Birləşmiş Krallıq konstitusiyalı monarxiyaya əsaslanan unitar dövlətdir. Kraliça 2-ci Elizabet Birləşmiş Krallıq və 15 digər müstəqil dövlət ittifaqının başçısıdır. Kraliçanın məsləhətçi, dəstəkləyici və xəbərdaredici kimi hüquqları vardır. Birləşmiş Krallıq yazılmamış konstitusiyaya malik olan dünyanın 4 ölkəsindən biridir. Birləşmiş Krallığın konstitusiyası konstitusional razılaşmalarla birgə beynəlxalq müqavilələr və qanun toplularından ibarət məhkəmə sistemi, əsas qanunların da daxil olduğu fərqli yazılı mənbələr toplusundan təşkil olunub.
Monarxın rəsmi vəzifələri
Birləşmiş Krallıq konstitusiyalı monarxiyadır. Bu o deməkdir ki, dövlət başçısı kimi ölkəni irsi monarx idarə edir (kral və ya kraliça), lakin monarxın hakimiyyəti formaldır və o yalnız Parlamentin dəstəyi ilə hökm sürə bilər. Kral yaxud kraliçanın rəsmi vəzifələrinə aiddir:
- Seçkilərin sonunda Baş Naziri təyin etmək (adətən İcmalar Palatasında səs çoxluğuna malik olan partiyanın lideri),
- Parlamenti çağırmaq, işində fasilə təyin etmək və Parlamenti buraxmaq;
- Müharibə elan etmək/sülh bağlamaq,
- Xarici dövlət və hökumətləri rəsmən tanımaq,
- Saziş bağlamaq,
- Əraziləri özünə birləşdirmək və ya başqa ölkəyə güzəştə getmək,
- Məhkəmə hakimiyyətinə rəhbərlik etmək (ölkədə bütün məhkəmələr Kral və ya kraliça məhkəməsi adlanır və bütün məhkəmə prosesləri kral yaxud kraliçanın adı ilə həyata keçirilir),
- Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq,
- Mötəbər İngiltərə Kilsəsinin Ali Hakimi olmaq,
- Silahlı Qüvvələr və kilsədə şəxsləri mühüm dövlət postlarına rəsmi şəkildə təyin etmək,
- Əsilzadə, cəngavər və digər şərəf ordenləri ilə təltif etmək,
- Gizli Şuranın görüşlərində kökumətin qərarlarını rəsmi şəkildə təsdiq etmək,
- Avstraliya, Kanada, Yeni Zellandiya daxil olmaqla, yerli hakimlər tərəfindən idarə olunan 16 sabiq koloniyanın kral və ya kraliçası olmaq;
- Dövlətin başçısı olmaq,
Kral və ya kraliçanın mühüm simvolik vəzifələri xalqın birliyini, tarixi ənənələri və davamlılığı qoruyub saxlamaq, dövlətin ruhani başçısı olmaqdır. Birləşmiş Krallığın konstitusiyası Maqna Karta, Hüquqlar Vəsatəti Ərizəsi və Hüquqlar Haqqında Bill (1689) kimi tarixi sənədlərin daxil olduğu formalaşdırılmamış konstitusiyadır. Konstitusiya qeyri-sabitdir və Parlament aktı ilə dəyişdirilə bilər.
Birləşmiş Krallıqda hakimiyyətin üç qolu vardır:
- İcraedici hakimiyyət (hökumət tərəfindən həyata keçirilir);
- Qanunverici hakimiyyət (həm hökumət, həm də parlament tərəfindən həyata keçirilir);
- Məhkəmə hakimiyyəti (məhkəmə sistemi tərəfindən həyata keçirilir);
Hökumətin üç qolunda ciddi bir hakimiyyət bölgüsü yoxdur (Birləşmiş Ştatlardan fərqli olaraq). Məsələn:
- Ölkənin bütün nazirləri qanunverici hakimiyyətin üzvləridir.
- Bəzi ali hakimlər Parlamentin yuxarı palatasında əyləşir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamenti
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamenti Birləşmiş Krallıq və ona aid olan ərazilərdə ali qanunverici orqandır. O, Birləşmiş Krallığın digər bütün siyasi orqanları üzərində ali hakimiyyətini təsdiq edən parlamentar suverenliyə malikdir.
Konstitusional hüquqla adi qaydada həyata keçirilən hüqüq arasında xüsusi bir fərq olmadığına görə Birləşmiş Krallıq parlamenti sadəcə olaraq parlament aktlarını qəbul etməklə konstitusional dəyişiklikləri həyata keçirə bilər və bununla da parlament konstitusiyanın yazılmış və ya yazılmamış bəndlərini ləğv etmək, dəyişmək kimi siyasi gücə malikdir. Hökumət Birləşmiş Krallıqda bütün dünyanın nümunə götürdüyü Britaniya İmperiyasının mirası sayılan Uestminster sisteminə dayanan parlamentli hökumət mövcuddur. Uestminster sarayında toplaşan Birləşmiş Krallıq parlamenti 2 hissəyə - seçilən İcmalar Palatasına və təyin olunan Lordlar Palatasına ayrılır. Parlamentdən keçən bütün qanun layihələri qanuni qüvvə almamışdan əvvəl kralın razılığına verilir.
Birləşmiş Krallıq Parlamenti Londonun mərkəzində yerləşən məşhur Uestminster Sarayında yerləşdiyindən Parlament bəzən Uestminster də adlanır.
Parlamentin vəzifələrinə aiddir:
- Qanunlar qəbul etmək;
- Günün əsas məsələlərini müzakirə etmək;
- Xərclərə dair təkliflər daxil olmaqla dövlət siyasətini və idarəçiliyi gözdən keçirmək;
- Dövlətin işinin tarazlığını təmin etmək
Britaniya Parlamenti dünyanın bir çox ölkələrində olduğu kimi iki palatadan - İcmalar Palatası və Lordlar Palatasından ibarət ikipalatalı parlamentdir. Kral/kraliça Parlamentin üçüncü tərkib hissəsidir. Nəzəri olaraq, ali qanunverici hakimiyyət Kral və ya kraliçaya məxsusdur. Müasir dövrün təcrübəsində isə bu hakimiyyət Lordlar Palatasına məxsusdur. Kral/kraliça adətən Baş Naziirn məsləhəti ilə hərəkət edir və Lordlar Palatasının hakimiyyəti də məhduddur. İcmalar Palatası və Lordlar palatası Uestminster Sarayında ayrı-ayrı palatalarda görüşür.
Şotlandiya hökuməti və Parlamenti
Şotlandiya hökuməti və Parlamentinin təhsil, səhiyyə, şotland qanunları və yerli hökumət kimi Birləşmiş Krallığın hüququnun olmadığı məsələlər üzərində böyük miqyaslı gücü var. 2011-ci il seçkilərində Şotlandiya Milli Partiyası seçkiləri təkrar qazandı və partiyanın başçısı Aleks Salmond Şotlandiyanın ilk naziri kimi Şotlandiya Parlamentində mütləq əksəriyyət qazandı. 2012-ci ildə Birləşmiş Krallıq və Şotlandiya hökumətləri 2014-cü ildə keçirilməsi nəzərdə tutulan və Şotlandiyanın müstəqilliyinə dair referendumun şərtlərini nizamlayan Edinburq razılaşmasını imzaladılar.
Uels hökuməti və Parlamenti
Uels hökuməti və Uels Parlamentinin Şotlandiyaya nəzərən daha məhdud səlahiyyətləri var. Bu Məclis asambleya aktı vasitəsilə Uestminsterin razılığı tələb olunmayan, səlahiyyətində olduğu məsələlər üzrə qanun verə bilər. 2011-ci il seçkiləri Karuin Consun rəhbərlik etdiyi Leyborist hökumətin azlıqda qalması ilə nəticələndi.
Şimali İrlandiya hökuməti və Parlamenti
Şimali İrlandiya hökuməti və Məclisi digərləri ilə oxşar səlahiyyətlərə malikdir. İcraedici hakimiyyət Məclisin həmkarlar ittifaqı və millətçi üzvlərinin təmsil olunduğu ikihakimiyyətliliyə əsaslanır. Hazırda Demokratik Həmkarlar İttifaqı Partiyasının lideri Piter Robinson və Şin Fein Partiyasının lideri Martin Makqinnes müvafiq olaraq Baş nazir və Baş nazirin müavini vəzifələrini tuturlar.
İcmalar Palatası
Böyük Britaniya İcmalar Palatası Parlament üzvlərinin seçdiyi spiker tərəfindən idarə olunur. Vəzifə qeyri-siyasidir və konvensiyaya əsasən siyasi partiyalar spiker postuna namizədlik irəli sürə bilməzlər. O, Parlamentdə nizam-intizamın qorunmasına nəzarət edir.
Hal-hazırda İcmalar Palatasında 650 yer var (bu rəqəm bəzən demoqrafik vəziyyətə uyğun olaraq bir az dəyişir). Bu beynəlxalq standartlara əsasən böyük rəqəmdir. Misal üçün, Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında yerlərin sayı İcmalar Palatasına nəzərən xeyli azdır. İcmalar Palatasındakı hər yer bir seçki dairəsini təmsil edir. Adətən dairənin şəhər və ya kənd ərazisi olmasından aslı olaraq 60,000-80,000 seçicisi olur.
İcmalar Palatası ən azı beş ildən bir keçirilən seçkilərlə demokratik şəkildə seçilən palatadır (Ümumi seçki Baş Nazir tərəfindən çağırıldıqda bütün 650 yer üzrə keçirilən ümumilli seçkidir və son seçkinin keçirildiyi müddətdən 5 il gec olmamaqla keçirilməlidir).
İcmalar Palatasının yerləşdiyi palata İkinci Dünya Müharibəsi zamanı zərər gördüyündən Qiles Qilbert Skott tərəfindən yenidən dizayn olunmuşdur. Yeni palata dağıdılan palataya oxşar tikilmişdir. Palatanın özülü bir-biri ilə əks istiqamətlərdə olan iki yaşıl oturacaq sıralarından ibarətdir. Mərkəzdə bir stol var və spikerin oturacağı onun bir başındadır. Bu quruluş iqtidar və müxalifətdən olan Parlament üzvlərinin bir-birləri ilə əks tərəflərdə olduğu mənasını verir. Hökumətin nazirləri iqtidar tərəfinin ön sıralarında əyləşir. İqtidarla eyni partiyadan olan, lakin hökumətdə vəzifələri olmayan şəxslər arxa sırada əyləşirlər.
Lordlar Palatası
Lordlar Palatası spiker tərəfindən idarə olunur. Palata İcmalar Palatasının analoqudur: Lord spiker Lordlar Palatası üzvləri tərəfindən seçilir və siyasi cəhətdən neytraldır. Lordlar Palatası üzvlərinin qərarlaşdırılmış sayı yoxdur. Tarixən Lordlar Palatasının üzvləri irsi zadəganlar olmuşlar. İllər əvvəl kral və ya kraliça aristokratiya nümayəndələrini Lordlar Palatasına üzvlüyə seçirdi və o vaxtdan palatada oturmaq hüququ nəsildən nəsilə keçdi və bu, irsi səciyyə almağa başladı. Aydındır ki, bu qeyri-demokratikdir. Bu qanunun dəyişdirilməsindən sonra 92 nəfər istisna olmaqla qalan bütün yaşayan irsi zadəganlar hökumətin məsləhəti ilə kraliça tərəfindən ömürlərinin sonuna qədər palatada qalmaq hüququ qazandı, lakin bundan sonra onların ailələrindən olan heç kəsin seçilmək hüququ yoxdur. Hal-hazırda palata üzvləri bu ömürlük seçilmiş irsi zadəganlardan, keçmiş siyasətçilərdən, təhsil, səhiyyə və digər sahələrdən olan şəxslərdir. Üzvlərin kiçik bir hissəsi də dini rəhbərlər - İngiltərə kilsəsinin yepiskop və keşişləridir. Lordlar Palatasının üzvlərinin əyləşdiyi palata bu qaydada təşkil olunmuşdur: Lord spikerin əyləşdiyi taxt (İcmalar Palatasında bu, spikerin əyləşdiyi stuldur). Palata yaşıl bir xətlə iki - sağ (iqtidar tərəfi) və sol (müxalifət tərəfi) hissələrə ayrılmışdır. Burada oturacaqlar qırmızı dəridəndir.
Məhkəmə
Bu günə qədər Lord kansler İngiltərədə və Uelsdə məhkəmə hakimiyyətinin rəhbəri olub. O, cinayət məhkəmələri üçün və həmçinin suverenlik naminə hakimləri və dövlət məmurlarını təyin edir. Lord kanslerinin dövlətdə üç sahədə rolu vardır: icraedici, qanunverici və məhkəmə. Lord kanslerinin dövlətdə üç sahədə rola rola malik olması dünyada bir çox liberal demokratiyalar arasında özəlliyə malikdir. Buna baxmayaraq, 2005-ci il konstitusiya islahat aktı ilə onun məhkəmə səlahiyyətlərinin bir çoxu alınaraq, Biritaniya hökumətində digərlərinə, əsasən də, konstitusiya məsələləri üçün yeni yaradılmış dövlət katibliyi postuna verilmişdi.
Hökumət departamentləri
Birləşmiş Krallıqda hökumət əsasən departamentlər kimi tanınan nazirliklərdən ibarətdir. Məsələn, Müdafiə Nazirliyi. Bunlar əsasən dövlət katibi və kabinetin üzvü olan dövlət nazirləri tərəfindən idarə olunurlar. Həmin şəxs, həmçinin aşağı pillədə olan nazirlər tərəfindən də dəstəklənə bilər. Nazirlərin qərarının icrası siyasi cəhətdən hər zaman neytral olan, dövlət xidməti kimi tanınan təşkilat tərəfindən həyata keçirilir. Onun konstitusional rolu hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, hökuməti dəstəkləməkdir. Digər demokratik sistemlərdən fərqli olaraq, yüksək vəzifəli dövlət qulluqçuları hökumət dəyişikliyindən sonra da öz vəzifələrində qalırlar. Departamentin inzibati idarəetməsi bir çox departamentlərdə daimi katib kimi tanınan baş dövlət qulluqçusu tərəfindən həyata keçirilir. Mülki xidmət heyətinin əksəriyyəti, əslində, dövlət departamentinə hesabat verən və müxtəlif operativ təşkilatlar olan icraedici agentliklərdə çalışırlar.
Baş nazir
Birləşmiş Krallıq hökumətinin başçısı - yəni Baş nazir vəzifəsi İcmalar Palatasında əksəriyyətin inamını qazana bilən parlament üzvünə məxsus olur və bu vəzifə adətən həmin palatada ən böyük siyasi partiyanın başçısına məxsusdur. Baş nazir hökumət kabinetini seçir və kabinet rəsmi olaraq monarx tərəfindən onun hökumətdəki zati-alilərini təşkil etmək üçün təyin edilir. Razılaşmaya əsasən kraliça Baş nazirin hökumət barədə qərarlarına hörmət edir. Kabinet ənənəvi olaraq Baş nazirin partiyasının üzvlərindən təşkil olunur. İcraedici hakimiyyət Birləşmiş Krallığın Gizli Şurasına and içmiş baş nazir və kabinet tərəfindən təşkil olunur və kralın nazirləri olurlar. Mühafizəkarlar partiyasının lideri Devid Kemeron Bitləşmiş Krallığın 3-cü partiyası - liberal demokratlarla olan koalisiyaya rəhbərlik edir. Kemeron ilk dəfə, həmçinin Maliyyə naziri vəzifəsini də tutan Baş nazirdir.
Partiyalar
Birləşmiş Krallığın 3 aparıcı partiyası Mühafizəkar, Leyborist və Liberal Demokratlar partiyalarıdır. 2010-cu il seçkiləri zamanı bu 3 partiya İcmalar Palatasında mövcud olan 650 yerdən 622-ni qazanıb. Qalan yerlər Birləşmiş Krallığın yalnız bir nöqtəsində; Şotlandiya Milli Partiyasının - Şotlandiyada; Uels Milli Partiyasının- yalnız Uelsdə, Demokratik Həmkərlar İttifaqı Partiyasının, Sosial Demokratik və Leyborist Partiyasının, Uelster Həmkarlar Ittifaqı Partiyasının və Şin Feinin – yalnız Şimali İrlandiyada, (baxmayaraq ki, Şin Fein İrlandiya Respublikasındakı seçkilərdə də mübarizə aparır) mübarizə apardıqları seçkilərdə bu partiyalar tərəfindən qazanılıb. Partiya siyasətinə uyğun olaraq parlamentin seçilməmiş Şin Feindən olan üzvləri krala sədaqət andının içilməsi tələbi olduğuna görə heç bir vaxt İcmalar Palatasında iştirak edib, seçicilərinin adından danışa bilməz. Hal-hazırda Şin Feinin parlamentdə 5 üzvü var, bununla yanaşı Uestminsterdə mövcud olan xidmət vasitələrinin istifadə etmək imkanı qazanıb. Birləşmiş Krallığın hal-hazırda 12 çox-mandatlı seçki dairələrindən Avropa Parlamentinə seçilmiş 72 üzvü var.
Xarici əlaqələr
Birləşmiş Krallığın xarici əlaqələri Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Baş nazir və bir çox nümayəndəliklər siyasətin müəyyənləşməsində rol oynayırlar və bir çox idarə və müəssisələrin də bu sahədə rolu və hüququ var. Böyük Britaniya 18, 19-cu əsr və 20-ci əsrin əvvəllərində dünyanın ən qabaqcıl dövləti olub. O, əhəmiyyətli dərəcədə böyük hakimiyyətə sahib olub və maliyyə, sənaye, dəniz donanması və nəhəng Britaniya İmperiyası sayəsində dünyada baş verən hadisələr üzərində müstəsna təsiri olub.1956-cı il Süveyş böhranınadək o, fövqəldövlət hesab olunub. Ancaq zəifləyən iqtisadiyyat, 2 dünya müharibəsinə çəkilən xərc və müstəmləkələrinə müstəqilliyin verilməsi 1946-cı ildən sonra onun gücünü durmadan azaltdı. Bununla belə, Birləşmiş Krallıq aparıcı gücü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlüyü, Avropa Birliyi dövlətlərinin üzvlüyü hələ də qalır və böyük 7-lik, böyük 8-lik, böyük 20-lik, Şimali Atlantika Müqaviləsi Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Britaniya İmperiyasının mirası olan Millətlər Birliyinin əsas üzvüdür.
Xarici əlaqələrin tarixi
Britaniyanın 1600-cü ildən bu yana xarici əlaqələri Avropa qitəsində heç bir dövlətin nəzarəti ələ keçirməsinə imkan verməməyə və güc balansına nail olmağa yönəlib. Əsas düşməni isə Yüzillik müharibədən başlayaraq Napoleonun məğlub edilməsinədək güclü orduya malik olan Fransa olub.1775-1783-cü illər Amerika İstiqlaliyyət müharibəsi zamanı müstəmləkə əleyhinə üsyanalar istisna olmaqla, Britaniya bir çox digər müharibələrdə uğur qazanıb.Onun üstün diplomatik strategiyası sayəsində Prussiya kimi müttəfiq ordu qüvvələri maliyyələşdirildi. Britaniya təhlükəsizlik barəsində hərbi-dəniz qüvvələrinə arxanalırdı və bütün dünyada şəxsi heyəti ilə birgə açıq dənizdə güclü donanma saxlamağa nail olub. Britaniyanın sahib olduğu böyük Britaniya İmperiyası 1920-40-cı illərdə ərazi baxımından daha da böyüdü, daha sonra 1970-ci ilədək müstəmləkələrə müstəqillik verildikcə imperiya ərazisi azalmağa başladı. 1900-cü ildən başlayaraq Britaniya Birləşmiş Ştatlarla dostluq əlaqələrini inkişaf etdirməklə və 1902-ci ildə Yaponiya ilə hərbi müttəfiqlik aktını imzalamaqla özünün təcrid etmə siyasətinə son qoydu. Daha əhəmiyyətli hadisə isə 1904-cü ildə Fransa, 1907-ci ildə Rusiya ilə Antanta hərbi-siyasi blokunun təsis edilməsi və bununla da 1914-1918-ci illər birinci dünya müharibəsində vuruşan anti-alman ittifaqının yaradılması oldu.1945-ci ildən sonra Britaniya ardıcıl olaraq özünün digər ölkələr üzərindəki öhdəçiliyini azaltdı. Demək olar ki, bütün müstəmləkələr müstəqil oldu. Britaniyanın fövqəldövlət statusuna son qoyan 1956-cı il Süveyş böhranındakı biabırçı məğlubiyyəti onun Orta Şərqdəki maraq dairəsini də azaltdı. Bununla belə Britaniya NATO hərbi ittifaqında Fransa və Almaniya kimi əzəli düşmənləri və Amerika Birləşmiş Ştatları ilə yaxın hərbi əlaqələr yaratdı. İllərlə davam edən müzakirə və etirazlardan sonra Britaniya 1973-cü ildə indi Avropa İttifaqı kimi tanınan Avropa İqtisadi Birliyinə qoşuldu. Ancaq bu ittifaq Britaniyanı maliyyə baxımından birləşdirmədi, avrodan imtina edərək funtsterlinqi saxladı və bununla 2011-ci il Avropa İttifaqı ölkələrinin maliyyə böhranından qismən kənarda qaldı. Birləşmiş Krallığın başlanğıcını Britaniya İmperiyasından alan Millətlər Birliyinə daxil olan dövlətlərlə müxtəlif səpkili əlaqələri mövcuddur. Kraliça 2-ci Elizabet 53 üzv dövlətdən 16-sının və digər federativ dövlətlərin başçısıdır. Kraliçanı dövlət başçısı kimi qəbul edən dövlətlər krallıq dövlətləri adlanır. Zaman ötdükcə bəzi dövlətlər müxtəlif səbəblərdən bu birlikdən kənarlaşdırılıb. Zimbabve prezidentin avtoritar idarəçiliyi səbəbindən uzaqlaşdırılıb, Pakistan da bu aqibətlə üzləşsə də, daha sonra yenidən birliyə daxil olub. Əgər həmin ölkələr demokratik respublika quruluşuna keçsələr, onlar yenə də bu birliyin üzvü olmaq hüququna malik olacaqlar. Birləşmiş Krallığın Avropa İttifaqına üzv dövlətlərlə iqtisadı əlaqələrə cəlb olunmasından öncə Malaziya kimi birlik dövlətləri Birləşmiş Krallıqla ticarətdə ixrac rüsumunun olmamasından istifadə edirdilər. Birləşmiş Krallıq bir zamanlar Afrika qitəsinin bir çox ölkəsində aparıcı müstəmləkə dövləti idi. Hal-hazırda isə Birləşmiş Krallıq Millətlər Birliyinin əsas üzvü kimi özünün xarici siyasəti vasitəsilə Afrikaya təsir göstərməyə çalışır. Hazırda Birləşmiş Krallıq Zimbabve ilə insan hüquqlarının pozulması barəsində mübahisədədir. Toni Bleyr Afrika komissiyasını təsis etdi və zəngin ölkələrdən inkişafda olan ölkələrə borclarını ödəmək barədə tələblərini dayandırmağı təkid etdi. Birləşmiş Krallığın inkişaf etmiş dövlətlərlə mədəni, sosial, siyasi əlaqələri, birlik hərəkatının dəstəklədiyi və inteqrasiya, əməkdaşlığa çağıran ticarət əlaqələri də güclüdür.
Birləşmiş Krallıq və Kanada
London və Ottava yaxın və birgə əməkdaşlıqdan faydalanır; hər iki ölkəni tarix, Millətlər Birliyi, eynilə dövlət başçısı və monarxın olması kimi məqamlar birləşdirir. Hər 2 ölkə iki dünya müharibəsində, Koreya müharibəsində birgə mübarizə aparıblar və həmçinin Əfqanıstan müharibəsi zamanı koalisiyada əməkdaşlıq ediblər. Hər ikisi NATO-nun aparıcı üzvü və böyük 7-lik, böyük 8-liyin də üzvüdür. Vinston Çörçil Kanadanı ingilisdilli dövlətlərin lideri adlandırb çünki, Kanada ABŞ və Birləşmiş Krallıq kimi ingilisdilli 2 dövləti birləşdirir. Bu 3 ölkə Manhetten layihəsi üzərində birgə işlədiklərindən onlar atom bombası haqqında məlumatları bir-birilərinə ötürüblər. Bu oxşar tarixə baxmayaraq, Birləşmiş Krallıq və Kanada iqtisadi cəhətdən ayrı inkişaf yolu keçirlər. Birləşmiş Krallıq 19-cu əsr və 20-ci əsrin əvvəllərində Kanadının ən böyük ticarət tərəfdaşı olub. İndi bu iki dövlət ayrı-ayrı ticarət bloklarında - Birləşmiş Krallıq Avropa İttifaqında, Almaniya isə Şimali Amerika Azad Ticarət Assosiasiyasında (NAFTA) üzvdür. Ancaq 2 ölkə arasında əlaqələr, miqrasiya böyükdür, həmçinin Kanadada Birləşmiş Krallıq haqqında yüksək ictimai fikir də mövcuddur.
Birləşmiş Krallıq və ABŞ
Birləşmiş Krallıq və ABŞ yaxın hərbi müttəfiqlərdir. 2 ölkə mədəniyyət, hərbi tədqiqat və kəşfiyyat mexanizmləri kimi oxşarlıqları bölüşürlər. Birləşmiş Krallıq ABŞ-dən Tomahavk adlı uzaq məsafəli raket və Trident adlı nüvə silahı kimi hərbi texnologiya avadanlıqları alır və ABŞ da öz növbəsində Britaniyadan Harrier qırıcı təyyarələri kimi silahlar alır. Amerika Birləşmiş Ştatları, həmçinin Birləşmiş Krallıqda böyük hərbi qüvvə saxlayır. Son vaxtlarda isə Birləşmiş Krallığın baş naziri Toni Bleyr və ABŞ prezidentləri Bill Klinton və Corc Buş arasında 1980-cı illərdə isə oxşar maraqları olan Marqaret Tetçer və Ronald Reyqan arasında yaxın dostluq əlaqələri olub. Hazırda Britaniyanın siyasəti ABŞ-la əlaqələri saxlamaqdır və bu da ikitərəfli əlaqələrin göstəricisidir.
Birləşmiş Krallıq və Avropa Birliyi
Birləşmiş Krallığın 2-ci Dünya Müharibəsindən bu yana Avropa ölkələri ilə yaxşı əlaqələri olmuşdur. O, 1973-cü ildə 20 il sonra Maastrixt sazişi ilə Avropa İttifaqı adlanan Avropa İqtisadi Birliyinə üzv oldu. Birləşmiş Krallığın avrodan istifadə etməməsinə və avrozonanın üzvü olmamasına baxmayaraq, o, Avropa İttifaqının fəaliyyətində aparıcı rol oynamaqda davam edir. Ancaq bu ölkə təşkilatla olan qeyri-səmimi əlaqələr səbəbindən Avropa İttifaqının özünəməxsus üzvü hesab edilir.
Birləşmiş Krallıq və Fransa
Britaniyanın Fransa ilə Antanta (səmimi saziş) sazişinin bağlanması ilə bir əsrə dayanan müttəfiqliyi var və 2010-cu ilin noyabr ayında “Müdafiə və Təhlükəsizlik sazişi” adı ilə yenidən təsdiq edildi. Bu saziş özündə müştərək ekspedisiya korpusunun yaradılmasını, hərbi-dəniz qüvvələrinin təcrübəsinin bölüşülməsini, nüvə əməkdaşlığını, həmçinin 2011-ci il Liviya vətəndaş müharibəsi və Liviya hava məkanının bağlanması barəsində birgə əmaldaşlığı ehtiva edir.
Birləşmiş Krallıq və Azərbaycan
Azərbaycan - Britaniya arasında mövcud əlaqələr xarici əlaqələrdir. Belə ki, Azərbaycanın Londonda səfirliyi mövcuddur. Birləşmiş Krallığın da Bakıda səfirliyi var. Hər iki ölkə Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) tam hüquqlu üzvüdür. Azərbaycan - Britaniya əlaqələrinin tarixi 1920-ci il 18 yanvarda Bağdaddan Bakıya göndərilən Britaniya ekspedisiyasına dayanır. Bu ekspedisiya Azərbaycanın neft yataqlarının Almaniya və Osmanlı İmperiyasının nəzarətinə düşməsinin qarşısını almaq üçün göndərilmişdi. “Dunsterforce” adlanan qüvvələrə general Lionel Denstervil rəhbərlik edirdi. Bu qüvvələr Bakıya 1918-ci ilin avqustunda gəldilər. Bakı uğrunda gedən döyüşlərdən sonra Denstervilin başçılıq etdiyi qüvvələr 1918-ci ilin sentyabrında İrana doğru geri çəkildilər. Lakin Denstervilin qüvvələri tam olaraq 1920-ci ilə qədər, yəni, bolşeviklərin hücümünadək Bakıda qaldılar. Bolşeviklərin hücümü onların burada qalmasını qeyri-mümkün etdiyindən onlar Bakını tərk etmək məcburiyyətində qaldılar. Bu dövrdə Azərbaycan Demokratik Respublikası və Britaniya İmperiyası arasında diplomatik əlaqələr Tiflisdə yerləşən Qafqazın Ali Komissarı sayəsində mövcud idi.
İstinadlar
Xarici keçidlər
- British Political System
- "Müasir Ölkələrin Dövlət və Hüquq Tarixi" - M. Məlikova, E. Nəbiye
- Great Britain
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Birlesmis Kralliq konstitusiyali monarxiyaya esaslanan unitar dovletdir Kralica 2 ci Elizabet Birlesmis Kralliq ve 15 diger musteqil dovlet ittifaqinin bascisidir Kralicanin meslehetci destekleyici ve xeberdaredici kimi huquqlari vardir Birlesmis Kralliq yazilmamis konstitusiyaya malik olan dunyanin 4 olkesinden biridir Birlesmis Kralligin konstitusiyasi konstitusional razilasmalarla birge beynelxalq muqavileler ve qanun toplularindan ibaret mehkeme sistemi esas qanunlarin da daxil oldugu ferqli yazili menbeler toplusundan teskil olunub Monarxin resmi vezifeleriBirlesmis Kralliq konstitusiyali monarxiyadir Bu o demekdir ki dovlet bascisi kimi olkeni irsi monarx idare edir kral ve ya kralica lakin monarxin hakimiyyeti formaldir ve o yalniz Parlamentin desteyi ile hokm sure biler Kral yaxud kralicanin resmi vezifelerine aiddir Seckilerin sonunda Bas Naziri teyin etmek adeten Icmalar Palatasinda ses coxluguna malik olan partiyanin lideri Parlamenti cagirmaq isinde fasile teyin etmek ve Parlamenti buraxmaq Muharibe elan etmek sulh baglamaq Xarici dovlet ve hokumetleri resmen tanimaq Sazis baglamaq Erazileri ozune birlesdirmek ve ya basqa olkeye guzeste getmek Mehkeme hakimiyyetine rehberlik etmek olkede butun mehkemeler Kral ve ya kralica mehkemesi adlanir ve butun mehkeme prosesleri kral yaxud kralicanin adi ile heyata kecirilir Silahli Quvvelerin Ali Bas Komandani olmaq Moteber Ingiltere Kilsesinin Ali Hakimi olmaq Silahli Quvveler ve kilsede sexsleri muhum dovlet postlarina resmi sekilde teyin etmek Esilzade cengaver ve diger seref ordenleri ile teltif etmek Gizli Suranin goruslerinde kokumetin qerarlarini resmi sekilde tesdiq etmek Avstraliya Kanada Yeni Zellandiya daxil olmaqla yerli hakimler terefinden idare olunan 16 sabiq koloniyanin kral ve ya kralicasi olmaq Dovletin bascisi olmaq Kral ve ya kralicanin muhum simvolik vezifeleri xalqin birliyini tarixi eneneleri ve davamliligi qoruyub saxlamaq dovletin ruhani bascisi olmaqdir Birlesmis Kralligin konstitusiyasi Maqna Karta Huquqlar Vesateti Erizesi ve Huquqlar Haqqinda Bill 1689 kimi tarixi senedlerin daxil oldugu formalasdirilmamis konstitusiyadir Konstitusiya qeyri sabitdir ve Parlament akti ile deyisdirile biler Birlesmis Kralliqda hakimiyyetin uc qolu vardir Icraedici hakimiyyet hokumet terefinden heyata kecirilir Qanunverici hakimiyyet hem hokumet hem de parlament terefinden heyata kecirilir Mehkeme hakimiyyeti mehkeme sistemi terefinden heyata kecirilir Hokumetin uc qolunda ciddi bir hakimiyyet bolgusu yoxdur Birlesmis Statlardan ferqli olaraq Meselen Olkenin butun nazirleri qanunverici hakimiyyetin uzvleridir Bezi ali hakimler Parlamentin yuxari palatasinda eylesir Boyuk Britaniya ve Simali Irlandiya Birlesmis Kralligi ParlamentiBoyuk Britaniya ve Simali Irlandiya Birlesmis Kralligi Parlamenti Birlesmis Kralliq ve ona aid olan erazilerde ali qanunverici orqandir O Birlesmis Kralligin diger butun siyasi orqanlari uzerinde ali hakimiyyetini tesdiq eden parlamentar suverenliye malikdir Konstitusional huquqla adi qaydada heyata kecirilen huquq arasinda xususi bir ferq olmadigina gore Birlesmis Kralliq parlamenti sadece olaraq parlament aktlarini qebul etmekle konstitusional deyisiklikleri heyata kecire biler ve bununla da parlament konstitusiyanin yazilmis ve ya yazilmamis bendlerini legv etmek deyismek kimi siyasi guce malikdir Hokumet Birlesmis Kralliqda butun dunyanin numune goturduyu Britaniya Imperiyasinin mirasi sayilan Uestminster sistemine dayanan parlamentli hokumet movcuddur Uestminster sarayinda toplasan Birlesmis Kralliq parlamenti 2 hisseye secilen Icmalar Palatasina ve teyin olunan Lordlar Palatasina ayrilir Parlamentden kecen butun qanun layiheleri qanuni quvve almamisdan evvel kralin raziligina verilir Birlesmis Kralliq Parlamenti Londonun merkezinde yerlesen meshur Uestminster Sarayinda yerlesdiyinden Parlament bezen Uestminster de adlanir Parlamentin vezifelerine aiddir Qanunlar qebul etmek Gunun esas meselelerini muzakire etmek Xerclere dair teklifler daxil olmaqla dovlet siyasetini ve idareciliyi gozden kecirmek Dovletin isinin tarazligini temin etmek Britaniya Parlamenti dunyanin bir cox olkelerinde oldugu kimi iki palatadan Icmalar Palatasi ve Lordlar Palatasindan ibaret ikipalatali parlamentdir Kral kralica Parlamentin ucuncu terkib hissesidir Nezeri olaraq ali qanunverici hakimiyyet Kral ve ya kralicaya mexsusdur Muasir dovrun tecrubesinde ise bu hakimiyyet Lordlar Palatasina mexsusdur Kral kralica adeten Bas Naziirn mesleheti ile hereket edir ve Lordlar Palatasinin hakimiyyeti de mehduddur Icmalar Palatasi ve Lordlar palatasi Uestminster Sarayinda ayri ayri palatalarda gorusur Sotlandiya hokumeti ve Parlamenti Sotlandiya hokumeti ve Parlamentinin tehsil sehiyye sotland qanunlari ve yerli hokumet kimi Birlesmis Kralligin huququnun olmadigi meseleler uzerinde boyuk miqyasli gucu var 2011 ci il seckilerinde Sotlandiya Milli Partiyasi seckileri tekrar qazandi ve partiyanin bascisi Aleks Salmond Sotlandiyanin ilk naziri kimi Sotlandiya Parlamentinde mutleq ekseriyyet qazandi 2012 ci ilde Birlesmis Kralliq ve Sotlandiya hokumetleri 2014 cu ilde kecirilmesi nezerde tutulan ve Sotlandiyanin musteqilliyine dair referendumun sertlerini nizamlayan Edinburq razilasmasini imzaladilar Uels hokumeti ve Parlamenti Uels hokumeti ve Uels Parlamentinin Sotlandiyaya nezeren daha mehdud selahiyyetleri var Bu Meclis asambleya akti vasitesile Uestminsterin raziligi teleb olunmayan selahiyyetinde oldugu meseleler uzre qanun vere biler 2011 ci il seckileri Karuin Consun rehberlik etdiyi Leyborist hokumetin azliqda qalmasi ile neticelendi Simali Irlandiya hokumeti ve Parlamenti Simali Irlandiya hokumeti ve Meclisi digerleri ile oxsar selahiyyetlere malikdir Icraedici hakimiyyet Meclisin hemkarlar ittifaqi ve milletci uzvlerinin temsil olundugu ikihakimiyyetliliye esaslanir Hazirda Demokratik Hemkarlar Ittifaqi Partiyasinin lideri Piter Robinson ve Sin Fein Partiyasinin lideri Martin Makqinnes muvafiq olaraq Bas nazir ve Bas nazirin muavini vezifelerini tuturlar Icmalar PalatasiBoyuk Britaniya Icmalar Palatasi Parlament uzvlerinin secdiyi spiker terefinden idare olunur Vezife qeyri siyasidir ve konvensiyaya esasen siyasi partiyalar spiker postuna namizedlik ireli sure bilmezler O Parlamentde nizam intizamin qorunmasina nezaret edir Hal hazirda Icmalar Palatasinda 650 yer var bu reqem bezen demoqrafik veziyyete uygun olaraq bir az deyisir Bu beynelxalq standartlara esasen boyuk reqemdir Misal ucun Amerika Birlesmis Statlarinin Numayendeler Palatasinda yerlerin sayi Icmalar Palatasina nezeren xeyli azdir Icmalar Palatasindaki her yer bir secki dairesini temsil edir Adeten dairenin seher ve ya kend erazisi olmasindan asli olaraq 60 000 80 000 secicisi olur Icmalar Palatasi en azi bes ilden bir kecirilen seckilerle demokratik sekilde secilen palatadir Umumi secki Bas Nazir terefinden cagirildiqda butun 650 yer uzre kecirilen umumilli seckidir ve son seckinin kecirildiyi muddetden 5 il gec olmamaqla kecirilmelidir Icmalar Palatasinin yerlesdiyi palata Ikinci Dunya Muharibesi zamani zerer gorduyunden Qiles Qilbert Skott terefinden yeniden dizayn olunmusdur Yeni palata dagidilan palataya oxsar tikilmisdir Palatanin ozulu bir biri ile eks istiqametlerde olan iki yasil oturacaq siralarindan ibaretdir Merkezde bir stol var ve spikerin oturacagi onun bir basindadir Bu qurulus iqtidar ve muxalifetden olan Parlament uzvlerinin bir birleri ile eks tereflerde oldugu menasini verir Hokumetin nazirleri iqtidar terefinin on siralarinda eylesir Iqtidarla eyni partiyadan olan lakin hokumetde vezifeleri olmayan sexsler arxa sirada eylesirler Lordlar PalatasiLordlar Palatasi spiker terefinden idare olunur Palata Icmalar Palatasinin analoqudur Lord spiker Lordlar Palatasi uzvleri terefinden secilir ve siyasi cehetden neytraldir Lordlar Palatasi uzvlerinin qerarlasdirilmis sayi yoxdur Tarixen Lordlar Palatasinin uzvleri irsi zadeganlar olmuslar Iller evvel kral ve ya kralica aristokratiya numayendelerini Lordlar Palatasina uzvluye secirdi ve o vaxtdan palatada oturmaq huququ nesilden nesile kecdi ve bu irsi seciyye almaga basladi Aydindir ki bu qeyri demokratikdir Bu qanunun deyisdirilmesinden sonra 92 nefer istisna olmaqla qalan butun yasayan irsi zadeganlar hokumetin mesleheti ile kralica terefinden omurlerinin sonuna qeder palatada qalmaq huququ qazandi lakin bundan sonra onlarin ailelerinden olan hec kesin secilmek huququ yoxdur Hal hazirda palata uzvleri bu omurluk secilmis irsi zadeganlardan kecmis siyasetcilerden tehsil sehiyye ve diger sahelerden olan sexslerdir Uzvlerin kicik bir hissesi de dini rehberler Ingiltere kilsesinin yepiskop ve kesisleridir Lordlar Palatasinin uzvlerinin eylesdiyi palata bu qaydada teskil olunmusdur Lord spikerin eylesdiyi taxt Icmalar Palatasinda bu spikerin eylesdiyi stuldur Palata yasil bir xetle iki sag iqtidar terefi ve sol muxalifet terefi hisselere ayrilmisdir Burada oturacaqlar qirmizi deridendir MehkemeBu gune qeder Lord kansler Ingilterede ve Uelsde mehkeme hakimiyyetinin rehberi olub O cinayet mehkemeleri ucun ve hemcinin suverenlik namine hakimleri ve dovlet memurlarini teyin edir Lord kanslerinin dovletde uc sahede rolu vardir icraedici qanunverici ve mehkeme Lord kanslerinin dovletde uc sahede rola rola malik olmasi dunyada bir cox liberal demokratiyalar arasinda ozelliye malikdir Buna baxmayaraq 2005 ci il konstitusiya islahat akti ile onun mehkeme selahiyyetlerinin bir coxu alinaraq Biritaniya hokumetinde digerlerine esasen de konstitusiya meseleleri ucun yeni yaradilmis dovlet katibliyi postuna verilmisdi Hokumet departamentleriBirlesmis Kralliqda hokumet esasen departamentler kimi taninan nazirliklerden ibaretdir Meselen Mudafie Nazirliyi Bunlar esasen dovlet katibi ve kabinetin uzvu olan dovlet nazirleri terefinden idare olunurlar Hemin sexs hemcinin asagi pillede olan nazirler terefinden de desteklene biler Nazirlerin qerarinin icrasi siyasi cehetden her zaman neytral olan dovlet xidmeti kimi taninan teskilat terefinden heyata kecirilir Onun konstitusional rolu hansi partiyanin hakimiyyetde olmasindan asili olmayaraq hokumeti desteklemekdir Diger demokratik sistemlerden ferqli olaraq yuksek vezifeli dovlet qulluqculari hokumet deyisikliyinden sonra da oz vezifelerinde qalirlar Departamentin inzibati idareetmesi bir cox departamentlerde daimi katib kimi taninan bas dovlet qulluqcusu terefinden heyata kecirilir Mulki xidmet heyetinin ekseriyyeti eslinde dovlet departamentine hesabat veren ve muxtelif operativ teskilatlar olan icraedici agentliklerde calisirlar Bas nazirBirlesmis Kralliq hokumetinin bascisi yeni Bas nazir vezifesi Icmalar Palatasinda ekseriyyetin inamini qazana bilen parlament uzvune mexsus olur ve bu vezife adeten hemin palatada en boyuk siyasi partiyanin bascisina mexsusdur Bas nazir hokumet kabinetini secir ve kabinet resmi olaraq monarx terefinden onun hokumetdeki zati alilerini teskil etmek ucun teyin edilir Razilasmaya esasen kralica Bas nazirin hokumet barede qerarlarina hormet edir Kabinet enenevi olaraq Bas nazirin partiyasinin uzvlerinden teskil olunur Icraedici hakimiyyet Birlesmis Kralligin Gizli Surasina and icmis bas nazir ve kabinet terefinden teskil olunur ve kralin nazirleri olurlar Muhafizekarlar partiyasinin lideri Devid Kemeron Bitlesmis Kralligin 3 cu partiyasi liberal demokratlarla olan koalisiyaya rehberlik edir Kemeron ilk defe hemcinin Maliyye naziri vezifesini de tutan Bas nazirdir PartiyalarBirlesmis Kralligin 3 aparici partiyasi Muhafizekar Leyborist ve Liberal Demokratlar partiyalaridir 2010 cu il seckileri zamani bu 3 partiya Icmalar Palatasinda movcud olan 650 yerden 622 ni qazanib Qalan yerler Birlesmis Kralligin yalniz bir noqtesinde Sotlandiya Milli Partiyasinin Sotlandiyada Uels Milli Partiyasinin yalniz Uelsde Demokratik Hemkerlar Ittifaqi Partiyasinin Sosial Demokratik ve Leyborist Partiyasinin Uelster Hemkarlar Ittifaqi Partiyasinin ve Sin Feinin yalniz Simali Irlandiyada baxmayaraq ki Sin Fein Irlandiya Respublikasindaki seckilerde de mubarize aparir mubarize apardiqlari seckilerde bu partiyalar terefinden qazanilib Partiya siyasetine uygun olaraq parlamentin secilmemis Sin Feinden olan uzvleri krala sedaqet andinin icilmesi telebi olduguna gore hec bir vaxt Icmalar Palatasinda istirak edib secicilerinin adindan danisa bilmez Hal hazirda Sin Feinin parlamentde 5 uzvu var bununla yanasi Uestminsterde movcud olan xidmet vasitelerinin istifade etmek imkani qazanib Birlesmis Kralligin hal hazirda 12 cox mandatli secki dairelerinden Avropa Parlamentine secilmis 72 uzvu var Xarici elaqelerBirlesmis Kralligin xarici elaqeleri Xarici Isler Nazirliyi terefinden heyata kecirilir Bas nazir ve bir cox numayendelikler siyasetin mueyyenlesmesinde rol oynayirlar ve bir cox idare ve muessiselerin de bu sahede rolu ve huququ var Boyuk Britaniya 18 19 cu esr ve 20 ci esrin evvellerinde dunyanin en qabaqcil dovleti olub O ehemiyyetli derecede boyuk hakimiyyete sahib olub ve maliyye senaye deniz donanmasi ve neheng Britaniya Imperiyasi sayesinde dunyada bas veren hadiseler uzerinde mustesna tesiri olub 1956 ci il Suveys bohraninadek o fovqeldovlet hesab olunub Ancaq zeifleyen iqtisadiyyat 2 dunya muharibesine cekilen xerc ve mustemlekelerine musteqilliyin verilmesi 1946 ci ilden sonra onun gucunu durmadan azaltdi Bununla bele Birlesmis Kralliq aparici gucu ve Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasinin daimi uzvluyu Avropa Birliyi dovletlerinin uzvluyu hele de qalir ve boyuk 7 lik boyuk 8 lik boyuk 20 lik Simali Atlantika Muqavilesi Teskilati Iqtisadi Emekdasliq ve Inkisaf Teskilati Umumdunya Ticaret Teskilati Avropa Surasi Avropada Tehlukesizlik ve Emekdasliq Teskilati ve Britaniya Imperiyasinin mirasi olan Milletler Birliyinin esas uzvudur Xarici elaqelerin tarixi Britaniyanin 1600 cu ilden bu yana xarici elaqeleri Avropa qitesinde hec bir dovletin nezareti ele kecirmesine imkan vermemeye ve guc balansina nail olmaga yonelib Esas dusmeni ise Yuzillik muharibeden baslayaraq Napoleonun meglub edilmesinedek guclu orduya malik olan Fransa olub 1775 1783 cu iller Amerika Istiqlaliyyet muharibesi zamani mustemleke eleyhine usyanalar istisna olmaqla Britaniya bir cox diger muharibelerde ugur qazanib Onun ustun diplomatik strategiyasi sayesinde Prussiya kimi muttefiq ordu quvveleri maliyyelesdirildi Britaniya tehlukesizlik baresinde herbi deniz quvvelerine arxanalirdi ve butun dunyada sexsi heyeti ile birge aciq denizde guclu donanma saxlamaga nail olub Britaniyanin sahib oldugu boyuk Britaniya Imperiyasi 1920 40 ci illerde erazi baximindan daha da boyudu daha sonra 1970 ci iledek mustemlekelere musteqillik verildikce imperiya erazisi azalmaga basladi 1900 cu ilden baslayaraq Britaniya Birlesmis Statlarla dostluq elaqelerini inkisaf etdirmekle ve 1902 ci ilde Yaponiya ile herbi muttefiqlik aktini imzalamaqla ozunun tecrid etme siyasetine son qoydu Daha ehemiyyetli hadise ise 1904 cu ilde Fransa 1907 ci ilde Rusiya ile Antanta herbi siyasi blokunun tesis edilmesi ve bununla da 1914 1918 ci iller birinci dunya muharibesinde vurusan anti alman ittifaqinin yaradilmasi oldu 1945 ci ilden sonra Britaniya ardicil olaraq ozunun diger olkeler uzerindeki ohdeciliyini azaltdi Demek olar ki butun mustemlekeler musteqil oldu Britaniyanin fovqeldovlet statusuna son qoyan 1956 ci il Suveys bohranindaki biabirci meglubiyyeti onun Orta Serqdeki maraq dairesini de azaltdi Bununla bele Britaniya NATO herbi ittifaqinda Fransa ve Almaniya kimi ezeli dusmenleri ve Amerika Birlesmis Statlari ile yaxin herbi elaqeler yaratdi Illerle davam eden muzakire ve etirazlardan sonra Britaniya 1973 cu ilde indi Avropa Ittifaqi kimi taninan Avropa Iqtisadi Birliyine qosuldu Ancaq bu ittifaq Britaniyani maliyye baximindan birlesdirmedi avrodan imtina ederek funtsterlinqi saxladi ve bununla 2011 ci il Avropa Ittifaqi olkelerinin maliyye bohranindan qismen kenarda qaldi Birlesmis Kralligin baslangicini Britaniya Imperiyasindan alan Milletler Birliyine daxil olan dovletlerle muxtelif sepkili elaqeleri movcuddur Kralica 2 ci Elizabet 53 uzv dovletden 16 sinin ve diger federativ dovletlerin bascisidir Kralicani dovlet bascisi kimi qebul eden dovletler kralliq dovletleri adlanir Zaman otdukce bezi dovletler muxtelif sebeblerden bu birlikden kenarlasdirilib Zimbabve prezidentin avtoritar idareciliyi sebebinden uzaqlasdirilib Pakistan da bu aqibetle uzlesse de daha sonra yeniden birliye daxil olub Eger hemin olkeler demokratik respublika qurulusuna kecseler onlar yene de bu birliyin uzvu olmaq huququna malik olacaqlar Birlesmis Kralligin Avropa Ittifaqina uzv dovletlerle iqtisadi elaqelere celb olunmasindan once Malaziya kimi birlik dovletleri Birlesmis Kralliqla ticaretde ixrac rusumunun olmamasindan istifade edirdiler Birlesmis Kralliq bir zamanlar Afrika qitesinin bir cox olkesinde aparici mustemleke dovleti idi Hal hazirda ise Birlesmis Kralliq Milletler Birliyinin esas uzvu kimi ozunun xarici siyaseti vasitesile Afrikaya tesir gostermeye calisir Hazirda Birlesmis Kralliq Zimbabve ile insan huquqlarinin pozulmasi baresinde mubahisededir Toni Bleyr Afrika komissiyasini tesis etdi ve zengin olkelerden inkisafda olan olkelere borclarini odemek barede teleblerini dayandirmagi tekid etdi Birlesmis Kralligin inkisaf etmis dovletlerle medeni sosial siyasi elaqeleri birlik herekatinin desteklediyi ve inteqrasiya emekdasliga cagiran ticaret elaqeleri de gucludur Birlesmis Kralliq ve Kanada London ve Ottava yaxin ve birge emekdasliqdan faydalanir her iki olkeni tarix Milletler Birliyi eynile dovlet bascisi ve monarxin olmasi kimi meqamlar birlesdirir Her 2 olke iki dunya muharibesinde Koreya muharibesinde birge mubarize apariblar ve hemcinin Efqanistan muharibesi zamani koalisiyada emekdasliq edibler Her ikisi NATO nun aparici uzvu ve boyuk 7 lik boyuk 8 liyin de uzvudur Vinston Corcil Kanadani ingilisdilli dovletlerin lideri adlandirb cunki Kanada ABS ve Birlesmis Kralliq kimi ingilisdilli 2 dovleti birlesdirir Bu 3 olke Manhetten layihesi uzerinde birge islediklerinden onlar atom bombasi haqqinda melumatlari bir birilerine oturubler Bu oxsar tarixe baxmayaraq Birlesmis Kralliq ve Kanada iqtisadi cehetden ayri inkisaf yolu kecirler Birlesmis Kralliq 19 cu esr ve 20 ci esrin evvellerinde Kanadinin en boyuk ticaret terefdasi olub Indi bu iki dovlet ayri ayri ticaret bloklarinda Birlesmis Kralliq Avropa Ittifaqinda Almaniya ise Simali Amerika Azad Ticaret Assosiasiyasinda NAFTA uzvdur Ancaq 2 olke arasinda elaqeler miqrasiya boyukdur hemcinin Kanadada Birlesmis Kralliq haqqinda yuksek ictimai fikir de movcuddur Birlesmis Kralliq ve ABS Birlesmis Kralliq ve ABS yaxin herbi muttefiqlerdir 2 olke medeniyyet herbi tedqiqat ve kesfiyyat mexanizmleri kimi oxsarliqlari bolusurler Birlesmis Kralliq ABS den Tomahavk adli uzaq mesafeli raket ve Trident adli nuve silahi kimi herbi texnologiya avadanliqlari alir ve ABS da oz novbesinde Britaniyadan Harrier qirici teyyareleri kimi silahlar alir Amerika Birlesmis Statlari hemcinin Birlesmis Kralliqda boyuk herbi quvve saxlayir Son vaxtlarda ise Birlesmis Kralligin bas naziri Toni Bleyr ve ABS prezidentleri Bill Klinton ve Corc Bus arasinda 1980 ci illerde ise oxsar maraqlari olan Marqaret Tetcer ve Ronald Reyqan arasinda yaxin dostluq elaqeleri olub Hazirda Britaniyanin siyaseti ABS la elaqeleri saxlamaqdir ve bu da ikiterefli elaqelerin gostericisidir Birlesmis Kralliq ve Avropa Birliyi Birlesmis Kralligin 2 ci Dunya Muharibesinden bu yana Avropa olkeleri ile yaxsi elaqeleri olmusdur O 1973 cu ilde 20 il sonra Maastrixt sazisi ile Avropa Ittifaqi adlanan Avropa Iqtisadi Birliyine uzv oldu Birlesmis Kralligin avrodan istifade etmemesine ve avrozonanin uzvu olmamasina baxmayaraq o Avropa Ittifaqinin fealiyyetinde aparici rol oynamaqda davam edir Ancaq bu olke teskilatla olan qeyri semimi elaqeler sebebinden Avropa Ittifaqinin ozunemexsus uzvu hesab edilir Birlesmis Kralliq ve Fransa Britaniyanin Fransa ile Antanta semimi sazis sazisinin baglanmasi ile bir esre dayanan muttefiqliyi var ve 2010 cu ilin noyabr ayinda Mudafie ve Tehlukesizlik sazisi adi ile yeniden tesdiq edildi Bu sazis ozunde musterek ekspedisiya korpusunun yaradilmasini herbi deniz quvvelerinin tecrubesinin bolusulmesini nuve emekdasligini hemcinin 2011 ci il Liviya vetendas muharibesi ve Liviya hava mekaninin baglanmasi baresinde birge emaldasligi ehtiva edir Birlesmis Kralliq ve Azerbaycan Esas meqale Azerbaycan Boyuk Britaniya munasibetleri Azerbaycan Britaniya arasinda movcud elaqeler xarici elaqelerdir Bele ki Azerbaycanin Londonda sefirliyi movcuddur Birlesmis Kralligin da Bakida sefirliyi var Her iki olke Avropa Surasi ve Avropada Tehlukesizlik ve Emekdasliq Teskilatinin ATET tam huquqlu uzvudur Azerbaycan Britaniya elaqelerinin tarixi 1920 ci il 18 yanvarda Bagdaddan Bakiya gonderilen Britaniya ekspedisiyasina dayanir Bu ekspedisiya Azerbaycanin neft yataqlarinin Almaniya ve Osmanli Imperiyasinin nezaretine dusmesinin qarsisini almaq ucun gonderilmisdi Dunsterforce adlanan quvvelere general Lionel Denstervil rehberlik edirdi Bu quvveler Bakiya 1918 ci ilin avqustunda geldiler Baki ugrunda geden doyuslerden sonra Denstervilin basciliq etdiyi quvveler 1918 ci ilin sentyabrinda Irana dogru geri cekildiler Lakin Denstervilin quvveleri tam olaraq 1920 ci ile qeder yeni bolseviklerin hucumunadek Bakida qaldilar Bolseviklerin hucumu onlarin burada qalmasini qeyri mumkun etdiyinden onlar Bakini terk etmek mecburiyyetinde qaldilar Bu dovrde Azerbaycan Demokratik Respublikasi ve Britaniya Imperiyasi arasinda diplomatik elaqeler Tiflisde yerlesen Qafqazin Ali Komissari sayesinde movcud idi IstinadlarXarici kecidlerBritish Political System Muasir Olkelerin Dovlet ve Huquq Tarixi M Melikova E NebiyeGreat BritainHemcinin baxBoyuk Britaniya Vestminster abbatligi Boyuk Britaniya Icmalar palatasi Boyuk Britaniya parlamenti