetini dayandirmaq ucun xalq tribununun veto demesi kifayet idi MenbePolitologiya Izahli luget Baki 2007 seh 341 Azerbaycan Respublikasinin Konstitusiyasi Baki 2002 Y Hesenov Qedim Roma tarixi Baki 1975