Şahməhəmməd Qaraqoyunlu və ya Qiyasəddin Şahməhəmməd ibn Qara Yusif (v. 1432, Həmədan) – Qaraqoyunlu şahzadəsi, Qara Yusifin ikinci (bəzi qaynaqlara görə, ən böyük oğlu) oğlu və Mosulun, Ərbilin, Bağdadın hakimi.
Şah Məhəmməd | |
---|---|
1410 – 1432 | |
Əvvəlki | Sultan Əhməd Cəlayır |
Sonrakı | Əmir İsfahan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Qara Yusif |
Uşağı |
Uzun müddət Ərəb İraqında hakimlik etmiş, burada yarımmüstəqil hökmdar kimi fəaliyyət göstərmişdir. Həyatının böyük bir hissəsində qardaşı Əmir İsfahanla Ərəb İraqında hakimlik uğrunda mübarizə aparmışdır. Dövrün Məmlük qaynaqlarında, dini inancına görə qınanmışdır.
Erkən illəri
Məmlük tarixçisi Tağriberdinin yazdığına görə, Şahməhəmməd Ərbildə böyümüşdür. Qaynaqlarda onun gənclik dövrü ilə bağlı bir o qədər də məlumat yoxdur. Onun barədə məlum olan ilk məlumat Teymuri Əbu Bəkr ibn Miranşaha qarşı 21 aprel 1408-ci ildə ba. vermiş döyüşdə Qaraqoyunlu ordusunun sağ cinahına komandanlıq etməsidir. İki il sonra — 1409 və ya 1410-cu ildə Qara Yusif cəlairi nəzarətində olan Mosula hücum edib ələ keçirdi və Şahməhəmmədi oraya hakim təyin etdi.
1410-cu ilin 17 mayında Cəlairi Sultan Əhməd Qara Yusifin yürüşən cavab olaraq Təbrizə hücum etdi. Bu zaman Qara Yusif Ərzincanda idi və Ucanda onun təmsilçisi olaraq. Şahməhəmməd buraxılmışdı. Şahməhəmməd Xoya geri çəkildi, lakin Sultan Əhməd onu izlədi və Salmasda məğlub etdi. Sultan Əhmədin hücumu və Şahməhəmmədin məğlubiyyəti barədə eşitdikdən sonra Qara Yusif dərhal Ərzincandan geri qayıdıb Əhmədi məğlub etdi. Maraqlıdır ki, o, o zamanlar Cəlairi konfederasiyasına daxil olan tayfaların əmirlərinin tələbləri əsasında Əhmədi edam etdirdi.
Qara Yusif Sultan Əhmədi öldürməmişdən əvvəl onu Ərəb-İraqını və Bağdadı hal-hazırda Ərbildə olan oğlu Şahməhəmmədə verməyə məcbur etdi. Bundan başqa, Qara Yusifin 7 yaşlı oğlu Pirbudaq Qaraqoyunlu konfederasiyasının hökmdarı elan edildi.
Hakimliyi
Şəhəri ələ keçirməsi
Sultan Əhməd Təbrizə yollanarkən Bağdadda özünün qardaşının oğlu Şahvələdin üç oğlunu buraxmışdı. Bu üç uşaq — Sultan Mahmud, Sultan Məhəmməd və Sultan Üveys şəhərdə hakimiyyəti ələ keçirmək üçün öz aralarında mübarizəyə başlamışdılar. Döndü Sultan — Sultan Üveysin anası kimi siyasi fiqurların varlığı vəziyyəti daha da qəlizləşdirirdi. 215 Döndü Sultan əlavə olaraq, üç güclü Cəlairi əmiri olan Baxşayeş, Əbdülrəhim ibn Molla və Nəsrəddin Doceyli də şəhərdə idi. Hafiz-e Əbrunun bildirdiyinə görə, Şahməhəmməd Bağdadı ələ keçirmək üçün qala qapıları önündə peydə olarkən şəhər böyük oğul olan Sultan Mahmud ilə sərkərdəsi Əbdülrəhimin hakimiyyəti altında idi. Onların şəhər sakinlərinə qarşı qəddarrəftarına görə sakinlər Sultan Əhməd zamanı şəhərin hərbi başçısı olmuş Baxşayeşə şikayət etdilər. O, şəhərin nüfuzlu şəxslərinin dəstəyini əldə edərək Əbdülrəhimi ortadan qaldı. Belə bir vəziyyədə Döndü Sultan və Şahvələdin digər oğulları şəhərdən qaçaraq Şüştərə yollandılar. Onların ayrılmasından qısa müddət sonra, 1411-ci ilin avqust-sentyabrında Şahməhəmməd şəhəri ələ keçirdi. O, oğlu Şahəlini Ərbilin hakimi təyin etdi. Bura onun Bağdadı ələ keçirməsinə qədərki zamanda bazası rolunu oynamışdı.
"Qeybdəki Şah" şayiəsi
Hafiz-e Əbrunun yazdığına görə, Şahməhəmmədin Bağdadı mühasirəyə aldığı zaman şəhərdə şayiələr gəzməyə başlayır ki, Sultan Əhməd sağdır, lakin o qeybdədir və qısa müddət sonra zühur edib şəhəri xilas edəcək. Bu barədə farsdilli qaynaqlarda bir şey yazılmasa da, misirli salnaməçi Tağı əl-Din Məğrizi qeyd edir:
Onlar Bağdadda şayiələr yayırdılar ki, Sultan Əhməd ibn Üveys qeybdən (muxtafiyan) gələcək və öz əmrlərini elan edəcəkdir. Hərdən onu çıxarıb Qara Yusufun əsgərlərinə basqın etdilər, sonra nə bacarırdılarsa apardılar. Bir vaxt ertəsi gün hücum edəcəyi barədə xəbər yaydılar və şəhəri bəzədilər. Gecə olanda əsgərlərini toplayıb hamı ilə birlikdə Tostara yola düşdülər.
İbn Həcər mühasirə zamanı siyasilərin fəaliyyəti barədə məlumat verir. Onun bildirdiyinə görə, Baxşayeşin qətlə yetirildiy gecə şayiələr gəzməyə başladı ki, onu öldürmək əmri Sultan Əhməd tərəfindən verilmişdir. Əbdürrəhim ibn Molla Baxşayeşin yerini tutdu və Sultan Əhmədə xütbə oxutdurdu və Sultan Üveys ibn Şahvələdin əmrlərini ləğv etdirdi. DÖndü Sultan gəzən şayiələrə qarşı çıxırdı və bildirirdi ki, Sultan Əhməd vəfat etmişdir. Bununla eyni zamanda, Şahməhəmməd şəhəri yenidən mühasirəyə aldı. Elə bu ərəfələrdə Sultan Əhmədin sarayda olduğu və insanları qəbul etdiyi xəbərləri yayıldı. Lakin Şahməhəmməd şəhəri ələ keçirdi və Döndü Sultan ilə birlikdə digər cəlairilər şəhərdən çıxarıldılar. Döndü Sultan Vasitə yollandı və Sultan Məhəmməd ibn Şahvələdin nominal hakimliyi altında vəqf qurub orada yaşamağa başladı.
"Qeybdəki Şah" hekayəsi Gheyasinin yazdığı əsərdə fərqli cür təqdim edilmişdir. Gheyasiyə görə, Sultan Əhmədin ölməməsi barədə şayiələri yayan şəxs Şahməhəmməd olmuşdur. Guya o, şəhəri mühasirəyə aldığı zaman sakinlərə Sultan Əhmədin diri (heyy) və qeybdə olduğunu (moxtafi) olduğunu bildirmişdir. Bu zaman, Baxşayeş ittifaq qura bilmək üçün Döndü Sultanın qızı ilə evlənmək istəyirmiş. Evlənmə mərasimindən sonra Baxşayeş gecə yarı olana qədər içdi və qələndərxanaya (qələndəri dərvişlərinin yeri) getmək üçün atına minmək istədi. Lakin Döndü Soltan, "Sultan Əhməd"in (men lesan əl-Soltan Əhməd) əmri ilə Baxşayeşi qələndərxanaya getmək üçün atına minmək istəyərkən öldürdü və onun yerinə Əbdürrəhim b. Molla vəzifəyə gətirildi. O da, bir müddət sonra Sultan Əhmədin itkin olduğunu deyənlərlə birlikdə öldürüldü. Şəhər sakinləri zaman keçdikcə anladılar ki, Əhməd əslində ölmüşdür və geri gəlməyəcəkdir. Döndü Sultan "Qeybdəki Şah" hekayəsini davam etdirməyə çalışdı və bütün şəhəri Sultan Əhmədin yaxınlaşan geri dönüşü üçün bəzətdirdi. Bu zaman. Şahməhəmməd mühasirəni yarıda saxladı və Bakubəyə geri döndü. Bəzədilmiş şəhər üç gün "Qeybdəki Şah"ın geri gəlişini gözlədi, bu zaman zərfində də Döndü Sultan əri Şahvələd və oğlanları ilə birlikdə Vasitə, oradan da Şüştərə qaçdı. Şəhərin nüfuzlu şəxsləri bundan xəbər tutduqları zaman qala qapılarını Şahməhəmməd üçün açdılar. Şahməhəmməd şəhər ələ keçirdikdən sonra öyrəndi ki, Şeyx Əhməd Söhrəverdi adlı sufi də Sultan Əhmədin ölmədiyi və geri dönəcəyi şayiəsinə inananlar arasındaymış. Bu barədə ona sufinin oğlu məlumat vermişdi və həmin oğlan şəhərdəki bütün belə insanların siyahısını Şahməhəmmədə təqdim etdi. Şahməhəmmədin əmri ilə buna inanan hər bir kəs cəzalandırıldı.
Fəaliyyəti
O, 1411–1433-cü illərdə fasilələrlə Bağdad hakimi olmuşdur. Onun Bağdad hakimliyi özünün sakitliyi ilə xarakterizə edilir. O, bu vəzifəyə ya 1410, ya da 1411-ci ildə atası tərəfindən təyin edilmişdir. Ona hakimliyində oğlu Şahəli yardım edirdi. Görünüşə görə, o, hakimliyinin ərazisini genişləndirmək barədə o qədər iştahlı olmamışdır. O, ərəb İraqı və kürdüstan bölgəsilə yetinməyi üstün tuturdu. Əslində, o, hakimliyinin böyük bir hissəsini atası Qara Yusifə, qardaşı Əmir İsfahanə və digər qaraqoyunlu torpaq sahibləri ilə mübarizə şəraitində keçirmişdi.
Şahməhəmməd öz mövqeyini gücləndirdikdən sonra 1413-cü ildə Şəhrizor hakimi Məhəmməd Sarı Türkmanın üzərinə hücum etdi. Sarı Türkman keçmiş Cəlairi əmirlərindən olsa da, Qara Yusifə torpaqlarının özündə qalması şərtilə tabe olmuşdu. Hücumun səbəbi bilinməsə də, Sarı Türkman məğlub etdikdən sonra Şahməhəmməd tərəfindən Hit qalasında həbsə atıldı, ailəsi isə Bağdada aparıldı. Şahməhəmməd 1415-ci ilin iyun-iyulunda Şüştərə hücum edib Cəlairilərin son qalıqlarını da məğlub etdi, lakin onların hakimiyyətinə son qoya bilmədi.
O, atası Qara Yusifin Teymurilərə qarşı apardığı 1414-cü il hücumlarını dəstəkləyirdi, lakin 1417-ci ildə müstəqil davranmağa başladı və öz vergilərini topladı. Şahruxun hücumu zamanı Qara Y.usifi oğlunu Azərbaycanı qorumaq üçün çağırsa da, o, bundan imtina etdi. Qara Yusif onun vergi toplamasına da göz yumdu və cəzalandırmaq əvəzinə sakitləşdirməyi seçdi. O, Əbubəkr Tehraninin bildirdiyinə görə, 1420-ci ildə daha da irəli gedərək atasının ağlını itirdiyini iddia etdi və onu Teymuri Şahruxa qarşı müharibəsində dəstəkləmədi.
Qara Yusif 1420-ci ildə Teymuri Şahruxun yürüşünü qarşılamaq üçün səfərdə ikən vəfat etdi. Şahməhəmməd atasının ölüm xəbərini eşitdikdən sonra Naxçıvana yollandı, güman edilirdi ki, o, özünü yaxınlaşan taxt mübarizəsi üçün hazırlayırdı. Lakin gözlənilənlərin əksinə o, bu iddiadan imtina etdi və atasının çadırını yağmalayan, cəsədini hörmətsizlik edən əmirləri qəbul etməkdən imtina etdi. Qara yusifin ölümü zamanı onun qardaşları Əmir İsfahan və İsgəndər uyğun olaraq Kərkük və Adilcəvazda idi. Şahməhəmməd öz oğlu Şahəlinin üsyanına görə geri dönməyə məcbur oldu. Eyni zamanda 1421-ci ildə Əmir İsfahan da Ərəb İraqının işğalına başlamışdı. Maraqlıdır ki, Şahməhəmməd qardaşına elə də müqavimət göstərmədi və Bağdadın ona kifayət etdiyini bildirdi. Əmir İsfahan onu Bağdaddan da çıxarsa da, Cəlairi Üveysə məğlub oldu, sonda isə Şahməhəmməd şəhəri geri qaytarmağı bacardı. Bir müddətliyinə iki qardaş Bağdadı birlikdə idarə etdilər, lakin qardaşının vecsizliyindən bezən Əmir İsfahan Bağdadın şimalımdakı Doceylə yollandı. Şahməhəmməd qardaşı ilə ortaq idarəetmədən razı olsa da, oğlu Şahəli bunu qəbul etmirdi. O, 1432-ci ildə atasının icazəsi olmadan Əmir İsfahanın üzərinə hücub edib, uğursuz oldu. Sonda 1432–1433-cü illərdə Əmir İsfahan Şahməhəmmədi Bağdaddan uzaqlaşdırdı və onnu Bağdad hakimliyi sona çatdı.
Sürgün edilməsi və ölümü
Şaməhəmmədin son günləri və ya ayları yaxşı qeyd edilməmişdir. Gheyasi iddia edir ki, o, Bağdad ətrafında ordusunu yenidən qruplaşdırmağa çalışmış, uğursuz olduqdan sonra isə gəmi ilə Fərat çayının qərb sahilinə keçmişdir. O, oğlu Şahbudağın və bir hambalın müşayiəti ilə VII imam Musa Kazımın məzarını ziyarət etmiş, burada Seyid Covsaki adlı şəxs ona heyvanlar verdikdən sonra Duceylə, oradan da Hadithaya yollanmışdır. Burada müəyyən ordu topladıqdan sonra Mosul və Ərbili yenidən ələ keçirmiş və diqqətini Bağdada yönəltmişdir. O. Bakubəni ələ keçirmiş və yağmalamışdır. Lakin o, Əmir İsfahanın xəstə olmasına baxmayaraq, Bağdadı ələ keçirə bilməmişdir. Son olaraq, Əmir İsfahan ona hücum etmiş və Bağdaddan uzaqlaşdırmışdır. Gyesainin bildirdiyinə görə, Şahməhəmməd və ətrafı Şekan adlı qalanı ələ keçirməyə çalışarkən öldürülmüşdülər. Muḥaddis̲in yazdığına görə isə, oğlu Şahəlinin Qara İsgəndərin yanına qaçmasından sonra Şahməhəmməd Baba Hacı Həmadani tərəfindən öldürüldü. Həmədani Gaverudun hakimi idi.
Dini düşüncələri
O, təkcə İslam dinindən tamamilə imtina etməkdə və xristianlığı qəbul etməkdə ittiham edilməyib, həm də ənənəvi idarəçilik təcrübələrinə tamamilə etinasız yanaşan biri kimi təqdim edilib. Onu Bağdadda ziyarət etmiş hürufi dərvişi Qiyasəddin Məhəmməd bu sözləri yazmışdı:
8 aydan sonra biz Bağdada II Rəbidə gəldik. Şahməhəmməd bizi ziyarət etdi. O, bizə çox mərhəmət göstərdi. Hər bir halda, o, qəribə dini ədəb və terminologiyaya sahib idi. Biz mühahidə etdik ki, o, peyğəmbərləri və müqəddəsləri rədd edir. Onun əqidəsinə və əxlaqına nifrət edərək, icazəsi olmadan şəhəri tərk etdik. İndi mən bu məhəbbət səhifələrini yazarkən, biz Baqubada məskunlaşmışıq.
Şahməhəmməd və onun kiçik qardaşı İsfahan barədə dövrün müasiri olan qaynaqlar ikrah dolu sözlər yazmışdırlar. Bu o dövrün Məmlük tarixçiləri üçün Teymuri və Türkman hökmdarlar barədə alışılmış da üzərində pis sözlər kimi xarakterizə edilə bilər. Lakin Gyeyasi kimi müəlliflər Bağdad qaraqoyunluları barədə nisbətən daha mülayim sözlər yazmışdırlar. Lakin o da qeyd edir ki, Bağdad qaraqoyunluları bütün günlərini yeyib-içməklə keçirirlər və Şahməhəmməd dargörüşlü şəxsdir. O, bunu Şahməhəmmədin Bağdadı ələ keçirərkən başından zədə alması ilə əlaqələndirir. Onun dini görüşləri barədə isə İbn Tağrıberdi bu sözləri yazmışdır:
Şahməhəmməd allahsız imansız (faseqan zendigan). O. heç bir dini ibadət yerinə yetirmişdir. İslamın ayinlərini ləğv etdi, din alimlərini öldürdü. Ramazanda onun süfrəsi naharda — iftar zamanı yayıldığı kimi — hamının görməsi üçün sərilirdi və vay halına ki, ondan yeməyənə. Əvvəlcə atasının dövründə Bağdad valisi olub. O zaman o, ədalət və yaxşılıq göstərdi. [Ədalət və yaxşılıq göstərməsinin] səbəbi Ərbildə böyüməsi və orada xristianlarla dostluq etməsidir. O, onların vasitəsilə küfrün şər inancları (əz-zəndəqa) və xristianlıq dininə meyllə qarşılaşdı. O, bu inancları gizli şəkildə yaşayırdı və onun atası Qara Yusif bundan xəbərsiz idi. Atası Qara Yusif onu Bağdad valisi təyin edərkən o, Sultan Əhməd ibn Üveysi — Allah ona rəhmət etsin — öldürdü. O, atası sağ ikən Bağdadda təbəələrə qarşı ədalətli davranmış, atası Qara Yusifin vəfatına qədər bir-iki il haram olan şeylərə qarşı təqva və təvazökarlıq göstərmişdir. Bağdadı tərk etdi, sonra Şah Vələddən sonra yenidən oraya qayıtdı [b. Şeyx Əli]. Sonra o, şəhər üzərində hökmranlıqda həddi aşdı, tamamilə dəyişdi və öz pis əqidəsini ortaya qoydu. O, ateist (təzandaqa) və kafir (kəfəra) idi. Din alimlərini öldürdü, namazı və cümə məclisini ləğv etdi. O, təmiz xristian oldu və İsanı Allahın bütün digər məxluqlarından üstün tutdu. O, alimlərdən soruşardı ki, ilk növbədə nə üstündür, diri və ya ölü. Onlar diri insana üstünlük verdiklərini cavablandırdıqda o, deyərdi: "Görürsünüz ?! İsa diridir, Məhəmməd isə ölü". Sonra ona uyğun qərar verəcək və başqa heç bir arqumentə qulaq asmayacaqdı. Əbd əl-Məsih kimi tanınan bir xristian hökmran idi və öz dövründə (dovlateh) idarəçi idi. O, bu [davranışı] aşkar etdikdə, əsgərləri onu tərk etdi və Bağdadda yalnız kiçik bir dəstə qaldı. Bu müddət ərzində Bağdadın rayonlarında və ətraflarında əsas yolları soyğunçuların sayı o qədər artdı ki, ümumi yollar çürüdü. İnsanlar dəstə-dəstə Bağdadı tərk etdilər. [Şah Məhəmməd] bir neçə il Bağdaddan çıxan həcc karvanını dayandırdı.
Bir digər Məmlük qaynağı Məğrizi də buna bənzər sözlər yazır və onun dövründə şəhərin zəiflədiyini bildirir. Binbaş ümumi olaraq Qaraqoyunlu sülaləsi üzvləri arasında şiəlik müyillərinin olduğunu, bəzi şahzadələrin şiə olduğunu bildirsə də, sülalənin tam olaraq şiə sülaləsi adlandırılmasını mübahisəli hesab edir. Həmçinin o, qeyd edir ki, ola bilsin ki, İsfahanla Şahməhəmməd daha radikal dini düşüncələri təmsil edirdilərsə, Cahanşah dövrün qaydalarına daha uyğun dini düşüncələrə sahib olmuşdurlar.
Övladları
İki oğlu olduğu bəllidir:
- Şahbudaq
- Şahəli
İstinadlar
- Binbaş, 2019. səh. 214
- Binbaş, 2019. səh. 215
- Binbaş, 2019. səh. 216
- Binbaş, 2019. səh. 217
- Binbaş, 2019. səh. 218
- Minorsky, 1955. səh. 220
- Binbaş, 2019. səh. 219
- Binbaş, 2019. səh. 220
- Binbaş, 2019. səh. 221
- Binbaş, 2019. səh. 221-222
- Muḥaddis̲, 1982. səh. 16
- Binbaş, 2019. səh. 208
- Binbaş, 2019. səh. 207
- Binbaş, 2019. səh. 222-223
- Binbaş, 2019. səh. 223-224
- Binbaş, 2019. səh. 229-230
- Minorsky, 1955. səh. 50-73
Ədəbiyyat
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sahmehemmed Qaraqoyunlu ve ya Qiyaseddin Sahmehemmed ibn Qara Yusif v 1432 Hemedan Qaraqoyunlu sahzadesi Qara Yusifin ikinci bezi qaynaqlara gore en boyuk oglu oglu ve Mosulun Erbilin Bagdadin hakimi Sah MehemmedBagdad hakimi1410 1432EvvelkiSultan Ehmed CelayirSonrakiEmir IsfahanSexsi melumatlarVefat tarixi 1432Vefat yeri Hemedan Hemedan sehristani Hemedan ostani IranAtasi Qara YusifUsagi Uzun muddet Ereb Iraqinda hakimlik etmis burada yarimmusteqil hokmdar kimi fealiyyet gostermisdir Heyatinin boyuk bir hissesinde qardasi Emir Isfahanla Ereb Iraqinda hakimlik ugrunda mubarize aparmisdir Dovrun Memluk qaynaqlarinda dini inancina gore qinanmisdir Erken illeriMemluk tarixcisi Tagriberdinin yazdigina gore Sahmehemmed Erbilde boyumusdur Qaynaqlarda onun genclik dovru ile bagli bir o qeder de melumat yoxdur Onun barede melum olan ilk melumat Teymuri Ebu Bekr ibn Miransaha qarsi 21 aprel 1408 ci ilde ba vermis doyusde Qaraqoyunlu ordusunun sag cinahina komandanliq etmesidir Iki il sonra 1409 ve ya 1410 cu ilde Qara Yusif celairi nezaretinde olan Mosula hucum edib ele kecirdi ve Sahmehemmedi oraya hakim teyin etdi 1410 cu ilin 17 mayinda Celairi Sultan Ehmed Qara Yusifin yurusen cavab olaraq Tebrize hucum etdi Bu zaman Qara Yusif Erzincanda idi ve Ucanda onun temsilcisi olaraq Sahmehemmed buraxilmisdi Sahmehemmed Xoya geri cekildi lakin Sultan Ehmed onu izledi ve Salmasda meglub etdi Sultan Ehmedin hucumu ve Sahmehemmedin meglubiyyeti barede esitdikden sonra Qara Yusif derhal Erzincandan geri qayidib Ehmedi meglub etdi Maraqlidir ki o o zamanlar Celairi konfederasiyasina daxil olan tayfalarin emirlerinin telebleri esasinda Ehmedi edam etdirdi Qara Yusif Sultan Ehmedi oldurmemisden evvel onu Ereb Iraqini ve Bagdadi hal hazirda Erbilde olan oglu Sahmehemmede vermeye mecbur etdi Bundan basqa Qara Yusifin 7 yasli oglu Pirbudaq Qaraqoyunlu konfederasiyasinin hokmdari elan edildi HakimliyiSeheri ele kecirmesi Sultan Ehmed Tebrize yollanarken Bagdadda ozunun qardasinin oglu Sahveledin uc oglunu buraxmisdi Bu uc usaq Sultan Mahmud Sultan Mehemmed ve Sultan Uveys seherde hakimiyyeti ele kecirmek ucun oz aralarinda mubarizeye baslamisdilar Dondu Sultan Sultan Uveysin anasi kimi siyasi fiqurlarin varligi veziyyeti daha da qelizlesdirirdi 215 Dondu Sultan elave olaraq uc guclu Celairi emiri olan Baxsayes Ebdulrehim ibn Molla ve Nesreddin Doceyli de seherde idi Hafiz e Ebrunun bildirdiyine gore Sahmehemmed Bagdadi ele kecirmek ucun qala qapilari onunde peyde olarken seher boyuk ogul olan Sultan Mahmud ile serkerdesi Ebdulrehimin hakimiyyeti altinda idi Onlarin seher sakinlerine qarsi qeddarreftarina gore sakinler Sultan Ehmed zamani seherin herbi bascisi olmus Baxsayese sikayet etdiler O seherin nufuzlu sexslerinin desteyini elde ederek Ebdulrehimi ortadan qaldi Bele bir veziyyede Dondu Sultan ve Sahveledin diger ogullari seherden qacaraq Sustere yollandilar Onlarin ayrilmasindan qisa muddet sonra 1411 ci ilin avqust sentyabrinda Sahmehemmed seheri ele kecirdi O oglu Sahelini Erbilin hakimi teyin etdi Bura onun Bagdadi ele kecirmesine qederki zamanda bazasi rolunu oynamisdi Qeybdeki Sah sayiesi Hafiz e Ebrunun yazdigina gore Sahmehemmedin Bagdadi muhasireye aldigi zaman seherde sayieler gezmeye baslayir ki Sultan Ehmed sagdir lakin o qeybdedir ve qisa muddet sonra zuhur edib seheri xilas edecek Bu barede farsdilli qaynaqlarda bir sey yazilmasa da misirli salnameci Tagi el Din Megrizi qeyd edir Onlar Bagdadda sayieler yayirdilar ki Sultan Ehmed ibn Uveys qeybden muxtafiyan gelecek ve oz emrlerini elan edecekdir Herden onu cixarib Qara Yusufun esgerlerine basqin etdiler sonra ne bacarirdilarsa apardilar Bir vaxt ertesi gun hucum edeceyi barede xeber yaydilar ve seheri bezediler Gece olanda esgerlerini toplayib hami ile birlikde Tostara yola dusduler Ibn Hecer muhasire zamani siyasilerin fealiyyeti barede melumat verir Onun bildirdiyine gore Baxsayesin qetle yetirildiy gece sayieler gezmeye basladi ki onu oldurmek emri Sultan Ehmed terefinden verilmisdir Ebdurrehim ibn Molla Baxsayesin yerini tutdu ve Sultan Ehmede xutbe oxutdurdu ve Sultan Uveys ibn Sahveledin emrlerini legv etdirdi DOndu Sultan gezen sayielere qarsi cixirdi ve bildirirdi ki Sultan Ehmed vefat etmisdir Bununla eyni zamanda Sahmehemmed seheri yeniden muhasireye aldi Ele bu erefelerde Sultan Ehmedin sarayda oldugu ve insanlari qebul etdiyi xeberleri yayildi Lakin Sahmehemmed seheri ele kecirdi ve Dondu Sultan ile birlikde diger celairiler seherden cixarildilar Dondu Sultan Vasite yollandi ve Sultan Mehemmed ibn Sahveledin nominal hakimliyi altinda veqf qurub orada yasamaga basladi Qeybdeki Sah hekayesi Gheyasinin yazdigi eserde ferqli cur teqdim edilmisdir Gheyasiye gore Sultan Ehmedin olmemesi barede sayieleri yayan sexs Sahmehemmed olmusdur Guya o seheri muhasireye aldigi zaman sakinlere Sultan Ehmedin diri heyy ve qeybde oldugunu moxtafi oldugunu bildirmisdir Bu zaman Baxsayes ittifaq qura bilmek ucun Dondu Sultanin qizi ile evlenmek isteyirmis Evlenme merasiminden sonra Baxsayes gece yari olana qeder icdi ve qelenderxanaya qelenderi dervislerinin yeri getmek ucun atina minmek istedi Lakin Dondu Soltan Sultan Ehmed in men lesan el Soltan Ehmed emri ile Baxsayesi qelenderxanaya getmek ucun atina minmek isteyerken oldurdu ve onun yerine Ebdurrehim b Molla vezifeye getirildi O da bir muddet sonra Sultan Ehmedin itkin oldugunu deyenlerle birlikde olduruldu Seher sakinleri zaman kecdikce anladilar ki Ehmed eslinde olmusdur ve geri gelmeyecekdir Dondu Sultan Qeybdeki Sah hekayesini davam etdirmeye calisdi ve butun seheri Sultan Ehmedin yaxinlasan geri donusu ucun bezetdirdi Bu zaman Sahmehemmed muhasireni yarida saxladi ve Bakubeye geri dondu Bezedilmis seher uc gun Qeybdeki Sah in geri gelisini gozledi bu zaman zerfinde de Dondu Sultan eri Sahveled ve oglanlari ile birlikde Vasite oradan da Sustere qacdi Seherin nufuzlu sexsleri bundan xeber tutduqlari zaman qala qapilarini Sahmehemmed ucun acdilar Sahmehemmed seher ele kecirdikden sonra oyrendi ki Seyx Ehmed Sohreverdi adli sufi de Sultan Ehmedin olmediyi ve geri doneceyi sayiesine inananlar arasindaymis Bu barede ona sufinin oglu melumat vermisdi ve hemin oglan seherdeki butun bele insanlarin siyahisini Sahmehemmede teqdim etdi Sahmehemmedin emri ile buna inanan her bir kes cezalandirildi Fealiyyeti O 1411 1433 cu illerde fasilelerle Bagdad hakimi olmusdur Onun Bagdad hakimliyi ozunun sakitliyi ile xarakterize edilir O bu vezifeye ya 1410 ya da 1411 ci ilde atasi terefinden teyin edilmisdir Ona hakimliyinde oglu Saheli yardim edirdi Gorunuse gore o hakimliyinin erazisini genislendirmek barede o qeder istahli olmamisdir O ereb Iraqi ve kurdustan bolgesile yetinmeyi ustun tuturdu Eslinde o hakimliyinin boyuk bir hissesini atasi Qara Yusife qardasi Emir Isfahane ve diger qaraqoyunlu torpaq sahibleri ile mubarize seraitinde kecirmisdi Sahmehemmed oz movqeyini guclendirdikden sonra 1413 cu ilde Sehrizor hakimi Mehemmed Sari Turkmanin uzerine hucum etdi Sari Turkman kecmis Celairi emirlerinden olsa da Qara Yusife torpaqlarinin ozunde qalmasi sertile tabe olmusdu Hucumun sebebi bilinmese de Sari Turkman meglub etdikden sonra Sahmehemmed terefinden Hit qalasinda hebse atildi ailesi ise Bagdada aparildi Sahmehemmed 1415 ci ilin iyun iyulunda Sustere hucum edib Celairilerin son qaliqlarini da meglub etdi lakin onlarin hakimiyyetine son qoya bilmedi O atasi Qara Yusifin Teymurilere qarsi apardigi 1414 cu il hucumlarini destekleyirdi lakin 1417 ci ilde musteqil davranmaga basladi ve oz vergilerini topladi Sahruxun hucumu zamani Qara Y usifi oglunu Azerbaycani qorumaq ucun cagirsa da o bundan imtina etdi Qara Yusif onun vergi toplamasina da goz yumdu ve cezalandirmaq evezine sakitlesdirmeyi secdi O Ebubekr Tehraninin bildirdiyine gore 1420 ci ilde daha da ireli gederek atasinin aglini itirdiyini iddia etdi ve onu Teymuri Sahruxa qarsi muharibesinde desteklemedi Qara Yusif 1420 ci ilde Teymuri Sahruxun yurusunu qarsilamaq ucun seferde iken vefat etdi Sahmehemmed atasinin olum xeberini esitdikden sonra Naxcivana yollandi guman edilirdi ki o ozunu yaxinlasan taxt mubarizesi ucun hazirlayirdi Lakin gozlenilenlerin eksine o bu iddiadan imtina etdi ve atasinin cadirini yagmalayan cesedini hormetsizlik eden emirleri qebul etmekden imtina etdi Qara yusifin olumu zamani onun qardaslari Emir Isfahan ve Isgender uygun olaraq Kerkuk ve Adilcevazda idi Sahmehemmed oz oglu Sahelinin usyanina gore geri donmeye mecbur oldu Eyni zamanda 1421 ci ilde Emir Isfahan da Ereb Iraqinin isgalina baslamisdi Maraqlidir ki Sahmehemmed qardasina ele de muqavimet gostermedi ve Bagdadin ona kifayet etdiyini bildirdi Emir Isfahan onu Bagdaddan da cixarsa da Celairi Uveyse meglub oldu sonda ise Sahmehemmed seheri geri qaytarmagi bacardi Bir muddetliyine iki qardas Bagdadi birlikde idare etdiler lakin qardasinin vecsizliyinden bezen Emir Isfahan Bagdadin simalimdaki Doceyle yollandi Sahmehemmed qardasi ile ortaq idareetmeden razi olsa da oglu Saheli bunu qebul etmirdi O 1432 ci ilde atasinin icazesi olmadan Emir Isfahanin uzerine hucub edib ugursuz oldu Sonda 1432 1433 cu illerde Emir Isfahan Sahmehemmedi Bagdaddan uzaqlasdirdi ve onnu Bagdad hakimliyi sona catdi Surgun edilmesi ve olumuSamehemmedin son gunleri ve ya aylari yaxsi qeyd edilmemisdir Gheyasi iddia edir ki o Bagdad etrafinda ordusunu yeniden qruplasdirmaga calismis ugursuz olduqdan sonra ise gemi ile Ferat cayinin qerb sahiline kecmisdir O oglu Sahbudagin ve bir hambalin musayieti ile VII imam Musa Kazimin mezarini ziyaret etmis burada Seyid Covsaki adli sexs ona heyvanlar verdikden sonra Duceyle oradan da Hadithaya yollanmisdir Burada mueyyen ordu topladiqdan sonra Mosul ve Erbili yeniden ele kecirmis ve diqqetini Bagdada yoneltmisdir O Bakubeni ele kecirmis ve yagmalamisdir Lakin o Emir Isfahanin xeste olmasina baxmayaraq Bagdadi ele kecire bilmemisdir Son olaraq Emir Isfahan ona hucum etmis ve Bagdaddan uzaqlasdirmisdir Gyesainin bildirdiyine gore Sahmehemmed ve etrafi Sekan adli qalani ele kecirmeye calisarken oldurulmusduler Muḥaddis in yazdigina gore ise oglu Sahelinin Qara Isgenderin yanina qacmasindan sonra Sahmehemmed Baba Haci Hemadani terefinden olduruldu Hemedani Gaverudun hakimi idi Dini dusunceleriO tekce Islam dininden tamamile imtina etmekde ve xristianligi qebul etmekde ittiham edilmeyib hem de enenevi idarecilik tecrubelerine tamamile etinasiz yanasan biri kimi teqdim edilib Onu Bagdadda ziyaret etmis hurufi dervisi Qiyaseddin Mehemmed bu sozleri yazmisdi 8 aydan sonra biz Bagdada II Rebide geldik Sahmehemmed bizi ziyaret etdi O bize cox merhemet gosterdi Her bir halda o qeribe dini edeb ve terminologiyaya sahib idi Biz muhahide etdik ki o peygemberleri ve muqeddesleri redd edir Onun eqidesine ve exlaqina nifret ederek icazesi olmadan seheri terk etdik Indi men bu mehebbet sehifelerini yazarken biz Baqubada meskunlasmisiq Sahmehemmed ve onun kicik qardasi Isfahan barede dovrun muasiri olan qaynaqlar ikrah dolu sozler yazmisdirlar Bu o dovrun Memluk tarixcileri ucun Teymuri ve Turkman hokmdarlar barede alisilmis da uzerinde pis sozler kimi xarakterize edile biler Lakin Gyeyasi kimi muellifler Bagdad qaraqoyunlulari barede nisbeten daha mulayim sozler yazmisdirlar Lakin o da qeyd edir ki Bagdad qaraqoyunlulari butun gunlerini yeyib icmekle kecirirler ve Sahmehemmed dargoruslu sexsdir O bunu Sahmehemmedin Bagdadi ele kecirerken basindan zede almasi ile elaqelendirir Onun dini gorusleri barede ise Ibn Tagriberdi bu sozleri yazmisdir Sahmehemmed allahsiz imansiz faseqan zendigan O hec bir dini ibadet yerine yetirmisdir Islamin ayinlerini legv etdi din alimlerini oldurdu Ramazanda onun sufresi naharda iftar zamani yayildigi kimi haminin gormesi ucun serilirdi ve vay halina ki ondan yemeyene Evvelce atasinin dovrunde Bagdad valisi olub O zaman o edalet ve yaxsiliq gosterdi Edalet ve yaxsiliq gostermesinin sebebi Erbilde boyumesi ve orada xristianlarla dostluq etmesidir O onlarin vasitesile kufrun ser inanclari ez zendeqa ve xristianliq dinine meylle qarsilasdi O bu inanclari gizli sekilde yasayirdi ve onun atasi Qara Yusif bundan xebersiz idi Atasi Qara Yusif onu Bagdad valisi teyin ederken o Sultan Ehmed ibn Uveysi Allah ona rehmet etsin oldurdu O atasi sag iken Bagdadda tebeelere qarsi edaletli davranmis atasi Qara Yusifin vefatina qeder bir iki il haram olan seylere qarsi teqva ve tevazokarliq gostermisdir Bagdadi terk etdi sonra Sah Veledden sonra yeniden oraya qayitdi b Seyx Eli Sonra o seher uzerinde hokmranliqda heddi asdi tamamile deyisdi ve oz pis eqidesini ortaya qoydu O ateist tezandaqa ve kafir kefera idi Din alimlerini oldurdu namazi ve cume meclisini legv etdi O temiz xristian oldu ve Isani Allahin butun diger mexluqlarindan ustun tutdu O alimlerden sorusardi ki ilk novbede ne ustundur diri ve ya olu Onlar diri insana ustunluk verdiklerini cavablandirdiqda o deyerdi Gorursunuz Isa diridir Mehemmed ise olu Sonra ona uygun qerar verecek ve basqa hec bir arqumente qulaq asmayacaqdi Ebd el Mesih kimi taninan bir xristian hokmran idi ve oz dovrunde dovlateh idareci idi O bu davranisi askar etdikde esgerleri onu terk etdi ve Bagdadda yalniz kicik bir deste qaldi Bu muddet erzinde Bagdadin rayonlarinda ve etraflarinda esas yollari soyguncularin sayi o qeder artdi ki umumi yollar curudu Insanlar deste deste Bagdadi terk etdiler Sah Mehemmed bir nece il Bagdaddan cixan hecc karvanini dayandirdi Bir diger Memluk qaynagi Megrizi de buna benzer sozler yazir ve onun dovrunde seherin zeiflediyini bildirir Binbas umumi olaraq Qaraqoyunlu sulalesi uzvleri arasinda sielik muyillerinin oldugunu bezi sahzadelerin sie oldugunu bildirse de sulalenin tam olaraq sie sulalesi adlandirilmasini mubahiseli hesab edir Hemcinin o qeyd edir ki ola bilsin ki Isfahanla Sahmehemmed daha radikal dini dusunceleri temsil edirdilerse Cahansah dovrun qaydalarina daha uygun dini dusuncelere sahib olmusdurlar OvladlariIki oglu oldugu bellidir Sahbudaq SaheliIstinadlarBinbas 2019 seh 214 Binbas 2019 seh 215 Binbas 2019 seh 216 Binbas 2019 seh 217 Binbas 2019 seh 218 Minorsky 1955 seh 220 Binbas 2019 seh 219 Binbas 2019 seh 220 Binbas 2019 seh 221 Binbas 2019 seh 221 222 Muḥaddis 1982 seh 16 Binbas 2019 seh 208 Binbas 2019 seh 207 Binbas 2019 seh 222 223 Binbas 2019 seh 223 224 Binbas 2019 seh 229 230 Minorsky 1955 seh 50 73EdebiyyatEvrim Binbas The Jalayirid Hidden King and the Unbelief of Shah Mohammad Qara Qoyunlu Journal of Persianate Studies 12 2 2019 ISBN 1874 7094 V Minorsky The Qara Qoyunlu And The Qutb Shahs Bulletin of the School of Oriental and African Studies 17 1 1955 ISBN 1474 0699