Bu məqaləni lazımdır. |
Mahmudbəyov Həbib bəy Hacı İbrahimxəlil bəy oğlu (29 iyul 1864, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 30 iyul 1928, Bakı, Bakı qəzası, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu.
Həbib bəy Mahmudbəyov | |
---|---|
1924 – 1924 | |
Əvvəlki | Məmməd Əfəndiyev |
Sonrakı | Şərif Manafov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyul 1864 |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyul 1928 (64 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | pedaqoq, müəllim, publisist |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Həbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində anadan olmuşdu. Atası Hacı İbrahimxəlil bəy Şamaxının mötəbər şəxslərindən idi. Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadıq məşhur Nadir şahın xəzinədarı imiş.
Səkkiz yaşında ikən Həbib bəy Şamaxının məhəllə məktəblərindən katib Mirzə Hüseyn adlı bir molla məktəbində oxuyur, sonra Şamaxının şəhər məktəbinə girir. 1872-ci il zəlzələsində şəhər məktəbinin binası dağılır və Həbib bəy Bakıya gələrək real məktəbə daxil olur. Bu məktəbdə altıncı sinifədək oxuduqdan sonra 1883-cü ildə Sultan Məcid Qənizadə ilə birlikdə Tiflisə gedərək oradakı Aleksandrov Müəllimlır İnstitutuna girir. 1887-ci ildə həmin institutu bitirərək yenə də Sultanməcid Qənizadə ilə bir yerdə Bakıya dönür və elə həmin il onlar ilk özəl rus müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olur və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirir. Qısa müddətdə həmin məktəb məşhurlaşır və 1891-ci ildə dövlət təminatına keçirilir. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayılır.
1896-cı ildə Həbib bəy Mahmudbəyov S. M. Qənizadə, İ. Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil etdi.
1917-ci il oktyabr çevrilişinədək H. Mahmudbəyov böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olub, Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak edib.
Azərbaycanda sovet işğal rejimi qurulduqdan(1920 il 28 aprel) sonra H. Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var. Uzun müddət müəllim, məktəb direktoru işləyib. Sosial təşkilat komissiyasının (1920) üzvü kimi o, pedaqoji institutun təşkilində fəal iştirak edib. Ali pedaqoji institut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, eyni zamanda rus dili və ədəbiyyatından dərs deyib. Həbib bəy Mahmudbəyov gecə kursları təşkil etmişdi. Bu kurslar bir zaman Həbib bəy Mahmudbəyovun müdir olduğu və Şamaxı yolundakı binada yerləşmiş (Yasamal rayonu 18 və sonralar 240 nömrəli) məktəbdə təşkil olunmuşdur.
Fəaliyyəti
Həbib bəy teatr həvəskarı idi. O, teatr truppasına rəhbərlik edirdi.Azərbaycan teatr aləmində canlanma bir də 1887-ci ildə müşahidə edilməyə başlayır. Əvvəlkindən fərqli olaraq, bu canlanmada mütəşəkkillik nəzərə çarpıb. Nəcəf bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Nəcəfqulu bəy Vəliyevin, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppaları dövrün teatr proseslərini canlandırıb.
1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultan Məcid Qənizadənin təşkil etdikləri tamşalarda sonralar aktyor olmuş Rüstəm Kazımov edizodik rollarda oynamışdı.
Həbib bəy Mahmudbəyovun adı "Azərbaycan teatr tarixi" kitabına düşüb. Kitabda qeyd olunur ki, o dövrdə Azərbaycanda peşəkar teatr aktyorları da yetişmişdir ki, bunlardan Cahangir Zeynalovu, Əbülfət Vəlini və başqalarını göstərmək olar. Kitabda Həbib bəy Mahmudbəyov, Ağa Kərim Şərifov, Əsgər ağa Gorani, Qaflan Muradov, Sultan Məcid Qənizadə kimi şəxsiyyətlərin teatr sənətinin inkişafındakı xidmətləri tarixi faktlar əsasında açıqlanır.
Həbib bəy Mahmudbəyov xeyirsevər bir şəxsiyyət idi. O, kimsəsizlərin əlindən tutur, hərtərəfli yardım edirdi. Hüseyn Ərəblinskini Azərbaycan xalqına qazandıran o olub. Hüseynin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçmişdi. Atasını vaxtsız itirən Hüseyn anasının himayəsi altında böyümüşdü. Uşaqları böyük çətinliklə saxlamasına baxmayaraq, anası Hüseyni mollaxanaya qoyub. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxanı buraxmağa məcbur olub. O illərdə "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradırmış. Bundan xəbər tutan Hüseyn də Həbib bəy Mahmudbəyova müraciət edir. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənir. Məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilən gələcək sənətkar məhz o illərdə teatrla tanış olur. Bu, peşəkar teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi.
Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur. Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Ancaq sonralar teatr tariximizdə ən görkəmli yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar ki, nəzərə çarpmırmış.Həbib bəy ona ürək-dirək verib həyan olur.
Həsən bəy Zərdabi və müəllim Həbib bəy Mahmudbəyov da Dumaya qlasnı seçilmişdilər. Onlar əmlak sahibi kimi deyil, başçısı ölmüş varlı ailələrin qəyyumu kimi seçilmişdilər. Fərmanda varlı ailələrinə qəyyumların Dumaya seçilə biləcəyinə icazə verilirdi. Bakı Duması əvvəllər indiki Gənclər meydanında olan (indi bu mülkün yerində bağ salınmışdır) sonralar, yəni 1905-ci ildə onun üçün indiki İstiqlaliyyət küçəsindəki binaya (Hazırkı Bakı Sovetinin binası) köçmüşdü. Fərmanın verilmiş olduğu tarix də – yəni 1870-ci il onun fasadına həkk olunmuşdur. Bəziləri səhv salaraq bu tarixi binanın tikilməsi tarixi kimi başa düşürlər. Həbib bəy qlasnı kimi bir çox ictimai işlərdə fəal iştirak etmişdi.
Ailəsi
İstinadlar
- "Həbib bəy Mahmudbəyov (1864-1928)". teatrittifaqi.az. 2022-11-11 tarixində . İstifadə tarixi: 11 noyabr 2022.
- M. Əmrahov, M. Salahov, N. Əsədov. Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917–1941-ci illər). Bakı: Mütərcim, 2007. — səh. 48.
Mənbə
- C.H.Cəfərov. Azərbaycan teatrı (1873–1973). (Tərtib, redaktə və əlavələr Y.Qarayev). Bakı, 1974
- Azərbaycan Sovet Ensiklopediyası. VI cild. Bakı, 1982.
- "S.M.Qənizadə və H.Mahmudbəyovun pedaqoji fikirləri". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 261–268.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Mahmudbeyov Hebib bey Haci Ibrahimxelil bey oglu 29 iyul 1864 Samaxi Samaxi qezasi Baki quberniyasi Rusiya imperiyasi 30 iyul 1928 Baki Baki qezasi Azerbaycan SSR SSRI Azerbaycan maarifcisi muellim Aleksandr Muellimler Institutunun mezunu Hebib bey MahmudbeyovAzerbaycan Dovlet Pedaqoji Kisi Institutu direktoru1924 1924EvvelkiMemmed EfendiyevSonrakiSerif ManafovAzerbaycan Dovlet Pedaqoji Kisi Institutu direktor muaviniSexsi melumatlarDogum tarixi 29 iyul 1864 1864 07 29 Dogum yeri Samaxi Samaxi qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 30 iyul 1928 1928 07 30 64 yasinda Vefat yeri Baki Baki qezasi Azerbaycan SSR SSRITehsili Baki real mektebiFealiyyeti pedaqoq muellim publisistUsagi Samil Mahmudbeyov Vikianbarda elaqeli mediafayllarHeyatiHebib bey Mahmudbeyov 1864 cu ilde Samaxi seherinde anadan olmusdu Atasi Haci Ibrahimxelil bey Samaxinin moteber sexslerinden idi Sirvan esilzadelerinden olan ulu babasi Haci Sadiq meshur Nadir sahin xezinedari imis Sekkiz yasinda iken Hebib bey Samaxinin mehelle mekteblerinden katib Mirze Huseyn adli bir molla mektebinde oxuyur sonra Samaxinin seher mektebine girir 1872 ci il zelzelesinde seher mektebinin binasi dagilir ve Hebib bey Bakiya gelerek real mektebe daxil olur Bu mektebde altinci sinifedek oxuduqdan sonra 1883 cu ilde Sultan Mecid Qenizade ile birlikde Tiflise gederek oradaki Aleksandrov Muellimlir Institutuna girir 1887 ci ilde hemin institutu bitirerek yene de Sultanmecid Qenizade ile bir yerde Bakiya donur ve ele hemin il onlar ilk ozel rus muselman mektebini acirlar Bu Azerbaycanda maarifin inkisafinda boyuk hadise olur ve maarifin gelecek inkisafinin istiqametini mueyyenlesdirir Qisa muddetde hemin mekteb meshurlasir ve 1891 ci ilde dovlet teminatina kecirilir Sonradan bu tip mektebler Azerbaycanda genis yayilir 1896 ci ilde Hebib bey Mahmudbeyov S M Qenizade I Melikov ve basqalari ile birlikde rus muselman kitabxanasi teskil etdi 1917 ci il oktyabr cevrilisinedek H Mahmudbeyov boyuk ictimai maariflendirme fealiyyeti ile mesgul olub Baki seher dumasinda mekteb komissiyasinin uzvu kimi Azerbaycan muellimlerinin Birinci qurultayinin 1906 hazirlanmasi ve kecirilmesinde feal istirak edib Azerbaycanda sovet isgal rejimi qurulduqdan 1920 il 28 aprel sonra H Mahmudbeyov respublikada xalq tehsilinin inkisafinda yeni istiqametlerin islenib hazirlanmasinin feal istirakcilarindan olub Respublikada ali pedaqoji tehsilin teskilinde onun boyuk xidmetleri var Uzun muddet muellim mekteb direktoru isleyib Sosial teskilat komissiyasinin 1920 uzvu kimi o pedaqoji institutun teskilinde feal istirak edib Ali pedaqoji institut yarandiqda onun direktor muavini sonra ise direktoru olub eyni zamanda rus dili ve edebiyyatindan ders deyib Hebib bey Mahmudbeyov gece kurslari teskil etmisdi Bu kurslar bir zaman Hebib bey Mahmudbeyovun mudir oldugu ve Samaxi yolundaki binada yerlesmis Yasamal rayonu 18 ve sonralar 240 nomreli mektebde teskil olunmusdur FealiyyetiHebib bey Mahmudbeyovun rehberlik etdiyi teatr icmasi 1888 Hebib bey teatr heveskari idi O teatr truppasina rehberlik edirdi Azerbaycan teatr aleminde canlanma bir de 1887 ci ilde musahide edilmeye baslayir Evvelkinden ferqli olaraq bu canlanmada mutesekkillik nezere carpib Necef bey Vezirovun Sultan Mecid Qenizadenin Necefqulu bey Veliyevin Hebib bey Mahmudbeyovun rehberlik etdiyi teatr truppalari dovrun teatr proseslerini canlandirib 1890 ci ilin evvellerinde Bakida Hebib bey Mahmudbeyovun ve Sultan Mecid Qenizadenin teskil etdikleri tamsalarda sonralar aktyor olmus Rustem Kazimov edizodik rollarda oynamisdi Hebib bey Mahmudbeyovun adi Azerbaycan teatr tarixi kitabina dusub Kitabda qeyd olunur ki o dovrde Azerbaycanda pesekar teatr aktyorlari da yetismisdir ki bunlardan Cahangir Zeynalovu Ebulfet Velini ve basqalarini gostermek olar Kitabda Hebib bey Mahmudbeyov Aga Kerim Serifov Esger aga Gorani Qaflan Muradov Sultan Mecid Qenizade kimi sexsiyyetlerin teatr senetinin inkisafindaki xidmetleri tarixi faktlar esasinda aciqlanir Hebib bey Mahmudbeyov xeyirsever bir sexsiyyet idi O kimsesizlerin elinden tutur herterefli yardim edirdi Huseyn Ereblinskini Azerbaycan xalqina qazandiran o olub Huseynin heyati usaqliqdan ehtiyac ve sixinti icinde kecmisdi Atasini vaxtsiz itiren Huseyn anasinin himayesi altinda boyumusdu Usaqlari boyuk cetinlikle saxlamasina baxmayaraq anasi Huseyni mollaxanaya qoyub Bir nece il burada oxuyan Huseyn tehsil xercini odeye bilmediklerine gore mollaxani buraxmaga mecbur olub O illerde Ucuncu rus tatar mektebinin muellimi Hebib bey Mahmudbeyov yoxsul usaqlarinin mektebe goturulmesine serait yaradirmis Bundan xeber tutan Huseyn de Hebib bey Mahmudbeyova muraciet edir Belelikle Ucuncu rus tatar mektebine daxil olan Huseyn burada eyni zamanda rusca oxuyub yazmagi oyrenir Mekteb illerinde edebiyyata xususi maragi ile secilen gelecek senetkar mehz o illerde teatrla tanis olur Bu pesekar teatrdan uzaq olan dervis oyunlari seyyar sirk tamasalari idi Huseyn Ereblinskinin senete gelisinin sebebkari da Hebib bey Mahmudbeyov olub Bele ki dovrunun qabaqcil ziyalilarindan olan Hebib bey Cahangir Zeynalovla birge M F Axundovun Serguzesti veziri xani Lenkeran eserini tamasaya qoymaq isteyir Esas heyeti mueyyenlesdirseler de epizodik rollarda oynamaga aktyor tapmirlar Mahmudbeyov epizodik rollara oz sagirdlerini celb elemek qerarina gelir Bu sagirdler sirasinda Huseyn Xelefov de olur Huseyn ozunun ilk mesqlerini Cahangir Zeynalovun evinde edir Ancaq sonralar teatr tariximizde en gorkemli yerlerden birini tutan Huseyn Ereblinski ozunun ilk rolunu oynaya bilmir Sehnede casan Huseyn susmaga mecbur olur Hergah bu tamasani pozmur Cunki Huseynin rolu tamasada demek olar ki nezere carpmirmis Hebib bey ona urek direk verib heyan olur Hesen bey Zerdabi ve muellim Hebib bey Mahmudbeyov da Dumaya qlasni secilmisdiler Onlar emlak sahibi kimi deyil bascisi olmus varli ailelerin qeyyumu kimi secilmisdiler Fermanda varli ailelerine qeyyumlarin Dumaya secile bileceyine icaze verilirdi Baki Dumasi evveller indiki Gencler meydaninda olan indi bu mulkun yerinde bag salinmisdir sonralar yeni 1905 ci ilde onun ucun indiki Istiqlaliyyet kucesindeki binaya Hazirki Baki Sovetinin binasi kocmusdu Fermanin verilmis oldugu tarix de yeni 1870 ci il onun fasadina hekk olunmusdur Bezileri sehv salaraq bu tarixi binanin tikilmesi tarixi kimi basa dusurler Hebib bey qlasni kimi bir cox ictimai islerde feal istirak etmisdi AilesiAzerbaycan Xalq Cumhuriyyeti Milli Surasi ve Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu Eli Esger bey Mahmudbeyovun qardasidir Istinadlar Hebib bey Mahmudbeyov 1864 1928 teatrittifaqi az 2022 11 11 tarixinde Istifade tarixi 11 noyabr 2022 M Emrahov M Salahov N Esedov Azerbaycanda ali mekteb quruculugu ali pedaqoji tehsilin teskili ve inkisafi tarixinin ocerkleri 1917 1941 ci iller Baki Mutercim 2007 seh 48 MenbeC H Ceferov Azerbaycan teatri 1873 1973 Tertib redakte ve elaveler Y Qarayev Baki 1974 Azerbaycan Sovet Ensiklopediyasi VI cild Baki 1982 S M Qenizade ve H Mahmudbeyovun pedaqoji fikirleri Yusif Talibov Ferahim Sadiqov Serdar Quliyev Azerbaycanda mekteb ve pedaqoji fikir tarixi Baki Unsiyyet 2000 seh 261 268