Molla Vəli Vidadi (17 mart 1709, Şəmkir, Qarabağ bəylərbəyliyi – 13 may 1809, İkinci Şıxlı, Gürcüstan quberniyası) — XVIII əsr Azərbaycan şairi.
Molla Vəli Vidadi | |
---|---|
Vidadi Məhəmməd ağa oğlu | |
Doğum tarixi | 17 mart 1709 |
Doğum yeri | |
Vəfat tarixi | 13 may 1809(100 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Osman Vəlizadə |
Fəaliyyəti | şair, müəllim |
İstiqamət | sufizm |
Janr | poeziya |
Molla Vəli Vidadi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Molla Vəli Vidadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
XVIII əsr Azərbaycan ədəbiyyatı tarixində məhəbbət və insanpərvərlik lirikası, tarixi mövzuda yazdığı "Müsibətnamə" əsəri ideya məzmunu və bədii gözəlliklərinə görə fərqlənir.
Həyatı
Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindəndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazaxa köçmüşdür. O, ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. O, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair Poyludan vətəni Şıxlı kəndinə gəlmiş, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Molla Vəli adı ilə tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salmışdır.
Şairin əsərlərindən aydın olur ki, o, bütün həyatını Şıxlıda keçirməmişdir. Müəyyən müddət Qarabağ xanlığında yaşamış, Tiflisdə İraklinin sarayında xidmət etmiş, lakin bizə məlum olmayan səbəbə görə həbs edilmiş və həbsdən qurtardıqdan sonra Şıxlıya qayıdıb ömrünün sonuna qədər orada yaşamışdır.
M. V. Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.
Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.
Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadi realist təsvirə meyl edən şairlərdən olmuşdur. Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunmuşdur.
Molla Vəli Vidadi 13 may 1809-cu ildə Qazaxda, Şıxlı kəndində vəfat etmiş və Gəmiqaya adlı yerdə dəfn olunmuşdur.
Molla Vəli Vidadi və Molla Pənah Vaqif münasibətləri
Molla Vəli Vidadi Molla Pənah Vaqifin müasiri, dostu, bəzi mənbələrə görə isə qohumu imiş.
Molla Vəlinin yaxşı elm və savadı və rəvan təbiəti var imiş və özü də zöhdü təqva əhli olub, vaxtının çoxunu ibadətdə keçirərmiş. Haqq söyləyən və haqqı dost tutan bir vücud imiş ki, hər kəsin eybini açıq söyləməkdən bak və ictinab etməz imiş. Ona binaən şairdən dilgir və rəncidə olanların ədədi az deyil imiş. Amma bununla belə hamı onu sayarmış, xatirini əziz və möhtərəm tutarmış. Müasiri vəkil Əhmədağa ilə aralarında dostluq və zarafat var imiş və çox vaxtı şair ona kinayə və istehza təriqincə acı sözlər deyər imiş, amma Əhmədağa onun sözlərindən inciməz imiş. Belə ki, bir vaxtı bunlar yaylaqda olan zamanı evlərindən çıxıb gözəl və çiçəkli dağlarda seyr edirlər. Bu əsnada duman gəlib onları əhatə edir. Molla Vəli xovfa düşür ki, onlar azacaqlar. Amma Əhmədağa ona ürək-dirək verib deyir: "Qorxma, mən səni salamat yurdumuza apararam" və doğrudan da Vidadini salamat gətirib şenliyin içinə çıxarır.
Bu barədə qeyrilərin yanında Əhmədağa özünü öyüb, zehn və fərasətini zikr etdikdə Molla Vəli təngə gəlib deyir: -Ağa, bu qədər özünü öymə, bu bir böyük hünər deyil, qara mal da (sığır) heç azmaz.
Bəzi rəvayətə görə, Molla Vəli Vidadi Qazax mahalında ən mötəbər, tədbirli və nüfuzlu bir adam hesab olunduğuna binaən, Gürcüstan valisi İrakli xan onu özünə müqərrəb edib və onun ağıl və kamalını görüb, bəzi ittifaqlarda Qazax mahalına dair məsələlər vüqua gəldikdə onun tədbir və səlahdidilə iş görərmiş. Bu əhvalı onun dostu Molla Pənah Vaqif eşidib Qarabağdan Vidadinin hal və şəninə münasib bu şerləri yazıb göndərmişdir:
I Ey Vidadi, yenə xan qulluğunda
I Qaim olub, nə qiyamət eylərsən?
I Yaman gözdən Allah özü saxlasın,
I İxlas ilə, kişi, xidmət eylərsən.
I Belə dursan o qapıda qış və yaz,
I Yetişərsən bir çörəyə sərəfraz,
I Bu doğru yolundan əyilsən bir az,
I Yəqin bil ki, çox xəyanət eylərsən…
Amma Vidadinin İrakli xana müqərrəb və məsləhətçi olduğunu nə gürcü və nə rus və nə də bizim tarixlərdə görmədik. Özgə bir qövlə görə, əzancümlə mərhum Əhməd bəy Cavanşirin yazmağına binaən ki, – onun Qarabağ tarixinə dair artıq bələdiyyəti var idi, – Molla Pənah mərhum İbrahim xanın müqərrəbi-hüzuru olan zamanı öz dostu Molla Vəlini yazıb Qazaxdan Qarabağa gətirdibdir və burada onun xana yavuq olmağına səbəb düşübdür və xan Molla Vəlinin ağıl və kamalını dərk edib və xüsusən onun mömin və müttəqi bir şəxs olduğunu görüb, ona lütf və mərhəmət göstərərmiş və hər qisim röya görsə imiş Molla Vəliyə söylər imiş. Molla dəxi onları xeyli münasib təbir edərmiş. Amma bu rəvayəti dəxi təsdiq etməyə əldə bir dəstavizimiz yoxdur. Bunun doğruluğuna şəhadət verici "Qarabağ tarixi"ndə bir işarə görmədik.
Doğrudur Mirzə Cəmalın yazdığı tarixdə Mirzə Vəli adlı bir şəxsin ismi zikr olunubdur, vəli haman Mirzə Vəli Qarabağda Şuşa uyezdində Baharlı qəryəsindən bir şirinzəban və kardan və zirək bir adam imiş ki, İbrahim xan onu öz əmizadəsi Əbdüssəməd bəy ilə Ağa Məhəmməd şah əvvəl dəfədə Azərbaycanın cənub səmtində vaqe olan vilayətləri hiyteyi-təsərrüfünə götürdükdə zəval rəsmi ilə şaha göndərmişdir. Məzkur Mirzə Vəlinin nəsli bu halda Qarabağda və Bakıda mövcud və Vəliyev familiyası ilə məşhurdurlar.
Bəs, Baharlı Mirzə Vəli ilə Şıxlı Mirzə Vəlini qarşıdırmaq böyük səhvdir. Təəccüb budur ki, Qarabağın əhval və tarixinə bələd olanlar və onların cümləsindən şair Mirmöhsün ağa Ağamirzadə Şıxlı Molla Vəlinin vücudunu bilmərrə inkar edib, Molla Vəli Vidadi ancaq Mirzə Vəli Baharlıdan ibarət olmasını təkid edirlər və Mirmöhsün ağanın qövl və iddiasının qüvvəsincə bunu dəxi əlavə edə bilərik ki, neçə sənə bundan müqəddəm Baharlı qəryəsindən Həmid bəy Vəliyev ismində bir şəxs ilə tanış olduq. Bu cənabın ziyadə xoşsöhbət və dilavər olduğunu təhsin etdikdə bizə cavab verib dedi ki, filankəs bizim babamız çox dilavər və fəsih bir adam imiş, özünün də təbi-şeriyyəsi var imiş. Babasının adını soruşduqda bizə cavab verdi ki, babamızın adı Molla Vəlidir, "Vidadi" təxəllüs.
Səhihi budur ki, Molla Vəli Vidadini onun dostu Vaqif çağırıb Qarabağa gətirdibdir. Və burada Cavanşir uyezdində məşhur "Gülüstan" adlanan yerdə ki, sabiqdə xırdaca bir xanlıqdan ibarət imiş, Molla Vəli Vaqifin vasitəsilə ora xanının hüzurunda müqərrəb və möhtərəm şəxslərdən birisi olubdur. Bu əhvalın doğruluğuna Vaqif ilə onun arasında vüqua gələn müşairə dəlalət eləyir. Vaqif yazır:
Belə dursan o qapıda qış və yaz, Yetişərsən bir çörəyə sərfəraz. Bu doğru yolunda əyilsən bir az, Yəqin bil ki, çox xəyanət eylərsən.
Xanın məhəbbətin könlündə yatır, Bit yeyər ətini, olarsan qotur, Tərpənmə yerindən, əlbət, bərk otur, Vay halına bir hərəkət eylərsən.
Evini, malını yadına salma, Xan izin versə də, boynuna alma, Ömərin, Osmanın qaydına qalma, Sözlərini bidəyanət eylərsən.
Cavanşir xəlqilə ol qohum-qardaş, Qazaxın sözünü heç eyləmə faş, Demənəm dinini eylə qızılbaş, Əqlin olsa, özün, əlbət, eylərsən.
Xanı qoyub əgər evə getməsən, Qarğa mənə mətləbinə yetməsən, Ülüləmrin itaətin etməsən, Tərki-sünnət vəl-cəmaət eylərsən.
Vidadi Vaqifə yazdığı cavabın bir bəndində deyibdir:
Dovtələb oluban gedibsən xandan, Ölüncə çıxmanam ta Gülüstandan, Sən hərgah çalışsan habelə candan, Hər nə desən, bil, aqibət eylərsən.
Molla Vəlinin oğlu Məhəmməd ağa—ki, babasının adı ona qoyulmuşdur,--sonralardan haman Gülüstanda, Qazi Səidəddin əfəndinin qövlünə görə, xanlıq edibdir. Vidadinin bir oğlu dəxi məşhur Osman əfəndi imiş ki, Tiflisdə ikinci müfti olubdur ki, elm və kəmalı ilə məşhur imiş. Osman əfəndinin fərzəndlərindən birisi üçüncü müfti Məhəmməd əfəndi olub və o birisi dəxi Qazi Səidəddin əfəndidir ki, sabiqdə Qarabağda qazilik edərmiş və bəd müddəti-mədidə Qazax mahalında məsnədi-qəzavətdə ikən həştad sinnində dari-üqbayə rehlət eləyibdir.
Vidadi yüz ilə kimi, bəlkə bir az da artıq zindəganlıq edibdir. Sinndə Vaqifdən böyük imiş. Odur ki, Vaqif ona yazdığı bir qəzəlində demişdir:
Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur, Belə işlər yenə Vaqif kimi oğlanə düşər.
Vidadi bunun cavabında yazdığı qəzəldə demişdir:
Nə qədər olsa qoca gərçi Vidadi xəstə, Yenə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər.
Molla Vəlinin müsini çağında fərzəndi-giramisi Osman əfəndi ona xidmət və riayət göstərərmiş və şairin gözləri yaxşı görmədiyindən onun əlindən tutub gəzdirərmiş və hər növ ehtiyacatını rəf qılmağı özünə borc hesab edərmiş və Vidadi dəxi onu canü dildən sevib, əziz tutarmış və onun haqqında belə xeyir-dua etmişdi:
Ey həlimü əlimi-rəbbani, Elm ilə möhtərəm qıl Osmani.
Filhəqiqə Osman əfəndi atasının duası bərəkətindən elmü helm ilə fəridül-əsər bir vücud olub. Onun namü şöhrəti nəinki tək Qafqazda, hətta Osmanlı məmləkətində dəxi intişar tapmışdır.
Molla Vəli Vidadi vəfat edibdir tarixi-hicriyyənin 1224-cü ilində ki, miladın 1809-cu sənəsinə mütabiqdir. Dəfn olunubdur Şıxlı qəbristanlığında ki, "Gəmiqayası" adlanan yerdə vaqedir. Qəbir daşının üstündə bu beyt həkk olunubdur:
Kim Vidadi xəstənin qəbrin görüb etsə dua, Edə həq rəhmət, şəfi ola Məhəmməd Mustafa.
Ailəsi
Molla Vəli Qayıbovlar nəslindən olan Molla Cəbrayılın qızı Tükazban xanımla evlənmişdir. Sonralar Molla Vəli Vidadinin qızı Cəvahiri Mirzə Məhəmməd Qayıbova ərə vermişdir.
Məşhur sərkərdəmiz Əliağa Şıxlinski (1865–1943) "Xatirələrim" əsərində yazır ki, anam Şahyəmən xanım Qayıbova Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin qız nəvəsidir, yəni Mirzə Məhəmmədin qızıdır. Oğlu Qafqazın müftüsü Müfti Osman Əfəndi Vəlizadədir
- – Molla Vəli Vidadinin oğul nəvəsi
- Şah Yəmən xanım Qayıbova – Molla Vəli Vidadinin qız nəvəsi
- Abbas ağa Nazir – Molla Vəli Vidadinin oğul nəvəsi
- Mirzə Hüseyn Qayıbzadə – Molla Vəli Vidadinin oğul nəvəsi
Əsərləri
- Əsərləri /Tərt.: Həmid Araslı; Ön sözün müəllifi və redaktiru Ə. Səfərli.- B.: "Öndər Nəşriyyat", 2004.- 126 s.
- Əsərləri /Tərt. və ön sözün müəllifi: Həmid Araslı.- B.: "Şərq-Qərb", 2004.- 261 s.
Haqqında
- Əhmədov F. XVIII əsr Azərbaycan ədəbi dilinin inkişafında Vidadinin rolu /Elmi red.: Filologiya elmləri doktoru, professor R. Məhərrəmova.- B.: "Nurlan", 2005.- 115 (1) s. – S.109–115.
- "Molla Vəli Vidadi". H. Araslı. "Azərbaycan Universiteti", "Bakı", 1957. Səh.102.
- "Molla Vəli Vidadi". Ə. Səfərli. "Azərnəşr", "Bakı", 1977. Səh.108
- "Molla Vəli Vidadi". T. Dünyamalıyeva. "Yazıçı", Bakı, 1987. Səh.157.
- Molla Vəli Vidadi. Əsərləri. "Öndər", Bakı, 2004. Səh.128.
- Qaraxanlı M. Vaqiflə Vidadinin "Deyişməsi"ndə həyatilik //Şəfəq.- 2005.- № 1–2.- S. 65–68.
Rus dilində ədəbiyyat
- [1]
- Журавли:Стихотворения/Пер.с азерб. C.Мамедгулузаде. Б., Гянджлик, 1990. 12 с.
- Дунямалиева Т.А. Жизнь и творчество М.В.Видади. Б., Элм, 1970, 21 с.
Həmçinin bax
İstinadlar
- Väli Vidadi // Faceted Application of Subject Terminology.
- """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində . İstifadə tarixi: 2019-05-13.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Molla Veli Vidadi 17 mart 1709 Semkir Qarabag beylerbeyliyi 13 may 1809 Ikinci Sixli Gurcustan quberniyasi XVIII esr Azerbaycan sairi Molla Veli VidadiVidadi Mehemmed aga ogluDogum tarixi 17 mart 1709 1709 03 17 Dogum yeri Semkir Qarabag beylerbeyliyi SefevilerVefat tarixi 13 may 1809 1809 05 13 100 yasinda Vefat yeri Ikinci Sixli Signaq qezasi Gurcustan quberniyasi Rusiya imperiyasiMilliyyeti azerbaycanliUsagi Osman VelizadeFealiyyeti sair muellimIstiqamet sufizmJanr poeziyaMolla Veli Vidadi Vikimenbede Vikianbarda elaqeli mediafayllar Azerbaycan Respublikasi Nazirler Kabinetinin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari ile Molla Veli Vidadi Azerbaycan Respublikasinda eserleri dovlet varidati elan edilen muelliflerin siyahisina daxil edilmisdir XVIII esr Azerbaycan edebiyyati tarixinde mehebbet ve insanperverlik lirikasi tarixi movzuda yazdigi Musibetname eseri ideya mezmunu ve bedii gozelliklerine gore ferqlenir HeyatiMolla Veli Vidadi 1709 cu ilde Semkirde anadan olmusdur Sairin usaqligi ve ilk gencliyi de orda kecmisdir Atasi Mehemmed aga zemanesinin qabaqcil ve savadli adamlarindan biri idi Mehemmed aga Sefeviler dovrunde Iranda yasayan Hemze sultanin neslindendir Bele bir ailede boyuyen Vidadi de usaqliqdan mukemmel telim terbiye almisdir Atasinin olumunden sonra Semkiri terk edib Qazaxa kocmusdur O ilk tehsilini Semkirde almis oxumagi davam etdirmek ucun Poyluya gelmisdir O ereb fars dillerini mukemmel oyrenmisdir Sair Poyludan veteni Sixli kendine gelmis burada Ehmedaganin yaninda mirzelik katiblik ve mektebdarliqla mesgul olmusdur Mehz buna gore de o Molla Veli adi ile taninmisdir Qiraq Salahlida yasayan Molla Cebrayil adli bir neferin qizi ile evlenerek Sixli kendinde mesken salmisdir Sairin eserlerinden aydin olur ki o butun heyatini Sixlida kecirmemisdir Mueyyen muddet Qarabag xanliginda yasamis Tiflisde Iraklinin sarayinda xidmet etmis lakin bize melum olmayan sebebe gore hebs edilmis ve hebsden qurtardiqdan sonra Sixliya qayidib omrunun sonuna qeder orada yasamisdir M V Vidadinin irsinin az qismi melumdur Feodal zulmunden xanliqlar dovrunun herc mercliyinden dogan keder ve umidsizlik menevi tenhaliqdan sikayet Molla Veli Vidadinin yaradiciliginin esas motivleridir Humanist senetkar olan Vidadinin yaradicliginda vetene zehmetkeslere mehebbet gucludur Sairin Deli konul gel eylenme qurbetde Ey hemdemim seni qana qera eyler Xeste dusdum gelen yoxdur ustume kimi seirlerinde veten hesreti qeriblik iztirabi semimi ve tesirlidir Vidadinin asiqane seirleri de var Vidadi lirikasi yuksek bedii senetkarliq numunesidir Vidadi realist tesvire meyl eden sairlerden olmusdur Bir sira eserleri rus diline ve diger dillere tercume olunmusdur Molla Veli Vidadi 13 may 1809 cu ilde Qazaxda Sixli kendinde vefat etmis ve Gemiqaya adli yerde defn olunmusdur Molla Veli Vidadi ve Molla Penah Vaqif munasibetleriMolla Veli Vidadi Molla Penah Vaqifin muasiri dostu bezi menbelere gore ise qohumu imis Molla Velinin yaxsi elm ve savadi ve revan tebieti var imis ve ozu de zohdu teqva ehli olub vaxtinin coxunu ibadetde kecirermis Haqq soyleyen ve haqqi dost tutan bir vucud imis ki her kesin eybini aciq soylemekden bak ve ictinab etmez imis Ona binaen sairden dilgir ve rencide olanlarin ededi az deyil imis Amma bununla bele hami onu sayarmis xatirini eziz ve mohterem tutarmis Muasiri vekil Ehmedaga ile aralarinda dostluq ve zarafat var imis ve cox vaxti sair ona kinaye ve istehza teriqince aci sozler deyer imis amma Ehmedaga onun sozlerinden incimez imis Bele ki bir vaxti bunlar yaylaqda olan zamani evlerinden cixib gozel ve cicekli daglarda seyr edirler Bu esnada duman gelib onlari ehate edir Molla Veli xovfa dusur ki onlar azacaqlar Amma Ehmedaga ona urek direk verib deyir Qorxma men seni salamat yurdumuza apararam ve dogrudan da Vidadini salamat getirib senliyin icine cixarir Bu barede qeyrilerin yaninda Ehmedaga ozunu oyub zehn ve ferasetini zikr etdikde Molla Veli tenge gelib deyir Aga bu qeder ozunu oyme bu bir boyuk huner deyil qara mal da sigir hec azmaz Bezi revayete gore Molla Veli Vidadi Qazax mahalinda en moteber tedbirli ve nufuzlu bir adam hesab olunduguna binaen Gurcustan valisi Irakli xan onu ozune muqerreb edib ve onun agil ve kamalini gorub bezi ittifaqlarda Qazax mahalina dair meseleler vuqua geldikde onun tedbir ve selahdidile is gorermis Bu ehvali onun dostu Molla Penah Vaqif esidib Qarabagdan Vidadinin hal ve senine munasib bu serleri yazib gondermisdir I Ey Vidadi yene xan qullugunda I Qaim olub ne qiyamet eylersen I Yaman gozden Allah ozu saxlasin I Ixlas ile kisi xidmet eylersen I Bele dursan o qapida qis ve yaz I Yetisersen bir coreye serefraz I Bu dogru yolundan eyilsen bir az I Yeqin bil ki cox xeyanet eylersen Amma Vidadinin Irakli xana muqerreb ve meslehetci oldugunu ne gurcu ve ne rus ve ne de bizim tarixlerde gormedik Ozge bir qovle gore ezancumle merhum Ehmed bey Cavansirin yazmagina binaen ki onun Qarabag tarixine dair artiq belediyyeti var idi Molla Penah merhum Ibrahim xanin muqerrebi huzuru olan zamani oz dostu Molla Velini yazib Qazaxdan Qarabaga getirdibdir ve burada onun xana yavuq olmagina sebeb dusubdur ve xan Molla Velinin agil ve kamalini derk edib ve xususen onun momin ve mutteqi bir sexs oldugunu gorub ona lutf ve merhemet gosterermis ve her qisim roya gorse imis Molla Veliye soyler imis Molla dexi onlari xeyli munasib tebir edermis Amma bu revayeti dexi tesdiq etmeye elde bir destavizimiz yoxdur Bunun dogruluguna sehadet verici Qarabag tarixi nde bir isare gormedik Dogrudur Mirze Cemalin yazdigi tarixde Mirze Veli adli bir sexsin ismi zikr olunubdur veli haman Mirze Veli Qarabagda Susa uyezdinde Baharli qeryesinden bir sirinzeban ve kardan ve zirek bir adam imis ki Ibrahim xan onu oz emizadesi Ebdussemed bey ile Aga Mehemmed sah evvel defede Azerbaycanin cenub semtinde vaqe olan vilayetleri hiyteyi teserrufune goturdukde zeval resmi ile saha gondermisdir Mezkur Mirze Velinin nesli bu halda Qarabagda ve Bakida movcud ve Veliyev familiyasi ile meshurdurlar Bes Baharli Mirze Veli ile Sixli Mirze Velini qarsidirmaq boyuk sehvdir Teeccub budur ki Qarabagin ehval ve tarixine beled olanlar ve onlarin cumlesinden sair Mirmohsun aga Agamirzade Sixli Molla Velinin vucudunu bilmerre inkar edib Molla Veli Vidadi ancaq Mirze Veli Baharlidan ibaret olmasini tekid edirler ve Mirmohsun aganin qovl ve iddiasinin quvvesince bunu dexi elave ede bilerik ki nece sene bundan muqeddem Baharli qeryesinden Hemid bey Veliyev isminde bir sexs ile tanis olduq Bu cenabin ziyade xossohbet ve dilaver oldugunu tehsin etdikde bize cavab verib dedi ki filankes bizim babamiz cox dilaver ve fesih bir adam imis ozunun de tebi seriyyesi var imis Babasinin adini sorusduqda bize cavab verdi ki babamizin adi Molla Velidir Vidadi texellus Sehihi budur ki Molla Veli Vidadini onun dostu Vaqif cagirib Qarabaga getirdibdir Ve burada Cavansir uyezdinde meshur Gulustan adlanan yerde ki sabiqde xirdaca bir xanliqdan ibaret imis Molla Veli Vaqifin vasitesile ora xaninin huzurunda muqerreb ve mohterem sexslerden birisi olubdur Bu ehvalin dogruluguna Vaqif ile onun arasinda vuqua gelen musaire delalet eleyir Vaqif yazir Bele dursan o qapida qis ve yaz Yetisersen bir coreye serferaz Bu dogru yolunda eyilsen bir az Yeqin bil ki cox xeyanet eylersen Xanin mehebbetin konlunde yatir Bit yeyer etini olarsan qotur Terpenme yerinden elbet berk otur Vay halina bir hereket eylersen Evini malini yadina salma Xan izin verse de boynuna alma Omerin Osmanin qaydina qalma Sozlerini bideyanet eylersen Cavansir xelqile ol qohum qardas Qazaxin sozunu hec eyleme fas Demenem dinini eyle qizilbas Eqlin olsa ozun elbet eylersen Xani qoyub eger eve getmesen Qarga mene metlebine yetmesen Ululemrin itaetin etmesen Terki sunnet vel cemaet eylersen Vidadi Vaqife yazdigi cavabin bir bendinde deyibdir Dovteleb oluban gedibsen xandan Olunce cixmanam ta Gulustandan Sen hergah calissan habele candan Her ne desen bil aqibet eylersen Molla Velinin oglu Mehemmed aga ki babasinin adi ona qoyulmusdur sonralardan haman Gulustanda Qazi Seideddin efendinin qovlune gore xanliq edibdir Vidadinin bir oglu dexi meshur Osman efendi imis ki Tiflisde ikinci mufti olubdur ki elm ve kemali ile meshur imis Osman efendinin ferzendlerinden birisi ucuncu mufti Mehemmed efendi olub ve o birisi dexi Qazi Seideddin efendidir ki sabiqde Qarabagda qazilik edermis ve bed muddeti medide Qazax mahalinda mesnedi qezavetde iken hestad sinninde dari uqbaye rehlet eleyibdir Vidadi yuz ile kimi belke bir az da artiq zindeganliq edibdir Sinnde Vaqifden boyuk imis Odur ki Vaqif ona yazdigi bir qezelinde demisdir Esqe dusmek sene dusmez qocalibsan bele dur Bele isler yene Vaqif kimi oglane duser Vidadi bunun cavabinda yazdigi qezelde demisdir Ne qeder olsa qoca gerci Vidadi xeste Yene Vaqif kimi elbette yuz oglane deyer Molla Velinin musini caginda ferzendi giramisi Osman efendi ona xidmet ve riayet gosterermis ve sairin gozleri yaxsi gormediyinden onun elinden tutub gezdirermis ve her nov ehtiyacatini ref qilmagi ozune borc hesab edermis ve Vidadi dexi onu canu dilden sevib eziz tutarmis ve onun haqqinda bele xeyir dua etmisdi Ey helimu elimi rebbani Elm ile mohterem qil Osmani Filheqiqe Osman efendi atasinin duasi bereketinden elmu helm ile feridul eser bir vucud olub Onun namu sohreti neinki tek Qafqazda hetta Osmanli memleketinde dexi intisar tapmisdir Molla Veli Vidadi vefat edibdir tarixi hicriyyenin 1224 cu ilinde ki miladin 1809 cu senesine mutabiqdir Defn olunubdur Sixli qebristanliginda ki Gemiqayasi adlanan yerde vaqedir Qebir dasinin ustunde bu beyt hekk olunubdur Kim Vidadi xestenin qebrin gorub etse dua Ede heq rehmet sefi ola Mehemmed Mustafa AilesiMolla Veli Qayibovlar neslinden olan Molla Cebrayilin qizi Tukazban xanimla evlenmisdir Sonralar Molla Veli Vidadinin qizi Cevahiri Mirze Mehemmed Qayibova ere vermisdir Meshur serkerdemiz Eliaga Sixlinski 1865 1943 Xatirelerim eserinde yazir ki anam Sahyemen xanim Qayibova Azerbaycanin meshur sairi Molla Veli Vidadinin qiz nevesidir yeni Mirze Mehemmedin qizidir Oglu Qafqazin muftusu Mufti Osman Efendi Velizadedir Molla Veli Vidadinin ogul nevesi Sah Yemen xanim Qayibova Molla Veli Vidadinin qiz nevesi Abbas aga Nazir Molla Veli Vidadinin ogul nevesi Mirze Huseyn Qayibzade Molla Veli Vidadinin ogul nevesiEserleriEserleri Tert Hemid Arasli On sozun muellifi ve redaktiru E Seferli B Onder Nesriyyat 2004 126 s Eserleri Tert ve on sozun muellifi Hemid Arasli B Serq Qerb 2004 261 s HaqqindaEhmedov F XVIII esr Azerbaycan edebi dilinin inkisafinda Vidadinin rolu Elmi red Filologiya elmleri doktoru professor R Meherremova B Nurlan 2005 115 1 s S 109 115 Molla Veli Vidadi H Arasli Azerbaycan Universiteti Baki 1957 Seh 102 Molla Veli Vidadi E Seferli Azernesr Baki 1977 Seh 108 Molla Veli Vidadi T Dunyamaliyeva Yazici Baki 1987 Seh 157 Molla Veli Vidadi Eserleri Onder Baki 2004 Seh 128 Qaraxanli M Vaqifle Vidadinin Deyismesi nde heyatilik Sefeq 2005 1 2 S 65 68 Rus dilinde edebiyyat 1 Zhuravli Stihotvoreniya Per s azerb C Mamedguluzade B Gyandzhlik 1990 12 s Dunyamalieva T A Zhizn i tvorchestvo M V Vidadi B Elm 1970 21 s Hemcinin baxTumasli medresesiIstinadlarVali Vidadi Faceted Application of Subject Terminology Eserlerin dovlet varidati elan edilmesi Qaydalari nin ve Eserleri dovlet varidati elan edilen muelliflerin ve dovlet varidati elan edilen filmlerin Siyahisi nin tesdiq edilmesi haqqinda Azerbaycan Respublikasi Nazirler Kabineti nin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari az nk gov az 2019 05 11 2020 11 24 tarixinde Istifade tarixi 2019 05 13 Xarici kecidlerVikimenbede Muellif Molla Veli Vidadi ile elaqeli melumatlar var Vikianbarda Molla Veli Vidadi ile elaqeli mediafayllar var