Samosa farsca Sambosag (سنبوسگ) sözündəndir (üçbucaqlı xəmir mənasını verir). Cənubi Asiya və Qərbi Asiyanın qızardılmış qəlyanaltısıdır. Bu, əsasən tərəvəz, ədviyyatlı kartof, soğan, noxud, həmçinin vegetarian olmayan ət və ya balıqdan ibarət olan içlikli xəmirdir. Bölgədən asılı olaraq üçbucaq, konus və ya aypara kimi müxtəlif formalarda hazırlanır.
Etimologiya
Samosa sözü Hindustanın "samosa" (urdu سموسہ, hind समोसा) ifadəsindən yaranmışdır. Bu termin orta fars dilindəki "sanbosag" (سنبوسگ) sözündən götürülüb, mənası "üçbucaqlı xəmir"dir. Oxşar xəmirlər ərəb dilində "sambusak" adlanır, və orta əsr ərəb resept kitablarında bəzən "sambusaj" kimi də yazılır. Bu terminlərin hamısı farsca "sanbosaq" sözündən törəmişdir.
Tarix
Cənubi Asiya samosasının, Yaxın Şərqin orta əsrlər dövründə bişirilən və qızardılmayan olduğu düşünülür. Samosanın ən qədim qeydini Abbasilər dövrünün şairi İshaq əl-Mövsili "sanbusaj" adlandıraraq təsvir etmişdir. X — XIII-cü əsrlərə aid ərəb mətbəxi kitablarında bu yeməyə "sanbusak", "sanbusaq" və "sanbusaj" kimi istinadlar tapılır ki, bunların hamısı farsca "sanbosag" sözündən götürülüb. Bu yemək İranda XVI-cı əsrə qədər məşhur idi, lakin XX-ci əsrdə onun populyarlığı bəzi bölgələrlə, məsələn, Laristanda "sambusa" olaraq məhdudlaşdı. İran tarixçisi Əbülfəzl Beyhəki (995–1077) özünün "Tarix-e Beyhaghi" əsərində bu yeməkdən bəhs etmişdir.
Orta Asiya samsası Hindistan yarımadasına XIII — XIV-cü əsrlərdə Yaxın Şərq və Orta Asiyadan gələn aşpazlar tərəfindən gətirilmişdir. Bu aşpazlar Dehli Sultanlığı dövründə hökmdarların saray mətbəxlərində samosa bişirirdilər. Dehli Sultanlığının şairi və alim Əmir Xosrov Dəhləvi (1253–1325) 1300-cü illərdə yazır ki, şahzadələr və zadəganlar "ətdən, yağdan və soğandan hazırlanmış samosaları" çox sevirdilər. XIV-cü əsrin səyyahı İbn Bətutə, Məhəmməd bin Tuğluqun sarayında badam, püstə, qoz və ədviyyatlarla doldurulmuş kiçik samuşakların (sambusak) — "plovun üçüncü yeməyindən əvvəl gətirildi" təsvir etmişdir. Mərkəzi Hindistanda Malva Sultanlığının hökmdarı Ghiyath Şah üçün başlayan orta əsr hind mətbəxi kitabı "Nimetname-i-Nasiruddin-Şahi" samosa hazırlamaq sənətini izah edir. XVI-cı əsr Böyük Moğol imperiyası sənədi "Ain-i-Akbari" isə qottab reseptindən bəhş edir və qeyd edir ki, "Hindistan xalqı bu yeməyə sanbúsah deyir".
Regional çeşidlər
Hindistan
Samosa əsasən undan (yerli dildə "mayida" kimi tanınır) hazırlanır və içlik kimi adətən doğranmış və ya qaynadılmış kartofun püresi, soğan, yaşıl noxud, mərcimək, zəncəfil, ədviyyatlar və yaşıl çili ilə doldurulur. İçliyin tərkibindən asılı olaraq samosa həm vegetarian, həm də qeyri-vegetarian ola bilər. Xəmiri bitki yağında və ya nadir hallarda kərə yağında qızılı qəhvəyi rəngə qədər qızardılır. Samosa adətən isti verilir və yanında tez-tez nanə və ya keşniş çatni, həmçinin Hindistan tamarindası çatni kimi təzə yaşıl çatni verilir. Şirin versiyası da mövcuddur. Samosalar tez-tez çaat(küçə yeməyi növü) ilə birlikdə təqdim olunur, noxud və ya ağ noxudun müşayiəti ilə verilir, üzərinə qatıq, Hindistan tamarindası çatni, yaşıl çatni səpilir və doğranmış soğan, keşniş və çaat masala ilə bəzədilir.
Assam, Orissa, Qərbi Benqaliya, Bihar və Charkhand kimi Hindistan ştatlarında "singaras" və ya "şingras (çingras) adlanan samosa versiyası geniş yayılıb. Bu samosalar Hindistanın digər bölgələrindəkilərdən bir qədər kiçikdir və əsasən bişmiş kartof, yer fıstığı və bəzən kişmiş ilə doldurulur. Şingra (adi undan hazırlanmış) nazik xəmirdən bükülür və qızardılır. Yaxşı singra xırda-xırda xırtıldayan bir xəmir ilə fərqlənir.
Singralar çay qəlyanaltısı kimi yeyilə bilər və həm də şirin formada hazırlanır. Benqal singraları üçbucaqlı olur, kartof, noxud, soğan, doğranmış badam və ya digər tərəvəzlər ilə doldurulur. Singra samosalarla müqayisədə daha çox qızardılıb xırtıldayan olur. Gül kələmi içlikli singra məşhur bir variantdır. Qeyri-vegetarian versiyaların arasında qoyun ətindən hazırlanan singra və balıq singrası da var. Şirin versiyalarına isə kokos ilə doldurulmuş singralar və koa ilə doldurulub şəkər şərbətinə batırılmış "Mişti Şingara" kimi növlər daxildir.
Hindistanın Heydərabad şəhərində isə daha qalın xəmirli, qiymə ət ilə doldurulmuş kiçik bir samosa versiyası olan "luxmi" məşhurdur. Bundan əlavə, soğan içlikli başqa bir variasiyası da mövcuddur.
Andhra Pradeş, Karnataka, Kerala və Tamilnad ştatlarında samosalar digər bölgələrdən fərqli olaraq bir qədər fərqli hazırlanır. Bu samosalar Portuqaliya çamuçasına bənzəyir və xəmir tərzi də fərqlənir. İçliyi adətən kartof püresi, ədviyyatlar, qızardılmış soğan, noxud, yerkökü, kələm, karri yarpaqları və yaşıl çili ilə doldurulur. Cənubi Hindistan samosaları, ümumiyyətlə, çatnisiz yeyilir və ölçüləri də müxtəlif olur.
Samosalar yerli yemək vərdişlərinə görə dəyişir və ət xəmirin içərisində ola bilər.
- Samosa qızardılmadan əvvəl, Kolkatadakı bir şirniyyat mağazasında.
- Hindistanda Samosa
- Keraladakı hindxanalarında pomidor ketçuplu samosa
- Tərəvəz samosası
- Tərəvəz samosası
Banqladeş
Banqladeşdə həm yastı (üçbucaqlı), həm də tam formalı (tetraedr, üçbucaq piramida) samosalar məşhurdur. Tam formalı samosa, yəni Bengal versiyası "shingara" adlanır və adətən digər növlərdən kiçik olur. Shingara adətən doğranmış kartof, tərəvəz və qoz-fındıq ilə doldurulur, lakin bəzi bölgələrdə mal əti ilə doldurulmuş versiyalar da məşhurdur. Yastı formalı samosaya isə "somosa" və ya "somuça" deyilir və əsasən soğan və qiymə ət ilə doldurulur.
Nepal
Nepalın şərq zonasında samosalar "singadas" kimi tanınır, ölkənin qalan hissəsində isə "samosa" adı ilə məşhurdur. Hindistanda olduğu kimi, Nepalda da bu yemək məşhur qəlyanaltıdır və onu satıcılar müxtəlif bazar və restoranlarda satırlar.
Pakistan
Pakistanda müxtəlif samosa növləri mövcuddur. Sind əyaləti və Pəncab şərq bölgəsində satılan samosalar adətən daha ədviyyatlı olur və kartof və tərəvəzlə doldurulur. Ölkənin qərb və şimal bölgələrində satılan samosalar isə əsasən qiymə ət ilə doldurulur və daha az ədviyyatlıdır. Ətli samosalar (quzu, mal əti və ya toyuq ilə doldurulur) Pakistanda xüsusilə məşhur qəlyanaltıdır.
Kəraçi şəhərində satılan samosalar ədviyyatı ilə məşhurdur, Feysəlabadda isə qeyri-adi böyüklüyü ilə fərqlənir. Kəraçidə daha nazik və xırtıldayan "kağız samosa" (kaghazi samosa — Urdu: کاغذی سموسہ;) adlı xüsusi bir samosa növü də mövcuddur. Pəncabda başqa bir məşhur samosa növü isə ədviyyatlı noxud, soğan və keşniş yarpaqları ilə birlikdə verilir, üzərinə çatni səpilir.
Pakistanda şirin samosalar da var, xüsusilə Pişəvər kimi şəhərlərdə. Bu samosalar heç bir içliklə doldurulmur və qalın şəkər şərbətinə batırılır.
Pəncabda məşhur olan başqa bir qəlyanaltı növü "samosa çaat"-dır. Bu yemək doğranmış samosanın qatıq, çatni və ədviyyatlı noxudla birləşdirilməsindən ibarətdir. Samosa tək halda və ya yanına çatni ilə də yeyilə bilər.
Pakistanda Ramazan ayı ərzində samosa bir çox ailələrin iftar süfrəsinin ayrılmaz hissəsidir.
Maldiv adaları
Maldiv mətbəxində samosa növləri "bajiyaa" adı ilə tanınır. Bu samosalar adətən tuna balığı və soğan kimi içliklərlə doldurulur.
Oxşar qəlyanaltılar
Bir çox digər ölkələrdə də samosaya bənzər qəlyanaltılar və variantlar mövcuddur. Bu yeməklər ya Cənubi Asiya samosasından, ya da Yaxın Şərqin orta əsr sələflərindən təsirlənərək hazırlanır.
Orta Asiya
Cənub-Şərqi Asiya
Myanma (Birma)
Birmada samosa "samuza" (စမူဆာ) adlanır və geniş yayılmış məşhur küçə yeməyidir. Birmada samosa həmçinin "samuza thoke" (စမူဆာသုပ်) adlı ənənəvi salatda istifadə olunur, bu salat soğan, kələm, nanə, kartof və noxud şorbası, qaram masala, çili bibər tozu, duz və laym ilə qarışdırılmış samosadan ibarətdir.
İndoneziya
İndoneziyada "samosa" adı ilə tanınır və kartof, pendir, karri, rousong və ya əriştə ilə doldurulur. Bu yemək adətən sambal ilə birlikdə qəlyanaltı kimi verilir. İndoneziyada samosa, pastel, panada və epok-epok ilə oxşardır.
Afrika
Şərqi Afrika
Şərqi Afrika ölkələrində, o cümlədən Somali, Tanzaniya, Keniya, Uqanda, Burundi, Eritreya, Efiopiya və Ruandada da samosa əsasən yerli mətbəxin ayrılmaz hissəsidir.
Somali
Somali mətbəxində samosa "sambusa" və ya "sambuus" adlanır və adətən Somali ədviyyatları ilə qarışdırılaraq qiymə mal əti və ya tərəvəz ilə doldurulur. Xüsusilə Ramazan ayında sambusa çox populyardır.
Afrika buynuzunda, o cümlədən Cibuti və Efiopiyada, samosa "sambuuse" kimi tanınır və yerli mətbəxdə mühüm yer tutur. Küçə yeməkləri kimi çox məşhurdur.
Cənubi Afrika
Cənubi Afrikada "samusa" kimi tanınan samosalar, hind variantlarına nisbətən daha kiçikdir və Cənubi Afrika Hindistan və Keyp Malaylari mətbəxinin tərkib hissəsidir.
Qərbi Afrika
Samosalar Qərbi Afrika ölkələrində, o cümlədən Qana və Nigeriyada da əsasən küçə yeməyi kimi populyardır. Nigeriyada samosalar, adətən, bayramlar vaxtı toyuq və ya mal əti ilə, puf puf, təzə göyərti və bağayarpağı, bişirmə banan ilə birlikdə təqdim edilir və "kiçik qəlyanaltı" adlanır.
Maskarenlər
Reünyon və Mavriki adalarında da "samoussas" adı ilə tanınan samosalar geniş yayılıb. Bu adalar Hindistan yarımadasından əmək miqrantlarının böyük axını ilə üzləşib və samosalar burada toyuq, pendir, xərçəng və ya kartofla doldurulur. Şokolad, banan və ya pizza növləri də mövcuddur.
Yaxın Şərq
İsrail
Səfərad və Mizrahi mətbəxinə aid olan sambusak bir neçə formada hazırlanır. Sefarad sambusakı adətən daha qalın olur, bişirilir və pendir və ya mal əti ilə doldurulur, üzərinə küncüt və ya Hind küncütü toxumu əlavə olunur. Mizrahi sambusakı isə daha nazik, iri, qızardılmış olur və içlik olaraq ədviyyatlı qoyunnoxudu və soğan istifadə olunur, adətən toxumlar əlavə edilmir.
Ərəb ölkələri
Əsas məqalə Ərəb mətbəxi
Ərəb mətbəxində "sambousek" adlanan bu yemək, adətən ət, soğan, fıstıq, Adi qaraqınıq, ispanaq və ya pendirlə doldurulur və Ramazan ayında geniş şəkildə istifadə edilir.
İran
İran mətbəxində "sambuse" (farsca سمبوسه) xüsusən cənub bölgələrində yaygındır. Ənənəvi olaraq qoz, şəkər, ətirli otlar və ya ədviyyatlarla doldurulmuş qottab şəklində hazırlanır və yağda qızardılır. Şirin qottab versiyası geniş yayılmışdır, lakin ətdən istifadə edildikdə ona qottab deyilmir. Hazırda, İran sambusasi tez-tez kolbasa və pizza pendiri ilə doldurulur, həmçinin tərəvəzli variantlar da mövcuddur.
Portuqal dilli bölgələr
Qoa, Portuqaliya və Anqolada isə samosalar "çamuças" kimi tanınır və adətən toyuq, mal əti, donuz əti, quzu və ya tərəvəz ilə doldurulur, isti verilir. Çamuças, Qoa və Portuqaliya mətbəxinin ayrılmaz bir hissəsidir və geniş yayılmış qəlyanaltıdır.
İngilis dilli bölgələr
Samosalar Böyük Britaniyada, Avstraliya, Yeni Zelandiya, Trinidad və Tobaqo, Barbados, Qayana, Uqanda, Cənubi Afrika, Ruanda, Keniya, Tanzaniya, Kanada və Amerika Birləşmiş Ştatlarında da məşhurdur. Onlar bəzi yerlərdə "samboosa" və ya "sambusak" adlanır, lakin Cənubi Afrikada tez-tez "samusa" kimi tanınır. Dondurulmuş samosalar Avstraliya, Kanada, ABŞ və Böyük Britaniyada ərzaq mağazalarında asanlıqla tapıla bilər və bəzən Hindistan və Pakistan küçə bazarı satıcıları tərəfindən təzə olaraq satılır.
Kövrək və ya un tortilla bu yeməyin bir variantıdır.
Əş-Şəbabın samosa qadağanı
Somalidə bəzi bölgələrdə nəzarət edən ekstremist qrup Əş-Şəbab, 2011-ci ildə samosaların içliyində çürük ət istifadə edilməsi ilə bağlı narahatlıqlar səbəbindən samosanı qadağan etmişdi.
İstinadlar
- "samosa". [[1]]. İstifadə tarixi: 15-10-2024.
- "Food's Holy Triangle". [[2]]. 18-01-2015. İstifadə tarixi: 15-10-2024.
- "samosa". [[3]]. 4-01-2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15-10-2024.
- "Nişanyan - Türkçe Etimolojik Sözlük: Samsa". [[4]]. 7-03-2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15-10-2024.
- Pal, Sanchari. "TBI Food Secrets: Unravelling the Fascinating History of the Samosa, India's Favourite Street Snack". The Better India (ingilis). 2017-01-04. 5 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
- "Samosas Recipe by Niru Gupta". NDTV Food. 3 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2021.
- çaat və ya çat Hindistanda qəlyanaltılar ailəsidir, adətən Hindistan, Pakistan, Nepal və Banqladeşdə Cənubi Asiyada tövlələrdən və ya yeməkdən əvvəl kimi verilir və ya yol kənarında satılır.
- "စမူဆာသုပ်". WE (birman). 11 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
- ing. Meat floss - Çin mənşəli, pambığa bənzər qurudulmuş ət məhsuludur
- bir sıra Latın Amerikası və Karib hövzəsi ölkələrində ənənəvi yemək.
- qızardılmış çörəkdən hazırlanmış qalın qabıqlı, ədviyyatlı balığ ilə doldurulur
- "Samoosas in South African Cuisine". 3 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2019.
- "Samoosa (Samosa) | Indian Fusion South Africa". 11 September 2010. 19 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2019.
- "Samoosas". 26 April 2012. 29 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2019.
- Keyp Malaylari, həmçinin Keyp müsəlmanları və ya Malaylar kimi tanınan, Cənubi Afrikadakı müsəlman icması etnik qrupu.
- Puff-puff, qızardılmış xəmirdən hazırlanmış və Afrikada, xüsusən də qitənin qərbində yeyilən ənənəvi qəlyanaltıdır.
- Mascarene Adaları
- "My Grandmother's Iraqi Jewish Sambusak Are the Perfect Appetizer | The Nosher". My Jewish Learning (ingilis). 2023-06-01. 4 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
- Rapoport, Shalom. "Traditional Israeli Food". Israeli Blogger the blog about travelling all over Israel and daily life in Israel (ingilis). 2021-03-22. İstifadə tarixi: 2023-06-17.
- Avey, Tori. "Cheese Sambusak". Tori Avey (ingilis). 2011-03-09. 4 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
- "Sambusak (Sephardic Stuffed Pastries)". RecipeLand.com (ingilis). 4 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-17.
- Sheff, Sharon Gomperts and Rachel Emquies. "A Classic of the Iraqi Kitchen: Curried Chickpea Sambusak". Jewish Journal (ingilis). 2022-05-26. İstifadə tarixi: 2023-06-17.
- South African English is lekker! Arxivləşdirilib 18 mart 2012 at the Wayback Machine. Retrieved 13 June 2007.
- Trader Joe's Fearless Flyer: Mini Vegetable Samosas Arxivləşdirilib 12 yanvar 2020 at the Wayback Machine. Retrieved 27 May 2019.
- Fennel-Scented Spinach and Potato Samosas Arxivləşdirilib 30 yanvar 2008 at the Wayback Machine. Retrieved 6 February 2008.
- Potato Samosas Arxivləşdirilib 18 oktyabr 2006 at the Wayback Machine. Retrieved 6 February 2008.
- Tortilla və ya Tortilya əvvəlcə qarğıdalı unundan hazırlanmış, indi də buğda unundan hazırlanan Mezoamerikan nazik, dairəvi mayasız yastı çörəkdir.
- "Samosas Banned: Islamist Group Calls The Pastry 'Offensive' - Islamist Group Bans Samosas". [[5]]. 29-09-2011. İstifadə tarixi: 15-10-2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Samsa ile sehv salmayin Samosa farsca Sambosag سنبوسگ sozundendir ucbucaqli xemir menasini verir Cenubi Asiya ve Qerbi Asiyanin qizardilmis qelyanaltisidir Bu esasen terevez edviyyatli kartof sogan noxud hemcinin vegetarian olmayan et ve ya baliqdan ibaret olan iclikli xemirdir Bolgeden asili olaraq ucbucaq konus ve ya aypara kimi muxtelif formalarda hazirlanir EtimologiyaSamosa sozu Hindustanin samosa urdu سموسہ hind सम स ifadesinden yaranmisdir Bu termin orta fars dilindeki sanbosag سنبوسگ sozunden goturulub menasi ucbucaqli xemir dir Oxsar xemirler ereb dilinde sambusak adlanir ve orta esr ereb resept kitablarinda bezen sambusaj kimi de yazilir Bu terminlerin hamisi farsca sanbosaq sozunden toremisdir TarixNimetname i Nasiruddin Sahi samosanin nece bisirilmesini izah eden fars elyazmasiFars elyazmasi olan Nimatnama i Nasiruddin Shahi teq 16 ci esr ile orta esr Hindistan yemek kitabi samosalarin teqdim edildiyini gosterir Cenubi Asiya samosasinin Yaxin Serqin orta esrler dovrunde bisirilen ve qizardilmayan oldugu dusunulur Samosanin en qedim qeydini Abbasiler dovrunun sairi Ishaq el Movsili sanbusaj adlandiraraq tesvir etmisdir X XIII cu esrlere aid ereb metbexi kitablarinda bu yemeye sanbusak sanbusaq ve sanbusaj kimi istinadlar tapilir ki bunlarin hamisi farsca sanbosag sozunden goturulub Bu yemek Iranda XVI ci esre qeder meshur idi lakin XX ci esrde onun populyarligi bezi bolgelerle meselen Laristanda sambusa olaraq mehdudlasdi Iran tarixcisi Ebulfezl Beyheki 995 1077 ozunun Tarix e Beyhaghi eserinde bu yemekden behs etmisdir Orta Asiya samsasi Hindistan yarimadasina XIII XIV cu esrlerde Yaxin Serq ve Orta Asiyadan gelen aspazlar terefinden getirilmisdir Bu aspazlar Dehli Sultanligi dovrunde hokmdarlarin saray metbexlerinde samosa bisirirdiler Dehli Sultanliginin sairi ve alim Emir Xosrov Dehlevi 1253 1325 1300 cu illerde yazir ki sahzadeler ve zadeganlar etden yagdan ve sogandan hazirlanmis samosalari cox sevirdiler XIV cu esrin seyyahi Ibn Betute Mehemmed bin Tugluqun sarayinda badam puste qoz ve edviyyatlarla doldurulmus kicik samusaklarin sambusak plovun ucuncu yemeyinden evvel getirildi tesvir etmisdir Merkezi Hindistanda Malva Sultanliginin hokmdari Ghiyath Sah ucun baslayan orta esr hind metbexi kitabi Nimetname i Nasiruddin Sahi samosa hazirlamaq senetini izah edir XVI ci esr Boyuk Mogol imperiyasi senedi Ain i Akbari ise qottab reseptinden behs edir ve qeyd edir ki Hindistan xalqi bu yemeye sanbusah deyir Regional cesidlerHindistan Samosa esasen undan yerli dilde mayida kimi taninir hazirlanir ve iclik kimi adeten dogranmis ve ya qaynadilmis kartofun puresi sogan yasil noxud mercimek zencefil edviyyatlar ve yasil cili ile doldurulur Icliyin terkibinden asili olaraq samosa hem vegetarian hem de qeyri vegetarian ola biler Xemiri bitki yaginda ve ya nadir hallarda kere yaginda qizili qehveyi renge qeder qizardilir Samosa adeten isti verilir ve yaninda tez tez nane ve ya kesnis catni hemcinin Hindistan tamarindasi catni kimi teze yasil catni verilir Sirin versiyasi da movcuddur Samosalar tez tez caat kuce yemeyi novu ile birlikde teqdim olunur noxud ve ya ag noxudun musayieti ile verilir uzerine qatiq Hindistan tamarindasi catni yasil catni sepilir ve dogranmis sogan kesnis ve caat masala ile bezedilir Assam Orissa Qerbi Benqaliya Bihar ve Charkhand kimi Hindistan statlarinda singaras ve ya singras cingras adlanan samosa versiyasi genis yayilib Bu samosalar Hindistanin diger bolgelerindekilerden bir qeder kicikdir ve esasen bismis kartof yer fistigi ve bezen kismis ile doldurulur Singra adi undan hazirlanmis nazik xemirden bukulur ve qizardilir Yaxsi singra xirda xirda xirtildayan bir xemir ile ferqlenir Singralar cay qelyanaltisi kimi yeyile biler ve hem de sirin formada hazirlanir Benqal singralari ucbucaqli olur kartof noxud sogan dogranmis badam ve ya diger terevezler ile doldurulur Singra samosalarla muqayisede daha cox qizardilib xirtildayan olur Gul kelemi iclikli singra meshur bir variantdir Qeyri vegetarian versiyalarin arasinda qoyun etinden hazirlanan singra ve baliq singrasi da var Sirin versiyalarina ise kokos ile doldurulmus singralar ve koa ile doldurulub seker serbetine batirilmis Misti Singara kimi novler daxildir Hindistanin Heyderabad seherinde ise daha qalin xemirli qiyme et ile doldurulmus kicik bir samosa versiyasi olan luxmi meshurdur Bundan elave sogan iclikli basqa bir variasiyasi da movcuddur Andhra Prades Karnataka Kerala ve Tamilnad statlarinda samosalar diger bolgelerden ferqli olaraq bir qeder ferqli hazirlanir Bu samosalar Portuqaliya camucasina benzeyir ve xemir terzi de ferqlenir Icliyi adeten kartof puresi edviyyatlar qizardilmis sogan noxud yerkoku kelem karri yarpaqlari ve yasil cili ile doldurulur Cenubi Hindistan samosalari umumiyyetle catnisiz yeyilir ve olculeri de muxtelif olur Samosalar yerli yemek verdislerine gore deyisir ve et xemirin icerisinde ola biler Samosa qizardilmadan evvel Kolkatadaki bir sirniyyat magazasinda Hindistanda Samosa Keraladaki hindxanalarinda pomidor ketcuplu samosa Terevez samosasi Terevez samosasiBanqlades Banqlades samosasi qelyanalti yemeyi Banqladesde hem yasti ucbucaqli hem de tam formali tetraedr ucbucaq piramida samosalar meshurdur Tam formali samosa yeni Bengal versiyasi shingara adlanir ve adeten diger novlerden kicik olur Shingara adeten dogranmis kartof terevez ve qoz findiq ile doldurulur lakin bezi bolgelerde mal eti ile doldurulmus versiyalar da meshurdur Yasti formali samosaya ise somosa ve ya somuca deyilir ve esasen sogan ve qiyme et ile doldurulur Nepal Nepalin serq zonasinda samosalar singadas kimi taninir olkenin qalan hissesinde ise samosa adi ile meshurdur Hindistanda oldugu kimi Nepalda da bu yemek meshur qelyanaltidir ve onu saticilar muxtelif bazar ve restoranlarda satirlar Pakistan Pakistanda muxtelif samosa novleri movcuddur Sind eyaleti ve Pencab serq bolgesinde satilan samosalar adeten daha edviyyatli olur ve kartof ve terevezle doldurulur Olkenin qerb ve simal bolgelerinde satilan samosalar ise esasen qiyme et ile doldurulur ve daha az edviyyatlidir Etli samosalar quzu mal eti ve ya toyuq ile doldurulur Pakistanda xususile meshur qelyanaltidir Keraci seherinde satilan samosalar edviyyati ile meshurdur Feyselabadda ise qeyri adi boyukluyu ile ferqlenir Keracide daha nazik ve xirtildayan kagiz samosa kaghazi samosa Urdu کاغذی سموسہ adli xususi bir samosa novu de movcuddur Pencabda basqa bir meshur samosa novu ise edviyyatli noxud sogan ve kesnis yarpaqlari ile birlikde verilir uzerine catni sepilir Pakistanda sirin samosalar da var xususile Pisever kimi seherlerde Bu samosalar hec bir iclikle doldurulmur ve qalin seker serbetine batirilir Pencabda meshur olan basqa bir qelyanalti novu samosa caat dir Bu yemek dogranmis samosanin qatiq catni ve edviyyatli noxudla birlesdirilmesinden ibaretdir Samosa tek halda ve ya yanina catni ile de yeyile biler Pakistanda Ramazan ayi erzinde samosa bir cox ailelerin iftar sufresinin ayrilmaz hissesidir Maldiv adalari Maldiv metbexinde samosa novleri bajiyaa adi ile taninir Bu samosalar adeten tuna baligi ve sogan kimi icliklerle doldurulur Oxsar qelyanaltilarBir cox diger olkelerde de samosaya benzer qelyanaltilar ve variantlar movcuddur Bu yemekler ya Cenubi Asiya samosasindan ya da Yaxin Serqin orta esr seleflerinden tesirlenerek hazirlanir Orta Asiya Cenub Serqi Asiya Myanma Birma Birma uslublu samusa hind analoqlarindan daha kicik ola biler Birmada samosa samuza စမ ဆ adlanir ve genis yayilmis meshur kuce yemeyidir Birmada samosa hemcinin samuza thoke စမ ဆ သ ပ adli enenevi salatda istifade olunur bu salat sogan kelem nane kartof ve noxud sorbasi qaram masala cili biber tozu duz ve laym ile qarisdirilmis samosadan ibaretdir Indoneziya Indoneziya uslubunda samosa kue kering kimi mueyyen edilir Indoneziyada samosa adi ile taninir ve kartof pendir karri rousong ve ya eriste ile doldurulur Bu yemek adeten sambal ile birlikde qelyanalti kimi verilir Indoneziyada samosa pastel panada ve epok epok ile oxsardir Afrika Serqi Afrika Serqi Afrika olkelerinde o cumleden Somali Tanzaniya Keniya Uqanda Burundi Eritreya Efiopiya ve Ruandada da samosa esasen yerli metbexin ayrilmaz hissesidir Somali Somali metbexinde samosa sambusa ve ya sambuus adlanir ve adeten Somali edviyyatlari ile qarisdirilaraq qiyme mal eti ve ya terevez ile doldurulur Xususile Ramazan ayinda sambusa cox populyardir Somali sambuusu qizardilir Afrika buynuzunda o cumleden Cibuti ve Efiopiyada samosa sambuuse kimi taninir ve yerli metbexde muhum yer tutur Kuce yemekleri kimi cox meshurdur Cenubi Afrika Cenubi Afrikada samusa kimi taninan samosalar hind variantlarina nisbeten daha kicikdir ve Cenubi Afrika Hindistan ve Keyp Malaylari metbexinin terkib hissesidir Qerbi Afrika Samosalar Qerbi Afrika olkelerinde o cumleden Qana ve Nigeriyada da esasen kuce yemeyi kimi populyardir Nigeriyada samosalar adeten bayramlar vaxti toyuq ve ya mal eti ile puf puf teze goyerti ve bagayarpagi bisirme banan ile birlikde teqdim edilir ve kicik qelyanalti adlanir Maskarenler Reunyon ve Mavriki adalarinda da samoussas adi ile taninan samosalar genis yayilib Bu adalar Hindistan yarimadasindan emek miqrantlarinin boyuk axini ile uzlesib ve samosalar burada toyuq pendir xerceng ve ya kartofla doldurulur Sokolad banan ve ya pizza novleri de movcuddur Yaxin Serq Israil Seferad ve Mizrahi metbexine aid olan sambusak bir nece formada hazirlanir Sefarad sambusaki adeten daha qalin olur bisirilir ve pendir ve ya mal eti ile doldurulur uzerine kuncut ve ya Hind kuncutu toxumu elave olunur Mizrahi sambusaki ise daha nazik iri qizardilmis olur ve iclik olaraq edviyyatli qoyunnoxudu ve sogan istifade olunur adeten toxumlar elave edilmir Ereb olkeleri Esas meqale Ereb metbexiSambusek Ereb metbexinde sambousek adlanan bu yemek adeten et sogan fistiq Adi qaraqiniq ispanaq ve ya pendirle doldurulur ve Ramazan ayinda genis sekilde istifade edilir Iran Sambuse Iranin Ehvaz seherindeki bazarda Iran metbexinde sambuse farsca سمبوسه xususen cenub bolgelerinde yaygindir Enenevi olaraq qoz seker etirli otlar ve ya edviyyatlarla doldurulmus qottab seklinde hazirlanir ve yagda qizardilir Sirin qottab versiyasi genis yayilmisdir lakin etden istifade edildikde ona qottab deyilmir Hazirda Iran sambusasi tez tez kolbasa ve pizza pendiri ile doldurulur hemcinin terevezli variantlar da movcuddur Portuqal dilli bolgeler Qoa Portuqaliya ve Anqolada ise samosalar camucas kimi taninir ve adeten toyuq mal eti donuz eti quzu ve ya terevez ile doldurulur isti verilir Camucas Qoa ve Portuqaliya metbexinin ayrilmaz bir hissesidir ve genis yayilmis qelyanaltidir Ingilis dilli bolgeler Samosalar Boyuk Britaniyada Avstraliya Yeni Zelandiya Trinidad ve Tobaqo Barbados Qayana Uqanda Cenubi Afrika Ruanda Keniya Tanzaniya Kanada ve Amerika Birlesmis Statlarinda da meshurdur Onlar bezi yerlerde samboosa ve ya sambusak adlanir lakin Cenubi Afrikada tez tez samusa kimi taninir Dondurulmus samosalar Avstraliya Kanada ABS ve Boyuk Britaniyada erzaq magazalarinda asanliqla tapila biler ve bezen Hindistan ve Pakistan kuce bazari saticilari terefinden teze olaraq satilir Kovrek ve ya un tortilla bu yemeyin bir variantidir Es Sebabin samosa qadagani Somalide bezi bolgelerde nezaret eden ekstremist qrup Es Sebab 2011 ci ilde samosalarin icliyinde curuk et istifade edilmesi ile bagli narahatliqlar sebebinden samosani qadagan etmisdi Istinadlar samosa 1 Istifade tarixi 15 10 2024 Food s Holy Triangle 2 18 01 2015 Istifade tarixi 15 10 2024 samosa 3 4 01 2004 tarixinde arxivlesdirilib Istifade tarixi 15 10 2024 Nisanyan Turkce Etimolojik Sozluk Samsa 4 7 03 2023 tarixinde arxivlesdirilib Istifade tarixi 15 10 2024 Pal Sanchari TBI Food Secrets Unravelling the Fascinating History of the Samosa India s Favourite Street Snack The Better India ingilis 2017 01 04 5 January 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 05 01 Samosas Recipe by Niru Gupta NDTV Food 3 December 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 23 April 2021 caat ve ya cat Hindistanda qelyanaltilar ailesidir adeten Hindistan Pakistan Nepal ve Banqladesde Cenubi Asiyada tovlelerden ve ya yemekden evvel kimi verilir ve ya yol kenarinda satilir စမ ဆ သ ပ WE birman 11 January 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 01 09 ing Meat floss Cin menseli pambiga benzer qurudulmus et mehsuludur bir sira Latin Amerikasi ve Karib hovzesi olkelerinde enenevi yemek qizardilmis corekden hazirlanmis qalin qabiqli edviyyatli balig ile doldurulur Samoosas in South African Cuisine 3 December 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 19 May 2019 Samoosa Samosa Indian Fusion South Africa 11 September 2010 19 May 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 19 May 2019 Samoosas 26 April 2012 29 May 2019 tarixinde arxivlesdirilib Istifade tarixi 19 May 2019 Keyp Malaylari hemcinin Keyp muselmanlari ve ya Malaylar kimi taninan Cenubi Afrikadaki muselman icmasi etnik qrupu Puff puff qizardilmis xemirden hazirlanmis ve Afrikada xususen de qitenin qerbinde yeyilen enenevi qelyanaltidir Mascarene Adalari My Grandmother s Iraqi Jewish Sambusak Are the Perfect Appetizer The Nosher My Jewish Learning ingilis 2023 06 01 4 September 2024 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 06 17 Rapoport Shalom Traditional Israeli Food Israeli Blogger the blog about travelling all over Israel and daily life in Israel ingilis 2021 03 22 Istifade tarixi 2023 06 17 Avey Tori Cheese Sambusak Tori Avey ingilis 2011 03 09 4 September 2024 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 06 17 Sambusak Sephardic Stuffed Pastries RecipeLand com ingilis 4 September 2024 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 06 17 Sheff Sharon Gomperts and Rachel Emquies A Classic of the Iraqi Kitchen Curried Chickpea Sambusak Jewish Journal ingilis 2022 05 26 Istifade tarixi 2023 06 17 South African English is lekker Arxivlesdirilib 18 mart 2012 at the Wayback Machine Retrieved 13 June 2007 Trader Joe s Fearless Flyer Mini Vegetable Samosas Arxivlesdirilib 12 yanvar 2020 at the Wayback Machine Retrieved 27 May 2019 Fennel Scented Spinach and Potato Samosas Arxivlesdirilib 30 yanvar 2008 at the Wayback Machine Retrieved 6 February 2008 Potato Samosas Arxivlesdirilib 18 oktyabr 2006 at the Wayback Machine Retrieved 6 February 2008 Tortilla ve ya Tortilya evvelce qargidali unundan hazirlanmis indi de bugda unundan hazirlanan Mezoamerikan nazik dairevi mayasiz yasti corekdir Samosas Banned Islamist Group Calls The Pastry Offensive Islamist Group Bans Samosas 5 29 09 2011 Istifade tarixi 15 10 2024