Aysorlar,asorular, assuriyalılar – Yaxın Şərqdə xalq. Əsasən İraq və Suriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010) nəfərdir. Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min - 3.3 milyon nəfər olduğu ehtimal olunur və asoru dilində danışırlar.
Azərbaycanda yaşayan etnik qruplardan biri də assuriyalılardir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında etnik qrup kimi məskunlaşıblar. Azərbaycanda assiriyalılar kimi tanınırlar.
Tarixi
Kökləri beş min il öncəyə dayanan aysorlar qədim mədəniyyətə malikdirlər. Mesopotamiyadan dünyaya yayılan bu xalqın nümayəndələri dağınıq şəkildə bir çox ölkələrdə yaşayırlar. Kökü assur və aramilərə gedib çıxan aysorlar qədim Mesopotamiya mədəniyyətini daşıyan və dini inanc baxımından xristian topluluqdur. Bu xalq İran və İraqda daha çox «assur», Suriya və Türkiyədə isə «aysor» adı ilə tanınır. «Aysor» sözü Xristianlıqdan sonra daha geniş yayılıb və xristian olan Yuxarı Mesopotamiya xalqını nəzərdə tutur. «Assur» sözü isə miladdan əvvəlki Yuxarı Mesopotamiya xalqına verilən addır. Başqa sözlə, «aysor» adlandırılan xalqın xristianlıqdan əvvəlki adı «assur»lardır. Bu gün bu xalq «arami», «assur», «aysor» (kəldani, maruni) və s.adlarla tanınır.
Parçalanmalar
Aysorların tarixi iki dövrə bölünür; bütpərəst aysorlar və xristian aysorlar. Aysorlar miladdan əvvəl bütpərəst idilər. Həzrət İsanın (ə) gəlişi ilə Xristianlıq Qüdsdən Antakyaya, ordan da Mesopotamiyaya doğru sürətlə yayılmağa başlayır. Xristianlığın Mesopotamiyada yayıldığı dövrdə bu ərazidə yaşayan aysorlar yeni təlimi mənimsəyirlər və beləliklə, onlar üçün yeni dövr başlayır. Aysorlar miladın 37-ci ilində kilsə ətrafında birləşərək, icma formalaşdırırlar. Antakyadan sonra qurulan Urfa Aysor Kilsəsi ilə birlikdə bölgədəki bir çox xalqlar Xristianlığın çətiri, İsa Məsihin təlimi ətrafında birləşirlər. O dövrdə bölgənin əsas güc mərkəzləri olan Roma və Bizans imperiyaları Xristianlıqdakı təsir gücünü IV əsrdən etibarən hiss etdirməyə başlamışdılar. Bu arada Xristianlıqdakı dini zəmində mübahisələr - İsa (oğul) və Allah (ata) münasibətləri mövzusunda fikirayrılığı mövcud idi. Sonralar Qərbi və Şərqi imperiya və kilsələri bir-birindən ayıracaq bu dini mübahisələrdən ən çox aysorlar əziyyət çəkirlər. Həmin dövrdəki aysorlar tarixçilər tərəfindən Şərqi və Qərbi Aysorlar adlandırılıblar. Qərbi Aysorlar Diyarbəkir, Antakya, Maraş, Urfa, Mardin, Midyat, Nusaybir və Suriyada yaşayanlar; Şərqi Aysorlar isə İran, İraq və Hindistan coğrafiyasında yaşayanları tanımaq üçün istifadə edilirdi.
Nəsturilər
Qərbi və Şərqi Aysorların bir-birindən ayrılmasında 451-ci ildə toplanan böyük rolu olub. Aysor kilsəsi Xalkedon məclisinin dini qanunlarını qəbul etməyərək, İstanbul kilsəsi ilə əlaqələrini kəsir. Bu parçalanmaya əsas səbəb Bizansın Şərqdə aysorların kilsələ3roddrinə öz əqidələrini təlqin etməyə çalışmasıdır. Məclisdə önə çıxan ad aysor əsilli olan və o vaxt Bizans kilsəsinin Patriarxı . Mor Nastur, ya da aysor dilindəki adı Mor Barsavmo 380-ci ildə aysor ailədə dünyaya gəlib. Ali təhsilini Antakya akademiyasında alıb. Bu akademiya ellin fəlsəfəsinin təsiri altında olan fəlsəfə məktəbi idi. Mor Nasturun köməkçiləri aysor müəllimlər Mor Teodor və Mor Diador idi. Onların birgə müzakirəyə çıxardıqları «İsanın təbiəti» mövzusu Antakya akademiyasında uzun müddət araşdırılır. Mor Nastur İstanbuldakı təyin edildikdən sonra da bu müzakirələri davam etdirir. Bəzi mənbələrdə göstərilənlərin əksinə, Mor Nastur heç zaman Şərqi Aysor kilsəsində ruhani iyerarxiyasında yer almayıb. Mor Nasturdan əvvəl də bir çox aysor müdrikləri bizanslılar tərəfindən təsir altına salınmışdı. Mor Nastura da eyni şəkildə davranmaq istədikdə Şərqi Aysorlar etiraz edərək onu sürgünə göndərir, tərəfdarlarını isə «Nəsturi» adlandırırlar. Şərqi Aysorlar üzərindəki təzyiqlər Mor Nasturdan sonra da uzun illər davam edir. X əsrdə Nasturi kilsəsi adını dəyişərək «Şərqi Assuri Kilsəsi» adlandırır.
Yəqubilər
Qərbi Aysorlar adlandırılan Antakya Aysor Kilsəsi də məruz qaldığı təzyiqlər nəticəsində yox olma təhlükəsi ilə qarşılaşır. Bu təhlükədən Kilsəni Yaqub Burdono adlı bir aysor rahib xilas edir. O, yaşadığı müddətdə 27 rahib, yüzlərlə keşiş yetişdirir. Yenidən bərpa edib topladığı kilsə anti-Xolkedonçu kimi tanınır. Kilsənin adı sonralar Bizansın nüfuzlu şəxsləri tərəfindən aşağılayıcı mənada «Yaqubilər» adı ilə tanıdılır (indiki Ortodoks Aysorlar).
Rum Ortodokslar
Xalkedon məclisindən sonra bir qrup aysor Bizans imperatorunun təzyiq və zülmündən qorxaraq məclisin qəbul etdiyi qanunları tanıyır. Həmin aysorlarə «Malkoye Melkit» (aysor dilində «kralın tərəfdarları» mənasını daşıyır) verir. Onlar bir müddət Bizans kilsəsinin tabeçiliyində öz dillərində ibadət edirlər. Ərəb istilalarından sonra Bizans kilsəsindən ayrılan aysorlar dillərini dəyişib ərəbcə danışırlar. Bu gün onlar «Rum Ortodoks» adıyla tanınır.
Marunilər
VII əsrdə «Malkoye Melkit»lər arasında parçalanma baş verir. Liviyadakı Mor Marun monastırının rahibləri Melkit Patriarxı Maksimin müdafiə etdiyi nəzəri dini-etiqadi baxışlarla razılaşmayaraq, müstəqil «Maronit Patriarxlığı»nı yaradırlar. Bu patriarxlığa bağlı insanlar «Marunilər» adlandırılırlar. XIII əsrdə Maronit Patriarxlığı Papalığa tabe olur. Digər tərəfdən, Rum Ortodoks kilsəsinin üzvlərindən bir qismi anlaşmazlıq səbəbindən Roma Papalığına tabe olur. Bu topluluq 1724-cü ildə «Rum Katolik» adı ilə patriarxlıq mərkəzi qurur.
Kəldanilər
1445-ci ildə Nəsturilikdən ayrılan və müxtəlif səbəblərdən Papalığa tabe olan Kipr Nəsturi mitropoliti Timote və onun ətrafında olan kütlə Papa IV Yevgeni tərəfindən «Kəldani» adlandırılır. Beləliklə, Nəsturilikdən ayrılıb katolik inancını mənimsəyən insanların yaratdıqları kilsə «Kəldani kilsəsi» kimi tanınır. Bu kilsəyə bağlı aysorlara da «kəldanilər» deyilir.
Aysor katoliklər
Antakya Aysor Kilsəsi XVIII əsrdə yenidən parçalanmaya məruz qalır. Yepiskop Mixail Carvenin rəhbərlik etdiyi bir qrup aysor Papalığa tabe olur və «Aysor katolik» adı altında patriarxlıq yaradır. Əslində bu parçalanmaya zəmin xeyli öncədən hazırlanmışdı. Belə ki, 1626-cı ildə Romada olan Papalıqda əlaqələr yaradan və bura tabe olmaq istəyən bəzi aysorlar 1667-ci ildə keçirilən Patriarx seçimində iki namizədin eyni sayda səs toplamasını əsas gətirərək, parçalanmaq ideyasını reallaşdırmağa çalışırlar. 1773-cü ildə Aysor Katolik Patriarxlığı yaranır.
Aysor protestantlar
XIX əsrdə protestant missionerlərin (amerikan və ingilis) aysorlar arasında apardıqları fəaliyyət nəticəsində onlardan bəziləri Protestantlığı qəbul edir. Protestant inancında ruhanilər sinfi anlayışı olmadığından aysor protestanların vahid patriarxlıq mərkəzləri yoxdur. Hazırda Turabdin bölgəsində (Cənub-Şərqi Anadoluda yer) aysor protestantlara aid bir neçə kilsə var.
Aysor müsəlmanlar
Bunlarla yanaşı, İslam dinini qəbul edən aysorlar da var. Lakin onlarla bağlı araşdırmalar çox az aparıldığından, demək olar ki, ətraflı məlumat yoxdur. Məlum olan odur ki, «Mhalmi» adlanan bu insanların əsas hissəsi aysor ola bilərlər. Mardin və ətrafında mhalmilərin bütün kəndlərinin adı aysorcədir. Bu kəndlərdə məscidə çevrilmiş binaların əksəriyyəti əvvəllər kilsə, ya da monastır olub. İndiyədək Xristianlığın və aysorliyin adət ənənələri qorunub saxlanmaqdadır. Mhalmilərlə bağlı məlum olan yeganə mənbə patriarx Mor Afremin qələmə aldığı «Turabdin tarixi»dir. Burada mhalmilərin dinini dəyişdirdikləri tarix 1609-cu il kimi göstərilir. Bu topluluq keçmişdə Aysor Ortodoks kilsəsinə bağlı olub. Göründüyü kimi, aysorlar tarix boyu dini və siyasi mübahisələr səbəbindən davamlı parçalanmalara məruz qalmış, əvvəlki fəaliyyətlərini, mədəniyyət və nüfuzlarını itirmişlər. Müasir dövrdə dünyada 20 milyondan çox aysor var: Aysor ortodokslar, Aysor katoliklər, Marunilər, Melkitlər (Melkit Katoliklər), Syro-Malabarlar və s. Hindistanda yaşayan 3,5 milyon aysor da daxil olmaqla 5,5 milyon aysor ortodoksa patriarx Mor İqnatios I Zekka İvas və ona bağlı Hindistandakı Şərqi Mafiryani Mor Baselios və 40 mitropolit dini rəhbərlik edir.
Türkiyə aysorlari
Türkiyənin Mardin, Mersin, Diyarbəkir, Adıyaman, Elazığ, Ankara, İzmir, Malatya, Şanlıurfa, Qaziantep, Antakya, Antalya və Adana bölgələrində məskunlaşan aysorların sayı 17 mindən çoxdur. İstanbulda isə 15 min nəfər aysor yaşayır. Orda suryani adlanırlar. Onların İstanbuldakı tarixləri əsrlər öncəyə təsadüf edir. Bizans imperatoru Konstaninin anası Heleni, imperator Yustinianın arvadı Teodora, İstanbulun ilk mitropoliti Mor Yuhanna İstanbul tarixində mühüm iz qoyan aysorlardən sadəcə bir neçəsidir. İndiki İstanbul Aysor icması 1950-ci illərdən başlayaraq Şərqi və Cənub-Şərqi Anadoludan köç edənlərin hesabına yaranıb. XIX əsrdə Patriarx IV Pyotr tərəfindən yaradılan Tarlabaşındakı Məryəm ana kilsəsi 1950-ci illərdə o dövrdəki Mardin mitropoliti Mor Filüksinos Yuhanna Dolabaninin rəhbərliyi altında daha da genişlənir. Mardində mitropolit Yuhanna Dolabaninin vəfatından sonra 1986-cı ildə Moran Mor İğnatiyos Zeka İvas tərəfindən Dəməşqdəki Patriarxlıqda təmtəraqlı mərasimlə Yusuf Çetin İstanbul İcması Ruhani rəhbərliyinə təyin edilir. Beş min illik tarixi keçmişə malik mədəniyyətin varisləri olan aysorlar Türkiyə, Suriya, İraq, Liviya, İordaniya, İsrail və Hindistanda yaşayırlar. XX əsrin son rübündən aysorların böyük bir qismi Türkiyə və Yaxın Şərqdən ayrılaraq Avropa və Skandinaviya ölkələri başda olmaqla Amerika, Avstraliyaya köçüblər.
Aysor keşişlər
Aysorlar çoxkonfessiyalı olmaqla yanaşı, həm də çox maraqlı adət-ənənələri var. Aysor kilsəsinə görə, keşiş və onun köməkçisi vəzifəsini daşıyanlar evli olmalıdırlar. Onlar subay olarkən bu rütbələri ala bilməzlər. Köməkçilər arvadları öldükdə yenidən evlənə bilər, lakin keşişlər arvadları öldükdən sonra ailə qura bilməz, onların arvadları da ərləri öldükdən sonra ərə gedə bilməzlər. Buna görə keşişlər rütbə almaq üçün arvadları ilə razılaşmalıdırlar. Səbəb keşişlərin insanların mənəvi atası sayılmalarıdır. Arvadı ölən keşiş yenidən evlənmək istəyərsə, vəzifəsindən istefa verməlidir. Monastırda rahib olan din xadimləri də evlənə bilməz. Onlar ömrü boyu subay qalır, yepiskop, mitropolit və patriarx onların arasından seçilir. Lakin arvadı ölmüş keşiş elmi və əxlaqi baxımdan münasib olduğunda yepiskop təyin oluna bilər.
Ölümlə bağlı inanc
Aysor Ortodoks inanc sistemində ölümdən sonra insanın qarşılaşacağı hadisələr: ölüm –ruhun bədəni tərk etməsi; dirilmək - ruhun cismə geri dönməsi və yenidən canlanması; qarşılaşma - Məsihin ikinci gəlişində insanları etdiklərinə görə mühakiməsi; sonsuz cəza - yaxşıların xoşbəxtliyə, pislərin Cəhənnəmin sonsuz əzabına məhkum edilməsi; xoşbəxtlik - müqəddəslərin göylərdə sahib olacaqları sonsuz həyatdır. Cəhənnəm isə günahkarlar və şeytanların sonsuz əzab yeridir. Aysorların dini düşüncəsinə görə, inanclı ölənlər, dirilərin qurban, namaz və sədəqələrindən faydalanırlar.
Batil inanc və adətlər
Aysorlar tarixin müxtəlif dövrlərində bir çox sivilizasiyalara şahid olduqları üçün həyat və məişətlərində maraqlı adət və inancları var. Məsələn, ayağını soyunan zaman ayaqqabılar üst-üstə düşməsi sahibinə səfərə çıxacağını, əlinin içi qaşınan insanın pul itirəcəyi və ya qazanacağını, gözü səyriyən adamın sevinəcəyini, qayçının açıq qalması ev sahiblərinin haqqında dedi-qodu yayıldığını göstərən əlamətlər kimi qəbul edilir. Sabun, bıçaq, qayçı kimi əşyaların əldən-ələ verilməsinin alanla verən arasında küsülülüyə səbəb olacağına dair inanclar var. İnsanın şəklinin öpülməsi, ayaqqabının çevrilməsinin uğursuzluq gətirəcəyi haqda inanc, əsgərə və ya qürbətə gedəcək şəxsin əlini un dolu qaba salınması kimi adətlər də mövcuddur.
İstinadlar
- Ајсорлар // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 197.
- "Joshua Project – Unreached Peoples of the World : Assyrian". 2013-07-28 tarixində . İstifadə tarixi: 2009-06-11.
- "Joshua Project – Unreached Peoples of the World : Assyrian / Aramaic (by 2010)". 2011-08-13 tarixində . İstifadə tarixi: 2009-06-11.
- "UNPO". 2022-07-28 tarixində . İstifadə tarixi: 2010-08-20.
- "Assiriyalılar". 2021-09-20 tarixində . İstifadə tarixi: 2014-09-12.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aysorlar asorular assuriyalilar Yaxin Serqde xalq Esasen Iraq ve Suriya erazisinde yasayirlar Dunyada assuriyalilarin sayi teqriben 503 min 2010 neferdir Assuriyalilar yaxin etnik qruplarla birlikde aramileri emele getirirler ki onlarin da cemi saylarinin 959 min 3 3 milyon nefer oldugu ehtimal olunur ve asoru dilinde danisirlar Azerbaycanda yasayan etnik qruplardan biri de assuriyalilardir Qedim kokleri Iran ve Turkiye erazisinde meskunlasmis assuriyalilarla baglidir Hal hazirda Azerbaycanin Zaqatala zonasinda etnik qrup kimi meskunlasiblar Azerbaycanda assiriyalilar kimi taninirlar TarixiKokleri bes min il onceye dayanan aysorlar qedim medeniyyete malikdirler Mesopotamiyadan dunyaya yayilan bu xalqin numayendeleri daginiq sekilde bir cox olkelerde yasayirlar Koku assur ve aramilere gedib cixan aysorlar qedim Mesopotamiya medeniyyetini dasiyan ve dini inanc baximindan xristian topluluqdur Bu xalq Iran ve Iraqda daha cox assur Suriya ve Turkiyede ise aysor adi ile taninir Aysor sozu Xristianliqdan sonra daha genis yayilib ve xristian olan Yuxari Mesopotamiya xalqini nezerde tutur Assur sozu ise miladdan evvelki Yuxari Mesopotamiya xalqina verilen addir Basqa sozle aysor adlandirilan xalqin xristianliqdan evvelki adi assur lardir Bu gun bu xalq arami assur aysor keldani maruni ve s adlarla taninir Parcalanmalar Aysorlarin tarixi iki dovre bolunur butperest aysorlar ve xristian aysorlar Aysorlar miladdan evvel butperest idiler Hezret Isanin e gelisi ile Xristianliq Qudsden Antakyaya ordan da Mesopotamiyaya dogru suretle yayilmaga baslayir Xristianligin Mesopotamiyada yayildigi dovrde bu erazide yasayan aysorlar yeni telimi menimseyirler ve belelikle onlar ucun yeni dovr baslayir Aysorlar miladin 37 ci ilinde kilse etrafinda birleserek icma formalasdirirlar Antakyadan sonra qurulan Urfa Aysor Kilsesi ile birlikde bolgedeki bir cox xalqlar Xristianligin cetiri Isa Mesihin telimi etrafinda birlesirler O dovrde bolgenin esas guc merkezleri olan Roma ve Bizans imperiyalari Xristianliqdaki tesir gucunu IV esrden etibaren hiss etdirmeye baslamisdilar Bu arada Xristianliqdaki dini zeminde mubahiseler Isa ogul ve Allah ata munasibetleri movzusunda fikirayriligi movcud idi Sonralar Qerbi ve Serqi imperiya ve kilseleri bir birinden ayiracaq bu dini mubahiselerden en cox aysorlar eziyyet cekirler Hemin dovrdeki aysorlar tarixciler terefinden Serqi ve Qerbi Aysorlar adlandiriliblar Qerbi Aysorlar Diyarbekir Antakya Maras Urfa Mardin Midyat Nusaybir ve Suriyada yasayanlar Serqi Aysorlar ise Iran Iraq ve Hindistan cografiyasinda yasayanlari tanimaq ucun istifade edilirdi Nesturiler Qerbi ve Serqi Aysorlarin bir birinden ayrilmasinda 451 ci ilde toplanan boyuk rolu olub Aysor kilsesi Xalkedon meclisinin dini qanunlarini qebul etmeyerek Istanbul kilsesi ile elaqelerini kesir Bu parcalanmaya esas sebeb Bizansin Serqde aysorlarin kilsele3roddrine oz eqidelerini telqin etmeye calismasidir Meclisde one cixan ad aysor esilli olan ve o vaxt Bizans kilsesinin Patriarxi Mor Nastur ya da aysor dilindeki adi Mor Barsavmo 380 ci ilde aysor ailede dunyaya gelib Ali tehsilini Antakya akademiyasinda alib Bu akademiya ellin felsefesinin tesiri altinda olan felsefe mektebi idi Mor Nasturun komekcileri aysor muellimler Mor Teodor ve Mor Diador idi Onlarin birge muzakireye cixardiqlari Isanin tebieti movzusu Antakya akademiyasinda uzun muddet arasdirilir Mor Nastur Istanbuldaki teyin edildikden sonra da bu muzakireleri davam etdirir Bezi menbelerde gosterilenlerin eksine Mor Nastur hec zaman Serqi Aysor kilsesinde ruhani iyerarxiyasinda yer almayib Mor Nasturdan evvel de bir cox aysor mudrikleri bizanslilar terefinden tesir altina salinmisdi Mor Nastura da eyni sekilde davranmaq istedikde Serqi Aysorlar etiraz ederek onu surgune gonderir terefdarlarini ise Nesturi adlandirirlar Serqi Aysorlar uzerindeki tezyiqler Mor Nasturdan sonra da uzun iller davam edir X esrde Nasturi kilsesi adini deyiserek Serqi Assuri Kilsesi adlandirir YequbilerQerbi Aysorlar adlandirilan Antakya Aysor Kilsesi de meruz qaldigi tezyiqler neticesinde yox olma tehlukesi ile qarsilasir Bu tehlukeden Kilseni Yaqub Burdono adli bir aysor rahib xilas edir O yasadigi muddetde 27 rahib yuzlerle kesis yetisdirir Yeniden berpa edib topladigi kilse anti Xolkedoncu kimi taninir Kilsenin adi sonralar Bizansin nufuzlu sexsleri terefinden asagilayici menada Yaqubiler adi ile tanidilir indiki Ortodoks Aysorlar Rum Ortodokslar Xalkedon meclisinden sonra bir qrup aysor Bizans imperatorunun tezyiq ve zulmunden qorxaraq meclisin qebul etdiyi qanunlari taniyir Hemin aysorlare Malkoye Melkit aysor dilinde kralin terefdarlari menasini dasiyir verir Onlar bir muddet Bizans kilsesinin tabeciliyinde oz dillerinde ibadet edirler Ereb istilalarindan sonra Bizans kilsesinden ayrilan aysorlar dillerini deyisib erebce danisirlar Bu gun onlar Rum Ortodoks adiyla taninir Maruniler VII esrde Malkoye Melkit ler arasinda parcalanma bas verir Liviyadaki Mor Marun monastirinin rahibleri Melkit Patriarxi Maksimin mudafie etdiyi nezeri dini etiqadi baxislarla razilasmayaraq musteqil Maronit Patriarxligi ni yaradirlar Bu patriarxliga bagli insanlar Maruniler adlandirilirlar XIII esrde Maronit Patriarxligi Papaliga tabe olur Diger terefden Rum Ortodoks kilsesinin uzvlerinden bir qismi anlasmazliq sebebinden Roma Papaligina tabe olur Bu topluluq 1724 cu ilde Rum Katolik adi ile patriarxliq merkezi qurur Keldaniler 1445 ci ilde Nesturilikden ayrilan ve muxtelif sebeblerden Papaliga tabe olan Kipr Nesturi mitropoliti Timote ve onun etrafinda olan kutle Papa IV Yevgeni terefinden Keldani adlandirilir Belelikle Nesturilikden ayrilib katolik inancini menimseyen insanlarin yaratdiqlari kilse Keldani kilsesi kimi taninir Bu kilseye bagli aysorlara da keldaniler deyilir Aysor katolikler Antakya Aysor Kilsesi XVIII esrde yeniden parcalanmaya meruz qalir Yepiskop Mixail Carvenin rehberlik etdiyi bir qrup aysor Papaliga tabe olur ve Aysor katolik adi altinda patriarxliq yaradir Eslinde bu parcalanmaya zemin xeyli onceden hazirlanmisdi Bele ki 1626 ci ilde Romada olan Papaliqda elaqeler yaradan ve bura tabe olmaq isteyen bezi aysorlar 1667 ci ilde kecirilen Patriarx seciminde iki namizedin eyni sayda ses toplamasini esas getirerek parcalanmaq ideyasini reallasdirmaga calisirlar 1773 cu ilde Aysor Katolik Patriarxligi yaranir Aysor protestantlar XIX esrde protestant missionerlerin amerikan ve ingilis aysorlar arasinda apardiqlari fealiyyet neticesinde onlardan bezileri Protestantligi qebul edir Protestant inancinda ruhaniler sinfi anlayisi olmadigindan aysor protestanlarin vahid patriarxliq merkezleri yoxdur Hazirda Turabdin bolgesinde Cenub Serqi Anadoluda yer aysor protestantlara aid bir nece kilse var Aysor muselmanlar Bunlarla yanasi Islam dinini qebul eden aysorlar da var Lakin onlarla bagli arasdirmalar cox az aparildigindan demek olar ki etrafli melumat yoxdur Melum olan odur ki Mhalmi adlanan bu insanlarin esas hissesi aysor ola bilerler Mardin ve etrafinda mhalmilerin butun kendlerinin adi aysorcedir Bu kendlerde mescide cevrilmis binalarin ekseriyyeti evveller kilse ya da monastir olub Indiyedek Xristianligin ve aysorliyin adet eneneleri qorunub saxlanmaqdadir Mhalmilerle bagli melum olan yegane menbe patriarx Mor Afremin qeleme aldigi Turabdin tarixi dir Burada mhalmilerin dinini deyisdirdikleri tarix 1609 cu il kimi gosterilir Bu topluluq kecmisde Aysor Ortodoks kilsesine bagli olub Gorunduyu kimi aysorlar tarix boyu dini ve siyasi mubahiseler sebebinden davamli parcalanmalara meruz qalmis evvelki fealiyyetlerini medeniyyet ve nufuzlarini itirmisler Muasir dovrde dunyada 20 milyondan cox aysor var Aysor ortodokslar Aysor katolikler Maruniler Melkitler Melkit Katolikler Syro Malabarlar ve s Hindistanda yasayan 3 5 milyon aysor da daxil olmaqla 5 5 milyon aysor ortodoksa patriarx Mor Iqnatios I Zekka Ivas ve ona bagli Hindistandaki Serqi Mafiryani Mor Baselios ve 40 mitropolit dini rehberlik edir Turkiye aysorlari Turkiyenin Mardin Mersin Diyarbekir Adiyaman Elazig Ankara Izmir Malatya Sanliurfa Qaziantep Antakya Antalya ve Adana bolgelerinde meskunlasan aysorlarin sayi 17 minden coxdur Istanbulda ise 15 min nefer aysor yasayir Orda suryani adlanirlar Onlarin Istanbuldaki tarixleri esrler onceye tesaduf edir Bizans imperatoru Konstaninin anasi Heleni imperator Yustinianin arvadi Teodora Istanbulun ilk mitropoliti Mor Yuhanna Istanbul tarixinde muhum iz qoyan aysorlarden sadece bir necesidir Indiki Istanbul Aysor icmasi 1950 ci illerden baslayaraq Serqi ve Cenub Serqi Anadoludan koc edenlerin hesabina yaranib XIX esrde Patriarx IV Pyotr terefinden yaradilan Tarlabasindaki Meryem ana kilsesi 1950 ci illerde o dovrdeki Mardin mitropoliti Mor Filuksinos Yuhanna Dolabaninin rehberliyi altinda daha da genislenir Mardinde mitropolit Yuhanna Dolabaninin vefatindan sonra 1986 ci ilde Moran Mor Ignatiyos Zeka Ivas terefinden Demesqdeki Patriarxliqda temteraqli merasimle Yusuf Cetin Istanbul Icmasi Ruhani rehberliyine teyin edilir Bes min illik tarixi kecmise malik medeniyyetin varisleri olan aysorlar Turkiye Suriya Iraq Liviya Iordaniya Israil ve Hindistanda yasayirlar XX esrin son rubunden aysorlarin boyuk bir qismi Turkiye ve Yaxin Serqden ayrilaraq Avropa ve Skandinaviya olkeleri basda olmaqla Amerika Avstraliyaya kocubler Aysor kesisler Aysorlar coxkonfessiyali olmaqla yanasi hem de cox maraqli adet eneneleri var Aysor kilsesine gore kesis ve onun komekcisi vezifesini dasiyanlar evli olmalidirlar Onlar subay olarken bu rutbeleri ala bilmezler Komekciler arvadlari oldukde yeniden evlene biler lakin kesisler arvadlari oldukden sonra aile qura bilmez onlarin arvadlari da erleri oldukden sonra ere gede bilmezler Buna gore kesisler rutbe almaq ucun arvadlari ile razilasmalidirlar Sebeb kesislerin insanlarin menevi atasi sayilmalaridir Arvadi olen kesis yeniden evlenmek isteyerse vezifesinden istefa vermelidir Monastirda rahib olan din xadimleri de evlene bilmez Onlar omru boyu subay qalir yepiskop mitropolit ve patriarx onlarin arasindan secilir Lakin arvadi olmus kesis elmi ve exlaqi baximdan munasib oldugunda yepiskop teyin oluna biler Olumle bagli inanc Aysor Ortodoks inanc sisteminde olumden sonra insanin qarsilasacagi hadiseler olum ruhun bedeni terk etmesi dirilmek ruhun cisme geri donmesi ve yeniden canlanmasi qarsilasma Mesihin ikinci gelisinde insanlari etdiklerine gore muhakimesi sonsuz ceza yaxsilarin xosbextliye pislerin Cehennemin sonsuz ezabina mehkum edilmesi xosbextlik muqeddeslerin goylerde sahib olacaqlari sonsuz heyatdir Cehennem ise gunahkarlar ve seytanlarin sonsuz ezab yeridir Aysorlarin dini dusuncesine gore inancli olenler dirilerin qurban namaz ve sedeqelerinden faydalanirlar Batil inanc ve adetler Aysorlar tarixin muxtelif dovrlerinde bir cox sivilizasiyalara sahid olduqlari ucun heyat ve meisetlerinde maraqli adet ve inanclari var Meselen ayagini soyunan zaman ayaqqabilar ust uste dusmesi sahibine sefere cixacagini elinin ici qasinan insanin pul itireceyi ve ya qazanacagini gozu seyriyen adamin sevineceyini qaycinin aciq qalmasi ev sahiblerinin haqqinda dedi qodu yayildigini gosteren elametler kimi qebul edilir Sabun bicaq qayci kimi esyalarin elden ele verilmesinin alanla veren arasinda kusululuye sebeb olacagina dair inanclar var Insanin seklinin opulmesi ayaqqabinin cevrilmesinin ugursuzluq getireceyi haqda inanc esgere ve ya qurbete gedecek sexsin elini un dolu qaba salinmasi kimi adetler de movcuddur IstinadlarAјsorlar Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 S 197 Joshua Project Unreached Peoples of the World Assyrian 2013 07 28 tarixinde Istifade tarixi 2009 06 11 Joshua Project Unreached Peoples of the World Assyrian Aramaic by 2010 2011 08 13 tarixinde Istifade tarixi 2009 06 11 UNPO 2022 07 28 tarixinde Istifade tarixi 2010 08 20 Assiriyalilar 2021 09 20 tarixinde Istifade tarixi 2014 09 12 Etnik qrup ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin