Qara Yusif və ya Əbu Nəsr Qara Yusif Noyon ibn Məhəmməd Barani(tam adı : Cəmaləddin Qara Yusif ibn Məhəmməd), 1355, Ərciş — 13 noyabr, Təbriz, Saidabad — Qaraqoyunlu Tayfa ittifaqı başçısı (1388-1420) Qaraqoyunlu dövlətinin 2-ci sultanı (1418-1420), Əcəm padşahı, dövlət xadimi və sərkərdə.
Sultan Qara Yusif | |
---|---|
Əbu Nəsr Qara Yusif Noyon ibn Məhəmməd Sultani-səlatin ət-türk | |
| |
Qaraqoyunluların III tayfa başçısı | |
1389 – 1420 | |
Əvvəlki | Qara Məhəmməd (tayfa başçısı) |
1418 – 1420 | |
Əvvəlki | Pirbudaq şərti olaraq sultan, ali hakimiyyət atası Qara Yusifə aid |
Sonrakı | Qara İsgəndər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | , Təbriz |
Dəfn yeri | |
Milliyyəti | Türkman |
Fəaliyyəti | suveren[d] |
Atası | Qara Məhəmməd |
Uşaqları | oğlanları: |
Dini | İslam |
Hərbi xidmət | |
Döyüşlər | Sərdrud döyüşü Naxçıvan döyüşü Ərciş döyüşü Alqami kanalı döyüşü Qara dərə keçidi döyüşü Qazaniyyə döyüşü Kür döyüşü Şənbi-Qazan döyüşü Mardin döyüşü Amid döyüşü Hələb döyüşü |
Qaraqoyunlu tayfa birliyinin 2-ci baçısı Qara Məhəmmədin oğlu. Qaraqoyunlu Azərbaycan dövlətinin yaradıcısıdır.
Arxa plan
Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur. Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar, lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII–IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar. Qaraqoyunluları təşkil edən əsas tayfalar bunlardır: Baharlı, Sədli, Qaramanlı, Alpout, Duharlı, Cagirli, Hacili, Ağacəri. Bu tayfalar arasında Baharlı və Sədli oymaqlarının siyasi rolu müstəsna olmuşdur. Sədli oymağının qədim vətəni Naxçıvan və Sürməli idi. Qaraqoyunlular XIV əsrin sonlarında Şərqi Anadoluda bəylik yaratmış və onun əsasını qoyan şəxs Bayram Xoca olmuşdur. Baharlı oymağının rəisi olmuş Bayram Xoca Cəlairi Sultan Üveysin Təbriz sarayında nüfuzlu əmirlərdən biri idi. Onun oğlu Qara Məhəmməd qızını Sultan Əhmədə verərək sülalə əlaqələrini möhkəmlətmişdi. Qaraqoyunluların Azərbaycanda hakimiyyətinin möhkəmlənməsində Cəlairi əmirlərinin böyük rolu olmuşdur. Teymurun ölümündən sonra Miranşah və onun böyük oğlu Əbubəkr zahirən Ömərin hakimiyyətini qəbul etdilər, lakin Ömər hakimiyyətinə qəsd olacağını düşündüyü üçün Sultaniyyəyə onun yanına gəlmiş Əbubəkri həbs etdirdi. Qala keşikçiləri ilə dil tapıb həbsdən azad olan Əbubəkr atası Miranşahla Xorasanda qoşun topladı. Şirvanşah I İbrahimə qarşı yürüş etmiş Ömər şəhərdə olmadığı üçün Əbubəkr Sultaniyyəni ələ keçirdi və maneəsiz Təbrizə daxil oldu. Cənubi Azərbaycan Əbubəkr və Ömərin arasında gedən qanlı toqquşmalar meydanına çevrilmişdi. Təbriz əldən-ələ keçir və şəhərin sakinləri qətl və qarətlərə məruz qalırdı, lakin təbrizlilər işğalçılara qarşı mübarizədə böyük hünər və mətinlik göstərərək onları şəhərdən çıxmağa məcbur etdilər. Mənbələrdə Təbrizin müdafiəsinin təşkilində Qazi Qiyasəddin, Əbdül Möhsün Qəzvini, Şeyx Əxi Qəssab və Qazi İmadəddinin qeyrət və bacarığı xüsusi qeyd olunur.
Hakimiyyətə gəlməsi
Teymurilərin məğlub edilməsi
Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif ilə Əbubəkr ilk dəfə 1406-cı il oktyabrın 14-də Naxçıvanın qərbində, Araz çayının sahilində toqquşdular. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa üz qoydular. Qara Yusif döyüş meydanından Naxçıvana gəldi. O, burada ikən Təbrizin adlı-sanlı rəislərindən olan Xacə Seyid Məhəmməd Keçəçi Qara Yusifin hüzuruna gəldi, şəhərin Əbubəkr tərəfindən qarət olunduğunu söylədi və onu Təbrizə gəlməyə təşviq etdi. Qara Yusif isə müvəqqəti olaraq şəhəri mühafizə etmək üçün darğa göndərdi və Sultaniyyəyə yürüş etdi. Əbubəkr şəhəri tərk etdi və Reyə qaçdı. Sultaniyyəyə girmiş Qaraqoyunlular şəhəri qarət etdilər, sonra isə əhalini Təbriz, Marağa və Ərdəbilə köçürdülər. Xorasan hakimi olan qardaşı Şahruxdan yardım alan Əbubəkr Azərbaycanı ələ keçirmək üçün yeni təşəbbüs etdi. Bundan xəbər tutan Qara Yusif Təbriz ətrafında yerləşən Şənbi-Qazana gəldi. 1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın etdi. Miranşah öldürüldü, Əbubəkr isə qaçmağa müvəffəq oldu.
Qara Yusifin Əbubəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti vardır. Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu, Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmış və bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410–1467) yaranmışdı. Bu qələbədən sonra, 1409-cu il payızın başlanğıcında Qara Yusif Təbrizə daxil olmuş, Şəki hakimi Seyid Əhmədə qarşı qoşun göndərmişdi, lakin Qaraqoyunlu sərkərdələri döyüşə yaxşı hazırlaşmış Şəki hakiminin hərbi qüvvələrinə hücuma cəsarət etməmiş və Şirvanın bəzi yerlərini qarətlə kifayətlənərək geri qayıtmışlar. Qara Yusif öz siyasi məqsəd və fəaliyyətini Cənubi Azərbaycanla məhdudlaşdırmırdı. O, lap əvvəldən Azərbaycanın şimal hissəsini də özünə tabe etmək istəyirdi. Şəki və Şirvana göndərilmiş Qaraqoyunlu qoşun dəstələrinin fəaliyyəti buna sübutdur.
Cəlairilərin məğlub edilməsi
1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratdı. Cəlairi Sultan Əhmədi məğlub etmiş Qara Yusif ona hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol çəkdirdi, Sultan Əhməd Qara Yusifin oğlu Pirbudağı öncədən oğulluğa götürmüşdü. Bu məsələni Sultan Əhmədə xatırladan Qara Yusif Azərbaycanın Pirbudağa verilməsi haqqında yarlıq yazdırdı. 1411-ci ildə Qara Yusif Təbrizdə Azərbaycan əyanları və Qaraqoyunlu əmirlərinin məclisində Pirbudağı "sultan" elan etdi, lakin dövlət işlərini bütövlükdə öz əlində saxladı. Bu dövlətin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Şərqi Anadolunun bir hissəsi, Ərəb İraqı və Əcəm İraqı daxil oldu.
Qarabağın Qaramanlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olaraq bu dövlətin siyasi tarixində əhəmiyyətli rol oynadılar.
Hakimiyyəti
Şirvanşahlarla Mübarizə
1412-ci ilin dekabrında Qara Yusifin Şirvanşah I İbrahim, Şəki hakimi Seydi Əhməd və gürcü çarı Konstantinin birləşmiş qüvvələrinə qarşı döyüşdə Yar Əhmədin rəhbərliyi altında "Qaraman əsgərləri" yaxından iştirak etmişdi. Kür çayının sahilində baş verən bu döyüşdə Qara Yusif Qarabağ dəstələrinin yardımı ilə qələbə qazandı.
Teymuri Şahruxla mübarizə
Qaraqoyunlu dövlətinin ən güclü düşməni Xorasanda qərar tutmuş Teymuri hökmdarı Şahrux idi. 1419-cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların şərqə irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana tərəf hərəkət etdi, lakin Qara Yusif də geniş hərbi hazırlıq görmüşdü: atlı qoşunla yanaşı burada ilk dəfə olaraq piyada döyüşçülər (Təbriz vilayətinin oturaq əhalisi, kəndlilər) ordu sıralarına cəlb edilmişdilər. Şahruxun Təbrizə göndərdiyi elçisinin Qara Yusif tərəfindən həbs edilməsi, Qara Yusifin döyüş məqsədilə paytaxtdan çıxması xəbəri Şahruxun ordusunda böyük həyəcan və təlaş doğurmuşdu. Şahrux qüdrətli sərkərdə kimi geniş şöhrət tapmış Qara Yusifdən ehtiyat edirdi. Qara Yusif yaxşı silahlanmış güclü qoşunu üçün baxış təşkil etmişdi. Teymuri tarixçiləri bu ordunun "günəşin zərrələri və buludun damlaları qədər saysız-hesabsız" olduğunu göstərirlər, lakin əslində Qara Yusifin qoşununun sayı 50 mindən çox deyildi. Təbrizdən düşmən qarşısına çıxmış Qara Yusif yolda ikən ağır xəstələndi və qəflətən vəfat etdi.
Qara ordu
Sultan Qara Yusif Şahruxun ordusu ilə döyüşə getməzdən əvvəl ordusunda hərbi islahatlar apardı. Teymuri Şahruxun qüdrətli ordusuna qarşı döyüşün taleyini təyin edəcək ağır zərbə vurmağa ciddi cəhd edən Qara Yusif düşmənə qarşı daha çox hərbi qüvvəyə malik olmaq üçün səfərbərlik elan etdi və piyada qoşunlardan ibarət cəbhənin yaradılması əmrini verdi.Beləliklə, ilk dəfə olaraq Təbriz şəhəri tarixində ordu sistemi quruldu.Qara Yusif yeni taktika və strategiya üzərində işləyirdi. Teymuri Tarixcisi Hafız-i Əbru tərəfindən Qara Yusif'in bu addımı uğursuzluq olaraq görülsədə tam tərsi, bu Qara Yusifin təşkilatcılığının ən önəmli göstəricilərindəndir.
ارتش ترکمن کارا یوسف به سلاح های عالی مجهز بود
Abd ur Rezzakî Səmərqəndinində dedi kimi Qara Yusifin Türkmən ordusu'nun silahlanması və ruhu mükəmməl idi.
Ölümündən sonra
Qara Yusifın ölümü Qaraqoyunlu ordugahında böyük qarışıqlığa və hərc-mərcliyə səbəb oldu. Şahzadələrdən heç biri burada deyildi; Şahməhəmməd Bağdadda, İsgəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahan şah Sultaniyyədə, Əbu Səid isə Ərzincanda idi. Yaxınlaşan Teymuri qoşunundan vahiməyə düşmüş Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Bir dəstə adam Qaraqoyunlu padşahının cəsədi olan otağa girdi, buranı qarət etdi, cəsədin əynindən paltarını çıxardı, hətta onun qulaqlarındakı qızıl sırğaları da bıçaqla kəsib götürdü. Yalnız iki gündən sonra Qara Yusifin cəsədi Təbriz əyanları (Seyid Məhəmməd Keçəçi və başqaları) tərəfindən götürüldü, Təbrizə, buradan da Ərcişə — ata-babasının məzarları yanına gətirildi və dəfn edildi. Kəmaləddin Qara Yusifin məqbərəsi 2011-ci il Van zəlzələsi də ağır zədə almışdır. Abidə restovrasiya edilsədə, keyfiyyətsiz təmir edildiyi üçün hal — hazırda bərbad gündədir. Abidənin ciddi təmirə ehtiyacı var.
1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. Aran Qarabağında qışlayan Sultan Şahruxun hüzuruna gəlmiş qonşu hakimlər arasında Qarabağ hakimi Yar Əhməd Qaramanla yanaşı qardaşı Şirzad da olmuşdu. 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı. Teymuri tarixçisi Fəsih Xəvafi yazır ki, bu zaman Qaraköpəktəpədə (hazırda Füzuli şəhərinin şimal-şərqində yerləşir) olan Sultan Şahrux oğlu Baysunqur Bahaduru Yar Əhmədə qarşı göndərdi.
Dini görüşləri
Qaraqoyunlu hökmdarının zamanında hürufiliklə yanaşı, əhli-haq inanclarının daşıyıcısı olan təriqətlər də xeyli güclənmişdi. Qaraqoyunlular arasında bu inanclara bağlılıq xüsusilə möhkəm idi. Sufilərin özlərinə verdik- ləri əhli-haq adı onların ənənəvi din nümayəndələrindən zahid va mollalardan fərqləndiyini ifadə edirdi. "Haqq əhli olmaq — sufiyana dini baxışlara sahib olması va türklərin islam inancına uyğun mistik həyat tərzi yaşa- ması deməkdir. Bu yanaşma sonradan qızılbaşlığın formalaşmasına ciddi təkan vermişdir. Əhli-haqq inancının daşıyıcılarına Maku bölgəsində qaraqoyunlu, Təbrizdə gorani, Qarabağda samlu, Xorasanda isə əllüllahilər de- yilirdi. Klassik şiə mənbələri isə onları qali və ya qulat (səhv/qələt şiəlik) adlandırırlar. Əmir Teymur qaraqoyunlulara, xüsusilə də Qara Yusifə qarşı apardığı mübarizədə bu amildən geniş istifadə etmiş, onu "<inancsız, kafir" kimi qələmə verməyə çalışmışdır.
Yuxarıda da vurğuladığımız kimi, Yusif müxtəlif təriqətlərə, dərvişlərə geniş səlahiyyətlər tanımışdı. Nəticadə Ərdəbildəki səfəvi dərgahı sürətlə inkişaf etməyə başlamış, qələndəri və heydəri dərvişləri böyük qruplar halında Xorasan, İraq, Azərbaycan və Anadoluya axın eləmişdilər. Onlara aid çox sayda dərgah, təkkə, zaviyə və vaqf fəaliyyət göstərirdi, Yusif həmin vəqflərin mülkiyyət haqqına əsla toxunmurdu. Hətta bölgədəki xristian kilsələri də vergidən azad edilmişdi. Bundan başqa, Yusif xristianları teymurilərin hücumlarından qorumaq üçün onları savaş bölgəsindən uzaq ərazilərə köçürmüşdü. Əvvəl də qeyd elədiyimiz kimi, dini baxışlara bu cür tolerant münasibət Bağdad xristianlarından birinin özünü İsa elan etməsinə gətirib çıxarmışdı. Həmin şəxsin dini görüşləri hətta Yusifin oğluna belə təsirsiz qalmamışdı.Qaraqoyunluların kəsdiyi pullarda həm sünni, həm də şiə simvollarının olması faktı və buna görə də Qara Yusifin məzhəb meylləri aydın şəkildə müəyyən edilməlidir. Bu bir yana, Qara Yusifin başqa dini inanclara tolerantlığı Əminliklə deyə bilərik ki, o, bizə yaxınlaşıb, dəyər verib. Əslində 1420-ci il tarixli kolofonda "O (Yusif) müsəlman olsa da, xristianlara, keşişlərə və kilsələrə qarşı idi. O, xeyriyyəçidir".Yenə türkmən Mənbələrdə bildirilir ki, Qaraqoyunlu Bəyi Qurani-Kərimi türkcəyə tərcümə etdirib. türkmən hökmdarı, Hürufi Fəzlullahın baş xəlifəsi Əliyyül-Əla kimi tanınan Şeyx Ebu'l-Həsən. İsfehaninin "Kürsinamə"sində Quranı türkcəyə çevirdiyinə görə ona "Sadiq Yusif" deyirlər. "/uğurlu şah/ Qurani-Kərimi türkcə səlis oxu" beytlərini oxumaqla. yüksək qiymətləndirilmişdir.
Xarici görünüşü
Qaraqoyunlu hökmdarı'nın xarici görünüşü haqqında maraqlı məlumatlar var. Qara Yusif bədən quruluşu və igidliyi ilə tam bir ahəng təşkil etmişdiTeymuri əsgərləri və bir neçə əmir, Ərcişə gəldikdə onlara qan udduran bu bahadırı görmək istəyərək maraqları səbəbi ilə onun məzarına toplanırlar Qaraqoyunlu hökmdarının məzarını açdıqda isə heyrətə gələrək onun həddən artıq iri cüssəli və uzun olduğunu görürlər Tarixçi Əkbər Nəcəf isə Qara Yusif'in məzarını açaraq onun tam öldüyünə əmin olduqlarını yazır
Ailəsi
Trabzon imperatoru III Manuelin qızı ilə evlənmişdi.
Qalereya
- Qara Yusif adına Türkmənistan mərkəzi bankının 500 manatı
- Qara Yusif'in Türkmənistanın paytaxtı Aşqabadda heykəli
- Qara Yusif və ordusu Sərdrud döyüşündə
- Qara Yusifin hakimiyyəti dövründə Qaraqoyunlular
İstinadlar
- Osmanlı sultanı I Məhəmmədin Qara Yusif Türkmana məktubundan Feridun Bey, Münşeâtü's-selâtîn, cild I, s. 159, İstanbul, 1274
- Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə. "Elm nəşriyyatı", 1983. səh. 62
- Tihranî, Kitab-ı Diyarbekriyye, 34.
- Babək Əbülfətoğlu,Qaraqoyunlu dövləti: Qara Yusif
- Rumlu, Ahsenü’t-Tevârih, 133
- Sümer, Kara Koyunlular, I, 111
- Aslanov, “The Caucasus In The 15th Century”, 174
- el-Gıyâsî, Târîhü’l-Gıyâsî, 103
- Abdürrezzâk Semerkandî, Matla-ı Sa’deyn, II/I, 281
- Tihranî, Kitab-ı Diyarbekriyye, 59
- Ca’ferî, Târîh-i Kebîr, 84
- Mîrhând, Ravzatu’s-Safâ, I/4-6, 1155
- Mîr Ca’ferî, Târîh-i Tehevvulât-ı Siyâsî, 247
- Târîh-i Kızılbâşiyye, 49
- Şerefhan, Şerefname, II, 84
- Feridun bey Menşeatûs selatin, s.125
- VIII. [Путь из Дербента в Эрзурум через земли Грузии] Путь из Дербента в Гюрджистан, стр. 132. // Эвлия Челеби. Книга путешествия. (Извлечения из сочинения турецкого путешественника ХVII века). Перевод и комментарии. Выпуск 3. Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана. Сост. и отв. ред. А. Д. Желтяков. Предисл. Ф. М. Алиева, А. Д. Желтякова, М. К. Зулаляна, Г. В. Путуридзе. Примеч. и коммент. А. Д. Желтякова, М. К. Зулаляна, Г. В. Путуридзе. Москва: Наука, 1983, 376 стр.Orijinal mətn (rus.)
Позднее правитель Азербайджана Кара-Юсуф Кара-Коюнлу захватил здешние места —. Но когда появился Тимур, Кара-Юсуф не смог оказать сопротивления и нашел убежище у османского [султана] Йылдырым Баезид-хана.
- Azərbaycan tarixi. III cild. səh.81.
- Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixişünaslığında. Bakı: 2000, səh.56.
- Эфендиев О.А. Карабах в составе государств Каракойунлу, Аккойунлу и Сефевидов (XV–XVIIвв.). Карабах. Очерк истории и культуры. Баку: 2004, стр.62–63.
- Петрушевский И.П. Государства Азербайджана в XV в. Сборник статей по истории Азеарбайджана. Выпуск 1. Баку: 1949, стр.160.
- Nəcəfli T. H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixişünaslığında. Bakı: 2000, səh.58–59.
- Эфендиев О.А. Карабах в составе государств Каракойунлу, Аккойунлу и Сефевидов (XV–XVII вв.). Карабах. Очерк истории и культуры. Баку: 2004, стр.62.
- Əkbər N. Nəcəf Qara Yusif s.132
- Şahin Ferzeliyev, Azerbaycan ve Osmanlı imparatorluğu s.96
- Faruk Sümer Karakoyunlular I s.109
- Semerkandi s.409
- Хавафи Фасих. Муджмали Фасихи. (Перевод, предисловие и указатели Д.Ю.Юсуповой). Ташкент: 1980, стр. 188.
- Хавафи Фасих. Муджмали Фасихи. (Перевод, предисловие и указатели Д.Ю.Юсуповой). Ташкент: 1980, стр. 190.
- Əkbər N. Nəcəf Qara Yusif s.149–150
- Andreasyan, "XIV. ve XV. Yüzyıl Türk Tarihine Ait Ufak Kronolojiler ve Kolofonlar",108.
- SeadetHışıyeva, "Hurufilik Kaynaklarında Türkçe ve Farsçanın Statüsü Sorunu", Birinci Uluslararası Dünya Dili Türkçe Bilgi Şöleni Sempozyumu (20–21 Kasım 2008), TDK Yay., Ankara 2011, 608–609
- A. Arayancan, "Akkoyunlular ve Karakoyunlularda Edebiyat ve Sanat", Zeitschrift Für Die Welt Der Türken/ Journal Of World Of Turks, I/1, 2009, 244
- "Karakoyunlu Hanedan Üyelerinin Dini Eğilimleri", 141.
- Tofiq Nəcəfli Ağqoyunlu Qaraqoyunlu tarihi müasir tarixşünanslıqla s.69
- Faruk Sümer, Doğu anadolu'da Moğol ve Türkmen devirlerine ait bazı tarihi yapılar hakkında s.633
- Mustafa Yasin, Kara Yusuf ve Zamanş s.112
- Faruk Sümer Karakoyunlular s.115
- Merve Kazanasmaz Karakoyunlu kara yusuf ve zamanı s.164
- Əkbər N. Nəcəf Qara Yusif s.139
- Donald M. Nicol, The Last Centuries of Byzantium, 1261–1453, (Cambridge: University Press, 1972), p. 404
Ədəbiyyat
- Azərbaycan tarixi. 3-cü cild
- Cəfər İbrahimov.Qaraqoyunlu dövləti. Bakı: 1948
- K. E. Bosfort. Müsəlman sülalələri. Moskva: 1971
Xarici keçidlər
- Qarabağ XV yüzillikdə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qara Yusif ve ya Ebu Nesr Qara Yusif Noyon ibn Mehemmed Barani tam adi Cemaleddin Qara Yusif ibn Mehemmed 1355 Ercis 13 noyabr Tebriz Saidabad Qaraqoyunlu Tayfa ittifaqi bascisi 1388 1420 Qaraqoyunlu dovletinin 2 ci sultani 1418 1420 Ecem padsahi dovlet xadimi ve serkerde Sultan Qara YusifEbu Nesr Qara Yusif Noyon ibn Mehemmed Sultani selatin et turkRessam Ejder Qafarov terefinden cekilmis Qara Yusifin portreti Azerbaycan Tarix Muzeyinde saxlanilir Qaraqoyunlularin III tayfa bascisi1389 1420EvvelkiQara Mehemmed tayfa bascisi Qaraqoyunlu dovletinin II sultani1418 1420EvvelkiPirbudaq serti olaraq sultan ali hakimiyyet atasi Qara Yusife aidSonrakiQara IsgenderSexsi melumatlarDogum tarixi 1355Dogum yeri ErcisVefat tarixi 17 noyabr 1420Vefat yeri TebrizDefn yeri ErcisMilliyyeti TurkmanFealiyyeti suveren d Atasi Qara MehemmedUsaqlari oglanlari Pirbudaq Sahmehemmed Cahan sah Ebu Seid Qara Isgender Emir IsfahanDini IslamHerbi xidmetDoyusler Serdrud doyusu Naxcivan doyusu Ercis doyusu Alqami kanali doyusu Qara dere kecidi doyusu Qazaniyye doyusu Kur doyusu Senbi Qazan doyusu Mardin doyusu Amid doyusu Heleb doyusu Qaraqoyunlu tayfa birliyinin 2 ci bacisi Qara Mehemmedin oglu Qaraqoyunlu Azerbaycan dovletinin yaradicisidir Arxa planQaraqoyunlu ve Agqoyunlu adlanan oguz menseli tayfa birlesmeleri XIII esrden etibaren Anadoluda yanmkoceri heyat sururduler Qaraqoyunlularin merkezi vilayeti Van golunun simalindaki Ercis Agqoyunlularin cemlesdiyi bolge ise Diyarbekir idi Her iki tayfa birlesmesi turkman adlanan eyni etnik qrupa mensub olub unsiyyet vasiteleri Azerbaycan dilinin cenub lehcesi idi Bu tayfa adlarinin totem sayilan qoyunlarin rengi ile elaqedar oldugu ehtimal edilir Hemin tayfalara mexsus olan qoc heykelleri seklinde mezar daslarinin zemanemizedek catdigi melumdur Qaraqoyunlulari ve Agqoyunlulari teskil eden tayfa ve boylarin bu eraziye Orta Asiyadan gelmesini Selcuqlarin Yaxin Serqe kocmesi ile baglayirlar lakin onlarin Azerbaycana ve Qerbi Irana kocmesini daha erken dovre VIII IX esrler aid etmeye mueyyen esasimiz vardir Ehtimal etmek olar ki hemin etnik qruplar monqol isgali dovrunde Azerbaycan ve Irandan qerbe dogru hereket etmeye mecbur olmus Kicik Asiya Iraq ve Suriyada meskunlasmisdilar Qaraqoyunlulari teskil eden esas tayfalar bunlardir Baharli Sedli Qaramanli Alpout Duharli Cagirli Hacili Agaceri Bu tayfalar arasinda Baharli ve Sedli oymaqlarinin siyasi rolu mustesna olmusdur Sedli oymaginin qedim veteni Naxcivan ve Surmeli idi Qaraqoyunlular XIV esrin sonlarinda Serqi Anadoluda beylik yaratmis ve onun esasini qoyan sexs Bayram Xoca olmusdur Baharli oymaginin reisi olmus Bayram Xoca Celairi Sultan Uveysin Tebriz sarayinda nufuzlu emirlerden biri idi Onun oglu Qara Mehemmed qizini Sultan Ehmede vererek sulale elaqelerini mohkemletmisdi Qaraqoyunlularin Azerbaycanda hakimiyyetinin mohkemlenmesinde Celairi emirlerinin boyuk rolu olmusdur Teymurun olumunden sonra Miransah ve onun boyuk oglu Ebubekr zahiren Omerin hakimiyyetini qebul etdiler lakin Omer hakimiyyetine qesd olacagini dusunduyu ucun Sultaniyyeye onun yanina gelmis Ebubekri hebs etdirdi Qala kesikcileri ile dil tapib hebsden azad olan Ebubekr atasi Miransahla Xorasanda qosun topladi Sirvansah I Ibrahime qarsi yurus etmis Omer seherde olmadigi ucun Ebubekr Sultaniyyeni ele kecirdi ve maneesiz Tebrize daxil oldu Cenubi Azerbaycan Ebubekr ve Omerin arasinda geden qanli toqqusmalar meydanina cevrilmisdi Tebriz elden ele kecir ve seherin sakinleri qetl ve qaretlere meruz qalirdi lakin tebrizliler isgalcilara qarsi mubarizede boyuk huner ve metinlik gostererek onlari seherden cixmaga mecbur etdiler Menbelerde Tebrizin mudafiesinin teskilinde Qazi Qiyaseddin Ebdul Mohsun Qezvini Seyx Exi Qessab ve Qazi Imadeddinin qeyret ve bacarigi xususi qeyd olunur Hakimiyyete gelmesiTeymurilerin meglub edilmesi Qaraqoyunlu tayfa ittifaqinin bascisi Qara Yusif ile Ebubekr ilk defe 1406 ci il oktyabrin 14 de Naxcivanin qerbinde Araz cayinin sahilinde toqqusdular Qaraqoyunlularin hemlesine davam getirmeyen Teymuriler qacmaga uz qoydular Qara Yusif doyus meydanindan Naxcivana geldi O burada iken Tebrizin adli sanli reislerinden olan Xace Seyid Mehemmed Kececi Qara Yusifin huzuruna geldi seherin Ebubekr terefinden qaret olundugunu soyledi ve onu Tebrize gelmeye tesviq etdi Qara Yusif ise muveqqeti olaraq seheri muhafize etmek ucun darga gonderdi ve Sultaniyyeye yurus etdi Ebubekr seheri terk etdi ve Reye qacdi Sultaniyyeye girmis Qaraqoyunlular seheri qaret etdiler sonra ise ehalini Tebriz Maraga ve Erdebile kocurduler Xorasan hakimi olan qardasi Sahruxdan yardim alan Ebubekr Azerbaycani ele kecirmek ucun yeni tesebbus etdi Bundan xeber tutan Qara Yusif Tebriz etrafinda yerlesen Senbi Qazana geldi 1408 ci il aprelin 21 de Tebrizin cenubundaki Serdrud adli yerde 20 minlik Qaraqoyunlu qosunu Teymurileri darmadagin etdi Miransah olduruldu Ebubekr ise qacmaga muveffeq oldu Qara Yusifin Ebubekr uzerinde ikinci qelebesinin muhum tarixi ehemiyyeti vardir Bundan sonra Azerbaycanda Teymurilerin agaligina son qoyuldu Teymuriler imperiyasinin boyuk bir hissesi metropoliyadan ayrilmis ve bu erazide Azerbaycan Qaraqoyunlu dovleti 1410 1467 yaranmisdi Bu qelebeden sonra 1409 cu il payizin baslangicinda Qara Yusif Tebrize daxil olmus Seki hakimi Seyid Ehmede qarsi qosun gondermisdi lakin Qaraqoyunlu serkerdeleri doyuse yaxsi hazirlasmis Seki hakiminin herbi quvvelerine hucuma cesaret etmemis ve Sirvanin bezi yerlerini qaretle kifayetlenerek geri qayitmislar Qara Yusif oz siyasi meqsed ve fealiyyetini Cenubi Azerbaycanla mehdudlasdirmirdi O lap evvelden Azerbaycanin simal hissesini de ozune tabe etmek isteyirdi Seki ve Sirvana gonderilmis Qaraqoyunlu qosun destelerinin fealiyyeti buna subutdur Celairilerin meglub edilmesi 1410 cu ilde Qara Yusif Tebriz yaxinliginda kecmis muttefiqi Sultan Ehmedi meglub ederek son qoydu ve merkezi Tebriz seheri olan Azerbaycan Qaraqoyunlu dovletini yaratdi Celairi Sultan Ehmedi meglub etmis Qara Yusif ona hakimiyyetin yeni sulaleye kecmesini qanunilesdiren senedlere qol cekdirdi Sultan Ehmed Qara Yusifin oglu Pirbudagi onceden ogulluga goturmusdu Bu meseleni Sultan Ehmede xatirladan Qara Yusif Azerbaycanin Pirbudaga verilmesi haqqinda yarliq yazdirdi 1411 ci ilde Qara Yusif Tebrizde Azerbaycan eyanlari ve Qaraqoyunlu emirlerinin meclisinde Pirbudagi sultan elan etdi lakin dovlet islerini butovlukde oz elinde saxladi Bu dovletin terkibine Qarabag Cenubi Azerbaycan Serqi Anadolunun bir hissesi Ereb Iraqi ve Ecem Iraqi daxil oldu Qarabagin Qaramanli tayfalari Qaraqoyunlu tayfa ittifaqina daxil olaraq bu dovletin siyasi tarixinde ehemiyyetli rol oynadilar HakimiyyetiSirvansahlarla Mubarize Qara Yusifin rehberlik etdiyi Qaraqoyunlu ordusunun 1412 ci ilde Kur cayi sahilinde Sirvansah ordusu ile doyusu Resm Azerbaycan Tarix Muzeyinde saxlanilir 1412 ci ilin dekabrinda Qara Yusifin Sirvansah I Ibrahim Seki hakimi Seydi Ehmed ve gurcu cari Konstantinin birlesmis quvvelerine qarsi doyusde Yar Ehmedin rehberliyi altinda Qaraman esgerleri yaxindan istirak etmisdi Kur cayinin sahilinde bas veren bu doyusde Qara Yusif Qarabag destelerinin yardimi ile qelebe qazandi Teymuri Sahruxla mubarize Qaraqoyunlu dovletinin en guclu dusmeni Xorasanda qerar tutmus Teymuri hokmdari Sahrux idi 1419 cu ilde Qara Yusif boyuk ticaret ehemiyyeti olan Sultaniyye ve Qezvini tutdu Qaraqoyunlularin serqe irelilemesi Sahruxu qeti tedbirlere el atmaga sovq etdi O 1420 ci ilin yayinda 200 minlik qosunla Azerbaycana teref hereket etdi lakin Qara Yusif de genis herbi hazirliq gormusdu atli qosunla yanasi burada ilk defe olaraq piyada doyusculer Tebriz vilayetinin oturaq ehalisi kendliler ordu siralarina celb edilmisdiler Sahruxun Tebrize gonderdiyi elcisinin Qara Yusif terefinden hebs edilmesi Qara Yusifin doyus meqsedile paytaxtdan cixmasi xeberi Sahruxun ordusunda boyuk heyecan ve telas dogurmusdu Sahrux qudretli serkerde kimi genis sohret tapmis Qara Yusifden ehtiyat edirdi Qara Yusif yaxsi silahlanmis guclu qosunu ucun baxis teskil etmisdi Teymuri tarixcileri bu ordunun gunesin zerreleri ve buludun damlalari qeder saysiz hesabsiz oldugunu gosterirler lakin eslinde Qara Yusifin qosununun sayi 50 minden cox deyildi Tebrizden dusmen qarsisina cixmis Qara Yusif yolda iken agir xestelendi ve qefleten vefat etdi Qara orduSultan Qara Yusif Sahruxun ordusu ile doyuse getmezden evvel ordusunda herbi islahatlar apardi Teymuri Sahruxun qudretli ordusuna qarsi doyusun taleyini teyin edecek agir zerbe vurmaga ciddi cehd eden Qara Yusif dusmene qarsi daha cox herbi quvveye malik olmaq ucun seferberlik elan etdi ve piyada qosunlardan ibaret cebhenin yaradilmasi emrini verdi Belelikle ilk defe olaraq Tebriz seheri tarixinde ordu sistemi quruldu Qara Yusif yeni taktika ve strategiya uzerinde isleyirdi Teymuri Tarixcisi Hafiz i Ebru terefinden Qara Yusif in bu addimi ugursuzluq olaraq gorulsede tam tersi bu Qara Yusifin teskilatciliginin en onemli gostericilerindendir ارتش ترکمن کارا یوسف به سلاح های عالی مجهز بود Abd ur Rezzaki Semerqendininde dedi kimi Qara Yusifin Turkmen ordusu nun silahlanmasi ve ruhu mukemmel idi Olumunden sonraQara Yusifin olumu Qaraqoyunlu ordugahinda boyuk qarisiqliga ve herc mercliye sebeb oldu Sahzadelerden hec biri burada deyildi Sahmehemmed Bagdadda Isgender Kerkukde Ispend Adilcevazda Cahan sah Sultaniyyede Ebu Seid ise Erzincanda idi Yaxinlasan Teymuri qosunundan vahimeye dusmus Qaraqoyunlu emirleri ordugahdan qacdilar Bir deste adam Qaraqoyunlu padsahinin cesedi olan otaga girdi burani qaret etdi cesedin eyninden paltarini cixardi hetta onun qulaqlarindaki qizil sirgalari da bicaqla kesib goturdu Yalniz iki gunden sonra Qara Yusifin cesedi Tebriz eyanlari Seyid Mehemmed Kececi ve basqalari terefinden goturuldu Tebrize buradan da Ercise ata babasinin mezarlari yanina getirildi ve defn edildi Kemaleddin Qara Yusifin meqberesi 2011 ci il Van zelzelesi de agir zede almisdir Abide restovrasiya edilsede keyfiyyetsiz temir edildiyi ucun hal hazirda berbad gundedir Abidenin ciddi temire ehtiyaci var 1420 ci ilde Qara Yusifin olumu Teymuri Sultan Sahruxun Azerbaycani isgal etmesine serait yaratdi Aran Qarabaginda qislayan Sultan Sahruxun huzuruna gelmis qonsu hakimler arasinda Qarabag hakimi Yar Ehmed Qaramanla yanasi qardasi Sirzad da olmusdu 1421 ci ilin aprelinde Sultan Sahruxun Qarabagi terk etmesi ile teymurilere qarsi Gence ve Berdede Yar Ehmed Qaramanlinin usyani basladi Teymuri tarixcisi Fesih Xevafi yazir ki bu zaman Qarakopektepede hazirda Fuzuli seherinin simal serqinde yerlesir olan Sultan Sahrux oglu Baysunqur Bahaduru Yar Ehmede qarsi gonderdi Dini gorusleriQaraqoyunlu hokmdarinin zamaninda hurufilikle yanasi ehli haq inanclarinin dasiyicisi olan teriqetler de xeyli guclenmisdi Qaraqoyunlular arasinda bu inanclara bagliliq xususile mohkem idi Sufilerin ozlerine verdik leri ehli haq adi onlarin enenevi din numayendelerinden zahid va mollalardan ferqlendiyini ifade edirdi Haqq ehli olmaq sufiyana dini baxislara sahib olmasi va turklerin islam inancina uygun mistik heyat terzi yasa masi demekdir Bu yanasma sonradan qizilbasligin formalasmasina ciddi tekan vermisdir Ehli haqq inancinin dasiyicilarina Maku bolgesinde qaraqoyunlu Tebrizde gorani Qarabagda samlu Xorasanda ise ellullahiler de yilirdi Klassik sie menbeleri ise onlari qali ve ya qulat sehv qelet sielik adlandirirlar Emir Teymur qaraqoyunlulara xususile de Qara Yusife qarsi apardigi mubarizede bu amilden genis istifade etmis onu lt inancsiz kafir kimi qeleme vermeye calismisdir Yuxarida da vurguladigimiz kimi Yusif muxtelif teriqetlere dervislere genis selahiyyetler tanimisdi Neticade Erdebildeki sefevi dergahi suretle inkisaf etmeye baslamis qelenderi ve heyderi dervisleri boyuk qruplar halinda Xorasan Iraq Azerbaycan ve Anadoluya axin elemisdiler Onlara aid cox sayda dergah tekke zaviye ve vaqf fealiyyet gosterirdi Yusif hemin veqflerin mulkiyyet haqqina esla toxunmurdu Hetta bolgedeki xristian kilseleri de vergiden azad edilmisdi Bundan basqa Yusif xristianlari teymurilerin hucumlarindan qorumaq ucun onlari savas bolgesinden uzaq erazilere kocurmusdu Evvel de qeyd elediyimiz kimi dini baxislara bu cur tolerant munasibet Bagdad xristianlarindan birinin ozunu Isa elan etmesine getirib cixarmisdi Hemin sexsin dini gorusleri hetta Yusifin ogluna bele tesirsiz qalmamisdi Qaraqoyunlularin kesdiyi pullarda hem sunni hem de sie simvollarinin olmasi fakti ve buna gore de Qara Yusifin mezheb meylleri aydin sekilde mueyyen edilmelidir Bu bir yana Qara Yusifin basqa dini inanclara tolerantligi Eminlikle deye bilerik ki o bize yaxinlasib deyer verib Eslinde 1420 ci il tarixli kolofonda O Yusif muselman olsa da xristianlara kesislere ve kilselere qarsi idi O xeyriyyecidir Yene turkmen Menbelerde bildirilir ki Qaraqoyunlu Beyi Qurani Kerimi turkceye tercume etdirib turkmen hokmdari Hurufi Fezlullahin bas xelifesi Eliyyul Ela kimi taninan Seyx Ebu l Hesen Isfehaninin Kursiname sinde Qurani turkceye cevirdiyine gore ona Sadiq Yusif deyirler ugurlu sah Qurani Kerimi turkce selis oxu beytlerini oxumaqla yuksek qiymetlendirilmisdir Xarici gorunusuQaraqoyunlu hokmdari nin xarici gorunusu haqqinda maraqli melumatlar var Qara Yusif beden qurulusu ve igidliyi ile tam bir aheng teskil etmisdiTeymuri esgerleri ve bir nece emir Ercise geldikde onlara qan udduran bu bahadiri gormek isteyerek maraqlari sebebi ile onun mezarina toplanirlar Qaraqoyunlu hokmdarinin mezarini acdiqda ise heyrete gelerek onun hedden artiq iri cusseli ve uzun oldugunu gorurler Tarixci Ekber Necef ise Qara Yusif in mezarini acaraq onun tam olduyune emin olduqlarini yazirAilesiTrabzon imperatoru III Manuelin qizi ile evlenmisdi Pirbudaq Sahmehemmed Qara Isgender Cahan sah Ebu Seid Emir IsfahanQalereyaQara Yusif adina Turkmenistan merkezi bankinin 500 manati Qara Yusif in Turkmenistanin paytaxti Asqabadda heykeli Qara Yusif ve ordusu Serdrud doyusunde Qara Yusifin hakimiyyeti dovrunde QaraqoyunlularIstinadlarOsmanli sultani I Mehemmedin Qara Yusif Turkmana mektubundan Feridun Bey Munseatu s selatin cild I s 159 Istanbul 1274 Sahin Ferzeliyev Azerbaycan XV XVI esrlerde Elm nesriyyati 1983 seh 62 Tihrani Kitab i Diyarbekriyye 34 Babek Ebulfetoglu Qaraqoyunlu dovleti Qara Yusif Rumlu Ahsenu t Tevarih 133 Sumer Kara Koyunlular I 111 Aslanov The Caucasus In The 15th Century 174 el Giyasi Tarihu l Giyasi 103 Abdurrezzak Semerkandi Matla i Sa deyn II I 281 Tihrani Kitab i Diyarbekriyye 59 Ca feri Tarih i Kebir 84 Mirhand Ravzatu s Safa I 4 6 1155 Mir Ca feri Tarih i Tehevvulat i Siyasi 247 Tarih i Kizilbasiyye 49 Serefhan Serefname II 84 Feridun bey Menseatus selatin s 125 VIII Put iz Derbenta v Erzurum cherez zemli Gruzii Put iz Derbenta v Gyurdzhistan str 132 Evliya Chelebi Kniga puteshestviya Izvlecheniya iz sochineniya tureckogo puteshestvennika HVII veka Perevod i kommentarii Vypusk 3 Zemli Zakavkazya i sopredelnyh oblastej Maloj Azii i Irana Sost i otv red A D Zheltyakov Predisl F M Alieva A D Zheltyakova M K Zulalyana G V Puturidze Primech i komment A D Zheltyakova M K Zulalyana G V Puturidze Moskva Nauka 1983 376 str Orijinal metn rus Pozdnee pravitel Azerbajdzhana Kara Yusuf Kara Koyunlu zahvatil zdeshnie mesta No kogda poyavilsya Timur Kara Yusuf ne smog okazat soprotivleniya i nashel ubezhishe u osmanskogo sultana Jyldyrym Baezid hana Azerbaycan tarixi III cild seh 81 Necefli T H Qaraqoyunlu ve Agqoyunlu dovletlerinin tarixi muasir turk tarixisunasliginda Baki 2000 seh 56 Efendiev O A Karabah v sostave gosudarstv Karakojunlu Akkojunlu i Sefevidov XV XVIIvv Karabah Ocherk istorii i kultury Baku 2004 str 62 63 Petrushevskij I P Gosudarstva Azerbajdzhana v XV v Sbornik statej po istorii Azearbajdzhana Vypusk 1 Baku 1949 str 160 Necefli T H Qaraqoyunlu ve Agqoyunlu dovletlerinin tarixi muasir turk tarixisunasliginda Baki 2000 seh 58 59 Efendiev O A Karabah v sostave gosudarstv Karakojunlu Akkojunlu i Sefevidov XV XVII vv Karabah Ocherk istorii i kultury Baku 2004 str 62 Ekber N Necef Qara Yusif s 132 Sahin Ferzeliyev Azerbaycan ve Osmanli imparatorlugu s 96 Faruk Sumer Karakoyunlular I s 109 Semerkandi s 409 Havafi Fasih Mudzhmali Fasihi Perevod predislovie i ukazateli D Yu Yusupovoj Tashkent 1980 str 188 Havafi Fasih Mudzhmali Fasihi Perevod predislovie i ukazateli D Yu Yusupovoj Tashkent 1980 str 190 Ekber N Necef Qara Yusif s 149 150 Andreasyan XIV ve XV Yuzyil Turk Tarihine Ait Ufak Kronolojiler ve Kolofonlar 108 SeadetHisiyeva Hurufilik Kaynaklarinda Turkce ve Farscanin Statusu Sorunu Birinci Uluslararasi Dunya Dili Turkce Bilgi Soleni Sempozyumu 20 21 Kasim 2008 TDK Yay Ankara 2011 608 609 A Arayancan Akkoyunlular ve Karakoyunlularda Edebiyat ve Sanat Zeitschrift Fur Die Welt Der Turken Journal Of World Of Turks I 1 2009 244 Karakoyunlu Hanedan Uyelerinin Dini Egilimleri 141 Tofiq Necefli Agqoyunlu Qaraqoyunlu tarihi muasir tarixsunansliqla s 69 Faruk Sumer Dogu anadolu da Mogol ve Turkmen devirlerine ait bazi tarihi yapilar hakkinda s 633 Mustafa Yasin Kara Yusuf ve Zamans s 112 Faruk Sumer Karakoyunlular s 115 Merve Kazanasmaz Karakoyunlu kara yusuf ve zamani s 164 Ekber N Necef Qara Yusif s 139 Donald M Nicol The Last Centuries of Byzantium 1261 1453 Cambridge University Press 1972 p 404EdebiyyatAzerbaycan tarixi 3 cu cild Cefer Ibrahimov Qaraqoyunlu dovleti Baki 1948 K E Bosfort Muselman sulaleleri Moskva 1971Xarici kecidlerDiger layihelerdeVikisitatda elaqeli sitatlarVikimenbede elaqeli metnler Qarabag XV yuzillikde