Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu, onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir.
"Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir.
Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir.
Hüququn əlamətləri
- normativlik (məcburi davranış qaydasını müəyyən edir);
- ümumilik;
- dövlətin təminatı ilə icra edilir;
- obyektivlik;
- rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur;
- dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir;
- ədalətlilik;
- sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur.
Hüquq haqqında nəzəriyyələr
Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür.
Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır. Pozitiv hüquq məktəbinə görə, hüquq ilə yazılı qanunvericilik demək olar ki eyni mənaya gəlir. Hüququn mənbəyini dövlət iradəsi ilə qoyulan qanunlar təşkil edir.
Fəlsəfi hüquq məktəbi — hansısa sosial normanın hüquq norması olub-olmaması onun hüququn prinsiplərinə uyğunluğu baxımından müəyyən edilir. Təbii hüquq nəzəriyyəsinə görə isə insanın təbii hüquqlarına zidd olan normalar hüquq normaları kimi qəbul edilmir.
görə hüquq obyektiv xarakter daşıyır və dövlətin iradəsinin təzahürü deyildir.
Təbii-hüquq məktəbi — hüquq həmişə mövcud olmuşdur. Hüquq öz mənbəyini ya Tanrıda, ya da təbiətdə tapır. John Stuart Millin ifadə etdiyi kimi, necə ki Allah insanı yaradanda ona qulaq və burun veribsə, o insana eyni zamanda insan olduğundan irəli gələn hüquqlar da bəxş edib. Bura azadlıq, yaşamaq, mülkiyyət, bərabərlik və s. hüquqlar aiddir.
Psixoloji nəzəriyyə — hüquq insanların psixoloji keyfiyyətlərinə, istəklərinə, hisslərinə uyğun yaranır. Hər bir dövlətin qanunları orada yaşayan insanların psixologiyasından asılıdır və onların tələbatlarına uyğun qəbul edilir.
Tarixi hüquq məktəbi — hüquq da tarixdə olan hər bir şey kimi daima baş varən hadisələrə insanların təlabatlarına uyğun olaraq dəyişir. Grotius tərəfindən irəli sürülən və von Savigny tərəfindən dəstəklənən bu məktəbə görə, bir cəmiyyətdə hüquq, o cəmiyyətdə adət-ənənənin inkişafı ilə bir yerdə inkişaf edir və ona uyğunlaşır. Cəmiyyətin, insanların həyatı dəyişdikcə hüquq da dəyişir. Bu məktəb Fransız Mülki Məcəlləsinin Alman hüquq məktəbinə gətirilməsinə qarşı çıxmışdır.
Normativ nəzəriyyə — hüququ dövlət müəyyən edir və hüquq normalarının dəyişməsi dövlətdən asılıdır.
Marksist nəzəriyyə — hüquq dövlətlə bağlıdır və sosial–iqtisadi faktorlara uyğun olaraq müəyyən edilir.
Hüququn mənbələri
Hüququn mənbələri — hüquq normalarının yaranmasına və müəyyən forma almasına səbəb olan mənbələrdir.
Hüquq mənbələrinin növləri
hüquqi adətlər — hüququn ilkin və ən qədim mənbəyidir. Hüquqi adətlər ictimai münasibətlərin tənzimlənməsi üçün sosial, iqtisadi, mənəvi, dini, siyasi və.s faktorların təsiri ilə formalaşır. Sonradan demək olar ki, bütün hüquqi adətləri hüquq normaları şəklinə salınır. Müasir dövrdə bəzi dövlətlərdə əsasən mülki hüquq sahəsində hüquqi adətlər praktikada tətbiq edilir.
normativ hüquqi akt – tənzimlənməsi Konstitusiya ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
normativ müqavilə — konkret subyektlər arasında bağlanan və məcburi xarakterli normaları müəyyən edən, qarşılıqlı münasibətlərin tənzimlənməsində istifadə edilən müqavilələrdir. Normativ müqavilələr həm beynəlxalq (beynəlxalq müqavilələr) və həmçinin ölkədaxili ola bilər. Buna misal olaraq, Rusiya Federasiyasında Federasiya ilə Federasiya subyektləri (Tatarıstan və.s) arasında bağlanan müqavilələri göstərmək olar.
hüquq presedenti (məhkəmə və inzibati presedent) — hüququn məhkəmələr və inzibati orqanlar tərəfindən tətbiqi zamanı təşəkkül tapmış və qəbul edilmiş qaydalardır. Yəni konkret bir məhkəmənin hansısa məsələni həlletmə qaydası nümunə kimi götürülməklə digər məhkəmələr tərəfindən də tətbiq olunur.
dini normalar — dini kitablar və dini təlimlər tərəfindən ilahi əsaslarla müəyyən edilən normalardır.
hüquqi doktrina — elm xadimlərinin, hüquqşünas alimlərin, elmi müəssisələrin ictimai münasibətlərin tənzimlənməsi ilə bağlı, hüquqi məsələlər barədə bildirdikləri fikirlər, elmi əsərləridir. Bir qayda olaraq hüquqi doktrina dövlətin icazəsi və təsdiqi olduqdan sonra normalaşdırılmaqla praktikada tətbiq edilir.
Hüququn prinsipləri
Hüququn prinsipləri — hüquqi tənzimləmə zamanı rəhbər tutulan əsas ideyalardır.
Hüquqi prinsplərin növləri :
Ümumi prinsiplər — hüququn bütün sahələrinə aiddir.
- hüququn aliliyi;
- qanunilik;
- qanun qarşısında bərabərlik;
- fərdin və dövlətin qarşılıqlı məsuliyyəti;
- təqsirə görə məsuliyyət;
Sahələrarası prinsiplər — bir neçə hüquq sahəsinə aid olur. Məsələn, məhkəmənin aşkarlığı, məhkəmə qərarlarından yuxarı məhkəməyə şikayət vermək hüququ həm cinayət-prosessual, həmçinin mülki prosessual hüquqa aiddir.
Sahəvi prinsiplər — konkret bir hüquq sahəsinə aid olan prinsiplərdir. Məsələn əmək müqaviləsinin bağlanmasının sərbəstliyi və.s
Hüquq normaları
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.
Hüquq normalarının əlamətləri
Hüquq normalarının aşağıdakı əlamətləri var:
- insanların davranışını tənzimləyir.
- ümumi xarakter daşıyır.
- dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir.
- rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir.
- sistemlilik. Hüquq normaları bir-biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər.
Hüquq normalarının quruluşu
Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur:
Hipotez (əgər…) — hüquq normasında icra edilməli olan şərti göstərir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilisə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi. Təqsirlizlik prezumsiyası və.s
Dispozisiya (o zaman…) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası.
Dispozisiyanın aşağıdakı növləri var:
- səlahiyyətverici — konkret hərəkətin edilməsi, edilməməsi səlahiyyəti verilir.
- qadağanedici — konkret hərəkətin edilməsi, edilməməsi qadağan edilir.
- vəzifə müəyyənedici — konkret hərəkətin edilməsi, edilməməsi vəzifə kimi subyektin üzərinə qoyulur.
Sanksiya (əks halda…) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur.
Həmişə bütün hüquq normalarda hər üç element olmur. Məsələn, Konstitusiyanın normalarda yalnız hipoteza və dispozisiya olur.
Hüquq normalarının növləri
Hüquqi qüvvəsinə görə — konstitusiya normaları, qanun normaları və.s
Hüququn sahələrinə görə — mülki hüquq normaları, cinayət hüquq normaları, əmək hüquq normaları və.s
İcra edilməsi tələbinə görə
- İmperativ — konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir.
- Dispozitiv — subyektlərə digər davranış imkanları da verir. Məsələn mülki hüquqda qanuna zidd olmayan müddəaların müqaviləyə daxil edilməsi.
Davranışın xarakterinə görə — Səlahiyyətverici, qadağanedici, vəzifə müəyyənedici;
Tətbiq edildiyi subyektlərin dairəsinə görə — ümumi və ya müəyyən ərazi, müəyyən kateqoriya şəxslər üçün tətbiqi nəzərdə tutulmuş normalar.
Qüvvədə olma müddətinə görə — müddətsiz və müvvəqəti normalar.
Hüququn realizəsi
Hüququn realizəsi hüquq normalarında müəyyən edilən məqsədə çatmaq üçün normanın tələblərinin yerinə yetirilməsidir.
Hüququn realizə formaları
- İstifadə — subyekt hüququn ona verdiyi imkandan istifadə edir. Məsələn, seçki hüququ, əmək hüququ;
- İcra — hüquq normalarının məcburi tələbləri subyektlər tərəfindən icra edilir. Məsələn dövlət orqanı tərəfindən öz funksiya və vəzifələrinin yerinə yetirməsi;
- Riayətetmə — subyektin müəyyən hüquq normasının tələblərini pozmaması üçün passivlik göstərməsi, qanuna zidd hərəkəti etməməsidir. Məsələn, cinayət və ya inzibati xəta törətməməsi;
Hüququn tətbiqi
Hüququn tətbiqi — Dövlətin səlahiyyət verilmiş qurumları vasitəsilə hüquq normalarının tələblərini yerinə yetirməsi, realizə etməsidir.
Hüququn tətbiqinin əsas məqsədi qanunçuluğun təmin edilməsidir. Hüququn tətbiqi aşağıdakı mərhələlərlə həyata keçirilir:
- İşin faktiki hallarının müəyyən edilməsi;
- Əməlin hüquqi cəhətdən qiymətləndirilməsi — əməlin hüquqa zidd və ya uyğun olmasının müəyyən edilməsi, əgər hüquqa ziddirsə, konkret hansı normanın tələblərinin pozulmasının müəyyən edilməsi;
- İşin həlli.
Hüquqi tətbiqi aktlar — hüququn tətbiqi prosesində konkret hüquqi iş üzrə səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilən aktdır.
Hüquqi tətbiq aktlarının növləri
- Formasına görə: Sərəncam, əmr, qərar və s.
- Funksiyasına görə:
- tənzimləyici (vəzifə dəyişikliyi əmri)
- mühafizəedici (cinayət işi başlamaq haqqında qərar)
- Predmetə görə: Cinayət hüququ üzrə, mülki hüquq üzrə aktlar və s.
Hüquqi tətbiq aktlarının əlamətləri
- Onlar səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qəbul edilir.
- Fərdi xarakter daşıyır. Konkret şəxs barəsində qəbul edilir.
- Hüquq normalarının tələblərinin yerinə yetirilməsinə yönəlmişdir.
- Hüquq tətbiqi aktların tələblərinin icrası dövlət məcburiyyət tədbirləri ilə icra edilir.
Hüquq normalarının təfsiri
Hüquq normalarının təfsiri — hüquq normalarının gerçək mahiyyətinin aşkar edilməsinə, maraqlanan şəxslərə izah edilməsinə yönəlmiş əqli fəaliyyətdir.
Təfsir hüquq normalarının tətbiqinin ən vacib elementlərindən biridir.
Təfsirin üsulları
Təfsirin üsulları hüquq normalarının mahiyyətinin izah edilməsi prosesində istifadə edilən xüsusi üsul, qayda və metodların məcmusudur.
- dilçilik (lingvistik, filologiya, qrammatik) — hüquq normasının əks olunduğu cümlədəki sözlərin mahiyyətinin aşkar edilməsinə, sözlərin qrammatik bağlılığı əsasında nəticənin əldə edilməsinə yönəlmişdir.
- funskional — hüquq normasının fəaliyyət göstərdiyi şəraitin, şərtlərin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
- tarixi — hüquq normasının qəbul edilməsi tarixini öyrənməklə, onun qəbul edildiyi şəraitin və qəbul edilməsi məqsədlərinin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
- sistematik — hüquq normasının digər hüquq normaları ilə qarşılıqlı əlaqəsi şəraitində mahiyyətinin izah edilməsidir.
Təfsirin növləri
Təfsirin nəticələrinin hüquqi qüvvəsi nəzərə alınmaqla iki növü var:
Rəsmi təfsir — səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən edilən təfsir.
Rəsmi təfsirin aşağıdakı növləri var:
- autentik — hüquq normasını qəbul edən orqan tərəfindən təfsir edilməsi .
- leqal — hüquq normasını qəbul etməsə də, hüquq normalarının təsfiri qanunvericiliklə həvalə edilmiş orqanlar tərəfindən edilən təfsir.
- normativ — müəyyən növ işlər üzrə hüquq normasının tətbiqi zamanı istifadə edilən təfsir.
- kazual — konkret hüquqi işlərin baxılması üçün edilən təfsir.
Qeyri-rəsmi təfsir — konkret şəxslər və ya təşkilatlar tərəfindən məsləhət xarakteri ilə edilən informasiya xarakteri daşıyan təfsir.
Qeyri-rəsmi təfsirin aşağıdakı növləri var:
- Adi — şəxsin özü tərəfindən edilən təfsir.
- Xüsusi hüquqi — hüquqşünaslar, vəkil və.s tərəfindən edilən təfsir.
- Doktrinal — hüquqşünas alimlər və elmi müəssisələr tərəfindən edilən təfsir.
Hüquq sistemi
Hüquq sistemi — hüquq norma, institutlarını, hüquq sahələrini özündə birləşdirən vahid sistemdir.
Hüquq sistemi özündə üç əsas elementi birləşdirir:
1. Hüquq sahəsi — konkret sahə üzrə ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə cəmləşdirir. Məsələn: Mülki hüquq, Əmək hüququ, Ekologiya hüququ və. s.
Hüququn konkret sahəyə bölünməsi iki meyar əsasına həyata keçirilir — hüquqi tənzimləmə predmeti və metod. Hüquqi tənzimləmə predmetini ictimai münasibətlər, metodu isə tənzimləmə zamanı istifadə edən üsul və vasitələr təşkil edir.
Əsasən iki metod fərqləndirilir — imperativ və dispozitiv.
Dispozitiv metodda subyekt üçün davranış qaydası müəyyən edilsə də, digər hərəkət imkanları da tanınır. Bu metod mülki, əmək, ailə hüququna aiddir. İmperativ metodda isə subyektin davranışı dəqiq tənzimlənir. Əgər subyekt buna əməl etmirsə sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ üçün xarakterikdir.
2. Hüquq institutu — eyni növ ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə birləşdirir. Hüquq institutu hüquq sahəsinin bir hissəsidir. Bir qayda olaraq, hər bir hüquq sahəsi özündə bir neçə hüquq institutunu birləşdirir. Məsələn: Mülki hüquq sahəsinin hüquq institutlarına aiddir: müəlliflik, mənzil, patent hüququ və.s
3. Hüquq norması — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalalardır.
Hüququn sahələr üzrə bölgüsü
Tənzimləmə predmetinə əsasən
- Maddi hüquq — maddi hüquq normalararını özündə birləşdirir. Əsasən ictimai münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Mülki, cinayət, ailə hüququ və s.
- Prosessual hüquq sahəsi — hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı qaydanı, proseduru tənzimləyir. Bura cinayət prosessual, mülki prosessual və s. hüquq sahələri aiddir.
Tənzimləmə predmetinə və tənzimlədiyi münasibətlərin xarakterinə görə
- Ümumi hüquq — əsasən dövlət və cəmiyyətin ümumi maraqlarından irəli gələn münasibətləri tənzimləyir. Bura dövlət, inzibati, cinayət, maliyyə və.s hüquq sahələri aiddir.
- Xüsusi hüquq — müəyyən subyektlərin maraqlarından irəli gələn münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Bura mülki, ailə, ticarət hüququ və.s aiddir.
Tətbiq edilmə sahəsinə əsasən
- milli hüquq — konkret dövlət daxilində hüquq münasibətlərinin tənzimlənməsinə yönəlmişdir.
- beynəlxalq hüquq — əsasən dövlətlərarası münasibətlərin tənzimlənməsinə yönəlmişdir. XX əsrin ortalarından başlayaraq, beynəlxalq hüquq normaları dövlətdaxili münasibətləri tənzimləyən normaları da özündə əks etdirir. Əksər dünya dövlətləri beynəlxalq hüquq normalarını qəbul edərək, qanunvericilik sisteminə daxil edirlər.
Hüququn sahələri
Müasir hüquq sistemində hüququn elmlərinin təsnifatı
Nəzəri-tarixi hüquq elmləri
- Dövlət və hüquq nəzəriyyəsi
- Dövlət və hüquq tarixi
- Siyasi və hüquqi təlimlər tarixi
Sahəvi hüquq elmləri
- Konstitusiya (dövlət) hüququ
- Mülki hüquq
- Mülki prosessual hüquq
- Cinayət hüququ
- Cinayət prosessual hüquq
- Ailə hüququ
- Vergi hüququ
- Maliyyə hüququ
- Aqrar hüquq
- Mənzil hüququ
- İnzibati hüquq
- İnzibati prosessual hüquq
- Bələdiyyə hüququ
- Nəqliyyat hüququ
- Beynəlxalq ümumi və xüsusi hüquq
- Əmək hüququ
- Ekologiya hüququ
- Kommersiya hüququ
- İnsan hüquqları hüququ
- Cəza icra hüququ
- İcra hüququ
- Dəniz hüququ
- Seçki hüququ
- Mülki müdafiə hüququ
- Politologiya hüququ
- Parlament hüququ
- Uşaq hüququ
Xüsusi hüquq elmləri
- Kriminalistika
- Kriminologiya
- Məhkəmə təbabəti
- Məhkəmə ekspertizası
Dünya hüquq sistemləri
Fransız alimi Rene David hüquq ədəbiyyatında aşağıdakı hüquq sistemlərini fərqləndirmişdir:
- Roman-German hüquq sistemi — Kontinental Avropada yayılmışdır. Roma hüququ əsasında formalaşmışdır. Bu hüquq sistemində hüququn əsas mənbəyini normativ-hüquq akt təşkil edir. Azərbaycan Respublikasının hüquq sistemi də Roman-German hüquq sisteminə aiddir.
- Anqlo-sakson hüquq sistemi — Bu sistem Böyük Britaniya, Kanada, ABŞ, Yamayka, Avstraliyada yayılmışdır. Əsasını İngiltərənin hüquq sistemi təşkil edir. Anqlo-sakson hüquq sisteminin əsasını məhkəmə presedenti təşkil edir.
- Dini hüquq sistemləri — Bu hüquq sisteminin əsasını dini kitabların və dini təlimlərin müəyyən etdiyi normalar təşkil edir. Bura islam hüququ (şəriət) və iuadizm hüququ (qalaxa) aiddir.
İstinadlar
- Hans Kelsen, General Theory of Law and State, 1999, p.143
Xarici keçidlər
- www.e-qanun.az Azərbaycan Respublikası Normativ hüquqi aktların vahid internet elektron bazası
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Huquq davranisi tenzimlemek ucun sosial ve ya hokumet institutlari terefinden yaradilmis ve tetbiq edile bilen qaydalar toplusu onun deqiq terifi uzun muddetdir muzakire olunan bir meseledir Edalet muhakimesinin simvolu source source source Huquq Huquq sozu erebceden haqq sozunun coxlugunu ifade edir Bu soz ingilis dilinde right sozune uygun gelir Muasir huquq edebiyyatinda huququn umumi qebul edilmis anlayisi yoxdur Muxtelif nezeriyyelerde huquqa ferqli terif verilmisdir Huququn elametlerinormativlik mecburi davranis qaydasini mueyyen edir umumilik dovletin teminati ile icra edilir obyektivlik resmilik normalar resmi yazili formada movcuddur defelerle qeyri mueyyen muddetde tetbiq edilir edaletlilik sistemlilik huququn daxili sistemlesdirilmesi movcuddur Huquq haqqinda nezeriyyelerBu nezeriyyeler daha cox huququn menbeyini ve onun xususiyyetlerini izahetme baximindan ireli surulmusdur Habele bu nezeriyyelerden bezileri eyni zamanda felsefi meqsed de gudur Pozitiv nezeriyye huququn esasini dovletin mueyyen etdiyi normalar teskil edir ve muvafiq mecburiyyet tedbirleri ile dovlet onun icrasini temin edir Huququn esas elameti onun normalarinin mecburi xarakter dasimasidir Pozitiv huquq mektebine gore huquq ile yazili qanunvericilik demek olar ki eyni menaya gelir Huququn menbeyini dovlet iradesi ile qoyulan qanunlar teskil edir Felsefi huquq mektebi hansisa sosial normanin huquq normasi olub olmamasi onun huququn prinsiplerine uygunlugu baximindan mueyyen edilir Tebii huquq nezeriyyesine gore ise insanin tebii huquqlarina zidd olan normalar huquq normalari kimi qebul edilmir gore huquq obyektiv xarakter dasiyir ve dovletin iradesinin tezahuru deyildir Tebii huquq mektebi huquq hemise movcud olmusdur Huquq oz menbeyini ya Tanrida ya da tebietde tapir John Stuart Millin ifade etdiyi kimi nece ki Allah insani yaradanda ona qulaq ve burun veribse o insana eyni zamanda insan oldugundan ireli gelen huquqlar da bexs edib Bura azadliq yasamaq mulkiyyet beraberlik ve s huquqlar aiddir Psixoloji nezeriyye huquq insanlarin psixoloji keyfiyyetlerine isteklerine hisslerine uygun yaranir Her bir dovletin qanunlari orada yasayan insanlarin psixologiyasindan asilidir ve onlarin telebatlarina uygun qebul edilir Tarixi huquq mektebi huquq da tarixde olan her bir sey kimi daima bas varen hadiselere insanlarin telabatlarina uygun olaraq deyisir Grotius terefinden ireli surulen ve von Savigny terefinden desteklenen bu mektebe gore bir cemiyyetde huquq o cemiyyetde adet enenenin inkisafi ile bir yerde inkisaf edir ve ona uygunlasir Cemiyyetin insanlarin heyati deyisdikce huquq da deyisir Bu mekteb Fransiz Mulki Mecellesinin Alman huquq mektebine getirilmesine qarsi cixmisdir Normativ nezeriyye huququ dovlet mueyyen edir ve huquq normalarinin deyismesi dovletden asilidir Marksist nezeriyye huquq dovletle baglidir ve sosial iqtisadi faktorlara uygun olaraq mueyyen edilir Huququn menbeleriHuququn menbeleri huquq normalarinin yaranmasina ve mueyyen forma almasina sebeb olan menbelerdir Huquq menbelerinin novleri huquqi adetler huququn ilkin ve en qedim menbeyidir Huquqi adetler ictimai munasibetlerin tenzimlenmesi ucun sosial iqtisadi menevi dini siyasi ve s faktorlarin tesiri ile formalasir Sonradan demek olar ki butun huquqi adetleri huquq normalari sekline salinir Muasir dovrde bezi dovletlerde esasen mulki huquq sahesinde huquqi adetler praktikada tetbiq edilir normativ huquqi akt tenzimlenmesi Konstitusiya ile qanunla ve ya fermanla dovlet orqaninin selahiyyetlerine aid edilen meseleler uzre hemin dovlet orqani terefinden ve ya referendum yolu ile qebul edilmis hami ucun mecburi davranis qaydalarini eks etdiren qeyri mueyyen subyektler dairesi ucun ve defelerle tetbiq olunmaq ucun nezerde tutulmus mueyyen formali resmi sened normativ muqavile konkret subyektler arasinda baglanan ve mecburi xarakterli normalari mueyyen eden qarsiliqli munasibetlerin tenzimlenmesinde istifade edilen muqavilelerdir Normativ muqavileler hem beynelxalq beynelxalq muqavileler ve hemcinin olkedaxili ola biler Buna misal olaraq Rusiya Federasiyasinda Federasiya ile Federasiya subyektleri Tataristan ve s arasinda baglanan muqavileleri gostermek olar huquq presedenti mehkeme ve inzibati presedent huququn mehkemeler ve inzibati orqanlar terefinden tetbiqi zamani tesekkul tapmis ve qebul edilmis qaydalardir Yeni konkret bir mehkemenin hansisa meseleni helletme qaydasi numune kimi goturulmekle diger mehkemeler terefinden de tetbiq olunur dini normalar dini kitablar ve dini telimler terefinden ilahi esaslarla mueyyen edilen normalardir huquqi doktrina elm xadimlerinin huquqsunas alimlerin elmi muessiselerin ictimai munasibetlerin tenzimlenmesi ile bagli huquqi meseleler barede bildirdikleri fikirler elmi eserleridir Bir qayda olaraq huquqi doktrina dovletin icazesi ve tesdiqi olduqdan sonra normalasdirilmaqla praktikada tetbiq edilir Huququn prinsipleriHuququn prinsipleri huquqi tenzimleme zamani rehber tutulan esas ideyalardir Huquqi prinsplerin novleri Umumi prinsipler huququn butun sahelerine aiddir huququn aliliyi qanunilik qanun qarsisinda beraberlik ferdin ve dovletin qarsiliqli mesuliyyeti teqsire gore mesuliyyet Sahelerarasi prinsipler bir nece huquq sahesine aid olur Meselen mehkemenin askarligi mehkeme qerarlarindan yuxari mehkemeye sikayet vermek huququ hem cinayet prosessual hemcinin mulki prosessual huquqa aiddir Sahevi prinsipler konkret bir huquq sahesine aid olan prinsiplerdir Meselen emek muqavilesinin baglanmasinin serbestliyi ve sHuquq normalariHuquq normalari umumi xarakter dasiyan resmilesdirilmis davranis qaydalarini mueyyen eden dovlet terefinden qeyde alinmaqla taninan zeruri olduqda icrasi dovlet mecburiyyet tedbirleri ile temin edilen ictimai munasibetlerin istirakcilarinin huquq ve vezifelerini mueyyen eden qaydalalardir Huquq normalarinin elametleri Huquq normalarinin asagidaki elametleri var insanlarin davranisini tenzimleyir umumi xarakter dasiyir dovletle elaqelidir huquq normalarini ya dovlet mueyyen edir ya da dovletin icazesi olduqdan sonra tetbiq edilir resmi xarakter dasiyir Dovlet orqanlari terefinden aktlarda eks edilmekle resmilesdirilir sistemlilik Huquq normalari bir biri ile baglidir ziddiyet teskil etmirler Huquq normalarinin qurulusu Bir qayda olaraq huquq normasi uc hisseden ibaret olur Hipotez eger huquq normasinda icra edilmeli olan serti gosterir Meselen Cinayet Mecellesi normalarinda xususi hissenin maddelerinde eger cinayet toredilise agirlasdirici hallar olmaqla cinayet toredilirse cezanin tetbiq edilmesi Teqsirlizlik prezumsiyasi ve s Dispozisiya o zaman konkret hereketin edilmesi ve ya edilmemesinin qaydasi gosterilir Meselen erize ile dovlet orqanina muraciet edilmesinin qaydasi Dispozisiyanin asagidaki novleri var selahiyyetverici konkret hereketin edilmesi edilmemesi selahiyyeti verilir qadaganedici konkret hereketin edilmesi edilmemesi qadagan edilir vezife mueyyenedici konkret hereketin edilmesi edilmemesi vezife kimi subyektin uzerine qoyulur Sanksiya eks halda Huquq normasinin teleblerinin pozulmasina gore mesuliyyet tedbirlerini nezerde tutur Hemise butun huquq normalarda her uc element olmur Meselen Konstitusiyanin normalarda yalniz hipoteza ve dispozisiya olur Huquq normalarinin novleri Huquqi quvvesine gore konstitusiya normalari qanun normalari ve s Huququn sahelerine gore mulki huquq normalari cinayet huquq normalari emek huquq normalari ve s Icra edilmesi telebine gore Imperativ konkret davranis qaydasi mueyyen edilir ve oldugu kimi icra edilmelidir Dispozitiv subyektlere diger davranis imkanlari da verir Meselen mulki huquqda qanuna zidd olmayan muddealarin muqavileye daxil edilmesi Davranisin xarakterine gore Selahiyyetverici qadaganedici vezife mueyyenedici Tetbiq edildiyi subyektlerin dairesine gore umumi ve ya mueyyen erazi mueyyen kateqoriya sexsler ucun tetbiqi nezerde tutulmus normalar Quvvede olma muddetine gore muddetsiz ve muvveqeti normalar Huququn realizesiHuququn realizesi huquq normalarinda mueyyen edilen meqsede catmaq ucun normanin teleblerinin yerine yetirilmesidir Huququn realize formalari Istifade subyekt huququn ona verdiyi imkandan istifade edir Meselen secki huququ emek huququ Icra huquq normalarinin mecburi telebleri subyektler terefinden icra edilir Meselen dovlet orqani terefinden oz funksiya ve vezifelerinin yerine yetirmesi Riayetetme subyektin mueyyen huquq normasinin teleblerini pozmamasi ucun passivlik gostermesi qanuna zidd hereketi etmemesidir Meselen cinayet ve ya inzibati xeta toretmemesi Huququn tetbiqiHuququn tetbiqi Dovletin selahiyyet verilmis qurumlari vasitesile huquq normalarinin teleblerini yerine yetirmesi realize etmesidir Huququn tetbiqinin esas meqsedi qanunculugun temin edilmesidir Huququn tetbiqi asagidaki merhelelerle heyata kecirilir Isin faktiki hallarinin mueyyen edilmesi Emelin huquqi cehetden qiymetlendirilmesi emelin huquqa zidd ve ya uygun olmasinin mueyyen edilmesi eger huquqa ziddirse konkret hansi normanin teleblerinin pozulmasinin mueyyen edilmesi Isin helli Huquqi tetbiqi aktlar huququn tetbiqi prosesinde konkret huquqi is uzre selahiyyetli dovlet orqani terefinden qebul edilen aktdir Huquqi tetbiq aktlarinin novleri Formasina gore Serencam emr qerar ve s Funksiyasina gore tenzimleyici vezife deyisikliyi emri muhafizeedici cinayet isi baslamaq haqqinda qerar Predmete gore Cinayet huququ uzre mulki huquq uzre aktlar ve s Huquqi tetbiq aktlarinin elametleri Onlar selahiyyetli dovlet orqanlari ve vezifeli sexsler terefinden qebul edilir Ferdi xarakter dasiyir Konkret sexs baresinde qebul edilir Huquq normalarinin teleblerinin yerine yetirilmesine yonelmisdir Huquq tetbiqi aktlarin teleblerinin icrasi dovlet mecburiyyet tedbirleri ile icra edilir Huquq normalarinin tefsiriHuquq normalarinin tefsiri huquq normalarinin gercek mahiyyetinin askar edilmesine maraqlanan sexslere izah edilmesine yonelmis eqli fealiyyetdir Tefsir huquq normalarinin tetbiqinin en vacib elementlerinden biridir Tefsirin usullari Tefsirin usullari huquq normalarinin mahiyyetinin izah edilmesi prosesinde istifade edilen xususi usul qayda ve metodlarin mecmusudur dilcilik lingvistik filologiya qrammatik huquq normasinin eks olundugu cumledeki sozlerin mahiyyetinin askar edilmesine sozlerin qrammatik bagliligi esasinda neticenin elde edilmesine yonelmisdir funskional huquq normasinin fealiyyet gosterdiyi seraitin sertlerin esas goturulmesi ile mahiyyetinin izah edilmesine yonelmisdir tarixi huquq normasinin qebul edilmesi tarixini oyrenmekle onun qebul edildiyi seraitin ve qebul edilmesi meqsedlerinin esas goturulmesi ile mahiyyetinin izah edilmesine yonelmisdir sistematik huquq normasinin diger huquq normalari ile qarsiliqli elaqesi seraitinde mahiyyetinin izah edilmesidir Tefsirin novleri Tefsirin neticelerinin huquqi quvvesi nezere alinmaqla iki novu var Resmi tefsir selahiyyetli dovlet orqanlari ve vezifeli sexsler terefinden edilen tefsir Resmi tefsirin asagidaki novleri var autentik huquq normasini qebul eden orqan terefinden tefsir edilmesi leqal huquq normasini qebul etmese de huquq normalarinin tesfiri qanunvericilikle hevale edilmis orqanlar terefinden edilen tefsir normativ mueyyen nov isler uzre huquq normasinin tetbiqi zamani istifade edilen tefsir kazual konkret huquqi islerin baxilmasi ucun edilen tefsir Qeyri resmi tefsir konkret sexsler ve ya teskilatlar terefinden meslehet xarakteri ile edilen informasiya xarakteri dasiyan tefsir Qeyri resmi tefsirin asagidaki novleri var Adi sexsin ozu terefinden edilen tefsir Xususi huquqi huquqsunaslar vekil ve s terefinden edilen tefsir Doktrinal huquqsunas alimler ve elmi muessiseler terefinden edilen tefsir Huquq sistemiHuquq sistemi huquq norma institutlarini huquq sahelerini ozunde birlesdiren vahid sistemdir Huquq sistemi ozunde uc esas elementi birlesdirir 1 Huquq sahesi konkret sahe uzre ictimai munasibetleri tenzimleyen huquq normalarini ozunde cemlesdirir Meselen Mulki huquq Emek huququ Ekologiya huququ ve s Huququn konkret saheye bolunmesi iki meyar esasina heyata kecirilir huquqi tenzimleme predmeti ve metod Huquqi tenzimleme predmetini ictimai munasibetler metodu ise tenzimleme zamani istifade eden usul ve vasiteler teskil edir Esasen iki metod ferqlendirilir imperativ ve dispozitiv Dispozitiv metodda subyekt ucun davranis qaydasi mueyyen edilse de diger hereket imkanlari da taninir Bu metod mulki emek aile huququna aiddir Imperativ metodda ise subyektin davranisi deqiq tenzimlenir Eger subyekt buna emel etmirse sanksiya tetbiq edilmesi nezerde tutulur Bu metod cinayet huququ ucun xarakterikdir 2 Huquq institutu eyni nov ictimai munasibetleri tenzimleyen huquq normalarini ozunde birlesdirir Huquq institutu huquq sahesinin bir hissesidir Bir qayda olaraq her bir huquq sahesi ozunde bir nece huquq institutunu birlesdirir Meselen Mulki huquq sahesinin huquq institutlarina aiddir muelliflik menzil patent huququ ve s 3 Huquq normasi umumi xarakter dasiyan resmilesdirilmis davranis qaydalarini mueyyen eden dovlet terefinden qeyde alinmaqla taninan zeruri olduqda icrasi dovlet mecburiyyet tedbirleri ile temin edilen ictimai munasibetlerin istirakcilarinin huquq ve vezifelerini mueyyen eden qaydalalardir Huququn saheler uzre bolgusuTenzimleme predmetine esasen Maddi huquq maddi huquq normalararini ozunde birlesdirir Esasen ictimai munasibetlerin tenzimlenmesine yonelmisdir Mulki cinayet aile huququ ve s Prosessual huquq sahesi huquq ve vezifelerinin heyata kecirilmesi ile bagli qaydani proseduru tenzimleyir Bura cinayet prosessual mulki prosessual ve s huquq saheleri aiddir Tenzimleme predmetine ve tenzimlediyi munasibetlerin xarakterine gore Umumi huquq esasen dovlet ve cemiyyetin umumi maraqlarindan ireli gelen munasibetleri tenzimleyir Bura dovlet inzibati cinayet maliyye ve s huquq saheleri aiddir Xususi huquq mueyyen subyektlerin maraqlarindan ireli gelen munasibetlerin tenzimlenmesine yonelmisdir Bura mulki aile ticaret huququ ve s aiddir Tetbiq edilme sahesine esasen milli huquq konkret dovlet daxilinde huquq munasibetlerinin tenzimlenmesine yonelmisdir beynelxalq huquq esasen dovletlerarasi munasibetlerin tenzimlenmesine yonelmisdir XX esrin ortalarindan baslayaraq beynelxalq huquq normalari dovletdaxili munasibetleri tenzimleyen normalari da ozunde eks etdirir Ekser dunya dovletleri beynelxalq huquq normalarini qebul ederek qanunvericilik sistemine daxil edirler Huququn saheleri Muasir huquq sisteminde huququn elmlerinin tesnifati Nezeri tarixi huquq elmleri Dovlet ve huquq nezeriyyesi Dovlet ve huquq tarixi Siyasi ve huquqi telimler tarixiSahevi huquq elmleri Konstitusiya dovlet huququ Mulki huquq Mulki prosessual huquq Cinayet huququ Cinayet prosessual huquq Aile huququ Vergi huququ Maliyye huququ Aqrar huquq Menzil huququ Inzibati huquq Inzibati prosessual huquq Belediyye huququ Neqliyyat huququ Beynelxalq umumi ve xususi huquq Emek huququ Ekologiya huququ Kommersiya huququ Insan huquqlari huququ Ceza icra huququ Icra huququ Deniz huququ Secki huququ Mulki mudafie huququ Politologiya huququ Parlament huququ Usaq huququXususi huquq elmleri Kriminalistika Kriminologiya Mehkeme tebabeti Mehkeme ekspertizasiDunya huquq sistemleriFransiz alimi Rene David huquq edebiyyatinda asagidaki huquq sistemlerini ferqlendirmisdir Roman German huquq sistemi Kontinental Avropada yayilmisdir Roma huququ esasinda formalasmisdir Bu huquq sisteminde huququn esas menbeyini normativ huquq akt teskil edir Azerbaycan Respublikasinin huquq sistemi de Roman German huquq sistemine aiddir Anqlo sakson huquq sistemi Bu sistem Boyuk Britaniya Kanada ABS Yamayka Avstraliyada yayilmisdir Esasini Ingilterenin huquq sistemi teskil edir Anqlo sakson huquq sisteminin esasini mehkeme presedenti teskil edir Dini huquq sistemleri Bu huquq sisteminin esasini dini kitablarin ve dini telimlerin mueyyen etdiyi normalar teskil edir Bura islam huququ seriet ve iuadizm huququ qalaxa aiddir IstinadlarHans Kelsen General Theory of Law and State 1999 p 143Xarici kecidlerwww e qanun az Azerbaycan Respublikasi Normativ huquqi aktlarin vahid internet elektron bazasi