Nəcəfqulu bəy Şeyda (tam adı: Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev; 22 mart 1858, Şuşa – 1936, Bakı) — azərbaycanlı şair.
Nəcəfqulu bəy Şeyda | |
---|---|
Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev | |
Doğum tarixi | 22 mart 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 1936 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı | |
Atası | Mirzə Məmmədhəsən bəy Vəliyev |
Fəaliyyəti | şair |
Nəcəfqulu bəy Şeyda Vikimənbədə |
Həyatı
Nəcəfqulu bəy Şeyda 1858-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda təhsilini davam etdirib. Quberniya idarəsində iyirmi beş ilə yaxın tərcüməçi işləmişdir. Balaxanı kəndində neft quyuları almışdı.
Nəcəfqulu bəy İmarət xanımla ailə həyatı qurmuşdur. Onun , adlı iki qızı, Məhəmmədhəsən bəy, Cavad bəy adlı iki oğlu olmuşdur.
Nəcəfqulu bəy şair idi. Şeyda təxəllüsü ilə şeir yazırdı. Nəcəfqulu bəy Şeyda haqqında yazılı mənbə o qədər də çox deyil. Təzkirəçi Mir Möhsün Nəvvab özünün "Təzkireyi-Nəvvab" əsərində, demək olar ki, bütün Qarabağ şairlərinin həyat və yaradıcılığından xeyli danışsa da, onun barəsində çox cuzi məlumat verir:
"Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Baharlı Qarabağ vilayəti əhalisindəndir. Baharlı Şuşaya tabe olan kəndin adıdır. Otuz üç yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin (?) övladlarındandır. Bəzən şeir də yazır. Aşağıda yazılmış müxəmməs onun şeirlərindəndir. Təxəllüsü Şeydadır".
Şairin yaradıcılığını araşdıran alim-filoloq Paşa Kərimov şairin əsərlərinin əlyazmalarından ibarət olan dəftərin Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığını deyir. Bu dəftərin 62 vərəqində 114 qəzəl, 2 müsəddəs, 3 qitə, 6 müxəmməs, 2 müstəzad, 86 rübai və müxtəlif məzmunlu digər şeirlər toplanıb. Dəftərdə, müxtəlif hekayə və rəvayətlərə, geriliyi tənqid edən şeirlərə, "Tövbənamə"yə, Mövlana Cəlaləddin Rumi, Şeyx Sədi, Hafiz, Vəhşi kimi Yaxın Şərq şairlərinin əsərlərindən tərcümələrə, farsca bir neçə qəzələ və s. əsərlərə rast gəlmək olar.
Şeirlərin qeyd edilən ən köhnə tarixi 1886-cı il, ən son tarix 1936-cı ildir.
O, Baharlı oymağının tanınmış şəxsiyyətlərindən Mirzə Məmmədhəsən bəy Vəliyevin oğlu, Əbülfət Vəlinin qardaşıdır.
Əsərləri
- Mir Möhsün Nəvvab. Təzkireyi Nəvvab. (Çapa hazırlayanı və ön sözün müəllifi: filologiya elmləri namizədi Əkrəm Bağırov; Türkcə mətnlərin transliterasiyası: filologiya elmləri namizədi Nəsrəddin Qarayev; Farsca mətn və şerlərin filoloji tərcüməsi: filologiya elmləri namizədləri Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov). Bakı,1998
- Poetik məclislər. (toplayanı və tərtib edəni Nəsrəddin Qarayev). (Bakı, 1987)
- Şeirlər. (nəşrə hazırlayan: Nailə Mustafayeva). (Bakı, 2006)
- Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006, 158 s.
- Gülşəni-Maarif Təzkirəsi 2014
Ailəsi
- Məhəmmədhəsən bəy Vəlili-Baharlı
- Züleyxa xanım Vəliyeva
- Səltənət xanım Vəliyeva
- Həyat yoldaşı İmarət xanım Vəliyeva (Məlikova) — Həsən bəy Zərdabinin bacısı Şirinxanım Məlikovanın qızı.
- Oğlu Məhəmmədhəsən bəy Vəliyev-Baharlı — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı.
- Qızı Səltənət xanım Həsənova-Vəliyeva — Azərbaycan pedaqoqu. Səltənət xanım Həsənova-Vəliyeva 4 fevral 1893-cü ildə anadan olmuşdur. O, 1901–1905 illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir. Səltənət xanım Həsənova-Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Səltənət xanım Həsənova-Vəliyeva Bakı milyonçusu Mir Əbdüləhəd Seyid Qəhrəman oğlu Seyidhəsənzadə ilə 1917-ci ildə ailə həyatı qurmuşdur. Səltənət xanım Həsənova-Vəliyeva 1976-cı ildə, 83 yaşında Bakıda vəfat etmişdir.
- Qızı Züleyxa xanım Nəcəfqulu bəy qızı Vəliyeva — Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biri, Züleyxa xanım Vəliyeva 22 fevral 1890-cı ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Şuşalıdır. O, 1901–1905-ci illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir. Züleyxa xanım Vəliyeva qısa ömür yaşamışdır. O, toyu ərəfəsində, 1908-ci ildə, 18 yaşında vəfat etmişdir.
İstinadlar
- V. Quliyev. Biz gedəsiyik, dünya qalası. Bakı: Şuşa, 2001, səh.44.
- "Arxivlənmiş surət". www.anl.az. 2023-03-20 tarixində . İstifadə tarixi: 2024-03-27.
- http://web2.anl.az:81/read/page.php?bibid=vtls000409964
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
Mənbə
- Ənvər Çingizoğlu. Baharlı oymağı. Bakı: "Soy" dərgisi, 2008, səh.22–79.
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
Həmçinin bax
Xarici keçidlər
- http://www.palitranews.az/news.php?id=4959 2013-09-16 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Necefqulu bey Seyda tam adi Necefqulu bey Mirze Mehemmedhesen bey oglu Veliyev 22 mart 1858 Susa 1936 Baki azerbaycanli sair Necefqulu bey SeydaNecefqulu bey Mirze Mehemmedhesen bey oglu VeliyevDogum tarixi 22 mart 1858 1858 03 22 Dogum yeri Susa Susa qezasi Samaxi quberniyasi Rusiya imperiyasiVefat tarixi 1936Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri SusaVetendasligi Rusiya imperiyasi AXC SSRIUsagi Mehemmedhesen bey Velili BaharliAtasi Mirze Memmedhesen bey VeliyevFealiyyeti sairNecefqulu bey Seyda VikimenbedeHeyatiNecefqulu bey Seyda 1858 ci ilde Susa seherinde dogulmusdur Ibtidai tehsilini molla yaninda almisdi Sonra Bakida Haci Zeynalabdin Tagiyevin acdigi gece kursunda tehsilini davam etdirib Quberniya idaresinde iyirmi bes ile yaxin tercumeci islemisdir Balaxani kendinde neft quyulari almisdi Necefqulu bey Imaret xanimla aile heyati qurmusdur Onun adli iki qizi Mehemmedhesen bey Cavad bey adli iki oglu olmusdur Necefqulu bey sair idi Seyda texellusu ile seir yazirdi Necefqulu bey Seyda haqqinda yazili menbe o qeder de cox deyil Tezkireci Mir Mohsun Nevvab ozunun Tezkireyi Nevvab eserinde demek olar ki butun Qarabag sairlerinin heyat ve yaradiciligindan xeyli danissa da onun baresinde cox cuzi melumat verir Necefqulu bey Mirze Mehemmedhesen bey oglu Baharli Qarabag vilayeti ehalisindendir Baharli Susaya tabe olan kendin adidir Otuz uc yasli duz exlaqli bir cavandir Mirze Veli Vidadinin ovladlarindandir Bezen seir de yazir Asagida yazilmis muxemmes onun seirlerindendir Texellusu Seydadir Sairin yaradiciligini arasdiran alim filoloq Pasa Kerimov sairin eserlerinin elyazmalarindan ibaret olan defterin Azerbaycan Milli Elmler Akademiyasi Mehemmed Fuzuli adina Elyazmalar Institutunda saxlanildigini deyir Bu defterin 62 vereqinde 114 qezel 2 museddes 3 qite 6 muxemmes 2 mustezad 86 rubai ve muxtelif mezmunlu diger seirler toplanib Defterde muxtelif hekaye ve revayetlere geriliyi tenqid eden seirlere Tovbename ye Movlana Celaleddin Rumi Seyx Sedi Hafiz Vehsi kimi Yaxin Serq sairlerinin eserlerinden tercumelere farsca bir nece qezele ve s eserlere rast gelmek olar Seirlerin qeyd edilen en kohne tarixi 1886 ci il en son tarix 1936 ci ildir O Baharli oymaginin taninmis sexsiyyetlerinden Mirze Memmedhesen bey Veliyevin oglu Ebulfet Velinin qardasidir EserleriMir Mohsun Nevvab Tezkireyi Nevvab Capa hazirlayani ve on sozun muellifi filologiya elmleri namizedi Ekrem Bagirov Turkce metnlerin transliterasiyasi filologiya elmleri namizedi Nesreddin Qarayev Farsca metn ve serlerin filoloji tercumesi filologiya elmleri namizedleri Ekrem Bagirov Nizami Meherremov Kamil Allahyarov Ferrux Fermanov Baki 1998 Poetik meclisler toplayani ve tertib edeni Nesreddin Qarayev Baki 1987 Seirler nesre hazirlayan Naile Mustafayeva Baki 2006 Necefqulu bey Seyda Seirler Baki Nurlan 2006 158 s Gulseni Maarif Tezkiresi 2014AilesiMehemmedhesen bey Velili Baharli Zuleyxa xanim Veliyeva Seltenet xanim Veliyeva Heyat yoldasi Imaret xanim Veliyeva Melikova Hesen bey Zerdabinin bacisi Sirinxanim Melikovanin qizi Oglu Mehemmedhesen bey Veliyev Baharli Azerbaycan Dovlet Bankinin ilk mudiri iqtisadci etnoqraf siyasi repressiya qurbani Qizi Seltenet xanim Hesenova Veliyeva Azerbaycan pedaqoqu Seltenet xanim Hesenova Veliyeva 4 fevral 1893 cu ilde anadan olmusdur O 1901 1905 illerde Hesen bey Zerdabinin heyat yoldasi Henife xanim Melikovanin mudiri oldugu Tagiyev Qizlar Gimnaziyasinda oxumus rus dilinde tehsil almisdir Tagiyev Qizlar Gimnaziyasinin ilk mezunlarindan biridir Seltenet xanim Hesenova Veliyeva uzun iller pedaqoji fealiyyetle mesgul olmusdur Seltenet xanim Hesenova Veliyeva Baki milyoncusu Mir Ebdulehed Seyid Qehreman oglu Seyidhesenzade ile 1917 ci ilde aile heyati qurmusdur Seltenet xanim Hesenova Veliyeva 1976 ci ilde 83 yasinda Bakida vefat etmisdir Qizi Zuleyxa xanim Necefqulu bey qizi Veliyeva Tagiyev Qizlar Gimnaziyasinin ilk mezunlarindan biri Zuleyxa xanim Veliyeva 22 fevral 1890 ci ilde Baki seherinde anadan olmusdur Eslen Susalidir O 1901 1905 ci illerde Hesen bey Zerdabinin heyat yoldasi Henife xanim Melikovanin mudiri oldugu Tagiyev Qizlar Gimnaziyasinda oxumus rus dilinde tehsil almisdir Tagiyev Qizlar Gimnaziyasinin ilk mezunlarindan biridir Zuleyxa xanim Veliyeva qisa omur yasamisdir O toyu erefesinde 1908 ci ilde 18 yasinda vefat etmisdir IstinadlarV Quliyev Biz gedesiyik dunya qalasi Baki Susa 2001 seh 44 Arxivlenmis suret www anl az 2023 03 20 tarixinde Istifade tarixi 2024 03 27 http web2 anl az 81 read page php bibid vtls000409964 Orxan Zakiroglu Baharli Serq tarixi Baharlilar I kitab Baki 2013 Orxan Zakiroglu Baharli Serq tarixi Baharlilar I kitab Baki 2013 MenbeEnver Cingizoglu Baharli oymagi Baki Soy dergisi 2008 seh 22 79 Orxan Zakiroglu Baharli Serq tarixi Baharlilar I kitab Baki 2013 Orxan Zakiroglu Baharli Serq tarixi Baharlilar Ensiklopedik melumat kitabi II kitab Baki 2013 Orxan Zakiroglu Baharli Mirze Veli bey ocagi selefleri xelefleri Baki 2015 Orxan Zakiroglu Baharli Xanlar xani Bayram xan selefleri xelefleri Baki 2015 Orxan Zakiroglu Baharli Eliseker bey neslinin tarixi sexsiyyetleri Baki 2015 Orxan Zakiroglu Baharli Mirze Veli bey ve onun neslinin taninmis ovladlari Azerbaycan Tarixi Secere Cemiyyetinin Xeberleri Doqquzuncu buraxilis Baki 2014Hemcinin baxBaharli oymagi VeliyevlerXarici kecidlerhttp www palitranews az news php id 4959 2013 09 16 at the Wayback Machine