Bu səhifədə iş davam etməkdədir. |
Edvard Sapir(26 yanvar 1884[…] – 4 fevral 1939[…], Nyu-Heyven) — ABŞ-lı antropoloq-dilçi. Sapir indiki Polşanın şimalında olan Alman Pomereniyasının bir şəhərində doğulub. Ailəsi o uşaq ikən ABŞ-a köçüb. Kolumbiya Universitetində Alman dili dilçiliyini öyrənib və burada Frans Boasın təsiri altına düşüb. Boas ona Şimali Amerika yerli dilləri ilə bağlı işləməyə ilhamlandırıb. Sonra o, Kaliforniyaya gedib və burada Alfred Kreber ilə yerli dillərin sənədləşdirilməsi üzərində çalışıb. 15 il ərzində Kanada Geoloji Tədqiqatı ilə işləyib, burada Şimali Amerikalı ən önəmli dilçilərdən biri olaraq tanınmağa başlayıb, digər böyük dilçi isə Leonard Blumfild idi. Çikaqo Universitetində professorluq təklifi alıb və burada dilçiliyin peşə olaraq inkişaf etməsi üçün bir neçə il çalışıb. Həyatının sonlarına doğru Yale Universitetində antropologiya professoru olub. Onun çoxsaylı tələbələri arasında dilçilər Meri Haas və Morris Svodeş, antropoloqlar isə Fred Eqqan və Hortense Poroşkodel yer alıb.
Edvard Sapir | |
---|---|
ing. Edward Sapir | |
![]() | |
Doğum tarixi | 26 yanvar 1884[…] |
Vəfat tarixi | 4 fevral 1939[…](55 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | dilçilik, etnologiya, Millətlərin psixologiyası |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Frans Boas |
Üzvlüyü | |
![]() |
Sapir dilçilik və antropologiya arasındakı əlaqəni tam şəkildə inkişaf etdirən Boasın tək tələbəsi olub. O, dilin və mədəniyyətin bir-birinə necə təsir etdiyini öyrənib və dil fərqlilikləri ilə mədəni dünya görüşlərindəki fərqliliklər arasındakı əlaqəyə maraq göstərib. Bu düşüncə tərzi tələbəsi Benjamin Li Vorf tərəfindən "dilçilik nisbiliyi" və ya "Sapir-Vorf" hipotezi olaraq inkişaf etdirilib. Antropologiyada Sapir antropologiyanın psixologiya ilə əlaqələndirilməsinin vacibliyini irəli sürən ilk fiqurlardan biri kimi tanınır. Alim hər zaman fərqli fərdi şəxsiyyətlər arasındakı əlaqələrin öyrənilməsinin mədəniyyətin və cəmiyyətin inkişafında vacib olduğunu müdafiə edib. Dilçiliyə verdiyi əsas töhfələrdən biri, Şimali Amerikanın yerli dillərinin təsnifatıdır. O, bu sahədə peşəkar həyatının böyük bir hissəsini sərf edib.
Sapirdən əvvəl yerli xalqların dillərinə tarixi dilçilik metodlarının tətbiqinin mümkün olmadığı düşünülürdü, çünki bu dillərin Hind-Avropa dillərindən daha sadə olduğu hesab olunurdu. Sapir isə müqayisəli dilçilik metodlarının yerli dillərə tətbiq edildikdə də eyni dərəcədə düzgün olduğunu sübuta yetirən ilk şəxs olub. 1929-cu ildə "Britannika Ensiklopediyası"nın nəşrində, o zaman üçün ən nüfuzlu yerli Amerikan dillərinin təsnifatını dərc edib. Həmin nəşr müasir müqayisəli dilçilik metodları ilə edilən ilk təsnifat olub. O, Algic, Uto-Aztekan və Na-Dene dillərinin təsnifatını sübut edən ilk şəxs olub. Həmçinin Hokan və Penutian kimi, tam olaraq sübut edilməmiş, lakin hələ də araşdırma mövzusu olan bəzi dil ailələrini təklif edib. Alim Atabaskan dilləri, Çinukan dilləri və Uto-Aztekan dilləri üzrə ixtisaslaşıb, Takelma, Vişram və Cənubi Payut dillərinin əsas qrammatik təsvirlərini hazırlayıb. Karyerasının sonlarına doğru Yidiş, İvrit, Çin və Alman dilləri ilə də işləyib, həmçinin Beynəlxalq Yardımçı Dilin inkişafına maraq göstərib.
Həyatı
Uşaqlıq və gənclik
Sapir Pomeraniya əyalətində, Lębork şəhərində Litva yəhudisi bir ailədə doğulub. Onun atası Yaqob David Sapir sinaqoqda cantor (din musiqisi ifaçısı) kimi işləyib. Ailə ortodoks olmayıb, atası yəhudi musiqisi vasitəsilə dinə bağlılığını qoruyub. Sapir ailəsi Pomeraniyada uzun müddət qalmayıb və heç vaxt Almaniyanı milliyyət olaraq qəbul etməyib. Edvard Sapirin ilk dili Yidiş olub, sonradan isə İngilis dili öyrənib. 1888-ci ildə, o dörd yaşında olarkən, ailəsi Liverpula köçüb.
1890-cı ildə isə ABŞ-a, Virciniya ştatının Riçmond şəhərinə köçüblər. Burada Edvard Sapir, kiçik qardaşı Maksı tifo xəstəliyindən itirib. Onun atası sinaqoqda iş tapmaqda çətinlik çəkib və nəhayət, Yeni Yorkun aşağı şərq tərəfi bölgəsində yerləşib, burada ailə yoxsulluq içində yaşayıb. Yaqob Sapir ailəsini təmin edə bilmədiyi üçün, Sapirin anası, Eva Siqal Sapir, gündəlik ehtiyacları təmin etmək üçün bir dükan açıb. 1910-cu ildə onlar rəsmi olaraq boşanıblar. Yeni Yorka köçəndən sonra, Edvard Sapir anası tərəfindən böyüdülüb, anası isə təhsilin sosial yüksəliş üçün vacibliyini vurğulayıb və ailəni yəhudilikdən daha çox uzaqlaşdırıb. Hətta Eva Sapir mühüm təsir göstərsə də, Sapir, biliyə olan ehtirasını və elmi atasından alıb. 14 yaşında, Sapir, məşhur Horas Mann liseyinə Pulitser təqaüdü qazanıb, lakin o, məktəbin çox prestijli olduğunu düşünərək ora getməməyi seçib və yerinə Devitt Klinton liseyinə gedib, təqaüd pulunu isə universitet təhsili üçün saxlayıb. Bu təqaüd ilə Sapir anasına da maddi dəstək olub.
Kolumbiya
Sapir 1901-ci ildə Pulitser təqaüdü ilə Kolumbiya universitetinə daxil oldu. Kolumbiya universitetinə daxil olan tələbələrin təxminən 40 faizi yəhudi idi.Alim 1904-cü ildə Alman filologiyası üzrə bakalavr, 1905-ci ildə isə magistr dərəcəsi aldı və sonra 1909-cu ildə bitirdiyi Antropologiya ixtisası üzrə doktorantura təhsilinə başladı.
Kollec
Sapir Kolumbiyadakı təhsil illərində dil öyrənməyə xüsusi önəm vermişdi və səkkiz semestr ərzində latın, yunan və fransız dillərini öyrənmişdi. İkinci kursdan etibarən o, german dillərinə daha çox diqqət ayıraraq Qotik, Qədim Yuxarı Alman, Qədim Sakson, İsland, Holland, İsveç və Danimarka dilləri üzrə kursları tamamlamışdı. O dövrdə professor Uilyam Karpenter vasitəsilə Sapir ənənəvi filoloji yanaşmadan daha elmi çərçivəyə çevrilən müqayisəli dilçilik metodları ilə tanış oldu. O, həmçinin Sanskrit dili üzrə kurs keçdi və dil araşdırmalarını məşhur bəstəkar Edvard Makdauellin departamentində musiqi öyrənməklə tamamladı. Universitetin axırıncı kursunda oxuyarkən Sapir professor Livinqston Farrand tərəfindən tədris edilən "Antropologiyaya giriş" kursuna yazıldı. Farrand antropologiyanın "dörd sahə" yanaşmasını öyrədirdi. Bundan əlavə, Sapir, Frans Boas tərəfindən tədris olunan qabaqcıl antropologiya seminarında da iştirak etdi və bu kurs onun karyerasının istiqamətini tamamilə dəyişdi.
Boasın təsiri
Hələ universitetdə oxuduğu dövrdə Sapirə Boasın Amerikan dilləri üzrə məzun seminarında iştirak etməyə icazə verildi. Bu seminarda Boas tərəfindən toplanmış yerli amerikalı və inuit miflərinin tərcüməsi aparılırdı. Beləliklə, Sapir alman dilçiliyi üzrə magistratura təhsilini davam etdirərkən yerli amerika dilləri ilə tanış oldu. Həmin seminarda Boas, yerli amerika dillərindən nümunələr gətirərək, Sapirin dilin əsas təbiəti haqqında olan bütün məntiqli fərziyyələrini təkzib etmişdi.
Sapirin 1905-ci ildə yazdığı magistr dissertasiyası, İohann Qotfrid Herderin "Dilin mənşəyi haqqında traktatı"nın təhlili idi və onun üçün tanış olmayan inuit və yerli amerika dillərindən nümunələr ehtiva edirdi. Dissertasiyada Sapir Herderi Bibliya xronologiyasını qoruduğuna görə tənqid edirdi. Lakin o, Herderlə razılaşaraq, dünyanın bütün dillərinin bərabər estetik potensiala və qrammatik mürəkkəbliyə malik olduğunu müdafiə edirdi. Antropoloq dissertasiyasını “dilin ən fundamental xüsusiyyətlərini müəyyən etmək üçün bütün mövcud dil qruplarının geniş şəkildə öyrənilməsinə ehtiyac var” fikri ilə yekunlaşdırdı. Bu fikir müasir linqvistik tipologiya üçün bir növ proqram bəyanatı və Boasın yanaşmasına uyğun bir çağırış idi.
1906-cı ildə Sapir təhsil proqramını tamamladı və son ilində antropologiya üzrə kurslara diqqət ayırdı. O, Farrand ilə "İbtidai mədəniyyət", Boas ilə "Etnologiya", həmçinin "Arxeologiya" və Berthold Laufer ilə "Çin dili və mədəniyyəti" üzrə seminarlar keçirdi. Bununla yanaşı, o, Hind-Avropa dilləri üzrə təhsilini də davam etdirərək Kelt, Qədim Sakson, İsveç və Sanskrit dillərini öyrəndi. Kurs işlərini başa vurduqdan sonra Sapir doktorluq tədqiqatına başladı və dissertasiyası üzərində işləyərkən bir neçə il müxtəlif qısamüddətli vəzifələrdə çalışdı.
İlk sahə tədqiqatı
Sapirin ilk sahə tədqiqatı 1905-ci ilin yayında Amerika Etnologiya Bürosunun maliyyələşdirdiyi Vişram Çinuk dili üzərində oldu. Alimin bu ilk təcrübəsi Boasın ciddi nəzarəti altında idi. Boas xüsusilə Sapirin büro üçün etnoloji məlumat toplamasında maraqlı idi. Sapir 1909-cu ildə Vişram mətnləri toplusu nəşrə verdi və Çinuk səs sistemi haqqında Boasdan daha dərin bir anlayışa sahib oldu. 1906-cı ilin yayında o, Takelma və Çasta Kosta dilləri üzərində işləməyə başladı. Onun Takelma dili üzərində apardığı iş doktorluq dissertasiyasına çevrildi və o, 1908-ci ildə dissertasiyasını müdafiə etdi. Bu dissertasiya Sapirin fonem anlayışını formalaşdırmasının əsasını təşkil edəcək yerli danışanların səs nümunələri barədə intuisiyasına xüsusi diqqət yetirdiyini göstərən bir iş oldu.
1907–1908-ci illərdə Sapirə Kaliforniya Universitetində vəzifə təklif edildi. Burada Boasın ilk tələbəsi Alfred Kreber Kaliforniya ştatının yerli dilləri sənədləşdirmə layihəsinə rəhbərlik edirdi. Kreber, Sapirə nəsli kəsilməkdə olan Yana dilini araşdırmağı təklif etdi və Sapir bu işə başladı. Əvvəlcə o, dilin azsaylı qalan danışanlarından biri olan Betti Braun ilə çalışdı. Daha sonra Yananın başqa bir dialektində danışan, lakin eyni zamanda bu dilin mifologiyası haqqında geniş biliklərə sahib olan Sam Batvi ilə işləməyə başladı. Sapir, Yana dilində kişi və qadın danışığı arasındakı qrammatik və lüğəvi fərqləri təsvir etdi.
Lakin Kreber və Sapir arasındakı əməkdaşlıq çətinliklərlə dolu idi. Bunun əsas səbəbi Sapirin əsasən öz elmi maraqlarına yönəlməsi və Kreberin tabeliyində olduğu inzibati təzyiqlərə əhəmiyyət verməməsi idi. Sapir ayrılan bir il ərzində işi tamamlaya bilmədi və Kreber ona daha uzun müddətli bir vəzifə təklif edə bilmədi. Berkeleydə qala bilmədiyinə görə məyus olan Sapir digər işlərə yönəldi və Yana materiallarını 1910-cu ilə qədər nəşrə hazırlamaq üçün vaxt tapa bilmədi. Bu isə Kroeberi dərin məyus etdi. Sapir Kaliforniyanı tez tərk edərək Pensilvaniya Universitetində təqaüd vəzifəsinə başladı. Burada o, etnologiya və Amerika dilləri üzrə dərs deyirdi. Pensilvaniyada o, Boasın başqa bir tələbəsi Frank Spek ilə yaxından çalışdı və 1909-cu ilin yayında onlar birlikdə Katavba dili üzərində araşdırmalar apardılar. Elə həmin yay Sapir, tələbəsi Alden Mason ilə Yutaya getdi. Əvvəlcə Hopi dilini öyrənməyi planlaşdırsa da, Cənubi Payut dilini tədqiq etməyə qərar verdi. O, Toni Tillohaş ilə işləməyə başladı və Tillohaş ideal bir məlumat mənbəyi olduğunu sübut etdi. Tillohaşın öz dilinin səs nümunələri haqqında güclü intuisiyası, Sapiri fonemin təkcə dilin struktur səviyyəsində mövcud olan abstrakt bir anlayış deyil, eyni zamanda danışanlar üçün psixoloji reallıq olduğunu irəli sürməyə vadar etdi.
Tillohaş Sapirin yaxın dostuna çevrildi və onu Nyu-York və Filadelfiyadakı evində ziyarət etdi. Sapir, atasının köməyi ilə Tillohaşın bildiyi bir sıra Cənubi Payut mahnılarını transkripsiya etdi. Bu məhsuldar əməkdaşlıq, 1930-cu ildə nəşr olunan Cənubi Payut dilinin klassik təsvirinin əsasını qoydu və Sapirin Şoşone dilləri ilə Nahuatl dilləri arasındakı əlaqəni qəti şəkildə sübut edərək Uto-Aztek dil ailəsini təsdiqləməsinə imkan yaratdı. Sapirin Cənubi Payut dili üzərində işi dilçilikdə "analitik mükəmməllik nümunəsi" kimi tanınır.
Pensilvaniyada Sapirdən daha sürətli işləməsi tələb olunurdu. Onun "Cənubi Payut Qrammatikası", Boasın "Amerika Yerli Dilləri Haqqında Məlumat Kitabı" üçün hazırlanmalı idi. Boas, kitabın çapı üçün maliyyə hələ mövcud olduğu müddətdə onun ilkin versiyasını tamamlamasını istəsə də, Sapir keyfiyyəti güzəştə getmək istəmirdi və nəticədə kitab Sapirin məqaləsi olmadan çap olundu. Boas, tələbəsi üçün sabit bir vəzifə tapmağa davam edirdi və onun tövsiyəsi ilə Sapir Kanada Geoloji Xidməti tərəfindən işə götürüldü. Bu qurum Kanadada antropologiyanın institusional əsaslarının qoyulmasını istəyirdi. Artıq ABŞ-ın azsaylı tədqiqat universitetlərindən birində işləmək ümidini itirmiş olan Sapir, bu təklifi qəbul etdi və Ottavaya köçdü.
Ottava
1910–1925-ci illərdə Sapir Ottavada, Kanadanın Geoloji Tədqiqatlar Xidmətinin Antropologiya şöbəsini qurdu və rəhbərlik etdi. İşə götürüldüyü zaman o, Kanadadakı ilk tam ştatlı antropoloqlardan biri idi. Alim valideynlərini də Ottavaya gətirdi və tezliklə öz ailəsini qurdu, Litva yəhudi köklərinə malik olan Florens Delsonla evləndi. Nə Sapirlər, nə də Delsonlar bu izdivaca razı deyildilər. Vilnadan olan nüfuzlu yəhudi ailəsindən çıxan Delsonlar Sapirləri kənddən gələnlər hesab edir və onun tələffüzü çətin olan akademik sahədəki karyerasından təsirlənmirdilər. Edvard və Florens birlikdə üç övlad sahibi oldular: Herbert Maykl, Helen Rut və Filip.
Kanadanın Geoloji Tədqiqat Xidməti
Kanadanın Geoloji Tədqiqat Xidmətinin Antropologiya şöbəsinin direktoru kimi Sapir, Kanadanın yerli xalqlarının mədəniyyətlərini və dillərini sənədləşdirmək layihəsinə başladı. O əməkdaşlarıyla birlikdə ilk sahə tədqiqatı olan Nutka dili üzərində işləmək üçün Vankuver adasına getdi. Antropologiya şöbəsində Sapirdən başqa Marius Barbo və Harlan Smit adında iki əməkdaş da vardı.
Sapir dilçiliyin etnoqrafik təsvir üçün əsas olduğunu vurğulayırdı. O, qeyd edirdi ki, necə ki, heç kim Latın dili bilmədən katolik kilsəsinin tarixindən danışmağa və ya alman dilini bilmədən alman xalq mahnılarını araşdırmağa cəhd etməz, eləcə də yerli xalqların folklorunu onların dillərini öyrənmədən tədqiq etmək mənasızdır. Bu dövrdə sənədləşdirilmiş Kanadanın yerli dilləri Boas tərəfindən tədqiq edilmiş Kvakiutl, eləcə də Tşimşyan və Hayda dilləri idi. Sapir yerli dilləri öyrənməyin əhəmiyyətini vurğulamaq üçün Avropa dillərinin sənədləşdirilməsi zamanı istifadə olunan standartları nümunə kimi göstərirdi.
Həvəskar və hökumət tərəfindən dəstəklənən antropoloqların işindən narazı qalan Sapir bu sahəni peşəkarlaşdırmaq üçün böyük universitetlərdən birində antropologiya üzrə akademik proqram yaratmağa çalışdı. Kanadada olduğu müddətdə Sapir həmçinin yerli xalqların hüquqlarının müdafiəçisi kimi çıxış etdi. O, yerli icmalar üçün daha yaxşı tibbi xidmətlərin tətbiq olunmasını açıq şəkildə müdafiə etdi.
İşi ilə əməkdaşlıq
1915-ci ildə Sapir Kaliforniyaya qayıtdı, çünki o Yana dili üzrə mütəxəssis olduğu üçün təcili şəkildə çağırılmışdı. Kreber Yahi dilinin sonuncu yerli danışanı olan İşi ilə əlaqəyə girmişdi və dili təcili sənədləşdirmək üçün birinə ehtiyac duyurdu. Yahi dili də Yana dili ilə yaxından əlaqəli olan dil idi. Ona görə də Yana dilinin mütəxəssisi olaraq Sapiri bu iş üçün çağırdılar. Avropalı-amerikalılarla heç bir əlaqəsi olmadan böyüyən İşi yalnız Yahi dilində danışırdı və xalqının sağ qalan son üzvü idi. O, Kreber ailəsi tərəfindən himayəyə götürülmüşdü, lakin vərəm xəstəliyinə tutulmuşdu və az ömrü qalmışdı. Sapirlə işləyən Yana dilinin danışanı Sam Batvi Yahi ləhcəsini başa düşə bilmirdi və Kreber yalnız Sapirin İşi ilə ünsiyyət qura biləcəyinə inanırdı. Sapir San-Fransiskoya səyahət edərək 1915-ci ilin yayı boyunca İşi ilə işləməyə başladı və təkcə bir dildə danışan biri ilə işləmək üçün yeni metodlar icad etməli oldu. İşidən əldə edilən məlumatlar Yana dilinin müxtəlif dialektləri arasındakı əlaqəni anlamaq üçün misilsiz idi. İşi 1916-cı ilin əvvəlində xəstəlikdən vəfat etdi və Kreber onun sağalmamasında Sapirlə apardığı yorucu işin də rol oynadığına inanırdı. Sapir bu iş haqqında belə yazırdı:
Düşünürəm ki, İşi ilə işim indiyə qədər gördüyüm ən çox vaxt aparan və əsəbləri tükədən işdir. Onun dəyişməz xoş əhval-ruhiyyəsi bu işi mümkün etsə də, bəzən məni daha da bezdirirdi. |
Çikaqo illəri
Çikaqoya yerləşmək Sapiri həm intellektual, həm də şəxsi baxımdan yenidən canlandırdı. O, ziyalılarla ünsiyyət qurur, mühazirələr oxuyur, poeziya və musiqi klublarında iştirak edirdi. Çikaqodakı ilk magistr tələbəsi Li Fan Kuey oldu. Sapirin ailəsini 1926-cı ilə qədər nənəsi Eva himayə edirdi. Həmin il Sapir ikinci dəfə ailə həyatı qurdu və Viktoriya Makklenaqan ilə evləndi. Viktoriya ondan on altı yaş kiçik idi. O, Sapir ilə ilk dəfə Ottavada tələbə olduğu zaman tanış olmuşdu, sonradan Çikaqo Universitetinin Uşaq Araşdırmaları Departamentində işləməyə başlamışdı. Onların oğlu Paul Edvard Sapir 1928-ci ildə dünyaya gəldi. Digər oğlu David Sapir isə Qərbi Afrika dilləri, xüsusilə Cola dilləri üzrə ixtisaslaşmış dilçi və antropoloq oldu. Sapir həmçinin Çikaqo Sosiologiya Məktəbinin üzvü kimi, eyni zamanda psixoloq Harri Stak Sullivan ilə dostluğu sayəsində akademik çevrədə təsir gücünə malik oldu.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Edward Sapir // Encyclopædia Britannica (ing.).
- Сепир Эдуард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Edward Sapir // Encyclopædia Britannica. 31 January 2024.
- Sapir, Edward. (2005). In Encyclopedia of Cognitive Science. www.credoreference.com/entry/wileycs/sapir_edward
- Moore, Jerry D. 2009. "Edward Sapir: Culture, Language, and the Individual" in Visions of Culture: an Introduction to Anthropological Theories and Theorists, Walnut Creek, California: Altamira. pp. 88–104
- Allyn, Bobby"DeWitt Clinton's Remarkable Alumni", The New York Times, July 21, 2009. Accessed September 2, 2014.
- Darnell 1990:1–4
- Darnell 1990:5
- Darnell 1990:11–12, 14
- Darnell 1990:7–8
- Darnell 1990:9–15
- Darnell 1990:13–14
- Darnell 1990:23
- Darnell 1990:26
- Sapir, Edward. 1910. Yana Texts. University of California Publications in American Archaeology and Ethnology, vol. 1, no. 9. Berkeley: University Press. (Online version at the Internet Archive).
- Darnell 1990:24–29
- Darnell 1990:29–31
- Sapir, Edward. "The Southern Paiute language". Proceedings of the American Academy of Arts and Sciences. 65 (1). 1930: 1–730. doi:10.2307/20026309. JSTOR 20026309.
- Darnell 1990:42
- Darnell 1990:44–48
- Darnell 1990:50
- Murray, Stephen O. "The Canadian Winter' of Edward Sapir". Historiographia Linguistica. 8 (1). 1991: 63–68. doi:10.1075/hl.8.1.04mur.
- Darnell 1990:59
- Darnell 1990:81
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu sehifede is davam etmekdedir Mudaxile etmeye telesmeyin Eger komek etmek isteyirsinizse ya da sehife yarimciq qalibsa sehifeni yaradan istifadeci ile elaqe qura bilersiniz Sehifenin tarixcesinde sehife uzerinde islemis istifadecilerin adlarini gore bilersiniz Redaktelerinizi menbe ve istinadlarla esaslandirmagi unutmayin Bu meqale sonuncu defe 3 saniye evvel Seide Esgersoy muzakire tohfeler terefinden redakte olunub Yenile Edvard Sapir 26 yanvar 1884 4 fevral 1939 Nyu Heyven ABS li antropoloq dilci Sapir indiki Polsanin simalinda olan Alman Pomereniyasinin bir seherinde dogulub Ailesi o usaq iken ABS a kocub Kolumbiya Universitetinde Alman dili dilciliyini oyrenib ve burada Frans Boasin tesiri altina dusub Boas ona Simali Amerika yerli dilleri ile bagli islemeye ilhamlandirib Sonra o Kaliforniyaya gedib ve burada Alfred Kreber ile yerli dillerin senedlesdirilmesi uzerinde calisib 15 il erzinde Kanada Geoloji Tedqiqati ile isleyib burada Simali Amerikali en onemli dilcilerden biri olaraq taninmaga baslayib diger boyuk dilci ise Leonard Blumfild idi Cikaqo Universitetinde professorluq teklifi alib ve burada dilciliyin pese olaraq inkisaf etmesi ucun bir nece il calisib Heyatinin sonlarina dogru Yale Universitetinde antropologiya professoru olub Onun coxsayli telebeleri arasinda dilciler Meri Haas ve Morris Svodes antropoloqlar ise Fred Eqqan ve Hortense Poroskodel yer alib Edvard Sapiring Edward SapirDogum tarixi 26 yanvar 1884 1884 01 26 Vefat tarixi 4 fevral 1939 1939 02 04 55 yasinda Vefat yeri Nyu HeyvenElm saheleri dilcilik etnologiya Milletlerin psixologiyasiIs yerleri Yel Universiteti Cikaqo UniversitetiTehsili Kolumbiya Universiteti 1909 Elmi rehberi Frans BoasUzvluyu Amerika Incesenet ve Elmler Akademiyasi ABS Milli Elmler Akademiyasi 1934 Vikianbarda elaqeli mediafayllar Sapir dilcilik ve antropologiya arasindaki elaqeni tam sekilde inkisaf etdiren Boasin tek telebesi olub O dilin ve medeniyyetin bir birine nece tesir etdiyini oyrenib ve dil ferqlilikleri ile medeni dunya goruslerindeki ferqlilikler arasindaki elaqeye maraq gosterib Bu dusunce terzi telebesi Benjamin Li Vorf terefinden dilcilik nisbiliyi ve ya Sapir Vorf hipotezi olaraq inkisaf etdirilib Antropologiyada Sapir antropologiyanin psixologiya ile elaqelendirilmesinin vacibliyini ireli suren ilk fiqurlardan biri kimi taninir Alim her zaman ferqli ferdi sexsiyyetler arasindaki elaqelerin oyrenilmesinin medeniyyetin ve cemiyyetin inkisafinda vacib oldugunu mudafie edib Dilciliye verdiyi esas tohfelerden biri Simali Amerikanin yerli dillerinin tesnifatidir O bu sahede pesekar heyatinin boyuk bir hissesini serf edib Sapirden evvel yerli xalqlarin dillerine tarixi dilcilik metodlarinin tetbiqinin mumkun olmadigi dusunulurdu cunki bu dillerin Hind Avropa dillerinden daha sade oldugu hesab olunurdu Sapir ise muqayiseli dilcilik metodlarinin yerli dillere tetbiq edildikde de eyni derecede duzgun oldugunu subuta yetiren ilk sexs olub 1929 cu ilde Britannika Ensiklopediyasi nin nesrinde o zaman ucun en nufuzlu yerli Amerikan dillerinin tesnifatini derc edib Hemin nesr muasir muqayiseli dilcilik metodlari ile edilen ilk tesnifat olub O Algic Uto Aztekan ve Na Dene dillerinin tesnifatini subut eden ilk sexs olub Hemcinin Hokan ve Penutian kimi tam olaraq subut edilmemis lakin hele de arasdirma movzusu olan bezi dil ailelerini teklif edib Alim Atabaskan dilleri Cinukan dilleri ve Uto Aztekan dilleri uzre ixtisaslasib Takelma Visram ve Cenubi Payut dillerinin esas qrammatik tesvirlerini hazirlayib Karyerasinin sonlarina dogru Yidis Ivrit Cin ve Alman dilleri ile de isleyib hemcinin Beynelxalq Yardimci Dilin inkisafina maraq gosterib HeyatiUsaqliq ve genclik Sapir Pomeraniya eyaletinde Lebork seherinde Litva yehudisi bir ailede dogulub Onun atasi Yaqob David Sapir sinaqoqda cantor din musiqisi ifacisi kimi isleyib Aile ortodoks olmayib atasi yehudi musiqisi vasitesile dine bagliligini qoruyub Sapir ailesi Pomeraniyada uzun muddet qalmayib ve hec vaxt Almaniyani milliyyet olaraq qebul etmeyib Edvard Sapirin ilk dili Yidis olub sonradan ise Ingilis dili oyrenib 1888 ci ilde o dord yasinda olarken ailesi Liverpula kocub 1890 ci ilde ise ABS a Virciniya statinin Ricmond seherine kocubler Burada Edvard Sapir kicik qardasi Maksi tifo xesteliyinden itirib Onun atasi sinaqoqda is tapmaqda cetinlik cekib ve nehayet Yeni Yorkun asagi serq terefi bolgesinde yerlesib burada aile yoxsulluq icinde yasayib Yaqob Sapir ailesini temin ede bilmediyi ucun Sapirin anasi Eva Siqal Sapir gundelik ehtiyaclari temin etmek ucun bir dukan acib 1910 cu ilde onlar resmi olaraq bosaniblar Yeni Yorka kocenden sonra Edvard Sapir anasi terefinden boyudulub anasi ise tehsilin sosial yukselis ucun vacibliyini vurgulayib ve aileni yehudilikden daha cox uzaqlasdirib Hetta Eva Sapir muhum tesir gosterse de Sapir biliye olan ehtirasini ve elmi atasindan alib 14 yasinda Sapir meshur Horas Mann liseyine Pulitser teqaudu qazanib lakin o mektebin cox prestijli oldugunu dusunerek ora getmemeyi secib ve yerine Devitt Klinton liseyine gedib teqaud pulunu ise universitet tehsili ucun saxlayib Bu teqaud ile Sapir anasina da maddi destek olub Kolumbiya Sapir 1901 ci ilde Pulitser teqaudu ile Kolumbiya universitetine daxil oldu Kolumbiya universitetine daxil olan telebelerin texminen 40 faizi yehudi idi Alim 1904 cu ilde Alman filologiyasi uzre bakalavr 1905 ci ilde ise magistr derecesi aldi ve sonra 1909 cu ilde bitirdiyi Antropologiya ixtisasi uzre doktorantura tehsiline basladi Kollec Kolumbiya Universitetinin kitabxanasi 1903 cu ilde Sapir Kolumbiyadaki tehsil illerinde dil oyrenmeye xususi onem vermisdi ve sekkiz semestr erzinde latin yunan ve fransiz dillerini oyrenmisdi Ikinci kursdan etibaren o german dillerine daha cox diqqet ayiraraq Qotik Qedim Yuxari Alman Qedim Sakson Island Holland Isvec ve Danimarka dilleri uzre kurslari tamamlamisdi O dovrde professor Uilyam Karpenter vasitesile Sapir enenevi filoloji yanasmadan daha elmi cerciveye cevrilen muqayiseli dilcilik metodlari ile tanis oldu O hemcinin Sanskrit dili uzre kurs kecdi ve dil arasdirmalarini meshur bestekar Edvard Makdauellin departamentinde musiqi oyrenmekle tamamladi Universitetin axirinci kursunda oxuyarken Sapir professor Livinqston Farrand terefinden tedris edilen Antropologiyaya giris kursuna yazildi Farrand antropologiyanin dord sahe yanasmasini oyredirdi Bundan elave Sapir Frans Boas terefinden tedris olunan qabaqcil antropologiya seminarinda da istirak etdi ve bu kurs onun karyerasinin istiqametini tamamile deyisdi Boasin tesiri Hele universitetde oxudugu dovrde Sapire Boasin Amerikan dilleri uzre mezun seminarinda istirak etmeye icaze verildi Bu seminarda Boas terefinden toplanmis yerli amerikali ve inuit miflerinin tercumesi aparilirdi Belelikle Sapir alman dilciliyi uzre magistratura tehsilini davam etdirerken yerli amerika dilleri ile tanis oldu Hemin seminarda Boas yerli amerika dillerinden numuneler getirerek Sapirin dilin esas tebieti haqqinda olan butun mentiqli ferziyyelerini tekzib etmisdi Sapirin 1905 ci ilde yazdigi magistr dissertasiyasi Iohann Qotfrid Herderin Dilin menseyi haqqinda traktati nin tehlili idi ve onun ucun tanis olmayan inuit ve yerli amerika dillerinden numuneler ehtiva edirdi Dissertasiyada Sapir Herderi Bibliya xronologiyasini qoruduguna gore tenqid edirdi Lakin o Herderle razilasaraq dunyanin butun dillerinin beraber estetik potensiala ve qrammatik murekkebliye malik oldugunu mudafie edirdi Antropoloq dissertasiyasini dilin en fundamental xususiyyetlerini mueyyen etmek ucun butun movcud dil qruplarinin genis sekilde oyrenilmesine ehtiyac var fikri ile yekunlasdirdi Bu fikir muasir linqvistik tipologiya ucun bir nov proqram beyanati ve Boasin yanasmasina uygun bir cagiris idi 1906 ci ilde Sapir tehsil proqramini tamamladi ve son ilinde antropologiya uzre kurslara diqqet ayirdi O Farrand ile Ibtidai medeniyyet Boas ile Etnologiya hemcinin Arxeologiya ve Berthold Laufer ile Cin dili ve medeniyyeti uzre seminarlar kecirdi Bununla yanasi o Hind Avropa dilleri uzre tehsilini de davam etdirerek Kelt Qedim Sakson Isvec ve Sanskrit dillerini oyrendi Kurs islerini basa vurduqdan sonra Sapir doktorluq tedqiqatina basladi ve dissertasiyasi uzerinde isleyerken bir nece il muxtelif qisamuddetli vezifelerde calisdi Ilk sahe tedqiqatiToni Tillohas ailesi ile birlikde Tillohas Cenubi Payut dilinin meshur tesvirinde Sapirin emekdasi olmusdur Sapirin ilk sahe tedqiqati 1905 ci ilin yayinda Amerika Etnologiya Burosunun maliyyelesdirdiyi Visram Cinuk dili uzerinde oldu Alimin bu ilk tecrubesi Boasin ciddi nezareti altinda idi Boas xususile Sapirin buro ucun etnoloji melumat toplamasinda maraqli idi Sapir 1909 cu ilde Visram metnleri toplusu nesre verdi ve Cinuk ses sistemi haqqinda Boasdan daha derin bir anlayisa sahib oldu 1906 ci ilin yayinda o Takelma ve Casta Kosta dilleri uzerinde islemeye basladi Onun Takelma dili uzerinde apardigi is doktorluq dissertasiyasina cevrildi ve o 1908 ci ilde dissertasiyasini mudafie etdi Bu dissertasiya Sapirin fonem anlayisini formalasdirmasinin esasini teskil edecek yerli danisanlarin ses numuneleri barede intuisiyasina xususi diqqet yetirdiyini gosteren bir is oldu 1907 1908 ci illerde Sapire Kaliforniya Universitetinde vezife teklif edildi Burada Boasin ilk telebesi Alfred Kreber Kaliforniya statinin yerli dilleri senedlesdirme layihesine rehberlik edirdi Kreber Sapire nesli kesilmekde olan Yana dilini arasdirmagi teklif etdi ve Sapir bu ise basladi Evvelce o dilin azsayli qalan danisanlarindan biri olan Betti Braun ile calisdi Daha sonra Yananin basqa bir dialektinde danisan lakin eyni zamanda bu dilin mifologiyasi haqqinda genis biliklere sahib olan Sam Batvi ile islemeye basladi Sapir Yana dilinde kisi ve qadin danisigi arasindaki qrammatik ve lugevi ferqleri tesvir etdi Lakin Kreber ve Sapir arasindaki emekdasliq cetinliklerle dolu idi Bunun esas sebebi Sapirin esasen oz elmi maraqlarina yonelmesi ve Kreberin tabeliyinde oldugu inzibati tezyiqlere ehemiyyet vermemesi idi Sapir ayrilan bir il erzinde isi tamamlaya bilmedi ve Kreber ona daha uzun muddetli bir vezife teklif ede bilmedi Berkeleyde qala bilmediyine gore meyus olan Sapir diger islere yoneldi ve Yana materiallarini 1910 cu ile qeder nesre hazirlamaq ucun vaxt tapa bilmedi Bu ise Kroeberi derin meyus etdi Sapir Kaliforniyani tez terk ederek Pensilvaniya Universitetinde teqaud vezifesine basladi Burada o etnologiya ve Amerika dilleri uzre ders deyirdi Pensilvaniyada o Boasin basqa bir telebesi Frank Spek ile yaxindan calisdi ve 1909 cu ilin yayinda onlar birlikde Katavba dili uzerinde arasdirmalar apardilar Ele hemin yay Sapir telebesi Alden Mason ile Yutaya getdi Evvelce Hopi dilini oyrenmeyi planlasdirsa da Cenubi Payut dilini tedqiq etmeye qerar verdi O Toni Tillohas ile islemeye basladi ve Tillohas ideal bir melumat menbeyi oldugunu subut etdi Tillohasin oz dilinin ses numuneleri haqqinda guclu intuisiyasi Sapiri fonemin tekce dilin struktur seviyyesinde movcud olan abstrakt bir anlayis deyil eyni zamanda danisanlar ucun psixoloji realliq oldugunu ireli surmeye vadar etdi Tillohas Sapirin yaxin dostuna cevrildi ve onu Nyu York ve Filadelfiyadaki evinde ziyaret etdi Sapir atasinin komeyi ile Tillohasin bildiyi bir sira Cenubi Payut mahnilarini transkripsiya etdi Bu mehsuldar emekdasliq 1930 cu ilde nesr olunan Cenubi Payut dilinin klassik tesvirinin esasini qoydu ve Sapirin Sosone dilleri ile Nahuatl dilleri arasindaki elaqeni qeti sekilde subut ederek Uto Aztek dil ailesini tesdiqlemesine imkan yaratdi Sapirin Cenubi Payut dili uzerinde isi dilcilikde analitik mukemmellik numunesi kimi taninir Pensilvaniyada Sapirden daha suretli islemesi teleb olunurdu Onun Cenubi Payut Qrammatikasi Boasin Amerika Yerli Dilleri Haqqinda Melumat Kitabi ucun hazirlanmali idi Boas kitabin capi ucun maliyye hele movcud oldugu muddetde onun ilkin versiyasini tamamlamasini istese de Sapir keyfiyyeti guzeste getmek istemirdi ve neticede kitab Sapirin meqalesi olmadan cap olundu Boas telebesi ucun sabit bir vezife tapmaga davam edirdi ve onun tovsiyesi ile Sapir Kanada Geoloji Xidmeti terefinden ise goturuldu Bu qurum Kanadada antropologiyanin institusional esaslarinin qoyulmasini isteyirdi Artiq ABS in azsayli tedqiqat universitetlerinden birinde islemek umidini itirmis olan Sapir bu teklifi qebul etdi ve Ottavaya kocdu Ottava 1910 1925 ci illerde Sapir Ottavada Kanadanin Geoloji Tedqiqatlar Xidmetinin Antropologiya sobesini qurdu ve rehberlik etdi Ise goturulduyu zaman o Kanadadaki ilk tam statli antropoloqlardan biri idi Alim valideynlerini de Ottavaya getirdi ve tezlikle oz ailesini qurdu Litva yehudi koklerine malik olan Florens Delsonla evlendi Ne Sapirler ne de Delsonlar bu izdivaca razi deyildiler Vilnadan olan nufuzlu yehudi ailesinden cixan Delsonlar Sapirleri kendden gelenler hesab edir ve onun teleffuzu cetin olan akademik sahedeki karyerasindan tesirlenmirdiler Edvard ve Florens birlikde uc ovlad sahibi oldular Herbert Maykl Helen Rut ve Filip Kanadanin Geoloji Tedqiqat Xidmeti Kanadanin Geoloji Tedqiqat Xidmetinin Antropologiya sobesinin direktoru kimi Sapir Kanadanin yerli xalqlarinin medeniyyetlerini ve dillerini senedlesdirmek layihesine basladi O emekdaslariyla birlikde ilk sahe tedqiqati olan Nutka dili uzerinde islemek ucun Vankuver adasina getdi Antropologiya sobesinde Sapirden basqa Marius Barbo ve Harlan Smit adinda iki emekdas da vardi Sapir dilciliyin etnoqrafik tesvir ucun esas oldugunu vurgulayirdi O qeyd edirdi ki nece ki hec kim Latin dili bilmeden katolik kilsesinin tarixinden danismaga ve ya alman dilini bilmeden alman xalq mahnilarini arasdirmaga cehd etmez elece de yerli xalqlarin folklorunu onlarin dillerini oyrenmeden tedqiq etmek menasizdir Bu dovrde senedlesdirilmis Kanadanin yerli dilleri Boas terefinden tedqiq edilmis Kvakiutl elece de Tsimsyan ve Hayda dilleri idi Sapir yerli dilleri oyrenmeyin ehemiyyetini vurgulamaq ucun Avropa dillerinin senedlesdirilmesi zamani istifade olunan standartlari numune kimi gosterirdi Heveskar ve hokumet terefinden desteklenen antropoloqlarin isinden narazi qalan Sapir bu saheni pesekarlasdirmaq ucun boyuk universitetlerden birinde antropologiya uzre akademik proqram yaratmaga calisdi Kanadada oldugu muddetde Sapir hemcinin yerli xalqlarin huquqlarinin mudafiecisi kimi cixis etdi O yerli icmalar ucun daha yaxsi tibbi xidmetlerin tetbiq olunmasini aciq sekilde mudafie etdi Isi ile emekdasliq Alfred Kreber ve Isi 1915 ci ilde Sapir Kaliforniyaya qayitdi cunki o Yana dili uzre mutexessis oldugu ucun tecili sekilde cagirilmisdi Kreber Yahi dilinin sonuncu yerli danisani olan Isi ile elaqeye girmisdi ve dili tecili senedlesdirmek ucun birine ehtiyac duyurdu Yahi dili de Yana dili ile yaxindan elaqeli olan dil idi Ona gore de Yana dilinin mutexessisi olaraq Sapiri bu is ucun cagirdilar Avropali amerikalilarla hec bir elaqesi olmadan boyuyen Isi yalniz Yahi dilinde danisirdi ve xalqinin sag qalan son uzvu idi O Kreber ailesi terefinden himayeye goturulmusdu lakin verem xesteliyine tutulmusdu ve az omru qalmisdi Sapirle isleyen Yana dilinin danisani Sam Batvi Yahi lehcesini basa duse bilmirdi ve Kreber yalniz Sapirin Isi ile unsiyyet qura bileceyine inanirdi Sapir San Fransiskoya seyahet ederek 1915 ci ilin yayi boyunca Isi ile islemeye basladi ve tekce bir dilde danisan biri ile islemek ucun yeni metodlar icad etmeli oldu Isiden elde edilen melumatlar Yana dilinin muxtelif dialektleri arasindaki elaqeni anlamaq ucun misilsiz idi Isi 1916 ci ilin evvelinde xestelikden vefat etdi ve Kreber onun sagalmamasinda Sapirle apardigi yorucu isin de rol oynadigina inanirdi Sapir bu is haqqinda bele yazirdi Dusunurem ki Isi ile isim indiye qeder gorduyum en cox vaxt aparan ve esebleri tukeden isdir Onun deyismez xos ehval ruhiyyesi bu isi mumkun etse de bezen meni daha da bezdirirdi Cikaqo illeri Cikaqoya yerlesmek Sapiri hem intellektual hem de sexsi baximdan yeniden canlandirdi O ziyalilarla unsiyyet qurur muhazireler oxuyur poeziya ve musiqi klublarinda istirak edirdi Cikaqodaki ilk magistr telebesi Li Fan Kuey oldu Sapirin ailesini 1926 ci ile qeder nenesi Eva himaye edirdi Hemin il Sapir ikinci defe aile heyati qurdu ve Viktoriya Makklenaqan ile evlendi Viktoriya ondan on alti yas kicik idi O Sapir ile ilk defe Ottavada telebe oldugu zaman tanis olmusdu sonradan Cikaqo Universitetinin Usaq Arasdirmalari Departamentinde islemeye baslamisdi Onlarin oglu Paul Edvard Sapir 1928 ci ilde dunyaya geldi Diger oglu David Sapir ise Qerbi Afrika dilleri xususile Cola dilleri uzre ixtisaslasmis dilci ve antropoloq oldu Sapir hemcinin Cikaqo Sosiologiya Mektebinin uzvu kimi eyni zamanda psixoloq Harri Stak Sullivan ile dostlugu sayesinde akademik cevrede tesir gucune malik oldu IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Edward Sapir Encyclopaedia Britannica ing Sepir Eduard Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorova 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Edward Sapir Encyclopaedia Britannica 31 January 2024 Sapir Edward 2005 In Encyclopedia of Cognitive Science www credoreference com entry wileycs sapir edward Moore Jerry D 2009 Edward Sapir Culture Language and the Individual in Visions of Culture an Introduction to Anthropological Theories and Theorists Walnut Creek California Altamira pp 88 104 Allyn Bobby DeWitt Clinton s Remarkable Alumni The New York Times July 21 2009 Accessed September 2 2014 Darnell 1990 1 4 Darnell 1990 5 Darnell 1990 11 12 14 Darnell 1990 7 8 Darnell 1990 9 15 Darnell 1990 13 14 Darnell 1990 23 Darnell 1990 26 Sapir Edward 1910 Yana Texts University of California Publications in American Archaeology and Ethnology vol 1 no 9 Berkeley University Press Online version at the Internet Archive Darnell 1990 24 29 Darnell 1990 29 31 Sapir Edward The Southern Paiute language Proceedings of the American Academy of Arts and Sciences 65 1 1930 1 730 doi 10 2307 20026309 JSTOR 20026309 Darnell 1990 42 Darnell 1990 44 48 Darnell 1990 50 Murray Stephen O The Canadian Winter of Edward Sapir Historiographia Linguistica 8 1 1991 63 68 doi 10 1075 hl 8 1 04mur Darnell 1990 59 Darnell 1990 81