Bəbir (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Bəbir | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bəbir | ||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5–8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.
Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Azərbaycanda nadir hallarda (Lənkəranda və Naxçıvanda), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır. Ömrü vəhşi təbiətdə 10-11, qapalı yaşam şəraitində () 21 ilədək ola bilir. Əsasən, cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır.
Etimologiya və tədqiqat tarixi
Qədimdə belə hesab edirdilər ki, bəbir şir və panterin hibrididir. Onun yunan mənşəli yun. λέων leōn (şir) və πάρδος pardos (erkək panter) sözlərinin birləşməsindən əmələ gəlmiş λέωπάρδος leōpardos (leopard) adında bu öz əksini tapmışdır.
Bəbirin müasir adı Panthera pardus latınlaşdırılmış yun. πάνθηρ pánthēr sözündən əmələ gəlmişdir. Belə ki, παν "pan" (tam, bütün) və θηρ (heyvan) deməkdir. Belə bir fikir vardır ki, onun ilkin adı hind-iran mənşəli olmuş "ağımtıl-sarı və ya avazı" mənasını daşımış, sonralar yunanlaşdırılmışdır.. Bəbirin öyrənilməsində Felis pardus adlı "Systema naturæ" ilk elmi tədqiqat işi Karl Linneyə məxsusdur. 1929-cu ildən etibarən bəbir Panthera cinsinə aid edilmişdir..
Filogenezi və təkamülü
qazıntıların molekulyar və kladistik müayinələr sübut edir ki, növün yaranma mərkəzi Asiya qitəsidir.
Bəbirin əcdadı digər panter cinsindən olanların əcdadları kimi ümumi əcdaddan 11 milyon il bundan əvvəl ayrılmışdır. Antropoloji qazıntılar göstərir ki, müasir bəbirin əcdadı 3,8 milyon il əvvəl meydana gəlmişdir.
Müxtəlif üsullarla əldə edilmiş molekulyar filogenetik nəticələr göstərir ki, Panthera cinsli növlərin bir-birilə sıx qohumluğu var. Ümumi əcdaddan bəbir bir növ kimi pələng və irbisdən sonra, şir və yaquardan isə çox əvvəl formalaşmışdır.
Hesab edilir ki, bəbirin əcdadı Asiya qitəsində meydana gəlmiş və Afrikaya miqrasiya yolu ilə yayılmışdır.
Müasir bəbir isə təxminən 470 000—825 000 il öncə Afrikada formalaşmış və Asiyaya 170 000—300 000 il bundan qabaq yayılmışdır.
Dişlərinin quruluşu
Yaşlı bəbir digər pişikkimilərin nümayəndələri kimi 30 dişə malikdir. Yuxarı və aşağı çənələrdə hərəsində 6 kəsici, 2 köpək; yuxarı çənədə 3 ön çeynəmə (premolyar) və ya kiçik azı dişlər, 1 arxa çeynəmə (molyar) və ya böyük azı dişlər, aşağı çənədə isə 2 ön çeynəmə (premolyar) ya kiçik azı dişlər, 1 çeynəmə (molyar) və ya böyük azı dişlər yerləşmişdir.
Diş düsturu:.
İzahı:
Yarımnövləri
Bəbir əsasən ləkələrinin yerləşməsi və rəng çalarına görə 27 yarımnövə ayrılır. Lakin DNT-loji tədqiqatlar əsasən 8, ya 9 yarımnöv təsdiq edilir..
- Afrika bəbiri (Panthera pardus pardus), Afrika
- Berber bəbiri (Panthera pardus panthera)
- Zənzibar bəbiri ()
- Hind-Çin bəbiri (Panthera pardus delacouri),
- Yava bəbiri (Panthera pardus melas)
İndoneziya-(Yava adaları) - Hindistan bəbiri (Panthera pardus fusca),
Hindistan, Pakistan, Nepal - Seylon bəbiri (Panthera pardus kotiya),
Şri-Lanka (Seylon) - Şimali Çin bəbiri (Panthera pardus japonensis), Çin
- Uzaq Şərq bəbiri (Panthera pardus orientalis),
Rusiya-(Uzaq şərq), Şimali Çin, Koreya - İran bəbiri (Panthera pardus saxicolor),
Yaxın Şərq, Qafqaz - Sinay bəbiri (Panthera pardus jarvisi)
- Yaxın Şərq bəbiri (Panthera pardus tulliana)
- Ərəbistan bəbiri (Panthera pardus nimr),
Ərəbistan yarımadası - †Avropa bəbiri
Nəsli kəsilmiş
- † Avropa bəbiri (Panthera pardus sickenbergi) — Bir zamanlar Avropa ərazisində geniş yayılmış yarımnöv olmuşdur. Çox təəssüflər olsun ki, 10 000 il bundan qabaq kökü kəsilmişdir.
Qara (melanis) Bəbir
Təbiətdə nadir hallarda qara rəngli bəbirlərə də rast gəlinir. Qara bəbirləri melanis yəni, qara piqmentləşmiş bəbirlər adlandırırlar. Dərisini qara rəngi monogenetik ressesiv əlamət olub, adi xallı bəbir valideynlərindən melanis bəbirlər dünyaya gələ bilir. Belə ki qara rəng daşıyan genlər xallı bəbirlərdə ressesivdir. Hər iki valideyndən alınan bu ressesiv genlər bir araya gəldikdə (rastgəlmə ehtimalına əsasən) onda bala qara rəngli ola bilir. Əlbəttə ki, bu ehtimal çox da böyük olmadığından qara bəbirlərə də nadir hallarda rast gəlinir.
Yaşayış yeri
Bəbir tropik və subtropik qurşaqların tipik nümayəndəsidir. O, dərin qar örtüyünə və soyuq iqlimə az uyğunlaşır. Uzaq şərqdə rast gəlinən bəbirlər əsasən qar örtüyü az və daimi olmayan yerlərdə yaşayırlar. Düşmənlərdən gizlənmək və şikarını güdmək üçün bəbirlərə ağaclar, qayalar, sərt yamaclı dərələr lazımdır.
Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və ölkəsində sıx meşələrdə və dağlarda yaşayır.
Azərbaycanda bu heyvanlar Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında, yarğanlarda, daş uçqunluqlarında rast gəlinir. Çox vaxt bəbirin yayılması onun qidalandığı heyvanlardan asılıdır. Talış dağlarında onların qidasını cüyürlər, çöldonuzları, tirəndazlar (oxlu kirpilər), porsuqlar, Kiçik Qafqazda bunlardan başqa dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunları təşkil edir. Qış aylarında bəbirlər dağların güney yamaclarında qarsız yerlərdə olur, istirahət etmək və şikarını güdmək üçün dərələrin dibində, daşların altında uzanır. Bəbirlər oturaq həyat tərzi keçirirlər. Yalnız gənc heyvanlar ailə dağıldıqdan sonra yeni ərazilər tapmaq üçün uzaqlara gedirlər.
Yuvaları, müvəqqəti daldanacaqları
Yaşlı tənha bəbirlər yuvadan istifadə etmirlər. Onlar qayaların altında, uçqunluqlarda, dağların ətraf yaxşı görünən yerində istirahət edirlər. Pis havalarda bu heyvanlar küləkdən, yağışdan, qardan daldalanmaq üçün qapalı yerlərdə gizlənirlər.
Ana bəbirlərin bala çıxartdığı yuvalar sərt dərələrin əlçatmaz yarğanlarında, daş yığnaqlarında, meşənin sıx ağaclı, itburnu, böyürtkən kolları ilə örtülmüş çoxlu mağara və əsasən də onların qidalandığı heyvanların çox olduğu yerlərdə olur. Yuvaları ətraf yerlərdən seçilmir və onların ətrafında qida qalıqları olmur. Bəbirlər yuvadan az müddət ərzində istifadə edir. Balaları böyüdükdə ana bəbirlər daldalandığı yerləri vaxtaşırı dəyişir.
Qidalanması və ov etmə üsulları
Bu yırtıcının qidalanması çox müxtəlifdir. O, bütün canlılara hücum edir, hətta leşlə də qidalanır. Onun əsas qidasını vəhşi cütdırnaqlı heyvanlar dağ keçiləri və qoyunları, nəcib maral, cüyür və çöldonuzu təşkil edir. Vəhşi cütdırnaqlılar çox olan yerlərdə bəbirlər ev heyvanlarına demək olar ki hücum etmir. Qida azlığından bəbirlər tirəndazlarla və ev heyvanları ilə qidalanmağa məcburdurlar. ovlayarkən bəbirlər özləri də yaralanırlar.
Bəbir tülkülərə, çaqqallara, canavarlara, porsuqlara, xırda pişiklərə, gəmiricilərə və quşlara da (kəkliklərə) hücum edir. az olan yerlərdə bu onların yaşamasına kömək edir.
Bu ov edərkən iki üsuldan istifadə edirlər. Birinci halda onlar sakitcə ehtiyatla ətrafa boylanaraq şikarına yaxınlaşır, yerə sıxılaraq yavaş-yavaş sürünür və cəld onun üstünə atılırlar. Bu cür ildırım sürətilə sıçrayarkən onun şikarı özünü itirir və kanara qaçmağa macal tapmır. Onun sıçrayışı uğursuz olduqda əlindən çıxmış şikarının dalınca düşüb onu izləmir.
İkinci halda bəbirlər heyvanların su içdiyi və ya keçdiyi yerlərdə pusquda durub gözləyir. Ötüb keçən heyvanın üzərinə 6–8 m olan sıçrayışla atılır.
Xırda heyvanları pəncəsinin zərbəsilə öldürür, irilərinin üzərinə sıçrayaraq əvvəlcə onları yerə yıxır. Şikarının buynuzlarından və təpiklərindən qorunmaq üçün boğazından tutaraq son nəfəslərinə kimi onu boğur. Yıxılmamış heyvanların boyunlarından dişləri ilə yapışır. Əlindən çıxmış heyvanı bəzən qovub çatır və ön pəncəsinin zərbəsilə yerə sərir.
İri qabanları ovlamaq xüsusi bacarıq tələb edir və bu işi yalnız təcrübəli bəbirlər bacarırlar. Az təcrübəsi olanlar qabana hücum edərkən ciddi zədələr alırlar. Tirəndazı ovlayarkən bəbirlər təhlükəli iynələrdən yayınmaq üçün həmişə bir müddət onun ətrafında fırlanır və nəhayət imkan düşən kimi pəncələri ilə ən zərif hissəsi olan başından vurub ölümcül hala salır.
Adətən bəbirlər ova tək çıxırlar. Nadir hallarda ana bəbiri balaları ilə və ya erkək bəbiri dişi ilə ova çıxmış görmək olar. Şikarını ovlayandan sonra bəbirlər qəniməti ilə birlikdə gizlənməyə çalışırlar. Bir dəfəyə bəbir 2-3 kq ət yeyir. da onlara gündə bu qədər ət verirlər. Ac bəbirin bir dəfəyə bütöv bir cüyürü yeməsi məlumatı doğru deyildir. Yem olmadıqda bəbirlər 7-11 gün ac qala bilir və bu zaman aktivliyi itirmirlər.
Həyat tərzi və davranışı
Azərbaycan ərazilərində yaşayan bəbirlər adətən toranlıq və ya gecə həyatı tərzi keçirirlər. Axşam toran düşəndə onlar ova çıxır və gecənin birinci yarısında, eləcə də səhər tezdən ov edirlər. Hava yağmurlu və soyuq olarkən onlar şikarlarını gündüzlər də təqib edirlər. Bəbir çox ehtiyatlı və gizlin həyat tərzi keçirir. Bu ehtiyatlı olsa da qorxaq deyildir. İnsan gördükdə qorxu hissini büruzə vermir. Əsas hallarda görünməz qalmağa çalışır və birinci olaraq hücum etmir. Adamla qarşılaşdıqda yavaş-yavaş kənarlaşır və hətta ona uğursuz atəş açdıqda belə qaçmağa tələsmir. Bəzi bəbirlər yaralandıqda və ya insanla qarşı-qarşıya gəldikdə həddən artıq aqressiv olurlar. XX əsrin 1980-ci illərində Qərbi Kopetdağda (Türkmənistan) 8 dəfə, Talış dağlarında və Naxçıvanda (Azərbaycan) isə cəmi 4 dəfə bəbirin insana hücumu hadisəsi baş vermişdir və bütün hallarda hadisənin səbəbkarı insan özü olmuşdur. Hər heyvanın öz fərdi sahəsi olur. Qərbi Kopetdağda bir erkək fərdin ərazisi 40-50 min, dişilərin isə 15-20 min hektara çatır. Bir erkək bəbirin fərdi sahəsində 2-3 dişi fərd yaşaya bilir.
Çox hallarda bəbirlər dağların ətəyi və dərələrin dibi ilə gəzirlər. Cavan fərdlər, yaşlı erkəklər və dişilər yalquzaq həyat tərzi keçirirlər. Bəbirlərin ailəsi yaşlı dişi fərddən və 2-4 baladan ibarət olur. Balalar 1-1,5 yaşlarında olanda bəbirlərin ailəsi dağılır.
Bəbir şahənə yeriyir, addımlarını yüngül və səssiz atır. Pəncələrindəki qalın tük yastığının olması və yeriyərkən öncə barmaqlarını yerə basmaqları onların addımlarını səssiz edir. Şikarının dalınca gedərkən bəbirlər hərdən yavaş, hərdən saatda 5 km sürətlə, bəzən dörd ayaq qaçır, sonra isə sürətini tam azaldır. O, yavaş hərəkət etdikdə başını aşağı salır, alt cənəsi isə sallanmış vəziyyətdə olur. Tez-tez dayanıb ətrafa baxır. Onun eşitmə və görmə qabiliyyəti çox güclüdür. Gecələr də yaxşı görməsi ona qaranlıqda sərbəst qaçmağa, sıçramağa və uğurlu ov etməyə imkan verir. Aylı gecədə gündüzlər olduğu kimi ehtiyatla davranır, açıq yerlərə çıxmır, ağacların, daşların kölgəsində daldalanır.
Bəbirin qoxu bilmə qabiliyyəti zəif inkişaf edib.
Bəbir balalarının ilk oyuncağı onların quyruğunun ağ ucu olur. Onu tutmaq üçün balalar saatlarca çalışırlar. Quyruğun hərəkəti yırtıcıların qarşılıqlı münasibətlərində xüsusi rol oynayır. Bu hərəkətlərə görə heyvanın əhvalı haqqında fikir söyləmək olar. Quyruğun sakitcə yan tərəflərə hərəkəti heyvanın həyəcanlandığından və sıçrayışa hazırlaşdığından xəbər verir.
Bəbir təmizkar heyvandır və pələngdən fərqli olaraq öz nəcisini əksər hallarda torpağa basdırır.
Çoxalması
Bəbirlərin cütləşməsi bütün il boyu müşahidə oluna bilər. Amma çox hallarda balaları yaz aylarında və ya payızın sonunda dünyaya gəlirlər. Cütləşmədə olan dişilər belləri üstə ağnayır, bellərini əyərək quyruqlarını qaldırır. Özünəməxsus səslər çıxarırlar. Bundan başqa onlar müvəqqəti olaraq qidalanmır və ya az yeyirlər. Bir dişinin arxasında bu dövrlərdə bir-birləri ilə rəqabət aparan (dalaşan) və bərk səslər çıxaran erkəkləri görmək olar. Hamiləlik dövrü 90-105, əsasən 92-95 gün çəkir, hər dəfə 2-4, əksər hallarda 1-2 balaları olur. Ölmüş balalarını ana bəbir adətən yeyir.
Balalarının böyüməsi və inkişafı
Balalar gözləri və qulaq dəlikləri yumulu və ya bağlı halda dünyaya gəlirlər. Bədənləri açıq qonur rəngli sıx uzun tüklə örtülü olur. Təzə doğulmuş balaların kütləsi 500-700 q, bədənlərinin uzunluğu isə 15 sm olur. 6-9 gündən sonra onların gözləri açılır. 20-ci gün üst kəsici dişləri, 42 gündən sonra isə bütün süd dişləri çıxmış olur. Daimi köpək dişləri bir yaşında olarkən çıxır. 12-15 günlük olanda balalar sürünməyə və hərdən ayağa qalxmağa başlayırlar.
Bir aylığında onlar artıq sürətlə qaçır, qayalara dırmaşır, 35 günlüyündə isə hərəkətləri daha elastik olur və onlar tullanıb düşürlər. İki aylıq balalar yuvadan çıxıb ətrafda oynayırlar. Bu dövrdə onlar xırda heyvanları çəyirtkələri, qurbağaları tutmağa çalışırlar. Bir şey ovladıqda onlar şikarını yeyir, əksər hallarda isə atırlar.
Ana balalarını 3 ay, bəzən isə 5-6 ay südlə bəsləyir. 6-8 həftəlik balalar artıq analarının gətirdiyi ətlə qidalanırlar. Beş aylıq balalar xırda heyvanları tutmaq üçün kifayət qədər cəld olurlar. Onlar ova gedən analarını müşayət edir və bütün hərəkətlərində ona oxşamağa çalışırlar. Bir yaşlı balalar yaşlı fərdlərdən çox kiçik görünsələr də, anaları ilə birgə artıq cütdırnaqlıları ovlayırlar.
Balaların 1-1,5 yaşı olanda analarından ayrılırlar. Bu proses ananın yeni cütləşmə dövrünün başlanması ilə sürətlənir. Cütləşmə dövründə erkək fərd dişinin yanında yalnız dişi balanın olmasına imkan verir. Erkək balaları 3 yaşında ata bəbir analarının yanından qovur. Atılmış erkək balalar ilk dövrdə bir yerdə yaşayır və valideyn cütlüyünün izi ilə hərəkət edib onların qida qalıqlarını yeyirlər. Yaşlı bəbirlər ilin böyük hissəsini tək yaşayırlar. Yalnız cütləşmə, hamiləlik dövründə və balalar təzə dünyaya gəldikdə bu yırtıcılar bir yerdə olurlar. Balalar hələ gözüyumulu olduqda ana bəbir adətən erkəyi yanından qovur. Dişi balalar iki yaşında yetkinliyə çatırlar.
Azərbaycanda sayı
Bəbirlərin sayı Azərbaycanda sürətlə azalmış və yox olmaq təhlükəsindədir. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda onların yalnız 13-17 fərdi qalmışdır. Bunun əsas səbəbi vəhşi heyvanların sayının azalması olmuşdur. Bəbirləri gözəl qiymətli dərilərinə görə də ovlayırlar.
(WWF) Azərbaycan nümayəndəliyinin xəbərinə görə ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan ərazisində təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olmuşdur. Quraşdırılmış foto-tələlər Talış dağlarının şimal hissəsində bəbiri qeydə ala bilmişdir. Bəbir kadrda tam əks olunmasa da, bu Azərbaycanda bəbirin olmasına fotosübutdur.
Düşmənləri və rəqibləri
Hazırda Azərbaycanda bəbirin insandan başqa düşməni yoxdur. Ancaq onlar müxtəlif səbəblərdən ölə bilirlər. Bəziləri leysan yağışların selinə düşüb ölür. Amma əksər hallarda onlar qaçaq ovçularının (brakonyerlərin) qurbanı olurlar. Yaralanmış və ya tələyə düşmüş bəbirlər sonradan həlak olurlar. ovlayarkən sonralar aldığı nekrozlaşan yaralardan da onlar tələf olurlar.
Azərbaycanda bəbirin rəqibləri canavar, vaşaq, kaftar və quşlardır. Ona görə də bəbir ovladığı heyvanı kolların arasına, ağacların üstünə və digər gizli yerlərə aparır.
Təbiətdəki rolu
Bəbir təbii ekosistemlərdə piramidanın ən yüksək pilləsində durur. Ona görə də o, ekosistemdə gedən proseslərin tənzimlənməsində, onların davamlı olmasında xüsusi rol oynayır. Yırtıcılar xəstə və zəif heyvanları tutub yeməklə xəstəliklərin yayılmasının qarşısını alır, vəhşi cütdırnaqlıların sayını tənzimləyirlər. Otyeyən heyvanların sayını nizamlamaqla onların kütləvi surətdə artıb yem çatışmazlığından və yoluxucu xəstəliklərdən ölmələrinə imkan vermirlər. Beləliklə, bəbirlər təbiətdəki tarazlığın qorunmasında xüsusi rol oynayırlar. Cənubi və cənub-şərqi Asiyada, həmçinin Afrikada bəbirləri məhv etdikdən sonra məlum oldu ki, onların xeyri ziyanından dəfələrlə çox imiş. Bu yırtıcının sayı kəskin surətdə azaldıqdan sonra çöldonuzları və digər cütdırnaqlıların, həmçinin meymunların sayı intensiv olaraq artmağa başlamışdır. Onların tarlalara, əkin sahələrinə vurduqları zərər bəbirin maldarlığa vurduğu ziyandan xeyli çox olmuşdur. İranda muflonun sayının artması ot örtüyünün deqradasiyasına gətirib çıxartmışdir. O ərazilərə bəbir buraxıldıqdan sonra muflonların sayı nizamlanmış və bitki örtüyü bərpa olmuşdur. Bəzi ölkələrdə, məsələn Keniyada, bu yırtıcının sayını bərpa etmək üçün işlər aparılır.
Qorunma tədbirləri
Nadir növ kimi bəbir Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiıdir. Nəsli kəsilməkdə olan növ kimi bəbir "yox olmaq təhlükəsində olan fauna və flora növlərinin beynəlxalq ticarətinə dair konvensiyanın" 1-ci əlavəsinə salınmışdır.
Zəngəzur silsiləsində Zəngəzur milli parkının, dağının ətəklərində isə Astara qoruğunun yaradılması bəbirlərin mühafizəsi yolunda atılmış ən mühüm addım olacaq.
Ancaq bəbiri yalnız qoruqlarda mühafizə etməklə iş bitmir. Onu rast gəlindiyi bütün yerlərdə qorumaq lazımdır. Bəbiri yox olmaq təhlükəsindən xilas etmək üçün ilk növbədə dağ meşələrində mal-qaranın otlamasını tənzimləmək, vəhşi cütdırnaqlıların sayını yaşadıqları arealda bərpa etmək, qaçaq ovçuluğa qarşı ciddi tədbirlər həyata keçirmək lazımdır. Bəbirlərin qorunub saxlanmasının əsas yolu onların təbii yem bazasının bərpa olunmasıdır. Vəhşi cütdırnaqlılar olmadığı halda bəbirlər ev heyvanlarına hücum etməyə məcburdurlar. Təbii yem bazası bərpa olunana qədər mal-qara sahiblərini bəbirləri məhv etməkdən yayındırmaq üçün digər iqtisadi tədbirlər hazırlanmalıdır. Mal-qara sahiblərinə dəyən ziyan kompensasiya olunmalıdır ki, onlar da öz növbəsində bu yırtıcını məhv etməkdən çəkinsinlər.
Bəbirlər yaşayan yerlərdə onun mühafizəsi istiqamətində geniş təbliğat və ekoloji maarifləndirmə işi aparmaq lazımdır.
Təbiətdə rolu
Təbiətdə onun rolu böyükdür, bəbir xəstə və zəif heyvanları məhv edir.
Bəbirlərin dərisi xəz bazarında çox bahadır, buna görə də onlar brakonyerlər tərəfindən vəhşicəsinə öldürülür. XX əsrin 50-60-cı illərində bəbir dərisindən paltoların dəbdə olması Afrikada bəbirin sayını xeyli azaltmışdır.
Məhv olma təhlükəsi altında olduğuna görə bəbirlər Azərbaycan Respublikasının və -un Qırmızı Kitabına daxil edilib.
Rəmzlərdə
Bəbir qəddarlığı, aqressivliyi, qorxmazlığl, vəhşiliyi tərənnüm edir. Dərisindəki xallar gözü xatırlatdığına görə onu çox vaxt sayıq keşikçi də adlandırırlar. Çinlilərdə bəbir hünər və qəddar döyüşkən obrazı daşıyır. Xristianlarda bəbir şeytanı, günahı, iblisin ikinci üzünü və tamahkarlığı tərənnüm edir. Bəbir Qədim Misirdə ali tanrı Osirisin və yunanlarda isə tanrı Dionisin rəmzi sayılır.
- Dionis bəbir belində çaparkən, cənubi İtaliyada tapılmış krater (küp) üzərində təsvir, e.ə.370
-
- Dionis bəbir belində çaparkən, mozaik təsvir Pella, Yunanıstan, e.ə. IV əsr
- Somalinin gerbində bəbir təsviri
Şəkillər
- Qara piqmentli (melanist) bəbir
-
-
-
-
-
-
-
-
-
-
Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri
Növün müasir arealı çərçivəsində yaşayış yerləri Türyançay Dövlət Təbiət Qoruğu, İlisu Dövlət Təbiət Qoruğunun Axar-baxar sahəsi, Korçay Dövlət Təbiət Qoruğu, Hirkan, Zəngəzur, Göygöl milli parkları, Zuvand, Ordubad, Qax, Korçay yasaqlıqlarında mühafizə olunur. Qida bazasının möhkəmləndirilməsi məqsədilə, Acınohur çölündə və ətraf ərazilərdə ceyranın, Hirkan Milli Parkında nəcib maralın tarixi arealını bərpa etmək, XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək.
Ədəbiyyat
- Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
- Lukarevski V.S., Akkiyev M., Askerov E., Agili A., Can E., Gurielidze Z., Kudaktin A., Yarovenko Y. 2007. Status of the leopard in the Caucasus. Cat News Special Issue, No 2;
- Zazanashvili N., Morschel F., Askerov E., Krever V., Farvar M., Kalem S. 2007. Conservation of the leopard in the Caucasus. Cat News Special Issue, No 2.
Xarici keçidlər
- CEO.az saytındakı "Bəbir – Azərbaycanın fəxri" məqaləsinin tərcüməsi 2009-03-03 at the Wayback Machine
- CEO.az: Леопард — гордость Азербайджана 2009-02-24 at the Wayback Machine
- Vəhşi heyvanlar 2012-01-05 at the Wayback Machine
- http://animals.nationalgeographic.com/animals/mammals/leopard.html
- http://www.awf.org/content/wildlife/detail/leopard
- http://www.agarman.dial.pipex.com/leopard.htm 2006-10-17 at the Wayback Machine
- Bəbir ilə bağlı video – 1
- Bəbir ilə bağlı video – 2
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p.
- . 2009-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-16.
- L Crandall The management of wild animals in captivity. — Chicago: University of Chicago Press, 1964.
- ""Leopard"". Online Etymology Dictionary. Douglas Harper. 2011-08-06 tarixində . İstifadə tarixi: 2007-11-30.
- . // A Sanskrit-English Dictionary (JPEG). Delhi: Banarsidass. 1976. səh. 616. ISBN . Archived from the original on 2008-01-09. İstifadə tarixi: 2007-11-30.
- . // A Sanskrit-English Dictionary (JPEG). Delhi: Banarsidass. 1976. səh. 631. ISBN . Archived from the original on 2008-01-09. İstifadə tarixi: 2007-11-30.
- Linnaeus, C. Systema naturae per regna tria naturae, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis. Tomus I. (Editio decima, reformata.). Holmiae. (Laurentii Salvii). 1758. 2015-03-19 tarixində . İstifadə tarixi: 2010-04-28.
- 1 2 3 4 Johnson, W.E., Eizirik, E., Pecon-Slattery, J., Murphy, W.J., Antunes, A., Teeling, E. & O'Brien, S.J. (2006). "The Late Miocene radiation of modern Felidae: A genetic assessment.". Science 311 (5757): 73–77. DOI:10.1126/science.1122277. PMID 16400146.
- Uphyrkina, O.; Johnson, E.W.; et al. (November 2001). "Phylogenetics, genome diversity and origin of modern leopard, Panthera pardus". Molecular Ecology 10 (11): 2617–2633. DOI:10.1046/j.0962-1083.2001.01350.x. PMID 11883877.
- Olga Uphyrkina et al.: Phylogenetics, genome diversity and origin of modern leopard, Panthera pardus. Molecular Ecology, Volume 10, Issue 11, Page 2617 — November 2001 online 2023-07-04 at the Wayback Machine
- Sriyanie Miththapala: Phylogeographic Subspecies Recognition in Leopards (Panthera pardus): Molecular Genetic Variation. Conservation Biology Volume 10 Issue 4 Page 1115 — August 1996 abstract 2023-07-04 at the Wayback Machine
- "Arxivlənmiş surət". 2023-07-04 tarixində . İstifadə tarixi: 2010-04-29.
- Zazanashvili N., Morschel F., Askerov E., Krever V., Farvar M., Kalem S. 2007. Conservation of the leopard in the Caucasus. Cat News Special Issue, No 2
- . 2012-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-11.
- Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
- Lukarevski V.S., Akkiyev M., Askerov E., Agili A., Can E., Gurielidze Z., Kudaktin A., Yarovenko Y. 2007. Status of the leopard in the Caucasus. Cat News Special Issue, No 2;
- Azərbaycanda ilk dəfə olaraq təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olub.[ölü keçid] 13.03.2007. mediaforum.az (az.)
- Тресиддер Джек Словарь символов. — 1999. — 430 с.
- Макс Мюллер Египетская мифология. — Москва: Центрполиграф, 2007. — 336 с. — 5000 экз. —
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Bebir deqiqlesdirme Bebir lat Panthera pardus heyvanlar aleminin xordalilar tipinin memeliler sinfinin yirticilar destesinin pisikler fesilesinin panter cinsine aid heyvan novu BebirElmi tesnifatDomen EukariotlarRanqsiz AmorpheaRanqsiz Ranqsiz Ranqsiz Ranqsiz FilozoaAlem HeyvanlarYarimalem EumetazoylarKlad Klad IkitereflisimmetriyalilarKlad Tipustu SonagizlilarTip XordalilarKlad Yarimtip OnurgalilarInfratip AgizcenelilerKlad Klad Klad Klad XoanlarKlad Klad Klad Klad Klad Sinifustu DordayaqlilarKlad Klad Sinif MemelilerKlad Klad Klad Klad Klad Klad Klad Yarimsinif Vehsi heyvanlarKlad EuteriyalarInfrasinif PlasentalilarMaqndeste Desteustu LavrazioterilerKlad Qranddeste Mirdeste FeraeKlad Klad Klad YirticikimilerDeste YirticilarYarimdeste PisikkimilerFesile PisiklerYarimfesile Boyuk pisiklerCins PanterNov BebirBeynelxalq elmi adiPanthera pardus L 1758 Sekil axtarisiITIS 183804NCBI 9691EOL 328673FW 72185 Bedeninin uzunlugu 120 170 sm dek quyrugu 95 sm e qeder iri ferdlerinin kutlesi 32 60 kq erkeklerin kutlesi 75 kq dek disilerinki bir qeder az olur Erkek ferdler adeten disilerden iri olur Bedeni ezeleli ayaqlari nisbeten qisa xezi six yumsaq sari yaxud kuren rengli ve qara xallidir Ayaqlari uzun olmadigindan o alcaqboylu gorunur Uzun sicrayislarla sikarini qovarken quyrugu bedenin tarazligini tenzim edir Penceleri guclu ve ezelelidir Bebir yungulluk ceviklik ve zeriflik tecessumudur O cox zerifcesine hundur daslarin qayalarin uzerine sicrayir Bebir sicrayisinin uzunluguna 5 8 m gore bir cox iri memelileri geride qoyur Bebirin xezi qisa ve sixdir Sari ve ya sari kuren xezinde qara ve qonur xallar sepelenmisdir Bel boyun ve basinin ustu rengli qarin ve ayaqlarinin ic terefi demek olar ki agdir Quyrugu az tuklu oldugundan nazik gorunur Bebirin xalli rengi onu otlarin kollarin ve agaclarin yarpaqlari arasinda gorunmez edir Bezen qara piqmentli melanist bebir de olur Hindistanda Afrikada Boyuk Sehradan basqa On ve Cenubi Asiyada Azerbaycanda nadir hallarda Lenkeranda ve Naxcivanda Cenub Qerbi ve Cenubi Turkmenistan daglarinda Tacikistanin cenub hissesinde ve Ussuri olkesinde six meselerde ve daglarda yasayir Omru vehsi tebietde 10 11 qapali yasam seraitinde 21 iledek ola bilir Esasen cutdirnaqli heyvanlari quslari ve gemiricileri ovlayir Etimologiya ve tedqiqat tarixiQedimde bele hesab edirdiler ki bebir sir ve panterin hibrididir Onun yunan menseli yun lewn leōn sir ve pardos pardos erkek panter sozlerinin birlesmesinden emele gelmis lewpardos leōpardos leopard adinda bu oz eksini tapmisdir Bebirin muasir adi Panthera pardus latinlasdirilmis yun pan8hr panther sozunden emele gelmisdir Bele ki pan pan tam butun ve 8hr heyvan demekdir Bele bir fikir vardir ki onun ilkin adi hind iran menseli olmus agimtil sari ve ya avazi menasini dasimis sonralar yunanlasdirilmisdir Bebirin oyrenilmesinde Felis pardus adli Systema naturae ilk elmi tedqiqat isi Karl Linneye mexsusdur 1929 cu ilden etibaren bebir Panthera cinsine aid edilmisdir Filogenezi ve tekamuluqazintilarin molekulyar ve kladistik muayineler subut edir ki novun yaranma merkezi Asiya qitesidir Bebirin ecdadi diger panter cinsinden olanlarin ecdadlari kimi umumi ecdaddan 11 milyon il bundan evvel ayrilmisdir Antropoloji qazintilar gosterir ki muasir bebirin ecdadi 3 8 milyon il evvel meydana gelmisdir Muxtelif usullarla elde edilmis molekulyar filogenetik neticeler gosterir ki Panthera cinsli novlerin bir birile six qohumlugu var Umumi ecdaddan bebir bir nov kimi peleng ve irbisden sonra sir ve yaquardan ise cox evvel formalasmisdir Hesab edilir ki bebirin ecdadi Asiya qitesinde meydana gelmis ve Afrikaya miqrasiya yolu ile yayilmisdir Muasir bebir ise texminen 470 000 825 000 il once Afrikada formalasmis ve Asiyaya 170 000 300 000 il bundan qabaq yayilmisdir Dislerinin qurulusuYasli bebir diger pisikkimilerin numayendeleri kimi 30 dise malikdir Yuxari ve asagi cenelerde heresinde 6 kesici 2 kopek yuxari cenede 3 on ceyneme premolyar ve ya kicik azi disler 1 arxa ceyneme molyar ve ya boyuk azi disler asagi cenede ise 2 on ceyneme premolyar ya kicik azi disler 1 ceyneme molyar ve ya boyuk azi disler yerlesmisdir Dis dusturu I33C11P32M11 displaystyle I 3 over 3 C 1 over 1 P 3 over 2 M 1 over 1 Izahi I lat dentes incisivi kesici dis C lat dentes canini kopek disi P lat dentes premolares on ceyneme ve ya kicik azi disler M lat dentes molares arxa ceyneme ve ya boyuk azi dislerYarimnovleriBebir esasen lekelerinin yerlesmesi ve reng calarina gore 27 yarimnove ayrilir Lakin DNT loji tedqiqatlar esasen 8 ya 9 yarimnov tesdiq edilir Afrika bebiri Panthera pardus pardus Afrika Berber bebiri Panthera pardus panthera Zenzibar bebiri Hind Cin bebiri Panthera pardus delacouri Yava bebiri Panthera pardus melas Indoneziya Yava adalari Hindistan bebiri Panthera pardus fusca Hindistan Pakistan Nepal Seylon bebiri Panthera pardus kotiya Sri Lanka Seylon Simali Cin bebiri Panthera pardus japonensis Cin Uzaq Serq bebiri Panthera pardus orientalis Rusiya Uzaq serq Simali Cin Koreya Iran bebiri Panthera pardus saxicolor Yaxin Serq Qafqaz Sinay bebiri Panthera pardus jarvisi Yaxin Serq bebiri Panthera pardus tulliana Erebistan bebiri Panthera pardus nimr Erebistan yarimadasi Avropa bebiriBebir novleriIran bebiri lat Panthera pardus saxicolor Uzaq Serq bebiri lat Panthera pardus orientalis Simali Cin bebiri lat Panthera pardus japonensis Seylon bebiri lat Panthera pardus kotiya Nesli kesilmis Avropa bebiri Panthera pardus sickenbergi Bir zamanlar Avropa erazisinde genis yayilmis yarimnov olmusdur Cox teessufler olsun ki 10 000 il bundan qabaq koku kesilmisdir Qara melanis BebirTebietde nadir hallarda qara rengli bebirlere de rast gelinir Qara bebirleri melanis yeni qara piqmentlesmis bebirler adlandirirlar Derisini qara rengi monogenetik ressesiv elamet olub adi xalli bebir valideynlerinden melanis bebirler dunyaya gele bilir Bele ki qara reng dasiyan genler xalli bebirlerde ressesivdir Her iki valideynden alinan bu ressesiv genler bir araya geldikde rastgelme ehtimalina esasen onda bala qara rengli ola bilir Elbette ki bu ehtimal cox da boyuk olmadigindan qara bebirlere de nadir hallarda rast gelinir Yasayis yeriLacin Naxcivan MR Talis daglari KelbecerAzerbaycanda bebirin arealinin xeritesi Bebir tropik ve subtropik qursaqlarin tipik numayendesidir O derin qar ortuyune ve soyuq iqlime az uygunlasir Uzaq serqde rast gelinen bebirler esasen qar ortuyu az ve daimi olmayan yerlerde yasayirlar Dusmenlerden gizlenmek ve sikarini gudmek ucun bebirlere agaclar qayalar sert yamacli dereler lazimdir Bezen qara piqmentli melanist bebir de olur Hindistanda Afrikada Boyuk Sehradan basqa On ve Cenubi Asiyada Cenub Qerbi ve Cenubi Turkmenistan daglarinda Tacikistanin cenub hissesinde ve olkesinde six meselerde ve daglarda yasayir Azerbaycanda bu heyvanlar Talis daglarinin six meselerinde Kicik Qafqazin meseli ve qayali erazilerinde Naxcivanin sert qayaliqlarinda yarganlarda das ucqunluqlarinda rast gelinir Cox vaxt bebirin yayilmasi onun qidalandigi heyvanlardan asilidir Talis daglarinda onlarin qidasini cuyurler coldonuzlari tirendazlar oxlu kirpiler porsuqlar Kicik Qafqazda bunlardan basqa dag kecileri Naxcivanda ise hem de dag qoyunlari teskil edir Qis aylarinda bebirler daglarin guney yamaclarinda qarsiz yerlerde olur istirahet etmek ve sikarini gudmek ucun derelerin dibinde daslarin altinda uzanir Bebirler oturaq heyat terzi kecirirler Yalniz genc heyvanlar aile dagildiqdan sonra yeni eraziler tapmaq ucun uzaqlara gedirler Istirahet ederkenYuvalari muveqqeti daldanacaqlari Yasli tenha bebirler yuvadan istifade etmirler Onlar qayalarin altinda ucqunluqlarda daglarin etraf yaxsi gorunen yerinde istirahet edirler Pis havalarda bu heyvanlar kulekden yagisdan qardan daldalanmaq ucun qapali yerlerde gizlenirler Ana bebirlerin bala cixartdigi yuvalar sert derelerin elcatmaz yarganlarinda das yignaqlarinda mesenin six agacli itburnu boyurtken kollari ile ortulmus coxlu magara ve esasen de onlarin qidalandigi heyvanlarin cox oldugu yerlerde olur Yuvalari etraf yerlerden secilmir ve onlarin etrafinda qida qaliqlari olmur Bebirler yuvadan az muddet erzinde istifade edir Balalari boyudukde ana bebirler daldalandigi yerleri vaxtasiri deyisir Qidalanmasi ve ov etme usullariUgurlu ov Bu yirticinin qidalanmasi cox muxtelifdir O butun canlilara hucum edir hetta lesle de qidalanir Onun esas qidasini vehsi cutdirnaqli heyvanlar dag kecileri ve qoyunlari necib maral cuyur ve coldonuzu teskil edir Vehsi cutdirnaqlilar cox olan yerlerde bebirler ev heyvanlarina demek olar ki hucum etmir Qida azligindan bebirler tirendazlarla ve ev heyvanlari ile qidalanmaga mecburdurlar ovlayarken bebirler ozleri de yaralanirlar Bebir tulkulere caqqallara canavarlara porsuqlara xirda pisiklere gemiricilere ve quslara da kekliklere hucum edir az olan yerlerde bu onlarin yasamasina komek edir Bu ov ederken iki usuldan istifade edirler Birinci halda onlar sakitce ehtiyatla etrafa boylanaraq sikarina yaxinlasir yere sixilaraq yavas yavas surunur ve celd onun ustune atilirlar Bu cur ildirim suretile sicrayarken onun sikari ozunu itirir ve kanara qacmaga macal tapmir Onun sicrayisi ugursuz olduqda elinden cixmis sikarinin dalinca dusub onu izlemir Ikinci halda bebirler heyvanlarin su icdiyi ve ya kecdiyi yerlerde pusquda durub gozleyir Otub kecen heyvanin uzerine 6 8 m olan sicrayisla atilir Xirda heyvanlari pencesinin zerbesile oldurur irilerinin uzerine sicrayaraq evvelce onlari yere yixir Sikarinin buynuzlarindan ve tepiklerinden qorunmaq ucun bogazindan tutaraq son nefeslerine kimi onu bogur Yixilmamis heyvanlarin boyunlarindan disleri ile yapisir Elinden cixmis heyvani bezen qovub catir ve on pencesinin zerbesile yere serir Iri qabanlari ovlamaq xususi bacariq teleb edir ve bu isi yalniz tecrubeli bebirler bacarirlar Az tecrubesi olanlar qabana hucum ederken ciddi zedeler alirlar Tirendazi ovlayarken bebirler tehlukeli iynelerden yayinmaq ucun hemise bir muddet onun etrafinda firlanir ve nehayet imkan dusen kimi penceleri ile en zerif hissesi olan basindan vurub olumcul hala salir Adeten bebirler ova tek cixirlar Nadir hallarda ana bebiri balalari ile ve ya erkek bebiri disi ile ova cixmis gormek olar Sikarini ovlayandan sonra bebirler qenimeti ile birlikde gizlenmeye calisirlar Bir defeye bebir 2 3 kq et yeyir da onlara gunde bu qeder et verirler Ac bebirin bir defeye butov bir cuyuru yemesi melumati dogru deyildir Yem olmadiqda bebirler 7 11 gun ac qala bilir ve bu zaman aktivliyi itirmirler Heyat terzi ve davranisiAzerbaycan erazilerinde yasayan bebir Azerbaycan erazilerinde yasayan bebirler adeten toranliq ve ya gece heyati terzi kecirirler Axsam toran dusende onlar ova cixir ve gecenin birinci yarisinda elece de seher tezden ov edirler Hava yagmurlu ve soyuq olarken onlar sikarlarini gunduzler de teqib edirler Bebir cox ehtiyatli ve gizlin heyat terzi kecirir Bu ehtiyatli olsa da qorxaq deyildir Insan gordukde qorxu hissini buruze vermir Esas hallarda gorunmez qalmaga calisir ve birinci olaraq hucum etmir Adamla qarsilasdiqda yavas yavas kenarlasir ve hetta ona ugursuz ates acdiqda bele qacmaga telesmir Bezi bebirler yaralandiqda ve ya insanla qarsi qarsiya geldikde hedden artiq aqressiv olurlar XX esrin 1980 ci illerinde Qerbi Kopetdagda Turkmenistan 8 defe Talis daglarinda ve Naxcivanda Azerbaycan ise cemi 4 defe bebirin insana hucumu hadisesi bas vermisdir ve butun hallarda hadisenin sebebkari insan ozu olmusdur Her heyvanin oz ferdi sahesi olur Qerbi Kopetdagda bir erkek ferdin erazisi 40 50 min disilerin ise 15 20 min hektara catir Bir erkek bebirin ferdi sahesinde 2 3 disi ferd yasaya bilir Cox hallarda bebirler daglarin eteyi ve derelerin dibi ile gezirler Cavan ferdler yasli erkekler ve disiler yalquzaq heyat terzi kecirirler Bebirlerin ailesi yasli disi ferdden ve 2 4 baladan ibaret olur Balalar 1 1 5 yaslarinda olanda bebirlerin ailesi dagilir Bebir sahene yeriyir addimlarini yungul ve sessiz atir Pencelerindeki qalin tuk yastiginin olmasi ve yeriyerken once barmaqlarini yere basmaqlari onlarin addimlarini sessiz edir Sikarinin dalinca gederken bebirler herden yavas herden saatda 5 km suretle bezen dord ayaq qacir sonra ise suretini tam azaldir O yavas hereket etdikde basini asagi salir alt cenesi ise sallanmis veziyyetde olur Tez tez dayanib etrafa baxir Onun esitme ve gorme qabiliyyeti cox gucludur Geceler de yaxsi gormesi ona qaranliqda serbest qacmaga sicramaga ve ugurlu ov etmeye imkan verir Ayli gecede gunduzler oldugu kimi ehtiyatla davranir aciq yerlere cixmir agaclarin daslarin kolgesinde daldalanir Bebirin qoxu bilme qabiliyyeti zeif inkisaf edib Bebir balalarinin ilk oyuncagi onlarin quyrugunun ag ucu olur Onu tutmaq ucun balalar saatlarca calisirlar Quyrugun hereketi yirticilarin qarsiliqli munasibetlerinde xususi rol oynayir Bu hereketlere gore heyvanin ehvali haqqinda fikir soylemek olar Quyrugun sakitce yan tereflere hereketi heyvanin heyecanlandigindan ve sicrayisa hazirlasdigindan xeber verir Bebir temizkar heyvandir ve pelengden ferqli olaraq oz necisini ekser hallarda torpaga basdirir CoxalmasiBebirlerin cutlesmesi butun il boyu musahide oluna biler Amma cox hallarda balalari yaz aylarinda ve ya payizin sonunda dunyaya gelirler Cutlesmede olan disiler belleri uste agnayir bellerini eyerek quyruqlarini qaldirir Ozunemexsus sesler cixarirlar Bundan basqa onlar muveqqeti olaraq qidalanmir ve ya az yeyirler Bir disinin arxasinda bu dovrlerde bir birleri ile reqabet aparan dalasan ve berk sesler cixaran erkekleri gormek olar Hamilelik dovru 90 105 esasen 92 95 gun cekir her defe 2 4 ekser hallarda 1 2 balalari olur Olmus balalarini ana bebir adeten yeyir Balalarinin boyumesi ve inkisafi Bebirler cutleserken Bebir balasiBebir balasi Balalar gozleri ve qulaq delikleri yumulu ve ya bagli halda dunyaya gelirler Bedenleri aciq qonur rengli six uzun tukle ortulu olur Teze dogulmus balalarin kutlesi 500 700 q bedenlerinin uzunlugu ise 15 sm olur 6 9 gunden sonra onlarin gozleri acilir 20 ci gun ust kesici disleri 42 gunden sonra ise butun sud disleri cixmis olur Daimi kopek disleri bir yasinda olarken cixir 12 15 gunluk olanda balalar surunmeye ve herden ayaga qalxmaga baslayirlar Bir ayliginda onlar artiq suretle qacir qayalara dirmasir 35 gunluyunde ise hereketleri daha elastik olur ve onlar tullanib dusurler Iki ayliq balalar yuvadan cixib etrafda oynayirlar Bu dovrde onlar xirda heyvanlari ceyirtkeleri qurbagalari tutmaga calisirlar Bir sey ovladiqda onlar sikarini yeyir ekser hallarda ise atirlar Ana balalarini 3 ay bezen ise 5 6 ay sudle besleyir 6 8 heftelik balalar artiq analarinin getirdiyi etle qidalanirlar Bes ayliq balalar xirda heyvanlari tutmaq ucun kifayet qeder celd olurlar Onlar ova geden analarini musayet edir ve butun hereketlerinde ona oxsamaga calisirlar Bir yasli balalar yasli ferdlerden cox kicik gorunseler de analari ile birge artiq cutdirnaqlilari ovlayirlar Balalarin 1 1 5 yasi olanda analarindan ayrilirlar Bu proses ananin yeni cutlesme dovrunun baslanmasi ile suretlenir Cutlesme dovrunde erkek ferd disinin yaninda yalniz disi balanin olmasina imkan verir Erkek balalari 3 yasinda ata bebir analarinin yanindan qovur Atilmis erkek balalar ilk dovrde bir yerde yasayir ve valideyn cutluyunun izi ile hereket edib onlarin qida qaliqlarini yeyirler Yasli bebirler ilin boyuk hissesini tek yasayirlar Yalniz cutlesme hamilelik dovrunde ve balalar teze dunyaya geldikde bu yirticilar bir yerde olurlar Balalar hele gozuyumulu olduqda ana bebir adeten erkeyi yanindan qovur Disi balalar iki yasinda yetkinliye catirlar Azerbaycanda sayiBebirlerin sayi Azerbaycanda suretle azalmis ve yox olmaq tehlukesindedir Son tedqiqatlar gostermisdir ki Azerbaycanda onlarin yalniz 13 17 ferdi qalmisdir Bunun esas sebebi vehsi heyvanlarin sayinin azalmasi olmusdur Bebirleri gozel qiymetli derilerine gore de ovlayirlar WWF Azerbaycan numayendeliyinin xeberine gore ilk defe olaraq 2007 ci ilde Azerbaycan erazisinde tebii seraitde bebirin fotosekilini cekmek mumkun olmusdur Qurasdirilmis foto teleler Talis daglarinin simal hissesinde bebiri qeyde ala bilmisdir Bebir kadrda tam eks olunmasa da bu Azerbaycanda bebirin olmasina fotosubutdur Dusmenleri ve reqibleriHazirda Azerbaycanda bebirin insandan basqa dusmeni yoxdur Ancaq onlar muxtelif sebeblerden ole bilirler Bezileri leysan yagislarin seline dusub olur Amma ekser hallarda onlar qacaq ovcularinin brakonyerlerin qurbani olurlar Yaralanmis ve ya teleye dusmus bebirler sonradan helak olurlar ovlayarken sonralar aldigi nekrozlasan yaralardan da onlar telef olurlar Azerbaycanda bebirin reqibleri canavar vasaq kaftar ve quslardir Ona gore de bebir ovladigi heyvani kollarin arasina agaclarin ustune ve diger gizli yerlere aparir Tebietdeki roluBebir tebii ekosistemlerde piramidanin en yuksek pillesinde durur Ona gore de o ekosistemde geden proseslerin tenzimlenmesinde onlarin davamli olmasinda xususi rol oynayir Yirticilar xeste ve zeif heyvanlari tutub yemekle xesteliklerin yayilmasinin qarsisini alir vehsi cutdirnaqlilarin sayini tenzimleyirler Otyeyen heyvanlarin sayini nizamlamaqla onlarin kutlevi suretde artib yem catismazligindan ve yoluxucu xesteliklerden olmelerine imkan vermirler Belelikle bebirler tebietdeki tarazligin qorunmasinda xususi rol oynayirlar Cenubi ve cenub serqi Asiyada hemcinin Afrikada bebirleri mehv etdikden sonra melum oldu ki onlarin xeyri ziyanindan defelerle cox imis Bu yirticinin sayi keskin suretde azaldiqdan sonra coldonuzlari ve diger cutdirnaqlilarin hemcinin meymunlarin sayi intensiv olaraq artmaga baslamisdir Onlarin tarlalara ekin sahelerine vurduqlari zerer bebirin maldarliga vurdugu ziyandan xeyli cox olmusdur Iranda muflonun sayinin artmasi ot ortuyunun deqradasiyasina getirib cixartmisdir O erazilere bebir buraxildiqdan sonra muflonlarin sayi nizamlanmis ve bitki ortuyu berpa olmusdur Bezi olkelerde meselen Keniyada bu yirticinin sayini berpa etmek ucun isler aparilir Qorunma tedbirleriAdina buraxilmis marka Nadir nov kimi bebir Azerbaycanin ve Beynelxalq Tebieti Muhafize Ittifaqinin Qirmizi kitabina daxil edilmiidir Nesli kesilmekde olan nov kimi bebir yox olmaq tehlukesinde olan fauna ve flora novlerinin beynelxalq ticaretine dair konvensiyanin 1 ci elavesine salinmisdir Zengezur silsilesinde Zengezur milli parkinin daginin eteklerinde ise Astara qorugunun yaradilmasi bebirlerin muhafizesi yolunda atilmis en muhum addim olacaq Ancaq bebiri yalniz qoruqlarda muhafize etmekle is bitmir Onu rast gelindiyi butun yerlerde qorumaq lazimdir Bebiri yox olmaq tehlukesinden xilas etmek ucun ilk novbede dag meselerinde mal qaranin otlamasini tenzimlemek vehsi cutdirnaqlilarin sayini yasadiqlari arealda berpa etmek qacaq ovculuga qarsi ciddi tedbirler heyata kecirmek lazimdir Bebirlerin qorunub saxlanmasinin esas yolu onlarin tebii yem bazasinin berpa olunmasidir Vehsi cutdirnaqlilar olmadigi halda bebirler ev heyvanlarina hucum etmeye mecburdurlar Tebii yem bazasi berpa olunana qeder mal qara sahiblerini bebirleri mehv etmekden yayindirmaq ucun diger iqtisadi tedbirler hazirlanmalidir Mal qara sahiblerine deyen ziyan kompensasiya olunmalidir ki onlar da oz novbesinde bu yirticini mehv etmekden cekinsinler Bebirler yasayan yerlerde onun muhafizesi istiqametinde genis tebligat ve ekoloji maariflendirme isi aparmaq lazimdir Tebietde roluTebietde onun rolu boyukdur bebir xeste ve zeif heyvanlari mehv edir Bebirlerin derisi xez bazarinda cox bahadir buna gore de onlar brakonyerler terefinden vehsicesine oldurulur XX esrin 50 60 ci illerinde bebir derisinden paltolarin debde olmasi Afrikada bebirin sayini xeyli azaltmisdir Mehv olma tehlukesi altinda olduguna gore bebirler Azerbaycan Respublikasinin ve un Qirmizi Kitabina daxil edilib RemzlerdeBebir qeddarligi aqressivliyi qorxmazligl vehsiliyi terennum edir Derisindeki xallar gozu xatirlatdigina gore onu cox vaxt sayiq kesikci de adlandirirlar Cinlilerde bebir huner ve qeddar doyusken obrazi dasiyir Xristianlarda bebir seytani gunahi iblisin ikinci uzunu ve tamahkarligi terennum edir Bebir Qedim Misirde ali tanri Osirisin ve yunanlarda ise tanri Dionisin remzi sayilir Dionis bebir belinde caparken cenubi Italiyada tapilmis krater kup uzerinde tesvir e e 370 Dionis bebir belinde caparken mozaik tesvir Pella Yunanistan e e IV esr Somalinin gerbinde bebir tesviriSekillerQara piqmentli melanist bebirTetbiq olunmus ve lazimi muhafize tedbirleriNovun muasir areali cercivesinde yasayis yerleri Turyancay Dovlet Tebiet Qorugu Ilisu Dovlet Tebiet Qorugunun Axar baxar sahesi Korcay Dovlet Tebiet Qorugu Hirkan Zengezur Goygol milli parklari Zuvand Ordubad Qax Korcay yasaqliqlarinda muhafize olunur Qida bazasinin mohkemlendirilmesi meqsedile Acinohur colunde ve etraf erazilerde ceyranin Hirkan Milli Parkinda necib maralin tarixi arealini berpa etmek XMOTE ler arasinda ekoloji dehlizler teskil etmek EdebiyyatAzerbaycanin Qirmizi Kitabi II Cild Baki 2013 Lukarevski V S Akkiyev M Askerov E Agili A Can E Gurielidze Z Kudaktin A Yarovenko Y 2007 Status of the leopard in the Caucasus Cat News Special Issue No 2 Zazanashvili N Morschel F Askerov E Krever V Farvar M Kalem S 2007 Conservation of the leopard in the Caucasus Cat News Special Issue No 2 Xarici kecidlerCEO az saytindaki Bebir Azerbaycanin fexri meqalesinin tercumesi 2009 03 03 at the Wayback Machine CEO az Leopard gordost Azerbajdzhana 2009 02 24 at the Wayback Machine Vehsi heyvanlar 2012 01 05 at the Wayback Machine http animals nationalgeographic com animals mammals leopard html http www awf org content wildlife detail leopard http www agarman dial pipex com leopard htm 2006 10 17 at the Wayback Machine Bebir ile bagli video 1 Bebir ile bagli video 2IstinadlarIntegrated Taxonomic Information System ing 1996 Mammal Species of the World ing A Taxonomic and Geographic Reference D E Wilson D M Reeder 3 Baltimore JHU Press 2005 35 2142 p ISBN 978 0 8018 8221 0 2009 03 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 02 16 L Crandall The management of wild animals in captivity Chicago University of Chicago Press 1964 Leopard Online Etymology Dictionary Douglas Harper 2011 08 06 tarixinde Istifade tarixi 2007 11 30 A Sanskrit English Dictionary JPEG Delhi Banarsidass 1976 seh 616 ISBN 0842602860 Archived from the original on 2008 01 09 Istifade tarixi 2007 11 30 A Sanskrit English Dictionary JPEG Delhi Banarsidass 1976 seh 631 ISBN 0842602860 Archived from the original on 2008 01 09 Istifade tarixi 2007 11 30 Linnaeus C Systema naturae per regna tria naturae secundum classes ordines genera species cum characteribus differentiis synonymis locis Tomus I Editio decima reformata Holmiae Laurentii Salvii 1758 2015 03 19 tarixinde Istifade tarixi 2010 04 28 1 2 3 4 Johnson W E Eizirik E Pecon Slattery J Murphy W J Antunes A Teeling E amp O Brien S J 2006 The Late Miocene radiation of modern Felidae A genetic assessment Science 311 5757 73 77 DOI 10 1126 science 1122277 PMID 16400146 Uphyrkina O Johnson E W et al November 2001 Phylogenetics genome diversity and origin of modern leopard Panthera pardus Molecular Ecology 10 11 2617 2633 DOI 10 1046 j 0962 1083 2001 01350 x PMID 11883877 Olga Uphyrkina et al Phylogenetics genome diversity and origin of modern leopard Panthera pardus Molecular Ecology Volume 10 Issue 11 Page 2617 November 2001 online 2023 07 04 at the Wayback Machine Sriyanie Miththapala Phylogeographic Subspecies Recognition in Leopards Panthera pardus Molecular Genetic Variation Conservation Biology Volume 10 Issue 4 Page 1115 August 1996 abstract 2023 07 04 at the Wayback Machine Arxivlenmis suret 2023 07 04 tarixinde Istifade tarixi 2010 04 29 Zazanashvili N Morschel F Askerov E Krever V Farvar M Kalem S 2007 Conservation of the leopard in the Caucasus Cat News Special Issue No 2 2012 01 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 02 11 Azerbaycanin Qirmizi Kitabi II Cild Baki 2013 Lukarevski V S Akkiyev M Askerov E Agili A Can E Gurielidze Z Kudaktin A Yarovenko Y 2007 Status of the leopard in the Caucasus Cat News Special Issue No 2 Azerbaycanda ilk defe olaraq tebii seraitde bebirin fotosekilini cekmek mumkun olub olu kecid 13 03 2007 mediaforum az az Tresidder Dzhek Slovar simvolov 1999 430 s Maks Myuller Egipetskaya mifologiya Moskva Centrpoligraf 2007 336 s 5000 ekz ISBN 978 5 9524 3094 5Hemcinin bax