Sakit okean (ing. Pacific Ocean) — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır.
Sakit okean | |
---|---|
Koordinatlar | |
Hissəsidir | Dünya okeanı |
Səthinin sahəsi |
|
Maksimum dərinliyi | 11.034 m, 4.280 m |
Ən dərin yeri | Çellencer dərinliyi[d] |
Su həcmi | 660.000.000 km³ |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir
Etimologiya
Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Böyük okyanus" adlandırılmışdır.
Dənizləri
Sahəsi
Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur. Okean ekvator boyunca geniş məsafədə uzanır, ona görə də ən isti okean hesab olunur. Ən dərin çökəklik Marian çökəkliyi (11022 m) bu okeandadır. Filippin dənizi də burada yerləşir. Okeanın şərqində sahil xətti az girintili-çıxıntılıdır, qərbində — Avrasiya sahillərində bir çox yarımadalar vardır. Bunlardan Kamçatka, Koreya yarımadası, Hind-Çin, Malakka yarımadalarını göstərmək olar. Sakit okeanın 19-dan çox dənizi var. Bunların əksəriyyəri okeanın qərbində, Avrasiya ilə adalar arasında yerləşir. Sakit okeanda 10.000-dən çox ada vardır. Okeanda mənşəyinə görə adaların bütün tiplərinə rast gəlmək olar. Bunlardan ən böyükləri Saxalin adası, Yaponiya adaları, , Kalimantan və Yeni Qvineyadır. Saxalin adası materikdən Tatar boğazı ilə ayrılır.
Tədqiqi tarixi
Sakit okean sahillərində və adalarda yaşayan xalqlar çox qədim zamanlardan onu öyrənməyə başlamış, sərvətlərini mənimsəmişlər. Sakit okeanın tətqiqində F. Magellanın ilk dünya səyahətinin (1519–1522) böyük rolu olmuşdur. Okeanda üzdükləri zaman heç bir fırtınaya rast gəlmədiklərinə görə ona Sakit okean adını da Magellan vermişdir. Lakin bu okean heç də sakit deyildir. Dünyanın bir çox səyyah və alimləri okeanın təbiətini öyrənməyə çalışmışlar. C. Kukun (1768–1771), N. Kruzenstern və Y. Lisyanskinin (1809–1806) dünya səyahətlərinin də Sakit okeanın tətqiqində əhəmiyyəti danılmazdır. A. Tasmanın, V. Berinqin, S. Dejnyovun və başqalarının Sakit okeanın ayrı-ayrı hissələrinin öyrənilməsində böyük əməyi olmuşdur. Son yüzillikdə Sakit okeanın təbiəti haqqında yeni məlumatlar əldə edilmiş, onun maksimum dərinliyi müəyyən edilmişdir. Okean dibinin relyefi, cərəyanların xüsusiyyətləri, ən dərin çökəkliklərdə üzvi aləmin həyat tərzi öyrənilməkdədir.
Relyefi
Sakit okean ən dərin okeandır. Okeanın orta dərinliyi 4.028 metr, maksimum dərinliyi isə Marian çökəkliyində 11.022 metrdir. Sakit okean bütövlükdə bir litosfer tavası üzərində yerləşir ki, bu da öz sərhədlərində digər tavalarla qarşılıqlı təsirdədir. Bu qarşılıqlı təsirlər yer səthində və su altında zəlzələlər, vulkan püskürmələri ilə müşayiət olunur. Okeanın dibindən püskürmüş lavanın həcmi materiklərdə püskürmüş lavaların həcmindən üç dəfədən də çoxdur. Sakit okean sahillərində quruda çoxlu vulkan vardır. Bunlar fəaliyyətdə olan vulkanlardır. Okeanın şimal hissəsində fəaliyyətdə olan vulkanlar daha çoxdur. Sakit okeanın dib relyefi də mürəkkəbdir. Şelf zonası Sakit okeanda az sahə tutmasına baxmayaraq Asiya və Avstraliya sahillərində nisbətən genişdir. Materik yamacları sıldırım və pilləvarıdır.
İri qalxmalar, ayrı-ayrı dağlar və dağ silsilələri okean yatağını çökəkliklərə bölür. Okeanda ən böyük sualtı silsilələrdən Cənubi Sakit okean sualtı dağlarını, Şərqi Sakit okean sualtı dağlarını göstərmək olar. Sakit okeanın dağ silsilələri ilə materiklərin kənarı arasında böyük çökəkliklər də vardır. Mərkəzi Sakit okean çökəkliyi, Şimal-Şərq çökəkliyi, Cənub çökəkliyi, Qərb çökəkliyi daha böyükdür. Sakit okeanın bir sıra ən dərin çökəklikləri uzun və dərin novları xatırladır. Bunlardan Aleut, Qvatemala, Peru, Çili, Filippin, göstərmək olar. Sakit okeanda dağəmələgəlmə prosesləri, vaxtaşırı vulkan püskürmələri və zəlzələlərlə müşayiət olunur. Zəlzələ zamanı okeanda güclü sunami dalğaları yaranır.
Relyefinin öyrənilməsi
XIX əsrin 60-cı ilinə qədər Sakit okeanın relyefi haqqında elmə məlum olan bir şey yox idi. Okeanın dərinliyi haqqında isə ilk məlumat 1866-cı ildə Oxot dənizində ölçü işləri aparan "Varyak" gəmisinin dənizçisi Konstantin Stepanoviç Statiçkiyə aiddir. O, Kuril tirəsinin şimal-qərbində 510 m-dən 640 m-ə qədər dərinlikləri müəyyən etmişdir. Şelixov körfəzinin cənubunda 100–150 m dərinliklərin təyin edilməsi də onun adı ilə bağlıdır. 1873-cü ildə "Tuskarord" gəmisi Vankuver adasından (Kanadanın cənub qərbində) Yaponiyaya qədər böyük bir məsafədə ölçü işləri aparır. 1874-cü ildə "Çellencer" Yeni Zelandiyanın paytaxtı Vellinqtondan Avstraliyanın Sidney şəhərinə yola düşməklə ölçü işləri aparmaqla Tasmaniya çökəkliyinin relyefi haqqında düzgün məlumatlar verir. Sakit okeana müxtəlif marşrutlar etməklə onun relyefini tədqiq edən ən görkəmli alimlərdən biri Ç. U. Tomson olmuşdur. "Diskoveri-II" gəmisi cənubi Sakit okean silsiləsini aşkar etməklə onu 2000 km uzunluğunda olduğunu müəyyən etdi. 1950-ci ildə "Xorayzn" ("Üfüq") gəmisi Filippinin şimal-şərqində yerləşən sahənin dib relyefini öyrəndi. 1950–54-cü illərdə Berinq dənizində Şirşov silsiləsi (3000 km), Obruçev-Kuril adalarında çərçivəsində "Vityaz" silsiləsi aşkar edildi. Obruçev Havay silsilələrinin əlaqəli olması müəyyənləşdirildi. 1960-cı illərin əvvəllərində isə Sakit okeanın cənubunda 3000 km uzunluğa malik olan çat Eltanine müəyyən edildi.
İqlimi
Sakit okean qütb iqlim qurşaqlarından başqa bütün iqlim qurşaqlarında yerləşir. Sakit okeanda 25° şimal və cənub enlikləri arasında hakimdir. Qərb hissəsində əmələ gəlir. Yayda cənub-şərqdən əsən musson küləkləri rütubətli okean havasını Cənub-Şərqi Asiya və Çinin bir hissəsinə doğru aparır. Qışda materikdən soyuq və quru musson küləyi əsir ki, bu da okeanın iqliminə xeyli təsir göstərir, hətta okeanın kənar dənizlərinin bir hissəsi buzla örtülür. Okeanda temperatur paylanması üfüqi zonallığa uyğun gəlir. Tropik qurşaqda 25–27 °C hərarət olur. Şimala və cənuba getdikcə temperatur aşağı düşür. Ekvator boyunca böyük bir zolaqda yağıntının miqdarı 2000–3000 mm-dir. Havay adalarında illik yağıntının miqdarı 3500–4000 mm, bəzi illərdə 12.000 mm-dən çox olur. Sakit okeanda yağıntılar buxarlanmalardan üstündür. Bu isə okeanda səth sularının duzluluğunun aşağı olmasının əsas səbəblərindəndir. Sakit okeanın maksimum duzluluğu 35 promilldir. Çay mənsəblərində bu göstərici çox aşağıdır. Sakit okeanın qərb hissəsinə yağıntı az düşür, bu ərazidə güclü qasırğalar olur. Mülayim enlikdə bütün fəsillərdə fırtınalar tüğyan edir, tez-tez qasırğalar baş verir. Qasırğalar okean suyunu bütöv bir dağ kimi göyə qaldırır, dalğaların hündürlüyü bəzən 25 metrə çatır ve daha cox. Bu ise sahil zonasina boyuk daginti verir, xeyli insan heyatini itirir.
Təbii qurşaqları
Sakit okeanda qütb qurşaqlarından başqa bütün iqlim qurşaqları mövcuddur. Bunların hər birinin də öz xüsusiyyəti vardır. Tropiklər arasında okeanın böyük ərazi tutması nəticəsində Sakit okean suları digər okean sularından daha istidir. Suyun temperaturu tropiklər arasında 19 °C, ekvatorda isə 29 °C-dir. Antarktika sahillərində isə suyun temperaturu −1 °C-yə qədər düşür. Qütbyanı qurşaqdakı dənizlərdə sular intensiv qarışır, ona görə də suda balıq daha çox olur. Burada qızılbalıq, mintay, , siyənək balıqları ovlanır. Şimal mülayim qurşaq çox böyü ərazini əhatə edir. Bu qurşaq qərb küləklərinin güclü təsiri altındadır. Burada tez-tez fırtınalar olur. Mülayim qurşağın qərb hissəsi dəniz orqanizmlərinin növ müxtəlifliyinə görə ən zəngin ərazidir. üçün müxtəlif cərəyanların mürəkkəb qarşılıqlı təsiri səciyyəvidir. Cərəyanların sərhədlərində dərinlik sularının səthə doğru qalxması güclənir, bu sahələrdə bioloji məhsuldarlıq artır. Bu qurşağın qərb hissəsində özünəməxsus təbii kompleks əmələ gəlir. Zond adaları və Şərqi Avstraliya sahilləri yaxınlığında şelflərdə canlı aləm daha zəngindir. Sakit okeanın cənub tropik qurşağında, Avstraliya sahilləri yaxınlığındakı təbii kompleksi vardır. Bu, yer üzərində mərcanlar tərəfindən yaradılan ən iri dağ silsiləsidir. Mərcanlar açıq-yaşıl, sarı, qırmızı, mavi, bənövşəyi rəngdə olur. Burada çoxlu molyusklar, dərisitikanlılar, müxtəlif balıqlar yaşayır. Tropik qurşağın suları balıqlarla olduqca zəngindir. Burada 2000-ə yaxın balıq növü yaşayır. Mülayim qurşaqda yerləşən Berinq dənizində də balıq növləri çoxdur (təxminən 800-ə qədər). Ümumiyyətlə tropik qurşağın sularında üzvi aləm zəngindir. Sakit okeanın cənub sahillərində Antarktidadan üzüb gələn aysberqlər müşahidə olunur. Gəmiçilik üçün təhlükəli olan bu nəhəng buz dağları 40°Cənub enliyinə qədər gələ bilirlər.
Cərəyanları
Sakit okean qərbdən şərqə doğru çox uzandığı üçün bu okeanda suyun en axınları üstündür. Okeanın Şimal və cənub hissələrində cərəyanlar halqavari hərəkət edir.
Şimal yarımkürəsində cərəyanlar saat əqrəbi istiqamətində hərəkət edərək aşağıdakı həlqəni yaradır: Şimali Passat → Kurosio → Şimali Sakit okean → (və ya Alyaska)→ Kaliforniya.
Cənub yarımkürəsində cərəyanlar isə saat əqrəbinin əksinə doğru dairəvi hərəkət edirlər: Cənubi Passat → Şərqi Avstraliya → Qərb küləkləri → Çili → Peru.
Sakit okean tavasının materik tipli tavalarla toqquşması nəticəsində hazırda Sakit okeanın tədricən qapanması prosesi gedir.
Təbii ehtiyatları
Sakit okeanın təbii sərvətləri hələ qədim zamanlardan insanlar tərəfindən istifadə edilməyə başlanmışdır. 30-dan çox ölkənin ərazisi Sakit okeanla hüdudlanır. Dünya əhalisinin təxminən yarısı bu okeanın hövzəsində məskunlaşmışdır. Okeanın zəngin bioloji və mineral ehtiyatları vardır. Dünyada tutulan balığın 1/3-ni Sakit okean verir. Burada balina, morj, suiti, yenkəc, krevet və s. ovlanır. Sakit okeanda 4 mindən çox bitki növü yayılmışdır. Şelf zonasından neft çıxarılır (İndoneziya, Malayziya, Yaponiya, Avstraliya, ABŞ ərazisində). Okean suyundan kimyəvi təmizləmə aparmaqla qızıl, mis, sink, duz və digər maddələr alınır. Okeanın dibindən də filiz faydalı qazıntılar hasil olunur. Sakit okeanda güclü dalğalar mütəmadi olaraq müşahidə olunur. Bu dalğaların gücündən enerji mənbəyi kimi istifadə olunması sahəsində ABŞ-də, Yaponiyada tədqiqatlar aparılır. Sakit okean həm də mühüm nəqliyyat yollarının keçdiyi ərazidir. Dünyada dəniz nəqliyyatının yük tonnajına görə Sakit okean 20-ci əsrin 70-ci illərindən etibarən ən çox yük daşınılan okeana çevrilib.
Mənbə
- Ç. İsmayılov. Y. Qəribov. Məktəblinin coğrafiyalüğəti. Bakı,2006. səh.194–195.
- Тихий океан. (АН СССР. Институт океанологии). В 13 томах. — М.: Наука, 1966–1974.
- Атлас океанов. Термины, понятия, справочные таблицы. — М.: ГУНК МО СССР, 1980.
- Физическая география материков и океанов / Под общей ред. А. М. Рябчикова. — М.: Высшая школа, 1988.
- Шило Н. А., Ващилов Ю. Я. Роль сил Кориолиса в формировании асимметричной структуры восточка и запада Тихого океана и его континентального обрамления // Докл. РАН. 2008. Т. 419. № 4. С. 530–532.
Xarici keçid
- Исследования Тихого океана и дальневосточных морей России [ölü keçid]
İstinadlar
- Volumes of the World's Oceans from ETOPO1.
- Veselovski, N. Sədullayev (redaktor). Yaponiya və onun müsəlləh qüvvələri (az.). Bakı: Azərnəşr. 1932. səh. 34.
- M. C. Əliyev; F. A. Həsənli. Coğrafi kəşflərin tarixi və səyyahlar.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sakit okean ing Pacific Ocean 161 8 mln km sahesi olan Sakit okean Yer planetinin texminen 1 3 hissesini tutur Ekvatorun kesdiyi okean Simali Sakit Okean ve Cenubi Sakit Okean olaraq ikiye ayrilir Sakit okean erazisinin boyukluyune ve tebii xususiyyetlerine gore planetimizin nadir obyektlerinden biridir O serqden qerbe 19 000 km simaldan cenuba dogru ise 16 000 km mesafede uzanir Sakit okeanKoordinatlar 0 sm e 160 q u Hissesidir Dunya okeaniSethinin sahesi 161 760 000 km Maksimum derinliyi 11 034 m 4 280 mEn derin yeri Cellencer derinliyi d Su hecmi 660 000 000 km Fayl 280px Sakit okean xeritede Sakit okean Vikianbarda elaqeli mediafayllar Avrasiya Avstraliya Simali Amerika Cenubi Amerika materikleri ile ehate olunub Sakit okean Simal Buzlu okeani ile Berinq bogazi Atlantik okeani ile Dreyk bogazi vasitesile elaqelenir Hind okeani ile Sakit okeanin su mubadilesi Boyuk ve Kicik Zond adalari arasindaki deniz ve bogazlar vasitesile bas verirEtimologiyaErken sovet dovrune aid Azerbaycandilli menbelerde Boyuk okyanus adlandirilmisdir DenizleriBerinq denizi Oxot denizi Yapon denizi Sari deniz Serqi Cin denizi Cenubi Cin denizi Yava denizi Banda denizi Filippin denizi Ross denizi Amundsen denizi Bellinshauzen denizi Mercan denizi Tasman denizi Fici denizi ve s SahesiSakit okean Yer kuresinin 1 3 hissesini Dunya okeaninin demek olar ki yarisini tutur Okean ekvator boyunca genis mesafede uzanir ona gore de en isti okean hesab olunur En derin cokeklik Marian cokekliyi 11022 m bu okeandadir Filippin denizi de burada yerlesir Okeanin serqinde sahil xetti az girintili cixintilidir qerbinde Avrasiya sahillerinde bir cox yarimadalar vardir Bunlardan Kamcatka Koreya yarimadasi Hind Cin Malakka yarimadalarini gostermek olar Sakit okeanin 19 dan cox denizi var Bunlarin ekseriyyeri okeanin qerbinde Avrasiya ile adalar arasinda yerlesir Sakit okeanda 10 000 den cox ada vardir Okeanda menseyine gore adalarin butun tiplerine rast gelmek olar Bunlardan en boyukleri Saxalin adasi Yaponiya adalari Kalimantan ve Yeni Qvineyadir Saxalin adasi materikden Tatar bogazi ile ayrilir Tedqiqi tarixiSakit okean sahillerinde ve adalarda yasayan xalqlar cox qedim zamanlardan onu oyrenmeye baslamis servetlerini menimsemisler Sakit okeanin tetqiqinde F Magellanin ilk dunya seyahetinin 1519 1522 boyuk rolu olmusdur Okeanda uzdukleri zaman hec bir firtinaya rast gelmediklerine gore ona Sakit okean adini da Magellan vermisdir Lakin bu okean hec de sakit deyildir Dunyanin bir cox seyyah ve alimleri okeanin tebietini oyrenmeye calismislar C Kukun 1768 1771 N Kruzenstern ve Y Lisyanskinin 1809 1806 dunya seyahetlerinin de Sakit okeanin tetqiqinde ehemiyyeti danilmazdir A Tasmanin V Berinqin S Dejnyovun ve basqalarinin Sakit okeanin ayri ayri hisselerinin oyrenilmesinde boyuk emeyi olmusdur Son yuzillikde Sakit okeanin tebieti haqqinda yeni melumatlar elde edilmis onun maksimum derinliyi mueyyen edilmisdir Okean dibinin relyefi cereyanlarin xususiyyetleri en derin cokekliklerde uzvi alemin heyat terzi oyrenilmekdedir RelyefiSakit okean en derin okeandir Okeanin orta derinliyi 4 028 metr maksimum derinliyi ise Marian cokekliyinde 11 022 metrdir Sakit okean butovlukde bir litosfer tavasi uzerinde yerlesir ki bu da oz serhedlerinde diger tavalarla qarsiliqli tesirdedir Bu qarsiliqli tesirler yer sethinde ve su altinda zelzeleler vulkan puskurmeleri ile musayiet olunur Okeanin dibinden puskurmus lavanin hecmi materiklerde puskurmus lavalarin hecminden uc defeden de coxdur Sakit okean sahillerinde quruda coxlu vulkan vardir Bunlar fealiyyetde olan vulkanlardir Okeanin simal hissesinde fealiyyetde olan vulkanlar daha coxdur Sakit okeanin dib relyefi de murekkebdir Self zonasi Sakit okeanda az sahe tutmasina baxmayaraq Asiya ve Avstraliya sahillerinde nisbeten genisdir Materik yamaclari sildirim ve pillevaridir Iri qalxmalar ayri ayri daglar ve dag silsileleri okean yatagini cokekliklere bolur Okeanda en boyuk sualti silsilelerden Cenubi Sakit okean sualti daglarini Serqi Sakit okean sualti daglarini gostermek olar Sakit okeanin dag silsileleri ile materiklerin kenari arasinda boyuk cokeklikler de vardir Merkezi Sakit okean cokekliyi Simal Serq cokekliyi Cenub cokekliyi Qerb cokekliyi daha boyukdur Sakit okeanin bir sira en derin cokeklikleri uzun ve derin novlari xatirladir Bunlardan Aleut Qvatemala Peru Cili Filippin gostermek olar Sakit okeanda dagemelegelme prosesleri vaxtasiri vulkan puskurmeleri ve zelzelelerle musayiet olunur Zelzele zamani okeanda guclu sunami dalgalari yaranir Relyefinin oyrenilmesiXIX esrin 60 ci iline qeder Sakit okeanin relyefi haqqinda elme melum olan bir sey yox idi Okeanin derinliyi haqqinda ise ilk melumat 1866 ci ilde Oxot denizinde olcu isleri aparan Varyak gemisinin denizcisi Konstantin Stepanovic Statickiye aiddir O Kuril tiresinin simal qerbinde 510 m den 640 m e qeder derinlikleri mueyyen etmisdir Selixov korfezinin cenubunda 100 150 m derinliklerin teyin edilmesi de onun adi ile baglidir 1873 cu ilde Tuskarord gemisi Vankuver adasindan Kanadanin cenub qerbinde Yaponiyaya qeder boyuk bir mesafede olcu isleri aparir 1874 cu ilde Cellencer Yeni Zelandiyanin paytaxti Vellinqtondan Avstraliyanin Sidney seherine yola dusmekle olcu isleri aparmaqla Tasmaniya cokekliyinin relyefi haqqinda duzgun melumatlar verir Sakit okeana muxtelif marsrutlar etmekle onun relyefini tedqiq eden en gorkemli alimlerden biri C U Tomson olmusdur Diskoveri II gemisi cenubi Sakit okean silsilesini askar etmekle onu 2000 km uzunlugunda oldugunu mueyyen etdi 1950 ci ilde Xorayzn Ufuq gemisi Filippinin simal serqinde yerlesen sahenin dib relyefini oyrendi 1950 54 cu illerde Berinq denizinde Sirsov silsilesi 3000 km Obrucev Kuril adalarinda cercivesinde Vityaz silsilesi askar edildi Obrucev Havay silsilelerinin elaqeli olmasi mueyyenlesdirildi 1960 ci illerin evvellerinde ise Sakit okeanin cenubunda 3000 km uzunluga malik olan cat Eltanine mueyyen edildi IqlimiKaliforniya stati sahilinde qasirga Sakit okean qutb iqlim qursaqlarindan basqa butun iqlim qursaqlarinda yerlesir Sakit okeanda 25 simal ve cenub enlikleri arasinda hakimdir Qerb hissesinde emele gelir Yayda cenub serqden esen musson kulekleri rutubetli okean havasini Cenub Serqi Asiya ve Cinin bir hissesine dogru aparir Qisda materikden soyuq ve quru musson kuleyi esir ki bu da okeanin iqlimine xeyli tesir gosterir hetta okeanin kenar denizlerinin bir hissesi buzla ortulur Okeanda temperatur paylanmasi ufuqi zonalliga uygun gelir Tropik qursaqda 25 27 C heraret olur Simala ve cenuba getdikce temperatur asagi dusur Ekvator boyunca boyuk bir zolaqda yagintinin miqdari 2000 3000 mm dir Havay adalarinda illik yagintinin miqdari 3500 4000 mm bezi illerde 12 000 mm den cox olur Sakit okeanda yagintilar buxarlanmalardan ustundur Bu ise okeanda seth sularinin duzlulugunun asagi olmasinin esas sebeblerindendir Sakit okeanin maksimum duzlulugu 35 promilldir Cay menseblerinde bu gosterici cox asagidir Sakit okeanin qerb hissesine yaginti az dusur bu erazide guclu qasirgalar olur Mulayim enlikde butun fesillerde firtinalar tugyan edir tez tez qasirgalar bas verir Qasirgalar okean suyunu butov bir dag kimi goye qaldirir dalgalarin hundurluyu bezen 25 metre catir ve daha cox Bu ise sahil zonasina boyuk daginti verir xeyli insan heyatini itirir Tebii qursaqlariSakit okeanin fiziki xeritesi Sakit okeanda qutb qursaqlarindan basqa butun iqlim qursaqlari movcuddur Bunlarin her birinin de oz xususiyyeti vardir Tropikler arasinda okeanin boyuk erazi tutmasi neticesinde Sakit okean sulari diger okean sularindan daha istidir Suyun temperaturu tropikler arasinda 19 C ekvatorda ise 29 C dir Antarktika sahillerinde ise suyun temperaturu 1 C ye qeder dusur Qutbyani qursaqdaki denizlerde sular intensiv qarisir ona gore de suda baliq daha cox olur Burada qizilbaliq mintay siyenek baliqlari ovlanir Simal mulayim qursaq cox boyu erazini ehate edir Bu qursaq qerb kuleklerinin guclu tesiri altindadir Burada tez tez firtinalar olur Mulayim qursagin qerb hissesi deniz orqanizmlerinin nov muxtelifliyine gore en zengin erazidir ucun muxtelif cereyanlarin murekkeb qarsiliqli tesiri seciyyevidir Cereyanlarin serhedlerinde derinlik sularinin sethe dogru qalxmasi guclenir bu sahelerde bioloji mehsuldarliq artir Bu qursagin qerb hissesinde ozunemexsus tebii kompleks emele gelir Zond adalari ve Serqi Avstraliya sahilleri yaxinliginda selflerde canli alem daha zengindir Sakit okeanin cenub tropik qursaginda Avstraliya sahilleri yaxinligindaki tebii kompleksi vardir Bu yer uzerinde mercanlar terefinden yaradilan en iri dag silsilesidir Mercanlar aciq yasil sari qirmizi mavi benovseyi rengde olur Burada coxlu molyusklar derisitikanlilar muxtelif baliqlar yasayir Tropik qursagin sulari baliqlarla olduqca zengindir Burada 2000 e yaxin baliq novu yasayir Mulayim qursaqda yerlesen Berinq denizinde de baliq novleri coxdur texminen 800 e qeder Umumiyyetle tropik qursagin sularinda uzvi alem zengindir Sakit okeanin cenub sahillerinde Antarktidadan uzub gelen aysberqler musahide olunur Gemicilik ucun tehlukeli olan bu neheng buz daglari 40 Cenub enliyine qeder gele bilirler CereyanlariSakit okean qerbden serqe dogru cox uzandigi ucun bu okeanda suyun en axinlari ustundur Okeanin Simal ve cenub hisselerinde cereyanlar halqavari hereket edir Simal yarimkuresinde cereyanlar saat eqrebi istiqametinde hereket ederek asagidaki helqeni yaradir Simali Passat Kurosio Simali Sakit okean ve ya Alyaska Kaliforniya Cenub yarimkuresinde cereyanlar ise saat eqrebinin eksine dogru dairevi hereket edirler Cenubi Passat Serqi Avstraliya Qerb kulekleri Cili Peru Sakit okean tavasinin materik tipli tavalarla toqqusmasi neticesinde hazirda Sakit okeanin tedricen qapanmasi prosesi gedir Tebii ehtiyatlariSakit okeanin tebii servetleri hele qedim zamanlardan insanlar terefinden istifade edilmeye baslanmisdir 30 dan cox olkenin erazisi Sakit okeanla hududlanir Dunya ehalisinin texminen yarisi bu okeanin hovzesinde meskunlasmisdir Okeanin zengin bioloji ve mineral ehtiyatlari vardir Dunyada tutulan baligin 1 3 ni Sakit okean verir Burada balina morj suiti yenkec krevet ve s ovlanir Sakit okeanda 4 minden cox bitki novu yayilmisdir Self zonasindan neft cixarilir Indoneziya Malayziya Yaponiya Avstraliya ABS erazisinde Okean suyundan kimyevi temizleme aparmaqla qizil mis sink duz ve diger maddeler alinir Okeanin dibinden de filiz faydali qazintilar hasil olunur Sakit okeanda guclu dalgalar mutemadi olaraq musahide olunur Bu dalgalarin gucunden enerji menbeyi kimi istifade olunmasi sahesinde ABS de Yaponiyada tedqiqatlar aparilir Sakit okean hem de muhum neqliyyat yollarinin kecdiyi erazidir Dunyada deniz neqliyyatinin yuk tonnajina gore Sakit okean 20 ci esrin 70 ci illerinden etibaren en cox yuk dasinilan okeana cevrilib MenbeC Ismayilov Y Qeribov Mekteblinin cografiyalugeti Baki 2006 seh 194 195 Tihij okean AN SSSR Institut okeanologii V 13 tomah M Nauka 1966 1974 Atlas okeanov Terminy ponyatiya spravochnye tablicy M GUNK MO SSSR 1980 Fizicheskaya geografiya materikov i okeanov Pod obshej red A M Ryabchikova M Vysshaya shkola 1988 Shilo N A Vashilov Yu Ya Rol sil Koriolisa v formirovanii asimmetrichnoj struktury vostochka i zapada Tihogo okeana i ego kontinentalnogo obramleniya Dokl RAN 2008 T 419 4 S 530 532 Xarici kecidIssledovaniya Tihogo okeana i dalnevostochnyh morej Rossii olu kecid IstinadlarVolumes of the World s Oceans from ETOPO1 Veselovski N Sedullayev redaktor Yaponiya ve onun muselleh quvveleri az Baki Azernesr 1932 seh 34 M C Eliyev F A Hesenli Cografi kesflerin tarixi ve seyyahlar