Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Talışlar – Xəzər dənizinin cənub-şərq sahillərində, o cümlədən, talış dağlarının şərq ətəklərindən yaşayırlar. Onların sahib olduğu dil və mədəniyyət bir başa olaraq, onların tarixi ilə bağlıdır.
Qədim dövr
Daş dövrü
Tunc dövrü
Talışların indiki yaşadığı ərazilərdə Tunc dövrə aid Astara rayonunun Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları", Koraoba kəndindəki 3 ədəd kurqanlar var.
Talış dağlarındakı iri daş sərdabələrdə Tunc dövrünə aid toplu ölügömmə adəti qeydə alınmışdır.
Fransalı arxeoloq Jak de Morqan 1886—1889-cu illərdə Qafqazda, o cümlədən Azərbaycan ərazisində və Şimali İranda son tunc və dəmir dövrünə dair bir sıra qazıntı işləri aparmışdır. Jak de Morqan 80-ci illərdə Talış ərazisində 230-dan artıq qəbir abidəsini tədqiq edib. Burada çıxarılan maddi-mədəniyyət materialları Azərbaycanın tunc və ilk dəmir dövründəki tarixi inkişafı haqqında məlumat verirdi. Jak de Morqan, burada üzə çıxardığı abidələrin ən yaxşı nümunəlirini Parisin muzeyinə göndərdi. Bu materialları sonralar elmi baxımdan tədqiq edən Jak de Morqan belə bir konsepsiya irəli sürdü ki, Azərbaycan ərazisində ilk insanlar tunc dövründə, miqrasiya yolu ilə məskunlaşmışlar.
Dəmir dövrü
Antik dövr
E.ə II minilliyin sonu - I minilliyin ilk yüzilliklərində ari tayfaları qeyri-müəyyən səbəblərə görə şərqi avropadan köç etmiş, uzun bir yol qətt edərək, şimali qafqaza və orta asiyaya, ordanda hindistan və iran yaylasına qədər gəlib çıxmışlar. Onlara qədər isə xəzər dənizi ətrafındakı bir çox xalqlar bu torpaqların sakini idi. Onlardan da biri kadusilər hesab edilirdi. Strabonun verdiyi məlumatlara görə, onlar Xəzər dənizinin cənub qərb sahilləri boyu 960 kilometrlik dağlıq ərazidə yaşayırdı. Görkəmli Azərbaycan tarixçisi Q.A.Qeybullayev onların talışların əcdadları olduğu haqqında məlumat verir.
Əhəmənilərin XI satraplığında ilk dəfə kaduslar (kadusilər) haqqında Herodot (III, 92) xəbər verir. Sonralar, onlar haqqında başqa antik yazıçılar da yazmışlar. Kaduslar müasir talışların əcdadlarıdır və onların yaşadıqları vilayət Atropatenaya aid idi.
Onlardan şimalda kaspilər və albanlar, cənubda gellər və hirkanlar və qərbdə amardlar yaşayırdı. Qədim dünyanın məşhur tarixçilərinin əsərlərində tez-tez xatırlanılan kadusilər döyüşkən xalq kimi təsvir olunur. Həmin tarixçilərdən olan, Dionis yazırdı:
Kadusilər qayalıq torpaqlarda yaşayır, qayalarda gəzən çox cəld adamlardır, kamandan ox atan əla atıcılardır.
Kadus kimliyinin mənası haqqında çoxlu fərziyyələr olsa da bunların əksəriyyəti əsasızdır. Bu fərziyyələrdən biri də K'ədüs(t) — K'ə - ev, düs(t) - dost, yəni Ev dostu fərziyyəsidir. Lakin, Kadus adının bu cür məna verdiyi haqqında əsaslı bir fakt yoxdur. İranlı tədqiqatçıların fikrincə isə talışların sahib olduğu adın ilkin variantı Əhəməni kitabələrində Sataquş, daha sonrakı dövrlərdə Taquş, yunan müəllifləri tərəfindən isə bu ad təhrif edilərək, Kadus kimi qeydə alınmışdır. Talışşünas və Tatşünas Əli Əbdoli bu barədə bu cür məlumat verir.
Talış xalqına məxsus adın ilkin formasının sataquş olduğu, Haxəmənişi (Əhəməni) kitabələrində bu adın yazıya düşdüyü və sonra onun heç bir qaynaqda qeyd olunmadığı nəzərə alınarsa, onda Haxəmənişilərdən sonrakı dövrlərdə sataquş adı taquş şəklinə düşməlidir və belə olan sürətdə kadus adı taquş adının qeyd-şərtsiz yunan variantı olacaqdır. Taluş - Talış adı isə taquş adının daha sonrakı dövrlərdə təşəkkül tapmış İran tələffüzüdür.
Midiyanın yaranması
E.ə 647-ci ildə kadusiyadan cənubda Deyok tərəfindən paytaxtı Ekbatana şəhəri olan Midiya dövlətinin əsası qoyuldu. Madalar irandilli tayfa hesab olnurdu. Lakin, Madanın sərhədboyu ərazilərində qeyri-irani tayfalarda mövcud olmuşdur.
Nəhayət, onu da yaddan çıxarmaq olmaz ki, antik və ellinistlikdən sonrakı dövrdə Midiyada və onunla sərhəd vilayətlərdə qeyri-ari (qeyri-İran) mənşəli qəbilə və xalqlar da yaşayırdı. Onların haqqında Polibi, Strabon, Ptolomey, Plini və başqalarında danışılır. Bu qəbilə və xalqların sırasına güman ki, kadusiləri...aid etmək olar.
Madaların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (860-825) onların ölkəsini Amädai adlandırırdı. Madalar daim Aşşurların hücumlarına məruz qalıraq, şəhər və kəndləri qarət edilib, yandırılırdı. Nəticədə, e.ə 673-cü ildə Kaştaritinin başçılığı altında xalq hərəkatı formalaşdı. E.ə 672-ci ildə Aşşurlara qarşı müharibə Madaların qələbəsi ilə nəticələndi. Bundan sonra Kaştariti 19 il müstəqil hakimiyyət sürdü, lakin e.ə 653-cü ildə İskit ordusu ilə döyüşdə həlak olur. Kaşkaritinin ölümündən sonra taxt-taca Kiaksar varis olur. O, Midiyada İskit ağalığına son qoyaraq, dövlətin güclənməsi üçün əsaslı addımlar atır. Kiaksar Babillərlə ittifaqa girərək, e.ə 612-ci ildə Aşşur bəlasına son qoyaraq, e.ə 605-ci ildə Assuriyanı süquta uğradır. Bundan sonra, e.ə 590-cı ildə Midiya Kadusiyanı, Manna və Urartunu, o cümlədən, İskit dövlətini də işğal edərək, Midiya imperiyaya çevrildi.
Midiyanın süqutu. Əhəmənilərin hakimiyyətə gəlməsi
Astiaqın hakimiyyət illərində (e.ə 585-550-ci illərdə) Midiyada iqtisadi böhran yaşanaraq, maddi ehtiyatlar tükənir, müharibə vəziyyəti və hakimiyyətin mərkəzləşmə siyasəti isə əhalidə narazılığı gücləndirirdi. Bundan istifadə edən II Kuruş Kadusilərlə ittifaqa girərək, xalqı üsyana qaldırır. E.ə 553-cü ildə hakimiyyət qüvvələri hərbi müxalifətə qarşı mübarizədə məğlubiyyətə uğradı. Astiaq əsir götürülürək, Ekbatana sarayının sərvətləri parsaya daşınır. Beləliklə, Midiya süquta uğrayaraq, hakimiyyət farsların əlinə keçir. Bu qələbədən sonra Kuruş irimiqyaslı hərbi əməliyyatlara əl atdı. On ildən qısa bir müddətə imperiyanın sərhədləri qərbdən aralıq və egey dənizlərinə, şərqdən isə orta asiyaya qədər uzanırdı.
Bu dövrlərdə Kadusilər bütün ön asiya tarixində döyüşlərdəki cəngavərlikləri ilə böyük şöhrət qazanmışdı. Buna baxmayaraq onların dili qafqaz dillərindən ayrılaraq iran dillərinə meyil edirdi.
Quamatanın çevrilişi
Farsların qeyri-millətlərə qarşı yürütdüyü vergi siyasətinə qarşı üsyanlar güclənirdi. II Kuruşun vəfatından sonra, hakimiyyət onun oğulları arasında bölüşdürüldü. E.ə. 530-cu ildə Kambizin hakimiyyətə gəlməsi vəziyyəti daha da gərginləşdi. O, Misirin fəthi üçün yollandıqdan sonra, hakimiyyətdə yaranmış boşluq anti-əhəməni hərəkatın başlanmasına Daranın Bağıstan kitabəsidə şahidlik edir.
Sonra isə yalanlar ölkələrdə – həm Parsada, həm Madada, həm də digər ölkələrdə gücləndi.
Üsyana Quamata rəhbərlik edirdi. Onun ideoloji silahı artıq Madada yayılmış, Maqların qəbul etdiyi Zərdüştün dininə əsaslanırdı. Onun apardığı islahatlar xalqın rifahına xidmət edirdi. Yuxarı təbəqəni bir sıra imtiyazlardan məhrum etdi, onların əmlakını, qullarını əllərindən aldı, imperiyanın hər bir vilayətinə qasidlər göndərdi, xalqların üç il müddətinə vergilərdən və orduda xidmətdən azad edildiyini bildirdi. O, əsilzadələrə qarşı inadlı mübarizə apardı, amansız və qəddar tədbirlərlə onların öz hakimiyyətlərini geri qaytarmaq cəhdlərinin qarşısını aldı.
Qaumatanın rəhbərlik etdiyi hərəkat geniş xalq kütlələrinin çıxışı idi. Bu hərəkat əsasən nəsli əyanlara qarşı yönəldilmişdi. İmperiyanın müxtəlif vilayətlərində, xüsusilə, Madada Əhəmənilərə qarşı reaksiya xarakteri daşıyan siyasi mübarizə özünün inkişafı prosesində etnik sərhədləri keçmiş, hakim fars sülaləsinin və onunla bağlı olan yerli nəsli əsilzadələrin zülmünə qarşı çevrilmiş ümumi xalq hərəkatı, etirazı ilə birləşmişdi. Qaumatanın dövründə, geniş xalq təbəqələri güclənmiş sinfi mübarizə nəticəsində yerli əyanların hesabına bir sıra imtiyazlar əldə etdilər. Dara bu imtiyazları geri almaq istədikdə isə silahlanmış xalq çıxış edərək, bu nailiyyətlərin müdafiəsi uğrunda mübarizəyə başlamışdı.
E.ə. 522-ci ilin sentyabrında Qaumata öldürüldü. Qaumata öldürülən kimi Fravartişin başçılığı ilə Madada bir neçə ay davam etmiş böyük xalq üsyanını başlatdı. Madalılara qədər Elamlılar və Babillər, sonra isə Farslar, Margianalılar, Kadusilər və digər xalqlar çıxış etdilər. Üsyanlar imperiyanın digər vilayətlərində də baş verirdi. İmperiya ön asiya tarixində görünməmiş, izdihamlı xalq üsyanları alovuna bürünmüşdü.
E.ə VI əsrin son rübü – IV əsrin birinci yarısında Əhəmənilər dövləti
I Dara üsyanları amansızcasına yatırdıqdan sonra, islahatlar apararaq, ölkəni möhkəmləndirir. Artıq imperiyanın sərhədlərini genişləndirmək qərarına gəldi. O, hind vadisini ələ keçirərək, Orta Asiya skiflərinə qarşı yürüşlər etdi. Bundan əlavə, Frakiya və Makedoniya torpaqlarını zəbt edir. Qara dəniz sahillərində yaşayan skifləri itaət altına almaq üçün uğursuz cəhdlər göstərdi, Helladaya kəşfiyyat yürüşlərinə çıxdı. Lakin bütün səylərinə baxmayaraq, öz hökmranlığının son dövründə I Dara xarici siyasətdə getdikcə daha tez-tez müvəffəqiyyətsizliyə uğrayırdı. E.ə. 500-cü ildə Kiçik Asiyanın yunan şəhərlərində farsların zülmünə qarşı üsyan qalxdı. E.ə. 490-cı ildə Attikaya soxulmuş farsların yunanlarla ilk böyük toqquşması Daranın tam məğlubiyyəti ilə başa çatdı.
Əhəmənilər dövlətini qoruyub saxlayan yalnız güclü hərbi qüvvəsi idi. Məhz, hərbi qüvvənin hesabına xalqlar itaət altında saxlanılırdı. Lakin, ordu zəifləyirdi. Buna görə də hökumət muzdlu hərbi qüvvələrdən istifadə etməyə məcbur oldu. Bu səbəbdən orduda vətənpərvərliyi və nizam-intizamı qoruyub saxlamaq zamanla çətinləşirdi.
Bu şəraitdə iri satraplıqlar imperiyadan ayrılmaq cəhdləri göstərdilər. Ayrı-ayrı satraplıqlar arasında toqquşmalar adi hal almağa başladı. Separatçılıq cəhdləri, hakimiyyət uğrunda çəkişmələr və saysız-hesabsız saray fitnə-fəsadları I Daranın ölümündən sonra daha da artdı. Kserks (Xsajarsan; e.ə. 486 - 465-ci illər) imperiyaya varis olsa da sui-qəsd nəticəsində öldürüldü. Fitnə-fəsad və qətllər nəticəsində I Artskserks (Arsaxaça; e.ə. 465 - 424-cü illər) taxt-taca sahib oldu. Ondan sonra, II Dara (Darayavahuş; e.ə 423 - 404-cü illər) da törətdiyi cinayətlər hesabın hakimiyyətə gəldi. Daha sonra, şah III Artakserks (Arsaxaça; e.ə. 358 - 338-ci illər) qüdrətli saray xadimi hərəmağası (xacə) Baqoy tərəfindən öldürüldü.
II Artakserksin (Arsaxaça; e.ə. 404-358-ci illər) ölümü ərəfəsində Əhəmənilər dövlətinin tənəzzülünün və dağılmasının bütün əlamətləri artıq göz qabağında idi. III Artakserks zamanında şah nəsli demək olar tamamilə məhv edilmişdi. Şah hətta körpələrə də aman verməmişdi.
Bu zamanlar Kadusilər Əhəmənilərin əsəratindən çıxmaq üçün inqilaba can atırdı. Bu inqilab həvəsinin nə qədər güclü olduğu II Artakserksin və III Artakserksin Kadusiyaya etdiyi uğursuz yürüşlərindən məlum olurdu. Bu hadisələr hətta, Pompey Traqonun əsərlərində belə əksini tapmışdı.
Bütün bu yürüşlərə baxmayaraq, Kadusiləri əsarət altına almaq mümkün olmadı. İmperiyanın digər satraplıqlarında da asayişi tam bərpa etmək mümkün deyildi. Eyni zamanda Yunanlarda əsarət altından çıxır, Misirlilərin köməyi ilə Əhəməni torpaqlarına soxulurdu. Satraplar arasında düşmənçilik davam edərək, qanlı çəkişmələrə gətirib, çıxarırdı. Mərkəzi hakimiyyət kiçik şahlar hesab edilən, canişinlərin əlində cəmlənmişdi. Buna görədə təbəələrin bir qism həmin canişinlərə «şah» deyidilər.
Böyük ehtimalla, bu xırda şahların biri də III Artakserksin zamanında hakimiyyət başına gəlmiş Mada satrapı Atropat idi. Həmin dövrdə əsarət altından çıxmış Kadusilər özlərini Atropatın müttəfiqi kimi təqdim edirdilər.
Makedoniyalı İskəndərin şərqə yürüşü
E.ə. 408-ci ildə Madada üsyan qalxdı. II Artakserksin hakimiyyətin ilk zamanlarında Kadusiya imperiyadan ayrıldı. Bütün yürüşlərə baxmayaraq, kadusiyanı qaytarmaq mümkün olmadı. Çox keçmədi ki, şahın qardaşı Kiçik Kir ilə müharibə başlandı. II Artakserksin baş sərkərdələrindən biri Mada satrapı Arbak alovlanmış vətəndaş müharibəsində ikibaşlı oyun oynayırdı.
Misir yaranmış vəziyyətdən istifadə edib yenə əsarət altından çıxdı. Bundan sonra Suriya satrapı Ariobarzan üsyan etdi və ardınca, "satrapların böyük üsyanı" başladı, nəticədə qərb satraplarının hamısı imperiyadan ayrıldı.
Dövlətin tənəzzülə doğru getdiyini başa düşən Artakserks öz qohum-əqrəbasını qurban verərək, bir neçə il vaxt qazanmağı bacarır. O, üsyan etmiş tayfa və xalqlarla, həmçinin satraplarla qanlı mübarizəyə başladı. III Artakserks boyun əyməyənləri, üsyan qaldıranları ram edirdi. O, Suriyada, Fələstində, Finikiyada və Misirdə vuruşmuşdu. Onun dövründə dikbaş Kadusilərə qarşı da yürüşlər edilmişdi. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu. Lakin, e.ə. 338-ci ildə Əhəmənilər sülaləsinin bu sonuncu hökmdarı zəhərlə öldürüldü.
E.ə. IV əsrin ortalarında Balkan yarımadası Makedoniya dövləti çiçəklənməyə başlayırdı. E.ə 338-ci ildə Xaroneya yaxınlığındakı döyüşdən Makedoniya padşahı Filipp bütün Yunanıstanı özünə tabe etdi. İranın işğalına hazırlaşan Filipp sui-qəsd nəticəsində qətlə yetirilir. Bundan sonra onun oğlu Makedoniyalı İsgəndər (Aleksandr) gənc yaşlarında ikən hakimiyyətə gəlir.
Şah ailəsi tamamilə tələf edildikdən sonra e.ə. 336-cı ildə hakimiyyətə sülalənin yan şaxələrindən olan Kodoman gətirilir. III Dara adını qəbul edən bu şahın hökmranlıq tarixi (e.ə. 330 - 300-cü illər) İskəndərin İranı işğal etməsi ilə bitir.
E.ə. 334-cü ildə Yunan-Makedoniya ordusu Kiçik Asiyaya soxulur. İsgəndər Antik dövrün ən böyük sərkərdələrindən hesab edilirdi. O, bu döyüşdə görkəmli komandirlərini – Antipatr, Ptolemey, Parmenion, Filota, Perdikka və başqalarını öz ətrafına yığmışdı.
Gənc padşahın artıq ilk addımları onun hərbi planlarının geniş vüsətindən xəbər verirdi. Lakin, İsgəndər İran dövlətini tamamilə məhv etmək, ələlxüsus dünyada ağa olmaq haqqında ilk vaxtlar çətin ki, düşünəydi, əvvəllər o, Farslardan "qisas almaqdan" və "Yunanları azad etməkdən", yəni Kiçik Asiyanı fəth etməkdən də irəli getmək fikrində deyildi.
İki düşmən arasında ilk döyüş e.ə. 334-cü ilin mayında Qranik çayının sahilində oldu. İskəndərin ordusu döyüşə qeyri-mütəşəkkil, ləng və gec hazırlanmış Kiçik Asiya satraplarının ordularını ağır məğlubiyyətə uğratdı.
III Daranın özünün başçılıq etdiyi İran orduları ilə İsgəndərin ikinci döyüşü e.ə. 333-cü ildə İss şəhəri rayonunda, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verdi. Bu vuruşma da yunan-makedoniya ordusunun qələbəsi ilə nəticələndi. III Dara hərb meydanından rüsvayçılıqla qaçdı. İsgəndərə xeyli qənimət çatdı. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə apardı. Bu döyüşdə Farslarla birlikdə Madalılar da iştirak edirdilər.
İkinci böyük döyüşdən sonra bütün Kiçik Asiya Makedoniyalı İskəndərin əlinə keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanın bir çox vilayətlərini bürüməsinə, habelə, Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qəzzənin) güclü müqavimət göstərməsinə baxmayaraq, İskəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332-331-ci illərin qışını orada keçirdi. Beləliklə, Makedoniya padşahı Aralıq dənizinin şərq sahillərindəki limanların hamısını tutdu, Farsların donanmasını bazalardan məhrum etdi, dənizdə hökmranlığı ələ keçirtdi və öz gediş-gəliş yollarından təhlükəni dəf etdi.
E.ə. 331-ci ilin yayında Mekedoniyalı İsgəndər yenidən Asiyaya qayıdır. Yunan-Makedoniya qoşunlarını Dəclə və Fərat çaylarından keçirərək, Abela yaxınlığındakı Qavqamela kəndi yaxınlığında düşərgə salır. E.ə 331-ci ilin oktaybrın 1-də bu ərazidə Əhəməni ordusu ilə böyük hərbi toqquşma baş verir. Bu döyüş antik dövrün ən iri müharibələrindən biri oldu. III Daranın orduları böyük məğlubiyyətə uğrayır, şah bir neçə satrapı və kiçik bir dəstəsi ilə Madanın paytaxtı Ekbatana şəhərinə qaçdı. Eyni zamanda Yunan-Makedoniya orduları da böyük tələfata düşmüşdülər. Çünki, antik dövrün ən dikbaş xalqlarından bir sayılan Kadusilərlə qarşılaşmışdılar.
İsgəndər Babil və Suzu işğal etdi, daha sonra, Parsaya yürüş edərək iki böyük şəhəri — Pasarqad və paytaxt Persepolu işğal edərək, çoxlu qənimət əldə etdi. Sonra isə Persepol sarayını yandıldı. Buna şahidlik edən III Dara qisas almaq niyyətində idi. Buna görə də Madadan, Kadusiyadan, Albaniyadan və Sakasenadan çoxlu qoşun yığdı.
Makedoniyalı İskəndər öncə Paretakenanı Madadan ayırdı, sonra, Madaya yeni satrap təyin etdi. Məlum oldu ki, Atropat və onun müttəfiqləri sayılan Kadusilər Daranı güdaza verərək, İsgəndərin tərəfinə keçib. Bu ittifaqı görən III Dara imperiyanın şərq vilayətlərinə doğru qaçır və tezliklə orada həlak oldu. Bundan sonra Atropat e.ə 328-ci ildə yenidən öz vəzifəsinə qayıdaraq, Madanın satrapı olur.
Əhəmənilər dövlətinin süqutundan sonra Makedoniyalı İsgəndər özünü İranın varisi elan edərək, Asiyanın bir hissəsinə rəhbərlik etdi.
Ellinistlik dövr
Bu dövrün inzibati ərazi bölgüsünə əsasən, Kadusilər, Kaspilər, Pavsiklər, Pantimatlar və Kaspiana satraplığına (və ya XI satraplığa) daxil idilər. Bu satraplıqda titul xalq Kaspilər hesab edildiyi üçün Herodot bəzən Kadusilərlə Kaspiləri səhv salır və ya onları ümumiləşdirirdi. Buna görə də antik müəlliflər Xəzər dənizini Kaspi dənizi adlandırırdılar. Hətta, bəzən coğrafiyaçılar Kadusilərlə Kaspilərin yerini səhv salırdı. Buna görədir ki, Kaspilər bəzən Talışların əcdadları kimi də ələmə alınırdı. Lakin, tədqiqatçıların əksəriyyəti bu barədə Qalışları tədqiq etmir. Bu gün Talışların içində ərimiş Qalışlar Talış dilində danışsalarda onların bir qismi öz milli kimliyini Qalış kimi ifadə edir.
Güman etmək olar ki, Qalışların əcdadları Kaspilərdir. Necə ki, taquş → kadus əvəzlənməsi mövcud idisə, ? → kasp əvəzlənməsidə mövcud ola bilər. Lakin, bu barə də heç bir tədqiqat işi mövcud deyil. Qalışlar barəsində yalnız bir tədqiqat işi mövcuddur: qo — mal + lış — (mənimsəmək nəzərdə tutulur — red.), yəni qolış adının mənası "maldar" kimi yozulur.
Atropatena dövlətinin yaranması
Atropatena (Atuarpatakan) dövlətinə mənsub adın mənası "Kiçik Mada" kimi yozulur. Bəzi mənbələrdə bu adın talış dilində Ətü(o):rpot — Atropat + Ə — bitişdirici sait + K'(ə)o:n — evlər, yəni Ətü(o):rpotək'(ə)o:n mənası "Atropat diyarı" deməkdir.
Əhəmənilər dövlətinin zəiflədiyi dövrdə bir çox satraplar özlərini şah adlandırırdı, bu xırda şahlardan biridə Atropat idi. Polibinin qeydlərində Atropatena hələ Əhəmənillərin zamanından mövcud olduğu haqqında deyilir:
Həmin padşahlıq (Atropatena nəzərdə tutulur — red.) hələ Farsların (Əhəmənilərin hakimiyyət dövrü nəzərdə tutulur — red.) zamanından mövcud idi.
Makedoniyalı İsgəndərin hakimiyyət illərində satraplar arasında özbaşınalıq davam edirdi — korrupsiya ölkəyə səfalətlər gətirirdi, xalqlar isə qarətlərə məruz qalaraq, övladları müharibələrin qurbanı olurdu. Gənc padşah İsgəndər Asiyanın dərinliklərinə doğru gedərək, beş ildən uzun bir müddətdə imperiyanın mərkəzi vilayətlərində olmadı.
E.ə. IV əsrin son rübü gələcəyin Atropatenası olan "Kiçik Mada"nın yüksəliş və inkişaf dövrü idi. Atropat Makedoniyalılarla ittifaqını möhkəmlətmək məqsədi ilə qızını dövrün ən qüdrətli əshabələrindən biri olan Perdikkaya ərə verdi.
E.ə 324-cü ilin yayında yaxın Böyük Madada Bariaks adlı biri Makedoniyalı işğalçılara qarşı mübarizəyə qalxdı. O, Əhəmənilər dövlətinin bərpası məqsədi ilə özünü Mada və Parsanın şahı elan etmişdi. İsgəndər çevriliş cəhdinin qarşısını almaq üçün Madaya yollandı, Lakin Atropat öz qüvvələri ilə üsyanı yatırıb, Bariaksı Makedoniyalılara təhvil verir, bundan sonra, Bariaks Pasarqada aparılaraq, edam edildi.
Makedoniyalı İsgəndər məşhur Bağıstan (Bisütun) vilayətinə baş çəkir. Sonra isə Niseya çöllərində bir ay qaldı. Qədimdə bu çöllərdə 160 min at otlayarmış, lakin Makedoniyalı işğalçıların talançılıq cəhdlərinə görə orada yalnız 60 min at qalmışdı.
Padşahı öz satraplığının sərhədində qarşılamaq məqsədi ilə Atropat Niseya çöllərinə gələrək, bir müddət İsgəndərin yanında qaldı.
Bir müddət sonra İsgəndər qoşunu ilə Ekbatanaya gəlib, əylənməyə başlayır. O, zaman şənliklərin birində Atropat gənc padşahı əyləndirmək məqsədi ilə yüz nəfərlik atlı qadından ibarət dəstə gətirmişdi. Arrianın verdiyi məlumata görə,
Güman edilirdi ki, bunlar "amazon qadınları"dır.
Onların kimliyi dəqiq bilinməsədə Strabona görə, onların vətəni Albaniyadan şimala, indiki Dağıstan və Çeçenistan əraziləri hesab olunurdu.
Makedoniyalı İsgəndər e.ə. 324 - 323-cü illərdə Mada ərazisində yaşayan kassilərə (kosseylərə) qarşı etnik təmizləmə siyasəti apardı. Onları bir-bir qılıncdan keçirərək, şəhər və kəndlərini viran etdi. Şübhəsiz ki, Allah onun əməllərini bağışlamadı və e.ə. 323-cü ildə İsgəndər naməlum bir xəstəlikdən vəfat etdi.
İsgəndərin ölümündən sonra dövlətə naib Atropatın kürəkəni Perdikka təyin edildi. Böyük Mada Pitona verildi, kiçik Mada isə Atropatda qaldı.
E.ə. 321-ci ildə Perdika döyüşlərdən birində həlak olduqdan sonra satraplıqlar ikinci dəfə bölüşdürüldü. Lakin bu bölüşdürülmə Atropata məxsus olan satraplıqa şamil edilmədi. Atropat e.ə. IV əsrin 20-ci illərinin sonlarında yeni dövlətin hökmdarı olur.
Bu dövrdə Atropatena hərbi baxımdan güclü ölkə idi. Strabonun qeydlərində təkcə kadusilərdən ibarət on min süvari və qırx min piyada qoşun meydana çıxara biləcək qədər güclü olduğu təsvir olunur.
Müstəqilliyindən etibarən Atropatena monarxiya idarə etmə üsulundan istifadə edirdisə, bir müddət sonra bu idarəçilik teokratiya ilə əvəzləndi. Bu səbəbdən maqların dövlətdə rolu böyük idi.
Gənc dövlətin paytaxtı indiki Miandob şəhərindən şərqdə Leylan kəndi yaxınlığındakı Qazaka şəhəri (Qanzaka, madalıların dilindəki, "qanza" sözündən götürülmüş, mənası "sərvət, xəzinə" deməkdir) idi.
İstinadlar
- "Tarixi və memarlıq abidələri haqda məlumat" (az.). azerbaijan.az.[ölü keçid]
- Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ. (az.). 2 avqust 2001-ci il. 2019-10-22 tarixində orijinalından arxivləşdirilib.
- Süleyman Əliyarlı, Azərbaycan Tarixi. Bakı, 1996. səh. 30
- Yusif Səfərov, Qədim Azərbaycan. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1989
- Young T. Cuyler. The Iranian Migration into the Zagros, Iran, V, 1967.
- Strabon "Coğrafiya"
- Г.А.Гейбуллаев "К этногенезу Азербайджанцев" (Баку - 1991)
- Dionis "Məskunlaşmış torpaqların təsviri"
- Әли Әбдоли "Кадусларын тарихи" (Теһран - 2002)
- Herzfeld E. Medisch und Parthisch. AMI, VII, 1934.
- Играр Алиев "История Мидии" (Баку - 1960)
- Cullican W. The Medes and Peresians. London, 1965.
- Herzfeld E. Iran in the Ancient East. London, 1941.
- Herzfeld E. The Persian Empire. Wiesbaden, 1968.
- III Daranın "Bağıstan" kitabəsi
- Herzfeld E. Zoroaster and his World, MI. Princeton, 1947.
- Young T. Cuyler. Survey in Western Iran 1961. JNES, xxv, 4, 1966.
- Tit Livi "Mark Yunian Yustinin İxtisarı"
- Fazili A. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. Bakı, 1984.
- Ghirshman R. Persia from the Origins to Arexander the Great. London, 1964.
- Тирацян Г.А. Урартская цивилизация и Ахеменидский Иран. //Историко-филол. журн., 1964, № 2.
- Ямпольский З.И. Об Атропате - современнике Александра Македонского. ВДИ, 1974, № 2.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Talislar Xezer denizinin cenub serq sahillerinde o cumleden talis daglarinin serq eteklerinden yasayirlar Onlarin sahib oldugu dil ve medeniyyet bir basa olaraq onlarin tarixi ile baglidir Dag talisi XIX esr Qedim dovrDas dovru Tunc dovru Talislarin indiki yasadigi erazilerde Tunc dovre aid Astara rayonunun Siyaku kendindeki I ve II Siyaku yasayis yerleri Baba Cabbar kurqani Tengerud kurqani Seyidcamal kurqani Vaqo kurqanlari Baba Hummet kurqani Bi yaylagi kurqani 4 eded Siyaku kurqanlari Artupa kendindeki Axicebel kurqani Alasa kendindeki 3 eded kurqan Lovayn kurqani Binebey kendindeki Binebey kurqanlari Koraoba kendindeki 3 eded kurqanlar var Talis daglarindaki iri das serdabelerde Tunc dovrune aid toplu olugomme adeti qeyde alinmisdir Fransali arxeoloq Jak de Morqan 1886 1889 cu illerde Qafqazda o cumleden Azerbaycan erazisinde ve Simali Iranda son tunc ve demir dovrune dair bir sira qazinti isleri aparmisdir Jak de Morqan 80 ci illerde Talis erazisinde 230 dan artiq qebir abidesini tedqiq edib Burada cixarilan maddi medeniyyet materiallari Azerbaycanin tunc ve ilk demir dovrundeki tarixi inkisafi haqqinda melumat verirdi Jak de Morqan burada uze cixardigi abidelerin en yaxsi numunelirini Parisin muzeyine gonderdi Bu materiallari sonralar elmi baximdan tedqiq eden Jak de Morqan bele bir konsepsiya ireli surdu ki Azerbaycan erazisinde ilk insanlar tunc dovrunde miqrasiya yolu ile meskunlasmislar Demir dovruAntik dovrKadusiler Midiya imperiyasinda E e II minilliyin sonu I minilliyin ilk yuzilliklerinde ari tayfalari qeyri mueyyen sebeblere gore serqi avropadan koc etmis uzun bir yol qett ederek simali qafqaza ve orta asiyaya ordanda hindistan ve iran yaylasina qeder gelib cixmislar Onlara qeder ise xezer denizi etrafindaki bir cox xalqlar bu torpaqlarin sakini idi Onlardan da biri kadusiler hesab edilirdi Strabonun verdiyi melumatlara gore onlar Xezer denizinin cenub qerb sahilleri boyu 960 kilometrlik dagliq erazide yasayirdi Gorkemli Azerbaycan tarixcisi Q A Qeybullayev onlarin talislarin ecdadlari oldugu haqqinda melumat verir Ehemenilerin XI satrapliginda ilk defe kaduslar kadusiler haqqinda Herodot III 92 xeber verir Sonralar onlar haqqinda basqa antik yazicilar da yazmislar Kaduslar muasir talislarin ecdadlaridir ve onlarin yasadiqlari vilayet Atropatenaya aid idi Onlardan simalda kaspiler ve albanlar cenubda geller ve hirkanlar ve qerbde amardlar yasayirdi Qedim dunyanin meshur tarixcilerinin eserlerinde tez tez xatirlanilan kadusiler doyusken xalq kimi tesvir olunur Hemin tarixcilerden olan Dionis yazirdi Kadusiler qayaliq torpaqlarda yasayir qayalarda gezen cox celd adamlardir kamandan ox atan ela aticilardir Kadus kimliyinin menasi haqqinda coxlu ferziyyeler olsa da bunlarin ekseriyyeti esasizdir Bu ferziyyelerden biri de K edus t K e ev dus t dost yeni Ev dostu ferziyyesidir Lakin Kadus adinin bu cur mena verdiyi haqqinda esasli bir fakt yoxdur Iranli tedqiqatcilarin fikrince ise talislarin sahib oldugu adin ilkin varianti Ehemeni kitabelerinde Sataqus daha sonraki dovrlerde Taqus yunan muellifleri terefinden ise bu ad tehrif edilerek Kadus kimi qeyde alinmisdir Talissunas ve Tatsunas Eli Ebdoli bu barede bu cur melumat verir Talis xalqina mexsus adin ilkin formasinin sataqus oldugu Haxemenisi Ehemeni kitabelerinde bu adin yaziya dusduyu ve sonra onun hec bir qaynaqda qeyd olunmadigi nezere alinarsa onda Haxemenisilerden sonraki dovrlerde sataqus adi taqus sekline dusmelidir ve bele olan suretde kadus adi taqus adinin qeyd sertsiz yunan varianti olacaqdir Talus Talis adi ise taqus adinin daha sonraki dovrlerde tesekkul tapmis Iran teleffuzudur Midiyanin yaranmasi Midiya imperiyasi E e 647 ci ilde kadusiyadan cenubda Deyok terefinden paytaxti Ekbatana seheri olan Midiya dovletinin esasi qoyuldu Madalar irandilli tayfa hesab olnurdu Lakin Madanin serhedboyu erazilerinde qeyri irani tayfalarda movcud olmusdur Nehayet onu da yaddan cixarmaq olmaz ki antik ve ellinistlikden sonraki dovrde Midiyada ve onunla serhed vilayetlerde qeyri ari qeyri Iran menseli qebile ve xalqlar da yasayirdi Onlarin haqqinda Polibi Strabon Ptolomey Plini ve basqalarinda danisilir Bu qebile ve xalqlarin sirasina guman ki kadusileri aid etmek olar Madalarin adlari Assur salnamesinde ilk defe IX esrin 30 cu illerinde cekilmisdir III Salmanasar 860 825 onlarin olkesini Amadai adlandirirdi Madalar daim Assurlarin hucumlarina meruz qaliraq seher ve kendleri qaret edilib yandirilirdi Neticede e e 673 cu ilde Kastaritinin basciligi altinda xalq herekati formalasdi E e 672 ci ilde Assurlara qarsi muharibe Madalarin qelebesi ile neticelendi Bundan sonra Kastariti 19 il musteqil hakimiyyet surdu lakin e e 653 cu ilde Iskit ordusu ile doyusde helak olur Kaskaritinin olumunden sonra taxt taca Kiaksar varis olur O Midiyada Iskit agaligina son qoyaraq dovletin guclenmesi ucun esasli addimlar atir Kiaksar Babillerle ittifaqa girerek e e 612 ci ilde Assur belasina son qoyaraq e e 605 ci ilde Assuriyani suquta ugradir Bundan sonra e e 590 ci ilde Midiya Kadusiyani Manna ve Urartunu o cumleden Iskit dovletini de isgal ederek Midiya imperiyaya cevrildi Midiyanin suqutu Ehemenilerin hakimiyyete gelmesi Ehmeni imperiyasi Astiaqin hakimiyyet illerinde e e 585 550 ci illerde Midiyada iqtisadi bohran yasanaraq maddi ehtiyatlar tukenir muharibe veziyyeti ve hakimiyyetin merkezlesme siyaseti ise ehalide naraziligi guclendirirdi Bundan istifade eden II Kurus Kadusilerle ittifaqa girerek xalqi usyana qaldirir E e 553 cu ilde hakimiyyet quvveleri herbi muxalifete qarsi mubarizede meglubiyyete ugradi Astiaq esir goturulurek Ekbatana sarayinin servetleri parsaya dasinir Belelikle Midiya suquta ugrayaraq hakimiyyet farslarin eline kecir Bu qelebeden sonra Kurus irimiqyasli herbi emeliyyatlara el atdi On ilden qisa bir muddete imperiyanin serhedleri qerbden araliq ve egey denizlerine serqden ise orta asiyaya qeder uzanirdi Bu dovrlerde Kadusiler butun on asiya tarixinde doyuslerdeki cengaverlikleri ile boyuk sohret qazanmisdi Buna baxmayaraq onlarin dili qafqaz dillerinden ayrilaraq iran dillerine meyil edirdi Quamatanin cevrilisi Farslarin qeyri milletlere qarsi yurutduyu vergi siyasetine qarsi usyanlar guclenirdi II Kurusun vefatindan sonra hakimiyyet onun ogullari arasinda bolusduruldu E e 530 cu ilde Kambizin hakimiyyete gelmesi veziyyeti daha da gerginlesdi O Misirin fethi ucun yollandiqdan sonra hakimiyyetde yaranmis bosluq anti ehemeni herekatin baslanmasina Daranin Bagistan kitabeside sahidlik edir Sonra ise yalanlar olkelerde hem Parsada hem Madada hem de diger olkelerde guclendi Usyana Quamata rehberlik edirdi Onun ideoloji silahi artiq Madada yayilmis Maqlarin qebul etdiyi Zerdustun dinine esaslanirdi Onun apardigi islahatlar xalqin rifahina xidmet edirdi Yuxari tebeqeni bir sira imtiyazlardan mehrum etdi onlarin emlakini qullarini ellerinden aldi imperiyanin her bir vilayetine qasidler gonderdi xalqlarin uc il muddetine vergilerden ve orduda xidmetden azad edildiyini bildirdi O esilzadelere qarsi inadli mubarize apardi amansiz ve qeddar tedbirlerle onlarin oz hakimiyyetlerini geri qaytarmaq cehdlerinin qarsisini aldi Qaumatanin rehberlik etdiyi herekat genis xalq kutlelerinin cixisi idi Bu herekat esasen nesli eyanlara qarsi yoneldilmisdi Imperiyanin muxtelif vilayetlerinde xususile Madada Ehemenilere qarsi reaksiya xarakteri dasiyan siyasi mubarize ozunun inkisafi prosesinde etnik serhedleri kecmis hakim fars sulalesinin ve onunla bagli olan yerli nesli esilzadelerin zulmune qarsi cevrilmis umumi xalq herekati etirazi ile birlesmisdi Qaumatanin dovrunde genis xalq tebeqeleri guclenmis sinfi mubarize neticesinde yerli eyanlarin hesabina bir sira imtiyazlar elde etdiler Dara bu imtiyazlari geri almaq istedikde ise silahlanmis xalq cixis ederek bu nailiyyetlerin mudafiesi ugrunda mubarizeye baslamisdi E e 522 ci ilin sentyabrinda Qaumata olduruldu Qaumata oldurulen kimi Fravartisin basciligi ile Madada bir nece ay davam etmis boyuk xalq usyanini baslatdi Madalilara qeder Elamlilar ve Babiller sonra ise Farslar Margianalilar Kadusiler ve diger xalqlar cixis etdiler Usyanlar imperiyanin diger vilayetlerinde de bas verirdi Imperiya on asiya tarixinde gorunmemis izdihamli xalq usyanlari alovuna burunmusdu E e VI esrin son rubu IV esrin birinci yarisinda Ehemeniler dovleti I Dara usyanlari amansizcasina yatirdiqdan sonra islahatlar apararaq olkeni mohkemlendirir Artiq imperiyanin serhedlerini genislendirmek qerarina geldi O hind vadisini ele kecirerek Orta Asiya skiflerine qarsi yurusler etdi Bundan elave Frakiya ve Makedoniya torpaqlarini zebt edir Qara deniz sahillerinde yasayan skifleri itaet altina almaq ucun ugursuz cehdler gosterdi Helladaya kesfiyyat yuruslerine cixdi Lakin butun seylerine baxmayaraq oz hokmranliginin son dovrunde I Dara xarici siyasetde getdikce daha tez tez muveffeqiyyetsizliye ugrayirdi E e 500 cu ilde Kicik Asiyanin yunan seherlerinde farslarin zulmune qarsi usyan qalxdi E e 490 ci ilde Attikaya soxulmus farslarin yunanlarla ilk boyuk toqqusmasi Daranin tam meglubiyyeti ile basa catdi Ehemeniler dovletini qoruyub saxlayan yalniz guclu herbi quvvesi idi Mehz herbi quvvenin hesabina xalqlar itaet altinda saxlanilirdi Lakin ordu zeifleyirdi Buna gore de hokumet muzdlu herbi quvvelerden istifade etmeye mecbur oldu Bu sebebden orduda vetenperverliyi ve nizam intizami qoruyub saxlamaq zamanla cetinlesirdi Bu seraitde iri satrapliqlar imperiyadan ayrilmaq cehdleri gosterdiler Ayri ayri satrapliqlar arasinda toqqusmalar adi hal almaga basladi Separatciliq cehdleri hakimiyyet ugrunda cekismeler ve saysiz hesabsiz saray fitne fesadlari I Daranin olumunden sonra daha da artdi Kserks Xsajarsan e e 486 465 ci iller imperiyaya varis olsa da sui qesd neticesinde olduruldu Fitne fesad ve qetller neticesinde I Artskserks Arsaxaca e e 465 424 cu iller taxt taca sahib oldu Ondan sonra II Dara Darayavahus e e 423 404 cu iller da toretdiyi cinayetler hesabin hakimiyyete geldi Daha sonra sah III Artakserks Arsaxaca e e 358 338 ci iller qudretli saray xadimi heremagasi xace Baqoy terefinden olduruldu II Artakserksin Arsaxaca e e 404 358 ci iller olumu erefesinde Ehemeniler dovletinin tenezzulunun ve dagilmasinin butun elametleri artiq goz qabaginda idi III Artakserks zamaninda sah nesli demek olar tamamile mehv edilmisdi Sah hetta korpelere de aman vermemisdi Bu zamanlar Kadusiler Ehemenilerin eseratinden cixmaq ucun inqilaba can atirdi Bu inqilab hevesinin ne qeder guclu oldugu II Artakserksin ve III Artakserksin Kadusiyaya etdiyi ugursuz yuruslerinden melum olurdu Bu hadiseler hetta Pompey Traqonun eserlerinde bele eksini tapmisdi Butun bu yuruslere baxmayaraq Kadusileri esaret altina almaq mumkun olmadi Imperiyanin diger satrapliqlarinda da asayisi tam berpa etmek mumkun deyildi Eyni zamanda Yunanlarda esaret altindan cixir Misirlilerin komeyi ile Ehemeni torpaqlarina soxulurdu Satraplar arasinda dusmencilik davam ederek qanli cekismelere getirib cixarirdi Merkezi hakimiyyet kicik sahlar hesab edilen canisinlerin elinde cemlenmisdi Buna gorede tebeelerin bir qism hemin canisinlere sah deyidiler Boyuk ehtimalla bu xirda sahlarin biri de III Artakserksin zamaninda hakimiyyet basina gelmis Mada satrapi Atropat idi Hemin dovrde esaret altindan cixmis Kadusiler ozlerini Atropatin muttefiqi kimi teqdim edirdiler Makedoniyali Iskenderin serqe yurusu E e 408 ci ilde Madada usyan qalxdi II Artakserksin hakimiyyetin ilk zamanlarinda Kadusiya imperiyadan ayrildi Butun yuruslere baxmayaraq kadusiyani qaytarmaq mumkun olmadi Cox kecmedi ki sahin qardasi Kicik Kir ile muharibe baslandi II Artakserksin bas serkerdelerinden biri Mada satrapi Arbak alovlanmis vetendas muharibesinde ikibasli oyun oynayirdi Misir yaranmis veziyyetden istifade edib yene esaret altindan cixdi Bundan sonra Suriya satrapi Ariobarzan usyan etdi ve ardinca satraplarin boyuk usyani basladi neticede qerb satraplarinin hamisi imperiyadan ayrildi Dovletin tenezzule dogru getdiyini basa dusen Artakserks oz qohum eqrebasini qurban vererek bir nece il vaxt qazanmagi bacarir O usyan etmis tayfa ve xalqlarla hemcinin satraplarla qanli mubarizeye basladi III Artakserks boyun eymeyenleri usyan qaldiranlari ram edirdi O Suriyada Felestinde Finikiyada ve Misirde vurusmusdu Onun dovrunde dikbas Kadusilere qarsi da yurusler edilmisdi III Artakserks merkezi hakimiyyeti mueyyen derecede mohkemletmeye muveffeq oldu Lakin e e 338 ci ilde Ehemeniler sulalesinin bu sonuncu hokmdari zeherle olduruldu Makedoniyali Isgenderin mozaik tesviri E e IV esrin ortalarinda Balkan yarimadasi Makedoniya dovleti ciceklenmeye baslayirdi E e 338 ci ilde Xaroneya yaxinligindaki doyusden Makedoniya padsahi Filipp butun Yunanistani ozune tabe etdi Iranin isgalina hazirlasan Filipp sui qesd neticesinde qetle yetirilir Bundan sonra onun oglu Makedoniyali Isgender Aleksandr genc yaslarinda iken hakimiyyete gelir Sah ailesi tamamile telef edildikden sonra e e 336 ci ilde hakimiyyete sulalenin yan saxelerinden olan Kodoman getirilir III Dara adini qebul eden bu sahin hokmranliq tarixi e e 330 300 cu iller Iskenderin Irani isgal etmesi ile bitir E e 334 cu ilde Yunan Makedoniya ordusu Kicik Asiyaya soxulur Isgender Antik dovrun en boyuk serkerdelerinden hesab edilirdi O bu doyusde gorkemli komandirlerini Antipatr Ptolemey Parmenion Filota Perdikka ve basqalarini oz etrafina yigmisdi Genc padsahin artiq ilk addimlari onun herbi planlarinin genis vusetinden xeber verirdi Lakin Isgender Iran dovletini tamamile mehv etmek elelxusus dunyada aga olmaq haqqinda ilk vaxtlar cetin ki dusuneydi evveller o Farslardan qisas almaqdan ve Yunanlari azad etmekden yeni Kicik Asiyani feth etmekden de ireli getmek fikrinde deyildi Iki dusmen arasinda ilk doyus e e 334 cu ilin mayinda Qranik cayinin sahilinde oldu Iskenderin ordusu doyuse qeyri mutesekkil leng ve gec hazirlanmis Kicik Asiya satraplarinin ordularini agir meglubiyyete ugratdi III Daranin ozunun basciliq etdiyi Iran ordulari ile Isgenderin ikinci doyusu e e 333 cu ilde Iss seheri rayonunda denizle daglar arasindaki ensiz vadide Simali Suriya serhedlerinde bas verdi Bu vurusma da yunan makedoniya ordusunun qelebesi ile neticelendi III Dara herb meydanindan rusvayciliqla qacdi Isgendere xeyli qenimet catdi O sahensahin anasini arvadini ve iki qizini da ozu ile apardi Bu doyusde Farslarla birlikde Madalilar da istirak edirdiler Ikinci boyuk doyusden sonra butun Kicik Asiya Makedoniyali Iskenderin eline kecdi Makedoniya eleyhine herekatin genis miqyas alib Makedoniyanin Frakiyanin Yunanistanin Kritin Kicik Asiyanin bir cox vilayetlerini burumesine habele Finikiyanin ve Felestinin iri ticaret seherlerinin Tir ve Qezzenin guclu muqavimet gostermesine baxmayaraq Iskender oz dusmenlerine qalib gelib Misire yiyelendi ve e e 332 331 ci illerin qisini orada kecirdi Belelikle Makedoniya padsahi Araliq denizinin serq sahillerindeki limanlarin hamisini tutdu Farslarin donanmasini bazalardan mehrum etdi denizde hokmranligi ele kecirtdi ve oz gedis gelis yollarindan tehlukeni def etdi Qavqamela doyusu E e 331 ci ilin yayinda Mekedoniyali Isgender yeniden Asiyaya qayidir Yunan Makedoniya qosunlarini Decle ve Ferat caylarindan kecirerek Abela yaxinligindaki Qavqamela kendi yaxinliginda duserge salir E e 331 ci ilin oktaybrin 1 de bu erazide Ehemeni ordusu ile boyuk herbi toqqusma bas verir Bu doyus antik dovrun en iri muharibelerinden biri oldu III Daranin ordulari boyuk meglubiyyete ugrayir sah bir nece satrapi ve kicik bir destesi ile Madanin paytaxti Ekbatana seherine qacdi Eyni zamanda Yunan Makedoniya ordulari da boyuk telefata dusmusduler Cunki antik dovrun en dikbas xalqlarindan bir sayilan Kadusilerle qarsilasmisdilar Isgender Babil ve Suzu isgal etdi daha sonra Parsaya yurus ederek iki boyuk seheri Pasarqad ve paytaxt Persepolu isgal ederek coxlu qenimet elde etdi Sonra ise Persepol sarayini yandildi Buna sahidlik eden III Dara qisas almaq niyyetinde idi Buna gore de Madadan Kadusiyadan Albaniyadan ve Sakasenadan coxlu qosun yigdi Makedoniyali Iskender once Paretakenani Madadan ayirdi sonra Madaya yeni satrap teyin etdi Melum oldu ki Atropat ve onun muttefiqleri sayilan Kadusiler Darani gudaza vererek Isgenderin terefine kecib Bu ittifaqi goren III Dara imperiyanin serq vilayetlerine dogru qacir ve tezlikle orada helak oldu Bundan sonra Atropat e e 328 ci ilde yeniden oz vezifesine qayidaraq Madanin satrapi olur Ehemeniler dovletinin suqutundan sonra Makedoniyali Isgender ozunu Iranin varisi elan ederek Asiyanin bir hissesine rehberlik etdi Ellinistlik dovrKaspi dilleri Bu dovrun inzibati erazi bolgusune esasen Kadusiler Kaspiler Pavsikler Pantimatlar ve Kaspiana satrapligina ve ya XI satrapliga daxil idiler Bu satrapliqda titul xalq Kaspiler hesab edildiyi ucun Herodot bezen Kadusilerle Kaspileri sehv salir ve ya onlari umumilesdirirdi Buna gore de antik muellifler Xezer denizini Kaspi denizi adlandirirdilar Hetta bezen cografiyacilar Kadusilerle Kaspilerin yerini sehv salirdi Buna goredir ki Kaspiler bezen Talislarin ecdadlari kimi de eleme alinirdi Lakin tedqiqatcilarin ekseriyyeti bu barede Qalislari tedqiq etmir Bu gun Talislarin icinde erimis Qalislar Talis dilinde danissalarda onlarin bir qismi oz milli kimliyini Qalis kimi ifade edir Guman etmek olar ki Qalislarin ecdadlari Kaspilerdir Nece ki taqus kadus evezlenmesi movcud idise kasp evezlenmeside movcud ola biler Lakin bu bare de hec bir tedqiqat isi movcud deyil Qalislar baresinde yalniz bir tedqiqat isi movcuddur qo mal lis menimsemek nezerde tutulur red yeni qolis adinin menasi maldar kimi yozulur Atropatena dovletinin yaranmasi Atropatena Atuarpatakan dovletine mensub adin menasi Kicik Mada kimi yozulur Bezi menbelerde bu adin talis dilinde Etu o rpot Atropat E bitisdirici sait K e o n evler yeni Etu o rpotek e o n menasi Atropat diyari demekdir Ehemeniler dovletinin zeiflediyi dovrde bir cox satraplar ozlerini sah adlandirirdi bu xirda sahlardan biride Atropat idi Polibinin qeydlerinde Atropatena hele Ehemenillerin zamanindan movcud oldugu haqqinda deyilir Hemin padsahliq Atropatena nezerde tutulur red hele Farslarin Ehemenilerin hakimiyyet dovru nezerde tutulur red zamanindan movcud idi Makedoniyali Isgenderin hakimiyyet illerinde satraplar arasinda ozbasinaliq davam edirdi korrupsiya olkeye sefaletler getirirdi xalqlar ise qaretlere meruz qalaraq ovladlari muharibelerin qurbani olurdu Genc padsah Isgender Asiyanin derinliklerine dogru gederek bes ilden uzun bir muddetde imperiyanin merkezi vilayetlerinde olmadi E e IV esrin son rubu geleceyin Atropatenasi olan Kicik Mada nin yukselis ve inkisaf dovru idi Atropat Makedoniyalilarla ittifaqini mohkemletmek meqsedi ile qizini dovrun en qudretli eshabelerinden biri olan Perdikkaya ere verdi E e 324 cu ilin yayinda yaxin Boyuk Madada Bariaks adli biri Makedoniyali isgalcilara qarsi mubarizeye qalxdi O Ehemeniler dovletinin berpasi meqsedi ile ozunu Mada ve Parsanin sahi elan etmisdi Isgender cevrilis cehdinin qarsisini almaq ucun Madaya yollandi Lakin Atropat oz quvveleri ile usyani yatirib Bariaksi Makedoniyalilara tehvil verir bundan sonra Bariaks Pasarqada aparilaraq edam edildi Makedoniyali Isgender meshur Bagistan Bisutun vilayetine bas cekir Sonra ise Niseya collerinde bir ay qaldi Qedimde bu collerde 160 min at otlayarmis lakin Makedoniyali isgalcilarin talanciliq cehdlerine gore orada yalniz 60 min at qalmisdi Padsahi oz satrapliginin serhedinde qarsilamaq meqsedi ile Atropat Niseya collerine gelerek bir muddet Isgenderin yaninda qaldi Bir muddet sonra Isgender qosunu ile Ekbatanaya gelib eylenmeye baslayir O zaman senliklerin birinde Atropat genc padsahi eylendirmek meqsedi ile yuz neferlik atli qadindan ibaret deste getirmisdi Arrianin verdiyi melumata gore Guman edilirdi ki bunlar amazon qadinlari dir Onlarin kimliyi deqiq bilinmesede Strabona gore onlarin veteni Albaniyadan simala indiki Dagistan ve Cecenistan erazileri hesab olunurdu Makedoniyali Isgender e e 324 323 cu illerde Mada erazisinde yasayan kassilere kosseylere qarsi etnik temizleme siyaseti apardi Onlari bir bir qilincdan kecirerek seher ve kendlerini viran etdi Subhesiz ki Allah onun emellerini bagislamadi ve e e 323 cu ilde Isgender namelum bir xestelikden vefat etdi Isgenderin olumunden sonra dovlete naib Atropatin kurekeni Perdikka teyin edildi Boyuk Mada Pitona verildi kicik Mada ise Atropatda qaldi E e 321 ci ilde Perdika doyuslerden birinde helak olduqdan sonra satrapliqlar ikinci defe bolusduruldu Lakin bu bolusdurulme Atropata mexsus olan satrapliqa samil edilmedi Atropat e e IV esrin 20 ci illerinin sonlarinda yeni dovletin hokmdari olur Bu dovrde Atropatena herbi baximdan guclu olke idi Strabonun qeydlerinde tekce kadusilerden ibaret on min suvari ve qirx min piyada qosun meydana cixara bilecek qeder guclu oldugu tesvir olunur Musteqilliyinden etibaren Atropatena monarxiya idare etme usulundan istifade edirdise bir muddet sonra bu idarecilik teokratiya ile evezlendi Bu sebebden maqlarin dovletde rolu boyuk idi Genc dovletin paytaxti indiki Miandob seherinden serqde Leylan kendi yaxinligindaki Qazaka seheri Qanzaka madalilarin dilindeki qanza sozunden goturulmus menasi servet xezine demekdir idi Istinadlar Tarixi ve memarliq abideleri haqda melumat az azerbaijan az olu kecid Azerbaycan Respublikasinin Bas naziri A RASIZADE az 2 avqust 2001 ci il 2019 10 22 tarixinde orijinalindan arxivlesdirilib Suleyman Eliyarli Azerbaycan Tarixi Baki 1996 seh 30 Yusif Seferov Qedim Azerbaycan Azerbaycan Dovlet Nesriyyati Baki 1989 Young T Cuyler The Iranian Migration into the Zagros Iran V 1967 Strabon Cografiya G A Gejbullaev K etnogenezu Azerbajdzhancev Baku 1991 Dionis Meskunlasmis torpaqlarin tesviri Әli Әbdoli Kaduslaryn tarihi Teһran 2002 Herzfeld E Medisch und Parthisch AMI VII 1934 Igrar Aliev Istoriya Midii Baku 1960 Cullican W The Medes and Peresians London 1965 Herzfeld E Iran in the Ancient East London 1941 Herzfeld E The Persian Empire Wiesbaden 1968 III Daranin Bagistan kitabesi Herzfeld E Zoroaster and his World MI Princeton 1947 Young T Cuyler Survey in Western Iran 1961 JNES xxv 4 1966 Tit Livi Mark Yunian Yustinin Ixtisari Fazili A Azerbaycanin qedim ve ilk orta esrler tarixi Iran tarixsunasliginda Baki 1984 Ghirshman R Persia from the Origins to Arexander the Great London 1964 Tiracyan G A Urartskaya civilizaciya i Ahemenidskij Iran Istoriko filol zhurn 1964 2 Yampolskij Z I Ob Atropate sovremennike Aleksandra Makedonskogo VDI 1974 2