Qədim Roma mədəniyyəti
Memarlıq
Romalılar yunan memarlığından geniş istifadə edirdilər. Yunan şəhərlərinin, Karfagenin tutulması, ellin həyatı ilə tanışlıq Romada incəsənətə böyük maraq yaranmasına səbəb olmuşdur. Bu şəhərlərin və yunan əyanlarının həyatı Roma əyanları üçün nümunəyə çevrilmişdi. Roma tikintiləri dövlətin əzəmət və qüdrətini nümayiş etdirməli idi. Onlar memarlığa bir sıra yeniliklər gətirdilər. Betonu ixtira etdilər. Bu ixtira qədim romalılara tağlar, günbəzlər və qübbələr tikməyə imkan verirdi. Tağ (Arka) qövs şəklində örtüyə deyilir. Tağdan zəfər tağlarında, körpü, bina, su kəməri tikintisində geniş istifadə olunurdu. Qübbə qövs şəklində tavana deyilir. Günbəz tərsinə çevrilmiş cam şəklində tavana deyilir. Allahların məbədi sayılan və indiyə qədər qalan Panteon günbəzin ən gözəl nümunəsidir. Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə, yəni e.ə. I əsrin 20-ci illəri və eramızın II əsrinə təsadüf edir. Memarlıqdan imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini təbliğ məqsədilə daha geniş istifadə etmişlər. I əsrin ortalarında möhtəşəm memarlıq kompozisiyaları yaradılmışdır. Roma şəhərində “Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı, Flavilər dövründə Kolizey, Adrianın zamanında Panteon abidələri gözəl memarlıq nümunələridir. Son dövr Roma incəsənətində yaradılmış bədii formalar orta əsr Avropa bədii mədəniyyətinin təməli sayılır.
Heykəltəraşlıq
Romada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi. Onlar yunanların və şərqdən gətirdikləri heykəllərin surətini çıxarır və yenilərini yaradırdılar. Yunanlardan fərqli olaraq Roma heykəlləri bütöv heykəllər idi və adamlar paltarlı təsvir edilirdi. E.ə. III-I əsrlərdə təsviri sənətdə portret-heykəllər və büstlər əsas yer tutmuşdur.
Musiqi
Roma musiqisi ellinizm mədəniyyətinin təsiri altında inkişaf edərək, məişətə əsaslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və s.) yaranırdı. İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə rəngarəng olmuşdur. Roma musiqi aləmində yunan kifaraçıları, İsgəndəriyyə müğənniləri, Əndəlis rəqqasələri fəaliyyət göstərmişlər. Eramızın I əsrinin sonunda imperator Domisian “Kapitoli yarışları”nın əsasını qoymuşdur. Burada həm şairlər, həm də musiqi xadimləri təmsil olunmuşlar. Bu dövrdə müğənni Tigelli, aktyor-müğənni Apelli, kifaraçı Kritli Mesomed və s. şöhrət qazanmışdır.
Din
12 Olimp allahı: Yupiter (yunanlarda Zevs), Yunona (Hera), Neptun (Poseydon), (Afina), Mars (Ares), Venera (Afrodita), Diana (Artemida), Vulkan (Hefest), Vesta (Hestiya), Merkuri (Hermes), Serera (Demetra) və Apollon (yunanlarda eyni adda) romalılar tərəfindən qəbul olunmuşdur. E.ə. III əsrin sonlarında Kiçik Asiyadan Romaya allahların böyük anası "İlahi ana"ya həsr olunmuş ibadət ayini keçmişdir. "İlahi ana"ya həsr olunmuş məbəd Kiçik Asiyanın Pessinunt şəhərində yerləşirdi. Bu məbəddəki Böyük ananın ruhunu özündə saxlayan meteorit də Romaya gətirilib Palatin təpəsində yerləşmiş Viktoriya məbədinə qoyulmuşdu.
Roma poeziyası və elm
Ədəbiyyat
E.ə.IV-III əsrlərdə Roma yazılı ədəbiyyatının əsasını Anni Klavdi qoymuşdur. Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi Andronik “Odisseya” ilə bərabər digər yunan faciə və komediyalarını da latın dilinə çevirmişdir. Milli eposun banilərindən sayılan Kvint Enni yunan ədiblərinin əsərlərini latın dilinə çevirir və bu əsərlər əsasında latın dilində əsərlər yaradırdı. O, “İlliada” və “Odisseya”nı təqlid edərək “Salnamə” adlı böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə əfsanəvi dövrlərdən eradan əvvəl II əsrə qədər olan Roma tarixindən bəhs olunur. Onu da qeyd etmək lazımdır ki, Romada böyük şöhrət qazanan komediya janrında da mövzu və ideya cəhətdən yunan komediyaları təqlid edilirdi.
Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk komedislər isə Plavt və Terensi idilər. Plavt yunan komediyalarını Roma şəraitinə uyğun dəyişdirir, öz zəmanəsinin adət və əxlaqında müşayiət olunan gerilik və eybəcərlikləri gülüş obyektinə çevirirdi. O, öz əsərlərini canlı xalq dilində yazmışdı. Klassik dövr Roma ədəbiyyatının ən görkəmli nümayəndələri M.P.Vergili, Horatsi və Ovidi olmuşdur. Bu dövrdə Roma ədəbiyyatının şöhrəti yalnız Roma imperiyasında deyil, bütün İtaliyada geniş yayılmışdı.
Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E.ə. I əsr və eramızın birinci əsri Roma poeziyasının «qızıl dövrü» adlanırdı. İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı Mesenat şairlərə qayğı göstərir, onun evi şairlərin üzünə açıq idi. Onlardan səxavətini əsirgəmirdi. Sonralar «mesenat» varlı incəsənət himayəçisi mənasında işlənməyə başladı.
Roma şairlərindən biri Vergili (e.ə. 70-19) idi. O, imperator Avqustun sifarişi ilə 12 cilddən ibarət «Eneida» poemasını yazmışdır. Aktsi vuruşması (e.ə. 31) bu poemada təsvir edilmişdi. Vergili bu əsərində Troyanın müdafiəçisi, ilahə oğlu, romalıların atası sayılan Eneyin başına gələn hadisələrdən bəhs edir. Eney Troya şəhərindən qoca atasını çıxarır, bir müddətdən sonra İtaliyaya — Romaya gəlir və burada məskən salır. Eney atasının ruhu ilə görüşmək üçün yeraltı səltənətə gedir. Atasının ruhu ona xəbər verir ki, onun nəsli Romanın əsasını qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında Avqustun təntənəsini görür. Avqust Romaya dinclik gətirəcək. Vergili poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bu zaman qədim əfsanələrdən məharətlə yararlanmışdır.
Elm
E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu. Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə.I əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.
E.ə. I əsrdə yaşamış Tit Lukretsi Kar «Cisimlərin təbiəti haqqında» fəlsəfi poemasını şeirlə yazmışdır. Görkəmli şair və alim olan Lukretsi bu əsərində insanın və təbiətin tarixi haqqında o dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət atomlardan ibarətdir. Onlar bir-biri ilə birləşərək yeri, səma cisimlərini, canlı varlıqları və insanların ruhlarını yaradır. Onun dediyinə görə, əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti nəticəsində verilməmişdir, insan bütün bunları zəhməti bahasına əldə etmişdir.
Romada elmin müxtəlif sahələri inkişaf etmişdi. Varron (e.ə. II-I əsrlər) «Kənd təsərrüfatı haqqında», «Latın dili haqqında» kitablar, Vitruli (e.ə. I əsr) «Memarlıq» haqqında dərslik yazmışdı.
Böyük Plininin yazdığı «Təbiət tarixi» əsəri 37 kitabdan ibarətdir və dövrümüzə qədər gəlib çatmışdır. Bu kitablarda Roma, Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə, kənd təsərrüfatına və başqa sahələrə aid yazılmış əsərlərinin məzmunu verilmişdir. Kitabda I əsrdə Aralıq dənizi sahillərindəki ölkələrin elmi bilikləri toplanmışdı. Plini Vezuvi vulkanını öyrənmək üçün ona çox yaxınlaşmış və bu zaman həlak olmuşdur.
Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu mədəniyyət Roma imperiyasının hər yerində yayılmışdı. İmperiyanın əyalət əyanları özlərini romalılara oxşadırdılar, onların dilini öyrənirdilər. Roma nümunəsində şəhərlər salınır, yollar çəkilir, körpülər tikilirdi. Latın dili və yunan əlifbası əsasında tərtib edilmiş latın əlifbası geniş yayılmışdı. Latın dili uzun müddət elmi dil olaraq qalmış, orta əsrlərdə Avropanın bütün əhalisi bu dildə oxuyub yazmışdı. Tibbdə indi də bu dil işlənir. Latın dili italyan, fransız, rumın və digər xalqların dilləri üçün əsas olmuşdur.
Yuli Sezarın tapşırığı ilə İsgəndəriyyədə təqvim tərtib edilmişdi. Bu təqvim indi də bəzi dəyişikliklərlə işlənir. İndiki ayların adında latın adları qalmaqdadır. İyul ayı Yuli Sezarın şərəfinə, Avqust imperator Avqustun şərəfinə adlandırılmışdır. Romada il mart ayında başlandığına görə sentyabr yeddinci, dekabr onuncu ay hesab edilirdi. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir sıra yeniliklər gətirmişdilər. Yunan və Roma mədəniyyətini antik mədəniyyət, yəni qədim mədəniyyət adlandırırlar. Bu mədəniyyət dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün dünyanın gələcək mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.
Mənbə
- Y.Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
- Кузищин В.И.и др. История древнего Рима, М.,1994
- Васильев А.А. История Византийской империи, СПб., 1998
- Петряков А. Великие Цезари. Творцы Римской Империи. — М., СПб.: Яуза, Эксмо, 2011.
- Шифман И. Ш. Цезарь Август. — Ленинград: «Наука». 1990.
- История Древнего мира в 3-ех т., Издание третье/Ред. И. М. Дьяконова, В. Д. Нероновой, И. С. Свенцицкой — М.:Издательство «Наука», 1989
Xarici keçid
- Галерея античного искусства: Греция, Рим — поиск по БД на сайте История Древнего Рима (rus.)
- Древнеримское искусство на портале art-dom.ru
- Искусство древнеримской цивилизации
- Интернет-источники по истории Древнего Рима (ing.)
- Roma Antiqua 2009-08-21 at the Wayback Machine — галерея фотографий римской скульптуры и архитектуры (ing.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qedim Roma medeniyyeti Memarliq Romalilar yunan memarligindan genis istifade edirdiler Yunan seherlerinin Karfagenin tutulmasi ellin heyati ile tanisliq Romada incesenete boyuk maraq yaranmasina sebeb olmusdur Bu seherlerin ve yunan eyanlarinin heyati Roma eyanlari ucun numuneye cevrilmisdi Roma tikintileri dovletin ezemet ve qudretini numayis etdirmeli idi Onlar memarliga bir sira yenilikler getirdiler Betonu ixtira etdiler Bu ixtira qedim romalilara taglar gunbezler ve qubbeler tikmeye imkan verirdi Tag Arka qovs seklinde ortuye deyilir Tagdan zefer taglarinda korpu bina su kemeri tikintisinde genis istifade olunurdu Qubbe qovs seklinde tavana deyilir Gunbez tersine cevrilmis cam seklinde tavana deyilir Allahlarin mebedi sayilan ve indiye qeder qalan Panteon gunbezin en gozel numunesidir Memarligin esas muveffeqiyyeti imperiyanin yukselisi dovrune yeni e e I esrin 20 ci illeri ve eramizin II esrine tesaduf edir Memarliqdan imperatoru sohretlendirmek ve imperiyanin qudretini teblig meqsedile daha genis istifade etmisler I esrin ortalarinda mohtesem memarliq kompozisiyalari yaradilmisdir Roma seherinde Qizil ev adlandirilan Neron sarayi Flaviler sarayi Flaviler dovrunde Kolizey Adrianin zamaninda Panteon abideleri gozel memarliq numuneleridir Son dovr Roma incesenetinde yaradilmis bedii formalar orta esr Avropa bedii medeniyyetinin temeli sayilir Heykelterasliq Romada heykelterasligin ozunemexsus xususiyyeti var idi Onlar yunanlarin ve serqden getirdikleri heykellerin suretini cixarir ve yenilerini yaradirdilar Yunanlardan ferqli olaraq Roma heykelleri butov heykeller idi ve adamlar paltarli tesvir edilirdi E e III I esrlerde tesviri senetde portret heykeller ve bustler esas yer tutmusdur Musiqi Roma musiqisi ellinizm medeniyyetinin tesiri altinda inkisaf ederek meisete esaslanan musiqili poetik janrlar toy yas ziyafet ve s yaranirdi Imperiya dovrunde musiqi medeniyyeti xususile rengareng olmusdur Roma musiqi aleminde yunan kifaracilari Isgenderiyye mugennileri Endelis reqqaseleri fealiyyet gostermisler Eramizin I esrinin sonunda imperator Domisian Kapitoli yarislari nin esasini qoymusdur Burada hem sairler hem de musiqi xadimleri temsil olunmuslar Bu dovrde mugenni Tigelli aktyor mugenni Apelli kifaraci Kritli Mesomed ve s sohret qazanmisdir Din 12 Olimp allahi Yupiter yunanlarda Zevs Yunona Hera Neptun Poseydon Afina Mars Ares Venera Afrodita Diana Artemida Vulkan Hefest Vesta Hestiya Merkuri Hermes Serera Demetra ve Apollon yunanlarda eyni adda romalilar terefinden qebul olunmusdur E e III esrin sonlarinda Kicik Asiyadan Romaya allahlarin boyuk anasi Ilahi ana ya hesr olunmus ibadet ayini kecmisdir Ilahi ana ya hesr olunmus mebed Kicik Asiyanin Pessinunt seherinde yerlesirdi Bu mebeddeki Boyuk ananin ruhunu ozunde saxlayan meteorit de Romaya getirilib Palatin tepesinde yerlesmis Viktoriya mebedine qoyulmusdu Roma poeziyasi ve elm Edebiyyat E e IV III esrlerde Roma yazili edebiyyatinin esasini Anni Klavdi qoymusdur Romanin ilk yazarlari azad edilmis qullar olmusdur Qul Livi Andronik Odisseya ile beraber diger yunan facie ve komediyalarini da latin diline cevirmisdir Milli eposun banilerinden sayilan Kvint Enni yunan ediblerinin eserlerini latin diline cevirir ve bu eserler esasinda latin dilinde eserler yaradirdi O Illiada ve Odisseya ni teqlid ederek Salname adli boyuk hecmli bir menzume yazmisdi Bu menzumede efsanevi dovrlerden eradan evvel II esre qeder olan Roma tarixinden behs olunur Onu da qeyd etmek lazimdir ki Romada boyuk sohret qazanan komediya janrinda da movzu ve ideya cehetden yunan komediyalari teqlid edilirdi Romada ilk facie muellifleri Pakuvi ve Aktsi ilk komedisler ise Plavt ve Terensi idiler Plavt yunan komediyalarini Roma seraitine uygun deyisdirir oz zemanesinin adet ve exlaqinda musayiet olunan gerilik ve eybecerlikleri gulus obyektine cevirirdi O oz eserlerini canli xalq dilinde yazmisdi Klassik dovr Roma edebiyyatinin en gorkemli numayendeleri M P Vergili Horatsi ve Ovidi olmusdur Bu dovrde Roma edebiyyatinin sohreti yalniz Roma imperiyasinda deyil butun Italiyada genis yayilmisdi Roma edebiyyati yunan edebiyyati ile bagli idi E e I esr ve eramizin birinci esri Roma poeziyasinin qizil dovru adlanirdi Imperator Avqust sairleri himaye edirdi Onun dostu varli Mesenat sairlere qaygi gosterir onun evi sairlerin uzune aciq idi Onlardan sexavetini esirgemirdi Sonralar mesenat varli incesenet himayecisi menasinda islenmeye basladi Roma sairlerinden biri Vergili e e 70 19 idi O imperator Avqustun sifarisi ile 12 cildden ibaret Eneida poemasini yazmisdir Aktsi vurusmasi e e 31 bu poemada tesvir edilmisdi Vergili bu eserinde Troyanin mudafiecisi ilahe oglu romalilarin atasi sayilan Eneyin basina gelen hadiselerden behs edir Eney Troya seherinden qoca atasini cixarir bir muddetden sonra Italiyaya Romaya gelir ve burada mesken salir Eney atasinin ruhu ile gorusmek ucun yeralti seltenete gedir Atasinin ruhu ona xeber verir ki onun nesli Romanin esasini qoyacaq Eney ozunun gelecek neslini ve onlarin arasinda Avqustun tentenesini gorur Avqust Romaya dinclik getirecek Vergili poemasinda Avqustun ve onun dovrunu tesvir etmis bu zaman qedim efsanelerden meharetle yararlanmisdir Elm E e 88 ci ilde diktator Sulla Apellikonun kitabxanasinin Afinadan Romaya kocurulmesi neticesinde Aristotelin eserleri askar olundu ve getdikce onun felsefi baxislari sonmez bir maraq obyektine cevrildi Bir cox elm saheleri tedqiqata celb olundu Goy cismlerini planli sekilde musahide eden isgenderiyyeli Menelay hem de sferik hendese ve triqonometriyaya aid eserler yazdi Onun hemyerlisi Heron ise e e I esr tetbiqi mexanikaya hendesi optikaya aid eserler yaratdi Heronun elmi nezeri fikirleri Ptolemeyin yaradiciliginda daha da inkisaf etdirildi Ptolemey ozunun meshur Almagest eserinde dunyanin geosentrik sistemine dair genis izahat verdi E e I esrde yasamis Tit Lukretsi Kar Cisimlerin tebieti haqqinda felsefi poemasini seirle yazmisdir Gorkemli sair ve alim olan Lukretsi bu eserinde insanin ve tebietin tarixi haqqinda o dovrun qabaqcil ideyalarini eks etdirmisdir Onun fikrince tebiet atomlardan ibaretdir Onlar bir biri ile birleserek yeri sema cisimlerini canli varliqlari ve insanlarin ruhlarini yaradir Onun dediyine gore ekincilik od incesenet yazi allahin insanlara merhemeti neticesinde verilmemisdir insan butun bunlari zehmeti bahasina elde etmisdir Romada elmin muxtelif saheleri inkisaf etmisdi Varron e e II I esrler Kend teserrufati haqqinda Latin dili haqqinda kitablar Vitruli e e I esr Memarliq haqqinda derslik yazmisdi Boyuk Plininin yazdigi Tebiet tarixi eseri 37 kitabdan ibaretdir ve dovrumuze qeder gelib catmisdir Bu kitablarda Roma Serq Yunanistan alimlerinin astronomiyaya tebabete kend teserrufatina ve basqa sahelere aid yazilmis eserlerinin mezmunu verilmisdir Kitabda I esrde Araliq denizi sahillerindeki olkelerin elmi bilikleri toplanmisdi Plini Vezuvi vulkanini oyrenmek ucun ona cox yaxinlasmis ve bu zaman helak olmusdur Roma medeniyyeti boyuk tarixi ehemiyyete malikdir Bu medeniyyet Roma imperiyasinin her yerinde yayilmisdi Imperiyanin eyalet eyanlari ozlerini romalilara oxsadirdilar onlarin dilini oyrenirdiler Roma numunesinde seherler salinir yollar cekilir korpuler tikilirdi Latin dili ve yunan elifbasi esasinda tertib edilmis latin elifbasi genis yayilmisdi Latin dili uzun muddet elmi dil olaraq qalmis orta esrlerde Avropanin butun ehalisi bu dilde oxuyub yazmisdi Tibbde indi de bu dil islenir Latin dili italyan fransiz rumin ve diger xalqlarin dilleri ucun esas olmusdur Yuli Sezarin tapsirigi ile Isgenderiyyede teqvim tertib edilmisdi Bu teqvim indi de bezi deyisikliklerle islenir Indiki aylarin adinda latin adlari qalmaqdadir Iyul ayi Yuli Sezarin serefine Avqust imperator Avqustun serefine adlandirilmisdir Romada il mart ayinda baslandigina gore sentyabr yeddinci dekabr onuncu ay hesab edilirdi Romalilar yunan medeniyyetini inkisaf etdirmis ona bir sira yenilikler getirmisdiler Yunan ve Roma medeniyyetini antik medeniyyet yeni qedim medeniyyet adlandirirlar Bu medeniyyet dunyanin bir sira olkelerine yayilmis Avropanin ve butun dunyanin gelecek medeniyyetinin inkisafi ucun zemin olmusdur MenbeY Hesenov Qedim Roma tarixi Baki 1975 Kuzishin V I i dr Istoriya drevnego Rima M 1994 Vasilev A A Istoriya Vizantijskoj imperii SPb 1998 Petryakov A Velikie Cezari Tvorcy Rimskoj Imperii M SPb Yauza Eksmo 2011 Shifman I Sh Cezar Avgust Leningrad Nauka 1990 Istoriya Drevnego mira v 3 eh t Izdanie trete Red I M Dyakonova V D Neronovoj I S Svencickoj M Izdatelstvo Nauka 1989Xarici kecidGalereya antichnogo iskusstva Greciya Rim poisk po BD na sajte Istoriya Drevnego Rima rus Drevnerimskoe iskusstvo na portale art dom ru Iskusstvo drevnerimskoj civilizacii Internet istochniki po istorii Drevnego Rima ing Roma Antiqua 2009 08 21 at the Wayback Machine galereya fotografij rimskoj skulptury i arhitektury ing