Baharlı oymağı — Qaraqoyunlu tayfa konfederasiyasına daxil olan tayfalardan biri. Baharlı tayfası/oymağının üzvləri uzun müddət Cənubi və Şimali Azərbaycan, Türkiyə, İranın Fars, Kerman əyalətləri ərazisində yaşamış, XX əsr boyunca oturaq həyata keçmiş və demək olar ki, özünün tayfa quruluşunu, kimliyini itirmişdir. Baharlı tayfası/oymağı Azərbaycan türklərini təşkil edən tayfalardan biridir və Azərbaycan türkcəsində danışmaqdadırlar.
J. Malkolmun fikrincə, baharlılar əslən Şamlı tayfasının bir qoludurlar. Şamlılar əsas Qızılbaş tayfalarından biri olmuş və Əmir Teymur tərəfindən Suriyadan İrana gətirilmişdirlər. A. Houtum-Schindler qeyd edir ki, onlar Fars ostanında əsasən başqaları tərfəindən ərəblər olaraq qeyd edilirlər və gümanki bu onların vaxtilə Suriyadan gətirilməsi ilə bağlıdır. Lakin bu müəlliflərin heç biri bu iddiaları üçün hansısa sənəd göstərmir, bunu qeyd edərək, əlavə edir ki, gümanki bu əlaqələndirmə Xəmsə tayfa konfederasiyasındakı ərəb tayfası ilə bağlıdır. Digər tərəfdən, Baharlılar ilə Qaragözlülər arasında yaxın əlaqə olduöu bəllidir və Qaragözlülərin Şamlı tayfasının bir hissəsi olduğu bilinməkdədir. Qoşaçayın (indki Miandoab) 25 km şimal-qərbində Qaragözlü adlanan kənd vardır və bu yer Marağanın şimal-qərbində yaşayan Baharlıların yaşayış yerinə çox yaxındır. Həmədanın qərbində də Baharlı və Qaragözlülərin adı ilə bağlı xeyli yaşayış yerləri mövcuddur. Həmçinin Pierre Oberlinqin 1957-ci ildə Şiraz şəhərində İbrahim xan Baharlı və Əmirağa xan Baharlı ilə etdiyi müsahibədən bəlli olmuşdur ki, Fars ostanında yaşayan Baharlı oymağının Qaragözlü adında oymağı vardır.
Tarixləri
Kökənləri
Vladimir Minorski inanır ki, Baharlı adı Qaraqoyunlu dövlətinin hakim sülalənin çıxdığı Baranlı və ya Barani elinin bir digər adıdır və onlar İva boyundan ayrılmışdırlar. Hər bir halda, Faruk Sümer bunu sübut edəcək heç bir dəlilin ortada olmadığını bildirmişdir. Qaraqoyunlular zamanı Baharlı oymağı Həmədan ətrafında yaşamaqda idi və Minorski də buradan yola çıxaraq iddia edirdi ki, Baharlıların adı da buradakı Bahar qala adından törəmişdir. Lakin fakt odur ki, XVIII əsrdə belə Mərkəzi Anadoluda Baharlı adında tayfa mövcud idi. Beləliklə, Pierre Oberling düşünür ki, Baharlılar Həmədan ətrafına köç edərkən onların bir hissəsi əvvəlki yerlərində qalmış və onlar Həmədana gəldikləri zaman Bahar adında qala artıq orada mövcud idi.
Qaraqoyunlu və Ağqoyunlu imperiyaları dövrü
Məlum olan qaynaqlardan bilindiyi qədərilə, Baharlı oymağı Qaraqoyunlu tayfa konfederasiyasına o artıq formalaşdıqdan sonra qatılmışdır və hətta ehtimal edilir ki, bu qatılma 1408-ci ildə Həmədanın Qara Yusif tərəfindən ələ keçirilməsindən sonra baş vermişdir. Cahanşahın hakimiyyəti zamanı tayfanın başçısı Əlişəkər bəy Baharlı idi və o, Balal və ya Bilallu oymağından idi. Abdülbaki Nəhavəndinin yazdığına görə, Əlişəkər bəy ən bacarıqlı Qaraqoyunlu sərkərdələrindən biri olmuş, 1457-ci ildə qərb və cənub-qərbdə ələ keçirilən torpaqların tutulmasında mühüm rol oynamışdır. Əlişəkər bəyin Qaraqoyunlu hakim ailəsi ilə qohum olduğu bilinsə də, bu qohmuluğun tam olaraq necə olması bəlli deyil. Baburun verdiyi məlumata görə, Cahanşah Əlişəkər bəyin qızı Paşa Bəyim ilə evlənmişdir, lakin Fəzlullah Rüzbehana görə, Paşa Bəyim ilə evlənən Cahanşahın oğlu Məhəmməd Mirzə olmuşdur.
Əlişəkər bəyin oğlu Pirəli bəy (o, həmçinin Şirəli bəy də adlandırılır) atasından sonra tayfanın başçısı olmuşdur. O, Cahanşahın zabitlərindən biri olmuş, Cahanşah Uzun Həsən tərəfindən məğlub edildikdən sonra Cahanşahın nəvəsi İbrahim bəy və 4-5 min Baharlı ailəsi ilə birlikdə Xorasandakı Teymurilərə sığınmışdır. Onlar burada Teymuri imperiyasını yenidən Qaşqardan Cənubi Qafqaza qədər uzanan bir imperiya halına gətirməyə çalışan son hökmdar olan Əbu Səidin xidmətinə daxil olmuşdurlar. Əbu Səidin də 1469-cu ildə Uzun Həsən tərəfindən məğlub edilməsindən sonra İbrahim bəy ilə Pirəli bəy Hüseyn Bayqaranın xidmətinə girmişdirlər. Uzun Həsən tez-tez yazdığı məktublarda mühacir liderlərin ona təhvil verilməsini tələb etmiş, cavab almadıqda isə ən azı 3 ordunu Xorasana göndərmişdir. Bir müddət sonra Pirəli bəy Hüseyn Bayqaradan ayrılmış və Əbu Səidin üçüncü oğlu Sultan Mahmudun xidmətinə girmişdir. Bu zaman Sultan Mahmud müasir Tacikistanda yerləşən Hesar-e Şadmanda özünü hakim elan etmişdir. Bu zaman artıq dul qalmış və öz qardaşı ilə sürgündə yaşayan Paşa Bəyim Sultan Mahmud ilə evlənmişdir.
Uzun Həsən 1478-ci ildə vəfat etdiyi zaman Pirəli bəy əvəvlki torpaqlarını yenidən ələ keçirməyə çalışdı. Qardaşı Bayram bəy və Sultan Mahmudun qardaşı Əbu Bəkir ilə birlikdə Bam və Sistan yolu ilə Kerman əyalətinə yürüşə başladı. Yürüşı qatılan ordu baharlılar ilə çağatayların birləşməsindən təşkil edilmişdi. Bu birləşmiş ordu zəif qorunan Kerman ilə Sircanı ələ keçirdi və Farsa doğru yola düşdü. Lakin Sultan Yaqubun komandanlıq etdiyi Ağqoyunlu ordusu onları məğlub etdi, həm Pirəli bəy, həm Bayram bəy, həm də Əbu BƏkir öz ailələrini Sircanda tərk edərək Qorqana qaçdılar. Burada Hüseyn Bayqara tərəfindən göndərilmiş ordu onlara hücum etdi və Əbu Bəkir öldürüldü, qardaşlar isə ələ keçirildi. Pirəli bəy kor edilərkən, qardaşı Bayram bəy edam edildi.
Baharlılar Böyük Moğol hökmdarlarının xidmətində
Pirəli bəyin varisi kimi Xorasan baharlıların rəhbəri onun oğlu Canəli bəy oldu. O, Bədəxşanda məskunlaşdı və 1490-cı illərin sonundan etibarən Baburun xidmətinə girdi. 1499-cu ildə Əndican bölgəsində Babur üçün döyüşərkən başından zərbə aldı və kəllə sümüyü deşildi, lakin o, xidmətini davam etdirib Babur ilə birlikdə Kabula, oradan da Hindistana daxil oldu.
Canəli bəyin oğlu olan Seyfəli bəy də Babur üçün xidmət etmişdir. Babur öğldüyü zaman o, onun yerinə gələn Humayuna (1530-1556) xidmət etməyə başlamış və öldüyü zaman Qəznə hakimi olmuşdur. Seyfəli bəyin oğlu və varisi Bayram xan (ö. 1561) Böyük Moğol imperiyasının görkəmli şəxsiyyətlərindən biri olmuş və Əkbər dönəmində xidmət etmişdir. O, Əkbərin xanbabası (yəni, mühafizəçisi), daha sonra isə xanlarxanı (yəni, baş naziri) olmuşdur. Bayram xan, həmçinin öz şairliyi, alimliyi və incəsənətə hamiliyi ilə seçilmişdir.
Qaraqoyunluların süqutundan sonra müasir İranın qərbində qalan baharlılar bir çox digər Qaraqoyunlu tayfası ilə birlikdə tədricən Azərbaycanda məskunlaşmışdırlar. Görünüşə görə, onlar Ağqoyunlularla əməkdaşlıq etmişdirlər. Baharlılardan Həsən bəy Şəkəroğlunun Ağqoyunlu hökmdarı Əlvənd Mirzəyə İsmayıl Mirzə Səfəviyə qarşı mübarizədə yardım etdiyi bəllidir. O, Şərur döyüşündə də Ağqoyunlu tərəfində döyüşmüşdür.
Səfəvilər dövrü
Malkolm Baharlı tayfasının erkən səfəvi şahları dövründə hakimiyyətin əsasını təşkil edən yeddi əsas tayfadan biri olduğunu bildirsə də, Pierre Oberling bu iddianın hansısa güvənilir qaynaqda əks etdirilmədiyini yazır. Həsən bəy Rumlunun yazdığı əsərdə sadəcə iki Baharlı tayfası mənsubunun adı çəkilir. Onlardan biri Məhəmməd Baharlı 1516-cı ildə Bəlxdəki qalanın komandanı olmuşdur. İkinci sərkərdə isə Vəli bəy Baharlıdır. Vəli bəyin I Təhmasibin ölümündən sonra paytaxtda taxta hansı şahzadənin çıxması ilə bağlı münaqişə yaranan zaman İsmayıl Mirzəni dəstəkləyənlər arasında adı çəkilir. Həmçinin Münəccimbaşının əsərində adı çəkilən 8 Qızılbaş tayfasının siyahısına Baharlı tayfası daxil edilməmişdir.
Yayılma arealları
Hal-hazırda Türkiyədə, keçmiş Sovet İttifaqının bəzi ölkələrində (xüsusən Azərbaycan Respublikasında) və İranda Baharlı tayfasının izləri və parçaları mövcuddur. Anadolunun şərqindəki Diyarbəkir bölgəsində Baharlı adında kənd vardır. Eyni zamanda Şimali Azərbaycanın Şuşa və Zəngəzur bölgələrində də baharlılar yaşamışdır. Eyni zamanda Şimali Azərbaycanda bu tayfanın adını daşıyan 3 kənd də mövcuddur. Baharlıların bir digər qrupu da Cənubi Azərbaycanda yaşamaqdadırlar. 1906-cı ildə bölgəni ziyarət edən fransız alim Eugène Aubin Marağanın şimal-şərqində yerləşən Dizacrud məntəqəsində Baharlı tayfasının məskunlaşdığını yazmışdır. Pierre Oberling onların M.L. Sheil tərəfindən XIX əsrin ortalarında sayları 2 min nəfər göstərilən qrup olduğunu yazmaqdadır. XX əsrin ikinci yarısından etibarən baharlılar özlərinin tayfa kimliyini itirmiş və (Cənubi) Azərbaycan tayfaları içərisində qeyd edilməmişdir. Lakin vaxtilə onların tayfa ilə yaşadıqları ərazilərdə xeyli sayda onlarla bağlə kənd adları qalmaqdadır. Məsələn, XV-XVI-cı əsrlərdə Baharlı tayfasının əsas tirəsi olan Bilallı tirəsi və bir digər QAraqoyunlu tayfası Ağaç Əri ilə bağlə xeyli kənd adları bilinməkdədir. Bu siyahıya digər iki Qaraqoyunlu tayfası olan Alpout və Baranlı adları da daxil edilə bilər. Cənubi Azərbaycanda cənuba doğru isə Sənəndəc bölgəsində Baharlı tayfası ilə bağlı yer adlarına rast gəlinir.
İranın cənubuna doğru irəlilədikcə bəzi baharlılar Əfqanıstan sərhədi yaxınlığında, Darmianın 12 km cənubunda yerləşən Baharmərz kəndində yaşamaqdadırlar. Bu yer Xorasanın cənubunda yerləşməkdədir. Həmçinin eyni vilayətdə, Boşruya məntəqəsinin 3 km şimal-qərbində Bilal adında kənd də yerləşməkdədir. Həsən Fəsainin yazdığına görə, Xarəzm (Xivə) bölgəsində Baharlı adında tayfa yaşamaqdadır.
Kerman ostanında Bar-e Baharlı adında kiçik bir tayfa yaşamaqdadır. Onlar Rabor ilə Bezencan arasında yaşamış və son Qacar sülaləsi dönəmində 40 ailədən obarət olmuşdurlar.
Fars ostanında da Baharlı tayfası mənsubları yaşamaqdadırlar. Pierre Oberlinqin 1957-ci ildə tayfanın ağsaqqallarından olan İbrahim xan Baharlı və Əmirağa xan Baharlı ilə apardığı müsahibədən bəlli olur ki, bu tayfa Fars ostanına Cənubi Azərbaycan ərazisindən gəlmişdir. Lakin Oberling onların tirə adlarının Məşhədli olmasını əsas gətirərək, onların Qaraqoyunlu dövlətinin süqutundan sonra Xorasana qaçan baharlıların varisləri ola biləcəyini yazır. Field isə iddia edir ki, onların Fars bölgəsində XVIII-XIX əsrdə məskunlaşdığını qeyd edir. Oberling onların bu dövrdə Xorasandan gələ biləcəkləri ehtimalını istisna edir. O, yazır ki, Kermandakı Bar-e Baharlı və Farsdakı Baharlı icmaları Sircanı tərk edən baharlıların varisi ola bilər. O, Pirəli bəy ilə qardaşı Bayram bəyin 1478-ci ildə Ağqoyunlu Yaqub Mirzə tərəfindən məğlub edildiklərini, bundan sonra da Sircandakı baharlıların daha cənuba çəkilə biləcəklərini qeyd edir.
1860-cı illərə qədər Fars əyalətindəki baharlılar tamamilə köçəri həyat tərzi sürmüşdürlər. Onların yaylaqları Şirazın şimalındakı Ramcerd, Marydəşt və Kamində, qışlaqları isə Farsın cənub-şərqində Darab və İzadkəstdə yerləşirdi. Sheil 1849-cu ildə onların sayını 1230 ailə, K.E, Abbott isə 2 min ailə olaraq təqdim edir. Onların son əhəmiyyətli liderləri 1851-1852 və 1858-1859-cu illərdə tayfa başçısı olmuş və Əhmədli tirəsindən gələn Molla Əhməd xan Bozorgi olmuşdur. Onun ölümündən sonra tayfa başçılığı uğrunda gərgin mübarizə başlamış, bu mübarizə tayfa daxilində kəskin qırğınlara yol açmış və sonda tayfa üzvlərinin sayı xeyli azalmış, gücləri zəifləmişdir. Sonda sağ qalmış tayfa üzvləri artıq onların köğçəri həyat tərzi yaşaya biləcək gücdə olmadıqları qənaətinə gəlmişdirlər. Beləliklə, onlar özlərinin qışlaqlarında daimi yaşamağa başlamış, əkinçilik və heyvandarlıqla yanaşı, quldurluqla məşğul olmuşdurlar. 1860-cı illərin əvvəllərində onlara baş çəkən L. Pelly yazırdı ki, onlar "çox nadinc və quldur dəstəsidirlər, onlar bir-birlərini öldürməklə özlərinin və kəndxudalarının həyatına son qoyurlar və [sonda] onlardan yalnız qarşısına çıxan hər kəsi talamaq üçün dolaşan bəzi atlılar [sağ] qalır." Buna bənzər qeydlər H. B. Vaughan, A. T. Wilson, G. Demorgny, P. M. Sykes və digər müəlliflər tərəfindən də yazılmışdır.
1861-ci ildə tayfa Şiraz bölgəsindəki Xəmsə tayfa konfederasiyasına qatıldı. Bu tayfa ittifaqı Fars canişini Soltan Murad Mirzə tərəfindən yaradılmışdı və məqsədi bölgədə artan Qaşqay təsirini azaltmaq idi.
1933-cü ildə təkcə Fars bölgəsində yaşayan baharlılar 8 min ailədən və 20 tirədən ibarət idilər. Tirələr bunlar idi:
- İbrahimxani, Əhmədli, İsmailxani, Bürbür, Bəklə, Cambozorqi, Cərgə, Cuqa, Hacıtərli, Hacıəttərli, Heydərli, Rəsulxani, Saqqız, Səfiqani, İsabığlı, Kərimli, Külahpüşti, Məşhədli, Nəsirbəyli, Varata.
II Dünya müharibəsindən sonra İranda yaşayan baharlılar tamamilə oturaq həyata keçdilər və Darab bölgəsinin Fasarud, Kosuya və Qəriət-əl Keyr məntəqələrində yaşamağa başladılar. Müharibənin sonuna doğru bölgəni ziyarət edən britaniyalı həkim O. Garrod qeyd etmişdi:
[Baharlılar] tayfa quruluşunu və xüsusiyyətlərini sürətlə itirirlər. Bir vaxtlar Fars əyalətinin şərqinin ən yaxşı atlıları və ən qorxulu döyüşçüləri, quldurları olan Baharlılar malyariya və məskunlaşdıqları məskənlərin məcmu çirkabında yetişdirilən xəstəliklərin təsirindən təəssüf ki, degenerasiyaya uğradılar.
Pierre Oberlinqlə 1957-ci ildəki müsahibəsində Əmirağa xan Baharlı Fars əyalətində yaşayan baharlıların sayı olaraq 4 min nəfər rəqəmini demişdir. Joshua Projectin bildirdiyi məlumata görə isə, baharlıların 2015-ci ildəki sayı təxminən 10 min nəfərə yaxındır.
Qarabağ baharlıları
Baharlı eli oymaq şəklində Qarabağda, bir neçə mahalın ərazisində qərar tuturdu. Baharlı obasının ikisi Kəbirli elində, biri Çulundur mahalında, biri isə yaşam sürürdü. I Şah Abbas Səfəvinin 1071-ci ilin şəvval ayı tarixli (iyun, 1601) fərmanında Baharlı oymağı haqqında dəyərli məlumat verilib.. Baharlı oymağının sakinlərindən Dərgahqulu, Kərəməli və başqalarının şikayəti əsasında tərtib edilmiş həmin fərmandan görünür ki, vaxtı ilə qeyd olunan tayfanın bir çox ailələri Qarabağdan İsfahanla Şirazla Xuzistan arasında yerləşən Çaharmahal məntəqəsinə köçürülmüş və orada uzun müddət yarımköçəri həyat sürmüşlər. Şah Sultan Hüseyn Səfəvi tərəfindən 1714-cü ilin dekabr ayında verilmiş şəcərəyə görə köhnə xəlifə Əbutalib bin Şeyx Məhəmməd bin Xəlifə Əlirzanın əmisi oğlu Xəlifə Məhəmmədqasım Qapanat mahalının Baharlı, Sarıəlili, Xacəəbuishaqlı və Xələc camaatına yeni xəlifə təyin edilmişdi. Baharlı obalarından üçü Kəbirli mahalında yerləşmişdi. Biri I Baharlı obası, biri II Baharlı obası, o birisi isə Lələimamverdi obası idi.
- Nəcəfqulu bəy Şeyda
- Züleyxa xanım Vəliyeva
- Səltənət xanım Vəliyeva
Azərbaycan baharlıları arasından çıxmış məşhur şəxslər
Azərbaycanlı məşhur baharlılara nümunə olaraq bu şəxslər göstərilir:
Məhəmməd bəy Baharlı, Pirəli bəy Baharlı, , , Sultanqulu bəy Baharlı, Bayram xan Baharlı, Əbdürrəhim xan Baharlı, Həsən bəy Müqimi, , Mirzə Vəli bəy Baharlı, , , , Mirzə Məmmədhəsən bəy Vəliyev, , Məhəmmədəli bəy Vəlizadə (Məxfi), Abdulla bəy Vəlizadə, Nəcəfqulu bəy Vəliyev (Şeyda), Əbülfət bəy Vəli, Məhəmmədhəsən bəy Vəlili-Baharlı, , Cabbar bəy Vəlibəyov, Sulduz Rüstəmov, , Zakir Cabbar bəy oğlu Məmmədov, Səttar bəy Vəliyev, Xostan Vəliyev, Zahid Məmmədov, Məhəmməd Baharlı, tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) və başqaları daha çox tanınırlar.
Qeydlər
- Ənvər Çingizoğlu Fars əyalətindəki baharlıların tayfa başçılarının siyahısını belə təqdim etmişdir:
- Hüseyn xan (Bahadur-Nizam)
- Əmir Ağa xan
- Sultan İbrahim xan
- Kazım xan
- Qulamhüseyn xan
- Manuçöhr xan
- Əhmədrza xan
- Mürtəza xan
- Ənvər Çingizoğlu Xəmsə konfederasiyasına qatılan Baharlı tirələri olaraq bunları göstərməkdədir:
- Əbülqasımlı
- Əhmədli
- Ələmdar
- Əmələ
- Əminə
- Əminli
- Əmirhacılı
- Aşıqlı
- Aşırlı
- Övladlı
- Əzizbəyli
- Hacıəttarlı
- Hacıbaranlı
- Hacıxanlı
- Heydərli
- Həsənbəyli
- İbrahimxanlı
- İsmayılxanlı
- İsabəyli
- Caməbözörgi (böyükcaməli)
- Qağaxanlı
- Kamanlı
- Məmmədli
- Məhəmmədxanlı
- Nəzərbəyli
- Qaraxanlı
- Qaraxaslı
- Kazımbəsli
- Rəsulxanlı
- Sadıqlı
- Səfixanlı
- Səkkizli
- Şəkərli
- Əzizli
- Çəhərdəh çərik (on dörd çərik)
- Dərəşur (şordərəli)
- Kərimli
- Xosrovlu
- Lor
- Sül eymanlı
- Təkkə (təklə)
- Zərgər
Həmçinin bax
İstinadlar
- Баскаков, 1969. səh. 265
- "Baharlu in Iran". Joshua Project. 26 may 2015. 15 yanvar 2023 tarixində . İstifadə tarixi: 17 avqust.
- "Azerbaijani, South". Ethnologue. 7 mart 2013. 5 iyul 2023 tarixində . İstifadə tarixi: 17 avqust.
- "Baharlu". Glottolog. 28 sentyabr 2022. 13 dekabr 2019 tarixində . İstifadə tarixi: 17 avqust.
- Malcolm, 1829. səh. 237
- Houtum-Schindler, 1896
- Oberling, 1988
- Minorsky, 1955. səh. 391
- Golden, 1992. səh. 367-368
- Sümer, 1967. səh. 23-24
- Niebuhr, 1774. səh. 415
- Beveridge, 1969. səh. 49
- Minorsky, 1957. səh. 42
- Lucknow, 1874. səh. 16-17
- Woods, 1976. səh. 125
- Minorsky, 1957. səh. 42-43
- Beveridge, 1969. səh. 109, 546
- Ansari, 2007. səh. 1135-1137
- əl-Siyər, 2017. səh. 463
- Malcolm, 1829. səh. 326
- Baharlı, 1921. səh. 61
- Aubin, 1908. səh. 101
- Sheil, 1856. səh. 396
- Field, 1939. səh. 235
- Çingizoğlu, 2008. səh. 22–79
- Çingizoğlu, 2012. səh. 22–79
- Zakiroğlu, 2013
- Zakiroğlu, 2015
- Field, 1939. səh. 216
- Sheil, 1856. səh. 399
- Abbott, 1857. səh. 310-311
- Pelly, 1963. səh. 183
- Demorgny, 1913. səh. 103
- Wilson, 1941. səh. 47
- Vaughan, 1892. səh. 97
- Sykes, 1951. səh. 479
- Oberling, 1974. səh. 65
- Garrod, 1946. səh. 44
- "Rahnümayi-k etab" jurnalı, 10-cu il, № 3, şəhrivər, 1346, səh.295
Mənbə
- Pierre Oberling. BAHĀRLŪ. Encyclopædia Iranica. 1988.
- Faruk Sümer. Kara Koyunlular (Başlangıçtan Cihan-Şah'a Kadar). I. Ankara: Türk Tarih Kurumu. 1967.
- Vladimir Minorsky. The Clan of the Qara-Qoyunlu Rulers. İstanbul: Osman Yalçin Matbaasi. 1955.
- Vladimir Minorsky. Persia in A.D. 1478-1490. An abridged translation of Faḍlullah b. Rūzbihān Khunjī's Tarīkh-i ʿĀlam-ārā-yi Amīnī. London: Royal Asiatic Society Monographs. 1957.
- C. Niebuhr. Reisenbeschreibung nach Arabien und andern umliegenden Ländern. II. Copenhagen. 1774.
- A. S. Beveridge, The Bābur-nāma in English, London, 1969. The Bābur-nāma in English. London. 1969.
- Darogha Ubbas Alli. The Lucknow Album. Calcutta: G.H. Rouse, Baptist Mission Press. 1874.
- John E. Woods, , Minneapolis, 1976. The Ayqoyunlu: Clan, Confederation, Empire. Minneapolis. 1976.
- Anonim. Tarix-e həbib üs-siyər. IV. Tehran. 1380.
- Bazmee Ansari. Muḥammad Bayram Ḵh̲ān. Encyclopaedia of Islam - Brill. 2007.
- John Malcolm. The History of Persia, From the Most Early Period to the Present Time. London: J. Murray. 1829.
- Məhəmmədhəsən bəy Vəliyev-Baharlı. Azərbaycan: fiziki–coğrafi, etnoqrafik və iqtisadi oçerk. Bakı. 1921.
- Eugène Aubin. La Perse d’aujourd’hui. Paris: Colin. 1908.
- Lady Mary Leonora Woulfe Sheil. Glimpses of Life and Manners in Persia. London:: John Murray. 1856.
- Henry Field. Contributions to the Anthropology of Iran, Chicago. Chicago: Field Museum Press. 1939.
- Keith E. Abbott. Notes Taken on a Journey Eastwards from Shiráz to Fessá and Darab, Thence Westwards by Jehrúm to Kazerún, in 1850. 27. The Journal of the Royal Geographical Society of London. 1857. 149–184.
- L. Pelly. Brief Account of the Province of Fārs. Transactions of the Bombay Geographical Society 17. 1963.
- Pierre Oberling. The Qashqāʾi Nomads of Fārs. The Hague. 1974.
- Gustave Demorgny. Les réformes administratives en Perse. 1913.
- A. T. Wilson. S.W. Persia: A Political Officer's Diary 1907-1914. London: Oxford University Press. 1941.
- H. B. Vaughan. A Journey Through Persia, 1887-88. Royal Geographical Society; Supplementary Papers III/2. 1892.
- Sir Percy Sykes. A History of Persia. II. London: MacMillan & Co. 1951.
- O. Garrod. The Nomadic Tribes of Persia To-Day. London: Journal of the Central Asian Society 33. 1946.
- Ənvər Çingizoğlu. Baharlı oymağı. "Soy" dərgisi 6 (14). 2008.
- Ənvər Çingizoğlu. Baharlılar, Tarixi və etnoqrafik tədqiqat. Bakı: Mütərcim. 2012. 176.
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. I. Bakı: 2013.
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı: 2015.
- Н. А. Баскаков, «Введение в изучение тюркских языков». Введение в изучение тюркских языков. Москва. 1969.
- Peter B. Golden. An Introduction to the History of the Turkic Peoples: Ethnogenesis and State-formation in Medieval and Early Modern Eurasia and the Middle East. O. Harrassowitz,. 1992. 483.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Baharli Baharli oymagi Qaraqoyunlu tayfa konfederasiyasina daxil olan tayfalardan biri Baharli tayfasi oymaginin uzvleri uzun muddet Cenubi ve Simali Azerbaycan Turkiye Iranin Fars Kerman eyaletleri erazisinde yasamis XX esr boyunca oturaq heyata kecmis ve demek olar ki ozunun tayfa qurulusunu kimliyini itirmisdir Baharli tayfasi oymagi Azerbaycan turklerini teskil eden tayfalardan biridir ve Azerbaycan turkcesinde danismaqdadirlar J Malkolmun fikrince baharlilar eslen Samli tayfasinin bir qoludurlar Samlilar esas Qizilbas tayfalarindan biri olmus ve Emir Teymur terefinden Suriyadan Irana getirilmisdirler A Houtum Schindler qeyd edir ki onlar Fars ostaninda esasen basqalari terfeinden erebler olaraq qeyd edilirler ve gumanki bu onlarin vaxtile Suriyadan getirilmesi ile baglidir Lakin bu muelliflerin hec biri bu iddialari ucun hansisa sened gostermir bunu qeyd ederek elave edir ki gumanki bu elaqelendirme Xemse tayfa konfederasiyasindaki ereb tayfasi ile baglidir Diger terefden Baharlilar ile Qaragozluler arasinda yaxin elaqe olduou bellidir ve Qaragozlulerin Samli tayfasinin bir hissesi oldugu bilinmekdedir Qosacayin indki Miandoab 25 km simal qerbinde Qaragozlu adlanan kend vardir ve bu yer Maraganin simal qerbinde yasayan Baharlilarin yasayis yerine cox yaxindir Hemedanin qerbinde de Baharli ve Qaragozlulerin adi ile bagli xeyli yasayis yerleri movcuddur Hemcinin Pierre Oberlinqin 1957 ci ilde Siraz seherinde Ibrahim xan Baharli ve Emiraga xan Baharli ile etdiyi musahibeden belli olmusdur ki Fars ostaninda yasayan Baharli oymaginin Qaragozlu adinda oymagi vardir TarixleriKokenleri Vladimir Minorski inanir ki Baharli adi Qaraqoyunlu dovletinin hakim sulalenin cixdigi Baranli ve ya Barani elinin bir diger adidir ve onlar Iva boyundan ayrilmisdirlar Her bir halda Faruk Sumer bunu subut edecek hec bir delilin ortada olmadigini bildirmisdir Qaraqoyunlular zamani Baharli oymagi Hemedan etrafinda yasamaqda idi ve Minorski de buradan yola cixaraq iddia edirdi ki Baharlilarin adi da buradaki Bahar qala adindan toremisdir Lakin fakt odur ki XVIII esrde bele Merkezi Anadoluda Baharli adinda tayfa movcud idi Belelikle Pierre Oberling dusunur ki Baharlilar Hemedan etrafina koc ederken onlarin bir hissesi evvelki yerlerinde qalmis ve onlar Hemedana geldikleri zaman Bahar adinda qala artiq orada movcud idi Qaraqoyunlu ve Agqoyunlu imperiyalari dovru Melum olan qaynaqlardan bilindiyi qederile Baharli oymagi Qaraqoyunlu tayfa konfederasiyasina o artiq formalasdiqdan sonra qatilmisdir ve hetta ehtimal edilir ki bu qatilma 1408 ci ilde Hemedanin Qara Yusif terefinden ele kecirilmesinden sonra bas vermisdir Cahansahin hakimiyyeti zamani tayfanin bascisi Eliseker bey Baharli idi ve o Balal ve ya Bilallu oymagindan idi Abdulbaki Nehavendinin yazdigina gore Eliseker bey en bacariqli Qaraqoyunlu serkerdelerinden biri olmus 1457 ci ilde qerb ve cenub qerbde ele kecirilen torpaqlarin tutulmasinda muhum rol oynamisdir Eliseker beyin Qaraqoyunlu hakim ailesi ile qohum oldugu bilinse de bu qohmulugun tam olaraq nece olmasi belli deyil Baburun verdiyi melumata gore Cahansah Eliseker beyin qizi Pasa Beyim ile evlenmisdir lakin Fezlullah Ruzbehana gore Pasa Beyim ile evlenen Cahansahin oglu Mehemmed Mirze olmusdur Eliseker beyin oglu Pireli bey o hemcinin Sireli bey de adlandirilir atasindan sonra tayfanin bascisi olmusdur O Cahansahin zabitlerinden biri olmus Cahansah Uzun Hesen terefinden meglub edildikden sonra Cahansahin nevesi Ibrahim bey ve 4 5 min Baharli ailesi ile birlikde Xorasandaki Teymurilere siginmisdir Onlar burada Teymuri imperiyasini yeniden Qasqardan Cenubi Qafqaza qeder uzanan bir imperiya halina getirmeye calisan son hokmdar olan Ebu Seidin xidmetine daxil olmusdurlar Ebu Seidin de 1469 cu ilde Uzun Hesen terefinden meglub edilmesinden sonra Ibrahim bey ile Pireli bey Huseyn Bayqaranin xidmetine girmisdirler Uzun Hesen tez tez yazdigi mektublarda muhacir liderlerin ona tehvil verilmesini teleb etmis cavab almadiqda ise en azi 3 ordunu Xorasana gondermisdir Bir muddet sonra Pireli bey Huseyn Bayqaradan ayrilmis ve Ebu Seidin ucuncu oglu Sultan Mahmudun xidmetine girmisdir Bu zaman Sultan Mahmud muasir Tacikistanda yerlesen Hesar e Sadmanda ozunu hakim elan etmisdir Bu zaman artiq dul qalmis ve oz qardasi ile surgunde yasayan Pasa Beyim Sultan Mahmud ile evlenmisdir Uzun Hesen 1478 ci ilde vefat etdiyi zaman Pireli bey evevlki torpaqlarini yeniden ele kecirmeye calisdi Qardasi Bayram bey ve Sultan Mahmudun qardasi Ebu Bekir ile birlikde Bam ve Sistan yolu ile Kerman eyaletine yuruse basladi Yurusi qatilan ordu baharlilar ile cagataylarin birlesmesinden teskil edilmisdi Bu birlesmis ordu zeif qorunan Kerman ile Sircani ele kecirdi ve Farsa dogru yola dusdu Lakin Sultan Yaqubun komandanliq etdiyi Agqoyunlu ordusu onlari meglub etdi hem Pireli bey hem Bayram bey hem de Ebu BEkir oz ailelerini Sircanda terk ederek Qorqana qacdilar Burada Huseyn Bayqara terefinden gonderilmis ordu onlara hucum etdi ve Ebu Bekir olduruldu qardaslar ise ele kecirildi Pireli bey kor edilerken qardasi Bayram bey edam edildi Baharlilar Boyuk Mogol hokmdarlarinin xidmetinde Pireli beyin varisi kimi Xorasan baharlilarin rehberi onun oglu Caneli bey oldu O Bedexsanda meskunlasdi ve 1490 ci illerin sonundan etibaren Baburun xidmetine girdi 1499 cu ilde Endican bolgesinde Babur ucun doyuserken basindan zerbe aldi ve kelle sumuyu desildi lakin o xidmetini davam etdirib Babur ile birlikde Kabula oradan da Hindistana daxil oldu Caneli beyin oglu olan Seyfeli bey de Babur ucun xidmet etmisdir Babur oglduyu zaman o onun yerine gelen Humayuna 1530 1556 xidmet etmeye baslamis ve olduyu zaman Qezne hakimi olmusdur Seyfeli beyin oglu ve varisi Bayram xan o 1561 Boyuk Mogol imperiyasinin gorkemli sexsiyyetlerinden biri olmus ve Ekber doneminde xidmet etmisdir O Ekberin xanbabasi yeni muhafizecisi daha sonra ise xanlarxani yeni bas naziri olmusdur Bayram xan hemcinin oz sairliyi alimliyi ve incesenete hamiliyi ile secilmisdir Qaraqoyunlularin suqutundan sonra muasir Iranin qerbinde qalan baharlilar bir cox diger Qaraqoyunlu tayfasi ile birlikde tedricen Azerbaycanda meskunlasmisdirlar Gorunuse gore onlar Agqoyunlularla emekdasliq etmisdirler Baharlilardan Hesen bey Sekeroglunun Agqoyunlu hokmdari Elvend Mirzeye Ismayil Mirze Sefeviye qarsi mubarizede yardim etdiyi bellidir O Serur doyusunde de Agqoyunlu terefinde doyusmusdur Sefeviler dovru Malkolm Baharli tayfasinin erken sefevi sahlari dovrunde hakimiyyetin esasini teskil eden yeddi esas tayfadan biri oldugunu bildirse de Pierre Oberling bu iddianin hansisa guvenilir qaynaqda eks etdirilmediyini yazir Hesen bey Rumlunun yazdigi eserde sadece iki Baharli tayfasi mensubunun adi cekilir Onlardan biri Mehemmed Baharli 1516 ci ilde Belxdeki qalanin komandani olmusdur Ikinci serkerde ise Veli bey Baharlidir Veli beyin I Tehmasibin olumunden sonra paytaxtda taxta hansi sahzadenin cixmasi ile bagli munaqise yaranan zaman Ismayil Mirzeni destekleyenler arasinda adi cekilir Hemcinin Muneccimbasinin eserinde adi cekilen 8 Qizilbas tayfasinin siyahisina Baharli tayfasi daxil edilmemisdir Yayilma areallariHal hazirda Turkiyede kecmis Sovet Ittifaqinin bezi olkelerinde xususen Azerbaycan Respublikasinda ve Iranda Baharli tayfasinin izleri ve parcalari movcuddur Anadolunun serqindeki Diyarbekir bolgesinde Baharli adinda kend vardir Eyni zamanda Simali Azerbaycanin Susa ve Zengezur bolgelerinde de baharlilar yasamisdir Eyni zamanda Simali Azerbaycanda bu tayfanin adini dasiyan 3 kend de movcuddur Baharlilarin bir diger qrupu da Cenubi Azerbaycanda yasamaqdadirlar 1906 ci ilde bolgeni ziyaret eden fransiz alim Eugene Aubin Maraganin simal serqinde yerlesen Dizacrud menteqesinde Baharli tayfasinin meskunlasdigini yazmisdir Pierre Oberling onlarin M L Sheil terefinden XIX esrin ortalarinda saylari 2 min nefer gosterilen qrup oldugunu yazmaqdadir XX esrin ikinci yarisindan etibaren baharlilar ozlerinin tayfa kimliyini itirmis ve Cenubi Azerbaycan tayfalari icerisinde qeyd edilmemisdir Lakin vaxtile onlarin tayfa ile yasadiqlari erazilerde xeyli sayda onlarla bagle kend adlari qalmaqdadir Meselen XV XVI ci esrlerde Baharli tayfasinin esas tiresi olan Bilalli tiresi ve bir diger QAraqoyunlu tayfasi Agac Eri ile bagle xeyli kend adlari bilinmekdedir Bu siyahiya diger iki Qaraqoyunlu tayfasi olan Alpout ve Baranli adlari da daxil edile biler Cenubi Azerbaycanda cenuba dogru ise Senendec bolgesinde Baharli tayfasi ile bagli yer adlarina rast gelinir Iranin cenubuna dogru ireliledikce bezi baharlilar Efqanistan serhedi yaxinliginda Darmianin 12 km cenubunda yerlesen Baharmerz kendinde yasamaqdadirlar Bu yer Xorasanin cenubunda yerlesmekdedir Hemcinin eyni vilayetde Bosruya menteqesinin 3 km simal qerbinde Bilal adinda kend de yerlesmekdedir Hesen Fesainin yazdigina gore Xarezm Xive bolgesinde Baharli adinda tayfa yasamaqdadir Kerman ostaninda Bar e Baharli adinda kicik bir tayfa yasamaqdadir Onlar Rabor ile Bezencan arasinda yasamis ve son Qacar sulalesi doneminde 40 aileden obaret olmusdurlar Fars ostaninda da Baharli tayfasi mensublari yasamaqdadirlar Pierre Oberlinqin 1957 ci ilde tayfanin agsaqqallarindan olan Ibrahim xan Baharli ve Emiraga xan Baharli ile apardigi musahibeden belli olur ki bu tayfa Fars ostanina Cenubi Azerbaycan erazisinden gelmisdir Lakin Oberling onlarin tire adlarinin Meshedli olmasini esas getirerek onlarin Qaraqoyunlu dovletinin suqutundan sonra Xorasana qacan baharlilarin varisleri ola bileceyini yazir Field ise iddia edir ki onlarin Fars bolgesinde XVIII XIX esrde meskunlasdigini qeyd edir Oberling onlarin bu dovrde Xorasandan gele bilecekleri ehtimalini istisna edir O yazir ki Kermandaki Bar e Baharli ve Farsdaki Baharli icmalari Sircani terk eden baharlilarin varisi ola biler O Pireli bey ile qardasi Bayram beyin 1478 ci ilde Agqoyunlu Yaqub Mirze terefinden meglub edildiklerini bundan sonra da Sircandaki baharlilarin daha cenuba cekile bileceklerini qeyd edir 1860 ci illere qeder Fars eyaletindeki baharlilar tamamile koceri heyat terzi surmusdurler Onlarin yaylaqlari Sirazin simalindaki Ramcerd Marydest ve Kaminde qislaqlari ise Farsin cenub serqinde Darab ve Izadkestde yerlesirdi Sheil 1849 cu ilde onlarin sayini 1230 aile K E Abbott ise 2 min aile olaraq teqdim edir Onlarin son ehemiyyetli liderleri 1851 1852 ve 1858 1859 cu illerde tayfa bascisi olmus ve Ehmedli tiresinden gelen Molla Ehmed xan Bozorgi olmusdur Onun olumunden sonra tayfa basciligi ugrunda gergin mubarize baslamis bu mubarize tayfa daxilinde keskin qirginlara yol acmis ve sonda tayfa uzvlerinin sayi xeyli azalmis gucleri zeiflemisdir Sonda sag qalmis tayfa uzvleri artiq onlarin kogceri heyat terzi yasaya bilecek gucde olmadiqlari qenaetine gelmisdirler Belelikle onlar ozlerinin qislaqlarinda daimi yasamaga baslamis ekincilik ve heyvandarliqla yanasi quldurluqla mesgul olmusdurlar 1860 ci illerin evvellerinde onlara bas ceken L Pelly yazirdi ki onlar cox nadinc ve quldur destesidirler onlar bir birlerini oldurmekle ozlerinin ve kendxudalarinin heyatina son qoyurlar ve sonda onlardan yalniz qarsisina cixan her kesi talamaq ucun dolasan bezi atlilar sag qalir Buna benzer qeydler H B Vaughan A T Wilson G Demorgny P M Sykes ve diger muellifler terefinden de yazilmisdir 1861 ci ilde tayfa Siraz bolgesindeki Xemse tayfa konfederasiyasina qatildi Bu tayfa ittifaqi Fars canisini Soltan Murad Mirze terefinden yaradilmisdi ve meqsedi bolgede artan Qasqay tesirini azaltmaq idi 1933 cu ilde tekce Fars bolgesinde yasayan baharlilar 8 min aileden ve 20 tireden ibaret idiler Tireler bunlar idi Ibrahimxani Ehmedli Ismailxani Burbur Bekle Cambozorqi Cerge Cuqa Haciterli Hacietterli Heyderli Resulxani Saqqiz Sefiqani Isabigli Kerimli Kulahpusti Meshedli Nesirbeyli Varata II Dunya muharibesinden sonra Iranda yasayan baharlilar tamamile oturaq heyata kecdiler ve Darab bolgesinin Fasarud Kosuya ve Qeriet el Keyr menteqelerinde yasamaga basladilar Muharibenin sonuna dogru bolgeni ziyaret eden britaniyali hekim O Garrod qeyd etmisdi Baharlilar tayfa qurulusunu ve xususiyyetlerini suretle itirirler Bir vaxtlar Fars eyaletinin serqinin en yaxsi atlilari ve en qorxulu doyusculeri quldurlari olan Baharlilar malyariya ve meskunlasdiqlari meskenlerin mecmu cirkabinda yetisdirilen xesteliklerin tesirinden teessuf ki degenerasiyaya ugradilar Pierre Oberlinqle 1957 ci ildeki musahibesinde Emiraga xan Baharli Fars eyaletinde yasayan baharlilarin sayi olaraq 4 min nefer reqemini demisdir Joshua Projectin bildirdiyi melumata gore ise baharlilarin 2015 ci ildeki sayi texminen 10 min nefere yaxindir Qarabag baharlilarindan olan ve Rusiya imperiyasi zamani quberniya katibi memur aktyor kimi calismis Mirze Memmedhesen bey Veliyev O Ebulfet Velinin sair Necefqulu bey Seydanin atasi olmusdur Qarabag baharlilari Baharli eli oymaq seklinde Qarabagda bir nece mahalin erazisinde qerar tuturdu Baharli obasinin ikisi Kebirli elinde biri Culundur mahalinda biri ise yasam sururdu I Sah Abbas Sefevinin 1071 ci ilin sevval ayi tarixli iyun 1601 fermaninda Baharli oymagi haqqinda deyerli melumat verilib Baharli oymaginin sakinlerinden Dergahqulu Keremeli ve basqalarinin sikayeti esasinda tertib edilmis hemin fermandan gorunur ki vaxti ile qeyd olunan tayfanin bir cox aileleri Qarabagdan Isfahanla Sirazla Xuzistan arasinda yerlesen Caharmahal menteqesine kocurulmus ve orada uzun muddet yarimkoceri heyat surmusler Sah Sultan Huseyn Sefevi terefinden 1714 cu ilin dekabr ayinda verilmis secereye gore kohne xelife Ebutalib bin Seyx Mehemmed bin Xelife Elirzanin emisi oglu Xelife Mehemmedqasim Qapanat mahalinin Baharli Sarielili Xaceebuishaqli ve Xelec camaatina yeni xelife teyin edilmisdi Baharli obalarindan ucu Kebirli mahalinda yerlesmisdi Biri I Baharli obasi biri II Baharli obasi o birisi ise Leleimamverdi obasi idi Necefqulu bey Seyda Zuleyxa xanim Veliyeva Seltenet xanim Veliyeva Azerbaycan baharlilari arasindan cixmis meshur sexsler Azerbaycanli meshur baharlilara numune olaraq bu sexsler gosterilir Mehemmed bey Baharli Pireli bey Baharli Sultanqulu bey Baharli Bayram xan Baharli Ebdurrehim xan Baharli Hesen bey Muqimi Mirze Veli bey Baharli Mirze Memmedhesen bey Veliyev Mehemmedeli bey Velizade Mexfi Abdulla bey Velizade Necefqulu bey Veliyev Seyda Ebulfet bey Veli Mehemmedhesen bey Velili Baharli Cabbar bey Velibeyov Sulduz Rustemov Zakir Cabbar bey oglu Memmedov Settar bey Veliyev Xostan Veliyev Zahid Memmedov Mehemmed Baharli tedqiqatci jurnalist Orxan Zakiroglu Baharli ve basqalari daha cox taninirlar QeydlerEnver Cingizoglu Fars eyaletindeki baharlilarin tayfa bascilarinin siyahisini bele teqdim etmisdir Huseyn xan Bahadur Nizam Emir Aga xan Sultan Ibrahim xan Kazim xan Qulamhuseyn xan Manucohr xan Ehmedrza xan Murteza xan Enver Cingizoglu Xemse konfederasiyasina qatilan Baharli tireleri olaraq bunlari gostermekdedir Ebulqasimli Ehmedli Elemdar Emele Emine Eminli Emirhacili Asiqli Asirli Ovladli Ezizbeyli Haciettarli Hacibaranli Hacixanli Heyderli Hesenbeyli Ibrahimxanli Ismayilxanli Isabeyli Camebozorgi boyukcameli Qagaxanli Kamanli Memmedli Mehemmedxanli Nezerbeyli Qaraxanli Qaraxasli Kazimbesli Resulxanli Sadiqli Sefixanli Sekkizli Sekerli Ezizli Ceherdeh cerik on dord cerik Deresur sordereli Kerimli Xosrovlu Lor Sul eymanli Tekke tekle ZergerHemcinin baxIran turkleri Qaraqoyunlu dovleti Qutbsahlar Baranli sulalesi Agdam rayonunun I Baharli kendi Zengilan rayonunun Baharli kendi Bahar sehristani VeliyevlerIstinadlarBaskakov 1969 seh 265 Baharlu in Iran Joshua Project 26 may 2015 15 yanvar 2023 tarixinde Istifade tarixi 17 avqust Azerbaijani South Ethnologue 7 mart 2013 5 iyul 2023 tarixinde Istifade tarixi 17 avqust Baharlu Glottolog 28 sentyabr 2022 13 dekabr 2019 tarixinde Istifade tarixi 17 avqust Malcolm 1829 seh 237 Houtum Schindler 1896 Oberling 1988 Minorsky 1955 seh 391 Golden 1992 seh 367 368 Sumer 1967 seh 23 24 Niebuhr 1774 seh 415 Beveridge 1969 seh 49 Minorsky 1957 seh 42 Lucknow 1874 seh 16 17 Woods 1976 seh 125 Minorsky 1957 seh 42 43 Beveridge 1969 seh 109 546 Ansari 2007 seh 1135 1137 el Siyer 2017 seh 463 Malcolm 1829 seh 326 Baharli 1921 seh 61 Aubin 1908 seh 101 Sheil 1856 seh 396 Field 1939 seh 235 Cingizoglu 2008 seh 22 79 Cingizoglu 2012 seh 22 79 Zakiroglu 2013 Zakiroglu 2015 Field 1939 seh 216 Sheil 1856 seh 399 Abbott 1857 seh 310 311 Pelly 1963 seh 183 Demorgny 1913 seh 103 Wilson 1941 seh 47 Vaughan 1892 seh 97 Sykes 1951 seh 479 Oberling 1974 seh 65 Garrod 1946 seh 44 Rahnumayi k etab jurnali 10 cu il 3 sehriver 1346 seh 295MenbePierre Oberling BAHARLu Encyclopaedia Iranica 1988 Faruk Sumer Kara Koyunlular Baslangictan Cihan Sah a Kadar I Ankara Turk Tarih Kurumu 1967 Vladimir Minorsky The Clan of the Qara Qoyunlu Rulers Istanbul Osman Yalcin Matbaasi 1955 Vladimir Minorsky Persia in A D 1478 1490 An abridged translation of Faḍlullah b Ruzbihan Khunji s Tarikh i ʿAlam ara yi Amini London Royal Asiatic Society Monographs 1957 C Niebuhr Reisenbeschreibung nach Arabien und andern umliegenden Landern II Copenhagen 1774 A S Beveridge The Babur nama in English London 1969 The Babur nama in English London 1969 Darogha Ubbas Alli The Lucknow Album Calcutta G H Rouse Baptist Mission Press 1874 John E Woods Minneapolis 1976 The Ayqoyunlu Clan Confederation Empire Minneapolis 1976 Anonim Tarix e hebib us siyer IV Tehran 1380 Bazmee Ansari Muḥammad Bayram Ḵh an Encyclopaedia of Islam Brill 2007 John Malcolm The History of Persia From the Most Early Period to the Present Time London J Murray 1829 Mehemmedhesen bey Veliyev Baharli Azerbaycan fiziki cografi etnoqrafik ve iqtisadi ocerk Baki 1921 Eugene Aubin La Perse d aujourd hui Paris Colin 1908 Lady Mary Leonora Woulfe Sheil Glimpses of Life and Manners in Persia London John Murray 1856 Henry Field Contributions to the Anthropology of Iran Chicago Chicago Field Museum Press 1939 Keith E Abbott Notes Taken on a Journey Eastwards from Shiraz to Fessa and Darab Thence Westwards by Jehrum to Kazerun in 1850 27 The Journal of the Royal Geographical Society of London 1857 149 184 L Pelly Brief Account of the Province of Fars Transactions of the Bombay Geographical Society 17 1963 Pierre Oberling The Qashqaʾi Nomads of Fars The Hague 1974 Gustave Demorgny Les reformes administratives en Perse 1913 A T Wilson S W Persia A Political Officer s Diary 1907 1914 London Oxford University Press 1941 H B Vaughan A Journey Through Persia 1887 88 Royal Geographical Society Supplementary Papers III 2 1892 Sir Percy Sykes A History of Persia II London MacMillan amp Co 1951 O Garrod The Nomadic Tribes of Persia To Day London Journal of the Central Asian Society 33 1946 Enver Cingizoglu Baharli oymagi Soy dergisi 6 14 2008 Enver Cingizoglu Baharlilar Tarixi ve etnoqrafik tedqiqat Baki Mutercim 2012 176 Orxan Zakiroglu Baharli Serq tarixi Baharlilar I Baki 2013 Orxan Zakiroglu Baharli Mirze Veli bey ocagi selefleri xelefleri Baki 2015 N A Baskakov Vvedenie v izuchenie tyurkskih yazykov Vvedenie v izuchenie tyurkskih yazykov Moskva 1969 Peter B Golden An Introduction to the History of the Turkic Peoples Ethnogenesis and State formation in Medieval and Early Modern Eurasia and the Middle East O Harrassowitz 1992 483