Bu məqalə "Şah İsmayıl" dastanı haqqındadır. Digər mənalar üçün Şah İsmayıl (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Şah İsmayıl — Azərbaycan məhəbbət dastanı. 10-a qədər variantı var. Bəzi tədqiqatçılara (məsələn, Həmid Araslı) görə dastan I Şah İsmayılın, digərlərinə görə (məsələn, Məmmədhüseyn Təhmasib) II Şah İsmayılın adı ilə bağlıdır.
Şah İsmayıl | |
---|---|
Şah İsmayıl Vikimənbədə |
Dastanın xülasəsi belədir: oğlu İsmayılı çətinliklə tapan Şah onu xüsusi bir yerdə gizlədir. Şah İsmayıl ov edərkən Gülzar adlı qızla tanış olur və ona aşiq olur. Çoxlu macəralardan sonra Gülzarı atasının mülkünə aparır. Gülzara sahib çıxmaq istəyən şah oğlu İsmayılın gözünü kor edir. Lakin İsmayıl sağalır, atasının qisasını alır, hakimiyyətə gəlir və yenidən sevimli Gülzara qovuşur.
Dastan qəhrəmanlıq motivləri ilə zəngindir. Bu baxımdan Ərəb Zəngi obrazı diqqəti cəlb edir. Onun üzü qadın sədaqətini, dostluğunu və sevgisini ifadə edir. Dastan ədalətli hökmdar ideyasını əks etdirir. Azərbaycan bəstəkarı Müslüm Maqomayev Şah İsmayıl dastanı əsasında eyniadlı opera bəstələyib.
Forma və məzmunu
Dastan bir forma olaraq poetik sistemin mükəmməlliyi, janr məzmunu, mətn fenomenliyi ilə bütöv mədəniyyət hadisəsidir. Bütün etnik-kulturoloji mədəniyyət formaları ibtidaidən orta çağ düşüncəsinə və oradan da günümüzə qədər dinamik bir mənzərəni özündə ehtiva edir. Elmi-nəzəri fikrin dastanşünaslıqla bağlı formalaşdırdığı təsəvvür məsələlərin tipoloji müstəvidə xarakterini, məzmun və mətn tiplərini təhlil faktına çevirməyi aktuallaşdırır. "Şah İsmayıl" kimi fundamental dastan nümunəsinin məhz bu kontekstdə təhlili, arxitektonik sisteminin açıqlanması, mətn mexanizmlərinin aydınlaşması mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, dastan bütöv bir kanonik sistemlə səciyyələnir. Onun genetikasının problem müstəvisində təhlili, simvolik sisteminin işarələdiyi məzmunun aydınlaşması daha ciddi və əsaslandırılmış qənaət üçün gərəkli ola bilər.
"Şah İsmayıl" dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən məhəbbət dastanıdır. Dastanın yaranması təqribən XVI–XVII əsrlərə düşür. Şah İsmayılın qəhrəmanlıqları, apardığı mübarizələr, qüdrətli bir dövlət yaratmaq uğrunda mücadiləsi, şair, hökmdar, təriqət şeyxi kimi fəaliyyəti folklorda onun epik obrazının yaranmasına səbəb olub. Şah İsmayılın dastan qəhrəmanı olmasının bir səbəbi dediklərimiz olubsa, digər bir səbəbi Taclıbəyim, Bəhruzə xanımla olan məhəbbət sevdalarının bədiiləşərək dastan süjeti əmələ gətirməsi ilə bağlıdır. Hər bir dastanda olduğu kimi, "Şah İsmayıl" dastanı da maraqlı quruluşa malikdir. Dastanın formalaşmasında əsas prinsiplər qəhrəmanlıq və məhəbbət mövzularıdır. Dastanın qəhrəmanlıq və ya məhəbbət dastanı adlanması süjetin məzmununda hansının üstünlük təşkil etməsindən asılıdır. Məmmədhüseyn Təhmasib dastan quruluşunu 3 hissəyə ayırır. Bura ustadnamə, dastanın özü və duvaqqapma aiddir.
Məhəbbət dastanları adətən ustadnamələrlə başlayır. Ustadnamə ustad sözü, ustad nəsihətidir. Ustadnamə ilə dastan arasında əlaqə birbaşa deyil. Ustadnamə ümumi mətnə giriş olsa da, onun dastanın hadisələri ilə heç bir bağlılığı yoxdur. Lakin onun mahiyyətində ümumi şəkildə etnosun əxlaq və davranış prinsiplərinə saslanan ciddi tərəflər var. Adətən ustadnamələrdən sonra giriş gəlir. Girişdə dastan qəhrəmanı haqqında məlumat verilir, atası kimdir, necə doğulub, harada dünyaya gəlib və s. Bəzi dastanlarda isə xüsusi olaraq başlanğıcda övladsızlıq motivindən istifadə olunur. Yaxud doğulanın göbəkkəsmə kimi öz əmisi qızına nişanlanması və s. hadisələr də dastanda yer alır. Bütün bu təfərrüatlardan sonra dastanın quruluşunu mətnin öz xüsusiyyətlərindən çıxış edərək təyin etmək olar.
"Şah İsmayıl" dastanında da ümumi dastan quruluşuna əsaslanan daxili sistemdən istifadə olunur. Dastan ustadnamə ilə başlayır. Ənənəvi olaraq üç ustadnamədən istifadə olunub. Ustadnamələr arasında dastançı keçid edərək "Ustadlar ustadnaməni bir deməzlər, iki deyərlər, biz də deyək iki olsun, dostların könlü tox olsun", "Ustadlar ustadnaməni iki deməyib, üç deyərlər, biz də deyək üç olsun" kimi hazır formalardan istifadə edir. Qeyd etdiyimiz kimi, ustadnamələri həmin hazır formalarla bir yerdə dastanın giriş hissəsi saymaq olar. Dastanda giriş hissə ilə başlayan hissə arasında müəyyən fərqlər var. Giriş hissədə ustadnamələrin dastanın quruluşuna elə bir aidiyyatı görünmür. Ancaq bu üst qatda belədir. Dastan strukturu elə bir mükəmməl janr hadisəsidir ki, onun hər bir elementi bütün vəziyyətlərdə məzmun yaratmaya, fundamental düşüncənin formalaşmasına xidmət edir. Giriş hissə bütün dastanlarda ənənə olaraq qorunur və janrın məzmun vahidi kimi səciyyələnir. Başlanğıc hissə dastanın formalaşmasında birbaşa iştirak edir. "Şah İsmayıl" dastanında da başlanğıcda övladsızlıq motivi bir tərəf kimi özünü göstərir: "Vəzirin tədbiri padşahın ağlına batdı. Elə həmin gün Ədil padşah dövlətini üç qismə böldü. İki qismini fağır-füqəraya payladı. Bundan xeyli keçdi. Bir gün padşahın qapısına bir dərviş gəldi. Padşah ona pay verdi. Dərviş payı almayıb dedi:
– Mən pay alan dərvişlərdən deyiləm, pay verən dərvişlərdənəm.
Dərviş bu sözlərdən sonra cibindən bir alma çıxardıb padşaha verib dedi:- Ey padşah, eşitmişəm övladın olmur. Al bu almanı soy, qabığını qulunluğundan bala doğmayan qəmərnişan madyana ver, özünü də iki qism elə, bir qismini sən ye, bir qismini arvadın yesin. Çox keçməz ki, bir oğlun olar".Göründüyü kimi, övladsızlıq motivi burada da bir tərəf kimi boy göstərir və dastanda ümumi məzmunu işarələyən poetik fakta çevrilir. Dastan strukturunda da fiziki-mənəvi təcrübənin modelləşməsi müxtəlifliklərlə, həyat reallıqlarının rəngarəng ifadələri ilə özünü göstərir. Övladsızlıq da xüsusi bir motiv olaraq dastanda məzmun hadisəsi kimi modelləşir. Şah İsmayılın dastanda dünyaya gəlməsi şahın saçını qırxdırarkən ağ saçlarını görməsi, övladsızlığı özünə dərd etməsi, vəzirin tədbiri ilə var-dövlətini fağır-füqəraya paylamasından sonra baş verir. Bu hadisə və buna oxşar hadisələr dastanın başlanğıc hissəsini təşkil edir. Bir növ hadisələrin sonrakı gedişi və inkişafı üçün əsas olur. Qeyd edək ki, işarə etdiyimiz iki quruluş xüsusiyyəti ancaq mürəkkəb dastanlara aiddir. Məhəbbət dastanlarının təhkiyəsi nağıl təhkiyəsinə yaxın olduğu üçün burada nağıl elementlərindən çox istifadə olunur. Məsələn, "Şah İsmayıl" dastanında qəhrəman dərvişin verdiyi almadan dünyaya gəlir. Deməli, alma təhtəlşüurda qəhrəmanın doğulması üçün vasitədir. Onu da əlavə edək ki, məhəbbət dastanlarında qəhrəmanın qəhrəmanlığının sehrli-magik xüsusiyyəti daşıması almanın sehrli-fantastik və magik əlamətə malik olması ilə bağlıdır. Əgər alma uşaq verə bilirsə, onun gələcək fəaliyyətində də magik rol oynayır. Şah İsmayılın qəhrəman səviyyəsinə gəlib çatmasına qədər təsvir olunan qaranlıq zirzəmidə saxlanması da dastanın quruluş xüsusiyyətlərinə xas olan məxsusi əlamətidir. Şahzadələrin qaranlıq zirzəmilərdə saxlanması adəti, əsasən, qəhrəmanlıq dastanlarına xas olan xüsusiyyətdir. Şah İsmayıl qəhrəman tipi kimi qəhrəmanlıq dastanlarının obrazlarına çox yaxındır. Ona görə də onun qaranlıq zirzəmidə saxlanması xüsusi bir keyfiyyət kimi "Şah İsmayıl" dastanında nəzərə çarpdırılır. Bu kimi kiçik hissələri nəzərə almaqla "Şah İsmayıl" dastanını aşağıdakı struktur vahidlərinə bölmək olar:
- Övladsızlıq, möcüzəli doğuluş;
- Qəhrəmanın təlim-tərbiyəsi;
- Ov motivi, Şah İsmayılın ova çıxması.
Göstərilən üç hissə Şah İsmayılın fəaliyyətinin birinci dövrünü əhatə edir. Şah İsmayılın birinci və ikinci mərhələlərdən keçməsi onun gələcək fəaliyyəti üçün zəmin hazırlayır. Dastanın süjetinin inkişaf istiqaməti, mətn konstuksiyasının mürəkkəb mexanizmliyi, etnik idrak metodologiyasının universallığı tam aydınlığı ilə müşahidə olunur. M.H.Təhmasib dastan quruluşundan danışarkən onu aşağıdakı hissələrə ayırır: 1. Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi; 2. Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları; 3. Qarşıya çıxan maneələr və onlara qarşı mübarizə; 4. Müsabiqə və qələbə. Bizim yuxarıda göstərdiyimiz iki struktur vahidi M.H.Təhmasibin göstərdiyi birinci mərhələyə uyğun gəlir. Şah İsmayılın ova çıxması, ovda ceyran donuna düşmüş Gülzarla rastlaşması, məhəbbətin gücündən ürəyinin getməsi, onların bir-birinə könül verib könül alması da M.H.Təhmasibin ayırdığı ikinci mərhələyə demək olar ki, yaxındır. "Şah İsmayıl" dastanında buta məsələsi olmasa da, nəticə eynidir. Yəni aşiq və məşuq eşq mərəzinə yoluxurlar. Mahiyyəti etibarilə aşiq və məşuqənin buta alması ilə Şah İsmayılın ovda Gülzarla tanış olub onu sevməsi eynilik təşkil edirlər. "Şah İsmayıl" dastanında buta məsələsindən istifadə olunmadığına görə, ov səhnəsi bir formul olaraq qəlibləşir. Burada ov səhnəsi sevib-sevilmək üçün vasitə rolunu oynamışdır. Bu formul türk dastan düşüncəsində bir istiqamətdə zənginlik hadisəsidirsə, digər istiqamətdə "Şah İsmayıl" dastanı üçün poetik düşüncə modelidir.
"Şah İsmayıl" dastanının strukturunda iştirak edən mərhələlərdən biri də səfərə çıxma mərhələsidir. Səfərə yola düşmə butanın ardınca qəhrəmanın səfərə çıxması ilə üst-üstə jüşür. Gülzar Türkmanda Şah İsmayılın yolunu gözləyir. Burada maneə səfərə yola düşmənin ikinci səbəbi kimi də formalaşdırılıb. Ona görə də "Şah İsmayıl" dastanında səfərə yola düşmə ilə qəhrəmanın maneə ilə qarşılaşmasını dastanın dördüncü mərhələsi kimi götürmək olar. M.H.Təhmasibin göstərdiyi "qarşıya çıxan maneələr və onlara qarşı mübarizə" mərhələsini iki yerə ayıraraq "səfərə yola düşmə və maneə ilə qarşılaşma" kimi adlandırmaq olar. Adətən məhəbbət dastanlarının qəhrəmanları səfərə yola düşərkən müxtəlif macəralarla qarşılaşırlar. Belə macəralarla üzləşmə qəhrəmanın psixoloji durumunu, imkanlarını, şəxsiyyət kimi bütövlük səviyyəsini açmağa kömək edir. Məsələn, qəhrəman yolu üzərində ikinci gözəl qıza rast gəlirsə, burada onun öz eşqində möhkəm olduğunun şahidi oluruq. Epik qəhrəmana edilən təkliflər, yəni bu qızlarla evlənmə təklifi aşiqi sınaqdan keçirməyə xidmət edir. Bütün bunlar (təkliflər, maneələr, qarşılaşmalar) daha çox psixoloji təsir funksiyası daşıyır və qəhrəman haqqında dolğun təsəvvür formalaşdırır. M.H.Təhmasibin "qabağına çıxan maneələrə qarşı mübarizə" dediyi mərhələni "Şah İsmayıl" dastanında epik qəhrəmanın Ərəb Zəngi ilə döyüşü, Ədil şahın Şah İsmayılın gətirdiyi Gülzar xanımı əlindən almaq istəməsi və s. hadisələr maneə olaraq dastanda verilib. Bütün dastanlarda maneə ilə qəhrəman arasında konflikt baş verir və bu konflikt qəhrəmanın xeyrinə həll edilir. "Şah İsmayıl" dastanında da qəhrəmanın gözlərinin çıxarılıb zülmət quyusuna salınması, Xoca Əziz tərəfindən quyudan çıxarılması, ağac altında üç göyərçinin lələyi vasitəsilə gözlərinin sağalması, sonra Şah İsmayılın intiqamını alması maneənin aradan qaldırılmasına kömək edir. Yol maneələrinin müxtəlif şəkildə olmasını M.H.Təhmasib də qeyd edir. Çox zaman yol maneələrinin aradan qaldırılmasında müxtəlif şəxslər iştirak edir. "Şah İsmayıl" dastanında da Şah İsmayıla maneəni aradan qaldırmağa Ərəb Zəngi kömək edir. M.H.Təhmasibin verdiyi bölgü bütün məhəbbət dastanları üçün qismən qəbul oluna bilər. "Müsabiqə və qələbə" bu dastan üçün keçərli deyil. Dastanda Şah İsmayıl heç bir müsabiqədən, yarışdan keçmir. Qəhrəmanlıq dastanlarında müsabiqə at çapmaq, güləşmək kimi yollarla elçiliyə gələn oğlanların arasında keçirilir. Bu müsabiqə, yarış elçilik motivinin əsas tərkib hissəsidir. Məhəbbət dastanlarındakı aşiqlər deyişmə meydanında öz sazının qüdrətini rəqibə göstərməlidir. "Şah İsmayıl" dastanında isə bu epizodun olmaması dastanın qəhrəmanlıqla məhəbbət arasında dayanan dastan olmasını göstərir. Düzdür, "Şah İsmayıl" dastanında da qələbənin sonda verilməsinin şahidi oluruq. Bu qələbə Şah İsmayılın düşmənin üzərində çaldığı qələbədir.
Ədəbiyyat
- Шах Исмаил. Азербайджанские дастаны. в 5-ти томах. Том 3-й. Б. 1967.
- Араслы Г. Ашугское творчество. Б. 1960.
- Тахмасиб М. Г. Азербайджанские народные дастаны (средние века). Б. 1972.
Xarici keçidlər
- "Şah İsmayıl" dastanının əsas xüsusiyyəti onun qəhrəmanlıq və məhəbbət xətti üzərində qurulmasıdır
İstinadlar
- Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 474.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Sah Ismayil dastani haqqindadir Diger menalar ucun Sah Ismayil deqiqlesdirme sehifesine baxin Sah Ismayil Azerbaycan mehebbet dastani 10 a qeder varianti var Bezi tedqiqatcilara meselen Hemid Arasli gore dastan I Sah Ismayilin digerlerine gore meselen Memmedhuseyn Tehmasib II Sah Ismayilin adi ile baglidir Sah IsmayilSah Ismayil Vikimenbede Dastanin xulasesi beledir oglu Ismayili cetinlikle tapan Sah onu xususi bir yerde gizledir Sah Ismayil ov ederken Gulzar adli qizla tanis olur ve ona asiq olur Coxlu maceralardan sonra Gulzari atasinin mulkune aparir Gulzara sahib cixmaq isteyen sah oglu Ismayilin gozunu kor edir Lakin Ismayil sagalir atasinin qisasini alir hakimiyyete gelir ve yeniden sevimli Gulzara qovusur Dastan qehremanliq motivleri ile zengindir Bu baximdan Ereb Zengi obrazi diqqeti celb edir Onun uzu qadin sedaqetini dostlugunu ve sevgisini ifade edir Dastan edaletli hokmdar ideyasini eks etdirir Azerbaycan bestekari Muslum Maqomayev Sah Ismayil dastani esasinda eyniadli opera besteleyib Sah Ismayil operasindan sehne Rejissor Abbas Mirze Serifzade Forma ve mezmunuDastan bir forma olaraq poetik sistemin mukemmelliyi janr mezmunu metn fenomenliyi ile butov medeniyyet hadisesidir Butun etnik kulturoloji medeniyyet formalari ibtidaiden orta cag dusuncesine ve oradan da gunumuze qeder dinamik bir menzereni ozunde ehtiva edir Elmi nezeri fikrin dastansunasliqla bagli formalasdirdigi tesevvur meselelerin tipoloji mustevide xarakterini mezmun ve metn tiplerini tehlil faktina cevirmeyi aktuallasdirir Sah Ismayil kimi fundamental dastan numunesinin mehz bu kontekstde tehlili arxitektonik sisteminin aciqlanmasi metn mexanizmlerinin aydinlasmasi muhum ehemiyyet dasiyir Melum oldugu kimi dastan butov bir kanonik sistemle seciyyelenir Onun genetikasinin problem mustevisinde tehlili simvolik sisteminin isarelediyi mezmunun aydinlasmasi daha ciddi ve esaslandirilmis qenaet ucun gerekli ola biler Sah Ismayil dastani Azerbaycan xalqinin tarixi kecmisini eks etdiren mehebbet dastanidir Dastanin yaranmasi teqriben XVI XVII esrlere dusur Sah Ismayilin qehremanliqlari apardigi mubarizeler qudretli bir dovlet yaratmaq ugrunda mucadilesi sair hokmdar teriqet seyxi kimi fealiyyeti folklorda onun epik obrazinin yaranmasina sebeb olub Sah Ismayilin dastan qehremani olmasinin bir sebebi dediklerimiz olubsa diger bir sebebi Taclibeyim Behruze xanimla olan mehebbet sevdalarinin bediileserek dastan sujeti emele getirmesi ile baglidir Her bir dastanda oldugu kimi Sah Ismayil dastani da maraqli qurulusa malikdir Dastanin formalasmasinda esas prinsipler qehremanliq ve mehebbet movzularidir Dastanin qehremanliq ve ya mehebbet dastani adlanmasi sujetin mezmununda hansinin ustunluk teskil etmesinden asilidir Memmedhuseyn Tehmasib dastan qurulusunu 3 hisseye ayirir Bura ustadname dastanin ozu ve duvaqqapma aiddir Mehebbet dastanlari adeten ustadnamelerle baslayir Ustadname ustad sozu ustad nesihetidir Ustadname ile dastan arasinda elaqe birbasa deyil Ustadname umumi metne giris olsa da onun dastanin hadiseleri ile hec bir bagliligi yoxdur Lakin onun mahiyyetinde umumi sekilde etnosun exlaq ve davranis prinsiplerine saslanan ciddi terefler var Adeten ustadnamelerden sonra giris gelir Girisde dastan qehremani haqqinda melumat verilir atasi kimdir nece dogulub harada dunyaya gelib ve s Bezi dastanlarda ise xususi olaraq baslangicda ovladsizliq motivinden istifade olunur Yaxud dogulanin gobekkesme kimi oz emisi qizina nisanlanmasi ve s hadiseler de dastanda yer alir Butun bu teferruatlardan sonra dastanin qurulusunu metnin oz xususiyyetlerinden cixis ederek teyin etmek olar Sah Ismayil dastaninda da umumi dastan qurulusuna esaslanan daxili sistemden istifade olunur Dastan ustadname ile baslayir Enenevi olaraq uc ustadnameden istifade olunub Ustadnameler arasinda dastanci kecid ederek Ustadlar ustadnameni bir demezler iki deyerler biz de deyek iki olsun dostlarin konlu tox olsun Ustadlar ustadnameni iki demeyib uc deyerler biz de deyek uc olsun kimi hazir formalardan istifade edir Qeyd etdiyimiz kimi ustadnameleri hemin hazir formalarla bir yerde dastanin giris hissesi saymaq olar Dastanda giris hisse ile baslayan hisse arasinda mueyyen ferqler var Giris hissede ustadnamelerin dastanin qurulusuna ele bir aidiyyati gorunmur Ancaq bu ust qatda beledir Dastan strukturu ele bir mukemmel janr hadisesidir ki onun her bir elementi butun veziyyetlerde mezmun yaratmaya fundamental dusuncenin formalasmasina xidmet edir Giris hisse butun dastanlarda enene olaraq qorunur ve janrin mezmun vahidi kimi seciyyelenir Baslangic hisse dastanin formalasmasinda birbasa istirak edir Sah Ismayil dastaninda da baslangicda ovladsizliq motivi bir teref kimi ozunu gosterir Vezirin tedbiri padsahin aglina batdi Ele hemin gun Edil padsah dovletini uc qisme boldu Iki qismini fagir fuqeraya payladi Bundan xeyli kecdi Bir gun padsahin qapisina bir dervis geldi Padsah ona pay verdi Dervis payi almayib dedi Men pay alan dervislerden deyilem pay veren dervislerdenem Dervis bu sozlerden sonra cibinden bir alma cixardib padsaha verib dedi Ey padsah esitmisem ovladin olmur Al bu almani soy qabigini qulunlugundan bala dogmayan qemernisan madyana ver ozunu de iki qism ele bir qismini sen ye bir qismini arvadin yesin Cox kecmez ki bir oglun olar Gorunduyu kimi ovladsizliq motivi burada da bir teref kimi boy gosterir ve dastanda umumi mezmunu isareleyen poetik fakta cevrilir Dastan strukturunda da fiziki menevi tecrubenin modellesmesi muxtelifliklerle heyat realliqlarinin rengareng ifadeleri ile ozunu gosterir Ovladsizliq da xususi bir motiv olaraq dastanda mezmun hadisesi kimi modellesir Sah Ismayilin dastanda dunyaya gelmesi sahin sacini qirxdirarken ag saclarini gormesi ovladsizligi ozune derd etmesi vezirin tedbiri ile var dovletini fagir fuqeraya paylamasindan sonra bas verir Bu hadise ve buna oxsar hadiseler dastanin baslangic hissesini teskil edir Bir nov hadiselerin sonraki gedisi ve inkisafi ucun esas olur Qeyd edek ki isare etdiyimiz iki qurulus xususiyyeti ancaq murekkeb dastanlara aiddir Mehebbet dastanlarinin tehkiyesi nagil tehkiyesine yaxin oldugu ucun burada nagil elementlerinden cox istifade olunur Meselen Sah Ismayil dastaninda qehreman dervisin verdiyi almadan dunyaya gelir Demeli alma tehtelsuurda qehremanin dogulmasi ucun vasitedir Onu da elave edek ki mehebbet dastanlarinda qehremanin qehremanliginin sehrli magik xususiyyeti dasimasi almanin sehrli fantastik ve magik elamete malik olmasi ile baglidir Eger alma usaq vere bilirse onun gelecek fealiyyetinde de magik rol oynayir Sah Ismayilin qehreman seviyyesine gelib catmasina qeder tesvir olunan qaranliq zirzemide saxlanmasi da dastanin qurulus xususiyyetlerine xas olan mexsusi elametidir Sahzadelerin qaranliq zirzemilerde saxlanmasi adeti esasen qehremanliq dastanlarina xas olan xususiyyetdir Sah Ismayil qehreman tipi kimi qehremanliq dastanlarinin obrazlarina cox yaxindir Ona gore de onun qaranliq zirzemide saxlanmasi xususi bir keyfiyyet kimi Sah Ismayil dastaninda nezere carpdirilir Bu kimi kicik hisseleri nezere almaqla Sah Ismayil dastanini asagidaki struktur vahidlerine bolmek olar Ovladsizliq mocuzeli dogulus Qehremanin telim terbiyesi Ov motivi Sah Ismayilin ova cixmasi Gosterilen uc hisse Sah Ismayilin fealiyyetinin birinci dovrunu ehate edir Sah Ismayilin birinci ve ikinci merhelelerden kecmesi onun gelecek fealiyyeti ucun zemin hazirlayir Dastanin sujetinin inkisaf istiqameti metn konstuksiyasinin murekkeb mexanizmliyi etnik idrak metodologiyasinin universalligi tam aydinligi ile musahide olunur M H Tehmasib dastan qurulusundan danisarken onu asagidaki hisselere ayirir 1 Qehremanin anadan olmasi ve ilk telim terbiyesi 2 Qehremanlarin yeni asiq ve mesuqenin buta almalari 3 Qarsiya cixan maneeler ve onlara qarsi mubarize 4 Musabiqe ve qelebe Bizim yuxarida gosterdiyimiz iki struktur vahidi M H Tehmasibin gosterdiyi birinci merheleye uygun gelir Sah Ismayilin ova cixmasi ovda ceyran donuna dusmus Gulzarla rastlasmasi mehebbetin gucunden ureyinin getmesi onlarin bir birine konul verib konul almasi da M H Tehmasibin ayirdigi ikinci merheleye demek olar ki yaxindir Sah Ismayil dastaninda buta meselesi olmasa da netice eynidir Yeni asiq ve mesuq esq merezine yoluxurlar Mahiyyeti etibarile asiq ve mesuqenin buta almasi ile Sah Ismayilin ovda Gulzarla tanis olub onu sevmesi eynilik teskil edirler Sah Ismayil dastaninda buta meselesinden istifade olunmadigina gore ov sehnesi bir formul olaraq qeliblesir Burada ov sehnesi sevib sevilmek ucun vasite rolunu oynamisdir Bu formul turk dastan dusuncesinde bir istiqametde zenginlik hadisesidirse diger istiqametde Sah Ismayil dastani ucun poetik dusunce modelidir Sah Ismayil dastaninin strukturunda istirak eden merhelelerden biri de sefere cixma merhelesidir Sefere yola dusme butanin ardinca qehremanin sefere cixmasi ile ust uste jusur Gulzar Turkmanda Sah Ismayilin yolunu gozleyir Burada manee sefere yola dusmenin ikinci sebebi kimi de formalasdirilib Ona gore de Sah Ismayil dastaninda sefere yola dusme ile qehremanin manee ile qarsilasmasini dastanin dorduncu merhelesi kimi goturmek olar M H Tehmasibin gosterdiyi qarsiya cixan maneeler ve onlara qarsi mubarize merhelesini iki yere ayiraraq sefere yola dusme ve manee ile qarsilasma kimi adlandirmaq olar Adeten mehebbet dastanlarinin qehremanlari sefere yola duserken muxtelif maceralarla qarsilasirlar Bele maceralarla uzlesme qehremanin psixoloji durumunu imkanlarini sexsiyyet kimi butovluk seviyyesini acmaga komek edir Meselen qehreman yolu uzerinde ikinci gozel qiza rast gelirse burada onun oz esqinde mohkem oldugunun sahidi oluruq Epik qehremana edilen teklifler yeni bu qizlarla evlenme teklifi asiqi sinaqdan kecirmeye xidmet edir Butun bunlar teklifler maneeler qarsilasmalar daha cox psixoloji tesir funksiyasi dasiyir ve qehreman haqqinda dolgun tesevvur formalasdirir M H Tehmasibin qabagina cixan maneelere qarsi mubarize dediyi merheleni Sah Ismayil dastaninda epik qehremanin Ereb Zengi ile doyusu Edil sahin Sah Ismayilin getirdiyi Gulzar xanimi elinden almaq istemesi ve s hadiseler manee olaraq dastanda verilib Butun dastanlarda manee ile qehreman arasinda konflikt bas verir ve bu konflikt qehremanin xeyrine hell edilir Sah Ismayil dastaninda da qehremanin gozlerinin cixarilib zulmet quyusuna salinmasi Xoca Eziz terefinden quyudan cixarilmasi agac altinda uc goyercinin leleyi vasitesile gozlerinin sagalmasi sonra Sah Ismayilin intiqamini almasi maneenin aradan qaldirilmasina komek edir Yol maneelerinin muxtelif sekilde olmasini M H Tehmasib de qeyd edir Cox zaman yol maneelerinin aradan qaldirilmasinda muxtelif sexsler istirak edir Sah Ismayil dastaninda da Sah Ismayila maneeni aradan qaldirmaga Ereb Zengi komek edir M H Tehmasibin verdiyi bolgu butun mehebbet dastanlari ucun qismen qebul oluna biler Musabiqe ve qelebe bu dastan ucun kecerli deyil Dastanda Sah Ismayil hec bir musabiqeden yarisdan kecmir Qehremanliq dastanlarinda musabiqe at capmaq gulesmek kimi yollarla elciliye gelen oglanlarin arasinda kecirilir Bu musabiqe yaris elcilik motivinin esas terkib hissesidir Mehebbet dastanlarindaki asiqler deyisme meydaninda oz sazinin qudretini reqibe gostermelidir Sah Ismayil dastaninda ise bu epizodun olmamasi dastanin qehremanliqla mehebbet arasinda dayanan dastan olmasini gosterir Duzdur Sah Ismayil dastaninda da qelebenin sonda verilmesinin sahidi oluruq Bu qelebe Sah Ismayilin dusmenin uzerinde caldigi qelebedir EdebiyyatShah Ismail Azerbajdzhanskie dastany v 5 ti tomah Tom 3 j B 1967 Arasly G Ashugskoe tvorchestvo B 1960 Tahmasib M G Azerbajdzhanskie narodnye dastany srednie veka B 1972 Xarici kecidler Sah Ismayil dastaninin esas xususiyyeti onun qehremanliq ve mehebbet xetti uzerinde qurulmasidirIstinadlarAzerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә X ҹild Frost Shүshtәr Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1987 S 474 Hemcinin baxAsiq Qerib dastani Koroglu dastani