Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı.
Hümmət Partiyası (Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı) | |
---|---|
Quruluş tarixi | 1904 |
Dağılma tarixi | 11-12 fevral 1920 (bolşevik) 28 aprel 1920 (menşevik) |
Birləşən | Ədalət Partiyası (1920) Əkinçi Partiyası (1920) |
Bölünmə | Müsavat Partiyası (1911) |
Sələfi | Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi |
Xələfi | İctimaiyyun-Amiyyun (1907) Azərbaycan Kommunist Partiyası (1920) |
İdeologiya | sosial-demokratiya |
Müttəfiqlər | (bolşevik) Sosialistlər fraksiyası (menşevik) |
Parlamentdə | 7 / 120 Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (27 aprel 1920)4 / 44 Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası4 / 125 Zaqafqaziya Seymi1 / 767 Ümumrusiya Müəssislər Məclisi |
Mətbuat orqanı | Hümmət qəzeti Al bayraq Probujdenie (Tiflis) |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Yaradılması
1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, , Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi.
"Bu qrupun müstəqilliyini müsəlman fəhlələri ilə işin xüsusiyyətləri şərtləndirirdi. Təşkilatın məhz bu formada fəaliyyət göstərməsi çox uğurlu idi, çünki bizim işimizdə elə məqamlar var idi ki, "Hümmət" müstəqil şəkildə çıxış etməyə məcbur idi." S.M.Əfəndiyev |
Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı.
Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar.
Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı. Bolşeviklərin proqramındakı millətlərin öz müqəddəratını təyinetmə prinsipinin cəlbediciliyi və ümumiyyətlə, sosial demokratiyanın mövcud hakimiyyətə müxalifliyi öz xalqını milli əsarətdən qurtarmaq ümidi ilə yaşayan ziyalıları onun sıralarına cəlb edirdi.
Bu cavan nəsil müxalif sosializmdə çarizmə qarşı ən sadiq olmasa da, ən əlverişli müttəfiqini görürdü. Məhəmməd Əmin Rəsulzadə |
1904–1917-ci illər
Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin Hümmətin iclaslarında təmsilçisi Prokofi Caparidze, Hümmətin isə Rusiya Sosial Demokrat Fəhlə Partiyasında təmsilçisi Sultanməcid Əfəndiyev idi. Hümmətin RSDFP Bakı Komitəsi və "Balaxanı və Bibiheybət Fəhlələrinin İttifaqı" təşkilatı ilə birlikdə təşkil etdiyi ilk siyasi aksiyalardan biri 1904-cü ilin dekabr tətili olmuşdu. Bu tətil, Rusiyada ilk dəfə olaraq, fəhlələrlə mədən-zavod sahibləri arasında kollektiv müqavilənin ("Mazut konstitusiyası"nın) imzalanması ilə nəticələndi.
1905-ci ilin fevral və avqust aylarında erməni-daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları zamanı Hümmət əhalinin sakitləşdirilməsində və qırğınların qarşısının alınmasında böyük rol oynadı. 1905-ci ilin fevralınadək çıxan "Hümmət" qəzeti 6-cı nömrəsindən sonra "zərərli istiqamətinə görə" bağlandı. Məhəmməd Əmin Rəsulzadənin sözlərinə görə, bu qəzet partiya orqanı olan ilk türk qəzeti idi. 1905-ci ildə İran inqilabının başlanması ilə əlaqədar Hümmətin fəaliyyəti xüsusilə genişləndi. Cənubi Azərbaycanın azad edilməsinə olan ümidlərini İran inqilabının qələbəsinə bağlayan hümmətçilərin, demək olar, hamısı bu inqilabda iştirak etdilər.
Hümmətin fəaliyyətində Azərbaycan dilində qəzetlərin nəşri əhəmiyyətli yer tuturdu. 1906–07 illərdə təşkilat "Dəvət-Qoç", "Təkamül" və "Yoldaş" qəzetlərini buraxırdı. Onların böyük hissəsi milli maariflənmənin ənənəvi problemlərinə, zəhmətkeşlərin ağır şəraitinə və ayrı-ayrı hallarda cahil ruhanilərin tənqidinə həsr olunmuşdu. 1907-ci ilin iyununda üzvlərinin əksəriyyətinin həbs edilməsi nəticəsində təşkilat xeyli zəiflədi. Hümmətin Bakı şöbəsinin həmin dövrdəki fəaliyyəti barədə son məlumatlar 1910-cu ilə aiddir, bundan sonra isə təşkilat 1917-ci ilə kimi, demək olar, fəaliyyət göstərməmişdir.
1917-ci il
1917-ci ilin martında, Rusiyada Fevral inqilabından bir neçə gün sonra, Hümmətin bir çox keçmiş üzvü təcili olaraq konfrans keçirib, təşkilatn RSDF(b)P-nin Bakı Komitəsi ilə birləşməsi məsələsini müzakirə etdilər. Lakin təşkilatın öz ənənələri olduğu və müsəlman kütlələrinin psixologiyası nəzərə alınaraq, səs çoxluğu ilə, partiyanın RSDF(b)P ilə birləşməsi və Hümmət adının saxlanılması qərara alındı. Təşkilatın müvəqqəti komitəsi yaradıldı. 1917-ci il iyunun 16-da, Nəriman Nərimanov başda olmaqla, Hümmətin daimi şəhər komitəsi seçildi. Komitəyə 14 üzv, o cümlədən Sultanməcid Əfəndiyev, Həmid Sultanov, Əsədulla Axundov, Məşədi Əzizbəyov, Ağababa Yusifzadə, Bünyad Sərdarov, Möhsün İsrafilbəyov, Tağı Şahbazi daxil idi. Bolşeviklərin proqramını təşkilatın əsas proqramı kimi qəbul etmək qərara alındı. İyulun 3-dən Nəriman Nərimanovun redaktorluğu ilə "Hümmət" adlı qəzet çap olunmağa başladı. Bakının Binəqədi, Suraxanı, Sabunçu rayonlarında, Gəncə, Lənkəran, Şamaxı və Naxçıvanda təşkilatın şöbələri yaradılmışdı.
Bölünmə
İyulun sonlarında isə Azərbaycan xalqının milli oyanışı və təşkilatlanmasından ehtiyat edən Bakı bolşeviklərinin təzyiqi nəticəsində Hümmət təşkilatında parçalanma baş verdi. Sol qanadı təşkil edən hümmətçilər bolşeviklərlə sıx əlaqədə işləyirdilər, sağ qanad isə menşevikyönlü hümmətçilərdən ibarət idi. Onlar sosial demokrat menşevik Tiflis Hümməti ilə və onun liderləri olan İbrahim Əbilov, Səməd ağa Ağamalıoğlu, Əhməd Pepinov və b. ilə əməkdaşlıq edirdilər.
Tiflis hümmətçiləri 1918-ci ilin ikinci yarısında Bakıya köçdükdən sonra Azərbaycan Parlamentinin Hümmət və Sosialistlər fraksiyasını təşkil etmişdilər. 1918-ci ilin aprel ayında Bakıda Hümmətin hər iki qanadının gərgin polemika şəraitində konfransı keçirildi. Əsas mübahisə mövzusu Hökumətə və Parlamentə münasibət idi. Mübahisələrə baxmayaraq, konfrans Hümmət təşkilatının 11 nəfərdən ibarət vahid Mərkəzi Komitəsini seçdi (onların 7-si — Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və b. Hümmətin sol qanadını təmsil edirdilər). Lakin 1919-cu ilin yayında bolşeviklərin Bakı komitəsinin Hümməti Rusiya Kommunist Partiyasına (RK(b)P) birləşdirmək niyyəti məlum olduqdan sonra menşevik hümmətçilər təşkilatdan çıxdılar. Bolşevik hümmətçilər Ruhulla Axundovun rəhbərlik etdiyi azərbaycanlı sol eserlərlə birləşməyə də meyl göstərirdilər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndi. Bolşevik hümmətçilər RK(b)P-nin Qafqaz Diyar Komitəsinin və RK(b)P Bakı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının yaradılması məsələsini dəstəklədilər. 1919-cu ilin yayından etibarən bu istiqamətdə fəal iş aparıldı.
1920-ci il fevralın 8-də bolşevik Hümmətin, Ədalət Partiyasının və RK(b)P Bakı Komitəsinin birgə iclasında Azərbaycan kommunist təşkilatlarının təsis qurultayının keçirilməsi haqqında qərar qəbul olundu. Azərbaycan kommunist təşkilatlarının (RK(b)P Bakı Komitəsi, sol Hümmət, Ədalət və Əkinçi) fevralın 11–12-də keçirilən 1-ci qurultayında bu təşkilatlar birləşərək, Mirzə Davud Hüseynovun sədrliyi ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının (AK(b)P) yaradılması haqqında qərar qəbul etdilər. Bu vaxtdan etibarən bolşevik Hümmətin müstəqil fəaliyyətinə son qoyuldu. Parlamentdə yalnız Səməd ağa Ağamalıoğlunun rəhbərlik etdiyi menşevik Hümmət üzvləri fəaliyyət göstərirdi.
Parlamentdə
Hümmət Partiyasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində əvvəl 6 deputat, daha sonra isə 7 deputat təmsil edirdi. Partiya adından Əkbər ağa Şeyxülislamov Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinə daxil edilmişdi. Üzvləri Parlamentin maliyyə-büdcə, təsərrüfat, aqrar, sorğu komissiyalarının tərkibinə daxil edilmişdilər.
Hümmətçi Qasım bəy Camalbəyov Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti açılarkən, Hümmət tərəfindən Əkbər ağa Şeyxülislamov çıxış edərək, Parlament üzvlərini partiyanın bəyannaməsi ilə tanış etmişdi. Bəyannamədə fəhlə hüququ, qadın azadlığı, torpaq məsələsi kəskin şəkildə qoyulurdu.
Fraksiya rəhbəri Səməd ağa Ağamalıoğlunun başçılıq etdiyi aqrar komissiyanın yaradılması da təsadüfi deyildi. Belə ki, kəndlilərin ağır vəziyyəti Parlamenti xüsusi komissiya yaratmağa məcbur etdi. Lakin aqrar komissiyanın işləri başa çatmadı, aqrar qanun layihələrinin heç biri qanun statusu almadı və bununla, Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün zəruri olan ən mühüm məsələlərdən biri həll olunmamış qaldı. Hümmət Partiyasından olan deputatlar da sosialistlər fraksiyası tərkibində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinə münasibətdə kəskin müxalifətdə olmuş və Şimali Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasında fəal rol oynamışlar.
Aprel işğalından sonra
AK(b)P 1920-ci il aprelin əvvəlindən etibarən RK(b)P Qafqaz Diyar Komitəsi ilə birgə Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalı və kommunist çevrilişi planını hazırlamağa başladılar. Aprelin 27-də Bakının işğalçı sovet qoşunları tərəfindən mühasirəyə alındığı şəraitdə, Həmid Sultanov AK(b)P MK, RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu və adından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə hakimiyyətin Nəriman Nərimanovun rəhbərliyi ilə sovet fəhlə-kəndli hökumətinə təhvil verilməsi haqqında ultimatum təqdim etdi. Parlament buraxılandan dərhal sonra, aprelin 28-də, Nəriman Nərimanovun sədrliyi ilə, Mirzə Davud Hüseynov, Dadaş Bünyadzadə, A.Əlimov, Əliheydər Qarayev, Həmid Sultanov və Qəzənfər Musabəyovun daxil olduğu Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (AMİK) yaradıldı.
Bölgələrdə
1907-ci il repressiyalarından sonra Hümmətin Bakıdakı fəaliyyəti məhdudlaşsa da, şəhərdən kənarda apardığı iş davam etməkdə idi. Təşkilatın şöbələri Gəncədə, Şuşada, Naxçıvanda, Culfada fəaliyyət göstərirdi. Lakin onların arasında həm üzvlərinin sayına, həm də siyasi fəallığına görə ən əhəmiyyətlisi Hümmətin 1905-ci ildə yaranmış Tiflis şöbəsi idi
Tiflis şöbəsi
Hümmətin Tiflis təşkilatı "Müsəlman sosial-demokrat (menşevik) Hümmət Partiyası" adlanmışdı. Təşkilat yerli sosial demokratlarla İran inqilabçılarını Bakı təşkilatına nisbətən daha çox birləşdirirdi. Tiflisdə "İctimaiyyun-Amiyyun" və ya "Mücahid Partiyası"nın şöbələri də fəaliyyət göstərirdi. 1906-cı ildə Bakıda və Tiflisdə İran inqilabçılarına yardım komitələri yaradılmışdı. Bakı komitəsinə Məşədi Əzizbəyov, Tiflis komitəsinə isə Nəriman Nərimanov rəhbərlik edirdi. İran inqilabçılarına yardım göstərilməsi 1909-cu il Təbriz üsyanı zamanı daha da gücləndi. Təbriz üsyançılarına köməyə gedən və əksəriyyəti azərbaycanlılardan ibarət olan Cənubi Qafqaz könüllülərinin sayı 800 nəfərə çatırdı. Onlardan 50 nəfəri Təbrizin müdafiəsi zamanı həlak olmuşdu. 1911-ci ilin dekabrında inqilab yatırıldıqdan sonra Təbrizdə və Rəştdə hərbi-səhra məhkəmələri təşkil edilmişdi. 200-dək könüllü yayına bilsə də, çoxları həbs olunmuşdu. O zaman İranda olan Məhəmməd Əmin Rəsulzadə və Seyid Həsən Tağızadə təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə getməyə məcbur olmuşdular. İranda, eləcə də Rusiyada hümmətçilərin təqib edilməsi, həbs və sürgün olunması Tiflis Hümmətinə və onun Azərbaycanın müxtəlif bölgə və şəhərlərindəki şöbələrinə ağır zərbə vurdu. Tiflis təşkilatının Bakı Hümmətindən daha uzun müddət mövcud olmasına baxmayaraq, 1911-ci ildən sonra onun fəaliyyəti barədə də məlumat, demək olar ki, yoxdur. Bu təşkilat yalnız 1917-ci ilin martından bərpa olundu.
Mənbə
- Rəsulzadə M.Ə., Əsərləri, c.l, B., 1992
- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001
- Azərbaycan tarixi, 3 cilddə, c.2, 3, B., 1964; 1973
- Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri, B., 1964
- Очерки истории Коммунистической партии Азербайджана, т. 1, Баку, 1985
- Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997
- Отчет сенатора Кузминского, проделанный в Баку и Бакинской губернии в 19058 г., Баку, 1906
İstinadlar
- И.С. Багирова. Политические партии и организации Азербайджана в начале ХХ века. — Баку, 1997, с.30
- . 2011-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-30.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 460-462. ISBN .
- "Arxivlənmiş surət". 2021-08-25 tarixində . İstifadə tarixi: 2021-08-25.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 433
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hummet bura istiqametlendirir Diger istifade formalari ucun Hummet deqiqlesdirme sehifesine baxin Hummet Partiyasi ve ya Hummet Sosial Demokrat Muselman Teskilati Azerbaycanda ve butun Islam dunyasinda ilk milli sosial demokrat teskilati Hummet Partiyasi Hummet Sosial Demokrat Muselman Teskilati Qurulus tarixi 1904Dagilma tarixi 11 12 fevral 1920 bolsevik 28 aprel 1920 mensevik Birlesen Edalet Partiyasi 1920 Ekinci Partiyasi 1920 Bolunme Musavat Partiyasi 1911 Selefi Azerbaycanin Genc Inqilabcilari DerneyiXelefi Ictimaiyyun Amiyyun 1907 Azerbaycan Kommunist Partiyasi 1920 Ideologiya sosial demokratiyaMuttefiqler bolsevik Sosialistler fraksiyasi mensevik Parlamentde 7 120 Azerbaycan Xalq Cumhuriyyeti Parlamenti 27 aprel 1920 4 44 Azerbaycan Xalq Cumhuriyyeti Milli Surasi 4 125 Zaqafqaziya Seymi 1 767 Umumrusiya Muessisler MeclisiMetbuat orqani Hummet qezeti Al bayraq Probujdenie Tiflis Vikianbarda elaqeli mediafayllarTarixiYaradilmasi Hummet Partiyasinin yaradicilari Soldan saga Mesedi Ezizbeyov Ejder Melikov Esedulla Axundov ve Mehemmed Emin Resulzade 1904 cu ilin axirlarinda Baki Komitesi nezdinde Muselman Sosial Demokrat Hummet teskilati yaradilmisdi Teskilat bir qrup azerbaycanli demokrat ziyalinin tesebbusu ile yaradilmisdi Onlarin arasinda Neriman Nerimanov Sultanmecid Efendiyev Ehmed bey Agaoglu Mehemmed Emin Resulzade Mesedi Ezizbeyov Miresedulla Mirqasimov Mehemmed Eli Resulzade Resuloglu Isa bey Asurbeyov Qara bey Qarabeyov Memmed Hesen Hacinski Mir Hesen Movsumov Ejder Melikov ve basqalari var idi Hummet Partiyasinin sedri evvel Mehemmed Emin Resulzade sonra ise Neriman Nerimanov secilmisdir Resulzadenin rehberliyi ile 1904 1905 ci illerde ilk kommunist qezeti olan qeyri leqal Hummet qezeti capdan cixmisdir Hummet formal olaraq Rusiya Sosial Demokrat Fehle Partiyasinin Baki Komitesinin sobesi kimi yaransa da eslinde musteqil fealiyyet gosterirdi Bu qrupun musteqilliyini muselman fehleleri ile isin xususiyyetleri sertlendirirdi Teskilatin mehz bu formada fealiyyet gostermesi cox ugurlu idi cunki bizim isimizde ele meqamlar var idi ki Hummet musteqil sekilde cixis etmeye mecbur idi S M Efendiyev Bezi menbelere esasen hele 1903 cu ilde Mehemmed Emin Resulzade ve onun hemfikirleri terefinden telebe genclerden ibaret olan ve sonradan Hummetin esasini teskil eden Azerbaycanin Genc Inqilabcilari Derneyi yaranmisdi Hummetin 1917 ci ile qederki fealiyyetini iki aspektde bir terefden bir cox siyasi meselelerde tetil ve numayislerde istirak etmek beynelmilelciliyin tebligi dovlet dumasina seckiler ve s Rusiya Sosial Demokrat Fehle Partiyasi bolsevikler Baki Komitesi ile birge fealiyyete diger terefden ise Hummetin uzvleri yerli metbuat sehifelerinde muselmanlarin milli leyaqet ve huquqlarinin tapdalanmasi barede meqale ve cixislara gore nezerden kecirmek olar Hummet vereqelerinde cox vaxt ozunu partiya adlandirirdi Bolseviklerin proqramindaki milletlerin oz muqedderatini teyinetme prinsipinin celbediciliyi ve umumiyyetle sosial demokratiyanin movcud hakimiyyete muxalifliyi oz xalqini milli esaretden qurtarmaq umidi ile yasayan ziyalilari onun siralarina celb edirdi Bu cavan nesil muxalif sosializmde carizme qarsi en sadiq olmasa da en elverisli muttefiqini gorurdu Mehemmed Emin Resulzade1904 1917 ci iller Rusiya Sosial Demokrat Fehle Partiyasi Baki Komitesinin Hummetin iclaslarinda temsilcisi Prokofi Caparidze Hummetin ise Rusiya Sosial Demokrat Fehle Partiyasinda temsilcisi Sultanmecid Efendiyev idi Hummetin RSDFP Baki Komitesi ve Balaxani ve Bibiheybet Fehlelerinin Ittifaqi teskilati ile birlikde teskil etdiyi ilk siyasi aksiyalardan biri 1904 cu ilin dekabr tetili olmusdu Bu tetil Rusiyada ilk defe olaraq fehlelerle meden zavod sahibleri arasinda kollektiv muqavilenin Mazut konstitusiyasi nin imzalanmasi ile neticelendi 1905 ci ilin fevral ve avqust aylarinda ermeni dasnaklarin azerbaycanlilara qarsi toretdikleri soyqirimlari zamani Hummet ehalinin sakitlesdirilmesinde ve qirginlarin qarsisinin alinmasinda boyuk rol oynadi 1905 ci ilin fevralinadek cixan Hummet qezeti 6 ci nomresinden sonra zererli istiqametine gore baglandi Mehemmed Emin Resulzadenin sozlerine gore bu qezet partiya orqani olan ilk turk qezeti idi 1905 ci ilde Iran inqilabinin baslanmasi ile elaqedar Hummetin fealiyyeti xususile genislendi Cenubi Azerbaycanin azad edilmesine olan umidlerini Iran inqilabinin qelebesine baglayan hummetcilerin demek olar hamisi bu inqilabda istirak etdiler Hummetin fealiyyetinde Azerbaycan dilinde qezetlerin nesri ehemiyyetli yer tuturdu 1906 07 illerde teskilat Devet Qoc Tekamul ve Yoldas qezetlerini buraxirdi Onlarin boyuk hissesi milli maariflenmenin enenevi problemlerine zehmetkeslerin agir seraitine ve ayri ayri hallarda cahil ruhanilerin tenqidine hesr olunmusdu 1907 ci ilin iyununda uzvlerinin ekseriyyetinin hebs edilmesi neticesinde teskilat xeyli zeifledi Hummetin Baki sobesinin hemin dovrdeki fealiyyeti barede son melumatlar 1910 cu ile aiddir bundan sonra ise teskilat 1917 ci ile kimi demek olar fealiyyet gostermemisdir 1917 ci il 1917 ci ilin martinda Rusiyada Fevral inqilabindan bir nece gun sonra Hummetin bir cox kecmis uzvu tecili olaraq konfrans kecirib teskilatn RSDF b P nin Baki Komitesi ile birlesmesi meselesini muzakire etdiler Lakin teskilatin oz eneneleri oldugu ve muselman kutlelerinin psixologiyasi nezere alinaraq ses coxlugu ile partiyanin RSDF b P ile birlesmesi ve Hummet adinin saxlanilmasi qerara alindi Teskilatin muveqqeti komitesi yaradildi 1917 ci il iyunun 16 da Neriman Nerimanov basda olmaqla Hummetin daimi seher komitesi secildi Komiteye 14 uzv o cumleden Sultanmecid Efendiyev Hemid Sultanov Esedulla Axundov Mesedi Ezizbeyov Agababa Yusifzade Bunyad Serdarov Mohsun Israfilbeyov Tagi Sahbazi daxil idi Bolseviklerin proqramini teskilatin esas proqrami kimi qebul etmek qerara alindi Iyulun 3 den Neriman Nerimanovun redaktorlugu ile Hummet adli qezet cap olunmaga basladi Bakinin Bineqedi Suraxani Sabuncu rayonlarinda Gence Lenkeran Samaxi ve Naxcivanda teskilatin sobeleri yaradilmisdi Bolunme Iyulun sonlarinda ise Azerbaycan xalqinin milli oyanisi ve teskilatlanmasindan ehtiyat eden Baki bolseviklerinin tezyiqi neticesinde Hummet teskilatinda parcalanma bas verdi Sol qanadi teskil eden hummetciler bolseviklerle six elaqede isleyirdiler sag qanad ise mensevikyonlu hummetcilerden ibaret idi Onlar sosial demokrat mensevik Tiflis Hummeti ile ve onun liderleri olan Ibrahim Ebilov Semed aga Agamalioglu Ehmed Pepinov ve b ile emekdasliq edirdiler Tiflis hummetcileri 1918 ci ilin ikinci yarisinda Bakiya kocdukden sonra Azerbaycan Parlamentinin Hummet ve Sosialistler fraksiyasini teskil etmisdiler 1918 ci ilin aprel ayinda Bakida Hummetin her iki qanadinin gergin polemika seraitinde konfransi kecirildi Esas mubahise movzusu Hokumete ve Parlamente munasibet idi Mubahiselere baxmayaraq konfrans Hummet teskilatinin 11 neferden ibaret vahid Merkezi Komitesini secdi onlarin 7 si Mirze Davud Huseynov Eliheyder Qarayev ve b Hummetin sol qanadini temsil edirdiler Lakin 1919 cu ilin yayinda bolseviklerin Baki komitesinin Hummeti Rusiya Kommunist Partiyasina RK b P birlesdirmek niyyeti melum olduqdan sonra mensevik hummetciler teskilatdan cixdilar Bolsevik hummetciler Ruhulla Axundovun rehberlik etdiyi azerbaycanli sol eserlerle birlesmeye de meyl gosterirdiler Lakin bu cehdler ugursuzluqla neticelendi Bolsevik hummetciler RK b P nin Qafqaz Diyar Komitesinin ve RK b P Baki Komitesinin tesebbusu ile Azerbaycan Kommunist Partiyasinin yaradilmasi meselesini desteklediler 1919 cu ilin yayindan etibaren bu istiqametde feal is aparildi 1920 ci il fevralin 8 de bolsevik Hummetin Edalet Partiyasinin ve RK b P Baki Komitesinin birge iclasinda Azerbaycan kommunist teskilatlarinin tesis qurultayinin kecirilmesi haqqinda qerar qebul olundu Azerbaycan kommunist teskilatlarinin RK b P Baki Komitesi sol Hummet Edalet ve Ekinci fevralin 11 12 de kecirilen 1 ci qurultayinda bu teskilatlar birleserek Mirze Davud Huseynovun sedrliyi ile Azerbaycan Kommunist bolsevikler Partiyasinin AK b P yaradilmasi haqqinda qerar qebul etdiler Bu vaxtdan etibaren bolsevik Hummetin musteqil fealiyyetine son qoyuldu Parlamentde yalniz Semed aga Agamalioglunun rehberlik etdiyi mensevik Hummet uzvleri fealiyyet gosterirdi Parlamentde Hummet Partiyasini Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinde evvel 6 deputat daha sonra ise 7 deputat temsil edirdi Partiya adindan Ekber aga Seyxulislamov Paris Sulh Konfransinda istirak eden numayende heyetine daxil edilmisdi Uzvleri Parlamentin maliyye budce teserrufat aqrar sorgu komissiyalarinin terkibine daxil edilmisdiler Hummetci Qasim bey Camalbeyov Muessisler Meclisinin cagirilmasi uzre Merkezi Komissiyanin uzvu idi Azerbaycan Xalq Cumhuriyyeti Parlamenti acilarken Hummet terefinden Ekber aga Seyxulislamov cixis ederek Parlament uzvlerini partiyanin beyannamesi ile tanis etmisdi Beyannamede fehle huququ qadin azadligi torpaq meselesi keskin sekilde qoyulurdu Fraksiya rehberi Semed aga Agamalioglunun basciliq etdiyi aqrar komissiyanin yaradilmasi da tesadufi deyildi Bele ki kendlilerin agir veziyyeti Parlamenti xususi komissiya yaratmaga mecbur etdi Lakin aqrar komissiyanin isleri basa catmadi aqrar qanun layihelerinin hec biri qanun statusu almadi ve bununla Azerbaycan Xalq Cumhuriyyetinin varligi ucun zeruri olan en muhum meselelerden biri hell olunmamis qaldi Hummet Partiyasindan olan deputatlar da sosialistler fraksiyasi terkibinde Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin fealiyyetine munasibetde keskin muxalifetde olmus ve Simali Azerbaycanin yeniden Rusiyanin terkibine qatilmasinda feal rol oynamislar Aprel isgalindan sonra AK b P 1920 ci il aprelin evvelinden etibaren RK b P Qafqaz Diyar Komitesi ile birge Bakinin 11 ci Qirmizi ordu terefinden isgali ve kommunist cevrilisi planini hazirlamaga basladilar Aprelin 27 de Bakinin isgalci sovet qosunlari terefinden muhasireye alindigi seraitde Hemid Sultanov AK b P MK RK b P Qafqaz Diyar Komitesinin Baki burosu ve adindan Azerbaycan Xalq Cumhuriyyeti Parlamentine hakimiyyetin Neriman Nerimanovun rehberliyi ile sovet fehle kendli hokumetine tehvil verilmesi haqqinda ultimatum teqdim etdi Parlament buraxilandan derhal sonra aprelin 28 de Neriman Nerimanovun sedrliyi ile Mirze Davud Huseynov Dadas Bunyadzade A Elimov Eliheyder Qarayev Hemid Sultanov ve Qezenfer Musabeyovun daxil oldugu Azerbaycan Muveqqeti Inqilab Komitesi AMIK yaradildi Bolgelerde1907 ci il repressiyalarindan sonra Hummetin Bakidaki fealiyyeti mehdudlassa da seherden kenarda apardigi is davam etmekde idi Teskilatin sobeleri Gencede Susada Naxcivanda Culfada fealiyyet gosterirdi Lakin onlarin arasinda hem uzvlerinin sayina hem de siyasi fealligina gore en ehemiyyetlisi Hummetin 1905 ci ilde yaranmis Tiflis sobesi idi Tiflis sobesi Hummetin Tiflis teskilati Muselman sosial demokrat mensevik Hummet Partiyasi adlanmisdi Teskilat yerli sosial demokratlarla Iran inqilabcilarini Baki teskilatina nisbeten daha cox birlesdirirdi Tiflisde Ictimaiyyun Amiyyun ve ya Mucahid Partiyasi nin sobeleri de fealiyyet gosterirdi 1906 ci ilde Bakida ve Tiflisde Iran inqilabcilarina yardim komiteleri yaradilmisdi Baki komitesine Mesedi Ezizbeyov Tiflis komitesine ise Neriman Nerimanov rehberlik edirdi Iran inqilabcilarina yardim gosterilmesi 1909 cu il Tebriz usyani zamani daha da guclendi Tebriz usyancilarina komeye geden ve ekseriyyeti azerbaycanlilardan ibaret olan Cenubi Qafqaz konullulerinin sayi 800 nefere catirdi Onlardan 50 neferi Tebrizin mudafiesi zamani helak olmusdu 1911 ci ilin dekabrinda inqilab yatirildiqdan sonra Tebrizde ve Restde herbi sehra mehkemeleri teskil edilmisdi 200 dek konullu yayina bilse de coxlari hebs olunmusdu O zaman Iranda olan Mehemmed Emin Resulzade ve Seyid Hesen Tagizade teqiblerden yaxa qurtarmaq ucun Turkiyeye getmeye mecbur olmusdular Iranda elece de Rusiyada hummetcilerin teqib edilmesi hebs ve surgun olunmasi Tiflis Hummetine ve onun Azerbaycanin muxtelif bolge ve seherlerindeki sobelerine agir zerbe vurdu Tiflis teskilatinin Baki Hummetinden daha uzun muddet movcud olmasina baxmayaraq 1911 ci ilden sonra onun fealiyyeti barede de melumat demek olar ki yoxdur Bu teskilat yalniz 1917 ci ilin martindan berpa olundu MenbeResulzade M E Eserleri c l B 1992 Azerbaycan tarixi 7 cildde c 5 B 2001 Azerbaycan tarixi 3 cildde c 2 3 B 1964 1973 Azerbaycan Kommunist Partiyasi tarixinin ocerkleri B 1964 Ocherki istorii Kommunisticheskoj partii Azerbajdzhana t 1 Baku 1985 Bagirova I S Politicheskie partii i organizacii Azerbajdzhana v nachale XX veka B 1997 Otchet senatora Kuzminskogo prodelannyj v Baku i Bakinskoj gubernii v 19058 g Baku 1906Istinadlar I S Bagirova Politicheskie partii i organizacii Azerbajdzhana v nachale HH veka Baku 1997 s 30 2011 07 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2011 06 30 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 460 462 ISBN 9952 417 14 2 Arxivlenmis suret 2021 08 25 tarixinde Istifade tarixi 2021 08 25 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Lider nesriyyat Baki 2004 seh 433Hemcinin baxHummet qezet