Mustafa Həşim (Haşım) oğlu Mərdanov (27 fevral (11 mart) 1894, Mərənd – 28 dekabr 1968, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943).
Mustafa Mərdanov | |
---|---|
Doğum tarixi | 27 fevral (11 mart) 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 28 dekabr 1968 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1909-cu ildən |
Təhsili |
|
Teatr | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mustafa Mərdanov 27 fevral 1894-cü ildə Mərənddə anadan olub. Rejissor Səməd Mərdanovun qardaşıdır. O hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir, amma Mustafa teatra daha böyük maraq göstərirdi. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışır, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır.
Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır.
Mustafa Mərdanov 28 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir.
Fəaliyyəti
Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Buradakı kişi gimnaziyasına daxil olan gənc Mustafa teatra böyük maraq göstərirdi. Şəhərin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921–1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və burada Azərbaycan Dövlət Dram Teatrında öz fəaliyyətini davam etdirir. Yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı, yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər idi. Mustafa Mərdanovun hələ ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü idi. Onun ətrafında böyük sənətkarlar çalışırdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənətkardan öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq yağmura düşdük"də Qəmbər, "Nadir Şah"da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynamalı oldu.
O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu ("Müfəttiş") qəzetlər kifayət qədər tərifləyirdilər. İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında uğurlu alınırdı.
Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı.
Muzdur Qulu (Bismillah (film, 1925)|"Bismillah") onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi idi. Səssiz kino nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış və orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdi. Bir il sonra isə ekranlarda Aleksandr Litvinovun "Müxtəlif sahillərdə" ("Əlbəyaxa") filmi göstərildi. Aktyor bu filmdə Abbas rolunda çəkilib. Filmdə onun qəhrəmanı yerli mütəxəssisdir. Amerikadan dəvət olunmuş mütəxəssislərlə Abbasın tərəfdarları arasında baş verən münaqişə filmin əsasını təşkil edir. Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə "Hacı Qara" filmindəki Kərəməli oldu.
Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən "Sevil" filmində aktyor Atakişinin rolunu ifa etdi.
1932-ci ildə kinorejissor Nikolay Şengelaya "Azərfilm"də çəkdiyi "26 komissar" filmində Mustafa Mərdanova menşevik rolunu vermişdi. Bu rol kiçik də olsa öz hərəkətləri, jestləri ilə yadda qalır.
Ümumiyyətlə, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranmış əksər filmlərdə bu aktyora rollar verilirdi və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Digər menşevik rolunu isə o, "Bakılılar" filmində yaratmışdı.
Amma qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi aktyorun yaradıcılığında yeni bir hadisə idi. Belə ki, o, filmdə iki rol yaradırdı. Bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları aktyor sənəti baxımından olduqca təqdirəlayiqdir.
Mustafa Mərdanov, demək olar ki, hər il filmə çəkilirdi. "Kəndlilər"dən sonra 1940-cı ildə "Yeni horizont" (trest müdiri), 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa belə tamaşaçı diqqətindən yayınmır.
Müharibə Azərbaycan kinematoqrafının inkişafına öz təsirini göstərsə də, bu illərdə də filmlər yaranmışdır. Çox təəəsüf ki, Mustafa Mərdanov bu illərdə çəkilən filmlərə dəvət olunmamışdır. O, yenidən 1955-ci ildə "Görüş" filmində çəkildi. Burada adi kolxozçu rolunu ifa edən aktyor, bir il sonra "Qara daşlar"da Dəmirov kimi çox ciddi rolda görsəndi.
Onun ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki "intellegent" Həsən bəy oldu. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə, qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhvali-ruhiyyə doğurur. "(Əhməd haradadır?)" filmində Məhəmməd kişi rolu aktyorun yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. Bundan sonra o, 1968-ci ildə "Qanun naminə" filminə çəkilmişdir. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu. Müstəntiq Murtuzov əslində yaramaz, öz peşəsinə xəyanət edən, min bir fırıldaqdan çıxan insandır. O, hər vəch ilə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulmuşdu. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır.
Mustafa Mərdanovun "50 il Azərbaycan səhnəsində xatirələrim" kitabı 1959-cu ildə çap edilmişdir. Ölümündən sonra – 1973-cü ildə "Mənim müasirlərim" xatirə kitabı nəşr edilib oxuculara çatdırılmışdır.
Mustafa Mərdanov bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik etmişdir.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — may 1935
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943
- — 22 iyul 1949; 9 iyun 1959
- — 1945
- — 1946
Teatr səhnəsindəki rolları
Tiflis teatrı
- "Hacı Qara" — Kərəməli
- "Yağışdan çıxdıq yağmura düşdük" — Qəmbər
- "Nadir Şah" — Ədhəm
Azərbaycan Dövlət Dram Teatrı
- Xlestakov ("Müfəttiş")
- İmamverdi ("Sevil")
- Luka ("Həyatın dibində")
- Şmaqa ("Günahsız müqəssirlər")
- Poloni ("Hamlet")
- "Tələbələrin kələyi"
- Montekki ("Romeo və Cülyetta")
- Əbdül ("Solğun çiçəklər")
- Sadıqov ("Atayevlər ailəsi")
- Mürşüd ("Xoşbəxtlər")
- Vəzir ("Vaqif")
- Malvoliyo ("On ikinci gecə")
- Martiros ("Namus")
Filmoqrafiya
Aktyor kimi
- Bismillah (film, 1925) (tammetrajlı bədii film) (rol: muzdur Qulu)
- Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film) (rol: Abbas)
- Hacı Qara (film, 1929) (tammetrajlı bədii film) (rol: Kərəməli)
- Sevil (film, 1929) (tammetrajlı bədii film) (rol: Atakişi)
- Lətif (film, 1930) (tammetrajlı bədii film) (rol: Ələsgər)
- 26 komissar (film, 1932) (tammetrajlı bədii film) (rol: menşevik)
- Bakılılar (film, 1938) (tammetrajlı bədii film) (rol: menşevik)
- Kəndlilər (film, 1939) (tammetrajlı bədii film) (rollar:Təhməz; menşevik)
- Yeni horizont (film, 1940) (tammetrajlı bədii film) (rol: trest müdiri)
- Səbuhi (film, 1941) (tammetrajlı bədii film) (rol: akademiya rəisi)
- Fətəli xan (film, 1947) (tammetrajlı bədii film) (rol: Şirin kişi)
- Görüş (film, 1955) (tammetrajlı bədii film) (rol: Əsgər)
- Qara daşlar (film, 1956) (tammetrajlı bədii film) (rol: Dəmirov)
- O olmasın, bu olsun (film, 1956) (tammetrajlı bədii film) (rol: Həsən bəy)
- Səhər (film, 1960) (tammetrajlı bədii film) (rol: Əhməd kişi)
- Əmək və qızılgül (film, 1962) (tammetrajlı bədii film) (rol: poçtalyon)
- (Əhməd haradadır? (film, 1963)) (tammetrajlı bədii film) (rol: Məmməd kişi)
- Qanun naminə (film, 1968) (tammetrajlı bədii film) (rol: müstəntiq Murtuz Murtuzov)
Rejissor assistenti kimi
- Vulkan üzərində ev (film, 1929) (tammetrajlı bədii film)
Səsləndirdiyi filmlər
- Bəxtiyar (film, 1955) (tammetrajlı bədii film) (rus müdir)
- Romeo mənim qonşumdur (film, 1963) (tammetrajlı bədii film) (Kolumb)
İştirak etdiyi film
- Azəri teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film)
İstinadlar
- Ağakişi Kazımov. "Səhnəyə həyatilik gətirən sənətkar" (az.). "Azərbaycan" qəzeti. 22 aprel 2014. 2021-05-11 tarixində . İstifadə tarixi: 2017-11-10.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- "AZƏRBAYCAN TEATRI 140". anl.az. 2022-05-29 tarixində . İstifadə tarixi: 2024-03-03.
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 23.
- Zümrüd. Mustafa Mərdanov – 120: Milli kinomuzun sənət fədaisi: [görkəmli teatr və kino aktyorunun yubileyi haqqında] //Səs.- 2014.- 15 yanvar.- S. 13.
Xarici keçidlər
- Milli kinomuzun qızıl fonduna daxil edilən filmlərdə əsas rolların yaradıcısı
- Mustafa Mərdanov
- Мустафа Марданов
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mustafa Hesim Hasim oglu Merdanov 27 fevral 11 mart 1894 Merend 28 dekabr 1968 Baki Azerbaycanin teatr ve kino aktyoru Azerbaycan SSR xalq artisti 1943 Mustafa MerdanovDogum tarixi 27 fevral 11 mart 1894Dogum yeri Merend IranVefat tarixi 28 dekabr 1968 1968 12 28 74 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanVetendasligi Rusiya imperiyasi SSRIFealiyyeti aktyorFealiyyet illeri 1909 cu ildenTehsili Rusiya Teatr Seneti Universiteti d Teatr Azerbaycan Dovlet Akademik Milli Dram TeatriMukafatlari 1959 1949 1945 1946 1943 Vikianbarda elaqeli mediafayllarHeyatiMustafa Merdanov 27 fevral 1894 cu ilde Merendde anadan olub Rejissor Semed Merdanovun qardasidir O hele usaqken aileleri Tiflise kocmus ve 1924 cu ile qeder burada yasamisdilar Atasi Hesim kisi oglunu ali tehsilli ziyali kimi gormek isteyirdi Bu arzu ile de onu Tiflis gimnaziyasina tehsil almaga gonderir amma Mustafa teatra daha boyuk maraq gosterirdi 1917 ci ilde gimnaziyani bitiren Mustafa Merdanov Rostova gederek oradaki Tibb Universitetine daxil olur eyni zamanda da dram studiyasinda calisir lakin Rostov muhitine alisa bilmeyerek 1918 ci ilde yeniden Tiflise qayidir Ali tehsil almaq arzusu ile Moskvaya geden genc aktyor orada Dovlet Teatr Seneti Institutuna daxil olur meshur senetkarlardan bu pesenin inceliklerini oyrenir 1924 cu ilde Moskva Dovlet Teatr Seneti Institutunu bitirerek Bakiya gelir omrunun sonunadek Azerbaycan Dovlet Dram Teatrinda calisir Mustafa Merdanov 28 dekabr 1968 ci ilde Bakida vefat etmisdir FealiyyetiTiflisin medeni muhiti onun heyata baxisini hele usaqken formalasdirmisdi Buradaki kisi gimnaziyasina daxil olan genc Mustafa teatra boyuk maraq gosterirdi Seherin muselman dram derneklerinde 1910 cu ilden cixis eden Mustafa Merdanov 1921 1922 ci illerde Tiflis Azerbaycan Dovlet Teatrinin direktoru vezifesinde calisir 1924 cu ilde Moskva Dovlet Teatr Seneti Institutunu bitirerek Bakiya gelir ve burada Azerbaycan Dovlet Dram Teatrinda oz fealiyyetini davam etdirir Yuksek aktyorluq texnikasi obrazi ozununkulesdirmek bacarigi yumsaq yumor onun seneti ucun cox xarakterik olan cizgiler idi Mustafa Merdanovun hele ilkin olaraq yaratdigi rollarda klassik eneneler cox guclu idi Onun etrafinda boyuk senetkarlar calisirdi Azerbaycanin formalasmis aktyor mektebi Mustafa Merdanov ucun de esl tecrube mektebine cevrildi Abbas Mirze Serifzade Sidqi Ruhulla Agasadiq Geraybeyli Elesger Elekberov ve onlarla senetkardan oyrendikleri bu aktyorun senet yoluna isiq saldi onu yeni yaradiciliq axtarislarina ruhlandirdi Haci Qara da Keremeli Yagisdan cixdiq yagmura dusduk de Qember Nadir Sah da Edhem kimi rollari Tiflis teatrinda yaradan aktyor Baki teatrinda daha ciddi rollar oynamali oldu O vaxtlar Mustafa Merdanovun Xlestakovunu Mufettis qezetler kifayet qeder terifleyirdiler Imamverdi Sevil Luka Heyatin dibinde Smaqa Gunahsiz muqessirler Poloni Hamlet ve onlarla sehne qehremanlari onun ifasinda ugurlu alinirdi Mustafa Merdanov teatrda islediyi vaxtlar tez tez filmlerde de cekilmeye devet alirdi Muzdur Qulu Bismillah film 1925 Bismillah onun kinoda ilk rolu idi Bu film Abbas Mirze Serifzadenin ilk rejissor isi idi Sessiz kino numunelerinden olan bu film 1925 ci ilde Baki ekranlarina cixarilmis ve orada Mustafa Merdanov da maraqli rol ifa etmisdi Bir il sonra ise ekranlarda Aleksandr Litvinovun Muxtelif sahillerde Elbeyaxa filmi gosterildi Aktyor bu filmde Abbas rolunda cekilib Filmde onun qehremani yerli mutexessisdir Amerikadan devet olunmus mutexessislerle Abbasin terefdarlari arasinda bas veren munaqise filmin esasini teskil edir Mustafa Merdanovun kinoda ilk boyuk rolu ise Haci Qara filmindeki Keremeli oldu Sonralar onu daha tez tez filmlere devet edirdiler 1929 cu ilde cekilen Sevil filminde aktyor Atakisinin rolunu ifa etdi 1932 ci ilde kinorejissor Nikolay Sengelaya Azerfilm de cekdiyi 26 komissar filminde Mustafa Merdanova mensevik rolunu vermisdi Bu rol kicik de olsa oz hereketleri jestleri ile yadda qalir Umumiyyetle 20 ci illerin sonu 30 cu illerin evvellerinde yaranmis ekser filmlerde bu aktyora rollar verilirdi ve o da sessiz kinonun imkanlari daxilinde oz personajlarina heyat verirdi Diger mensevik rolunu ise o Bakililar filminde yaratmisdi Amma qardasi meshur kinorejissor Semed Merdanovun Kendliler filmi aktyorun yaradiciliginda yeni bir hadise idi Bele ki o filmde iki rol yaradirdi Bir birine zidd olan kendli Tehmez ve mensevik rollari aktyor seneti baximindan olduqca teqdirelayiqdir Mustafa Merdanov demek olar ki her il filme cekilirdi Kendliler den sonra 1940 ci ilde Yeni horizont trest mudiri 1941 ci ilde Sebuhi akademiya reisi filmlerinde cekilib Bu rollari kicik olsa bele tamasaci diqqetinden yayinmir Muharibe Azerbaycan kinematoqrafinin inkisafina oz tesirini gosterse de bu illerde de filmler yaranmisdir Cox teeesuf ki Mustafa Merdanov bu illerde cekilen filmlere devet olunmamisdir O yeniden 1955 ci ilde Gorus filminde cekildi Burada adi kolxozcu rolunu ifa eden aktyor bir il sonra Qara daslar da Demirov kimi cox ciddi rolda gorsendi Onun en ugurlu rollarinda biri O olmasin bu olsun filmindeki intellegent Hesen bey oldu Bu obraz Mustafa Merdanovun yeni aktyorluq keyfiyyetlerini uze cixardi O filmdeki cox guclu aktyor ansambli icerisinde oz mexsusi ifa terzi ile secile bilir Xususile qonaqliq sehnesinde Mesedi Ibadla dialoqu tamasacida xos ehvali ruhiyye dogurur Ehmed haradadir filminde Mehemmed kisi rolu aktyorun yaradiciliginda xususi ehemiyyet dasiyir Bu aktyorun omrunun yetkin caginda yaratdigi son rollardan biri idi Bundan sonra o 1968 ci ilde Qanun namine filmine cekilmisdir Murtuzov rolu ile aktyor omrunun son akkordlarini vurdu Mustentiq Murtuzov eslinde yaramaz oz pesesine xeyanet eden min bir firildaqdan cixan insandir O her vech ile Mehmandan qisas almaga calisir Cunki bu rusvetxor mustentiqin emellerine Mehmanin gelisi ile son qoyulmusdu Mustafa Merdanov bu rolu cox tebii yaradir o menfi tip olsa da tamasacinin yadinda qalir Mustafa Merdanovun 50 il Azerbaycan sehnesinde xatirelerim kitabi 1959 cu ilde cap edilmisdir Olumunden sonra 1973 cu ilde Menim muasirlerim xatire kitabi nesr edilib oxuculara catdirilmisdir Mustafa Merdanov bir nece il Teatr Xadimleri Ittifaqina rehberlik etmisdir Mukafatlari Azerbaycan SSR emekdar artisti fexri adi may 1935 Azerbaycan SSR xalq artisti fexri adi 17 iyun 1943 Qirmizi emek bayragi ordeni 22 iyul 1949 9 iyun 1959 Qafqazin mudafiesine gore medali 1945 1941 1945 ci iller Boyuk Veten muharibesinde resadetli emeye gore medali 1946Teatr sehnesindeki rollariTiflis teatri Haci Qara Keremeli Yagisdan cixdiq yagmura dusduk Qember Nadir Sah Edhem Azerbaycan Dovlet Dram Teatri Xlestakov Mufettis Imamverdi Sevil Luka Heyatin dibinde Smaqa Gunahsiz muqessirler Poloni Hamlet Telebelerin keleyi Montekki Romeo ve Culyetta Ebdul Solgun cicekler Sadiqov Atayevler ailesi Mursud Xosbextler Vezir Vaqif Malvoliyo On ikinci gece Martiros Namus FilmoqrafiyaAktyor kimi Bismillah film 1925 tammetrajli bedii film rol muzdur Qulu Muxtelif sahillerde film 1926 tammetrajli bedii film rol Abbas Haci Qara film 1929 tammetrajli bedii film rol Keremeli Sevil film 1929 tammetrajli bedii film rol Atakisi Letif film 1930 tammetrajli bedii film rol Elesger 26 komissar film 1932 tammetrajli bedii film rol mensevik Bakililar film 1938 tammetrajli bedii film rol mensevik Kendliler film 1939 tammetrajli bedii film rollar Tehmez mensevik Yeni horizont film 1940 tammetrajli bedii film rol trest mudiri Sebuhi film 1941 tammetrajli bedii film rol akademiya reisi Feteli xan film 1947 tammetrajli bedii film rol Sirin kisi Gorus film 1955 tammetrajli bedii film rol Esger Qara daslar film 1956 tammetrajli bedii film rol Demirov O olmasin bu olsun film 1956 tammetrajli bedii film rol Hesen bey Seher film 1960 tammetrajli bedii film rol Ehmed kisi Emek ve qizilgul film 1962 tammetrajli bedii film rol poctalyon Ehmed haradadir film 1963 tammetrajli bedii film rol Memmed kisi Qanun namine film 1968 tammetrajli bedii film rol mustentiq Murtuz Murtuzov Rejissor assistenti kimi Vulkan uzerinde ev film 1929 tammetrajli bedii film Seslendirdiyi filmler Bextiyar film 1955 tammetrajli bedii film rus mudir Romeo menim qonsumdur film 1963 tammetrajli bedii film Kolumb Istirak etdiyi film Azeri teatrinin ustalari film 1966 tammetrajli senedli film IstinadlarAgakisi Kazimov Sehneye heyatilik getiren senetkar az Azerbaycan qezeti 22 aprel 2014 2021 05 11 tarixinde Istifade tarixi 2017 11 10 Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 12 AZERBAYCAN TEATRI 140 anl az 2022 05 29 tarixinde Istifade tarixi 2024 03 03 MenbeAzerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 23 Zumrud Mustafa Merdanov 120 Milli kinomuzun senet fedaisi gorkemli teatr ve kino aktyorunun yubileyi haqqinda Ses 2014 15 yanvar S 13 Xarici kecidlerMilli kinomuzun qizil fonduna daxil edilen filmlerde esas rollarin yaradicisi Mustafa Merdanov Mustafa Mardanov