Bu məqaləni lazımdır. |
Əsgəran qalası — Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.
Əsgəran qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xocalı |
Yerləşir | Xocalı rayonu |
Aidiyyatı | Qarabağ xanlığı |
Sifarişçi | Pənahəli xan |
Tikilmə tarixi | 1751 |
Material | çaydaşı |
İstinad nöm. | 263 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafıə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilmişdir. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.
Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır. Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafızə olunub. Yuxarıdakı kvadrat biçimli istehkam, görünür, müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirdi və elə inşa olunmuşdu ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də burada mübarizəni davam etdirmək mümkün olsun. Hündürlüyü 9 m, qalınlığı 2 m-dən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır.
Ermənistanın azərbaycan torpaqlarına təcavüzü nəticəsində bir çox abidələr kimi Əsgəran qalası da düşmən əlinə keçib. Lakin Əsgəran qalasının təcavüzə məruz qalması hərbi münaqişədən əvvəl baş verib. Azərbaycan abidələrinə erməni təcavüzü bir neçə yolla həyata keçirilir:
1. Erməniləşdirilmə – qonşu xalqların abidələrini mənimsəyərək öz abidələri kimi təqdim etmək.
2. Mədəniyyət və arxeoloji abidələrə qarşı terrorizm – abidələrin dağıdılması və məhv edilməsi.
Əsgəran qalası indi erməni işğalı altında olmaqla yanaşı, həm də erməniləşdirilməyə də məruz qalıb. Belə ki, Şaqen Mkrtçyanın "Историко-архитектурные памятники Нагорного Карабаха" (Dağlıq Qarabağın tarixi – memarlıq nümunələri) adlı kitabında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalası da mənimsənilərək tarixi tamamilə təhrif olunub. Kitabda qalanın adı Mayraberd-Əsgəran kimi göstərilir. Qalanın adının necə yarandığını açıqlayan müəllif onun orta əsr erməni kəndi olan Mayraberd kəndi yaxınlığında salındığından kəndin adı ilə Mayraberd, qoşunların dayanacaq yeri olduğu üçün isə Əsgəran adlandırıldığını bildirir. Qalanın adına gəldikdə, məlumdur ki, Azərbaycanın bu bölgəsində nə orta əsrlərdə, nə də sonra bu adda yer adına, nə də toponimikasında bu cür mənşəli sözə rast gəlinməyib. Qalanın adının ikinci hissəsinə gəlincə isə Əsgəranı rus variantında Askeran səsləndirən müəllif açıq şəkildə saxtakarlığa əl atdığını büruzə verir, Əsgəran sözünün mənşəyinə gəldikdə isə "Azərbaycan toponimləri. Ensiklopedik lüğət"də toponim XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın (digər məlumata görə Mehrəli xanın) tikdirdiyi Əsgəran qalasının adı ilə əlaqələndirilir. Qalanın adı isə Əsgəran adlı yerlə bağlanaraq, Azərbaycan dilindəki əski (köhnə, qədim) sözündən və Aran toponimindən ibarət olduğu göstərilir. Qiyasəddin Qeybullayev Əsgəran toponimini Azərbaycan dilindəki əski – "qədim", "köhnə" sözündən və Arran etnonimindən ibarət olduğunu yazır: "Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş "Əsgəran" qalasının xarabalıqları vardır. Qala yerin adı ilə Əsgəran adlanmışdır, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi".
Qalanın tikilmə tarixindən söz açan erməni müəllif onun 1778–1779-cu illərdə müdafiə məqsədilə tikildiyini bildirsə də, qalanın kimin tərəfdən inşa olunduğunu qeyd etməyi lüzum görmür. Qeyd etmək lazımdır ki, müəllif qalanın tikilmə tarixini də yanlış göstərir. Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini , digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və Ibrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsərində müəllif qeyd edir: "Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirmişdir. (Əslində Əsgəran qalaları 1783–1784-cü illərdə tikilmişdir — qeyd Nazim Axundovdandır.). Bu qalalar Şuşa qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında yerləşmişdir. Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xan Qarabağlı ilə düşmən olduqlarından ehtiyat üçün böyük oğlu Ibrahim xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Oradan Şuşa qalasına 8 verstə qədər məsafə vardır. Düşmən oradan keçib qalaya gələ bilməz.
Bu qalaların ətrafı möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənçilik zamanı elat xalqı və başqaları orada sığınacaq edərlər. Qalalarda tüfəngçilər qoyarlarsa düşmən oradan keçib, zülm və talan etmək fıkri ilə əlini uzadıb xalqın mal-qarasını qarət və talan edə bilməz. Mərhum İbrahim xan həmin vəsiyyətə görə hər iki qalanı birini Şərq, o birini isə Qərb tərəfdə daş və əhənglə tikdirib, möhkəm bürc və barı çəkdirdi". Mirzə Vəli bəy Baharlının "Əhvalati-Qarabağ" əsərində qalanın salınması Pənah xanın adı bağlanır:"…Pənah xan qalanı tamam edib və Pənahabad adı qoyub, sonra yenə fıkrə düşüb ki, qaladan bir neçə ağac aşağa bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmin Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çaymın o tərəfində və birisi digər tərəfdə təmir olub, həmin qalaçaları təmir elədib və bir cəm qoşun həmişə qalalarda durarmışlar". XIX əsr Azərbaycan tarixçisi Əhməd bəy Cavanşir "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair" adlı əsərində yazırdı: "Mehrəli xan Qarabağ xanlığının idarəsini ələ aldıqdan sonra, atasının vəsiyyətinə əsasən xanlığın daxili işləri ilə məşğul olur; Şuşanın möhkəmləndirilməsini başa çatdırır, o zamanlar köçəri tayfaların qışladığı Şuşa ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün Əsgəran və Ağoğlan qalalarını tikdirir". Bu faktı Y. A. Paxomov da təsdiqləyir: "Qala İbrahim xanın qardaşı və Pənah xanın oğlu Mehrəli xan tərəfindən hicri təqvimi ilə təqribən 1172–1174-cü illərdə (miladi 1750–1760) tikilmişdir".
Qalanın müəllifi və tikilmə tarixi nisbətən mübahisəli olsa da çox güman ki, qalanın inşasının əsası tərəfindən qoyulmuş, İbrahim xan tərəfindən isə davam etdirilərək başa çatdırılmışdır. Qalanı tikdirənin adını çəkməməsi məlumdur ki, erməni müəllifinin maraqlarından kənardır. Şaqen Mkrtçyan qalanı siyasi təbliğat üçün istifadə etməyi də unutmur: "1805-ci ilin iyununda 40 minlik İran ordusu onlarla erməni kənd və monastırlarını qarət edib, yandıraraq Şuşa qalasını ələ keçirmək və orada yerləşən rus qarnizonunu məhv etmək məqsədilə soxuldular. Şuşaya köməyə gələn mayor Karyaginin 400 nəfərlik dəstəsi Əsgəran yaxınlığında Xramort kəndi ərazisində mühasirəyə düşdü. Rus ordusunu qaçılmaz ölümdən xilas etmək üçün başda məliklər Vani və Akop Yüzbaşı Atabekyanlar olmaqla Qarabağ könüllüləri həyatlarını təhlükə altına ataraq rus döyüşçülərini mühasirədən çıxartdılar. Kusapat və Moxratax əhalisi isə öz qida ehtiyatlarını rus əsgərləri ilə bölərək onları aclıqdan xilas etdi".
Rus ordusunun köməyinə gələn ermənilər barədə həqiqətən əsərində kifayət qədər saxtakarlıq və təhriflərə yol verən V. Pottonun yazdığına görə o zaman Vani adlı erməni Qarabağda ruslara kömək edir: "Şuşada mühasirədə olan Lisaneviçə köməyə gələn Karyagin iyunun 24-ü tezdən çaydan keçərək Şah Bulağa doğru irəlilədi. Lakin İran qoşunları tərəfindən mühasirəyə düşdü. İran süvarilərinə zərbələr endirərək dəstə artıq Əsgəran dərəsinə yaxınlaşdı, lakin birdən onların qarşısını Pirqulu xanın əsas qüvvələri kəsdi. Aydın idi ki, farslar artıq Əsgəran qalasında möhkəmləniblər və Şuşaya gedən yol bağlanıb. Vəziyyət çox təhlükəli idi. Yalnız bir yol qalmışdı – müdafiə üçün daha etibarlı yer tapmaq. Xoşbəxtlikdən Karyaginin dəstəsində bütün ətraf ərazini çox yaxşı tanıyan Vani-yüzbaşı adlı bir gənc erməni vardı və o, Qara-Hacı-Baba adı ilə tanınan böyük müsəlman qəbirstanlığının yaxınlığındakı təpəni göstərdi və orada müdafıə olunmağı təklif etdi. Yer həqiqətən əlverişli idi və Karyagin bu məzarlığa çataraq orada möhkəmləndi".
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Carney, James. "Former Soviet Union: Carnage in Karabakh 2008-11-30 at the Wayback Machine." Time. April 13, 1992.
- http://www.gomap.az/Info/Description.aspx?idlo=23&lvo=4&pID=1503257
- "Arxivlənmiş surət". 2017-02-12 tarixində . İstifadə tarixi: 2014-10-02.
- http://sabail.libmks.az/qarabag/1247-zhsgyran-qalasd.html[ölü keçid]
- "Arxivlənmiş surət". 2021-10-27 tarixində . İstifadə tarixi: 2014-10-02.
- Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994. səh. 153 preslib.az 2022-03-15 at the Wayback Machine (az.)
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-08.
- http://xatai.libmks.az/home/3076-xocal-sgran-qalas.html[ölü keçid]
Mənbə
- Fəridə Aslanova (AMEA Tarix İnstitutu). Əsgəran qalası. Azərbaycan arxeologiyası jurnalı, 2003. tom 5, nömrə 1–4.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Esgeran qalasi Azerbaycanda cemiyyetde Esgeran qalasi adi ile taninan bu seddi XVIII esrde Penaheli xan oz xanliginin serq serheddinde tikdirmisdi Derbend seddi Sirvanin simal qapisi idise Esgeran seddi de Qarabag xanliginin serq qapisi idi Esgeran qalasiEsgeran qalasi 2023 cu ilin oktyabr ayinda39 56 01 sm e 46 49 51 s u Olke AzerbaycanSeher XocaliYerlesir Xocali rayonuAidiyyati Qarabag xanligiSifarisci Penaheli xanTikilme tarixi 1751Material caydasiAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 263KateqoriyaQalaEhemiyyetiOlke ehemiyyetliEsgeran qalasi Vikianbarda elaqeli mediafayllarBu adin diger istifade formalari ucun bax Esgeran deqiqlesdirme Poct markasi 2003 En qedim zamanlardan Azerbaycan daim yadellilerin hucumlarina meruz qalib Ona gore de Azerbacan erazisi mudafie meqsedile tikilen istehkam ve qalalarla zengindir Bunlardan biri de Esgeran qalasidir Esgeran qalasi Susanin texminen 24 Xocalinin 5 km liyinde ve Agdam seherinin 12 km cenubunda Qarqarcayin sag ve sol sahillerinde dag dosunde yerlesir Burada daglar eni teqriben 500 m e catan cayin vadisine ve qalanin divarlari ile ehatelenen boyuk olmayan dereye yaxinlasir Qalanin salinmasi Qarabag xanliginin yukselis dovru ile elaqeli olub Qarqar cay vadisini qapayaraq yalniz cay terefden kicik kecid yaratmaq meqsedini gudurdu Esgeran qalasi cayin her iki sahili boyunca sag ve sol sahilinde tikilmisdir Qalanin sag sahil serqi istehkami burclerle mohkemlendirilmis ikiqat das divarlarindan ibaretdir Butun burcler ikimertebeli olub bir birleriyle ikimertebeli qala dehlizleri ile birlesdirilmisdir Relyefe uygun olaraq dehliz bir burcun birinci mertebesini diger burcun ikinci mertebesi ile birlesdirir Dag kecidinden mudafie olunan kenar serq burc xususi formali otaqlarin yaratdigi kompleksinden ibaretdir Qalanin sol sahil hissesi qerb ise bir mudafie helqesinde birlesen duzbucaqli trapesiya sekilli istehkamlardan ibaretdir Burada relyef nezere alinmaqla insa olunmus qala divarlari alti burcle mohkemlendirilmisdir Qarqar cayindan baslayaraq daga dogru uzanan qala divarlari qala heyetini emele getirir Yuxari qala heyetinin her kuncunde bir burc yerlesmekle demek olar ki kvardrat formali qapali istehkamdir Bu heyetden asagi heyeti ayiran kondelen divarda daxili ustu tagli darvazalar vardir Asagi heyet serq terefden acilmisdir bele ki her iki divar yalniz caya catir Istehkamin sol sahildeki alti burcun her biri merkezinde kicik asinma olan tagtavanla iki mertebeye ayrilir Ucuncu mertebe yalniz mazgallara qeder muhafize olunub Yuxaridaki kvadrat bicimli istehkam gorunur mudafie sisteminde xususi ehemiyyet kesb edirdi ve ele insa olunmusdu ki hetta qalanin asagi hissesi dusmenin eline kecdikde de burada mubarizeni davam etdirmek mumkun olsun Hundurluyu 9 m qalinligi 2 m den ibaret qala divarlari uz hissesi yaxsi islenmis cay daslarindan tikilmisdir Horizontal sirali doseme daslar tikintini daha da canlandirir Ermenistanin azerbaycan torpaqlarina tecavuzu neticesinde bir cox abideler kimi Esgeran qalasi da dusmen eline kecib Lakin Esgeran qalasinin tecavuze meruz qalmasi herbi munaqiseden evvel bas verib Azerbaycan abidelerine ermeni tecavuzu bir nece yolla heyata kecirilir 1 Ermenilesdirilme qonsu xalqlarin abidelerini menimseyerek oz abideleri kimi teqdim etmek 2 Medeniyyet ve arxeoloji abidelere qarsi terrorizm abidelerin dagidilmasi ve mehv edilmesi Esgeran qalasi indi ermeni isgali altinda olmaqla yanasi hem de ermenilesdirilmeye de meruz qalib Bele ki Saqen Mkrtcyanin Istoriko arhitekturnye pamyatniki Nagornogo Karabaha Dagliq Qarabagin tarixi memarliq numuneleri adli kitabinda bolgedeki diger abidelerle yanasi Esgeran qalasi da menimsenilerek tarixi tamamile tehrif olunub Kitabda qalanin adi Mayraberd Esgeran kimi gosterilir Qalanin adinin nece yarandigini aciqlayan muellif onun orta esr ermeni kendi olan Mayraberd kendi yaxinliginda salindigindan kendin adi ile Mayraberd qosunlarin dayanacaq yeri oldugu ucun ise Esgeran adlandirildigini bildirir Qalanin adina geldikde melumdur ki Azerbaycanin bu bolgesinde ne orta esrlerde ne de sonra bu adda yer adina ne de toponimikasinda bu cur menseli soze rast gelinmeyib Qalanin adinin ikinci hissesine gelince ise Esgerani rus variantinda Askeran seslendiren muellif aciq sekilde saxtakarliga el atdigini buruze verir Esgeran sozunun menseyine geldikde ise Azerbaycan toponimleri Ensiklopedik luget de toponim XVIII esrde Qarabag xani Penaheli xanin diger melumata gore Mehreli xanin tikdirdiyi Esgeran qalasinin adi ile elaqelendirilir Qalanin adi ise Esgeran adli yerle baglanaraq Azerbaycan dilindeki eski kohne qedim sozunden ve Aran toponiminden ibaret oldugu gosterilir Qiyaseddin Qeybullayev Esgeran toponimini Azerbaycan dilindeki eski qedim kohne sozunden ve Arran etnoniminden ibaret oldugunu yazir Esgeran rayonu erazisinde Penah xan terefinden tikilmis Esgeran qalasinin xarabaliqlari vardir Qala yerin adi ile Esgeran adlanmisdir basqa sozle qala tikilmezden evvel erazi etraf ehali icerisinde Esgeran yeni Eski Aran adi ile melum idi Qalanin umumi gorunusu Qalanin tikilme tarixinden soz acan ermeni muellif onun 1778 1779 cu illerde mudafie meqsedile tikildiyini bildirse de qalanin kimin terefden insa olundugunu qeyd etmeyi luzum gormur Qeyd etmek lazimdir ki muellif qalanin tikilme tarixini de yanlis gosterir Esgeran qalasinin tikilme tarixi ve onu tikdirenin adi muxtelif menbelerde muxtelif cur yazilmisdir Bir qisim tarixci qalanin tikilmesini diger qisim ise Ibrahimxelil xanin adi ile baglayir Eyni zamanda tikilme tarixi de muxtelif cur verilir Rzaqulu bey Mirze Camal oglunun Penah xan ve Ibrahim xanin Qarabagda hakimiyyetleri ve o zamanin hadiseleri eserinde muellif qeyd edir Merhum Ibrahim xanin yadigarlarindan ucuncusu her iki Esgeran qalasidir Bu qalalari hicri 1203 miladi 1786 ci ilde tikdirmisdir Eslinde Esgeran qalalari 1783 1784 cu illerde tikilmisdir qeyd Nazim Axundovdandir Bu qalalar Susa qalasinin uc agacliginda Qarqar cayinin kecidi olan iki dagin arasinda yerlesmisdir Sirvan Seki ve Dagistan vilayetleri ehalisi merhum Penaheli xan Qarabagli ile dusmen olduqlarindan ehtiyat ucun boyuk oglu Ibrahim xana vesiyyet etmisdi ki eger furset tapmasam sen bu iki Esgeran daginin arasinda iki qala tikdir ki dusmen gelen zaman piyada qosunlarimiz bu qalalarda olsunlar Oradan Susa qalasina 8 verste qeder mesafe vardir Dusmen oradan kecib qalaya gele bilmez Bu qalalarin etrafi mohkem daglar meseler daslar qayalar ve boyuk sehralardir Dusmencilik zamani elat xalqi ve basqalari orada siginacaq ederler Qalalarda tufengciler qoyarlarsa dusmen oradan kecib zulm ve talan etmek fikri ile elini uzadib xalqin mal qarasini qaret ve talan ede bilmez Merhum Ibrahim xan hemin vesiyyete gore her iki qalani birini Serq o birini ise Qerb terefde das ve ehengle tikdirib mohkem burc ve bari cekdirdi Mirze Veli bey Baharlinin Ehvalati Qarabag eserinde qalanin salinmasi Penah xanin adi baglanir Penah xan qalani tamam edib ve Penahabad adi qoyub sonra yene fikre dusub ki qaladan bir nece agac asaga bir qalaca qosundan otru temir etsin Bele ki hemin Esgeran adlanan qalacalari ki biri Qarqar caymin o terefinde ve birisi diger terefde temir olub hemin qalacalari temir eledib ve bir cem qosun hemise qalalarda durarmislar XIX esr Azerbaycan tarixcisi Ehmed bey Cavansir 1747 ci ilden 1805 ci ile qeder Qarabag xanliginin siyasi veziyyetine dair adli eserinde yazirdi Mehreli xan Qarabag xanliginin idaresini ele aldiqdan sonra atasinin vesiyyetine esasen xanligin daxili isleri ile mesgul olur Susanin mohkemlendirilmesini basa catdirir o zamanlar koceri tayfalarin qisladigi Susa etrafindaki yerlere basqin eden quldur destelerinin yolunu kesmek ucun Esgeran ve Agoglan qalalarini tikdirir Bu fakti Y A Paxomov da tesdiqleyir Qala Ibrahim xanin qardasi ve Penah xanin oglu Mehreli xan terefinden hicri teqvimi ile teqriben 1172 1174 cu illerde miladi 1750 1760 tikilmisdir Qalanin muellifi ve tikilme tarixi nisbeten mubahiseli olsa da cox guman ki qalanin insasinin esasi terefinden qoyulmus Ibrahim xan terefinden ise davam etdirilerek basa catdirilmisdir Qalani tikdirenin adini cekmemesi melumdur ki ermeni muellifinin maraqlarindan kenardir Saqen Mkrtcyan qalani siyasi tebligat ucun istifade etmeyi de unutmur 1805 ci ilin iyununda 40 minlik Iran ordusu onlarla ermeni kend ve monastirlarini qaret edib yandiraraq Susa qalasini ele kecirmek ve orada yerlesen rus qarnizonunu mehv etmek meqsedile soxuldular Susaya komeye gelen mayor Karyaginin 400 neferlik destesi Esgeran yaxinliginda Xramort kendi erazisinde muhasireye dusdu Rus ordusunu qacilmaz olumden xilas etmek ucun basda melikler Vani ve Akop Yuzbasi Atabekyanlar olmaqla Qarabag konulluleri heyatlarini tehluke altina ataraq rus doyusculerini muhasireden cixartdilar Kusapat ve Moxratax ehalisi ise oz qida ehtiyatlarini rus esgerleri ile bolerek onlari acliqdan xilas etdi Qara Haci Baba 1805 il xeritesi Rus ordusunun komeyine gelen ermeniler barede heqiqeten eserinde kifayet qeder saxtakarliq ve tehriflere yol veren V Pottonun yazdigina gore o zaman Vani adli ermeni Qarabagda ruslara komek edir Susada muhasirede olan Lisanevice komeye gelen Karyagin iyunun 24 u tezden caydan kecerek Sah Bulaga dogru ireliledi Lakin Iran qosunlari terefinden muhasireye dusdu Iran suvarilerine zerbeler endirerek deste artiq Esgeran deresine yaxinlasdi lakin birden onlarin qarsisini Pirqulu xanin esas quvveleri kesdi Aydin idi ki farslar artiq Esgeran qalasinda mohkemlenibler ve Susaya geden yol baglanib Veziyyet cox tehlukeli idi Yalniz bir yol qalmisdi mudafie ucun daha etibarli yer tapmaq Xosbextlikden Karyaginin destesinde butun etraf erazini cox yaxsi taniyan Vani yuzbasi adli bir genc ermeni vardi ve o Qara Haci Baba adi ile taninan boyuk muselman qebirstanliginin yaxinligindaki tepeni gosterdi ve orada mudafie olunmagi teklif etdi Yer heqiqeten elverisli idi ve Karyagin bu mezarliga cataraq orada mohkemlendi IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Carney James Former Soviet Union Carnage in Karabakh 2008 11 30 at the Wayback Machine Time April 13 1992 http www gomap az Info Description aspx idlo 23 amp lvo 4 amp pID 1503257 Arxivlenmis suret 2017 02 12 tarixinde Istifade tarixi 2014 10 02 http sabail libmks az qarabag 1247 zhsgyran qalasd html olu kecid Arxivlenmis suret 2021 10 27 tarixinde Istifade tarixi 2014 10 02 Qiyaseddin Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Baki 1994 seh 153 preslib az 2022 03 15 at the Wayback Machine az 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 08 http xatai libmks az home 3076 xocal sgran qalas html olu kecid MenbeFeride Aslanova AMEA Tarix Institutu Esgeran qalasi Azerbaycan arxeologiyasi jurnali 2003 tom 5 nomre 1 4 Hemcinin baxEsgeran Qarabag Qarabag xanligi