Antanta (fr. Entente — saziş) — Almaniya tərəfindən gözlənilən təcavüzə qarşı 1904–1907-ci illərdə yaradılmış B.Britaniya-Rusiya-Fransa kollektiv müdafiə ittifaqı. Sonralar 1915-ci ildə İtaliya və Yaponiya da bu ittifaqa qoşuldu.
Tarixi
İttifaqın adı 1904-cü il ingilis-fransız müqaviləsinin mətnində fransız sözü olan "entente cordial" ("antant kordivl" kimi tələffüz edilir) — "qəlblər və ya ürəklər razılığı" kimi izah edilmişdir. Sonralar ona 20-dən çox dövlət qoşulmuşdur. Birinci dünya müharibəsi illərində B.Britaniya, Fransa və Rusiyaya qoşularaq Almaniya blokuna (Almaniya, Avstriya — Macarıstan, Osmanlı imperiyası, Bolqarıstan) qarşı vuruşan dövlətlər də Antanta ölkələri adlandırılmışdır. Anti-Almaniya mövqeyi tutan dövlətlərin sayı çox olsa da, onların bir çox Almaniyaya qarşı hərbi əməliyyatlar da iştirak etmirdilər. Məsələn, Çin I Dünya Müharibəsinə Antantanın tərkibində başlasa da, o sadəcə formal olaraq üzvlük daşıyırdı. O, yalnız Almaniya ilə diplomatik əlaqələri kəsmək ilə kifayətlənmiş, heç bir hərbi əməliyyat aparmamışdı.
Antanta bloku
Antanta bloku — I Dünya Müharibəsi zamanı 1904–1907-ci illərdə "Üçlər ittifaqı"na qarşı olaraq yaranmışdı. Antanta bloku "Üçlər ittifaqı"na cavab olaraq yaradılmış və özündə alman qüvvələrinə qarşı olan dövlətləri cəmləşdirmişdi. Fransa əvvəlcədən Almaniyaya qarşı idi. Rusiya və İngiltərənin də burada Almaniya hegemoniyasına qarşı olması bu dövlətləri bir blok altında birləşdirdi.
Müttəfiqlərarası parçalanma
Rusiya və Rumıniya Birinci dünya müharibəsi illərində Almaniya bloku ölkələri ilə separat sülh bağlayaraq ittifaqın tərkibindən çıxmışlar. Sovet Rusiyasının müharibədən çıxması, B.Britaniya və Fransanın sovet hakimiyyətinə qarşı kəskin reaksiyası nəticəsiz qalmadı. Antanta blokunda müttəfiqlərarası köklü parçalanma baş verdi. 1917-ci il dekabrın 23-də B.Britaniya ilə Fransa arasında bağlanmış məxfi konvensiyaya görə, müttəfiqlər keçmiş Rusiya imperiyasının ərazi bölgüsünü aparmış, Qafqaz ingilis nüfuz sahəsinə aid edilmişdi. Qafqaz, Xəzər hövzəsi, xüsusən də Bakı bölgəsi Antanta ilə Almaniya bloku, həmçinin Antanta ilə Sovet Rusiyası arasında mübarizə obyekti olmuşdur. Bu prinsipial məsələni İ.Stalin daha açıq ifadə etmişdi:
Qafqazın inqilab üçün mühüm əhəmiyyəti onun yalnız xammal, yanacaq, ərzaq mənbəyi olması ilə deyil, həm də Avropa və Asiya, xüsusilə Rusiya və Türkiyə arasındakı mövqeyi və mühüm iqtisadi və strateji yollara (Batum-Bakı, Batum-Təbriz, Batum -Təbriz-Ərzurum) malik olması ilə müəyyən edilir... Qafqazda, nəhayət, kim möhkəmlənəcək, neftdən və Asiyanın dərinliyinə aparan ən mühüm yollardan kim istifadə edəcək, inqilab, yoxsa, Antanta - bütün məsələ bundadır |
Antanta dövlətləri Osmanlı — Almaniya qoşunlarının irəliləməsindən, Osmanlı ordusunun İran, Qafqaz, Türkistan istiqamətində həmləsindən, Bakı neftinə sahib ola biləcəklərindən bərk ehtiyat edirdi. Antanta dövlətlərinin nümayəndələri Zaqafqaziya komissarlığının yaradılması prosesində iştirak etmişlər. B.Britaniya hökuməti Zaqafqaziya Federasiyasını bütünlüklə dəstəkləməyi qərara almış və Qafqazla bağlı nəzərdə tutduğu geniş strateji planı həyata keçirmək məqsədilə bölgəyə hərbi missiya göndərməyi qərarlaşdırmışdı. Lakin general Denstervilin başçılıq etdiyi B.Britaniya hərbi ekspedisiyası iflasa uğramış, qısa müddətdən (1918, 4 avqust-14 sentyabr) sonra Bakını tərk etməyə məcbur olmuşdu. 1918-ci il 30 oktyabr Mudros (Mondros) barışığına görə Osmanlı qüvvələri tezliklə Cənubi Azərbaycanı və Cənubi Qafqazı tərk etməli, Antanta qüvvələri Bakını işğal etməli idi. Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə səlahiyyətli nümayəndəsi kimi Əlimərdan bəy Topçubaşov İstanbulda Mudros barışığının Azərbaycana aid hissəsi ilə bağlı bir neçə dəfə etiraz notaları ilə çıxış etmişdir. Antanta qüvvələrinin baş komandanı və nümayəndəsi kimi general U.Tomsonun başçılığı altında ingilis qoşunları 1918-ci il noyabrın 17-də Bakıya daxil olmuşdu.
Ölkələrarası sazişlər
Antanta dövlətlərinin Azərbaycandakı nümayəndələri bəyanatlarında Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransında iştirak edəcəyini bildirmişdilər. Lakin Antanta dövlətlərinin Qafqaz respublikaları ilə bağlı mövqeləri fərqli olmuşdur. Sülh konfransında yüksək nüfüza malik olan böyük dövlətlər içərisindən məhz Fransa yeni yaranmış Qafqaz respublikalarının müstəqilliyinin tanınması əleyhinə olmuşdur. Fransa hökuməti Azərbaycanla iqtisadi əlaqələr yaratmağa meyl göstərsə də, Azərbaycan və Gürcüstanı nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi, ermənipərəst siyasət yeridirdi. İtaliyanın Qafqaza münasibəti ingilislərin mövqeyi ilə sıx bağlı olmuşdur. İngilis qoşunları Qafqazdan çıxmaqla yanaşı, nə ABŞ-nin, nə də Fransanın bu regionda birtərəfli qaydada qüvvətlənməsinə yol vermək istəmirdilər. Bu məqsədlə italyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə ingilislər tərəfindən irəli sürüldü. Belə ki, İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdə mövcud olan qüvvələr nisbətini pozmurdu. İngilislərlə italyanlar arasında aparılan danışıqlar 1919-cu il martın 24-də gizli saziş imzalanması ilə nəticələndi. 1919-cu il mayın 10-da B.Britaniya komandanlığı ingilis hərbi şurasının Cənubi Qafqazdan çıxmaq qərarı barədə Azərbaycan və Gürcüstan hökumətlərinə məlumat verdi. Mayın 10-da İtaliyanın bir hərbi korpusu artıq Batuma daxil olmuşdu. Mayın 16-da fövqəladə İtaliya missiyası, mayın 22-də hərbi ekspertlər qrupu Bakıya gəldi. İtaliya hökuməti Qafqaza ordu göndərilməsinə tərəfdar olduğunu bildirdi. İyunun 28-də B.Britaniya hökuməti ingilis ordusunun Qafqazdan və ümumilikdə, keçmiş Rusiya ərazisindən çıxardılması haqqında Paris sülh konfransına rəsmi şəkildə məlumat verdikdə Antanta dövlətləri Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu ilə əvəz etmək haqqında qərar qəbul etdilər. Lakin İtaliyada hökumət kabinəsinin dəyişməsi nəticəsində yeni yaradılmış F.Nitti hökuməti İtaliyanın Qafqaza ordu göndərməsindən imtina etdi. F.Nittinin belə qərar qəbul etməsi Azərbaycanı və Gürcüstanı çətin vəziyyətə salırdı. İtaliyanın əvvəlki baş naziri Orlandodan fərqli olaraq, Nitti "Böyük Ermənistan" yaradılması, Türkiyənin parçalanması ideyasını Antanta dövlətlərinin avantürası hesab edirdi. İngilis qoşunlarının Qafqazdan çıxarılması ilə B. Britaniya Hökuməti O.Uordrop başda olmaqla, Qafqaza özünün siyasi missiyasını göndərdi. Uordropun rəhbərlik etdiyi ingilis missiyasından başqa, mayor de Nonankurun rəhbərlik etdiyi Fransa, polkovnik Haskelin rəhbərlik etdiyi Amerika, polkovnik Qabbanın rəhbərlik etdiyi İtaliya missiyaları Qafqaza gəldilər. Antanta dövlətlərinin işgüzar nümayəndələri də Qafqazla, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti ilə əməkdaşlıq etmişdilər.
- 1891-ci i-ldə — Rusiya imperiyası və Fransa respublikası Fransız-rus ittifaqının yaradılması ilə bağlı razılığa gəldilər.
- 1904—cü ildə — İngilis-fransız razılığı əldə olundu.
- 1907-ci ildə — Rus-ingilis razılığı imzalandı.
Azərbaycanın tanınması
Versaldakı Azərbaycan nümayəndələri Antanta Ali Şurası tərəfındən Azərbaycan Xalq Cümhuriyyətinin tanınması yönündə ardıcıl, intensiv fəaliyyət göstərmişdir və nəhayət, Antanta dövlətlərinin təşəbbüsü ilə çağırılmış Paris sülh konfransının Ali Şurası blokun aparıcı dövlətlərindən biri olan B.Britaniyanın təklifi ilə 1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyini de-fakto olaraq tanımışdır. Lakin Antanta dövlətlərinin Cənubi Qafqaz respublikalarına yardım xarakterli bütün vədləri deklarativ məzmun daşımış və öz qüvvələrinin ümidinə qalan bu dövlətlər Sovet Rusiyası tərəfındən işğal olunmuşdur.
Nəticəsi
Birinci dünya müharibəsi Almaniya bloku dövlətlərinin bir-birinin ardınca məğlubiyyəti və barışıq imzalanması ilə başa çatdı. Antanta Birinci dünya müharibəsi illərində qarşıya qoyduğu başlıca məqsədə — Almaniyanın darmadağın edilməsinə nail oldu. Müharibənin nəticəsi Osmanlı İmperiyasınn və "Üçlər İttifaqına" daxil olan Avstriya-Macarıstanın süqutu, Rusiyada Fevral və Oktyabr üsyanlarına, Almaniyada isə Noyabr üsyanın baş verməsi olmuşdu.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 120–121
Xarici keçidlər
- АНТА́НТА
- Интервенция 14 держав в Советскую Россию
- MÜQAVİLƏ MÜHARİBƏSİ
- Antanta dövlətləri və İtaliyanın Vaşinqton konfransında əldə etdiyi razılıq:
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Antanta fr Entente sazis Almaniya terefinden gozlenilen tecavuze qarsi 1904 1907 ci illerde yaradilmis B Britaniya Rusiya Fransa kollektiv mudafie ittifaqi Sonralar 1915 ci ilde Italiya ve Yaponiya da bu ittifaqa qosuldu 1914 cu ilin rus plakatiTarixiIttifaqin adi 1904 cu il ingilis fransiz muqavilesinin metninde fransiz sozu olan entente cordial antant kordivl kimi teleffuz edilir qelbler ve ya urekler raziligi kimi izah edilmisdir Sonralar ona 20 den cox dovlet qosulmusdur Birinci dunya muharibesi illerinde B Britaniya Fransa ve Rusiyaya qosularaq Almaniya blokuna Almaniya Avstriya Macaristan Osmanli imperiyasi Bolqaristan qarsi vurusan dovletler de Antanta olkeleri adlandirilmisdir Anti Almaniya movqeyi tutan dovletlerin sayi cox olsa da onlarin bir cox Almaniyaya qarsi herbi emeliyyatlar da istirak etmirdiler Meselen Cin I Dunya Muharibesine Antantanin terkibinde baslasa da o sadece formal olaraq uzvluk dasiyirdi O yalniz Almaniya ile diplomatik elaqeleri kesmek ile kifayetlenmis hec bir herbi emeliyyat aparmamisdi Antanta blokuBirinci Dunya Muharibesinde Ucler Ittifaqi Antanta bloku I Dunya Muharibesi zamani 1904 1907 ci illerde Ucler ittifaqi na qarsi olaraq yaranmisdi Antanta bloku Ucler ittifaqi na cavab olaraq yaradilmis ve ozunde alman quvvelerine qarsi olan dovletleri cemlesdirmisdi Fransa evvelceden Almaniyaya qarsi idi Rusiya ve Ingilterenin de burada Almaniya hegemoniyasina qarsi olmasi bu dovletleri bir blok altinda birlesdirdi Muttefiqlerarasi parcalanmaRusiya ve Ruminiya Birinci dunya muharibesi illerinde Almaniya bloku olkeleri ile separat sulh baglayaraq ittifaqin terkibinden cixmislar Sovet Rusiyasinin muharibeden cixmasi B Britaniya ve Fransanin sovet hakimiyyetine qarsi keskin reaksiyasi neticesiz qalmadi Antanta blokunda muttefiqlerarasi koklu parcalanma bas verdi 1917 ci il dekabrin 23 de B Britaniya ile Fransa arasinda baglanmis mexfi konvensiyaya gore muttefiqler kecmis Rusiya imperiyasinin erazi bolgusunu aparmis Qafqaz ingilis nufuz sahesine aid edilmisdi Qafqaz Xezer hovzesi xususen de Baki bolgesi Antanta ile Almaniya bloku hemcinin Antanta ile Sovet Rusiyasi arasinda mubarize obyekti olmusdur Bu prinsipial meseleni I Stalin daha aciq ifade etmisdi Qafqazin inqilab ucun muhum ehemiyyeti onun yalniz xammal yanacaq erzaq menbeyi olmasi ile deyil hem de Avropa ve Asiya xususile Rusiya ve Turkiye arasindaki movqeyi ve muhum iqtisadi ve strateji yollara Batum Baki Batum Tebriz Batum Tebriz Erzurum malik olmasi ile mueyyen edilir Qafqazda nehayet kim mohkemlenecek neftden ve Asiyanin derinliyine aparan en muhum yollardan kim istifade edecek inqilab yoxsa Antanta butun mesele bundadir Antanta dovletleri Osmanli Almaniya qosunlarinin irelilemesinden Osmanli ordusunun Iran Qafqaz Turkistan istiqametinde hemlesinden Baki neftine sahib ola bileceklerinden berk ehtiyat edirdi Antanta dovletlerinin numayendeleri Zaqafqaziya komissarliginin yaradilmasi prosesinde istirak etmisler B Britaniya hokumeti Zaqafqaziya Federasiyasini butunlukle desteklemeyi qerara almis ve Qafqazla bagli nezerde tutdugu genis strateji plani heyata kecirmek meqsedile bolgeye herbi missiya gondermeyi qerarlasdirmisdi Lakin general Denstervilin basciliq etdiyi B Britaniya herbi ekspedisiyasi iflasa ugramis qisa muddetden 1918 4 avqust 14 sentyabr sonra Bakini terk etmeye mecbur olmusdu 1918 ci il 30 oktyabr Mudros Mondros barisigina gore Osmanli quvveleri tezlikle Cenubi Azerbaycani ve Cenubi Qafqazi terk etmeli Antanta quvveleri Bakini isgal etmeli idi Azerbaycan Xalq Cumhuriyyetinin fovqelade selahiyyetli numayendesi kimi Elimerdan bey Topcubasov Istanbulda Mudros barisiginin Azerbaycana aid hissesi ile bagli bir nece defe etiraz notalari ile cixis etmisdir Antanta quvvelerinin bas komandani ve numayendesi kimi general U Tomsonun basciligi altinda ingilis qosunlari 1918 ci il noyabrin 17 de Bakiya daxil olmusdu Olkelerarasi sazisler Boyuk dordluk Vittorio Orlando Jorj Klemanso Vudro Vilson Antanta dovletlerinin Azerbaycandaki numayendeleri beyanatlarinda Azerbaycan Cumhuriyyetinin Paris sulh konfransinda istirak edeceyini bildirmisdiler Lakin Antanta dovletlerinin Qafqaz respublikalari ile bagli movqeleri ferqli olmusdur Sulh konfransinda yuksek nufuza malik olan boyuk dovletler icerisinden mehz Fransa yeni yaranmis Qafqaz respublikalarinin musteqilliyinin taninmasi eleyhine olmusdur Fransa hokumeti Azerbaycanla iqtisadi elaqeler yaratmaga meyl gosterse de Azerbaycan ve Gurcustani ne huquqi ne de faktiki cehetden tanimaq istemirdi ermeniperest siyaset yeridirdi Italiyanin Qafqaza munasibeti ingilislerin movqeyi ile six bagli olmusdur Ingilis qosunlari Qafqazdan cixmaqla yanasi ne ABS nin ne de Fransanin bu regionda birterefli qaydada quvvetlenmesine yol vermek istemirdiler Bu meqsedle italyanlarin Qafqaza celb edilmesi ideyasi ilk defe ingilisler terefinden ireli suruldu Bele ki Italiyanin Qafqazda ingilisleri evez etmesi Yaxin Serqde movcud olan quvveler nisbetini pozmurdu Ingilislerle italyanlar arasinda aparilan danisiqlar 1919 cu il martin 24 de gizli sazis imzalanmasi ile neticelendi 1919 cu il mayin 10 da B Britaniya komandanligi ingilis herbi surasinin Cenubi Qafqazdan cixmaq qerari barede Azerbaycan ve Gurcustan hokumetlerine melumat verdi Mayin 10 da Italiyanin bir herbi korpusu artiq Batuma daxil olmusdu Mayin 16 da fovqelade Italiya missiyasi mayin 22 de herbi ekspertler qrupu Bakiya geldi Italiya hokumeti Qafqaza ordu gonderilmesine terefdar oldugunu bildirdi Iyunun 28 de B Britaniya hokumeti ingilis ordusunun Qafqazdan ve umumilikde kecmis Rusiya erazisinden cixardilmasi haqqinda Paris sulh konfransina resmi sekilde melumat verdikde Antanta dovletleri Qafqazdan cixan ingilis ordusunu Italiya ordusu ile evez etmek haqqinda qerar qebul etdiler Lakin Italiyada hokumet kabinesinin deyismesi neticesinde yeni yaradilmis F Nitti hokumeti Italiyanin Qafqaza ordu gondermesinden imtina etdi F Nittinin bele qerar qebul etmesi Azerbaycani ve Gurcustani cetin veziyyete salirdi Italiyanin evvelki bas naziri Orlandodan ferqli olaraq Nitti Boyuk Ermenistan yaradilmasi Turkiyenin parcalanmasi ideyasini Antanta dovletlerinin avanturasi hesab edirdi Ingilis qosunlarinin Qafqazdan cixarilmasi ile B Britaniya Hokumeti O Uordrop basda olmaqla Qafqaza ozunun siyasi missiyasini gonderdi Uordropun rehberlik etdiyi ingilis missiyasindan basqa mayor de Nonankurun rehberlik etdiyi Fransa polkovnik Haskelin rehberlik etdiyi Amerika polkovnik Qabbanin rehberlik etdiyi Italiya missiyalari Qafqaza geldiler Antanta dovletlerinin isguzar numayendeleri de Qafqazla xususile Azerbaycan Xalq Cumhuriyyeti ile emekdasliq etmisdiler 1891 ci i lde Rusiya imperiyasi ve Fransa respublikasi Fransiz rus ittifaqinin yaradilmasi ile bagli raziliga geldiler 1904 cu ilde Ingilis fransiz raziligi elde olundu 1907 ci ilde Rus ingilis raziligi imzalandi Azerbaycanin taninmasiVersaldaki Azerbaycan numayendeleri Antanta Ali Surasi terefinden Azerbaycan Xalq Cumhuriyyetinin taninmasi yonunde ardicil intensiv fealiyyet gostermisdir ve nehayet Antanta dovletlerinin tesebbusu ile cagirilmis Paris sulh konfransinin Ali Surasi blokun aparici dovletlerinden biri olan B Britaniyanin teklifi ile 1920 ci il yanvarin 11 de Azerbaycanin dovlet musteqilliyini de fakto olaraq tanimisdir Lakin Antanta dovletlerinin Cenubi Qafqaz respublikalarina yardim xarakterli butun vedleri deklarativ mezmun dasimis ve oz quvvelerinin umidine qalan bu dovletler Sovet Rusiyasi terefinden isgal olunmusdur NeticesiBirinci dunya muharibesi Almaniya bloku dovletlerinin bir birinin ardinca meglubiyyeti ve barisiq imzalanmasi ile basa catdi Antanta Birinci dunya muharibesi illerinde qarsiya qoydugu baslica meqsede Almaniyanin darmadagin edilmesine nail oldu Muharibenin neticesi Osmanli Imperiyasinn ve Ucler Ittifaqina daxil olan Avstriya Macaristanin suqutu Rusiyada Fevral ve Oktyabr usyanlarina Almaniyada ise Noyabr usyanin bas vermesi olmusdu IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Lider nesriyyat Baki 2004 seh 120 121Xarici kecidlerANTA NTA Intervenciya 14 derzhav v Sovetskuyu Rossiyu MUQAVILE MUHARIBESI Antanta dovletleri ve Italiyanin Vasinqton konfransinda elde etdiyi raziliq Hemcinin baxBirinci Dunya muharibesi Ucler ittifaqi Paris Sulh Konfransi Mudros muqavilesi