Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961).
Mərziyyə Davudova | |
---|---|
Mərziyyə Yusif qızı Dautova | |
Doğum tarixi | |
Doğum yeri | Sarevo kəndi, Həştərxan, Həştərxan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1915–1960 |
Teatr | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır.
Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Səhnə fəaliyyəti
1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərmişdir. Doğrudur, onun ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf müqabili olmaq idi, amma bu istək həyata keçmədi. Çünki bir il öncə nadanlar qüdrətli aktyorun həyatına son qoymuşdular. Xoşbəxtlikdən ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın — Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf müqabili deyil, həyatda da sevgili həmdəminə, vəfalı ömür-gün dostuna çevrildi.
Ötən əsrin 20-ci illərindən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli… kimi müqtədir aktrisalar çıxış edirdilər. Onların sırasına həvəslə qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu məharətlə təsdiqləyib. Hüseyn Cavidin "İblis" əsərinin tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olmaq onun səhnə yaradıcılığında yeni səhifələr açıb. Çox keçmir ki, Mərziyyə Davudova mürəkkəb, ziddiyyətli, bir-birinə bənzəyən və bənzəməyən müxtəlif qadın obrazlarını, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parlayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü. Böyük dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da böyük əks-sədaya, təlatümə səbəb olmuşdur. Mərziyyə xanımın böyük ustalıqla can verdiyi Sevil obrazı o qədər parlaq, təsirli, təbii alınmışdı ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atmışlar. Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən şimşək kimi doğmuşdu. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".
Mərziyyə Davudovanın teatra gəlişi ilə çox şey dəyişdi. Bu aktrisa səhnədə yalnız Azərbaycan qadınlarının surətini deyil, Qərb teatrından gələn dezdemonalar, amalyalar, ofelyalar, violalar… kimi neçə-neçə mürəkkəb obraz yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu qüdrətinə görə aktrisa Hüseyn Ərəblinski, Abbas Mirzə kimi nəhənglərlə bir sırada fəxarətlə dayanırdı. Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdır.
Mehdi Məmmədov Mərziyyə Davudovanın yaradıcılığını dəyərləndirərək yazırdı: "1937-ci ildə Mirzə İbrahimovun "Həyat" dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa gurultulu müvəffəqiyyət qazandı. İfaçılar ansamblı, xüsusilə də əsas rolların ifaçıları — Mərziyyə Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman) yüksək qiymətləndirilmişdir. Əsasən klassik repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi "Həyat" tamaşasında həyati cizgilərlə, məişət boyaları ilə zəngin olan realist xarakterlər yaratmaqla böyük qələbə əldə etdilər. Yekdilliklə təsdiq olundu ki, bədii siqləti böyük olan bir tamaşa, onun nəzdində və mərkəzində isə Mərziyyə Davudova kimi sənətkarın ifasında Həyat obrazı yarandı".
Xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı ki, bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi.
Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərmişdir. "Hacı Qara", "Bir Ailə", "Bakının İşıqları", "Bir Məhəllədən İki Nəfər", "Koroğlu" və digər filmlərə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım Davudova əslində qaranlıq bir mühitdə parlayan ulduz idi.
Çətin illər
Bəllidir ki, 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı, səhnəmizin qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə xanım Davudova oldu.
Mərziyyə xanım Davudovaya xalq artisti fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla qəlbini didib-parçalayırdılar. O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.
- Aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.
- Aktrisa Firəngiz Şərifovanın anasıdır.
Təltif və mükafatları
- "SSRİ xalq artisti" fəxri adı — 22 iyul 1949
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 aprel 1936
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 aprel 1933
- (2-ci dərəcə) — 1948
- 2 dəfə — 25 fevral 1946, 22 iyul 1949
- — 9 iyun 1959
Filmoqrafiya
Nəsil şəcərəsi
Mirzə Əbdül-Rəsul | Mələk-Nisa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Hənifə Akçurina (1904–1980) | Abbas Mirzə Şərifzadə (1893 — 1938) | Mərziyyə Davudova (1901 — 1962) | Qulam-Mirzə Şərifzadə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ərtoğrul Şərifov (1923–1973) | Qalina Şərifova | Qaratay Şərifov (1925–1973) | Zeynəb Şərifova | Firəngiz Şərifova (1924–2014) | Bala Ağa Qasımov (ö. 2010) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Leyla Şərifova | Dilarə Şərifzadə | Fəridə Rzaquliyeva | Çingiz | Pərviz Qasımov | Elmira Qasımovа | Nərgiz Qasımovа | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kamran Vəliyev | Simuzər Rzaquliyeva | Eldar Qasımov (d. 1989) | Murad Qasımov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar
- Давудова Марзия Юсуф кызы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
- Sənət meydanının qəhrəmanı 2007-09-28 at the Wayback Machine
Xarici keçidlər
- Mərziyyə Davudova — IMDb səhifəsi
- Жемчужина азербайджанской сцены 2007-09-28 at the Wayback Machine
- Dünya bir pəncərədir 2007-09-28 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Merziyye Yusif qizi Davudova Dautova 25 noyabr 8 dekabr 1901 Hesterxan 6 yanvar 1962 Baki Azerbaycanin teatr ve kino aktrisasi SSRI xalq artisti 1949 Azerbaycan SSR xalq artisti 1936 Azerbaycan Teatr Cemiyyetinin sedri 1956 1961 Merziyye DavudovaMerziyye Yusif qizi DautovaDogum tarixi 8 dekabr 1901Dogum yeri Sarevo kendi Hesterxan Hesterxan quberniyasi Rusiya imperiyasiVefat tarixi 6 yanvar 1962 60 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanVetendasligi Rusiya imperiyasi SSRIHeyat yoldasi Abbas Mirze SerifzadeFealiyyeti aktrisaFealiyyet illeri 1915 1960Teatr Azerbaycan Dovlet Akademik Milli Dram TeatriMukafatlari 1949 1936 1948 1946 1949 1959 Vikianbarda elaqeli mediafayllarHeyatiMerziye Davudova 8 dekabr 1901 ci ilde Hesterxanin Sarevo cayinin sahilinde yerlesen eyniadli kendde anadan olmusdur 1908 1912 ci ilde kendlerindeki dordillik Darultehsil 1912 1915 ci illerde Qaliye ve 1915 1918 ci illerde Iqbal rus tatar mekteblerinde oxumusdur Bu dovrlerde teatr fealiyyetine baslamis burada heveskarlarin hazirladiqlari tamasalarda oynamisdir Huseyn Ereblinski 1918 ci ilde Hesterxanda qastrolda olarken onun oyununu beyenmis ve onu Bakiya devet etmisdi 1919 cu ilde anasini itirdikden sonra Bakiya gelmisdir Ilk defe Birlesmis Dovlet Teatrosu nezdinde Turk Dram Teatrosu kollektivine aktrisa qebul edilib Arada cox qisa muddet ve Baki Turk Isci Teatrinda islese de omrunun sonunadek Akademik Milli Dram Teatrinin aparici senetcilerinden olmusdur 1956 1961 ci illerde Azerbaycan Teatr Cemiyyetinin hazirki Azerbaycan Teatr Xadimleri Ittifaqi sedri vezifesinde islemisdir Azerbaycan SSR Ali Sovetinin deputati olmusdur Merziyye Davudova 6 yanvar 1962 ci ilde Baki seherinde vefat etmisdir Sehne fealiyyetiMerziyye Davudova ve Abbas Mirze Serifzade Maqbet tamasasinda 1920 ci ilde Bakiya gelen ve taleyini ebedi olaraq teatra baglayan Merziyye Davudova Azerbaycan medeniyyetinin xususile de teatr senetinin inkisafinda misilsiz xidmet gostermisdir Dogrudur onun en boyuk arzusu Huseyn Ereblinski ile teref muqabili olmaq idi amma bu istek heyata kecmedi Cunki bir il once nadanlar qudretli aktyorun heyatina son qoymusdular Xosbextlikden ikinci bir neheng aktyorla sehnede uz uze dayanan Merziyye xanim sonralar hemin senetkarin Abbas Mirze Serifzadenin teatrda yalniz teref muqabili deyil heyatda da sevgili hemdemine vefali omur gun dostuna cevrildi Oten esrin 20 ci illerinden sonra Azerbaycan sehnesinde Fatma Muxtarova Sovket Memmedova Heqiqet Rzayeva Sureyya Qacar Munevver Kelenterli kimi muqtedir aktrisalar cixis edirdiler Onlarin sirasina hevesle qosulan Merziyye xanim Uzeyir Hacibeyovun Arsin Mal Alan musiqili komediyasinda evvelce Gulcohre sonra ise Cahan xala rollarinda cixis edib Bununla da ozunun aktrisa kimi neye qadir oldugunu meharetle tesdiqleyib Huseyn Cavidin Iblis eserinin tamasasinda Abbas Mirze Serifzade ile teref muqabili olmaq onun sehne yaradiciliginda yeni sehifeler acib Cox kecmir ki Merziyye Davudova murekkeb ziddiyyetli bir birine benzeyen ve benzemeyen muxtelif qadin obrazlarini xususile de qudretli xarakterlerin yaradicisi kimi parlayib Azerbaycan teatrinin aktrisalarla bagli yeni sehifesinin yazilmasi serafeti mehz Merziyye xanimin qismetine dusdu Boyuk dramaturqumuz Cefer Cabbarlinin Sevil pyesi yalniz sehnede deyil heyatda da boyuk eks sedaya telatume sebeb olmusdur Merziyye xanimin boyuk ustaliqla can verdiyi Sevil obrazi o qeder parlaq tesirli tebii alinmisdi ki tamasa salonundaki qadinlar oz cadralarini ele oradaca atmislar Merziyye xanim eslinde qaranliq bir muhitde qefilden simsek kimi dogmusdu Onun sehnede gosterdiyi tebii oyunu ve senet yangisi haqqinda Cefer Cabbarli yazirdi Merziyye yetkin bir senetkardir ustadir Aktrisa sehnedeki ehval ruhiyyesi ile butun tamasa salonuna tesir eden heyretamiz bir istedada malikdir Merziyye Davudovanin teatra gelisi ile cox sey deyisdi Bu aktrisa sehnede yalniz Azerbaycan qadinlarinin suretini deyil Qerb teatrindan gelen dezdemonalar amalyalar ofelyalar violalar kimi nece nece murekkeb obraz yaratdi Onun obraza girmek mehareti o qeder guclu idi ki hec bir mubalige olmadan bu qudretine gore aktrisa Huseyn Ereblinski Abbas Mirze kimi nehenglerle bir sirada fexaretle dayanirdi Merziyye xanim Cefer Cabbarli Huseyn Cavid Semed Vurgun Mirze Ibrahimov Mehdi Huseyn Enver Memmedxanli kimi Azerbaycan dramaturqlarinin eserleri ile yanasi rus ve Qerbi Avropa ediblerinin de tamasalarinda bir birinden ferqli ve murekkeb qadin obrazlari yaratmisdir Merziyye Davudovanin xatire lovhesi Baki Mehdi Memmedov Merziyye Davudovanin yaradiciligini deyerlendirerek yazirdi 1937 ci ilde Mirze Ibrahimovun Heyat drami ilk defe tamasaya qoyulmusdu Tamasa gurultulu muveffeqiyyet qazandi Ifacilar ansambli xususile de esas rollarin ifacilari Merziyye Davudova Heyat ve Ulvi Receb Suleyman yuksek qiymetlendirilmisdir Esasen klassik repertuarda romantik sepkili rollar oynayan bu aktyorlar indi Heyat tamasasinda heyati cizgilerle meiset boyalari ile zengin olan realist xarakterler yaratmaqla boyuk qelebe elde etdiler Yekdillikle tesdiq olundu ki bedii siqleti boyuk olan bir tamasa onun nezdinde ve merkezinde ise Merziyye Davudova kimi senetkarin ifasinda Heyat obrazi yarandi Xalq artisti Hokume Qurbanova oz xatirelerinde yazirdi ki bu da taleyin qismetidir Merziyye xanimin ilk defe yaratdigi obrazlari sonralar men oynadim Hemise heyecan kecirirdim ki o bu meseleye nece baxacaq Boyuk urek ve istedad sahibi idi Hemise tamasadan sonra meni ilk tebrik edib oyunumu beyendiyini soyleyen Merziyye xanim olardi Bu aktrisa esl senet fedaisi kimi genclere xususi qaygi gostererdi Genis yaradiciliq diapazonuna malik olan Merziyye Davudova Azerbaycan kinosunun inkisafinda da mueyyen xidmetler gostermisdir Haci Qara Bir Aile Bakinin Isiqlari Bir Mehelleden Iki Nefer Koroglu ve diger filmlere cekilib 1956 ci ilden omrunun sonuna kimi Azerbaycan Teatr Cemiyyetine rehberlik eden Merziyye xanim Davudova eslinde qaranliq bir muhitde parlayan ulduz idi Cetin illerBellidir ki 1937 ci ilin repressiyasi senet adamlarinin taleyinden izsiz kecmedi Musfiqleri Cavidleri Ulvi Recebleri Ehmed Cavadlari aparanlarin novbeti hedefi Azerbaycan sehnesinin azman aktyoru Abbas Mirze Serifzade oldu Gorkemli teatr ustasinin hansi sekilde qetle yetirildiyi uzun muddet qaranliq qaldi Bu ailenin cekdiyi zilletin tesvirini vermek indi cox cetindir Yalniz 1955 ci ilde melum oldu ki Abbas Mirze Serifzade 1938 ci ilde gullelenib Sehnede facie qehremanlarinin mahir ifacisi Abbas Mirze Serifzade hec vaxt aglina getirmezdi ki yaratdigi obrazlarin taleyi onu da gozleye bilermis O heyatda da facie qehremanina cevrildi Taleyine heyatina vurulan zerbelerin agri acisini cekenlerden birincisi heyat yoldasi sehnemizin qudretli numayendesi xalq artisti Merziyye xanim Davudova oldu Merziyye xanim Davudovaya xalq artisti fexri adini 1936 ci ilde vermisdiler Buna baxmayaraq 1937 ci ilde Ulvi Recebi Abbas Mirzeni xalq dusmeni elan edenler aktrisani da cek cevire salmaqla qelbini didib parcalayirdilar O illerin xofunu Merziyye xanim omrunun sonuna kimi qelbinde yasatdi O agir repressiyalar aktrisani cox incitse de derdlerini gizletmeyi sehnede hemiseki qudretini heyatda ise qururunu megrurlugunu saxlamagi bacardi O 61 yasinda dunyasini deyisende cox seyden narahat getse de bir meseleden ureyi arxayin idi Boyuk mehebbetin nisanesi olan qizi Firengiz Serifova onlarin yolunu cox leyaqetle davam etdirirdi Aktyor ve rejissor Abbas Mirze Serifzadenin heyat yoldasidir Aktrisa Firengiz Serifovanin anasidir Teltif ve mukafatlari SSRI xalq artisti fexri adi 22 iyul 1949 Azerbaycan SSR xalq artisti fexri adi 4 aprel 1936 Azerbaycan SSR emekdar artisti fexri adi 25 aprel 1933 Stalin mukafati 2 ci derece 1948 2 defe Qirmizi emek bayragi ordeni 25 fevral 1946 22 iyul 1949 Seref nisani ordeni 9 iyun 1959FilmoqrafiyaAgasadiq Geraybeyli film 1974 Bakinin isiqlari film 1950 Bextiyar film 1955 Bir aile film 1943 Bir mehelleden iki nefer film 1957 Qizmar gunes altinda film 1957 Esl dost film 1959 Haci Qara film 1929 Koroglu film 1960 Min birinci soz film 1997 Nesil seceresi Mirze Ebdul Resul Melek Nisa Henife Akcurina 1904 1980 Abbas Mirze Serifzade 1893 1938 Merziyye Davudova 1901 1962 Qulam Mirze Serifzade Ertogrul Serifov 1923 1973 Qalina Serifova Qaratay Serifov 1925 1973 Zeyneb Serifova Firengiz Serifova 1924 2014 Bala Aga Qasimov o 2010 Leyla Serifova Dilare Serifzade Feride Rzaquliyeva Cingiz Perviz Qasimov Elmira Qasimova Nergiz Qasimova Kamran Veliyev Simuzer Rzaquliyeva Eldar Qasimov d 1989 Murad QasimovIstinadlarDavudova Marziya Yusuf kyzy Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 MenbeSenet meydaninin qehremani 2007 09 28 at the Wayback MachineXarici kecidlerMerziyye Davudova IMDb sehifesi Zhemchuzhina azerbajdzhanskoj sceny 2007 09 28 at the Wayback Machine Dunya bir penceredir 2007 09 28 at the Wayback Machine