Ümumdünya Ticarət Təşkilatı (ÜTT, ing. World Trade Organization, fr. Organisation mondiale du commerce, isp. Organización Mundial del Comercio) — 1995-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT – General Agreement on Tariffs and Trade) varisi kimi yaradılmış beynəlxalq təşkilat. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Məqsəd üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.. Təşkilat yeni olsa da, çoxtərəfli ticarət sistemi 1940-50-ci illərdən etibarən GATT çərçivəsində yaradılmışdır.
Ümumdünya Ticarət Təşkilatı ÜTT | |
---|---|
ing. World Trade Organization fr. Organisation mondiale du commerce isp. Organización Mundial del Comercio | |
| |
Növü | Beynəlxalq |
Yaranma tarixi | 1 yanvar 1995 |
Rəsmi dili | ingilis, fransız, ispan |
Mərkəzi | Cenevrə, İsveçrə |
Sədr | |
Üzvləri | 162 üzv |
WTO.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Ötən 50 il ərzində dünya ticarətində yüksək artım müşahidə olunur. Məhsul ixracı orta hesabla ildə 6% artır. 1997-ci ildə ümumi ticarət 1950-ci illə müqayisədə 14 dəfə artmışdır. GATT və ÜTT iqtisadi artıma təkan verən güclü və perspektivli ticarət sisteminin yaradılmasına köməklik göstərmişlər.
ÜTT-nin dünya ticarətinin 97%-dən artığını əhatə edən 160 üzvü var, müşahidəçi ölkələrin sayı 24-dür. Vatikan istisna olmaqla qalan 23 ölkə ilə üzvlük barədə danışıqlar davam etdirilir. Qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur. Bu adətən konsensus əsasında baş verir. Səslərin əksəriyyəti ilə də qərar qəbulu mümkündür, lakin bu ÜTT-də indiyədək heç vaxt baş verməyib, ÜTT-nin sələfi olan GATT-da isə çox nadir hallarda baş verib. ÜTT-nin qərarları bütün üzv ölkələrdə ölkə parlamentləri tərəfindən ratifikasiya olunur.
Fəaliyyəti
Sistem GATT çərçivəsində aparılmış bir sıra ticarət danışıqları mərhələlərindən keçərək inkişaf etmişdir. İlk mərhələlər tariflərin azaldılmasını əhatə edirdi, lakin daha sonra danışıqlar artıq anti-dempinq və qeyri-tarif tədbirlər kimi digər məsələləri də özünə daxil edirdi. Danışıqların son mərhələsi olan 1986-1994-cü illərdə baş tutmuş Uruqvay Raundu ÜTT-nin yaradılmasını qabaqlayır.
Danışıqlar bununla başa çatmır. Bəziləri Uruqvay Raundu başa çatandan sonra da davam edir. 1997-ci ilin fevral ayında 69 ölkənin razılığı ilə Uruqvay raundundan sonra olduqca geniş diapazonda liberallaşdırma tədbirlərinin keçirilməsini əhatə edən telekommunikasiya xidmətləri üzrə razılaşma əldə olunur.
Eyni zamanda 40 ölkənin hökumətləri informasiya texnologiyaları məhsulları üzrə azad tariflərlə ticarət haqqında danışıqları başa çatdırır, 70 üzv isə bankçılıq, sığorta, qiymətli kağızlar və maliyyə informasiyası sektorlarında ticarətin 95%-ni əhatə edən maliyyə sektoru üzrə razılaşmanı əldə ediblər.
2000-ci ildə kənd təsərrüfatı və xidmət sahəsində yeni danışıqlara başlanılmışdır. 2001-ci ilin noyabr ayında Qatarda, Dohada ÜTT-nin Nazirlərin 4-cü Konfransından qəbul olunmuş qərara əsasən hazırda bu artıq daha geniş iş proqramına çevrilmişdir – Doha İnkişaf Proqramı (DDA – Doha Development Agenda).
Qeyd olunan proqram danışıqlar və növbəti sahələrdə digər fəaliyyətləri nəzərdə tutur: qeyri-kənd təsərrüfatı tarifləri, ticarət və mühit, subsidiyalar və anti-dempinq kimi ÜTT qaydaları, investisiyalar, rəqabət siyasəti, ticarətin asanlaşdırılması, dövlət təchizatında şəffaflıq, əqli mülkiyyət, habelə ÜTT-nin hazırkı razılaşmalarının tətbiqi zamanı ölkələrin üzləşdikləri çətinliklər kimi onların inkişafına istiqamətlənmiş bir sıra digər məsələlər.
Danışıqların başa çatdırılması üçün son tarix 1 yanvar 2005-ci ildir. ÜTT Sazişləri Ticarətin mümkün qədər ədalətli və azad olduğunda necə əmin ola bilərik? Danışıqlar qaydaları və onların daimiliyi vasitəsilə. ÜTT qaydaları – sazişləri – üzv dövlətlər arasında danışıqların nəticəsidir. Hazırkı toplu orijinal Tariflər və Ticarət üzrə Əsas Sazişə əsaslı şəkildə yenidən baxılmasını daxil edən 1986-1994 Uruqvay Danışıqlar Raundundan irəli gəlir.
GATT hazırda əmtəə ticarəti üçün əsas qaydalar kitabçasıdır. Uruqvay Raundu qeyd olunanlarla yanaşı xidmət sahəsində ticarətin qaydalarını yaratmış, habelə əqli mülkiyyətlə bağlı aspektlər, mübahisələrin həlli və ticarət siyasəti ilə bağlı məsələləri nəzərdən keçirmişdir. 60 sazişdən və müxtəlif öhdəliklərdən (iş qrafikləri) ibarət 30 min səhifəlik son toplu gömrük tariflərinin aşağı salınması və xidmətlər bazarının daha açıq olması kimi müxtəlif sahələrdə fərdi üzvlər tərəfindən hazırlanmışdır.
Bu sazişlər vasitəsilə ÜTT-nin üzvləri onların hüquq və vəzifələrini müfəssəl şəkildə çərçivələyən diskriminasiyasız ticarət sistemini işə salırlar. Hər bir ölkə öz ixracına başqa ölkələrin bazarlarında ədalətli və davamlı münasibətin olacağına təminat alır. Və ölkələrin hər biri öz bazarlarına gələn idxala eyni münasibət göstərəcəyinə süz verir. Sistem həm də inkişafda olan ölkələrə öhdəliklərin yerinə yetirilməsində bir qədər azadlıq verir.
Əmtəə
Hər şey əmtəə ticarətindən başladı. 1947-ci ildən 1994-cü ilədək GATT gömrük tariflərinin aşağı salınması və başqa ticarət maneələrinin müzakirə olunduğu forum idi. Ümumi sazişin mətni mühüm qaydaları, xüsusilə diskriminasiya əleyhinə olan qaydaları müəyyənləşdirir.
1995-ci ildən etibarən yenilənmiş GATT əmtəə ticarəti üçün ÜTT-nin çərçivə sazişinə çevrilmişdir. Ona kənd təsərrüfatı və tekstil sənayesi kimi spesifik sahələr, eləcə də dövlət ticarəti mallar üçün qəbul olunmuş standartlar, subsidiyalar və dempinq əleyhinə tədbirlər kimi xüsusi məsələlər barədə əlavələr və düzəlişlər qəbul edilib.
Xidmətlər
Xaricdə biznes qurmağı planlaşdıran banklar, sığorta və telekommunikasiya şirkətləri, turizm operatorları, otel şəbəkələri və nəqliyyat şirkətləri indi əvvəllər yalnız mallara tətbiq olunan daha azad və daha ədalətli ticarət prinsiplərindən yararlana bilərlər. Bu prinsiplər Xidmətlərin Ticarəti haqqında Əsas Sazişdə (GATS – General Agreement on Trade in Services) öz əksini tapır. ÜTT üzvləri GATS çərçivəsində həm də fərdi öhdəliklər götürərək öz ölkələrində hansı xidmət sektorlarının xarici iştirakçılar üçün açıq olduğunu və həmin bazarların nə qədər açıq olduğunu bəyan edirlər.
İntellektual mülkiyyət
ÜTT-nin əqli mülkiyyət sazişi ideyaların və yaradıcılığın ticarəti və onlara qoyulan sərmayə barədə qaydalardan ibarətdir. Həmin qaydalar müəllif hüquqları, patentlər, ticarət markaları və malları identifikasiya etmək üçün istifadə olunan coğrafi adlar, sənaye formaları, sxemlər və ticarət sirləri kimi açıqlanması mümkün olmayan informasiyanı – əqli mülkiyyəti ticarət prosesində necə qorumağı müəyyənləşdirir.
Mübahisələrin həlli
ÜTT-nin ticarət mübahisələrinin "Mübahisələrin Həlli üzrə Anlaşma" çərçivəsində çözülməsi proseduru qaydaların qüvvəyə minməsi və bununla da ticarətin asanlaşdırılmasını təmin etmək baxımından çox mühümdür. Ölkələr özlərinin sazişlərlə çərçivələnən hüquqlarının pozulduğu qənaətinə gəldikdə mübahisə predmetini ÜTT-yə ünvanlayırlar. Xüsusi təyin olunmuş müstəqil ekspertlər tərəfindən çıxarılan hökm sazişin və fərdi olaraq ölkələr tərəfindən götürülən öhdəliklərin təfsiri əsasında çıxarılır. Bu sistem ölkələri aralarında olan müxtəlifliyi məsləhətləşmələr yolu ilə aradan qaldırmağa ruhlandırır. Bu sistemin effektivliyinə nümunə olaraq ÜTT-nin 1995-2003-cü illər ərzində və GATT-ın 1947-1994-cü illər ərzində həll etdiyi mübahisələrin sayına baxmaq kifayətdir. Fəaliyyət müddətlərindəki böyük fərqə baxmayaraq, qeyd olunan dövrlər ərzində hər iki təşkilat 300 mübahisənin həllinə nail olub.
Siyasətin nəzərdən keçirilməsi
Ticarət Siyasətinin Nəzərdən Keçirilməsi Mexanizminin məqsədi şəffaflığı artırmaq, ölkələrin qəbul etdikləri siyasətin daha yaxşı qavranılmasına nail olmaq və onun təsirini müəyyənləşdirməkdir. Bir çox üzvlər nəzərdən keçirməni onların siyasətinə konstruktiv cavab reaksiyası kimi görürlər. ÜTT-nin bütün üzvləri mütəmadi olaraq nəzərdən keçirilməlidir, hər bir nəzərdən keçirmə özündə maraqlı ölkə və ÜTT-nin Katibliyinin hesabatlarını cəmləşdirməlidir.
İnkişaf edən ölkələr
İnkişaf və ticarət
ÜTT üzvlərinin dörddə üç hissəsindən çoxu inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələrdir. Bütün ÜTT sazişləri onlar üçün xüsusi şərtlərə malikdirlər, o cümlədən razılaşma və bəyanatların tətbiqi üçün ayrılmış daha uzun müddət, onların ticarət imkanlarının artırılması üçün tədbirlər, bütün ÜTT üzvlərini onların ticarət maraqlarını müdafiə etməyə məcbur edən şərtlər, habelə ÜTT-nin işi üçün infrastrukturun yaradılmasına, mübahisələrin həllinə və texniki standartların tətbiqinə dəstək. 2001-ci ildə Doha Nazirlər Konfransına çıxarılmış məsələlər sırasında inkişaf edən ölkələrə aid məsələlərin geniş spektri müzakirə olunmuşdur. Bu danışıqlar Doha İnkişaf Raundu da adlandırılır. 1997-ci ildə, zəif inkişaf etmiş ölkələr üçün ticarət təşəbbüsləri və texniki yardım üzrə yüksək səviyyəli görüş 6 hökumətlərarası agentliyi cəlb etmiş və zəif inkişaf etmiş ölkələrə onların ticarət qabiliyyətinin artırılmasına yardım etmək məqsədini güdən "inteqrə olunmuş çərçivə", habelə bir neçə bazara güzəştli çıxış üzrə əlavə sazişlərlə nəticələnmişdir.
ÜTT-nin ticarət və inkişaf üzrə komitəsi, zəif inkişaf etmiş ölkələr üzrə alt komitənin köməkliyi ilə inkişaf edən ölkələrin xüsusi ehtiyaclarını öyrənir. Onun əsas vəzifələri sazişlərin tətbiqi, texniki əməkdaşlıq, inkişaf edən ölkələrin qlobal ticarət sistemində iştirakının artırılmasıdır.
Texniki yardım və treninqlər
ÜTT inkişaf edən ölkələr üçün ildə 100-ə qədər texniki əməkdaşlıq missiyası təşkil edir. Orta hesabla üç ticarət siyasəti kursu hər il Cenevrədə hökumət rəsmiləri üçün təşkil olunur. Xüsusi diqqət Afrika ölkələrinə yetirilməklə, regional seminarlar mütəmadi olaraq dünyanın bütün regionlarında təşkil olunur. Bununla yanaşı, treninqlər mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövründə olan dövlətlərin rəsmiləri üçün də Cenevrədə təşkil olunur. ÜTT inkişaf edən və zəif inkişaf etmiş ölkələrin rəsmilərini ÜTT-nin olduqca böyük olan rəsmi sənədlərin və digər materialların məlumat bazası ilə onlayn əlaqə vasitəsilə ÜTT-nin Cenevrədə keçirdiyi tədbirlər barədə dərhal məlumatla təmin etmək məqsədilə həmin ölkələrin paytaxtlarında 100-dən artıq ticarət nazirliyi və regional təşkilatlarda müvafiq mərkəzlər təşkil etmiş, onları kompüter və internetlə təmin etmişdir.
Təşkilat
Funksiyalar
ÜTT-nin əsas məqsədi ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Bu məqsədə aşağıdakılar vasitəsilə nail olunur:
- Ticarət sazişlərinin idarə olunması;
- Ticarət danışıqları üçün forum kimi çıxış olunması;
- Ticarət mübahisələrinin həlli;
- Milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi;
- Texniki yardım və treninq proqramları vasitəsilə inkişaf edən ölkələrə ticarət siyasətə məsələlərində dəstək;
- Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq.
Struktur
ÜTT-nin ən yüksək qərarqəbuledici orqanı ən azı 2 ildə bir dəfə yığışan Nazirlər Konfransıdır.
Təşkilatın digər ali orqanı iclasları ildə bir neçə dəfə Cenevrədə təşkil olunan Əsas Şuradır. Adətən bura Cenevrədəki səfirlər və missiyaların rəhbərləri daxildir, lakin bəzən iclaslara paytaxtlardan rəsmilər də göndərilir. Bununla yanaşı, Əsas Şura Ticarət Siyasətini Nəzərdən Keçirən Qurum və Mübahisələrin Həlli Qurumu kimi də yığışır.
Növbəti səviyyə Əsas Şuraya hesabat verən Əmtəə Şurası, Xidmətlər Şurası və Əqli Mülkiyyət (TRIPS) Şurasını əhatə edir.
Bir sıra ixtisaslaşmış komitələr, işçi qrupları və işçi partiyaları individual sazişlərlə və mühit, inkişaf, üzvlük sənədləşmələri və regional ticarət sazişləri kimi sahələri əhatə edən məsələlərlə məşğuldurlar.
Katiblik
ÜTT-nin Katibliyi Cenevrədə yerləşir, 630 nəfərə qədər işçiyə malikdir və baş direktor tərəfindən idarə olunur. O, Cenevrə xaricində heç bir əlavə ofislərə malik deyil. Üzvlər tərəfindən qərarlar qəbul olunduqdan sonra Katiblik digər beynəlxalq bürokratik təşkilatlardan fərqli olaraq artıq qərar vermək səlahiyyətinə malik deyil. Katibliyin əsas işi müxtəlif şura və komitələrə, habelə nazirlər konfransına texniki dəstək göstərmək, inkişaf edən ölkələrə texniki yardımı göstərmək, dünya ticarətini təhlil etmək, ÜTT-nin işləri barədə məlumatları ictimaiyyətə və mediaya çatdırmaqdır. Bununla yanaşı Katiblik mübahisələrin həlli prosesində bəzi formalarda hüquqi dəstək göstərir və ÜTT-yə üzv olmaq niyyətində olan hökumətlərə məsləhət xidmətlərini göstərir. İllik büdcəsi təxminən 169 milyon İsveçrə frankı təşkil edir.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil", 2011.
- "ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI" (PDF). 2022-03-05 tarixində (PDF). İstifadə tarixi: 2011-06-24.
- Yəmən ÜTT-nin tamhüquqlu üzvü oldu 2022-03-21 at the Wayback Machine. wto.az, 26.06.2014 (az.)
Xarici keçidlər
- Azərbaycan və ÜTT
- Official WTO homepage
- Agreements administered by the WTO 2010-03-04 at the Wayback Machine
- WTO 10th Anniversary — Highlights of the first decade, Annual Report 2005 pages 116-166
- International Trade Centre — joint UN/WTO agency
- European Union position on the WTO
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Umumdunya Ticaret Teskilati UTT ing World Trade Organization fr Organisation mondiale du commerce isp Organizacion Mundial del Comercio 1995 ci ilde Tarifler ve Ticaret uzre Bas Sazisin GATT General Agreement on Tariffs and Trade varisi kimi yaradilmis beynelxalq teskilat UTT milletler arasinda ticaretin qlobal qaydalarini mueyyenlesdiren yegane beynelxalq teskilatdir Onun esas funksiyasi ticaretin tarazli maneesiz ehtimal olunan sekilde ve azad aparilmasini temin etmekdir Meqsed uzv olkelerin ehalisinin rifah halini yaxsilasdirmaqdir UTT coxterefli ticaret sazisleri esasinda olkelerarasi ticaret munasibetlerinin tenzimlenmesini heyata kecirir Teskilat yeni olsa da coxterefli ticaret sistemi 1940 50 ci illerden etibaren GATT cercivesinde yaradilmisdir Umumdunya Ticaret Teskilati UTTing World Trade Organization fr Organisation mondiale du commerce isp Organizacion Mundial del Comercio UTT nin esasini qoyanlar UTT ye sonradan qosulanlarNovu BeynelxalqYaranma tarixi 1 yanvar 1995Resmi dili ingilis fransiz ispanMerkezi Cenevre IsvecreSedrUzvleri 162 uzvWTO org Vikianbarda elaqeli mediafayllar Oten 50 il erzinde dunya ticaretinde yuksek artim musahide olunur Mehsul ixraci orta hesabla ilde 6 artir 1997 ci ilde umumi ticaret 1950 ci ille muqayisede 14 defe artmisdir GATT ve UTT iqtisadi artima tekan veren guclu ve perspektivli ticaret sisteminin yaradilmasina komeklik gostermisler UTT nin dunya ticaretinin 97 den artigini ehate eden 160 uzvu var musahideci olkelerin sayi 24 dur Vatikan istisna olmaqla qalan 23 olke ile uzvluk barede danisiqlar davam etdirilir Qerarlar butun uzvlerin raziligi ile qebul olunur Bu adeten konsensus esasinda bas verir Seslerin ekseriyyeti ile de qerar qebulu mumkundur lakin bu UTT de indiyedek hec vaxt bas vermeyib UTT nin selefi olan GATT da ise cox nadir hallarda bas verib UTT nin qerarlari butun uzv olkelerde olke parlamentleri terefinden ratifikasiya olunur FealiyyetiSistem GATT cercivesinde aparilmis bir sira ticaret danisiqlari merhelelerinden kecerek inkisaf etmisdir Ilk merheleler tariflerin azaldilmasini ehate edirdi lakin daha sonra danisiqlar artiq anti dempinq ve qeyri tarif tedbirler kimi diger meseleleri de ozune daxil edirdi Danisiqlarin son merhelesi olan 1986 1994 cu illerde bas tutmus Uruqvay Raundu UTT nin yaradilmasini qabaqlayir Danisiqlar bununla basa catmir Bezileri Uruqvay Raundu basa catandan sonra da davam edir 1997 ci ilin fevral ayinda 69 olkenin raziligi ile Uruqvay raundundan sonra olduqca genis diapazonda liberallasdirma tedbirlerinin kecirilmesini ehate eden telekommunikasiya xidmetleri uzre razilasma elde olunur Eyni zamanda 40 olkenin hokumetleri informasiya texnologiyalari mehsullari uzre azad tariflerle ticaret haqqinda danisiqlari basa catdirir 70 uzv ise bankciliq sigorta qiymetli kagizlar ve maliyye informasiyasi sektorlarinda ticaretin 95 ni ehate eden maliyye sektoru uzre razilasmani elde edibler 2000 ci ilde kend teserrufati ve xidmet sahesinde yeni danisiqlara baslanilmisdir 2001 ci ilin noyabr ayinda Qatarda Dohada UTT nin Nazirlerin 4 cu Konfransindan qebul olunmus qerara esasen hazirda bu artiq daha genis is proqramina cevrilmisdir Doha Inkisaf Proqrami DDA Doha Development Agenda Qeyd olunan proqram danisiqlar ve novbeti sahelerde diger fealiyyetleri nezerde tutur qeyri kend teserrufati tarifleri ticaret ve muhit subsidiyalar ve anti dempinq kimi UTT qaydalari investisiyalar reqabet siyaseti ticaretin asanlasdirilmasi dovlet techizatinda seffafliq eqli mulkiyyet habele UTT nin hazirki razilasmalarinin tetbiqi zamani olkelerin uzlesdikleri cetinlikler kimi onlarin inkisafina istiqametlenmis bir sira diger meseleler Danisiqlarin basa catdirilmasi ucun son tarix 1 yanvar 2005 ci ildir UTT Sazisleri Ticaretin mumkun qeder edaletli ve azad oldugunda nece emin ola bilerik Danisiqlar qaydalari ve onlarin daimiliyi vasitesile UTT qaydalari sazisleri uzv dovletler arasinda danisiqlarin neticesidir Hazirki toplu orijinal Tarifler ve Ticaret uzre Esas Sazise esasli sekilde yeniden baxilmasini daxil eden 1986 1994 Uruqvay Danisiqlar Raundundan ireli gelir GATT hazirda emtee ticareti ucun esas qaydalar kitabcasidir Uruqvay Raundu qeyd olunanlarla yanasi xidmet sahesinde ticaretin qaydalarini yaratmis habele eqli mulkiyyetle bagli aspektler mubahiselerin helli ve ticaret siyaseti ile bagli meseleleri nezerden kecirmisdir 60 sazisden ve muxtelif ohdeliklerden is qrafikleri ibaret 30 min sehifelik son toplu gomruk tariflerinin asagi salinmasi ve xidmetler bazarinin daha aciq olmasi kimi muxtelif sahelerde ferdi uzvler terefinden hazirlanmisdir Bu sazisler vasitesile UTT nin uzvleri onlarin huquq ve vezifelerini mufessel sekilde cerciveleyen diskriminasiyasiz ticaret sistemini ise salirlar Her bir olke oz ixracina basqa olkelerin bazarlarinda edaletli ve davamli munasibetin olacagina teminat alir Ve olkelerin her biri oz bazarlarina gelen idxala eyni munasibet gostereceyine suz verir Sistem hem de inkisafda olan olkelere ohdeliklerin yerine yetirilmesinde bir qeder azadliq verir EmteeHer sey emtee ticaretinden basladi 1947 ci ilden 1994 cu iledek GATT gomruk tariflerinin asagi salinmasi ve basqa ticaret maneelerinin muzakire olundugu forum idi Umumi sazisin metni muhum qaydalari xususile diskriminasiya eleyhine olan qaydalari mueyyenlesdirir 1995 ci ilden etibaren yenilenmis GATT emtee ticareti ucun UTT nin cercive sazisine cevrilmisdir Ona kend teserrufati ve tekstil senayesi kimi spesifik saheler elece de dovlet ticareti mallar ucun qebul olunmus standartlar subsidiyalar ve dempinq eleyhine tedbirler kimi xususi meseleler barede elaveler ve duzelisler qebul edilib XidmetlerXaricde biznes qurmagi planlasdiran banklar sigorta ve telekommunikasiya sirketleri turizm operatorlari otel sebekeleri ve neqliyyat sirketleri indi evveller yalniz mallara tetbiq olunan daha azad ve daha edaletli ticaret prinsiplerinden yararlana bilerler Bu prinsipler Xidmetlerin Ticareti haqqinda Esas Sazisde GATS General Agreement on Trade in Services oz eksini tapir UTT uzvleri GATS cercivesinde hem de ferdi ohdelikler goturerek oz olkelerinde hansi xidmet sektorlarinin xarici istirakcilar ucun aciq oldugunu ve hemin bazarlarin ne qeder aciq oldugunu beyan edirler Intellektual mulkiyyetUTT nin eqli mulkiyyet sazisi ideyalarin ve yaradiciligin ticareti ve onlara qoyulan sermaye barede qaydalardan ibaretdir Hemin qaydalar muellif huquqlari patentler ticaret markalari ve mallari identifikasiya etmek ucun istifade olunan cografi adlar senaye formalari sxemler ve ticaret sirleri kimi aciqlanmasi mumkun olmayan informasiyani eqli mulkiyyeti ticaret prosesinde nece qorumagi mueyyenlesdirir Mubahiselerin helliUTT nin ticaret mubahiselerinin Mubahiselerin Helli uzre Anlasma cercivesinde cozulmesi proseduru qaydalarin quvveye minmesi ve bununla da ticaretin asanlasdirilmasini temin etmek baximindan cox muhumdur Olkeler ozlerinin sazislerle cercivelenen huquqlarinin pozuldugu qenaetine geldikde mubahise predmetini UTT ye unvanlayirlar Xususi teyin olunmus musteqil ekspertler terefinden cixarilan hokm sazisin ve ferdi olaraq olkeler terefinden goturulen ohdeliklerin tefsiri esasinda cixarilir Bu sistem olkeleri aralarinda olan muxtelifliyi meslehetlesmeler yolu ile aradan qaldirmaga ruhlandirir Bu sistemin effektivliyine numune olaraq UTT nin 1995 2003 cu iller erzinde ve GATT in 1947 1994 cu iller erzinde hell etdiyi mubahiselerin sayina baxmaq kifayetdir Fealiyyet muddetlerindeki boyuk ferqe baxmayaraq qeyd olunan dovrler erzinde her iki teskilat 300 mubahisenin helline nail olub Siyasetin nezerden kecirilmesiTicaret Siyasetinin Nezerden Kecirilmesi Mexanizminin meqsedi seffafligi artirmaq olkelerin qebul etdikleri siyasetin daha yaxsi qavranilmasina nail olmaq ve onun tesirini mueyyenlesdirmekdir Bir cox uzvler nezerden kecirmeni onlarin siyasetine konstruktiv cavab reaksiyasi kimi gorurler UTT nin butun uzvleri mutemadi olaraq nezerden kecirilmelidir her bir nezerden kecirme ozunde maraqli olke ve UTT nin Katibliyinin hesabatlarini cemlesdirmelidir Inkisaf eden olkelerInkisaf ve ticaret UTT uzvlerinin dordde uc hissesinden coxu inkisaf etmekde olan ve ya zeif inkisaf etmis olkelerdir Butun UTT sazisleri onlar ucun xususi sertlere malikdirler o cumleden razilasma ve beyanatlarin tetbiqi ucun ayrilmis daha uzun muddet onlarin ticaret imkanlarinin artirilmasi ucun tedbirler butun UTT uzvlerini onlarin ticaret maraqlarini mudafie etmeye mecbur eden sertler habele UTT nin isi ucun infrastrukturun yaradilmasina mubahiselerin helline ve texniki standartlarin tetbiqine destek 2001 ci ilde Doha Nazirler Konfransina cixarilmis meseleler sirasinda inkisaf eden olkelere aid meselelerin genis spektri muzakire olunmusdur Bu danisiqlar Doha Inkisaf Raundu da adlandirilir 1997 ci ilde zeif inkisaf etmis olkeler ucun ticaret tesebbusleri ve texniki yardim uzre yuksek seviyyeli gorus 6 hokumetlerarasi agentliyi celb etmis ve zeif inkisaf etmis olkelere onlarin ticaret qabiliyyetinin artirilmasina yardim etmek meqsedini guden inteqre olunmus cercive habele bir nece bazara guzestli cixis uzre elave sazislerle neticelenmisdir UTT nin ticaret ve inkisaf uzre komitesi zeif inkisaf etmis olkeler uzre alt komitenin komekliyi ile inkisaf eden olkelerin xususi ehtiyaclarini oyrenir Onun esas vezifeleri sazislerin tetbiqi texniki emekdasliq inkisaf eden olkelerin qlobal ticaret sisteminde istirakinin artirilmasidir Texniki yardim ve treninqler UTT inkisaf eden olkeler ucun ilde 100 e qeder texniki emekdasliq missiyasi teskil edir Orta hesabla uc ticaret siyaseti kursu her il Cenevrede hokumet resmileri ucun teskil olunur Xususi diqqet Afrika olkelerine yetirilmekle regional seminarlar mutemadi olaraq dunyanin butun regionlarinda teskil olunur Bununla yanasi treninqler merkezlesdirilmis planli iqtisadiyyatdan bazar iqtisadiyyatina kecid dovrunde olan dovletlerin resmileri ucun de Cenevrede teskil olunur UTT inkisaf eden ve zeif inkisaf etmis olkelerin resmilerini UTT nin olduqca boyuk olan resmi senedlerin ve diger materiallarin melumat bazasi ile onlayn elaqe vasitesile UTT nin Cenevrede kecirdiyi tedbirler barede derhal melumatla temin etmek meqsedile hemin olkelerin paytaxtlarinda 100 den artiq ticaret nazirliyi ve regional teskilatlarda muvafiq merkezler teskil etmis onlari komputer ve internetle temin etmisdir TeskilatFunksiyalar UTT nin esas meqsedi ticaretin tarazli maneesiz ehtimal olunan sekilde ve azad aparilmasini temin etmekdir Bu meqsede asagidakilar vasitesile nail olunur Ticaret sazislerinin idare olunmasi Ticaret danisiqlari ucun forum kimi cixis olunmasi Ticaret mubahiselerinin helli Milli ticaret siyasetlerinin nezerden kecirilmesi Texniki yardim ve treninq proqramlari vasitesile inkisaf eden olkelere ticaret siyasete meselelerinde destek Diger beynelxalq teskilatlarla emekdasliq Struktur UTT nin en yuksek qerarqebuledici orqani en azi 2 ilde bir defe yigisan Nazirler Konfransidir Teskilatin diger ali orqani iclaslari ilde bir nece defe Cenevrede teskil olunan Esas Suradir Adeten bura Cenevredeki sefirler ve missiyalarin rehberleri daxildir lakin bezen iclaslara paytaxtlardan resmiler de gonderilir Bununla yanasi Esas Sura Ticaret Siyasetini Nezerden Keciren Qurum ve Mubahiselerin Helli Qurumu kimi de yigisir Novbeti seviyye Esas Suraya hesabat veren Emtee Surasi Xidmetler Surasi ve Eqli Mulkiyyet TRIPS Surasini ehate edir Bir sira ixtisaslasmis komiteler isci qruplari ve isci partiyalari individual sazislerle ve muhit inkisaf uzvluk senedlesmeleri ve regional ticaret sazisleri kimi saheleri ehate eden meselelerle mesguldurlar Katiblik UTT nin Katibliyi Cenevrede yerlesir 630 nefere qeder isciye malikdir ve bas direktor terefinden idare olunur O Cenevre xaricinde hec bir elave ofislere malik deyil Uzvler terefinden qerarlar qebul olunduqdan sonra Katiblik diger beynelxalq burokratik teskilatlardan ferqli olaraq artiq qerar vermek selahiyyetine malik deyil Katibliyin esas isi muxtelif sura ve komitelere habele nazirler konfransina texniki destek gostermek inkisaf eden olkelere texniki yardimi gostermek dunya ticaretini tehlil etmek UTT nin isleri barede melumatlari ictimaiyyete ve mediaya catdirmaqdir Bununla yanasi Katiblik mubahiselerin helli prosesinde bezi formalarda huquqi destek gosterir ve UTT ye uzv olmaq niyyetinde olan hokumetlere meslehet xidmetlerini gosterir Illik budcesi texminen 169 milyon Isvecre franki teskil edir IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Ismet Abasov Erzaq tehlukesizliyi ve kend teserrufatinin prioritet istiqametleri Baki Elm ve tehsil 2011 UMUMDUNYA TICARET TESKILATI PDF 2022 03 05 tarixinde PDF Istifade tarixi 2011 06 24 Yemen UTT nin tamhuquqlu uzvu oldu 2022 03 21 at the Wayback Machine wto az 26 06 2014 az Xarici kecidlerAzerbaycan ve UTT Official WTO homepage Agreements administered by the WTO 2010 03 04 at the Wayback Machine WTO 10th Anniversary Highlights of the first decade Annual Report 2005 pages 116 166 International Trade Centre joint UN WTO agency European Union position on the WTO