Ekbatan (q. türk.: Aqbatan, arami. אַחְמְתָא, q.yun. Ἀγβάτανα , lat. Ecbatana, ivr. אַחְמְתָא, və Bisütun yazılarında Aqmatana) — Herodotun "Ἐκβάτανα" kimi qeyd etdiyiMidiyanın ən böyük şəhərlərindən biri. İ. M. Dyakonov yazır ki, bu şəhər qədim Midiyanın ürəyi idi. Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub. Sonuncu Midiya hökmdarı Astiaqın Fars qiyamını yatıra bilməməsi nəticəsində farslar tərəfindən işğal olunub və bu hadisə Midiyanın süqutu ilə nəticələnib.
Qədim şəhər | |
Ekbatan | |
---|---|
Ἀγβάτανα אַחְמְתָא | |
Ölkə | İran |
Vilayət | Həmədan |
Salınma tarixi | e.ə. III əsr |
Dağılma tarixi | XVIII əsr |
Milli tərkibi | madaylar, kaspilər, skiflər, mannalar |
Müasir yeri | Həmədan |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Farsların əlinə keçdikdən sonra isə, Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub. Daha sonra şəhər Parfiya hökmdarlarının paytaxtı olub. Həmin dövrdə Parfiya dövlətinin mühüm zərbxanalarının yerləşdiyi şəhərdə çoxlu və tetradraxma kəsilib. Şəhərdən həmçinin "Achmetha" adı ilə Tövratda da bəhs edilmişdir.
Mənbələrdə adı xatırlanan başqa bir Ekbatan şəhəri də vardır. Lakin bu iki şəhər qarışdırılmamalıdır. Onlardan biri Ekbatan / Həmədan – Midiyanın Azərbaycanda yerləşən paytaxtı, digəri isə Ekbatan / Həmət – Suriyada yerləşən və Herodotun dediyinə görə II Kambizin vəfat etdiyi şəhərdir. Midiyanın paytaxtı olan Ekbatan şəhəri e.ə. 330-cu ildə Makedoniyalı İskəndərin sərkərdəsi tərəfindən işğal edilmişdir.
Etimologiyası
İ. M. Dyakonov bu toponimin Midiya dilində (Midiya dilini İranmənşəli sayır) Hanqmatana adlandığını və ―yığıncaq yeri mənasını verdiyini yazır. Başqa yerdə müəllif bu toponimin İran dillərindəki ham ― bir yerdə, ―birlikdə (Azərbaycan dilindəki ― hamı sözü) və kam – getmək sözlərindən əmələ gəldiyini qeyd edir. Lakin İ. M. Dyakonov fars dilində "ham" sözünün qədim türkcə qamu (hamu) sözündən olduğuna diqqət yetirməmişdir. Başqa yerdə o yazır ki, Aqbatan elam dilindəki ―hanqmata , yəni midiyalıların ölkəsi sözlərindəndir. Q. Qeybullayev isə qeyd edir ki, "əslində Həmədan toponimi Akbatan adının təhrifidir: ―ak sözünün əvvəlinə ―h səsi əlavə olunmuş, ―batan sözü isə türk dillərində b-m fonetik qanununa görə ―matan şəklinə keçmiş və qədim Akbatan Haqmatan, sonra Həmədan formasına düşmüşdür. Deməli, Həmədanın – Aqbatanın qədim fars dili vasitəsilə ―yığıncaq yeri mənasında olması fikri yanlışdır."
Akbatan toponimi madayların dilində olmaqla türkcə "ak" və Azərbaycan ərazisində bir sıra qədim toponimlərdə iştirak edən bat, bad sözlərindən ibarətdir. Aq sözü bu toponimdə, məsələn, Aqdam, Aqdaş, Aqkənd və b. adlarda olduğu kimi, rəng bildirir və şəhərin qala divarlarının ağ rəngli daşdan tikilməsini ifadə edir. Herodot yazır ki, Akbatan qalasının birinci dövrələmə divarı ağ rəngdə idi. Müqayisə üçün göstərilə bilər ki, Ağdam toponimi də Şahbulaqdakı qala ağ daşdan tikildiyinə görə ağ və qədim türk dillərindəki tam –qala, ―qala divarı sözlərindən əmələ gəlmişdir.
Tarixi
Yunan mənbələrində qeyd edilir ki, şəhərin əsası e.ə. V əsrdə Midiyanın ilk hökmdarı (və ya Manna canişini) Deyok (assur mənbələrində Dayaukku) tərəfindən qoyulub. Deyok şəhərin ətrafına yeddi qatlı və hər qatı müxtəlif rəngli daşlardan inşa olunmuş qala divarı çəkdirərək, yaratdğı dövlətin mərkəzi elan edib. Herodot isə yazır:
"İndi Ekbatan adlanan və qala divarları nəhəng, güclü, bir-birinin üstünə yığılmış dairələri xatırladan şəhəri madaylar inşa ediblər. Qaladakı sarayın da planı qalanın planı kimidir, möhkəmləndirilmiş divarlar, künclərdəki mazqallı sipərlərlə mühafizə olunur. Ətrafdakı təbiət şəhərlə incə bir uyğunluq təşkil edir və bu daha çox sənət əsəri effekti yaradır. Qala divarlarının sayı yeddidir. Hökmdarın sarayı və dövlət xəzinəsi son axırıncı qala divarı içində yerləşir. Bayırdan birinci qala divar Afinanın qala divarına çox oxşayır. Həmin divar ağ, sonrakı qara, üçüncü qırmızı, dördüncü göy, beşinci divar isə narıncı rəngdədir. Son iki divar gümüşü və qızılı rənglərdədir. Bütü bu divarları Deyok inşa etdirmişdir."
— Herodot, III, 93
Şəhərdə ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Charles Fosseyin rəhbərliyi ilə aparılmışdır. İkinci tədqiqat işləri isə 1971-ci ildə aparılmışdır.
İstinadlar
- Herodot, III, 92
- Дьяконов И. М. История Мидии. М. — Л., 1956 , səh 179
- Tövrat, Ezra,VI, 2
- Дьяконов И. М. История Мидии. М. — Л., 1956 , səh 91
- Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1991, səh 75
- Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1991, səh 73
- Herodot, I, 98
- Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1991, səh 78
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ekbatan q turk Aqbatan arami א ח מ ת א q yun Ἀgbatana lat Ecbatana ivr א ח מ ת א ve Bisutun yazilarinda Aqmatana Herodotun Ἐkbatana kimi qeyd etdiyiMidiyanin en boyuk seherlerinden biri I M Dyakonov yazir ki bu seher qedim Midiyanin ureyi idi Seher menbelerde daha cox Astiaqin paytaxti kimi xatirlansa da diger maday hokmdarlarinin hakimiyyeti dovrunde de siyasi ve medeni merkez Ekbatan olub Sonuncu Midiya hokmdari Astiaqin Fars qiyamini yatira bilmemesi neticesinde farslar terefinden isgal olunub ve bu hadise Midiyanin suqutu ile neticelenib Qedim seherEkbatanἈgbatana א ח מ ת א34 48 23 sm e 48 30 58 s u Olke IranVilayet HemedanSalinma tarixi e e III esrDagilma tarixi XVIII esrMilli terkibi madaylar kaspiler skifler mannalarMuasir yeri Hemedan Vikianbarda elaqeli mediafayllar Farslarin eline kecdikden sonra ise Elvend daginin eteyinde yerlesen gozel seher Ehemeni hokmdarlarinin yay iqametgahi olub Daha sonra seher Parfiya hokmdarlarinin paytaxti olub Hemin dovrde Parfiya dovletinin muhum zerbxanalarinin yerlesdiyi seherde coxlu ve tetradraxma kesilib Seherden hemcinin Achmetha adi ile Tovratda da behs edilmisdir Menbelerde adi xatirlanan basqa bir Ekbatan seheri de vardir Lakin bu iki seher qarisdirilmamalidir Onlardan biri Ekbatan Hemedan Midiyanin Azerbaycanda yerlesen paytaxti digeri ise Ekbatan Hemet Suriyada yerlesen ve Herodotun dediyine gore II Kambizin vefat etdiyi seherdir Midiyanin paytaxti olan Ekbatan seheri e e 330 cu ilde Makedoniyali Iskenderin serkerdesi terefinden isgal edilmisdir EtimologiyasiEkbatan seherinden askarlanmis Ehemeniler imperiyasi dovrune aid qizil okuz basli riton I M Dyakonov bu toponimin Midiya dilinde Midiya dilini Iranmenseli sayir Hanqmatana adlandigini ve yigincaq yeri menasini verdiyini yazir Basqa yerde muellif bu toponimin Iran dillerindeki ham bir yerde birlikde Azerbaycan dilindeki hami sozu ve kam getmek sozlerinden emele geldiyini qeyd edir Lakin I M Dyakonov fars dilinde ham sozunun qedim turkce qamu hamu sozunden olduguna diqqet yetirmemisdir Basqa yerde o yazir ki Aqbatan elam dilindeki hanqmata yeni midiyalilarin olkesi sozlerindendir Q Qeybullayev ise qeyd edir ki eslinde Hemedan toponimi Akbatan adinin tehrifidir ak sozunun evveline h sesi elave olunmus batan sozu ise turk dillerinde b m fonetik qanununa gore matan sekline kecmis ve qedim Akbatan Haqmatan sonra Hemedan formasina dusmusdur Demeli Hemedanin Aqbatanin qedim fars dili vasitesile yigincaq yeri menasinda olmasi fikri yanlisdir Akbatan toponimi madaylarin dilinde olmaqla turkce ak ve Azerbaycan erazisinde bir sira qedim toponimlerde istirak eden bat bad sozlerinden ibaretdir Aq sozu bu toponimde meselen Aqdam Aqdas Aqkend ve b adlarda oldugu kimi reng bildirir ve seherin qala divarlarinin ag rengli dasdan tikilmesini ifade edir Herodot yazir ki Akbatan qalasinin birinci dovreleme divari ag rengde idi Muqayise ucun gosterile biler ki Agdam toponimi de Sahbulaqdaki qala ag dasdan tikildiyine gore ag ve qedim turk dillerindeki tam qala qala divari sozlerinden emele gelmisdir TarixiYunan menbelerinde qeyd edilir ki seherin esasi e e V esrde Midiyanin ilk hokmdari ve ya Manna canisini Deyok assur menbelerinde Dayaukku terefinden qoyulub Deyok seherin etrafina yeddi qatli ve her qati muxtelif rengli daslardan insa olunmus qala divari cekdirerek yaratdgi dovletin merkezi elan edib Herodot ise yazir Indi Ekbatan adlanan ve qala divarlari neheng guclu bir birinin ustune yigilmis daireleri xatirladan seheri madaylar insa edibler Qaladaki sarayin da plani qalanin plani kimidir mohkemlendirilmis divarlar kunclerdeki mazqalli siperlerle muhafize olunur Etrafdaki tebiet seherle ince bir uygunluq teskil edir ve bu daha cox senet eseri effekti yaradir Qala divarlarinin sayi yeddidir Hokmdarin sarayi ve dovlet xezinesi son axirinci qala divari icinde yerlesir Bayirdan birinci qala divar Afinanin qala divarina cox oxsayir Hemin divar ag sonraki qara ucuncu qirmizi dorduncu goy besinci divar ise narinci rengdedir Son iki divar gumusu ve qizili renglerdedir Butu bu divarlari Deyok insa etdirmisdir Herodot III 93 Seherde ilk arxeoloji tedqiqatlar 1913 cu ilde Charles Fosseyin rehberliyi ile aparilmisdir Ikinci tedqiqat isleri ise 1971 ci ilde aparilmisdir IstinadlarHerodot III 92 Dyakonov I M Istoriya Midii M L 1956 seh 179 Tovrat Ezra VI 2 Dyakonov I M Istoriya Midii M L 1956 seh 91 Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 1991 seh 75 Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 1991 seh 73 Herodot I 98 Q Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 1991 seh 78