Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycanda teatr sənəti — Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biridir.
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Tarixi
Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Azərbaycanda Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu.
Əvvəllər müxtəlif qruplar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923–1933) və Məşədi Əzizbəyovun (1933–1991) adlarını daşımışdır.
Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M. F. Axundovun, N. Vəzirovun, M. S. Ordubadinin, Q. Zakirin, M. Ə. Sabirin, C. Məmmədquluzadənin, M. P. Vaqifin, M. V. Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.
Təbriz Azərbaycan teatrı
Cənubi Azərbaycanda ilk teatr nümunələrinin yaranması Bakı mühitində fəaliyyət göstərən sənətçilərlə sıx bağlı olub. Ilk belə əsərlərin tarixi 1905–1911-ci illərə, İran inqilabı dövrünə təsadüf edir. Azərbaycan teatrının fəaliyyət tarixinin ilkin mərhələlərində, iyirminci əsrin əvvəllərindən başlayaraq Bakıdan və Tiflisdən İranın müxtəlif şəhərlərinə teatr dəstələri qastrola gedirdilər.
Bu qastrol səfərlərini təmsil edənlər, Bakıdan Sidqi Ruhulla, Mirzağa Əliyev, Cəlil Bağdadbəyov, Abbasmirzə Şərifzadə, Tiflisdən Mirzəli Abbasov, , İbrahim İsfahanlı, , Mustafa Mərdanov, müəyyən dəstələrlə, ayrı-ayrı illərdə dəfələrlə Tehranda, Təbrizdə, Rəştdə, Ənzəlidə, Qəzvində, Xoyda, Makuda, Urmuda, Culfada, Ərdəbildə, Salmasda, yerli həvəskarları da cəlb etməklə Azərbaycan dilində tamaşalar oynayırdılar.
Təbriz teatrının yaranma tarixi də təxminən o dövrlərə təsadüf edir. Təbriz şəhərində teatr həvəskarlarından Mehdi xan Şəfizadə və Həsən Çörəkçi, doktor Rəhim xan, Ələkbər Bəradərən, Ələsgər xan və Ələkbər xan başda olmaqla on iki nəfər "Xəyanət" adlı tamaşa hazırlayıblar və bu tamaşa 1908-ci ildə göstərilib.
1909-cu ildə böyük teatr sənətçisi Sidqi Ruhulla Təbrizə qastrola gəlib və yerli ziyalılarla birlikdə bir neçə tamaşa hazırlayıb. Onların hazırlayıb tamaşaçılara təqdim etdikləri ilk tamaşa Hüseynqulu Sarabskinin "Cəhalət" əsəri olub. Bu tamaşa fransız katoliklərinin klubunda göstərilib.
Bundan sonra nümayiş etdirilən ikinci tamaşa isə Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsi olub və "Bağ-meşə qapısı" adlanan məhəllədə yan-yana sıralanmış dükanların üstündəki böyük otaqda oynanılıb. O səfərdə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Jan Batist Molyerin "Zorən təbib" əsərləri də göstərilib. Bu qastrollar öz nəticəsini verib. Təbrizdə yerli ziyalılar teatr sənətinə daha böyük maraq göstəriblər.
1910–1919-cu illər ərzində ayrı-ayrı sənətkarlar tərəfindən İrana təşkil olunan qastrollarda daha çox Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun faciə və komediyaları, Sultanməcid Qənizadənin, Mirmahmud Kazımovskinin, Hüseynqulu Sarabskinin kiçik həcmli ibrətamiz məzhəkələri, Üzeyir bəy Hacıbəyovun, Zülfüqar bəy Hacıbəyovun opera və operettaları və s. oynanılıb.
1920-ci ildə Sidqi Ruhulla, M. Şəfizadə, M. R. Vaizzadə və başqalarının təşəbbüsü ilə Təbrizdə ilk teatr binası — "Xeyriyyə teatrı" tikilir. Orada yaşayan Azərbaycan türklərinin təşəbbüsü ilə Təbriz, Urmiya və Xoy şəhərlərində Ü. Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu.
Təbrizdə "Azərbaycan" cəmiyyətinin teatr truppası
1930-cu ildə Bakı və Tiflis teatrlarında, dövlət teatrlarında rejissorluq və aktyorluq etmiş Mirseyfəddin Kirmanşahlı Irana gələrək üç il ərzində Tehranda və Təbrizdə müxtəlif teatr dəstələrində rejissorluq edib. Təbriz teatrında peşəkarlıq səviyyəsinin formalaşmasında onun da xüsusi əməyi var. Rza Quluzadə Şərqli və Rza Vaizzadənin də bu teatrın inkişafında böyük xidmətləri olmuşdur. Teatr dəstələrində Şərqlinin "Mirzə Rza kirmani", "Cinayət", "Börkün bəlası", "Quqquluqu", "Dəlilər yurdu", "Pul, yoxsa xəyanət" ("Xəyanət və vəfa"), Rza Vaizzadənin "Cəhalət qurbanı", "Tükənməz xəzinə", Mirzə Cabbar Əsgərzadənin "Noi bəşər", "Çadramın mühəssənatı", "Müəllimlər həyatı", Abdulla Fərivərin "Bəhram Çubinə", Hilal Nasirinin "Mirzə Tağıxan Əmir Kəbir" pyesləri tamaşaya hazırlanıb.
Teatrşünas İlham Rəhimlinin Azərbaycan Teatr Tarixi kitabından: "1941-ci ildə Təbrizdə "Azərbaycan" cəmiyyəti yaranıb və teatr truppası da təsis edilib. Truppanın tamaşaçılara təqdim etdiyi ilk tamaşa Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsi olub. İranda ezamiyyətdə olan rejissor Şəmsi Bədəlbəyli truppa ilə sıx yaradıcılıq əlaqəsi saxlayıb, burada bir neçə əsərə səhnə quruluşu verib. Azərbaycan Dövlət Opera və Balet Teatrı 1941-ci il oktyabr ayının əvvəllərindən dekabra qədər Təbrizdə qastrol səfərində olub. Teatrın maraqlı repertuarla çıxışı şəhərin teatr həyatında möhtəşəm canlanma yaradıb. Az sonra ziyalıların cəm olduqları "Azərbaycan cəmiyyəti"nin təşəbbüsü ilə Təbrizdə "Azərbaycan aktyorları heyəti" yaradılıb. Təbrizdə çıxan "Azərbaycan" qəzeti teatr prosesini canlandırmaq və pərakəndə qüvvələri cəmləşdirmək məqsədilə 11 nəfərdən ibarət müdiriyyət heyəti təyin edib. Teatr sənətinə təzə gələn həvəskar aktyorları seçmək üçün içə 9 nəfərdən ibarət komissiya fəaliyyətə başlayıb.
1940–1946-cı illərdə Tehran şəhərində azərbaycanlı teatr fədailəri "Fərhəng-e sinema", "Honər", "Şiri Xurşid" teatr binalarında tamaşalar oynayıblar. Repertuarda Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Üzeyir bəy Hacıbəyovun bütün operettaları və əksər operaları, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun kiçik həcmli məzhəkələri əsas yer tutub…".
Azərbaycan Dövlət Dram Teatrı … 12 dekabr 1945-ci ildə Cənubi Azərbaycanda Azərbaycan Milli Hökuməti yaradılıb. "Milli hökumət zamanında Təbriz Azərbaycan Dövlət Dram Teatrı yaradılıb və bu teatrın truppasının əsasını müxtəlif truppaların həvəskar aktyorları təşkil ediblər. 8 mart 1946-cı ildə teatrın təntənəli açılışı olub və Cəlil Məmmədquluzadənin "Anamın kitabı" dramının tamaşası göstərilib. Təbrizdən sonra 1946-cı ildə Urmiyada da Dövlət Teatrı açılıb. Sərabda, Əhərdə, Astarada, Qara Ziaəddində, Ələmdarda, Miyanada, Herisdə, Binabda, Şəbüstərdə, Zəncanda, Marağada, Xoyda dram dərnəkləri fəaliyyətə başlayıb"
1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan və Milli Hökumətin süqutundan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yalnız qısa bir müddət ərzində (1948–1949) Tehranın "Ziba" teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir. 1970-ci ildə Urmuda "Arya" teatrı yaradılıb və qısa müddətdən sonra bu teatr da bağlanıb. 1950-ci illərin sonlarında və 1960-cı illərin birinci yarısında Tehranda azərbaycanlıların "Mad film", "Azər film" kinostudiyaları fəaliyyət göstərib. Orada çalışan azərbaycanlılar müəyyən bayramlarda teatr tamaşaları da göstəriblər. XX əsrin səksəninci illərindən İranın Tehran və Təbriz şəhərlərində Azərbaycan dilində müəyyən teatr tamaşaları göstərilməsinə cəhdlər edilsə də, indiyədək İranda otuz milyondan çox azərbaycanlının doğma dildə bir dövlət teatrı da mövcud deyil…
İstanbul Azərbaycan teatrı
1919-cu ilin 6 martında yazıçı Rəşad Nuri Güntəkin "Böyük məcmuə"də "Azərbaycan teatrı" adlı məqalə dərc edir. Yazıda bildirilir ki, iki aya yaxındır ki, İstanbulda Azərbaycan teatr heyəti fəaliyyət göstərir və tərkibi, əsasən, gənc və peşəkar olmayan aktyorlardan ibarətdir, lakin Rəşad Nuri Dârülbedâyi ni (1914-cü ildə qurulan, hazırda İstanbul Şəhər Teatrı kimi fəaliyyət göstərən qurum) çıxmaqla, bu heyətin son zamanlar şəhərdəki ən yaxşı heyət olduğunu bildirir:
Tiflis Azərbaycan teatrı
XIX əsrdə Qafqazın mədəniyyət mərkəzi sayılırdı Tiflis. 1873-cü ilə dayanan Azərbaycan teatr tarixinin təməli də məhz Tiflisdən başlanır. Əvvəllər Mirzə Fətəli Axundzadənin, indi isə Heydər Əliyevin adını daşıyır. İlk dövlət stutusunu teatr, 1922-ci ildə qazanır. 1921-ci ilin sonlarında Tiflis teatr həvəskarları bir dəstədə birləşərək dövlət statuslu teatr yaratmaq naminə səylə çalışırdılar. Və yalnız bir il sonra bu istəyə nail olunur. Mirzə Fətəli Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti 2 yanvar 1947-ci ilədək sürdü. Müəyyən səbəblərdən dolayı bağlanmış teatrın Gürcüstan dövləti tərəfindən bərpasına isə 51 il sonra, 17 may 1998-ci ildə fərman verildi.
İrəvan Azərbaycan teatrı
Azərbaycanda teatr sənəti bu gün
Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.
Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. Yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilmiş (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin ordenləri (1974) ilə təltif edilmişdir. Teatrın 125 illik tarixində Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Əbülhəsən Anaplı kimi aktyor məktəbi yaradanlardan sonra, böyük aktyor və rejissor nəsli yetişmişdir: SSRİ xalq artistləri Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov (rejissor), Hökümə Qurbanova, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Möhsün Sənani, Rza Təhmasib (aktyor və rejissor), Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kazım Ziya, Məmmədəli Vəlixanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əli Zeynalov, Tofiq Kazımov (rejissor), Ələsgər Şərifov (rejissor), Nəcibə Məlikova, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Rza Əfqanlı.
M. F. Axundovun, N. B. Vəzirovun, Ə. B. Haqverdiyevin, N. . Nərimanovun, C. Cabbarlının, H. Cavidin, S. Rəhmanın, İ. Əfəndiyevin pyesləri ilə pərvəriş tapan AMDT müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Haldoninin, A. Dümanın, V. Hüqonun, H. Hauptmanın, Moris Meterlinkin, Balzakın, Yucin O Nilin, B. Nuşiçin, M. Sebastianın, H. Heynenin, Volterin, A. Ostrovskinin, A. Puşkinin, M. Lermontovun, L. Tolstoyun, N. Qoqolun, A. Çexovun və onlarca bu kimi dramaturqların əsərlərinin repertuarına daxil edib. Əsrimizin əvvəllərində dəstələr halında Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada qastrol səfərlərində olmuş teatr, Dövlət Statusu aldıqdan sonra, Moskvada (1930, 1948, 1959, 1974, 1996), Sankt-Peterburqda (1930), Kazanda (1930), İrəvanda (1926, 1927, 1954, 1957), Tiflisdə (1960, 1984), Daşkənddə (1934, 1951), Aşqabadda (1934), Türkiyədə (1990,1992), Kiprdə (1992), Almaniyada (1992) qastrollarda olub. AMDT-nin 50 (1923), 75 (1948) və 100 (1974) illik yubileyləri təntənə ilə keçirilib. "Şərqin səhəri" (Ə. Məmmədxanlı) tamaşası SSRİ Dövlət mükafatına, "Antoni və Kleopatra" (Şekspir), "Mahnı dağlarda qaldı" (İ. Əfəndiyev), "Şəhərin yay günləri"(Anar) və "İblis" (Cavid) tamaşaları Respublika Dövlət mükafatlarına layiq görülüb.
Azərbaycanda Teatr sənətinin yaranması və inkişafı
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı, "Novruz" "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.
Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.
Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.
Şiəliyi rəsmi dini təriqət kimi müdafiə edən Səfəvilər dövründə (XVI yüzil) xalqın şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bu dövrdən "Şəbih" dini tamaşası geniş yayılmışdı. "Şəbih"lər Azərbaycanda peşəkar teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaratmışdır.
Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Azərbaycan teatrının tarixi M. F. Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H. Zərdabinin təşəbbüsü, N. Vəzirov və Ə. Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.
Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y. Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M. F. Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.
M. F. Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M. F. Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N. Vəzirov, B. Bədəlbəyov, Ə. Vəlibəyov, F. Köçərli, H. Sarıcalinski, Muxtar Muradov, İ. Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M. Sidqi, C. Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E. Sultanov (Naxçıvan), R. Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70–80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H. Mahmudbəyov, S. M. Qənizadə və N. Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888 ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.
1890-cı illərdən başlayaraq, N. Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N. Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.1896-cı ildə H. Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk peşəkar teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların — M. F. Axundov, N. Vəzirov, H. Vəzirov, N. Nərimanov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N. V. Qoqol, İ. S. Turqenev, L. N. Tolstoy) və Qərbi Avropa (V. Şekspir, F. Şiller, H. Heyne, J. B. Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M. F. Axundovun komediyaları ilə yanaşı, N. Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə. Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N. Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.
1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi C. Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi. Bu illərdə Bakının fəhlə rayonlarında tamaşalar göstərən dram dərnəkləri və teatr trppaları ("Balaxanı dram dərnəyi", "Həmiyyət") təşkil edildi. "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində onun bilavasitə təşkilatçısı M. A. Əliyevdən başqa Ə. Rzayev, C. Hacınski və b. var idi. Truppanın üzvləri həm tamaşa hazırlayır, həm də tamaşaçı yığırdılar. Yaxşı bina tutmağa vəsait olmadığından, tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda verilirdi. 1906-cı ildə burada N. Nərimanovun "Nadanlıq" pyesi oynanmışdı. 1905 il inqilabından sonra Bakıda bir sıra "cəmiyyətlər" yaradılmasına icazə verilir, qabaqlar gizli fəaliyyət göstərən cəmiyyətlər açığa çıxırdı. Bunlardan biri də "Nicat" mədəni-maarif cəmiyyəti idi. 1907 ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynadı. 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H. Ərəblinski, S. Ruhulla, Ə. Vəli kimi peşəkar aktyorları birləşdirən vahid dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamşalar verirdi. Ə. Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N. Nərimanovun "Nadir şah", N. Vəzirovun "Pəhləvanani-zamanə", Ş. Saminin "Qaveyi ahəngar", F. Şillerin "Qaçaqlar", N. Neynenin "Əlmənsur", V. Şekspirin "Otello", J. B. Molyerin "Zorən təbib", N. V. Qoqolun "Müfəttiş", "Evlənmə", L. N. Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu.
1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Ancaq "Nicat"ın aktyorları tədricən "Səfa"ya keçirdilər. Cəmiyyətin işində D. Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan C. Zeynalov, A. M. Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H. Ərəblinski, M. A. Əliyev, S. Ruhulla, H. Sarabski və b. vaxtaşırı dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməkdən başqa, teatın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. 191-ci ildə truppa C. Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M. F. Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N. Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər "Nicat", istərsə də "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera — Ü. Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan peşəkar musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü. Hacıbəyovun 1908–1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z. Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M. Maqomayev ("Şah İsmayıl"), M. M. Kazımovski ("Vurhavur" musiqili komediyası), M. C. Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu. Musiqili tamaşalarda H. Sarabski, M. Məmmədov (Bülbül), H. Hacıbababəyov, H. Terequlov, M. Bağırov, Ə. Ağdamski kimi opera müğənniləri ilə yanaşı, əsasən dram aktyorları H. Ərəblinski (rej. kimi) Ə. Hüseynzadə, H. Abbasov, A. və Y. Olenskayalar, R. Darablı, Ə. Anaplı və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü aparılmamış, truppaların repertuarına həm dram, həm də musiqili əsərlər daxil edilmişdi (1910 illərdə musiqili tamaşalar üstünlük təşkil edirdi).
1916-cı ildə C. Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A. M. Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z. Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.
Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.
Mənbə
- Azərbaycan teatr tarixi haqqda
- İlham Rəhimli. Azərbaycan teatr tarixi (dərslik). Bakı, Çaşıoqlu, 2004.
- İlham Rəhimli. Üç əsrin yüz otuz ili (Akademik Milli Dram Teatrı bu gün). Bakı, "QAPP-Poliqraf", 2003.
- İlham Rəhimli. Akademik Milli Dram Teatrı. 3 cilddə. Bakı, "Təhsil", 2013.
- İlham Rəhimli. Azərbaycan Dövlət Opera və Balet Teatrı. Bakı, "Nağıl evi", 2008.
- İlham Rəhimli. Azərbaycan Dövlət Musiqili Teatrı. Bakı, "Aspoliqraf", 2013.
- İlham Rəhimli. Tiflis Azərbaycan teatrı. Bakı, "Xəzər", 2006.
- İlham Rəhimli. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Bakı, "E. L.", 2007.
- İlham Rəhimli. Təbriz Azərbaycan Teatrı. Bakı,"Çaşıoğlu", 2005.
- İlham Rəhimli. Bakı Türk İşçi Teatrı. Bakı, "Elm", 2004.
- İlham Rəhimli. Xalq oyun-tamaşaları. Bakı, "Qapp-Poliqraf", 2002,
- İlham Rəhimli. Azərbaycan Dövlət Kukla Teatrı. Bakı, "Nağıl evi", 2002.
- lham Rəhimli. Azərbaycan milli teatrının poetikası. Bakı, "Qapp-Poliqraf", 2002.
- lham Rəhimli. Aşqabad Dövlət Azərbaycan Teatrı. Bakı, "Qapp-Poliqraf", 2002.
- Aydın Talıbzadə. Şərq teatr tarixi (ali məktəblər üçün dərslik). Bakı, 2008.
Həmçinin bax
Xarici keçidlər
- Teatr və teatr fəaliyyəti haqqında
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Azerbaycanda teatr seneti Azerbaycan edebiyyati ile six bagli olan senet novlerinden biridir Azerbaycanda teatr senetinin kokleri xalqin fealiyyeti meiseti senlik ve toy eneneleri hemcinin dunyagorusu ile baglidir Merasim ayin ve oyunlardaki tamasa elementleri musteqil xalq teatrinin yaranmasinda muhum rol oynamisdir Azerbaycan xalq teatri realist ozellik dasimis ve emekci tebeqelerle bagli olmusdur Xalq teatrinin repertuarini mueyyen etik mezmunlu kicik tamasalar farslar teskil etmisdir Azerbaycan pesekar teatrinin tesekkulunde xalq teatri ehemiyyetli rol oynamisdir TarixiKokleri qedim zamanlara gedib cixan teatr senetinin tarixi Azerbaycanda Mirze Feteli Axundovun 1873 cu ilin mart ve aprel aylarinda Bakida sehneye qoyulan Lenkeran xaninin veziri ve Haci Qara tamasalarindan baslanir Bununla pesekar Milli teatrimizin basqa sozle Akademik Milli Dram teatrinin AMDT bunovresi qoyuldu Evveller muxtelif qruplar seklinde Nicat Sefa Hemiyyet medeni maarif cemiyyetleri nezdindeki teatr destelerinde hemcinin Muselman Dram Artistleri Ittifaqi Hacibeyov qardaslari mudiriyyeti seklinde tamasalar veren teatr 1919 cu ilden bu gunedek Dovlet Teatri statusu ile fealiyyet gosterir Teatrin adi muxtelif illerde Hokumet teatrosu Birlesmis Dovlet Teatrosu Azerbaycan Turk Dram Teatrosu ve s adlandirilmis Dadas Bunyadzadenin 1923 1933 ve Mesedi Ezizbeyovun 1933 1991 adlarini dasimisdir Klassiklerimizin ve muasirlerimizin yaratdiqlari edebi eserler dunya medeniyyeti xezinesinde ozunemexsus serefli yer tutur M F Axundovun N Vezirovun M S Ordubadinin Q Zakirin M E Sabirin C Memmedquluzadenin M P Vaqifin M V Vidadinin ve bir cox basqa sair ve yazicilarimizin yaratdigi eserler indi de oz yuksek bedii estetik ehemiyyetini itirmemisdir Tebriz Azerbaycan teatri Cenubi Azerbaycanda ilk teatr numunelerinin yaranmasi Baki muhitinde fealiyyet gosteren senetcilerle six bagli olub Ilk bele eserlerin tarixi 1905 1911 ci illere Iran inqilabi dovrune tesaduf edir Azerbaycan teatrinin fealiyyet tarixinin ilkin merhelelerinde iyirminci esrin evvellerinden baslayaraq Bakidan ve Tiflisden Iranin muxtelif seherlerine teatr desteleri qastrola gedirdiler Bu qastrol seferlerini temsil edenler Bakidan Sidqi Ruhulla Mirzaga Eliyev Celil Bagdadbeyov Abbasmirze Serifzade Tiflisden Mirzeli Abbasov Ibrahim Isfahanli Mustafa Merdanov mueyyen destelerle ayri ayri illerde defelerle Tehranda Tebrizde Restde Enzelide Qezvinde Xoyda Makuda Urmuda Culfada Erdebilde Salmasda yerli heveskarlari da celb etmekle Azerbaycan dilinde tamasalar oynayirdilar Tebriz teatrinin yaranma tarixi de texminen o dovrlere tesaduf edir Tebriz seherinde teatr heveskarlarindan Mehdi xan Sefizade ve Hesen Corekci doktor Rehim xan Elekber Beraderen Elesger xan ve Elekber xan basda olmaqla on iki nefer Xeyanet adli tamasa hazirlayiblar ve bu tamasa 1908 ci ilde gosterilib 1909 cu ilde boyuk teatr senetcisi Sidqi Ruhulla Tebrize qastrola gelib ve yerli ziyalilarla birlikde bir nece tamasa hazirlayib Onlarin hazirlayib tamasacilara teqdim etdikleri ilk tamasa Huseynqulu Sarabskinin Cehalet eseri olub Bu tamasa fransiz katoliklerinin klubunda gosterilib Bundan sonra numayis etdirilen ikinci tamasa ise Ebdurrehim bey Haqverdiyevin Dagilan tifaq faciesi olub ve Bag mese qapisi adlanan mehellede yan yana siralanmis dukanlarin ustundeki boyuk otaqda oynanilib O seferde Ebdurrehim bey Haqverdiyevin Bextsiz cavan Jan Batist Molyerin Zoren tebib eserleri de gosterilib Bu qastrollar oz neticesini verib Tebrizde yerli ziyalilar teatr senetine daha boyuk maraq gosteribler 1910 1919 cu iller erzinde ayri ayri senetkarlar terefinden Irana teskil olunan qastrollarda daha cox Mirze Feteli Axundzadenin Necef bey Vezirovun Ebdurrehim bey Haqverdiyevin Neriman Nerimanovun facie ve komediyalari Sultanmecid Qenizadenin Mirmahmud Kazimovskinin Huseynqulu Sarabskinin kicik hecmli ibretamiz mezhekeleri Uzeyir bey Hacibeyovun Zulfuqar bey Hacibeyovun opera ve operettalari ve s oynanilib 1920 ci ilde Sidqi Ruhulla M Sefizade M R Vaizzade ve basqalarinin tesebbusu ile Tebrizde ilk teatr binasi Xeyriyye teatri tikilir Orada yasayan Azerbaycan turklerinin tesebbusu ile Tebriz Urmiya ve Xoy seherlerinde U Hacibeylinin meshur komediyalari tamasaya qoyulmusdu Tebrizde Azerbaycan cemiyyetinin teatr truppasi 1930 cu ilde Baki ve Tiflis teatrlarinda dovlet teatrlarinda rejissorluq ve aktyorluq etmis Mirseyfeddin Kirmansahli Irana gelerek uc il erzinde Tehranda ve Tebrizde muxtelif teatr destelerinde rejissorluq edib Tebriz teatrinda pesekarliq seviyyesinin formalasmasinda onun da xususi emeyi var Rza Quluzade Serqli ve Rza Vaizzadenin de bu teatrin inkisafinda boyuk xidmetleri olmusdur Teatr destelerinde Serqlinin Mirze Rza kirmani Cinayet Borkun belasi Quqquluqu Deliler yurdu Pul yoxsa xeyanet Xeyanet ve vefa Rza Vaizzadenin Cehalet qurbani Tukenmez xezine Mirze Cabbar Esgerzadenin Noi beser Cadramin muhessenati Muellimler heyati Abdulla Feriverin Behram Cubine Hilal Nasirinin Mirze Tagixan Emir Kebir pyesleri tamasaya hazirlanib Teatrsunas Ilham Rehimlinin Azerbaycan Teatr Tarixi kitabindan 1941 ci ilde Tebrizde Azerbaycan cemiyyeti yaranib ve teatr truppasi da tesis edilib Truppanin tamasacilara teqdim etdiyi ilk tamasa Ebdurrehim bey Haqverdiyevin Bextsiz cavan faciesi olub Iranda ezamiyyetde olan rejissor Semsi Bedelbeyli truppa ile six yaradiciliq elaqesi saxlayib burada bir nece esere sehne qurulusu verib Azerbaycan Dovlet Opera ve Balet Teatri 1941 ci il oktyabr ayinin evvellerinden dekabra qeder Tebrizde qastrol seferinde olub Teatrin maraqli repertuarla cixisi seherin teatr heyatinda mohtesem canlanma yaradib Az sonra ziyalilarin cem olduqlari Azerbaycan cemiyyeti nin tesebbusu ile Tebrizde Azerbaycan aktyorlari heyeti yaradilib Tebrizde cixan Azerbaycan qezeti teatr prosesini canlandirmaq ve perakende quvveleri cemlesdirmek meqsedile 11 neferden ibaret mudiriyyet heyeti teyin edib Teatr senetine teze gelen heveskar aktyorlari secmek ucun ice 9 neferden ibaret komissiya fealiyyete baslayib 1940 1946 ci illerde Tehran seherinde azerbaycanli teatr fedaileri Ferheng e sinema Honer Siri Xursid teatr binalarinda tamasalar oynayiblar Repertuarda Mirze Feteli Axundzadenin Lenkeran xaninin veziri Xirs quldurbasan Uzeyir bey Hacibeyovun butun operettalari ve ekser operalari Ebdurrehim bey Haqverdiyevin Necef bey Vezirovun kicik hecmli mezhekeleri esas yer tutub Azerbaycan Dovlet Dram Teatri 12 dekabr 1945 ci ilde Cenubi Azerbaycanda Azerbaycan Milli Hokumeti yaradilib Milli hokumet zamaninda Tebriz Azerbaycan Dovlet Dram Teatri yaradilib ve bu teatrin truppasinin esasini muxtelif truppalarin heveskar aktyorlari teskil edibler 8 mart 1946 ci ilde teatrin tenteneli acilisi olub ve Celil Memmedquluzadenin Anamin kitabi draminin tamasasi gosterilib Tebrizden sonra 1946 ci ilde Urmiyada da Dovlet Teatri acilib Serabda Eherde Astarada Qara Ziaeddinde Elemdarda Miyanada Herisde Binabda Sebusterde Zencanda Maragada Xoyda dram dernekleri fealiyyete baslayib 1946 ci ilin dekabrinda olkede milli azadliq herekatina divan tutulduqdan ve Milli Hokumetin suqutundan sonra Azerbaycan Dovlet Teatri da baglandi Yalniz qisa bir muddet erzinde 1948 1949 Tehranin Ziba teatr salonunda azerbaycanli incesenet xadimleri terefinden turk dilinde bir sira tamasa ve konsertler verilmisdir Hemin tedbirlerin teskiline ve gosterilmesine meshur ziyali alim yazici Genceli Sabahinin qardasi Semed Sebahi de basciliq etmisdir 1970 ci ilde Urmuda Arya teatri yaradilib ve qisa muddetden sonra bu teatr da baglanib 1950 ci illerin sonlarinda ve 1960 ci illerin birinci yarisinda Tehranda azerbaycanlilarin Mad film Azer film kinostudiyalari fealiyyet gosterib Orada calisan azerbaycanlilar mueyyen bayramlarda teatr tamasalari da gosteribler XX esrin sekseninci illerinden Iranin Tehran ve Tebriz seherlerinde Azerbaycan dilinde mueyyen teatr tamasalari gosterilmesine cehdler edilse de indiyedek Iranda otuz milyondan cox azerbaycanlinin dogma dilde bir dovlet teatri da movcud deyil Istanbul Azerbaycan teatri 1919 cu ilin 6 martinda yazici Resad Nuri Guntekin Boyuk mecmue de Azerbaycan teatri adli meqale derc edir Yazida bildirilir ki iki aya yaxindir ki Istanbulda Azerbaycan teatr heyeti fealiyyet gosterir ve terkibi esasen genc ve pesekar olmayan aktyorlardan ibaretdir lakin Resad Nuri Darulbedayi ni 1914 cu ilde qurulan hazirda Istanbul Seher Teatri kimi fealiyyet gosteren qurum cixmaqla bu heyetin son zamanlar seherdeki en yaxsi heyet oldugunu bildirir Tiflis Azerbaycan teatri Esas meqale Tbilisi Azerbaycan Teatri XIX esrde Qafqazin medeniyyet merkezi sayilirdi Tiflis 1873 cu ile dayanan Azerbaycan teatr tarixinin temeli de mehz Tiflisden baslanir Evveller Mirze Feteli Axundzadenin indi ise Heyder Eliyevin adini dasiyir Ilk dovlet stutusunu teatr 1922 ci ilde qazanir 1921 ci ilin sonlarinda Tiflis teatr heveskarlari bir destede birleserek dovlet statuslu teatr yaratmaq namine seyle calisirdilar Ve yalniz bir il sonra bu isteye nail olunur Mirze Feteli Axundov adina Tiflis Dovlet Azerbaycan Dram Teatrinin fealiyyeti 2 yanvar 1947 ci iledek surdu Mueyyen sebeblerden dolayi baglanmis teatrin Gurcustan dovleti terefinden berpasina ise 51 il sonra 17 may 1998 ci ilde ferman verildi Irevan Azerbaycan teatriAzerbaycanda teatr seneti bu gunHebib bey Mahmudbeyovun rehberlik etdiyi teatr icmasi 1888 Murekkeb inkisaf yolu kecmis Azerbaycan teatrinin repertuari bu gun daha genislenib Tamasacilarin zovqunu oxsayan muxtelif tamasalari bu gun Azerbaycanda fealiyyet gosteren Akademik Milli Dram Teatrinda Belediyye teatrinda Pantomim teatrinda Genc tamasacilar teatrinda ve diger teatrlarda seyr etmek mumkundur Senet ocagi 1991 ci ilden Akademik Milli Dram Teatri adlanir Yuksek nailiyyetlerine gore teatra Akademik adi verilmis 1959 Qirmizi Emek Bayragi 1948 ve Lenin ordenleri 1974 ile teltif edilmisdir Teatrin 125 illik tarixinde Ebulfet Veli Mehemmed bey Elvendi Huseyn Ereblinski Cahangir Zeynalov Ebulhesen Anapli kimi aktyor mektebi yaradanlardan sonra boyuk aktyor ve rejissor nesli yetismisdir SSRI xalq artistleri Mirzaga Eliyev Sidqi Ruhulla Merziyye Davudova Elesger Elekberov Adil Isgenderov rejissor Hokume Qurbanova Ismayil Dagistanli Ismayil Osmanli Mohsun Senani Rza Tehmasib aktyor ve rejissor Ejder Sultanov Sona Haciyeva Fatma Qedri Barat Sekinskaya Leyla Bedirbeyli Kazim Ziya Memmedeli Velixanli Eliaga Agayev Melik Dadasov Eli Zeynalov Tofiq Kazimov rejissor Elesger Serifov rejissor Necibe Melikova Hesenaga Salayev Memmedrza Seyxzamanov Rza Efqanli Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatri M F Axundovun N B Vezirovun E B Haqverdiyevin N Nerimanovun C Cabbarlinin H Cavidin S Rehmanin I Efendiyevin pyesleri ile perveris tapan AMDT muxtelif illerde dunya klassiklerinden Sekspirin Sillerin Molyerin Lope de Veqanin Karlo Haldoninin A Dumanin V Huqonun H Hauptmanin Moris Meterlinkin Balzakin Yucin O Nilin B Nusicin M Sebastianin H Heynenin Volterin A Ostrovskinin A Puskinin M Lermontovun L Tolstoyun N Qoqolun A Cexovun ve onlarca bu kimi dramaturqlarin eserlerinin repertuarina daxil edib Esrimizin evvellerinde desteler halinda Turkiyede Iranda Volqaboyu seherlerde Orta Asiyada qastrol seferlerinde olmus teatr Dovlet Statusu aldiqdan sonra Moskvada 1930 1948 1959 1974 1996 Sankt Peterburqda 1930 Kazanda 1930 Irevanda 1926 1927 1954 1957 Tiflisde 1960 1984 Daskendde 1934 1951 Asqabadda 1934 Turkiyede 1990 1992 Kiprde 1992 Almaniyada 1992 qastrollarda olub AMDT nin 50 1923 75 1948 ve 100 1974 illik yubileyleri tentene ile kecirilib Serqin seheri E Memmedxanli tamasasi SSRI Dovlet mukafatina Antoni ve Kleopatra Sekspir Mahni daglarda qaldi I Efendiyev Seherin yay gunleri Anar ve Iblis Cavid tamasalari Respublika Dovlet mukafatlarina layiq gorulub Azerbaycanda Teatr senetinin yaranmasi ve inkisafiAzerbaycanda teatr senetinin kokleri xalqin fealiyyeti meiseti senlik ve toy eneneleri hemcinin dunyagorusu ile baglidir Qedim tarixe malik Sayaci Novruz Gevsec kimi merasimlerde xor reqs ve dialoqla yanasi dramatik sujete herekete bezen ise bedii surete de rast gelinir Novruz merasiminin muhum epizodunu teskil eden Kosa kosa oyunu esl teatr orneyidir Burada ardicil sujet dramatik hereket hemcinin xususi paltar geyinen maska taxan aktyor vardir Bir nece gun davam eden toy merasimlerinde ifa olunan Xan xan Mutriblerin reqsi Gelinle qayinananin deyismesi ve s epizodlar burada oyun ve tamasa unsurlerinin musteqil ehemiyyet kesb etdiyini gosterir Ozan asiq meclislerinde Zorxana sehnelerinde kendirbazlarin cixislarinda habele qedimde el arasinda genis yayilan Yug merasiminde de meydan teatri unsurleri guclu olmusdur Merasim ayin ve oyunlardaki tamasa elementleri musteqil xalq teatrinin yaranmasinda muhum rol oynamisdir Uzaq zamanlardan beri xalq arasinda genis yayilmis Kosa kosa Qaravelli meydan teatri formalarindan biri Kilimarasi Sah Selim kukla tamasalari ve s Azerbaycanda xalq teatrinin musteqil tarixe malik oldugunu gosterir Bu tamasa bicimlerinden bir qismi sabit sujet uzerinde quruldugundan oyun xarakteri dasidigi halda basqa qismi xirda mezhekelerden ibaret repertuara malik olub Azerbaycan xalq teatrinin daha yetkin merhelesini teskil edirdi Azerbaycan xalq teatri realist ozellik dasimis ve emekci tebeqelerle bagli olmusdur Xalq teatrinin repertuarini mueyyen etik mezmunlu kicik tamasalar farslar teskil etmisdir Kosa gelin Tapdiq coban Tenbel qardas ucperdeli komediya ve s tamasalar el arasinda meshur olmusdur Bu tamasalarda esasen kendin teserrufat ve meiset heyati eksini tapmisdir Nikbinlik onlarin baslica xususiyyetidir Hemin tamasalarda gulus bezen ciddilesib aci kinaye satiraya cevrilerek adamlarin emek meiset ve psixologiyasindaki qusurlari qamcilayirdi Sieliyi resmi dini teriqet kimi mudafie eden Sefeviler dovrunde XVI yuzil xalqin suuruna tesir gostermek ucun muxtelif vasitelere el atmisdir Bu dovrden Sebih dini tamasasi genis yayilmisdi Sebih ler Azerbaycanda pesekar teatrin yaranmasina semereli tesir gostermekle yanasi bir cox senetcilerin sehneye gelmesine mueyyen imkan yaratmisdir Azerbaycan pesekar teatrinin tesekkulunde xalq teatri ehemiyyetli rol oynamisdir Azerbaycan teatrinin tarixi M F Axundovun 1873 cu ilin mart ve aprel aylarinda Bakida sehneye qoyulan Lenkeran xanin veziri ve Haci Qara tamasalarindan baslanir H Zerdabinin tesebbusu N Vezirov ve E Adigozelovun Gorani yaxindan istiraki ile realni mektebin sagirdleri terefinden gosterilen bu ilk heveskar tamasalar milli teatrin yaranmasi ucun qudretli tekan idi Qabaqcil Azerbaycan ziyalilari sonralar Qori seminariyasini bitiren muellimler Susa Naxcivan ve basqa seherlerde teatr tamasalari duzeldir eyni zamanda bu tamasalarda aktyor kimi cixis edirdiler Susada qabaqcil muellim ve ziyali quvveleri Y Melik Haqnezerovun rehberliyi ile yay tetilleri zamani klubda ve Xandemirovun teatrinda muntezem suretde tamasalar teskil edir M F Axundovun komediyalarini Xirs quldurbasan Musyo Jordan ve dervis Mesteli sah oynayirdilar M F Axundovun eserlerinden ibaret tamasalar verildiyi bellidir 1876 ci ilden M F Axundovun komediyalari Tiflisde de oynanilmisdir Azerbaycan dilinde Qabaqcil ziyalilardan bir sira komediya ve vodevillerin muellifi N Vezirov B Bedelbeyov E Velibeyov F Kocerli H Saricalinski Muxtar Muradov I Sefibeyov meshur xanende Cabbar Qaryagdioglu Susa M Sidqi C Memmedquluzadenin qardasi Mirze Elekber dramaturq E Sultanov Naxcivan R Efendiyev Nuxa ve basqalarinin fealiyyeti ozellikle qeyd olunmalidir 70 80 ci illerde Azerbaycanin muxtelif seherlerinde fealiyyet gosteren teatr heveskarlari tedricen Bakidaki teatr xadimleri etrafinda formalasmaga baslayirlar Ona gore de Bakinin teatr heyati 80 ci illerin axirlarina dogru yeniden canlanir ve burada esl menada mueyyen bir teatr kollektivinin yaranmasina sebeb olur 1887 ci ilden etibaren Bakidaki teatr destesine H Mahmudbeyov S M Qenizade ve N Veliyev basciliq edirler Onlar hemin desteni xeyli quvvetlendirerek truppa halina saldilar ve bu truppa 1888 ilden artiq musteqil teatr kollektivi kimi fealiyyete basladi 1890 ci illerden baslayaraq N Nerimanovun Azerbaycan teatrinin ideyaca saglam bir yonde inkisaf etmesinde teatrda sehne realizmi teleblerinin heyata kecirilmesinde boyuk xidmeti olmusdur O teatra xalqin ictimai suurunu yukseltmeyin ve zamanin qabaqcil ideyalarini yaymagin muhum vasitelerinden biri kimi qiymet verir ve teatrdan tribuna kimi istifade edirdi N Nerimanov ziyali gencleri aktyor truppasina devet edir eyni zamanda ozu de bir cox tamasalarda bas rollari oynayirdi 1896 ci ilde H Zerdabi Bakida Birinci muselman dram truppasi adli ilk pesekar teatr kollektivini teskil etdi 1897 ci ilde Bakida ilk defe Artistler ittifaqi yaradildi Inqilaba qederki Azerbaycan teatrinin repertuari milli dramaturqlarin M F Axundov N Vezirov H Vezirov N Nerimanov E Haqverdiyev C Memmedquluzade ve basqalarinin pyeslerinden tertib olunur hemcinin rus N V Qoqol I S Turqenev L N Tolstoy ve Qerbi Avropa V Sekspir F Siller H Heyne J B Molyer klassiklerinin eserleri ile zenginlesdirilirdi Azerbaycan teatri ilk illerden maarifcilik ve demokratik ideyalara sadiq idi M F Axundovun komediyalari ile yanasi N Vezirovun Musibeti Fexredin Yagisdan cixdiq yagmura dusduk E Haqverdiyevin Dagilan tifaq Bextsiz cavan Aga Mehemmed sah Qacar N Nerimanovun Nadanliq Nadir sah pyeslerinde feodal adetler mulkedar kapitalist qurulusunun zulm ve despotizmi cehaletperestlik ifsa olunurdu 1906 ci ilde Bakida Muselman dram artistleri sirketi yaradildi Sirket e meshur teatr xadimi C Zeynalov rehberlik edirdi Teqiblere maddi cetinliklere baxmayaraq Sirket arasi kesilmeden tamasalar verir repertuarini genislendirirdi Bu illerde Bakinin fehle rayonlarinda tamasalar gosteren dram dernekleri ve teatr trppalari Balaxani dram derneyi Hemiyyet teskil edildi Tekamul qezeti yaninda yaradilmis Hemiyyet truppasinin heyetinde onun bilavasite teskilatcisi M A Eliyevden basqa E Rzayev C Hacinski ve b var idi Truppanin uzvleri hem tamasa hazirlayir hem de tamasaci yigirdilar Yaxsi bina tutmaga vesait olmadigindan tamasalar ticaret passajinin Qranvio adli salonunda verilirdi 1906 ci ilde burada N Nerimanovun Nadanliq pyesi oynanmisdi 1905 il inqilabindan sonra Bakida bir sira cemiyyetler yaradilmasina icaze verilir qabaqlar gizli fealiyyet gosteren cemiyyetler aciga cixirdi Bunlardan biri de Nicat medeni maarif cemiyyeti idi 1907 ilde bu cemiyyetin yaninda teatr truppasinin teskil edilmesi hemin dovr teatr heyatinda muhum rol oynadi 1908 ci ilde Nicat cemiyyeti yaninda H Ereblinski S Ruhulla E Veli kimi pesekar aktyorlari birlesdiren vahid dram truppasi yaradildi onun daimi qarderobu rekviziti var idi Truppa heftede bir iki defe Tagiyev teatrinda hem de fehle rayonlarinda tamsalar verirdi E Haqverdiyevin Bextsiz cavan Aga Mehemmed sah Qacar N Nerimanovun Nadir sah N Vezirovun Pehlevanani zamane S Saminin Qaveyi ahengar F Sillerin Qacaqlar N Neynenin Elmensur V Sekspirin Otello J B Molyerin Zoren tebib N V Qoqolun Mufettis Evlenme L N Tolstoyun Evvelinci serabci kimi pyesleri mehz bu dovrde Azerbaycan teatrinin repertuarinda muhum yer tutdu 1910 cu ilde Sefa adli yeni medeni maarif cemiyyeti ve onun yaninda teatr sobesi yaradildi Sefa cemiyyetinin dram truppasi Nicat a nisbeten xeyli zeif idi Ancaq Nicat in aktyorlari tedricen Sefa ya kecirdiler Cemiyyetin isinde D Bunyadzade sair Semed Mensur aktyorlardan C Zeynalov A M Serifzade feal istirak edir teatr tamasalarina Nicat dan H Ereblinski M A Eliyev S Ruhulla H Sarabski ve b vaxtasiri devet olunurdular Sefa cemiyyetinin truppasi tamasa vermekden basqa teatin heyati ile bagli medeni maarif isleri ile de mesgul olurdu 191 ci ilde truppa C Zeynalovun sehne fealiyyetinin 25 illiyini 1911 ci ilde M F Axundovun anadan olmasinin 100 illiyini 1913 cu ilde ise N Vezirovun edebi fealiyyetinin 40 illiyini tentene ile qeyd etmisdi Sefa truppasinin isinde nezeri celb eden cehetlerden biri de onun ister Azerbaycanin seher ve kendlerinde isterse de daha genis dairede Guney Qafqaz Orta Asiya Quzey Qafqaz Iran seherlerinde Hesterxanda Kazanda ve s qastrol tamasalari teskil etmesi idi Umumiyyetle ister Nicat isterse de Sefa cemiyyetleri Azerbaycan teatrinin teskilat ve yaradiciliq baximindan mohkemlendirilmesinde mueyyen rol oynadilar 1908 ci il yanvarin 12 de yeni usulla 25 de Bakida ilk milli opera U Hacibeyovun Leyli ve Mecnun eserinin tamasasi ile Azerbaycan pesekar musiqili teatrinin esasi qoyuldu Musiqili teatrin yarandigi ilk illerde onun repertuarini U Hacibeyovun 1908 1913 cu illerde yaratdigi Leyli ve Mecnun Seyx Senan Rustem ve Zohrab Sah Abbas ve Xursid Banu Esli ve Kerem operalari Er ve arvad O olmasin bu olsun Arsin mal alan musiqili komediyalari teskil edirdi Sonraki illerde Azerbaycan musiqili teatrinin repertuari Z Hacibeyov Asiq Qerib operasi Elli yasinda cavan Evli iken subay musiqi komediyalari M Maqomayev Sah Ismayil M M Kazimovski Vurhavur musiqili komediyasi M C Emirov Seyfelmulk operasi ve basqalarinin eserleri ile zenginlesdi Ancaq ozunun ayrica repertuari olmasina baxmayaraq musiqili teatrda pesekar ifacilara boyuk ehtiyac duyulurdu Musiqili tamasalarda H Sarabski M Memmedov Bulbul H Hacibababeyov H Terequlov M Bagirov E Agdamski kimi opera mugennileri ile yanasi esasen dram aktyorlari H Ereblinski rej kimi E Huseynzade H Abbasov A ve Y Olenskayalar R Darabli E Anapli ve b cixis edirdiler Musiqili teatr ve dram teatrlari arasinda deqiq bolgu aparilmamis truppalarin repertuarina hem dram hem de musiqili eserler daxil edilmisdi 1910 illerde musiqili tamasalar ustunluk teskil edirdi 1916 ci ilde C Memmedquluzadenin Oluler komediyasinin tamasaya qoyulmasi Azerbaycan teatrinin ideyaca yetkinlesdiyini gosteren bir olay idi Bu tamasa movhumat ve cehalet yalan ve zulm dunyasina qarsi bir ittihamname kimi seslenerek boyuk ugur qazandi 1917 ci ilde Bakida Muselmen artistleri ittifaqi yaradildi A M Serifzade ittifaqa sedr secildi Ittifaq butun teatr destelerini oz etrafina toplayaraq yoldasliq munasibetleri esasinda tamasalar verirdi Ancaq bu ittifaq 1918 ci ilin mart ayinadek fealiyyet gostere bildi Mayilov teatrinin anterprenyorlari binada Azerbaycan aktyorlarinin cixis etmesine imkan vermirdiler Aktyorlarin coxu qastrol seferlerinde idi Yalniz U ve Z Hacibeyov qardaslarinin truppasi nisbeten muntezem fealiyyet gosterirdi Truppa oz terkibinde dram opera ve operetta artistlerini birlesdirirdi Qabaqcil demokratik ideyalarla six bagli olan Azerbaycan teatri xalqin medeni inkisafinda muhum rol oynamisdi Ancaq eyni zamanda bu illerde teatr hele yuksek sehne medeniyyeti seviyyesine qalxmamisdi MenbeAzerbaycan teatr tarixi haqqda Ilham Rehimli Azerbaycan teatr tarixi derslik Baki Casioqlu 2004 Ilham Rehimli Uc esrin yuz otuz ili Akademik Milli Dram Teatri bu gun Baki QAPP Poliqraf 2003 Ilham Rehimli Akademik Milli Dram Teatri 3 cildde Baki Tehsil 2013 Ilham Rehimli Azerbaycan Dovlet Opera ve Balet Teatri Baki Nagil evi 2008 Ilham Rehimli Azerbaycan Dovlet Musiqili Teatri Baki Aspoliqraf 2013 Ilham Rehimli Tiflis Azerbaycan teatri Baki Xezer 2006 Ilham Rehimli Irevan Dovlet Azerbaycan Dram Teatri Baki E L 2007 Ilham Rehimli Tebriz Azerbaycan Teatri Baki Casioglu 2005 Ilham Rehimli Baki Turk Isci Teatri Baki Elm 2004 Ilham Rehimli Xalq oyun tamasalari Baki Qapp Poliqraf 2002 Ilham Rehimli Azerbaycan Dovlet Kukla Teatri Baki Nagil evi 2002 lham Rehimli Azerbaycan milli teatrinin poetikasi Baki Qapp Poliqraf 2002 lham Rehimli Asqabad Dovlet Azerbaycan Teatri Baki Qapp Poliqraf 2002 Aydin Talibzade Serq teatr tarixi ali mektebler ucun derslik Baki 2008 Hemcinin baxAzerbaycan teatrlarinin siyahisi Azerbaycan Teatr MemarligiXarici kecidlerTeatr ve teatr fealiyyeti haqqinda