Azərbaycan–Çağatay mədəni əlaqələri — Azərbaycan və Çağatay (özbək və uyğur dillərinin vahid əcdadı) dillərinin, ədəbiyyatlarının və digər mədəniyyət sahələrinin bir-biri ilə əlaqəsi və bir-birinə təsiri.
Dil
Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır. Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür.
Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkcəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir.
Bəzi Azərbaycan dialektlərində -imci, -imimci, -iminci şəkilçi formalarına rast gəlinir. Bunun tarixi "Baburnamə" əsərinə qədər gedib çıxır: ikimci(si), ücümci(si), törtümci(si), beşümci(si), altimci(si), yetimci(si) və sekizimci.
1840-cı ildə rus etnoqrafı İvan Şopen Azərbaycan dili və tatar dilinin eyni kökdən, Çağatay türkcəsindən gəldiyini iddia etmişdir.
Ədəbiyyat
XVI əsrə qədər Azərbaycan, Çağatay və Osmanlı ədəbiyyatları coğrafi olaraq bağlı olduğu ərazidə qalmır, bu ədəbiyyatları sevənlər də ancaq ədəbiyyatın ortaya çıxdığı bölgədən olmurdu. Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır. Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə Osmanlı şairləri ilə Azərbaycan və Şərqi türk şairləri arasında qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır.
Yazılı ədəbiyyat
— Fərhad və Şirin, Çağatay şairi Əlişir Nəvai.
Sanki bir peyk-i Nəvayidir Xorasandan gəlib.
— Azərbaycan şairi Kişvəri.
XIV–XV əsr Çağatay Şairi Lütfinin təsiri digər linqvistik ərazilərin, xüsusilə Azərbaycan və Osmanlı mühitlərinin şairlərində hiss edilirdi. Klassik türk ədəbiyyatına məxsus olan tuyuq adlı dördlüklərin meydana gəlməsi başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının təsiri altında olmuş və sonradan Çağatay və Osmanlı ədəbiyyatlarına keçmişdir.
XV əsrin ilk yarısına aid, Azərbaycan dilində yazılmış "Əqaid-i Övliya-i Səba" əsərində çağatay türkcəsi izlərinə rast gəlinir. Bu, həmin dövrün mədəni meylləri ilə izah edilə bilər. Çünki İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Səfəviyyə təriqətinin lideri Şeyx Sədrəddin Ərdəbilinin tələbələri arasında "monqol bəyləri və zadəganları" da var idi, ona görə də "Əqaid-i Övliya-i Səba" əsəri "monqollar"ın şərq türkcəsi biliyi nəzərə alınaraq, çağatayca təsiri ilə yazılmış ola bilər.
XV əsrdə Azərbaycanda böyük inkişaf yolu keçən ədəbiyyatın nümayəndələrinin bir qismi Orta Asiyada Əlişir Nəvai çağatay məktəbinin şagirdləri olmuşdur. Səfəvilər dövləti qurulandan sonra Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz ölkələrinə qayıtmış və Nəvainin təsiri altında, təhsil gördükləri məktəbin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər. Azərbaycan şairləri Osmanlı və Çağatay ədəbiyyatlarının inkişaf etdikləri ərazilərin ortasında yerləşdiyi üçün həm öz dillərini, həm bu dilləri istifadə etmiş, hətta onlarda iki yazı dilini təbii və təsadüfi bir şəkildə birləşdirən qarışıq dil müşahidə edilmişdir. Nəsimi, Kişvəri, Xətai və Əmani kimi şairlərin əsərlərində çağatay-qıpçaq elementləri görülür.
Əbdüləzəl Dəmirçizadə Azərbaycan yazı dilində şərqi türk ləhcələri ünsürlərinin mövcud olduğunu qeyd edir. Bu xüsusiyyətlər daha çox dini əsərlərdə vardır. Bunun səbəbləri uyğur dilindəki "Bəxtiyarnamə" və "Rübabnamə" əsərlərinin, həmçinin Əlişir Nəvainin əsərlərinin təsiri, Səfəvilər dövlətində qeyri-azərbaycanlı türk boylarının yaşamasıdır. Roza Eyvazova XV əsr Azərbaycan şairləri Bəsiri, Kişvəri, Ziyayi, Hülqi, Allahı, daha sonra Şah Qulu bəy, Süsəni bəy, Pəri Peykər və digər başqa şairlərdə görülən çağatay təsirini, bu şairlərin Əlişir Nəvai və Hüseyn Bayqara liderliyindəki Herat ədəbi məktəbində yetişmələri ilə əlaqələndirir.
Nəvai və Çağatay təsiri ilə yazmış şəxslər arasında Şamaxı qazısı Yusif Ziya Məhdum, Nəqşibəndiyəyə məxsus Baba Nemətullah Mahmud Naxçıvani, təbib Məmməd Dilşad Şirvani, din alimi Şirvanlı Seyid Yəhya Cəmaləddin, Şirvanlı Fəthullah, Nəvai məclislərində olmuş Hülqi, Allahi, Ziya vardır. Bundan başqa Şah İsmayıl Xətai sarayına yaxın şəxslər arasında Şərq türk ləhcəsi təsiri görülür. Həmçinin Sadıq bəy Əfşar "Məcməül-Xəvas" adlı təzkirəsini Nəvai dilinə yaxın bir dil ilə yazmışdır.
Əlişir Nəvainin İmadəddin Nəsimini tərifləməsi Mərkəzi Asiyanın Türk dünyasında onun vacib şəxs hesab edildiyini göstərir. Azərbaycan şairi Füzulinin yaradıcılığı həm Anadolu, həm də Çağatay ədəbiyyatına təsir göstərmişdir. Hər iki ənənəyə mənsub olan, sonrakı dövrlərdə yaşamış yazıçılar Füzulinin yaradıcılığından onun öz poeziyası vasitəsilə ənənəvi mövzu və ideyaları yenidən şərh etmək bacarığına görə istifadə etmişdilər. Bu, iki ədəbi ənənəni bir-birinə yaxınlaşdırmışdır.
Azərbaycan və Çağatay ədəbiyyatlarının təmsil edildiyi türk ədəbiyyatı uyğur muğamında istifadə edilən poeziya üçün mənbə rolunu oynamışdır. Uyğur muğamında istifadə edilən materiallar "Leyli və Məcnun", "Tahir və Zöhrə", Azərbaycan ədəbiyyatının Nəsimi və Füzuli kimi şairlərinin əsərləridir.
Şifahi ədəbiyyat
Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yarandı. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir. Bu lirik və epik romansların türk ədəbiyyatının Osmanlı və Çağatay qolları ilə müqayisədə Azərbaycan ədəbiyyatının xarakterik bir xüsusiyyəti hesab edilə bilər.
Müasir dövrdə rolu
Nəvai əlyazmaları
AMEA Əlyazmalar İnstitutunda bir çox Nəvai əlyazması qorunur:
- M-274. 1644–1645-ci illərə aiddir, Mərvdə köçürülmüşdür, Füzuli və Nəvainin əsərləri daxildir.
- M-114/3010. 1484-cü ildə köçürülmüşdür. Naxçıvanlı Məhəmmədqulu ibn Həsənə məxsus Nəvai divanı əlyazmasıdır.
- M-107–2996. Şairin "Məcalisün–nəfais" əsərinin ən qədim əlyazmasıdır (1557-ci il).
- 1632-ci ilə aid əlyazma. Şair Mirzə Xəlilə məxsusdur. Nəvainin "Nəvadirün-nihayə" divanı "Bədayeül-bidayə" əsəri ilə birlikdə cildlənmişdir.
- 1642-ci ilə aid əlyazma. Mirzə Adıgözəl bəyə məxsusdur (1821-ci ilə aid qeyd).
- 1537 və 1694-cü ilə aid əlyazmalar. AMEA-da qorunan bu 2 əlyazma Abbasqulu ağa Bakıxanovun kitabxanasında olmuşdur. Nəvainin "Leyli və Məcnun" poemasının da Bakıxanovun kitabxanasında olması haqqında məlumatlar vardır.
Azərbaycan-özbək-uyğur mədəni əlaqələri
Müasir dövrdə Mavəraünnəhrdə uyğur rəvabı və özbək rübabı Azərbaycan tarı ilə əvəz edilmişdir. Azərbaycan tarına Özbəkistanda heç bir dəyişiklik edilməmişdir, bunun səbəbi tarın ola biləcəyi ən yaxşı səviyyədə olmasıdır.
"Leyli və Məcnun" operasını yaradan Azərbaycan teatr nümayəndələrinin təcrübəsi özbək ziyalılarına böyük təsir göstərmiş, özbək əsərlərinin yaradılması arzusuna səbəb olmuşdur. 1935-ci ildə Almaatadakı Uyğur Dövlət Teatrı "Arşın mal alan" komediyasının səhnələşdirmiş, illər boyunca tamaşa uyğur tamaşaçısının xüsusi sevgisi ilə əhatə edilmişdir.
1872-ci ildə Şuşada yaradılmış "Məclisi-fəramuşan" məclisi 2022-ci ildə bərpa edilmişdir. Yeni yaradılan məclisdə Azərbaycan və Özbəkistan ədibləri iştirak etmişdir. 2024-cü ildə Azərbaycan və Özbəkistan müttəfiq olmuş, iki ölkənin mədəniyyət nazirlikləri mədəni-humanitar əməkdaşlıq üzrə yol xəritəsini imzalamışdır.
- Azərbaycan milli stendi. Azərbaycan Mədəniyyət Mərkəzi (Daşkənd)
- Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyəti, Təhsil və Tədqiqat mərkəzi. Azərbaycan Mədəniyyət Mərkəzi (Daşkənd)
- Şuşaya həsr edilmiş Özbəkistan poçt markası
Qeydlər
İstinadlar
- Demirci, 1998. səh. 8-9
- Caferoğlu, A. (1948). ÇAĞATAY TÜRKÇESİ VE NEVAÎ . Türk Dili ve Edebiyatı Dergisi, 2 (3–4), 141–154 . Retrieved from https://dergipark.org.tr/tr/pub/iutded/issue/17038/177874 Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine (page 152)
- KEMAL ERASLAN. "ÇAĞATAY EDEBİYATI". İslam ansiklopedisi. 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
- Demirci, 1998. səh. 6-7
- Rona-Tas, 1976. səh. 176
- И. Шопен, "Некоторые замечания на книгу Обозрение российских владений за Кавказом", 1840 год, с. 143
- Berengian, 1988. səh. 15-16
- Akpınar, 1994. səh. 17
- AY, Ümran. "KLASİK TÜRK ŞİİRİNDE ‘GİDELÜM BÂRİ ŞEHRÜŊDEN’ REDİFLİ GAZELLER ÜZERİNE BİR İNCELEME". Eski Türk Edebiyatı Araştırmaları Dergisi [Journal Of Old Turkish Literature Researches], c. 6, sy. 4, 2023, ss. 902–23, doi:10.58659/estad.1389967.
- Togan, 1981. səh. 88
- Birnbaum, E., "Luṭfī", in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel, W. P. Heinrichs. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 9789004161214, 1960–2007
- Köprülü, 2000. səh. 28
- Atabay, 2024. səh. 83
- Demirci, 1998. səh. 3-4
- Bilgin, Üzüm, 2007
- Macit, 2014; Encyclopædia Iranica, 2000.
- Czekanowska, Anna. "Aspects of the Classical Music of Uighur People: Legend versus Reality." Asian Music, vol. 14, no. 1, 1982, pp. 94–110. JSTOR, https://doi.org/10.2307/834045. Accessed 7 July 2024. page 96.
- Berengian, 1988. səh. 20
- Kərimov, Paşa. Əlişir Nəvai əlyazmaları AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.
- Jean During (2005) Power, Authority and Music in the Cultures of Inner Asia, Ethnomusicology Forum, 14:2, 143–164, DOI: 10.1080/17411910500336273
- С. Гинзбург. Пути развития узбекской музыки. — М.—Л.: "Искусство", 1946.
- Валитова А. Книга о возрождённом народе // Литературный Азербайджан. — Издательство Союза советских писателей Азербайджана, 1977. — С. 140.
- ""Məclisi-fəramuşan" poeziya məclisi keçirildi". 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
- "Azərbaycan-Özbəkistan sənədləri imzalandı - Video+ Yenilənib". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
Ədəbiyyat
- Akpınar, Yavuz. Azeri edebiyatı araştırmaları. Istanbul: Dergah yayınları, 1994.
- Atabay, T. (2024). Safevi Tarikatının İlk Türkçe Kaynaklarından ‘Akā’İd-i Evliyā’-i Seb’a Arxivləşdirilib 2024-07-06 at the Wayback Machine. SÜREK Alevilik — Bektaşilik Ve Kültür Araştırmaları Dergisi(2), 79–101.
- Berengian, Sakina. Azeri and Persian Literary Works in Twentieth Century Iranian Azerbaijan. K. Schwarz. 1988. ISBN .
- Bilgin, Azmi & Üzüm, İlyas (2007). "NESÎMÎ". TDV Encyclopedia of Islam, Vol. 33 (Nesih – Osmanlilar) (in Turkish). Istanbul: Turkiye Diyanet Foundation, Centre for Islamic Studies. .
- Demirci, J. (1998). NEVAVİ'NİN AZERBAVCAN SAHASINA ETKİSİ . Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi, 38 (1–2), 1–12 . Retrieved from https://dergipark.org.tr/tr/pub/dtcfdergisi/issue/66761/1043985 Arxivləşdirilib 2023-04-13 at the Wayback Machine
- Yarshater, Ehsan, redaktorFożūlī, Moḥammad // Encyclopædia Iranica (ingilis). Volume X/2: Forūḡī–Fruit. London and New York: Routledge & Kegan Paul. 2000. 121–122. ISBN . 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
- M. F. Köprülü. Azəri. Bakı, "Elm", 2000, 115 səh.
- Macit, Muhsin. Fuzuli, Mehmed b. Süleyman // Kate, Fleet; Gudrun, Krämer; Denis, Matringe; John, Nawas; Everett, Rowson (redaktorlar ). Encyclopaedia of Islam (ingilis) (3rd ed.). Brill Online. 2014. doi:10.1163/1573-3912_ei3_COM_27220. ISSN 1873-9830. 2023-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
- Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
- RÓNA-TAS, A. (1976). A VOLGA BULGARIAN INSCRIPTION FROM 1307. Acta Orientalia Academiae Scientiarum Hungaricae, 30(2), 153–186. http://www.jstor.org/stable/23657270 Arxivləşdirilib 2022-12-25 at the Wayback Machine
Əlavə oxu
- Demirci, J. "Azerbaycan şairi Kişverî'nin Nevâyî şiirlerine yazdığı tahmisler" . Türkoloji Dergisi 17 (2010): 47–55 <https://dergipark.org.tr/tr/pub/turkoloji/issue/43331/527083 Arxivləşdirilib 2023-04-09 at the Wayback Machine>
- Kerimov, P. (2009). ALİ ŞİR NEVAYİ VE XVII. YÜZYIL AZERBAYCAN LİRİK ŞİİRİ . Hacettepe Üniversitesi Türkiyat Araştırmaları (HÜTAD), 10 (10), 57–67 . Retrieved from https://dergipark.org.tr/tr/pub/turkiyat/issue/16654/521652 Arxivləşdirilib 2023-04-11 at the Wayback Machine
- Musalı, N. (2019). FETH ALİ ŞAH KAÇAR’IN ÇAĞATAY TÜRKÇESİYLE YAZILMIŞ BİR YARLIĞI ÜZERİNE . Sosyal Bilimler Araştırmaları Dergisi, 14 (1), 83–109 . Retrieved from https://dergipark.org.tr/tr/pub/gopsbad/issue/46703/514040 Arxivləşdirilib 2023-04-12 at the Wayback Machine
- Sertkaya, O. (2011). AZERBAYCAN ŞÂİRLERİNİN ÇAĞATAYCA ŞİİRLERİ (3) Nİ'METULLÂH KİŞVERÎ'NİN DOĞU(ÇAĞATAYCA) TÜRKÇESİ VE BATI(OSMANLI) TÜRKÇESİ İLE NAZİRELERİ . Türk Dili ve Edebiyatı Dergisi, 0 (41), 69–90 . Retrieved from https://dergipark.org.tr/tr/pub/iutded/issue/17027/177784 Arxivləşdirilib 2023-04-09 at the Wayback Machine
- Sertkaya, O. (2012). AZERBAYCAN ŞAİRLERİNİN ÇAĞATAYCA ŞİİRLERİ (I) . Türk Dili ve Edebiyatı Dergisi, 29 (0), 263–266 . Retrieved from https://dergipark.org.tr/tr/pub/iutded/issue/17068/178339 Arxivləşdirilib 2023-04-09 at the Wayback Machine
- Sultanov, T. (2018). Ali Şir Nevaî Şiirinin Sadık Bey Sadıkî Sanatına Etkisi . Dil ve Edebiyat Araştırmaları, 18 (18), 277–285 . DOI: 10.30767/diledeara.472646
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan Cagatay medeni elaqeleri Azerbaycan ve Cagatay ozbek ve uygur dillerinin vahid ecdadi dillerinin edebiyyatlarinin ve diger medeniyyet sahelerinin bir biri ile elaqesi ve bir birine tesiri Elisir Nevainin portreti Elmira SahtaxtinskayaTeymuri Sultan Huseyn Bayqaranin portreti Elisir Nevai ile bir yerde Herat edebi mektebinin onderidir Azerbaycan sairi Kisveri onun kimi bir hami tapa bilmemesinden sikayetlenirdi DilAzerbaycan ve Cagatay dilleri arasindaki sive yaxinliqlari Tebriz Sirvan ve diger Azerbaycan medeniyyet merkezleri ile basda Herat olmaq uzere Orta Asiya medeniyyet merkezleri arasinda cereyan eden temaslar neticesinde yaranmisdir Azerbaycan turkcesi vasitesile Cagatay yazi diline bir cox qerb oguz turkcesi unsurunun daxil oldugunun tedqiqatlarla subut olunmasi mumkundur Teymuri dovru sairi Elisir Nevainin Azerbaycan edebiyyatina tesirini gosteren en vacib xususiyyet Cagatay dili lugetleridir Tarixde movcud olan Cagatay dili lugetlerinin coxu Iran ve Azerbaycanda yazilmisdir Bunlardan biri olan Bedayi u l Luget de cagatayca ile birlikde Azerbaycan ve Iraq turkcesi haqqinda da qisaca melumat verilir Senglah lugeti ise Fuzuli dilinden numuneler verir XIX esrde yazilmis Feteli Qacar lugeti Azerbaycan ve Cagatay dillerini muqayise etmis bezi qrammatik neticeler cixartmis Azerbaycan dilinin onda birinin cagatayca ile bir oldugu qenaetine gelmisdir Bezi Azerbaycan dialektlerinde imci imimci iminci sekilci formalarina rast gelinir Bunun tarixi Baburname eserine qeder gedib cixir ikimci si ucumci si tortumci si besumci si altimci si yetimci si ve sekizimci 1840 ci ilde rus etnoqrafi Ivan Sopen Azerbaycan dili ve tatar dilinin eyni kokden Cagatay turkcesinden geldiyini iddia etmisdir EdebiyyatXVI esre qeder Azerbaycan Cagatay ve Osmanli edebiyyatlari cografi olaraq bagli oldugu erazide qalmir bu edebiyyatlari sevenler de ancaq edebiyyatin ortaya cixdigi bolgeden olmurdu Azerbaycan edebiyyati Osmanli Turkmen ve Cagatay edebiyyatlari arasinda korpu rolunu oynamisdir Osmanli dovletinde paytaxtdan uzaq regionlarda hecc ve ticaret yollarinda hereket eden karvanlar vasitesile Osmanli sairleri ile Azerbaycan ve Serqi turk sairleri arasinda qezel ve diger nezm novlerinin bir nov mubadile si aparilmisdir Yazili edebiyyat Men hec bir ordu gondermeden Cin olkesinden Xorasana qeder butun turkleri oz fermanim altina aldim Tekce Xorasan deyil Siraz ve Tebriz turklerinin de dovrunu qelemim qend token bir sekilde sirin eledi Ferhad ve Sirin Cagatay sairi Elisir Nevai Kisveri Divaninin her beyti ehl i derd ucun Sanki bir peyk i Nevayidir Xorasandan gelib Azerbaycan sairi Kisveri XIV XV esr Cagatay Sairi Lutfinin tesiri diger linqvistik erazilerin xususile Azerbaycan ve Osmanli muhitlerinin sairlerinde hiss edilirdi Klassik turk edebiyyatina mexsus olan tuyuq adli dordluklerin meydana gelmesi baslangicda Azeri erazisinde xalq edebiyyatinin tesiri altinda olmus ve sonradan Cagatay ve Osmanli edebiyyatlarina kecmisdir XV esrin ilk yarisina aid Azerbaycan dilinde yazilmis Eqaid i Ovliya i Seba eserinde cagatay turkcesi izlerine rast gelinir Bu hemin dovrun medeni meylleri ile izah edile biler Cunki Isgender bey Munsinin verdiyi melumata gore Sefeviyye teriqetinin lideri Seyx Sedreddin Erdebilinin telebeleri arasinda monqol beyleri ve zadeganlari da var idi ona gore de Eqaid i Ovliya i Seba eseri monqollar in serq turkcesi biliyi nezere alinaraq cagatayca tesiri ile yazilmis ola biler XV esrde Azerbaycanda boyuk inkisaf yolu kecen edebiyyatin numayendelerinin bir qismi Orta Asiyada Elisir Nevai cagatay mektebinin sagirdleri olmusdur Sefeviler dovleti qurulandan sonra Tebriz Azerbaycanin medeniyyet merkezine cevrilende onlar oz olkelerine qayitmis ve Nevainin tesiri altinda tehsil gordukleri mektebin dil ve uslubuna sadiq qalaraq edebi fealiyyetlerini davam etdirmisler Azerbaycan sairleri Osmanli ve Cagatay edebiyyatlarinin inkisaf etdikleri erazilerin ortasinda yerlesdiyi ucun hem oz dillerini hem bu dilleri istifade etmis hetta onlarda iki yazi dilini tebii ve tesadufi bir sekilde birlesdiren qarisiq dil musahide edilmisdir Nesimi Kisveri Xetai ve Emani kimi sairlerin eserlerinde cagatay qipcaq elementleri gorulur Ebdulezel Demircizade Azerbaycan yazi dilinde serqi turk lehceleri unsurlerinin movcud oldugunu qeyd edir Bu xususiyyetler daha cox dini eserlerde vardir Bunun sebebleri uygur dilindeki Bextiyarname ve Rubabname eserlerinin hemcinin Elisir Nevainin eserlerinin tesiri Sefeviler dovletinde qeyri azerbaycanli turk boylarinin yasamasidir Roza Eyvazova XV esr Azerbaycan sairleri Besiri Kisveri Ziyayi Hulqi Allahi daha sonra Sah Qulu bey Suseni bey Peri Peyker ve diger basqa sairlerde gorulen cagatay tesirini bu sairlerin Elisir Nevai ve Huseyn Bayqara liderliyindeki Herat edebi mektebinde yetismeleri ile elaqelendirir Nevai ve Cagatay tesiri ile yazmis sexsler arasinda Samaxi qazisi Yusif Ziya Mehdum Neqsibendiyeye mexsus Baba Nemetullah Mahmud Naxcivani tebib Memmed Dilsad Sirvani din alimi Sirvanli Seyid Yehya Cemaleddin Sirvanli Fethullah Nevai meclislerinde olmus Hulqi Allahi Ziya vardir Bundan basqa Sah Ismayil Xetai sarayina yaxin sexsler arasinda Serq turk lehcesi tesiri gorulur Hemcinin Sadiq bey Efsar Mecmeul Xevas adli tezkiresini Nevai diline yaxin bir dil ile yazmisdir Elisir Nevainin Imadeddin Nesimini teriflemesi Merkezi Asiyanin Turk dunyasinda onun vacib sexs hesab edildiyini gosterir Azerbaycan sairi Fuzulinin yaradiciligi hem Anadolu hem de Cagatay edebiyyatina tesir gostermisdir Her iki eneneye mensub olan sonraki dovrlerde yasamis yazicilar Fuzulinin yaradiciligindan onun oz poeziyasi vasitesile enenevi movzu ve ideyalari yeniden serh etmek bacarigina gore istifade etmisdiler Bu iki edebi eneneni bir birine yaxinlasdirmisdir Azerbaycan ve Cagatay edebiyyatlarinin temsil edildiyi turk edebiyyati uygur mugaminda istifade edilen poeziya ucun menbe rolunu oynamisdir Uygur mugaminda istifade edilen materiallar Leyli ve Mecnun Tahir ve Zohre Azerbaycan edebiyyatinin Nesimi ve Fuzuli kimi sairlerinin eserleridir Sifahi edebiyyat Sefevi dovrunde Azerbaycan xalq dastanlari Sah Ismayil Esli ve Kerem Asiq Qerib Koroglu dastanlari yarandi Yerli dialektler ve klassik dil arasinda korpu rolunu oynayan bu dastanlar zamanla Osmanli ozbek ve fars edebiyyatlarina nufuz edir Bu lirik ve epik romanslarin turk edebiyyatinin Osmanli ve Cagatay qollari ile muqayisede Azerbaycan edebiyyatinin xarakterik bir xususiyyeti hesab edile biler Muasir dovrde roluNevai elyazmalari AMEA Elyazmalar Institutunda bir cox Nevai elyazmasi qorunur M 274 1644 1645 ci illere aiddir Mervde kocurulmusdur Fuzuli ve Nevainin eserleri daxildir M 114 3010 1484 cu ilde kocurulmusdur Naxcivanli Mehemmedqulu ibn Hesene mexsus Nevai divani elyazmasidir M 107 2996 Sairin Mecalisun nefais eserinin en qedim elyazmasidir 1557 ci il 1632 ci ile aid elyazma Sair Mirze Xelile mexsusdur Nevainin Nevadirun nihaye divani Bedayeul bidaye eseri ile birlikde cildlenmisdir 1642 ci ile aid elyazma Mirze Adigozel beye mexsusdur 1821 ci ile aid qeyd 1537 ve 1694 cu ile aid elyazmalar AMEA da qorunan bu 2 elyazma Abbasqulu aga Bakixanovun kitabxanasinda olmusdur Nevainin Leyli ve Mecnun poemasinin da Bakixanovun kitabxanasinda olmasi haqqinda melumatlar vardir Azerbaycan ozbek uygur medeni elaqeleri Muasir dovrde Maveraunnehrde uygur revabi ve ozbek rubabi Azerbaycan tari ile evez edilmisdir Azerbaycan tarina Ozbekistanda hec bir deyisiklik edilmemisdir bunun sebebi tarin ola bileceyi en yaxsi seviyyede olmasidir Leyli ve Mecnun operasini yaradan Azerbaycan teatr numayendelerinin tecrubesi ozbek ziyalilarina boyuk tesir gostermis ozbek eserlerinin yaradilmasi arzusuna sebeb olmusdur 1935 ci ilde Almaatadaki Uygur Dovlet Teatri Arsin mal alan komediyasinin sehnelesdirmis iller boyunca tamasa uygur tamasacisinin xususi sevgisi ile ehate edilmisdir 1872 ci ilde Susada yaradilmis Meclisi feramusan meclisi 2022 ci ilde berpa edilmisdir Yeni yaradilan meclisde Azerbaycan ve Ozbekistan edibleri istirak etmisdir 2024 cu ilde Azerbaycan ve Ozbekistan muttefiq olmus iki olkenin medeniyyet nazirlikleri medeni humanitar emekdasliq uzre yol xeritesini imzalamisdir Azerbaycan milli stendi Azerbaycan Medeniyyet Merkezi Daskend Mehemmed Fuzuli adina Azerbaycan medeniyyeti Tehsil ve Tedqiqat merkezi Azerbaycan Medeniyyet Merkezi Daskend Susaya hesr edilmis Ozbekistan poct markasiQeydleraz ebced آذربایجان چاغاتای معدنی علاقه لری ozb Ozarbayjon Cagatay madaniy aloqalariIstinadlarDemirci 1998 seh 8 9 Caferoglu A 1948 CAGATAY TURKCESI VE NEVAI Turk Dili ve Edebiyati Dergisi 2 3 4 141 154 Retrieved from https dergipark org tr tr pub iutded issue 17038 177874 Arxivlesdirilib 2023 06 30 at the Wayback Machine page 152 KEMAL ERASLAN CAGATAY EDEBIYATI Islam ansiklopedisi 2023 03 25 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 06 27 Demirci 1998 seh 6 7 Rona Tas 1976 seh 176 I Shopen Nekotorye zamechaniya na knigu Obozrenie rossijskih vladenij za Kavkazom 1840 god s 143 Berengian 1988 seh 15 16 Akpinar 1994 seh 17 AY Umran KLASIK TURK SIIRINDE GIDELUM BARI SEHRUŊDEN REDIFLI GAZELLER UZERINE BIR INCELEME Eski Turk Edebiyati Arastirmalari Dergisi Journal Of Old Turkish Literature Researches c 6 sy 4 2023 ss 902 23 doi 10 58659 estad 1389967 Togan 1981 seh 88 Birnbaum E Luṭfi in Encyclopaedia of Islam Second Edition Edited by P Bearman Th Bianquis C E Bosworth E van Donzel W P Heinrichs Consulted online on 10 December 2023 First published online 2012 First print edition ISBN 9789004161214 1960 2007 Koprulu 2000 seh 28 Atabay 2024 seh 83 Demirci 1998 seh 3 4 Bilgin Uzum 2007 Macit 2014 Encyclopaedia Iranica 2000 Czekanowska Anna Aspects of the Classical Music of Uighur People Legend versus Reality Asian Music vol 14 no 1 1982 pp 94 110 JSTOR https doi org 10 2307 834045 Accessed 7 July 2024 page 96 Berengian 1988 seh 20 Kerimov Pasa Elisir Nevai elyazmalari AMEA Mehemmed Fuzuli adina Elyazmalar Institutunun fondlarinda Nizami Gencevi adina Edebiyyat Institutu Jean During 2005 Power Authority and Music in the Cultures of Inner Asia Ethnomusicology Forum 14 2 143 164 DOI 10 1080 17411910500336273 S Ginzburg Puti razvitiya uzbekskoj muzyki M L Iskusstvo 1946 Valitova A Kniga o vozrozhdyonnom narode Literaturnyj Azerbajdzhan Izdatelstvo Soyuza sovetskih pisatelej Azerbajdzhana 1977 S 140 Meclisi feramusan poeziya meclisi kecirildi 2024 06 15 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 05 23 Azerbaycan Ozbekistan senedleri imzalandi Video Yenilenib 2024 08 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 08 21 EdebiyyatAkpinar Yavuz Azeri edebiyati arastirmalari Istanbul Dergah yayinlari 1994 Atabay T 2024 Safevi Tarikatinin Ilk Turkce Kaynaklarindan Aka Id i Evliya i Seb a Arxivlesdirilib 2024 07 06 at the Wayback Machine SUREK Alevilik Bektasilik Ve Kultur Arastirmalari Dergisi 2 79 101 Berengian Sakina Azeri and Persian Literary Works in Twentieth Century Iranian Azerbaijan K Schwarz 1988 ISBN 978 3 922968 69 6 Bilgin Azmi amp Uzum Ilyas 2007 NESIMI TDV Encyclopedia of Islam Vol 33 Nesih Osmanlilar in Turkish Istanbul Turkiye Diyanet Foundation Centre for Islamic Studies ISBN 978 975 389 455 5 Demirci J 1998 NEVAVI NIN AZERBAVCAN SAHASINA ETKISI Ankara Universitesi Dil ve Tarih Cografya Fakultesi Dergisi 38 1 2 1 12 Retrieved from https dergipark org tr tr pub dtcfdergisi issue 66761 1043985 Arxivlesdirilib 2023 04 13 at the Wayback Machine Yarshater Ehsan redaktorFozuli Moḥammad Encyclopaedia Iranica ingilis Volume X 2 Foruḡi Fruit London and New York Routledge amp Kegan Paul 2000 121 122 ISBN 978 0 933273 41 2 2022 03 02 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 05 29 M F Koprulu Azeri Baki Elm 2000 115 seh Macit Muhsin Fuzuli Mehmed b Suleyman Kate Fleet Gudrun Kramer Denis Matringe John Nawas Everett Rowson redaktorlar Encyclopaedia of Islam ingilis 3rd ed Brill Online 2014 doi 10 1163 1573 3912 ei3 COM 27220 ISSN 1873 9830 2023 03 18 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 05 29 Togan Zeki Velidi Umumi turk tarihine giris cilt I Istanbul Enderun Kitabevi 1981 seh 538 RoNA TAS A 1976 A VOLGA BULGARIAN INSCRIPTION FROM 1307 Acta Orientalia Academiae Scientiarum Hungaricae 30 2 153 186 http www jstor org stable 23657270 Arxivlesdirilib 2022 12 25 at the Wayback MachineElave oxuDemirci J Azerbaycan sairi Kisveri nin Nevayi siirlerine yazdigi tahmisler Turkoloji Dergisi 17 2010 47 55 lt https dergipark org tr tr pub turkoloji issue 43331 527083 Arxivlesdirilib 2023 04 09 at the Wayback Machine gt Kerimov P 2009 ALI SIR NEVAYI VE XVII YUZYIL AZERBAYCAN LIRIK SIIRI Hacettepe Universitesi Turkiyat Arastirmalari HUTAD 10 10 57 67 Retrieved from https dergipark org tr tr pub turkiyat issue 16654 521652 Arxivlesdirilib 2023 04 11 at the Wayback Machine Musali N 2019 FETH ALI SAH KACAR IN CAGATAY TURKCESIYLE YAZILMIS BIR YARLIGI UZERINE Sosyal Bilimler Arastirmalari Dergisi 14 1 83 109 Retrieved from https dergipark org tr tr pub gopsbad issue 46703 514040 Arxivlesdirilib 2023 04 12 at the Wayback Machine Sertkaya O 2011 AZERBAYCAN SAIRLERININ CAGATAYCA SIIRLERI 3 NI METULLAH KISVERI NIN DOGU CAGATAYCA TURKCESI VE BATI OSMANLI TURKCESI ILE NAZIRELERI Turk Dili ve Edebiyati Dergisi 0 41 69 90 Retrieved from https dergipark org tr tr pub iutded issue 17027 177784 Arxivlesdirilib 2023 04 09 at the Wayback Machine Sertkaya O 2012 AZERBAYCAN SAIRLERININ CAGATAYCA SIIRLERI I Turk Dili ve Edebiyati Dergisi 29 0 263 266 Retrieved from https dergipark org tr tr pub iutded issue 17068 178339 Arxivlesdirilib 2023 04 09 at the Wayback Machine Sultanov T 2018 Ali Sir Nevai Siirinin Sadik Bey Sadiki Sanatina Etkisi Dil ve Edebiyat Arastirmalari 18 18 277 285 DOI 10 30767 diledeara 472646