Məlik Yusif oğlu Dadaşov (7 iyun 1924, Bakı, Azərbaycan SSR – 2 dekabr 1996, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Əsasən mənfi rolların ifaçısıdır.
Məlik Dadaşov | |
---|---|
Doğum tarixi | 7 iyun 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 1996 (72 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | |
Uşağı | |
Fəaliyyəti | teatr və kino aktyoru |
Fəaliyyət illəri | 1951–1996 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0196572 |
Həyatı
Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Yaradıcılığı
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.
Məlik Dadaşov xalq artisti idi. Doğrudan da, xalq onu çox sevirdi. Hətta bəzən onun qəhrəmanlarının ifadələri xalqın dilinə düşürdü. Elə Qəmlonun, ("Axırıncı aşırım"), Kərbəlayi İsmayılla dialoqlarındakı ifadələri xatırlayın. Yəqin ki, "Abbasqulu bəyin nazı ilə çox oynayırsan, a… Kərbəlayi" ifadəsi hamıya yaxşı tanışdır.
"Ölülər"dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə "Ölülər" pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilmişdi.
Xalq yazıçısı İ.Əfəndiyevin "Atayevlər ailəsi" pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi.
"Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı. O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) "sovetin" mükafatını ala bilməz. Və bir də "Dəli Kür"dəki Molla Sadıq. Bu obrazın da Azərbaycan kinosunda öz xüsusi yeri var.
M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışmışdı. V.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və s. tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməmişdir.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi olaraq yaşayacaqdır.
Ailəsi
- Aktyor Salman Dadaşovun qardaşıdır.
- Aktyor Rəfael Dadaşovun atasıdır.
- Müğənni Brilliant Dadaşovanın əmisidir.
- Bəstəkar Hökümə Nəcəfovanın bacısı oğludur.
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 iyun 1974
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 may 1960
- Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1986 ("Birisigün, gecəyarısı..." bədii filmində Nəriman Nərimanov roluna görə)
Filmoqrafiya
- 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47)
- Ağlar-güləyən (film, 1988)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rol: Qəmlo
- Atayevlər ailəsi (film, 1978)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Bir qalanın sirri (film, 1959)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizim küçə (film, 1961)
- Bizim küçənin oğlanları (film, 1973)
- Böyük dayaq (film, 1962)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
- Dağlarda döyüş (film, 1967)
- De ki, məni sevirsən! (film, 1977)
- Dəli Kür (film, 1969)
- Evin kişisi (film, 1978)
- Fəryad (film, 1993)
- Fətəli xan (film, 1947)
- Gənc qadının kişisi (film, 1988)
- Gözlə məni (film, 1980)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Hacı Qara (film, 2002)
- İnsan məskən salır (film, 1967)
- İstintaq davam edir (film, 1966)
- İyirmialtılar (film, 1966)
- Kiçik leytenant (film, 1996)
- Koroğlu (film, 1960)
- Leyli və Məcnun (film, 1961)
- Mezozoy əhvalatı (film, 1976)
- O dünyadan salam (film, 1991)
- Təhminə (film, 1993)
- Ulduz (film, 1964)
- Ulduzlar sönmür (film, 1971)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Dmitri Kantemir (film, 1973) Moldova istehsalı
- Yaramaz (film, 1988)
- Yarımçıq qalmış mahnı (film, 1979)
- Yenilməz batalyon (film, 1965)
İstinadlar
- Azərbaycanın xeyirxah zalımı - FOTO 2022-03-06 at the Wayback Machine. news.milli.az
- İctimai TV. "Mənfi obrazların mahir ifaçısı – Məlik Dadaşov" (az.). Youtube.com. 07.06.2022. 2022-06-12 tarixində . İstifadə tarixi: 2022-06-12.
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.
- Abdullayeva, S. Dövlət Film Fondunda Məlik Dadaşovun 90 illiyi qeyd olunub //525-ci qəzet.- 2014.- 4 iyun.- S. 7.
- Azəri, L. Xalq artisti Məlik Dadaşovun xatirəsi yad edilib: [II Fəxri xiyabanda] //Mədəniyyət.- 2014.- 11 iyun.- S. 5.
- Azəri, L. Məlik Dadaşovun 90 illiyinə həsr edilmiş xatirə gecəsi: O, oynadığı rolun tarixçəsini yaradan, obrazı daxilən yaşayan aktyor idi: [Azərbaycan Dövlət Film Fondunda] //Mədəniyyət.- 2014.- 4 iyun.- S. 11.
- Əhmədalılar, T. Od-alov aktyor: Bənzərsiz görkəmə, təkrarsız səsə, baxış-naxışa malik Məlik Dadaşov… //Mədəniyyət.- 2014.- 25 iyun.- S. 12.
- Xalq artisti Məlik Dadaşov anıldı //Ədalət.- 2014.- 10 iyun.- S.8; Səs.- 2014.- 11 iyun.- S.12.
- Kazımzadə, A. Ştamp və stereotip bu aktyora yad idi: [Xalq artisti Məlik Dadaşov haqqında] //Kaspi.- 2014.- 21–23 iyun.- S.20–21.
- Mükərrəmoğlu, M. Xalq artistinin xatirəsi yad edildi: [Xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondunda xatirə gecəsi keçirilib] //Xalq qəzeti.- 2014.- 11 iyun.- S. 5.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Melik Yusif oglu Dadasov 7 iyun 1924 Baki Azerbaycan SSR 2 dekabr 1996 Baki Azerbaycan teatr ve kino aktyoru Azerbaycan SSR xalq artisti 1974 Azerbaycan SSR Dovlet mukafati laureati 1986 Esasen menfi rollarin ifacisidir Melik DadasovDogum tarixi 7 iyun 1924 1924 06 07 Dogum yeri Baki Azerbaycan SSRVefat tarixi 2 dekabr 1996 1996 12 02 72 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanHeyat yoldasi Sofiya HuseynovaUsagi Refael DadasovFealiyyeti teatr ve kino aktyoruFealiyyet illeri 1951 1996Tehsili Azerbaycan Dovlet Medeniyyet ve Incesenet UniversitetiMukafatlari 1974 1986IMDb ID0196572HeyatiMelik Dadasov 1924 cu il iyunun 7 de Bakida dogulub Ikinci Dunya muharibesinde istirak eden aktyor beyninden zede alaraq uzun muddet mualice olunur 1945 ci ilde Genc Tamasacilar Teatrinda aktyor kimi ise baslayir 1950 ci ilde Azerbaycan Teatr Institutunu indiki Azerbaycan Dovlet Medeniyyet ve Incesenet Universiteti bitirdikden sonra M Ezizbeyov adina Akademik Dram Teatrina ise gelmisdi ve burada ilk defe H Muxtarovun Aile namusu pyesinde oynamisdi Onun yaradiciliginin baslangici Azerbaycan milli teatr senetinin guclu inkisaf dovrune tesaduf etmisdi O vaxt Azerbaycan sehnesine E Elekberov M Memmedov Adil Isgenderov ve onlarla diger senet korifeyleri calisirdi Bu munbit senet muhiti onun yaradiciliq bioqrafiyasina guclu tesir gostermis ve tezlikle onu sehnemizin qudretli senetkarlari sirasina cixarmisdi YaradiciligiMelik Dadasovun Azerbaycan aktyorluq mektebinin formalasmasinda xususi xidmetleri var O klassik ve muasir aktyor senetinin sintezinden yaranan bir ifa terzi secmisdi Onun yaradiciliginda H Sarabskiden A M Serifzadeden ve diger klassiklerimizden behrelenme meylleri hiss olunurdu Melik Dadasov dramatik rollarin mahir ifacisi idi Yaratdigi obrazlarin ifasi ucun ele gozel ifade vasiteleri tapirdi ki hetta tarixi qehremanlar bele realliga cox yaxinlasirdi M Ezizbeyov N Nerimanov kimi tarixi sexsiyyetlerin obrazlari dediklerimizi bir daha tesdiq edir Melik Dadasov xalq artisti idi Dogrudan da xalq onu cox sevirdi Hetta bezen onun qehremanlarinin ifadeleri xalqin diline dusurdu Ele Qemlonun Axirinci asirim Kerbelayi Ismayilla dialoqlarindaki ifadeleri xatirlayin Yeqin ki Abbasqulu beyin nazi ile cox oynayirsan a Kerbelayi ifadesi hamiya yaxsi tanisdir Oluler deki Seyx Nesrullah rolunu o defelerle Akademik Teatrin sehnesinde oynayib Cox vaxt deyirler ki M Dadasov menfi tiplerin klassik ifacisidir Seyx Nesrullah da Qemlo da Molla Sadiq da menfi tipler idi Amma siz bu rollarda aktyor meharetine diqqet yetirin Melik Dadasovun Seyx Nesrullahi ozge bir alemdir Belke de ona gore merhum kinorejissor Tofiq Tagizade Oluler pyesi esasinda ekranlasdirdigi O dunyadan salam filminde de Seyx Nesrullah rolunda Melik Dadasovu cekmisdi Tarixi sexsiyyetler de Melik Dadasovun ifasinda cox real alinirdi Kinorejissor Ejder Ibrahimov aktyoru bir nece filminde cekmisdi Iyirmialtilar ve Ulduzlar sonmur filmlerinde o M Ezizbeyovun ve N Nerimanovun cox real tarixi obrazlarini ekranda ebedilesdire bilmisdi Xalq yazicisi I Efendiyevin Atayevler ailesi pyesi esasinda hazirlanmis televiziya tamasasinda M Dadasovun yeni ampluada yaratdigi Atayev obrazi cox ugurlu ekran qehremani idi Axirinci asirim daki Qemlo butovlukde kinomuzda yaddaqalan obrazlardandir Bu obrazin butun xarakterik cizgilerini ustaliqla acan aktyor filmin esas dramatik yukunun dasiyicisina cevrilir Ancaq cox teessufle qeyd etmek lazimdir ki kisi rolunun en yaxsi ifasina gore kecmis Ittifaq festivalinda onun adi mukafatcilar siyahisina salinmadi O vaxt deyilirdi ki sovetlerin dusmeni Qemlo sovetin mukafatini ala bilmez Ve bir de Deli Kur deki Molla Sadiq Bu obrazin da Azerbaycan kinosunda oz xususi yeri var M Dadasov teatrimizda omrunun sonuna kimi calismisdi V Sekspirin On ikinci gece L Tolstoyun Canli meyit S Vurgunun Ferhad ve Sirin S Qurbanovun Sensiz I Qasimovun Nagil baslananda ve s tamasalarda onun yaratdigi obrazlar bu gun de xatirelerden silinmemisdir Aktyor omrunun son illerinde S Vurgun adina Rus Dram Teatrinda calisirdi Bu teatrda direktor kimi calisdigi dovrde teatrin repertuari xeyli zenginlesmis buraya yeni yaradici quvveler celb olunmusdu 1980 ci illerden Azerbaycan Dovlet Medeniyyet ve Incesenet Universitetinde aktyor senetinden ders de deyirdi Butun yaradici omrunu Azerbaycan aktyor senetinin inkisafina hesr etmis gorkemli teatr ve kino aktyoru Melik Dadasov bu gun aramizda olmasa da onun eziz xatiresi senetseverlerin qelbinde ebedi olaraq yasayacaqdir AilesiAktyor Salman Dadasovun qardasidir Aktyor Refael Dadasovun atasidir Mugenni Brilliant Dadasovanin emisidir Bestekar Hokume Necefovanin bacisi ogludur Teltif ve mukafatlari Azerbaycan SSR xalq artisti fexri adi 1 iyun 1974 Azerbaycan SSR emekdar artisti fexri adi 24 may 1960 Azerbaycan SSR Dovlet mukafati 26 aprel 1986 Birisigun geceyarisi bedii filminde Neriman Nerimanov roluna gore Filmoqrafiya777 li sexde film 1979 qisametrajli bedii sujet Mozalan 47 Aglar guleyen film 1988 Axirinci asirim film 1971 tammetrajli bedii film rol Qemlo Atayevler ailesi film 1978 Bir mehelleden iki nefer film 1957 Bir qalanin sirri film 1959 Birisigun geceyarisi film 1981 Bizim kuce film 1961 Bizim kucenin oglanlari film 1973 Boyuk dayaq film 1962 Cazibe quvvesi film 1964 film kinoalmanax Daglarda doyus film 1967 De ki meni sevirsen film 1977 Deli Kur film 1969 Evin kisisi film 1978 Feryad film 1993 Feteli xan film 1947 Genc qadinin kisisi film 1988 Gozle meni film 1980 Gullelenme texire salinir film 2002 Haci Qara film 2002 Insan mesken salir film 1967 Istintaq davam edir film 1966 Iyirmialtilar film 1966 Kicik leytenant film 1996 Koroglu film 1960 Leyli ve Mecnun film 1961 Mezozoy ehvalati film 1976 O dunyadan salam film 1991 Tehmine film 1993 Ulduz film 1964 Ulduzlar sonmur film 1971 Usaqligin son gecesi film 1968 Dmitri Kantemir film 1973 Moldova istehsali Yaramaz film 1988 Yarimciq qalmis mahni film 1979 Yenilmez batalyon film 1965 IstinadlarAzerbaycanin xeyirxah zalimi FOTO 2022 03 06 at the Wayback Machine news milli az Ictimai TV Menfi obrazlarin mahir ifacisi Melik Dadasov az Youtube com 07 06 2022 2022 06 12 tarixinde Istifade tarixi 2022 06 12 MenbeAzerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 52 Abdullayeva S Dovlet Film Fondunda Melik Dadasovun 90 illiyi qeyd olunub 525 ci qezet 2014 4 iyun S 7 Azeri L Xalq artisti Melik Dadasovun xatiresi yad edilib II Fexri xiyabanda Medeniyyet 2014 11 iyun S 5 Azeri L Melik Dadasovun 90 illiyine hesr edilmis xatire gecesi O oynadigi rolun tarixcesini yaradan obrazi daxilen yasayan aktyor idi Azerbaycan Dovlet Film Fondunda Medeniyyet 2014 4 iyun S 11 Ehmedalilar T Od alov aktyor Benzersiz gorkeme tekrarsiz sese baxis naxisa malik Melik Dadasov Medeniyyet 2014 25 iyun S 12 Xalq artisti Melik Dadasov anildi Edalet 2014 10 iyun S 8 Ses 2014 11 iyun S 12 Kazimzade A Stamp ve stereotip bu aktyora yad idi Xalq artisti Melik Dadasov haqqinda Kaspi 2014 21 23 iyun S 20 21 Mukerremoglu M Xalq artistinin xatiresi yad edildi Xalq artisti Melik Dadasovun 90 illik yubileyi munasibetile Azerbaycan Dovlet Film Fondunda xatire gecesi kecirilib Xalq qezeti 2014 11 iyun S 5