Kuk adaları mədəniyyəti (ing. Culture of the Cook Islands) — Sakit okeanda 1.800.000 km2 ərazidə yayılmış 15 adadan ibarət Polineziya ada ölkəsi olan Kuk adalarının mədəniyyəti. Kuk adaları Yeni Zelandiyanın müstəmləkəsidir. Adaların mədəniyyəti bir neçə əsr əvvəl burada məskunlaşmış əhali tərəfindən formalaşdırılıb. Kuk adalarında VI əsrdə Taitidən gəlmiş polineziya xalqı məskunlaşıb. Portuqal gəmi kapitanı Pedro Fernandes Kiros XVII əsrdə adalarda ilk avropalıların məskunlaşdığını qeyd edib. XVIII əsrdə Böyük Britaniya dəniz səyyahı Ceyms Kuk adalara çatıb və adalara öz adını verib. Adalara gələn əcnəbilər adaların yazı sistemini inkişaf etdiriblər, adalara xristianlığı və Avropa məktəblərini gətiriblər. Kuk dili (Māori Kūki 'Āirani) və ya Rarotonqa dili ölkənin rəsmi dilidir.
Kuk Adaları Hökumət Mədəniyyət Dairəsi ölkənin mədəni irsinin qorunması işi ilə məşğuldur. Kuk adalarının ən məşhur xalq rəqslərindən biri Uradır. Bu rəqsin ifası qadın rəqqaslar tərəfindən azı 5 təbilçalanın şiddətli təbil səsləri altında həyata keçirilir. Yerli əhalinin bacarığını və qabiliyyətini paltarlarda, saronqlarda, balıqqulağı məmulatlarında, qadınların toxuduqları tivaivailərdə görmək mümkündür. Kuk adaları mətbəxini dəniz məhsulları (molyusk, osminoq), donuz və quzu əti, meyvə (xüsusilə kokos) təşkil edir. Reqbi və boulinq Kuk adalarında ən məşhur idman növləridir. Kuk adalarında 1986-cı reqbi üzrə Sakit Okean Kuboku, 1998-ci ildə futbol üzrə Polineziya Kuboku yarışları keçirilib. Kuk adalarının parlament orqanı Ariki Evi adlanır.
Arxa plan
Adalarda məskunlaşan ilk insanlar XVI əsrdə Taitidən gələn polineziyalılar olub. Portuqal gəmi kapitanı Pedro Fernandes Kiros XVII əsrdə adalarda ilk avropalıların məskunlaşdığını qeyd edib. XVIII əsrdə Böyük Britaniya dəniz səyyahı Ceyms Kuk 1773 və 1777-ci illərdə adalarda olub və adalara öz adını verib. Adalara gələn əcnəbilər adaların yazı sistemini inkişaf etdiriblər, adalara xristianlığı və məktəbləri gətiriblər.
Sosial iyerarxiya
Kuk adalarında sosial iyerarxiya və tabu ariki adlandırılan ali şəxslər tərəfindən idarə olunur. Adətən hər 3–6 adaya bir ariki düşür. Hər ariki ivi və nqati (qəbilə) başçısı olub. Sosial iyerarxiyada arikidən daha aşağı səviyyəli təbəqə mataiapo və ranqatiradır (balaca liderlər).Liderin hakimiyyəti onun doğulduğu andan statusu və nailiyyətləri ilə müəyyən olunan manası (güc) tərəfindən bərqərar olunur. Lider bunu itirə və qazana bilməz. Amma arikinin manasının zəifləməsi onun bu statusunu itirməsinə səbəb ola bilər.
Ariki, mataiapo və ranqatira təbəqələrinə məxsus şəxslər hələ də ailələrin vəziyyətinə, qədim ənənələrə və tədbirlərin keçirilməsinə nəzarət edirlər. 1967-ci ildə qurulan Kuk adaları parlamenti Ariki Evi (Are Ariki) adını daşıyır, lakin üzvləri məhdud gücə sahibdirlər.
Kuk Adaları Milli Qadın Şurası və Kuk Adaları Biznes və Peşə Qadınlar Assosasiyası kimi qadın təşkilatları özlərini milli siyasətdən çətinliklə ayırırlar. Ən böyük qadın təşkilatları olan Kuk Adaları Xristian Ekalesiya Vaynetini Kilsəsi, Dorkas, Milli Katolik Qadınlar Liqası və Qadın Biçincilər yerli kilsələr ilə əlaqələniblər.
Mifologiya, mövhumat və din
Kuk adaları mifologiyasının Polineziya əfsanələri və mifləri ilə böyük bənzərliyi var. Kuk adaları mifologiyasında Avaiki tanrıların və ulu əcdadların məskunlaşdığı yerdir. Mifologiyalarında önə çıxan personajlar Avatea, İna, Marama, Nqanaoa, Papa, Ronqo, Tanqaroa, Vaitakere, Varima Te Takere və Vateadır. Xariqüladə və ruh nağılları adalarda yaşayan insanlar arasında geniş yayılıb və nağılların çoxu qəribə hadisələrin izah edilməsində istifadə olunur. Tarixi hadisələr, sahibkarlıq hüquqları və sosial münasibətlər haqqında müzakirələr aparmaq üçün tupapaku keçirilir.Adalarda uşaqlar tərəfindən plantan gövdəsindən hazırlanmış "ruh sığınacaqları" var.
Missioner Con Vilyams Kuk adalarında xristianlığın yayılmasında böyük rol oynayıb. 1821-ci ildə Aitutaki adasına apardığı iki taitili ilə adanın dinini dəyişdirə bilib. Sonrakı Polineziya missionerləri 1823-cü ildə Mauke, Atiu və Mitiaro adalarında gediblər. Vilyams qəbilələrin ariki (başçılar) və taunqa (kahinlər) olaraq bölündüyü Rarotonqa adasının əhalisinin dinini dəyişdirməkdə çətinlik çəkib. Vilyamsın konqreqatsionalist həmkarı Aron Buzakot London Missioner Cəmiyyətinin Sakit okeanda missioner fəaliyyətlərinin aparıcı fiquru idi və Rarotonqa adasında 1828–1857-ci illərdə yaşamışdı. Aron Buzakot tərəfindən əsası qoyulan Takamoa İlahiyyət Kolleci Kuk Adaları Xristian Kilsəsi üçün pastorlara təhsil verir. Hazırda Kuk adalarında əhalinin böyük hissəsi xristiandır.
Dil və ədəbiyyat
Kuk dili və ya Rarotonqa dili adaların rəsmi dilidir. Dilin 15 adada danışılan, qarşılıqlı aydın başa düşülən bir neçə dialekti var. Rakahanqa-Manihiki və Penrin dialektləri buna nümunədir. "Kuk Dili Lüğəti" 1995-ci ildə nəşr olunub. Bu lüğətdə London Universitetindən (1957–1988) Casper Beyzin tədqiqatları və onun tərəfindən 1960-cı ildə yaradılmış Məsləhətçi Komitəsinin işləri yer alıb, tərtib etmə işi ilə Raututi Tarinqa (1957–1959) məşğul olub. Kuk adalarının bir hissəsi olan Pukapuka adasında inkişaf etmiş Pukapuka dili alimlər tərəfindən xüsusi dil hesab edilir.
Adqoydu yerli əhalinin simvolik ənənəsidir. Adların mənası sadəcə ulu babalar, dostlar, əcdadlar ilə deyil, ərazi, hadisələr və qohumluq əlaqələri ilə bağlıdır. Ad dəyişdirmək doğum, evlilik, ölüm kimi hadisələrə qədər məhdud deyil, amma xeyrə olmayan bir əlamətə görə cəmiyyət içində bu baş verə bilər. Qadınlar və kişilər arasında adlar bir-birini əvəz edə bilər. Soyadlar isə hətta bir ailə içində şəxsdən şəxsə fərqlənə bilər.
Adaların kiçik ölçüsünə baxmayaraq, ədəbiyyat heç də zəif inkişaf etməyib. Tuepokoina Utanqa Morqan yazdığı musiqili kompozisiyalara və şeirlərə, həmçinin xalq operalarına görə tanınır. Kilsələrin Sakit okean Konfransının məsləhətçisi kimi səyahət etmiş bəstəkar və şair Teate Makirere dünyəvi əsərləri ilə məşhurdur. Paiere Mokoroa və Merota Nqamata Atiu və Pukapuka adalarının mədəniyyətləri haqqında əsərlər yazıblar. Tinqota Simiona isə Atiu adasının əfsanələrindən ilham alınaraq yazılmış ekstensiv hekayələr kolleksiyasının müəllifidir. Kuk adalarının ən məşhur uşaq yazıçısı və şairi olan Mona Matepi uşaqlar üçün 52 seriyadan ibarət "Makopetlər" cizgi serialını hazırlayıb. Televiziya və radio verilişlərində yayımlanan tanınmayan sənətçilərin bir çox mahnılarının və pyeslərinin kasset və CD formatları mövcuddur.Kuk adalarında radio yayımı ingilis və taiti dillərində aparılır.
Musiqi və rəqs
Kuk adaları musiqisi ağır barabanlar və ukulelelər ilə xarakterizə olunur. Kuk adaları kişiləri Havay adalarında geniş ayılmış Hula rəqsinin ekvivalenti olan Hura rəqsini ifa edirlər.Rəqsin ifası zamanı nəzərlər ayaqdan ayrılmır və çiyinlər müvazinətli saxlanılır. Barabanlar ansamblın bir hissəsidir.Kuk adalarında ən məşhur musiqi və rəqs qrupları Kuk Adaları Milli İncəsənət Teatrı, Aroranqi Rəqs Truppası, Betelarəqs Rəqs Truppası, Akirata Xalq Rəqsləri Truppası və Te İvi Maori Mədəni Rəqs Truppasıdır. Raro Records adalarda ən əsas səsyazma studiyasıdır.
Rəqslər çoxmədəniyyətli festivallarda ifa olunur.Kuk adalarının ən məşhur xalq rəqslərindən biri Uradır. Bu rəqsin ifası qadın rəqqaslar tərəfindən azı 5 barabançalanın müşayiəti altında həyata keçirilir. Ombalarının, ayaqlarını və əllərini hərəkət etdirmələri hekayəni festivaldakılaradanışmaq üçün əlavə jestlər verir. Hekayələr əsasən okean, quşlar, çiçəklər, sevgi, pərişanlıq və s. haqqındadır. Ura rəqsinin 3 əsas komponenti var: ura pau (baraban rəqsləri), korero (əfsanələr) və kaparima (macəra mahnıları). Rəqsi ifa edən qadınlar adətən çiçəklərdən, balıqqulaqlarından, ei adlı boyunbağılardan,pareo və kikau adlı ətəklərdən istifadə edirlər.Kişilər isə əlləri ilə yarı-oturmuş vəziyyətdə öz dizlərinə vururlar. Ura rəqsinin ayrılmaz hissəsi olan barabançı qrupu əsasən barabançalan başçısından (pate taki), köməkçi başçıdan (pate takirua), taxta qonq çalan iki çalğıçıdan (tokere və ya pate akaoro) və dəri baraban çalan əlavə iki çalğıçıdan (pau və manqo) ibarətdir. Səyyah yazıçı Devid Stenli qeyd edir ki, Ura rəqsinin ön gözəl ifası Rarotonqa adasında həyata keçirilir.
Ura rəqsinin bir forması olan ura piani rəqsində həm kişilər, həm qadınlar iştirak edirlər və nağılı danışmağa çalışırlar. Rəqsin digər versiyalarına ura rore (ağcaqayın rəqsi), ura tairiri (həvəskar rəqs), ura korare (nizə rəqsi) və ura rama (məşəl rəqsi) aiddir. Ura rəqsi və onun komponentləri olan korero və kaparima ilə yanaşı Kuk adalarında başqa musiqi janrları və rəqs növləri vardır: dram rəqsləri (peu tupuna), dini tamaşalar (nuku), formal nəğmələr (pee), bayram nəğmələri (ute), çoxsəsli xor musiqisi (imene tapu) və s.Barabanlardan Kuk adaları mədəniyyətində geniş istifadə olunur.
İncəsənət
Yerli sakinlər balıqqulağı kimi yerli məhsullardan istifadə etməklə paltarlarında və zərgərlikdə öz stillərini formalaşdırıblar. Bir nəfərə balıqqulağından hazırlanmış boyunbağı hədiyyə etmək və onu həmin şəxsin boynundan asmaq rəğbət və sevgi jestidir. Onlar saronqun bir növü olan pareu adlı əlvan rəngli geyim hazırlayırlar. Melaneziyanın Fici və Samoa kimi adalarının sakinləri kimi Kuk adaları sakinləri də istehsal etdikləri, boya ilə işlənmiş parçalarına görə tanınırlar. Qadınların ən böyük məşğuliyyəti tivaivai toxumaqdır.
Adalılar arasında xeyli istedadlı naxışaçan var. Xüsusilə Maykl Tavioninin emalatxanası və Island Craft işlədikləri incəsənət nümunələri ilə tanınır. Island Craft-da nizə və maska kimi əşyalar düzəldilir. Kuk adaları incəsənətini özündə əks etdirən əşyaları Punanqa Nui marketi, Biçkomber qalereyası, Sons Crafts Store kimi yerlərdə almaq mümkündür. Kenuals qalereyasında yerli rəssamların rəsm əsərləri nümayiş etdirilir. Təbiət rəssamı Cudit Kunzle çəkdiyi rəsm əsərlərini öz emalatxanasında və bir neçə dükanda satır. Onun bəzi əsərləri Kuk adalarının bir çox poçt kartoçkasında və nəşrində yer almışdır.
Mətbəx
Ada ölkəsi olduğundan Kuk adalarının mətbəxi əsasən meyvə və tərəvəz (xüsusilə kokos), dəniz məhsullarından ibarətdir. Xörəklərin hazırlanmasında təzə dəniz məhsullarından geniş istifadə olunur. Ərzağın böyük hissəsinin Yeni Zelandiyadan idxal edilməsinə baxmayaraq, Kuk adalarında Manqaian, Nqatanqiya, Penrin, Puaikura və Rakahanqa kimi əkinçi assosiasiyaları var və onlar da yerli mətbəxi ərzaqla təmin edirlər. Yerli mətbəxdə əsasən arrourut, molyusk, osminoq, taro, ədviyyat kimi zəncəfil, laym, limon, sarımsaq, reyhan və kokosdan istifadə olunur.
Rukau soğan və kokos sousu ilə taro yarpaqlarından hazırlanan xörəkdir. osminoq ətindən hazırlanan yerli yemək Eke, bala donuz ətindən hazırlanan yerli xörək isə Puaka adlanır.İka mata çiy balığı liman və laym ilə marinada qoymaqla hazırlanan və kokos kremi ilə təqdim olunan yeməkdir. Balıqdan hazırlanan digər təamlara Pai İka və Keke İka aiddir.Poke isə qovunağacı və ya banan ilə kokos südündən istifadə etməklə hazırlanan desertdir. Meyvə şirələri manqo, annona və portağallardan hazırlanır.Kuk adalarında ən çox içilən içkilər kokos suyu, yerli pivə (Cooks Lager) və kofedir.
İdman
Sakit okeanda yerləşən digər adalarda olduğu kimi Kuk adalarında da ən geniş yayılmış idman növü reqbidir. Kuk adaları milli reqbi komandası 1971-ci ildən beynəlxalq səviyyədə yarışlarda iştirak edir. Reqbi-7 idman növü də ölkədə xeyli məşhurdur, öz assosiasiyası var. Kuk adalarında stolüstü tennis, voleybol, netbol, ağır atletika, ağırlıq qaldırma, futbol və taekvondo kimi idman növlərinin təşkilatları mövcuddur. Kuk Adaları Futbol Assosiasiyası tərəfindən təşkil olunan Kuk Adaları Raund Kuboku ölkədə ən nüfuzlu milli futbol yarışıdır və oyunların çoxu Kuk Adaları Milli Stadionunda keçirilir.
Boulinq idman növü də Kuk adalarında məşhurdur. Ölkədə "İkuranqi" QBK, "Parekura" BK, "Parekura" QDK və "Rarotonqa" BK kimi boulinq klubları var. Bu idman növü üzrə yarışlara Kuk Adaları Otüstü Boulinq Federasiyası və Kuk Adaları Bouvlz Karnaval Dairəsi nəzarət edir.Kuk adalarından bununla yanaşı badminton, motosikl, qolf, avtomobil yarışı, yelkənli qayıq, skvoş, baydarka klubları da var.
Daha genişmiqyaslı idman təşkilatlarına Kuk Adaları İdman və Olimpiya Assosiasiyası, Rarotonqa Həvəskar Atletika Assosiasiyası, Tauvaine İdman və Mədəniyyət Assosiasiyası və Tupapa-Maraerena İdman Assosiasiyası aiddir. Ölkədə balıqçılıq idmanının inkişafında Kuk Adaları Balıqçılar Assosiasiyası, Kuk Adaları Balıqçılıq İdmanı Klubu və the Nqatanqiya Balıqçılar Klubu kimi təşkilatlar böyük rol oynayır. Ölkədə 1986-cı ildə reqbi üzrə Sakit Okean Kuboku, 1998-ci ildə isə futbol üzrə Polineziya kubokunun əsas mərhələsi keçirilib.
Hökumət və mühafizə
Kuk adalarının mədəni irsi "yerli irslər, əşyalar, alətlər, buna uyğun olaraq yerli metodlar və digər Kuk adaları ilə əlaqəndirilən tarixi və elmi əşyalar" kimi xarakterizə olunur və 1950-ci ildə qəbul olunan Kuk adaları təkmilləşmə aktına əsasən qorunur. Mədəni tədbirlərin keçirilməsinə 1985-ci ildə parlamentin verdiyi aktla qurulan Kuk Adaları Milli İncəsənət Şurası tərəfindən nəzarət olunur. İnzibati mexanizm Kuk adalarının mədəniyyətini inkişaf etdirmək üçün yollar müəyyənləşdirir. 1980-ci illərdə baş nazir Ceffri Qenri ölkədə mədəniyyətin inkişafı üçün böyük işlər görüb. O, bir çox abidə tikdirib, Mədəni İnkişaf Nazirliyini yaradaraq ona maliyyə dəstəyi verib. Bu, ölkənin inkişafına kömək edib, adalara turist axınını gücləndirib. 1990-cı ildə Mədəni İnkişaf Nazirliyi aktı ilə 1981-82-ci illərdə qəbul edilən Milli İncəsənət Şurası aktı ləğv edilib, yeni aktda isə ölkənin mədəni irsinin mühafizə olunması, mədəni incəsənət formalarına olan həvəsi artırmaq və əhalinin mədəni səviyyəsinin qorunması nəzərdə tutulub.
Kuk Adaları Muzeyində ölkənin mədəni irsi nümayiş etdirilir. Burada adaların mədəniyyətinə dair müxtəlif nümunələr görmək mümkündür. Kuk adalarının tarixi, eləcə də əhalinin rəqs, balıqçılıq, , ağac üzərində oyma, tibb və mətbəx sahələrindəki ənənəvi texnikaları Kuk Adaları Mədəniyyət Qəsəbəsində əks etdirilir.
Tarix | Əlamətdar günlər |
---|---|
1 yanvar | Yeni il bayramı |
2 yanvar | Yeni ildən sonrakı gün |
Pasxadan əvvəlki cümə günü | Müqəddəs Cümə |
Pasxadan sonrakı gün | İşıqlı bazar ertəsi |
25 aprel | ANZAK günü |
İyun ayının ilk bazar ertəsi günü | Kraliçanın ad günü |
İyul ayı boyunca | Rarotonqa İncil günü |
4 avqust | Konstitusiya günü (Te Maevea Nui şənlikləri); Milli gün |
26 oktyabr | İncil günü |
25 dekabr | Milad |
26 dekabr | Baksinq günü |
İstinadlar
- Campbell, 2007. səh. 71
- Thomas, 2004. səh. 310-11
- Lal, Fortune, 2000. səh. 519
- Hunt, 2003. səh. 10
- "Cook Islands House of Ariki makes efforts to boost mana". Radio New Zealand. 16 April 2018 tarixində . İstifadə tarixi: 16 April 2014.
- Crocombe, 1990. səh. 27–28
- Finnegan, Orbell, 1995. səh. 175
- Kirk, 2012. səh. 125
- "Cook Island Churches and Cook Island Churches in other places". Across. 14 January 2015 tarixində . İstifadə tarixi: 16 April 2014.
- Merrick, 2006. səh. 18
- Buse, Taringa, 1995. səh. 5
- Buse, Taringa, 1995. səh. 6
- Harvey, Maslen, 1997. səh. 248
- Jonassen, 2003. səh. 8
- Lal, Fortune, 2000. səh. 520
- Lindstrom, White, 1994. səh. 29
- Hunt, 2003. səh. 81
- Stanley, 1999. səh. 312
- Merrick, 2006. səh. 19
- Crocombe, 1990. səh. 21–22
- . Enjoycookislands.com. 10 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 October 2013.
- Sissons, 1999. səh. 44
- Alexeyeff, 2009. səh. 167
- Stanley, 2004. səh. 57
- Rongokea, 2001
- Crocombe, 1990. səh. 77
- Pignéguy, Raela, 2011
- Hunt, 2003. səh. 46
- Matenga-Smith, 1990. səh. 77
- Fold, Pritchard, 2005. səh. 86
- Matenga-Smith, 1990. səh. 82
- Stanley, 2004. səh. 153
- Crocombe, 1990. səh. 75–76
- Hunt, 2003. səh. 69
- Partnership for People-centred Development: A Directory of Non-governmental Organisations in South Pacific Island Countries. UNDP. 1996. səh. 109. ISBN . 2023-07-25 tarixində . İstifadə tarixi: 2015-09-17.
- Chapman, Lindsay. "Field Report No.13 on Tuna Fishery Development Strategy for the Cook Islands" (PDF). Secretariat of the Pacific Community. 9 August 2017 tarixində (PDF). İstifadə tarixi: 25 March 2014.
- Boer, 1996. səh. 43
- Lindstrom, White, 1994. səh. 25
- Kreps, 2013. səh. 40–43
- Hunt, 2003. səh. 84
Ədəbiyyat
- Alexeyeff, Kalissa, Dancing from the Heart: Movement, Gender, and Cook Islands Globalization, University of Hawaii Press, 2009, ISBN
- Boer, Ben, Environmental Law in the South Pacific: Consolidated Report of the Reviews of Environmental Law in the Cook Islands, Federated States of Micronesia, Kingdom of Tonga, Republic of the Marshall Islands and Solomon Islands, IUCN, 1 January 1996, ISBN
- Buse, Jasper; Taringa, Raututi, Cook Islands Maori Dictionary, Ministry of Education, Government of the Cook Islands, 1995, ISBN
- Campbell, Harry, Whatever Happened to Tanganyika?: The Place Names that History Left Behind, Portico, 2007, ISBN
- Crocombe, R. G., Voluntary Service and Development in the Cook Islands, Institute of Pacific Studies and cook Islands Externsion Centre, University of the South Pacific, 1 January 1990, ISBN
- Finnegan, Ruth H.; Orbell, Margaret Rose, South Pacific Oral Traditions, Indiana University Press, 1 January 1995, 175, ISBN
- Fold, Niels; Pritchard, Bill, Cross-Continental Agro-Food Chains: Structures, Actors and Dynamics in the Global Food System, Taylor & Francis, 25 April 2005, ISBN
- Harvey, Douglas Ross; Maslen, K. I. D., Book & Print in New Zealand: A Guide to Print Culture in Aotearoa, Victoria University Press, 1 January 1997, ISBN
- Hunt, Errol, Rarotonga & the Cook Islands, Lonely Planet, 2003, ISBN
- Jonassen, Jon, A Book of Cook Islands Maori Names, Ingoa, Institute of Pacific Studies, University of the South Pacific, 2003, ISBN
- Kirk, Robert W., Paradise Past: The Transformation of the South Pacific, 1520–1920, McFarland, 24 October 2012, ISBN
- Kreps, Christina, Liberating Culture: Cross-Cultural Perspectives on Museums, Curation and Heritage Preservation, Routledge, 15 April 2013, ISBN
- Lal, Brij V.; Fortune, Kate, The Pacific Islands: An Encyclopedia, University of Hawaii Press, January 2000, ISBN
- Lindstrom, Lamont; White, Geoffrey Miles, Culture, Kastom, Tradition: Developing Cultural Policy in Melanesia, Institute of Pacific Studies, The University of the South Pacific, 1994, ISBN
- Matenga-Smith, Taiora, Cook Islands Cook Book, Institute of Pacific Studies of the University of the South Pacific and Cook Islands Ministries of Agriculture and Health, 1990, ISBN *Merrick, Del, Culture Connections: Teaching Guide, Blake Education, 2006, ISBN
- Pignéguy, Dee; Raela, Sonja, Sonja's Kitchen: Sustainable Cuisine from the Cook Islands, Papawai Press, October 2011, ISBN
- Rongokea, Lynnsay, The Art of Tivaevae: Traditional Cook Islands Quilting, University of Hawaii Press, January 2001, ISBN
- Sissons, Jeffrey, Nation and Destination: Creating Cook Islands Identity, editorips@usp.ac.fj, 1 January 1999, ISBN
- Stanley, David, South Pacific Handbook, David Stanley, 1999, ISBN
- Stanley, David, South Pacific, David Stanley, 2004, ISBN
- Thomas, Nicholas, [http://books.google.com/books?id=m2
LpIAAACAAJ Cook: The Extraordinary Voyages of Captain James Cook] (#bad_url), Walker, 1 September 2004, ISBN
Xarici keçidlər
- Kuk adaları təqvimi.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kuk adalari medeniyyeti ing Culture of the Cook Islands Sakit okeanda 1 800 000 km2 erazide yayilmis 15 adadan ibaret Polineziya ada olkesi olan Kuk adalarinin medeniyyeti Kuk adalari Yeni Zelandiyanin mustemlekesidir Adalarin medeniyyeti bir nece esr evvel burada meskunlasmis ehali terefinden formalasdirilib Kuk adalarinda VI esrde Taitiden gelmis polineziya xalqi meskunlasib Portuqal gemi kapitani Pedro Fernandes Kiros XVII esrde adalarda ilk avropalilarin meskunlasdigini qeyd edib XVIII esrde Boyuk Britaniya deniz seyyahi Ceyms Kuk adalara catib ve adalara oz adini verib Adalara gelen ecnebiler adalarin yazi sistemini inkisaf etdiribler adalara xristianligi ve Avropa mekteblerini getiribler Kuk dili Maori Kuki Airani ve ya Rarotonqa dili olkenin resmi dilidir Tivaivai toxuyan qadin Kuk Adalari Hokumet Medeniyyet Dairesi olkenin medeni irsinin qorunmasi isi ile mesguldur Kuk adalarinin en meshur xalq reqslerinden biri Uradir Bu reqsin ifasi qadin reqqaslar terefinden azi 5 tebilcalanin siddetli tebil sesleri altinda heyata kecirilir Yerli ehalinin bacarigini ve qabiliyyetini paltarlarda saronqlarda baliqqulagi memulatlarinda qadinlarin toxuduqlari tivaivailerde gormek mumkundur Kuk adalari metbexini deniz mehsullari molyusk osminoq donuz ve quzu eti meyve xususile kokos teskil edir Reqbi ve boulinq Kuk adalarinda en meshur idman novleridir Kuk adalarinda 1986 ci reqbi uzre Sakit Okean Kuboku 1998 ci ilde futbol uzre Polineziya Kuboku yarislari kecirilib Kuk adalarinin parlament orqani Ariki Evi adlanir Arxa planMakea Karika arikisi oturan Kuk adalarinin parlament orqani olan Ariki Evi Adalarda meskunlasan ilk insanlar XVI esrde Taitiden gelen polineziyalilar olub Portuqal gemi kapitani Pedro Fernandes Kiros XVII esrde adalarda ilk avropalilarin meskunlasdigini qeyd edib XVIII esrde Boyuk Britaniya deniz seyyahi Ceyms Kuk 1773 ve 1777 ci illerde adalarda olub ve adalara oz adini verib Adalara gelen ecnebiler adalarin yazi sistemini inkisaf etdiribler adalara xristianligi ve mektebleri getiribler Sosial iyerarxiya Kuk adalarinda sosial iyerarxiya ve tabu ariki adlandirilan ali sexsler terefinden idare olunur Adeten her 3 6 adaya bir ariki dusur Her ariki ivi ve nqati qebile bascisi olub Sosial iyerarxiyada arikiden daha asagi seviyyeli tebeqe mataiapo ve ranqatiradir balaca liderler Liderin hakimiyyeti onun doguldugu andan statusu ve nailiyyetleri ile mueyyen olunan manasi guc terefinden berqerar olunur Lider bunu itire ve qazana bilmez Amma arikinin manasinin zeiflemesi onun bu statusunu itirmesine sebeb ola biler Ariki mataiapo ve ranqatira tebeqelerine mexsus sexsler hele de ailelerin veziyyetine qedim enenelere ve tedbirlerin kecirilmesine nezaret edirler 1967 ci ilde qurulan Kuk adalari parlamenti Ariki Evi Are Ariki adini dasiyir lakin uzvleri mehdud guce sahibdirler Kuk Adalari Milli Qadin Surasi ve Kuk Adalari Biznes ve Pese Qadinlar Assosasiyasi kimi qadin teskilatlari ozlerini milli siyasetden cetinlikle ayirirlar En boyuk qadin teskilatlari olan Kuk Adalari Xristian Ekalesiya Vaynetini Kilsesi Dorkas Milli Katolik Qadinlar Liqasi ve Qadin Bicinciler yerli kilseler ile elaqelenibler Mifologiya movhumat ve dinKuk adalari mifologiyasinin Polineziya efsaneleri ve mifleri ile boyuk benzerliyi var Kuk adalari mifologiyasinda Avaiki tanrilarin ve ulu ecdadlarin meskunlasdigi yerdir Mifologiyalarinda one cixan personajlar Avatea Ina Marama Nqanaoa Papa Ronqo Tanqaroa Vaitakere Varima Te Takere ve Vateadir Xariqulade ve ruh nagillari adalarda yasayan insanlar arasinda genis yayilib ve nagillarin coxu qeribe hadiselerin izah edilmesinde istifade olunur Tarixi hadiseler sahibkarliq huquqlari ve sosial munasibetler haqqinda muzakireler aparmaq ucun tupapaku kecirilir Adalarda usaqlar terefinden plantan govdesinden hazirlanmis ruh siginacaqlari var Missioner Con Vilyams Kuk adalarinda xristianligin yayilmasinda boyuk rol oynayib 1821 ci ilde Aitutaki adasina apardigi iki taitili ile adanin dinini deyisdire bilib Sonraki Polineziya missionerleri 1823 cu ilde Mauke Atiu ve Mitiaro adalarinda gedibler Vilyams qebilelerin ariki bascilar ve taunqa kahinler olaraq bolunduyu Rarotonqa adasinin ehalisinin dinini deyisdirmekde cetinlik cekib Vilyamsin konqreqatsionalist hemkari Aron Buzakot London Missioner Cemiyyetinin Sakit okeanda missioner fealiyyetlerinin aparici fiquru idi ve Rarotonqa adasinda 1828 1857 ci illerde yasamisdi Aron Buzakot terefinden esasi qoyulan Takamoa Ilahiyyet Kolleci Kuk Adalari Xristian Kilsesi ucun pastorlara tehsil verir Hazirda Kuk adalarinda ehalinin boyuk hissesi xristiandir Dil ve edebiyyatKuk dili ve ya Rarotonqa dili adalarin resmi dilidir Dilin 15 adada danisilan qarsiliqli aydin basa dusulen bir nece dialekti var Rakahanqa Manihiki ve Penrin dialektleri buna numunedir Kuk Dili Lugeti 1995 ci ilde nesr olunub Bu lugetde London Universitetinden 1957 1988 Casper Beyzin tedqiqatlari ve onun terefinden 1960 ci ilde yaradilmis Meslehetci Komitesinin isleri yer alib tertib etme isi ile Raututi Tarinqa 1957 1959 mesgul olub Kuk adalarinin bir hissesi olan Pukapuka adasinda inkisaf etmis Pukapuka dili alimler terefinden xususi dil hesab edilir Adqoydu yerli ehalinin simvolik enenesidir Adlarin menasi sadece ulu babalar dostlar ecdadlar ile deyil erazi hadiseler ve qohumluq elaqeleri ile baglidir Ad deyisdirmek dogum evlilik olum kimi hadiselere qeder mehdud deyil amma xeyre olmayan bir elamete gore cemiyyet icinde bu bas vere biler Qadinlar ve kisiler arasinda adlar bir birini evez ede biler Soyadlar ise hetta bir aile icinde sexsden sexse ferqlene biler Adalarin kicik olcusune baxmayaraq edebiyyat hec de zeif inkisaf etmeyib Tuepokoina Utanqa Morqan yazdigi musiqili kompozisiyalara ve seirlere hemcinin xalq operalarina gore taninir Kilselerin Sakit okean Konfransinin meslehetcisi kimi seyahet etmis bestekar ve sair Teate Makirere dunyevi eserleri ile meshurdur Paiere Mokoroa ve Merota Nqamata Atiu ve Pukapuka adalarinin medeniyyetleri haqqinda eserler yaziblar Tinqota Simiona ise Atiu adasinin efsanelerinden ilham alinaraq yazilmis ekstensiv hekayeler kolleksiyasinin muellifidir Kuk adalarinin en meshur usaq yazicisi ve sairi olan Mona Matepi usaqlar ucun 52 seriyadan ibaret Makopetler cizgi serialini hazirlayib Televiziya ve radio verilislerinde yayimlanan taninmayan senetcilerin bir cox mahnilarinin ve pyeslerinin kasset ve CD formatlari movcuddur Kuk adalarinda radio yayimi ingilis ve taiti dillerinde aparilir Musiqi ve reqsKuk adalari reqqaslari Pasifika festivalinda Kuk adalari musiqisi agir barabanlar ve ukuleleler ile xarakterize olunur Kuk adalari kisileri Havay adalarinda genis ayilmis Hula reqsinin ekvivalenti olan Hura reqsini ifa edirler Reqsin ifasi zamani nezerler ayaqdan ayrilmir ve ciyinler muvazinetli saxlanilir Barabanlar ansamblin bir hissesidir Kuk adalarinda en meshur musiqi ve reqs qruplari Kuk Adalari Milli Incesenet Teatri Aroranqi Reqs Truppasi Betelareqs Reqs Truppasi Akirata Xalq Reqsleri Truppasi ve Te Ivi Maori Medeni Reqs Truppasidir Raro Records adalarda en esas sesyazma studiyasidir Akirata Xalq Reqsleri Truppasi Reqsler coxmedeniyyetli festivallarda ifa olunur Kuk adalarinin en meshur xalq reqslerinden biri Uradir Bu reqsin ifasi qadin reqqaslar terefinden azi 5 barabancalanin musayieti altinda heyata kecirilir Ombalarinin ayaqlarini ve ellerini hereket etdirmeleri hekayeni festivaldakilaradanismaq ucun elave jestler verir Hekayeler esasen okean quslar cicekler sevgi perisanliq ve s haqqindadir Ura reqsinin 3 esas komponenti var ura pau baraban reqsleri korero efsaneler ve kaparima macera mahnilari Reqsi ifa eden qadinlar adeten ciceklerden baliqqulaqlarindan ei adli boyunbagilardan pareo ve kikau adli eteklerden istifade edirler Kisiler ise elleri ile yari oturmus veziyyetde oz dizlerine vururlar Ura reqsinin ayrilmaz hissesi olan barabanci qrupu esasen barabancalan bascisindan pate taki komekci bascidan pate takirua taxta qonq calan iki calgicidan tokere ve ya pate akaoro ve deri baraban calan elave iki calgicidan pau ve manqo ibaretdir Seyyah yazici Devid Stenli qeyd edir ki Ura reqsinin on gozel ifasi Rarotonqa adasinda heyata kecirilir Ura reqsinin bir formasi olan ura piani reqsinde hem kisiler hem qadinlar istirak edirler ve nagili danismaga calisirlar Reqsin diger versiyalarina ura rore agcaqayin reqsi ura tairiri heveskar reqs ura korare nize reqsi ve ura rama mesel reqsi aiddir Ura reqsi ve onun komponentleri olan korero ve kaparima ile yanasi Kuk adalarinda basqa musiqi janrlari ve reqs novleri vardir dram reqsleri peu tupuna dini tamasalar nuku formal negmeler pee bayram negmeleri ute coxsesli xor musiqisi imene tapu ve s Barabanlardan Kuk adalari medeniyyetinde genis istifade olunur IncesenetPareu Das heykel Baliqqulagindan hazirlanmis boyunbagilar Yerli sakinler baliqqulagi kimi yerli mehsullardan istifade etmekle paltarlarinda ve zergerlikde oz stillerini formalasdiriblar Bir nefere baliqqulagindan hazirlanmis boyunbagi hediyye etmek ve onu hemin sexsin boynundan asmaq regbet ve sevgi jestidir Onlar saronqun bir novu olan pareu adli elvan rengli geyim hazirlayirlar Melaneziyanin Fici ve Samoa kimi adalarinin sakinleri kimi Kuk adalari sakinleri de istehsal etdikleri boya ile islenmis parcalarina gore taninirlar Qadinlarin en boyuk mesguliyyeti tivaivai toxumaqdir Adalilar arasinda xeyli istedadli naxisacan var Xususile Maykl Tavioninin emalatxanasi ve Island Craft isledikleri incesenet numuneleri ile taninir Island Craft da nize ve maska kimi esyalar duzeldilir Kuk adalari incesenetini ozunde eks etdiren esyalari Punanqa Nui marketi Bickomber qalereyasi Sons Crafts Store kimi yerlerde almaq mumkundur Kenuals qalereyasinda yerli ressamlarin resm eserleri numayis etdirilir Tebiet ressami Cudit Kunzle cekdiyi resm eserlerini oz emalatxanasinda ve bir nece dukanda satir Onun bezi eserleri Kuk adalarinin bir cox poct kartockasinda ve nesrinde yer almisdir MetbexAda olkesi oldugundan Kuk adalarinin metbexi esasen meyve ve terevez xususile kokos deniz mehsullarindan ibaretdir Xoreklerin hazirlanmasinda teze deniz mehsullarindan genis istifade olunur Erzagin boyuk hissesinin Yeni Zelandiyadan idxal edilmesine baxmayaraq Kuk adalarinda Manqaian Nqatanqiya Penrin Puaikura ve Rakahanqa kimi ekinci assosiasiyalari var ve onlar da yerli metbexi erzaqla temin edirler Yerli metbexde esasen arrourut molyusk osminoq taro edviyyat kimi zencefil laym limon sarimsaq reyhan ve kokosdan istifade olunur Rukau sogan ve kokos sousu ile taro yarpaqlarindan hazirlanan xorekdir osminoq etinden hazirlanan yerli yemek Eke bala donuz etinden hazirlanan yerli xorek ise Puaka adlanir Ika mata ciy baligi liman ve laym ile marinada qoymaqla hazirlanan ve kokos kremi ile teqdim olunan yemekdir Baliqdan hazirlanan diger teamlara Pai Ika ve Keke Ika aiddir Poke ise qovunagaci ve ya banan ile kokos sudunden istifade etmekle hazirlanan desertdir Meyve sireleri manqo annona ve portagallardan hazirlanir Kuk adalarinda en cox icilen ickiler kokos suyu yerli pive Cooks Lager ve kofedir IdmanKuk adalari Keniya reqbi matci Sakit okeanda yerlesen diger adalarda oldugu kimi Kuk adalarinda da en genis yayilmis idman novu reqbidir Kuk adalari milli reqbi komandasi 1971 ci ilden beynelxalq seviyyede yarislarda istirak edir Reqbi 7 idman novu de olkede xeyli meshurdur oz assosiasiyasi var Kuk adalarinda stolustu tennis voleybol netbol agir atletika agirliq qaldirma futbol ve taekvondo kimi idman novlerinin teskilatlari movcuddur Kuk Adalari Futbol Assosiasiyasi terefinden teskil olunan Kuk Adalari Raund Kuboku olkede en nufuzlu milli futbol yarisidir ve oyunlarin coxu Kuk Adalari Milli Stadionunda kecirilir Boulinq idman novu de Kuk adalarinda meshurdur Olkede Ikuranqi QBK Parekura BK Parekura QDK ve Rarotonqa BK kimi boulinq klublari var Bu idman novu uzre yarislara Kuk Adalari Otustu Boulinq Federasiyasi ve Kuk Adalari Bouvlz Karnaval Dairesi nezaret edir Kuk adalarindan bununla yanasi badminton motosikl qolf avtomobil yarisi yelkenli qayiq skvos baydarka klublari da var Daha genismiqyasli idman teskilatlarina Kuk Adalari Idman ve Olimpiya Assosiasiyasi Rarotonqa Heveskar Atletika Assosiasiyasi Tauvaine Idman ve Medeniyyet Assosiasiyasi ve Tupapa Maraerena Idman Assosiasiyasi aiddir Olkede baliqciliq idmaninin inkisafinda Kuk Adalari Baliqcilar Assosiasiyasi Kuk Adalari Baliqciliq Idmani Klubu ve the Nqatanqiya Baliqcilar Klubu kimi teskilatlar boyuk rol oynayir Olkede 1986 ci ilde reqbi uzre Sakit Okean Kuboku 1998 ci ilde ise futbol uzre Polineziya kubokunun esas merhelesi kecirilib Hokumet ve muhafizeKuk adalarinin medeni irsi yerli irsler esyalar aletler buna uygun olaraq yerli metodlar ve diger Kuk adalari ile elaqendirilen tarixi ve elmi esyalar kimi xarakterize olunur ve 1950 ci ilde qebul olunan Kuk adalari tekmillesme aktina esasen qorunur Medeni tedbirlerin kecirilmesine 1985 ci ilde parlamentin verdiyi aktla qurulan Kuk Adalari Milli Incesenet Surasi terefinden nezaret olunur Inzibati mexanizm Kuk adalarinin medeniyyetini inkisaf etdirmek ucun yollar mueyyenlesdirir 1980 ci illerde bas nazir Ceffri Qenri olkede medeniyyetin inkisafi ucun boyuk isler gorub O bir cox abide tikdirib Medeni Inkisaf Nazirliyini yaradaraq ona maliyye desteyi verib Bu olkenin inkisafina komek edib adalara turist axinini guclendirib 1990 ci ilde Medeni Inkisaf Nazirliyi akti ile 1981 82 ci illerde qebul edilen Milli Incesenet Surasi akti legv edilib yeni aktda ise olkenin medeni irsinin muhafize olunmasi medeni incesenet formalarina olan hevesi artirmaq ve ehalinin medeni seviyyesinin qorunmasi nezerde tutulub Kuk Adalari Muzeyinde olkenin medeni irsi numayis etdirilir Burada adalarin medeniyyetine dair muxtelif numuneler gormek mumkundur Kuk adalarinin tarixi elece de ehalinin reqs baliqciliq agac uzerinde oyma tibb ve metbex sahelerindeki enenevi texnikalari Kuk Adalari Medeniyyet Qesebesinde eks etdirilir ANZAK gununde kecirilen parad Tarix Elametdar gunler1 yanvar Yeni il bayrami2 yanvar Yeni ilden sonraki gunPasxadan evvelki cume gunu Muqeddes CumePasxadan sonraki gun Isiqli bazar ertesi25 aprel ANZAK gunuIyun ayinin ilk bazar ertesi gunu Kralicanin ad gunuIyul ayi boyunca Rarotonqa Incil gunu4 avqust Konstitusiya gunu Te Maevea Nui senlikleri Milli gun26 oktyabr Incil gunu25 dekabr Milad26 dekabr Baksinq gunuIstinadlarCampbell 2007 seh 71 Thomas 2004 seh 310 11 Lal Fortune 2000 seh 519 Hunt 2003 seh 10 Cook Islands House of Ariki makes efforts to boost mana Radio New Zealand 16 April 2018 tarixinde Istifade tarixi 16 April 2014 Crocombe 1990 seh 27 28 Finnegan Orbell 1995 seh 175 Kirk 2012 seh 125 Cook Island Churches and Cook Island Churches in other places Across 14 January 2015 tarixinde Istifade tarixi 16 April 2014 Merrick 2006 seh 18 Buse Taringa 1995 seh 5 Buse Taringa 1995 seh 6 Harvey Maslen 1997 seh 248 Jonassen 2003 seh 8 Lal Fortune 2000 seh 520 Lindstrom White 1994 seh 29 Hunt 2003 seh 81 Stanley 1999 seh 312 Merrick 2006 seh 19 Crocombe 1990 seh 21 22 Enjoycookislands com 10 May 2014 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 17 October 2013 Sissons 1999 seh 44 Alexeyeff 2009 seh 167 Stanley 2004 seh 57 Rongokea 2001 Crocombe 1990 seh 77 Pigneguy Raela 2011 Hunt 2003 seh 46 Matenga Smith 1990 seh 77 Fold Pritchard 2005 seh 86 Matenga Smith 1990 seh 82 Stanley 2004 seh 153 Crocombe 1990 seh 75 76 Hunt 2003 seh 69 Partnership for People centred Development A Directory of Non governmental Organisations in South Pacific Island Countries UNDP 1996 seh 109 ISBN 978 982 304 005 9 2023 07 25 tarixinde Istifade tarixi 2015 09 17 Chapman Lindsay Field Report No 13 on Tuna Fishery Development Strategy for the Cook Islands PDF Secretariat of the Pacific Community 9 August 2017 tarixinde PDF Istifade tarixi 25 March 2014 Boer 1996 seh 43 Lindstrom White 1994 seh 25 Kreps 2013 seh 40 43 Hunt 2003 seh 84EdebiyyatAlexeyeff Kalissa Dancing from the Heart Movement Gender and Cook Islands Globalization University of Hawaii Press 2009 ISBN 978 0 8248 3244 5 Boer Ben Environmental Law in the South Pacific Consolidated Report of the Reviews of Environmental Law in the Cook Islands Federated States of Micronesia Kingdom of Tonga Republic of the Marshall Islands and Solomon Islands IUCN 1 January 1996 ISBN 978 2 8317 0163 9 Buse Jasper Taringa Raututi Cook Islands Maori Dictionary Ministry of Education Government of the Cook Islands 1995 ISBN 978 0 7286 0230 4 Campbell Harry Whatever Happened to Tanganyika The Place Names that History Left Behind Portico 2007 ISBN 978 1 906032 05 0 Crocombe R G Voluntary Service and Development in the Cook Islands Institute of Pacific Studies and cook Islands Externsion Centre University of the South Pacific 1 January 1990 ISBN 978 982 02 0023 4 Finnegan Ruth H Orbell Margaret Rose South Pacific Oral Traditions Indiana University Press 1 January 1995 175 ISBN 0 253 32868 3 Fold Niels Pritchard Bill Cross Continental Agro Food Chains Structures Actors and Dynamics in the Global Food System Taylor amp Francis 25 April 2005 ISBN 978 0 203 44817 5 Harvey Douglas Ross Maslen K I D Book amp Print in New Zealand A Guide to Print Culture in Aotearoa Victoria University Press 1 January 1997 ISBN 978 0 86473 331 3 Hunt Errol Rarotonga amp the Cook Islands Lonely Planet 2003 ISBN 978 1 74059 083 9 Jonassen Jon A Book of Cook Islands Maori Names Ingoa Institute of Pacific Studies University of the South Pacific 2003 ISBN 978 982 02 0334 1 Kirk Robert W Paradise Past The Transformation of the South Pacific 1520 1920 McFarland 24 October 2012 ISBN 978 0 7864 9298 5 Kreps Christina Liberating Culture Cross Cultural Perspectives on Museums Curation and Heritage Preservation Routledge 15 April 2013 ISBN 978 1 135 13313 9 Lal Brij V Fortune Kate The Pacific Islands An Encyclopedia University of Hawaii Press January 2000 ISBN 978 0 8248 2265 1 Lindstrom Lamont White Geoffrey Miles Culture Kastom Tradition Developing Cultural Policy in Melanesia Institute of Pacific Studies The University of the South Pacific 1994 ISBN 978 982 02 0102 6 Matenga Smith Taiora Cook Islands Cook Book Institute of Pacific Studies of the University of the South Pacific and Cook Islands Ministries of Agriculture and Health 1990 ISBN 978 982 02 0024 1 Merrick Del Culture Connections Teaching Guide Blake Education 2006 ISBN 978 1 74164 131 8 Pigneguy Dee Raela Sonja Sonja s Kitchen Sustainable Cuisine from the Cook Islands Papawai Press October 2011 ISBN 978 0 9582966 5 6 Rongokea Lynnsay The Art of Tivaevae Traditional Cook Islands Quilting University of Hawaii Press January 2001 ISBN 978 0 8248 2502 7 Sissons Jeffrey Nation and Destination Creating Cook Islands Identity editorips usp ac fj 1 January 1999 ISBN 978 982 02 0142 2 Stanley David South Pacific Handbook David Stanley 1999 ISBN 978 1 56691 172 6 Stanley David South Pacific David Stanley 2004 ISBN 978 1 56691 411 6 Thomas Nicholas http books google com books id m2 LpIAAACAAJ Cook The Extraordinary Voyages of Captain James Cook bad url Walker 1 September 2004 ISBN 978 0 8027 7711 9Xarici kecidlerKuk adalari teqvimi