Azərbaycan memarlığı — Azərbaycan ərazisində müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi.
İbtidai memarlığın inkişafı
Azərbaycan ərazisində mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur.
İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnmişdir. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilmişdir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda , Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilmişdir.
Daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilməyə başladı. Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "" adı ilə məşhurlaşmışdır. Tarixi məlumatlara görə Azərbaycanda qaradanlardan XX əsrliyin əvvəllərinə qədər istifadə edilmişdir.
İslamdan qabaq memarlıq tarixi
Qafqaz Albaniyası dövründə (e.ə. IV əsr – eramızın VII əsri) şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi ("uzun divarlar"), Çıraqqala (VI əsr), Ləkit kəndindəki dairəvi xristian məbədi (V–VI əsrlər), Qum kəndindəki bazilika (təqribən VI əsr), Mingəçevirdəki məbədlər kompleksi (VII əsr) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Şabran rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.
İslamdan sonrakı memarlıq
Ərəb istilasından (VII əsr) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkir,Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir.
Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilirdi. Bu qalalardan ndiki İsmayıllı rayonu ərazisində salınmış Cavanşir qalası (təqribən VII əsr) və Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V–VIII əsrlər) diqqəti özəlliklə cəlb edir.
Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində IV–V əsrlərə aid tikili qalıqları, Şəki rayonunun kəndində Govurqala (VI əsr), Qəbələ rayonundakı kəndində (IV–VIII əsr) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində Alban kilsəsi (I əsr), Sos kəndində (IV əsr), kəndində (V, VII və VIII əsrlərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V əsr), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çaldıran (XII əsr) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (IV–VI əsrlər), (IX əsr), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xaçmaç (1100), Xantsk (1122), Xndzristan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunmuşdur.
Orta əsrlərdə memarlığın inkişafı
Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX–X əsrlərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X–XII əsrlərdə müxtəlif memarlıq məktəbləri yarandı Arran, Təbriz, Naxçıvan-Marağa, Şirvan-Abşeron.
Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Arran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII əsr) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII əsr), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır.
Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.
Dövrümüzədək çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapmışdır. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçün obrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornament bəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyaları bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəminin yaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərmişdir. Marağadakı Göy günbəz türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) Əcəmi üslubuna özəllikcə yaxındır. Marağa abidələri Azərbaycan memarlığının inkişafında önəmli yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ən qədimi (1148, memar Bəkir Məhəmməd). Bu dövrdə Urmiyada tikilmiş (1185, memar Əbu Mənsur Musa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.
Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsulları daşdan tikilmiş türbələrdə – Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII əsrin əvvəli), Füzuli rayonunun Babı kəndindəki (1273–1274 memarı Əli Məcidəddin olması güman edilir) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII–XIV əsrlər) əksini tapmışdır. Bərdədə (1322, memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani) və Naxçıvan MR-nın Qarabağlar kəndində (qoşa minarəli türbə; minarələr XII əsr – XII əsrin əvvəli, türbə XIV əsrin əvvəli) qalmış türbələrin oxşarlığına və hər ikisinin XIV əsrin əvvəlində tikilməsinə əsasən bu abidələrin eyni memar tərəfindən yaradıldığı ehtimal olunur.
X–XII əsrlərdə yaşayıb yaratmış Azərbaycan memarları
X–XII əsrlərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları, bənnaları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərin kitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında və digər qaynaqlarında dövrümüzədək çatmışdır. Bunlardan
- Məhəmməd ibn Cəfər (Beyləqan rayonundakı "Peyğəmbər" qəbiristanlığındakı kitabəli plitə X əsr),
- İbrahim ibn Osman (Gəncə darvazası, 1063),
- Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078),
- Möhsün (XI əsr; əsərləri məlum deyil),
- Bəndan ibn Möhsün (XII əsr; əsərləri məlum deyil),
- Bəkir Məhəmməd (Marağada "Qırmızı günbəz" türbəsi 1148),
- Əcəmi Əbubəkr oğlu Naxçıvani (Naxçıvanda Yusif ibn Küseyir türbəsi, 1162, Mömünə xatın türbəsi 1186 və s.),
- Aşur İbrahim oğlu (İçərişəhərdəki İbrahim məscidinin daş mehrabı, 1171),
- Əmirəddin Məsud (XII əsr; əsərləri məlum deyil),
- Əbu Mənsur Musa oğlu (Urmiya ş. yaxınlığında "Üç günbəz" türbəsi, 1185),
- Əhməd Məhəmməd oğlu (Marağada "Göy günbəz türbəsi, 1196),
- Məsud Davud oğlu (Bakıda Qız qalası, XII əsr),
- Cəmaləddin (indiki Culfa rayonunun Xanagah kəndindəki Əlincəçay xanəgahında türbə, XII əsrin sonu – XIII əsrin əvvəli),
- Əhməd Əbubəkr oğlu (XIII əsr, Mərənd; əsərləri bəlli deyil),
- Əbdülməcid Məsud oğlu (Mərdəkanda dairəvi qəsr, 1232),
- Zeynəddin Əburəşid oğlu Şirvani (Bakı limanında Şirvanşahların "Bayıl qəsri" iqamətgahı, 1235), *Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində (cəlaləddin Ruminin türbəsi 1273),
- Məhəmməd ibn Mahmud (Arran; Turkiyənin Amasiya şəhərində) məscid minarəsi, 1236–46),
- Mahmud ibn Maqsud (Pirsaatçay xanəgahının minarəsi, 1256),
- Mahmud ibn Məsud (Bakıdakı Şəfiulla məscidi; XIV əsr),
- nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyada məscid mehrabının oyma naxışları, 1277),
- Mahmud Səd oğlu (Bakı yaxınlığında Nardaran kəndindəki qəsr, Bibiheybət məscidinin minarəsi, 1305–13),
- Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani (Bərdə türbəsi, 1322),
- gəctəraş Nizam Bəndgir (Mərənd şəhərindəki Gümə məscidinin gəcdən oyma bəzəkləri, 1329),
- Hacı Məhəmməd (Təbriz; İsfahanda karvansara, 1331),
- Şahbənzər (Ağdamın Xaçındərbətli kəndində türbə, 1314),
- Kəştasif Musa oğlu (Nardaran Xan hamamı, 1388) və b. 10–14 əsrlərdə Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaratmışdır.
XIII–XV əsrlərdə memarlığın inkişafı
Böyük inkişaf yolu keçmiş Şirvan-Abşeron memarlıq məktəbi abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səciyəvidir. Bakıdakı (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII əsr, memar Məsud Davud oğlu), (Dairəvi qala, 1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV əsr), Nardaran qalası (1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV əsr) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII əsrdə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşimd oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan tikililərdən biri də XIII–XIV əsrlərdə formalaşmış Pirsaatçay xanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında salınmış bu dini kompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarın adı (Mahmud ibn Maqsud) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402), indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi (1544) və Bakıda Şirvanşahlar sarayı kompleksində (1420–60) Şirvan-Abşeron memarlıq məktəbinin yetkin dövrü əksini tapmışdır.
XIII əsrin oratlarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256–65) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında , , kimi şəhərciklər salındı.
XV əsrin sonu – XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.
XV–XX əsrlərdə memarlığın inkişafı
XV–XVI əsrlərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420–21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl Camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.
Feodal Şərqinin başqa ölkələrindəki şəhərlərdə olduğu kimi, Azərbaycan şəhərlərində də hamam binaları geniş yayılmışdı. Hamamlar sanitariya-gigiyena funksiya daşımaqla yanaşı, həm də istirahət, görüş, söhbət və stolüstü oyunlar, habelə mərasimlər yeri idi. Azərbaycan hamalarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV əsr, Hacı Qayıb hamamı, (XV əsr), Basqalda (XVII əsr), Gəncədə ("Çökək hamam", XVII əsr), Şuşada ("Merdinli" məhəlləsinin hamamı), Qubada ("Çuxur hamam"), Şəkidə ("Ağvanlar hamamı" – hər üçü XIX əsr), Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır.
XVIII əsrdə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və inşaatın inkişafında durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasında tikilmiş binaların memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sənəti sahəsində müəyyən dönüş yarandı. İri şəhərlər və yaşayış məskənləri xanlıqların inzibati və sənətkarlıq mərkəzinə çevrildi.
XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdi) bu dövrün ən iri müdafiə tikilisidir. sağ və sol sahillərində salınan Əsgəran qalası iki istehkamdan ibarətdir.
XVIII–XIX əsrlər xalq yaşayış evlərinin maraqlı örnəkləri Zakatala, Şəki, Ordubad, Şuşa, Quba, Qonaqkənd, Gəncə və Abşeronda qalmışdır.
XV–XVIII əsrlərdə Azərbaycan memar, bənna və ustaları
- Ustad Hacının oğlu (memar; Mərəzədəki Diribaba türbəsi, 1402),
- (nəqqaş; Bursadakı Yaşılı camenin mehrabı, 1424),
- Əli ibn Hacı Əhməd (ağac üzərində oyma ustası; Bursadakı camenin qapısı),
- memar Əli (Məhəmməd Əli; Bakıda Şirvanşahlar sarayı kompleksində 1435 il tarixli türbə),
- Hacı Əhməd (memar; Dərbənddəki, "Qırxlar darvazası" və "Böyük məscid, XV əsr),
- Yusif ibn Ustad Zahir (memar; Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Bədrəddin türbəsi, 1446), *Tacəddin (memar; Quba rayonunun Agbil kəndində türbə; 1446, qalmışdır),
- (memar; Heratdakı Müsəlla ansamblının mədrəsəsi, XV əsr),
- Səmsəddin (memar; Məşhəddə Şah məscidi, 1451),
- Nemətulla Bəvvab ibn Məhəmməd (xəttat və kaşı ustası; Təbrizdəki Göy məscidin kitabələri, 1465),
- Şəmsəddin Təbrizi (memar; İsfahandakı Ali məscid, 1522),
- (memar; Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Mənsur türbəsi, 1570),
- Əsir Əli (Təbriz; 1515–37 illərdə Türkiyənin İstanbul, Konya, Əskişəhər, Çorlu, Tekirdağ, Qəbzə, *Trabzon, Hacılar, Bolqarıstanın Sofiya, Yuqoslaviyanın Sarayevo və b. şəhərlərində çoxlu bina tikilmişdir; əsas işləri – İstanbulda Topqapı sarayının 2-ci baştağı, Sultan Səlim məscidi, 1522; Sofiyada Seyfəddin Qazi məscidi Sarayevoda imarət, kitabxana, məscidlər kompleksi, 1532; Qəbzədə Çoban Mustafa məscidi və s.)
- Əmirşah Vəlyənkuhi (memar; Bakıda Şirvanşahlar sarayı ansamblının Şərq darvazasının daşdan oyma bəzəkli baştağı, 1584),
- Şeyx Bəhaəddin (memar və alim; Gəncənin cümə məscidi və ətrafındakı meydanın memarlıq ansamblı, 1606),
- Nadir Əli ibn Ustad Yarəli (memar; Mərdəkanda türbə, XVII əsr),
- Pərviz (memar; Abşeronun Buzovna kəndinin qəbiristanlığında türbə, 1641),
- (xəttat və nəqqaş; Ərdəbildəki Şeyx Səfiəddin kompleksinin Ali qapı baştağının bəzəkləri, 1647),
- Yusifşah ibn Məlik Səfimai (memar; Şeyx Səfiəddin kompleksinin Ali qapı baştağı, 1647),
- Baba Şeyxican (memar; Mərəzə kəndində karvansara, 1613),
- Murad Əli (memar; Nardaranda Hacı Baxşı məscidi, 1663),
- Əbdüləzim Səhkar (memar; Şamaxı rayonunun Kələxana kəndindəki türbələr kompleksi, XVII əsr),
- Baba Əli (memar; Abşeronun Məmmədli kəndində hamam, 1663),
- Məhərrəm (memar; Abşeronun Binə kəndində məscid, 1697),
- Bünyad (memar; Abşeronun Maştağa kəndində məscid, 1716),
- Abbasqulu (memar və nəqqaş; Şəki xanları sarayının böyük salonunun tavanının bəzəkləri; XVIII əsr) və b. fəaliyyət göstərmişlər.
- Şuraxanıda Atəşgah (XVII əsr)
- Şah Abbas məscidi (Gəncə) (XVII)
- Nardaran məscidi (1663)
- Təbrizdə Şibli karvansara
- Kələxana (Şamaxı 1663) *Əbdül Əziminin tərəfindən tikdirilmişdir*
- Arran memarlıq məktəbi
- Şirvan-Abşeron memarlıq məktəbi
- Naxçıvan-Marağa memarlıq məktəbi
- Azərbaycanda heykəltəraşlıq
- Azərbaycan memarlığında ornamentlər
Ədəbiyyat
- Rüfət Ağazadə, Yusif İbrahimli. "Azərbaycan memarlığı inkişaf yollarında", Bakı, "Elm", 2012. çox yaxşı memarlıq yolları vardır
İstinadlar
- Burada Azərbaycan termini altında həm Azərbaycan Respublikası ərazisi, həm də Cənubi Azərbaycan nəzərdə tutulur.
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- Rasim Əfəndi, Azərbaycan incəsənəti. səh-276 (Bakı 2007)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan memarligi Azerbaycan erazisinde muxtelif medeniyyetlere aid olan abideler kompleksi Ibtidai memarligin inkisafiAzerbaycan erazisinde magaralarin sayi olduqca coxdur Boyuk ve Kicik Qafqaz daglarinin eteklerinde Talis daglarinda Naxcivan MR da Zengilan Kelbecer Gedebey Goygol Samaxi ve nehayet Fuzuli rayonu erazisinde askar edilmis Azix magarasi buna misal ola biler Bele magaralarda aparilmis tedqiqatlar gosterir ki burada yasamis ibtidai insanlar 1 5 milyon il once yasayislarini magaralardaki seraite uygunlasdirmaq mecburiyyetinde qalsalar da sonralar suurun inkisafi ve bezi emek ve insaat aletlerinin yaranmasi ile elaqedar olaraq onlar yasadiqlari tebii magaralari oz yasayis terzlerine uygunlasdirmaga calismislar Magaranin ortasinda yandirilmis ocaq tustusunu xaric etmek ucun tavandan desik baca acilmasi yaxud mueyyen lazimi levazimatlarin saxlanmasi ucun magaranin daxili divar sethinde xususi oyuqlarin acilmasi buna eyani subutdur Ibtidai insanlarin tebii magaralar uzerinde apardiqlari bele yenidenqurma isleri sonraki dovrlerde suni magaralarin yaranmasi ile neticelenmisdir Tebii magaralar kimi bir nece kuyulden ibaret olan suni magaralar da yer sethinden xeyli hundur mesafede dik qayalar ve dag dosunde duzeldilmisdir Azerbaycan erazisinde suni magaralara Boyuk Qafqaz daglarinin cenub serq eteklerinde Kicik Qafqaz daglarinda Qubadli rayonunda Hekeri caylari vadilerinde Sirvan regionunda Mereze ve Derekend yaxinliginda elece de cenub eyaletlerinde qedim Manna ve Midiya dovletlerine mensub olan erazilerinde de tesaduf edilmisdir Das horgusunun meydana cixmasi neticesinde yeni tipli qazma ve yarimqazma binalar insa edilmeye basladi Oz baslangicini suni magaralardan almis bele binalar uzun bir tarixi inkisaf prosesi kecmis ve memarliq tarixinde adi ile meshurlasmisdir Tarixi melumatlara gore Azerbaycanda qaradanlardan XX esrliyin evvellerine qeder istifade edilmisdir Islamdan qabaq memarliq tarixiCiraqqala Qafqaz Albaniyasi dovrunde e e IV esr eramizin VII esri sehersalma sahesinde muhum addimlar atilmisdir Qebele seherinin mohkem qala divarlari saxsi borularindan cekilmis su kemeri Demirqapi Derbend kecidinde dasdan tikilmis mudafie sistemi uzun divarlar Ciraqqala VI esr Lekit kendindeki dairevi xristian mebedi V VI esrler Qum kendindeki bazilika teqriben VI esr Mingecevirdeki mebedler kompleksi VII esr ve s bu sehersalma medeniyyetinin yuksek seviyyesini gosterir Sasaniler dovru memarliq abidelerinden mudafie tikilileri ozellikce diqqeti celb edir Xezer denizinin sahilinden baslayaraq Babadagin eteyinde qurtaran Gilgilcay seddi ve indiki Sabran rayonu erazisinde yerlesen Besbarmaq dagindan baslayib Xezerin sahillerine qeder uzanan Besbarmaq seddi Azerbaycanda istehkam tikililerinin inkisafi haqqinda genis tesevvur yaradir Islamdan sonraki memarliqEreb istilasindan VII esr sonra Azerbaycanda islam dininin yayilmasi ile bagli memarligin da inkisaf yonu deyisdi Memarliqda yeni tipli binalarin mescid medrese turbe karvansara ve s tikilmesi esas xett oldu Berde Erdebil Maraga Urmiya Samaxi Semkir Sabran Beyleqan Gence ve Naxcivan bu dovrde Azerbaycanin en onemli seherleri idi Samaxi Gence ve Beyleqanin boyuk seherlere cevrilmesi de mehz bu dovre aiddir Bu dovrde islam dini ile bagli tikililerle yanasi Qafqaz Albaniyasinin bezi eyaletlerinde xristian mebedleri mudafie istehkamlari insa edilirdi Bu qalalardan ndiki Ismayilli rayonu erazisinde salinmis Cavansir qalasi teqriben VII esr ve Qazax rayonunun Yuxari Eskipara kendi yaxinligindaki qala kompleksi V VIII esrler diqqeti ozellikle celb edir Umumiyyetle islamdan onceki ve sonraki dovrlerde Azerbaycan erazisinde insa edilmis alban tikilileri memarligin inkisafinda onemli rol oynamisdir Bu abidelerden Zaqatala rayonundaki Pasan ve Muxax kendlerinde IV V esrlere aid tikili qaliqlari Seki rayonunun kendinde Govurqala VI esr Qebele rayonundaki kendinde IV VIII esr alban mebedleri Oguz seherinde alban kilsesi orta esrler Dagliq Qarabagin Xocavend rayonunun Qarakend kendinde Alban kilsesi I esr Sos kendinde IV esr kendinde V VII ve VIII esrlere aid 4 mebed Taqaverd kendinde 675 Guneycartar kendinde 1236 alban mebedleri Agdere rayonunun Aterk V esr Kolatag 614 Qocoqot 672 698 kecmis Dostahir 713 Qasapet 718 Caldiran XII esr kendlerinde elece de Yuxari Qarabagin basqa bolgelerindeki Susanliq IV VI esrler IX esr Traxtik 1094 Tsakuri 1131 Memmedadzor 1147 Tug 1197 kendlerinde Esgeran rayonunun Susikend 905 Canaqci 1065 ve 1100 Xacmac 1100 Xantsk 1122 Xndzristan 1202 kendlerinde alban mebedleri dovrumuzedek muhafize olunmusdur Orta esrlerde memarligin inkisafiEreb xilafetinin yukselisi dovrunde Azerbaycan memarliginin inkisaf merkezi Berde seheri idi Menbelerde bu yerlerin Bagdadi adlandirilan Berdede genis tikinti isleri aparilmis coxlu mescid ve basqa dini binalar karvansara bazar hamam ve s tikilmisdi IX X esrlerde Xilafetin zeiflemesi neticesinde Azerbaycanda kicik feodal dovletlerin yaranmasi ile bagli X XII esrlerde muxtelif memarliq mektebleri yarandi Arran Tebriz Naxcivan Maraga Sirvan Abseron Azerbaycan memarliq mektebleri arasinda umumi uslub yaxinligi var idi Arran memarliq mektebine Gence Berde Beyleqan mensub senetkarlarin yaratdigi binalarin ekseriyyeti Gence zelzelesi 1139 ve monqol hucumlari XIII esr zamani dagilmisdir Gence ve Beyleqanda aparilan arxeoloji tedqiqatlar bir sira qurgu ve bina qaliqlarini askara cixarmisdir Gence cayi uzerindeki 3 korpu XII esr Beyleqandaki yasayis binalari hamam ve s qaliqlari Aran memarliq mektebinin uslub ozellikleri haqqinda aydin tesevvur yaradir Yusif ibn Kuseyr turbesi Naxcivan memarliq mektebinin abideleri binalarda cox boyali kasidan ornamentli bastag kompozisiyalarinin tetbiqi Sirvan Abseron mektebine mensub tikililer sade memarliq bolguleri ve dekorativ oyma bezekleri ile secilir Tebriz mektebinin en yaxsi abideleri ucun memarliq qurulusunun debdebeliyi dekorlarin muxtelifliyi seciyyevidir Dovrumuzedek catmis mutenasib quruluslu zengin dekorlu qullevari turbeler ve diger tikililerde Naxcivan mektebinin uslub ozellikleri eksini tapmisdir Bu mektebin en yuksek zirvesini Naxcivandaki Yusif ibn Kuseyr 1162 ve Momune xatin 1186 turbelerinin elece de hazirda movcud olmayan dini tikililer kompleksinin muellifi memar Ecemi Ebubekr oglu Naxcivaninin yaradiciligi teskil edir Eceminin yaradiciligi ucun obrazin monumentalligi kompozisiyanin mutenasibliyi ve dekorlarin zerifliyi oz dovrune gore rasional konstruksiyalarin tetbiqi ornament bezeklerinin oynaqligi seciyyevidir Onun ornament kompozisiyalari bediilikle riyazi tefekkurun uzvi birlesmesine esaslanir Eceminin yaratdigi kompozisiya ve dekorativ bezek usullari Azerbaycanin elece de mueyyen olkelerin turbe tikililerine boyuk tesir gostermisdir Maragadaki Goy gunbez turbesi 1196 memar Ehmed Mehemmed oglu Ecemi uslubuna ozellikce yaxindir Maraga abideleri Azerbaycan memarliginin inkisafinda onemli yer tutmusdur Bunlardan dovrumuzedek catmis en qedimi 1148 memar Bekir Mehemmed Bu dovrde Urmiyada tikilmis 1185 memar Ebu Mensur Musa oglu memarliq qurulusuna gore Maraga abidelerine yaxindir Naxcivan mektebinin kerpic tikililerinde formalasmis memarliq usullari dasdan tikilmis turbelerde Naxcivan MR nin Cuga kendi yaxinligindaki Gulustan turbesinde XIII esrin evveli Fuzuli rayonunun Babi kendindeki 1273 1274 memari Eli Mecideddin olmasi guman edilir ve Asagi Veyselli kendindeki Mireli turbesinde XIII XIV esrler eksini tapmisdir Berdede 1322 memar Ehmed ibn Eyyub el Hafiz Naxcivani ve Naxcivan MR nin Qarabaglar kendinde qosa minareli turbe minareler XII esr XII esrin evveli turbe XIV esrin evveli qalmis turbelerin oxsarligina ve her ikisinin XIV esrin evvelinde tikilmesine esasen bu abidelerin eyni memar terefinden yaradildigi ehtimal olunur X XII esrlerde yasayib yaratmis Azerbaycan memarlariX XII esrlerde yasayib yaratmis bir cox Azerbaycan memarlari bennalari ve memarliq bezeyi ustalarinin adlari muxtelif tikililerin kitabelerinde das plitelerinde dekorativ bezek memulatlarinda ve diger qaynaqlarinda dovrumuzedek catmisdir Bunlardan Mehemmed ibn Cefer Beyleqan rayonundaki Peygember qebiristanligindaki kitabeli plite X esr Ibrahim ibn Osman Gence darvazasi 1063 Mehemmed Ebubekr oglu Bakida Siniqqala mescidi 1078 Mohsun XI esr eserleri melum deyil Bendan ibn Mohsun XII esr eserleri melum deyil Bekir Mehemmed Maragada Qirmizi gunbez turbesi 1148 Ecemi Ebubekr oglu Naxcivani Naxcivanda Yusif ibn Kuseyir turbesi 1162 Momune xatin turbesi 1186 ve s Asur Ibrahim oglu Iceriseherdeki Ibrahim mescidinin das mehrabi 1171 Emireddin Mesud XII esr eserleri melum deyil Ebu Mensur Musa oglu Urmiya s yaxinliginda Uc gunbez turbesi 1185 Ehmed Mehemmed oglu Maragada Goy gunbez turbesi 1196 Mesud Davud oglu Bakida Qiz qalasi XII esr Cemaleddin indiki Culfa rayonunun Xanagah kendindeki Elincecay xanegahinda turbe XII esrin sonu XIII esrin evveli Ehmed Ebubekr oglu XIII esr Merend eserleri belli deyil Ebdulmecid Mesud oglu Merdekanda dairevi qesr 1232 Zeyneddin Eburesid oglu Sirvani Baki limaninda Sirvansahlarin Bayil qesri iqametgahi 1235 Bedreddin Tebrizi Turkiyenin Konya seherinde celaleddin Ruminin turbesi 1273 Mehemmed ibn Mahmud Arran Turkiyenin Amasiya seherinde mescid minaresi 1236 46 Mahmud ibn Maqsud Pirsaatcay xanegahinin minaresi 1256 Mahmud ibn Mesud Bakidaki Sefiulla mescidi XIV esr neqqas Ebdulmomin Serefsah oglu Tebriz Urmiyada mescid mehrabinin oyma naxislari 1277 Mahmud Sed oglu Baki yaxinliginda Nardaran kendindeki qesr Bibiheybet mescidinin minaresi 1305 13 Ehmed ibn Eyyub el Hafiz Naxcivani Berde turbesi 1322 gecteras Nizam Bendgir Merend seherindeki Gume mescidinin gecden oyma bezekleri 1329 Haci Mehemmed Tebriz Isfahanda karvansara 1331 Sahbenzer Agdamin Xacinderbetli kendinde turbe 1314 Kestasif Musa oglu Nardaran Xan hamami 1388 ve b 10 14 esrlerde Azerbaycan memarliginin en deyerli orneklerini yaratmisdir XIII XV esrlerde memarligin inkisafiBoyuk inkisaf yolu kecmis Sirvan Abseron memarliq mektebi abideleri ucun das konstruksiyalar tikililerin hecm mekan hellinin lakonikliyi das uzerinde oyma bitki ornamentleri seciyevidir Bakidaki 1078 Mehemmed Ebubekr oglu Qiz qalasi XII esr memar Mesud Davud oglu Dairevi qala 1232 memar Ebdulmecid Mesud oglu Dordkunc qala XIV esr Nardaran qalasi 1301 memar Mahmud Sed oglu Ramana qalasi XIV esr ve s bu mektebin en yaxsi abideleri sirasina daxildir XIII esrde Baki limaninda tikilmis ve hazirda suyun altinda qalmis Sirvansahlarin Bayil qesri adli iqametgahi da bu dovrun maraqli tikililerindendir Burclu divarlarla ehate olunmus bu binalar kompleksi 1235 usta Zeyneddin Eburesimd oglu Sirvani ve ehtimal ki memar Ebdulmecid Mesud oglu uzerindeki das oymalar yazi ve tesvirler qursagi ile birlikde nadir memarliq ansamblidir Sirvan Abseron memarliq mektebine mensub olan tikililerden biri de XIII XIV esrlerde formalasmis Pirsaatcay xanegahidir Pir Huseyn turbesinin etrafinda salinmis bu dini kompleksdeki minarenin uzerinde onun tikilme tarixi 1256 ve memarin adi Mahmud ibn Maqsud qalmisdir Merezedeki Diribaba turbesi 1402 indiki Qusar rayonunun Hezre kendindeki Seyx Cuneyd turbesi 1544 ve Bakida Sirvansahlar sarayi kompleksinde 1420 60 Sirvan Abseron memarliq mektebinin yetkin dovru eksini tapmisdir XIII esrin oratlarinda Elxaniler dovletinin yaranmasi memarliq sahesinde mueyyen canlanmaya sebeb oldu Elxaniler sulalesinin banisi Hulaku xanin 1256 65 hakimiyyeti illerinde Maraga resedxanasi tikildi Dovletin paytaxtinin Tebrize kocurulmesi ile bagli Tebriz seheri onemli memarliq senetkarliq merkezine cevrildi Tebrizin etrafinda kimi sehercikler salindi XV esrin sonu XVI esrin evvellerinde Sefeviler dovletinin yaranmasi ve Tebrizin paytaxt elan edilmesi elece de Sirvanin inzibati merkez kimi ehemiyyetini itirmesi ile bagli Azerbaycanin siyasi ve iqtisadi heyati olkenin guneyinde merkezlesdi Bu dovrde seherlerin boyumesi ile bagli bedii eneneler yeni inkisaf merhelesine catdi Azerbaycan memarliginda Tebrizin movqeyi xususile guclendi XV XX esrlerde memarligin inkisafiXV XVI esrlerde Azerbaycan memar ve neqqaslari basqa olkelerde de fealiyyet gostermis muxtelif seherlerde maraqli senetkarliq ornekleri yaratmislar Bursa Qahire Bagdad Demirqapi Derbend Herat Semerqend ve s seherlerdeki bir sira memarliq abidelerinde Azerbaycan memarlarin imzalari qalmisdir Bursa seherindeki unlu Yasil turbenin 1420 21 nefis naxislarla bezedilmis qapilarini azerbaycanli usta Ehmed Tebrizli hazirlamisdir Turbenin yaxinligindaki Yasil Camenin 1424 mehrabini Tebriz ustalari ozlerinin hazirladiqlari muxtelif boyali cinilerle bezemisler Caldiran vurusmalarindan 1514 sonra I Sultan Selim terefinden Istanbula aparilmis Azerbaycan memar Eli Tebrizli Esir Eli Ecem Eli texellusleri il de taninmisdir Istanbuldaki Topqapi sarayinin bastagini ve Sultan Selim mescidini 1522 tikmisdir Feodal Serqinin basqa olkelerindeki seherlerde oldugu kimi Azerbaycan seherlerinde de hamam binalari genis yayilmisdi Hamamlar sanitariya gigiyena funksiya dasimaqla yanasi hem de istirahet gorus sohbet ve stolustu oyunlar habele merasimler yeri idi Azerbaycan hamalarinin en yaxsi ornekleri Abseronun Nardaran kendinde 1388 memar Kestasif Musa oglu Bakinin Iceriseher bolmesinde Qasimbey hamami XIV esr Haci Qayib hamami XV esr Basqalda XVII esr Gencede Cokek hamam XVII esr Susada Merdinli mehellesinin hamami Qubada Cuxur hamam Sekide Agvanlar hamami her ucu XIX esr Agdamda Abdal Gulabli kendinin hamami 1900 memar Kerbalayi Sefixan Qarabagi qalmisdir XVIII esrde Azerbaycanin ayri ayri xanliqlara parcalanmasi olkenin iqtisadi cehetden daginiqligi memarliq ve insaatin inkisafinda durgunluga sebeb oldu Ayri ayri hallarda kecmis eneneler esasinda tikilmis binalarin memarliq hellinde insaat senetinin gerilemesi ozunu gosterir Bununla yanasi sehersalma seneti sahesinde mueyyen donus yarandi Iri seherler ve yasayis meskenleri xanliqlarin inzibati ve senetkarliq merkezine cevrildi XVIII esrde Qarabag xani Penaheli xanin tikdirdiyi Esgeran qalasi sonra Ibrahim xan terefinden genislendirilmisdi bu dovrun en iri mudafie tikilisidir sag ve sol sahillerinde salinan Esgeran qalasi iki istehkamdan ibaretdir XVIII XIX esrler xalq yasayis evlerinin maraqli ornekleri Zakatala Seki Ordubad Susa Quba Qonaqkend Gence ve Abseronda qalmisdir XV XVIII esrlerde Azerbaycan memar benna ve ustalariUstad Hacinin oglu memar Merezedeki Diribaba turbesi 1402 neqqas Bursadaki Yasili camenin mehrabi 1424 Eli ibn Haci Ehmed agac uzerinde oyma ustasi Bursadaki camenin qapisi memar Eli Mehemmed Eli Bakida Sirvansahlar sarayi kompleksinde 1435 il tarixli turbe Haci Ehmed memar Derbenddeki Qirxlar darvazasi ve Boyuk mescid XV esr Yusif ibn Ustad Zahir memar Qebele rayonunun Hezre kendindeki Seyx Bedreddin turbesi 1446 Taceddin memar Quba rayonunun Agbil kendinde turbe 1446 qalmisdir memar Heratdaki Musella ansamblinin medresesi XV esr Semseddin memar Meshedde Sah mescidi 1451 Nemetulla Bevvab ibn Mehemmed xettat ve kasi ustasi Tebrizdeki Goy mescidin kitabeleri 1465 Semseddin Tebrizi memar Isfahandaki Ali mescid 1522 memar Qebele rayonunun Hezre kendindeki Seyx Mensur turbesi 1570 Esir Eli Tebriz 1515 37 illerde Turkiyenin Istanbul Konya Eskiseher Corlu Tekirdag Qebze Trabzon Hacilar Bolqaristanin Sofiya Yuqoslaviyanin Sarayevo ve b seherlerinde coxlu bina tikilmisdir esas isleri Istanbulda Topqapi sarayinin 2 ci bastagi Sultan Selim mescidi 1522 Sofiyada Seyfeddin Qazi mescidi Sarayevoda imaret kitabxana mescidler kompleksi 1532 Qebzede Coban Mustafa mescidi ve s Emirsah Velyenkuhi memar Bakida Sirvansahlar sarayi ansamblinin Serq darvazasinin dasdan oyma bezekli bastagi 1584 Seyx Behaeddin memar ve alim Gencenin cume mescidi ve etrafindaki meydanin memarliq ansambli 1606 Nadir Eli ibn Ustad Yareli memar Merdekanda turbe XVII esr Perviz memar Abseronun Buzovna kendinin qebiristanliginda turbe 1641 xettat ve neqqas Erdebildeki Seyx Sefieddin kompleksinin Ali qapi bastaginin bezekleri 1647 Yusifsah ibn Melik Sefimai memar Seyx Sefieddin kompleksinin Ali qapi bastagi 1647 Baba Seyxican memar Mereze kendinde karvansara 1613 Murad Eli memar Nardaranda Haci Baxsi mescidi 1663 Ebdulezim Sehkar memar Samaxi rayonunun Kelexana kendindeki turbeler kompleksi XVII esr Baba Eli memar Abseronun Memmedli kendinde hamam 1663 Meherrem memar Abseronun Bine kendinde mescid 1697 Bunyad memar Abseronun Mastaga kendinde mescid 1716 Abbasqulu memar ve neqqas Seki xanlari sarayinin boyuk salonunun tavaninin bezekleri XVIII esr ve b fealiyyet gostermisler Suraxanida Atesgah XVII esr Sah Abbas mescidi Gence XVII Nardaran mescidi 1663 Tebrizde Sibli karvansara Kelexana Samaxi 1663 Ebdul Eziminin terefinden tikdirilmisdir Arran memarliq mektebi Sirvan Abseron memarliq mektebi Naxcivan Maraga memarliq mektebi Azerbaycanda heykelterasliq Azerbaycan memarliginda ornamentlerEdebiyyatRufet Agazade Yusif Ibrahimli Azerbaycan memarligi inkisaf yollarinda Baki Elm 2012 ISBN 978 9952 453 11 9 cox yaxsi memarliq yollari vardirIstinadlarBurada Azerbaycan termini altinda hem Azerbaycan Respublikasi erazisi hem de Cenubi Azerbaycan nezerde tutulur 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 01 18 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 01 18 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 01 18 Rasim Efendi Azerbaycan inceseneti seh 276 Baki 2007