Ramana qəsri — Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır.2001-ci ildə Ramana qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.
Ramana qəsri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Ramana |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | kirəc daşı |
Vəziyyəti | muzey kimi fəaliyyət göstərir |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4.3. |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsr, Şirvanşahların sifarişi ilə XIV əsrdə inşa edilmişdir. Bəzi tədqiqatçılar qəsrin inşa tarixini XII əsrə aid edirlər.
Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür.
Tarixi
Qəsr, Şirvanşahların sifarişi ilə ehtimal ki, XIV əsrdə müdafiə məqsədilə inşa edilmişdir. Bəzi tədqiqatçılar qalanın Nizami dövründə (XII əsr) tikildiyini iddia edirlər.
Əsasən, XII əsrdən etibarən tikintisinə başlanılan Abşeron qalaları bir-biri ilə təmasda idi. Həm də qalaların yarımadanın cənubla müqayisədə daha çox şimal-şərq sahillərində, yəni Bakının şimal və şimal-şərq kəndlərində tikilməsi təhlükənin də əsasən bu istiqamətdən gəldiyini göstərirdi. Sahildə yadelli gəmilərini görən ilk qala gecələr tonqal işığı, gündüzlər tüstü vasitəsilə təhlükə barədə məlumatı digər qalaya, həmin qala da bir başqa qalaya ötürürdü və beləliklə, mərkəz – Bakı qalası daxil olmaqla, bütün Abşeron ayağa qalxırdı. Bəzi tarixçilər vaxtilə bütün qalalardan digər qalaya, ümumilikdə, Bakı qalasına, o cümlədən Qız qalasına yeraltı yolların olduğunu iddia edirlər.
Memarlıq xüsusiyyətləri
Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Qüllələr arasındakı məsafə 10-11 metri keçmir ki, bu da o XIV əsrə kimi müdafiə tikililərinin inşasında ümumi qəbul edilmiş məsafədən fərqlənir. Ehtimal ki, qəsrin xarici divarlarına yaxın ərazilərin çarpaz ox atəşi ilə müdafiəsini təmin etmək niyyəti güdən memar qüllələr arasındakı məsafənin azaldılmasına qərar vermişdir.
XIII-XIV əsrlər Abşeron müdafiə tikililəri heç də hər zaman divar dibinin müdafiəsinə şərait yaratmır. Bəzən qüllələr (hətta künc qüllələri belə) Ramana qəsrində olduğu kimi yumrulanmış küclərə malikdir. Buna görə də, divar dibinin müdafiəsi xarici divarların bütün səthi boyunca düzülmüş mağzallar kəməri vasitəsilə təşkil edilirdi.
Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. L. Mamikonovun fikrincə oxvari tağ formasında həll olunmuş bu giriş qapısı qəsrə sonradan əlavə edilmişdir.
Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür. Qüllənin yaşayış sahəsinin ölçüsü 83 m2-ə bərabərdir. Donjonun yaruslarından yalnız birinci və ən sonuncu oxvari tağtavan formasında həll edilmiş daş örtüyə malikdir. Digər yarusların tavanları isə taxta şalbanlar əsasında hazırlanmış düz tavana malikdir.
Donjona dörd tərəfdən yarımdairəvi qüllələrin əlavə edilməsi, bir tərəfdən onun memarlıq xüsusiyyətlərinə təsir edərək daha möhkəm xarakter vermiş və beləcə tikilinin hündürlüyünün artırılmasına imkan vermiş, digər tərəfdən isə qüllə divarlarının müdafiəsinin daha səmərəli təşkilinə şərait yaratmışdır.
Ramana qalası filmlərin çəkilişində
Ramana qalasından “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, "Koroğlu"nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına və Bakıxanov qəsəbəsinə vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Qala divarlarından bayırda, sağ tərədə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, belə demək mümkünsə, özü-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər.
İstinadlar
- "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- Centre, UNESCO World Heritage. "The Caspian Shore Defensive Constructions". UNESCO World Heritage Centre (ingilis). unesco.org. 2019-11-01 tarixində . İstifadə tarixi: 24 aprel 2022.
- "Ramana Tower in Azerbaijan - Baku" (ingilis). castellinelmondo.altervista.org. 2018-10-02 tarixində . İstifadə tarixi: 2018-10-02.
- Бретаницкий, Усейнов, Саламзаде, 1963
- Azəri, Lalə. "Abşeronun daş yaddaşının üç səhifəsi". Mədəniyyət qəzeti. 2013 4 sentyabr: 12–13. 16 February 2020 tarixində . İstifadə tarixi: 3 may 2022.
- Hacıyev, Bəxtiyar. "Əzəmətli Ramana qalası - etibarlı müdafiə və biganəlik". trend.az. TREND News Agency. 26 Mart 2017. 28 March 2022 tarixində . İstifadə tarixi: 3 may 2022.
- Мамиконов, 1950. səh. 52
- Мамиконов, 1950. səh. 53
- Мамиконов, 1950. səh. 54
- Ramana kəndi[ölü keçid]
Ədəbiyyat
- Ашурбейли, С. Б. История города Баку. Период средневековья. Баку: Азернешр. 1992. səh. 408. ISBN .
- Бретаницкий, Л. С. Баку. Ленинград-Москва: Искусство. 1970. səh. 245.
- Мамед-заде, К. М. Строительное искусство Азербайджана (с древнейших времён до XIX века) / Научный редактор aкадемик АН Азерб. ССР А. В. Саламзаде. Баку: Элм. 1983.
- Щеблыкин, И. П. Памятники азербайджанского зодчества эпохи Низами (материалы) / Под ред. И. Джафарзаде. Баку: Издательство АзФАН. 1943.
- Мамиконов, Л. Г. К изучению средневековых оборонительных сооружений Апшерона. Москва-Баку: Государственное Архитектурное Издательство. 1946.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ramana qesri Baki seheri Sabuncu rayonu Ramana qesebesi erazisinde yerlesen tarix memarliq abidesi Qesr Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi terefinden dunya ehemiyyetli abide kimi qeydiyyata alimisdir 2001 ci ilde Ramana qalasi diger Xezeryani mudafie qurgulari ile birlikde UNESCO nun Ehtiyat siyahisina daxil edilmisdir Ramana qesri40 27 22 sm e 49 58 48 s u Olke AzerbaycanSeher BakiYerlesir RamanaAidiyyati Sirvansahlar dovletiTikilme tarixi XIV esrUslubu Sirvan Abseron memarliq mektebiMaterial kirec dasiVeziyyeti muzey kimi fealiyyet gosterirUNESCO Ehtiyat SiyahisiResmi adi The Caspian Shore Defensive ConstructionsTipiMedeniTeyin edilib2001Istinad nom 1573DovletAzerbaycanRegionAvropaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 4 3 KateqoriyaQalaEhemiyyetiDunya ehemiyyetliRamana qesriQesrin umumi plani Vikianbarda elaqeli mediafayllar Qesr Sirvansahlarin sifarisi ile XIV esrde insa edilmisdir Bezi tedqiqatcilar qesrin insa tarixini XII esre aid edirler Qesrin daxili heyetinin terefleri 28x10 metr olcuye malikdir Qesrin xarici divarlari kunclerden ve divar boyunca yerlesdirilmis yarimdairevi formaya malik kor qullelerle mohkemlendirilmisdir Ramana qalasinin girisi uzerinde mudafie meydancasi yerlesir Dairevi donjonlar ucun xarakterik olan uc yaruslu formanin eksine Ramana qesrinin kvadrat formali donjonu dord yarusa bolunur TarixiQesr Sirvansahlarin sifarisi ile ehtimal ki XIV esrde mudafie meqsedile insa edilmisdir Bezi tedqiqatcilar qalanin Nizami dovrunde XII esr tikildiyini iddia edirler Esasen XII esrden etibaren tikintisine baslanilan Abseron qalalari bir biri ile temasda idi Hem de qalalarin yarimadanin cenubla muqayisede daha cox simal serq sahillerinde yeni Bakinin simal ve simal serq kendlerinde tikilmesi tehlukenin de esasen bu istiqametden geldiyini gosterirdi Sahilde yadelli gemilerini goren ilk qala geceler tonqal isigi gunduzler tustu vasitesile tehluke barede melumati diger qalaya hemin qala da bir basqa qalaya otururdu ve belelikle merkez Baki qalasi daxil olmaqla butun Abseron ayaga qalxirdi Bezi tarixciler vaxtile butun qalalardan diger qalaya umumilikde Baki qalasina o cumleden Qiz qalasina yeralti yollarin oldugunu iddia edirler Memarliq xususiyyetleriQesrin donjonu ve donjonun ikinci mertebesinde yasayis sahesinin plani Qesrin daxili heyetinin terefleri 28x10 metr olcuye malikdir Qesrin xarici divarlari kunclerden ve divar boyunca yerlesdirilmis yarimdairevi formaya malik kor qullelerle mohkemlendirilmisdir Qulleler arasindaki mesafe 10 11 metri kecmir ki bu da o XIV esre kimi mudafie tikililerinin insasinda umumi qebul edilmis mesafeden ferqlenir Ehtimal ki qesrin xarici divarlarina yaxin erazilerin carpaz ox atesi ile mudafiesini temin etmek niyyeti guden memar qulleler arasindaki mesafenin azaldilmasina qerar vermisdir XIII XIV esrler Abseron mudafie tikilileri hec de her zaman divar dibinin mudafiesine serait yaratmir Bezen qulleler hetta kunc qulleleri bele Ramana qesrinde oldugu kimi yumrulanmis kuclere malikdir Buna gore de divar dibinin mudafiesi xarici divarlarin butun sethi boyunca duzulmus magzallar kemeri vasitesile teskil edilirdi Ramana qalasinin girisi uzerinde mudafie meydancasi yerlesir L Mamikonovun fikrince oxvari tag formasinda hell olunmus bu giris qapisi qesre sonradan elave edilmisdir Dairevi donjonlar ucun xarakterik olan uc yaruslu formanin eksine Ramana qesrinin kvadrat formali donjonu dord yarusa bolunur Qullenin yasayis sahesinin olcusu 83 m2 e beraberdir Donjonun yaruslarindan yalniz birinci ve en sonuncu oxvari tagtavan formasinda hell edilmis das ortuye malikdir Diger yaruslarin tavanlari ise taxta salbanlar esasinda hazirlanmis duz tavana malikdir Donjona dord terefden yarimdairevi qullelerin elave edilmesi bir terefden onun memarliq xususiyyetlerine tesir ederek daha mohkem xarakter vermis ve belece tikilinin hundurluyunun artirilmasina imkan vermis diger terefden ise qulle divarlarinin mudafiesinin daha semereli teskiline serait yaratmisdir Ramana qalasi filmlerin cekilisindeRamana qalasindan Koroglu Nesimi ve Babek filmlerinin cekilisinde istifade olunub Ve ele qala sonuncu defe bu filmlerden birinin Koroglu nun cekilisi zamani 1956 ci ilde berpa olunub O zaman qala daginiq veziyyetde olub Tarixciler Ramana qalasindan Qiz qalasina ve Bakixanov qesebesine vaxtile yeralti yolun oldugunu qeyd edibler Qala divarlarindan bayirda sag terede qayaya benzer iri das parcasi ilk baxisdan diqqeti celb etmese de bele demek mumkunse ozu ozluyunde mahiyyet etibarile xos bir hadiseni yasadir Bulbul Koroglunun ariyasini mehz bu dasin yaninda ifa edib Ele kend sakinleri de kendi ziyaret edib tarixi abidelerini seyr eden her kese bu iri das parcasini mehz bu cur teqdim edirler Istinadlar Dunya ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisi PDF Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi 2 avqust 2001 2021 07 07 tarixinde PDF Istifade tarixi 18 iyul 2020 Centre UNESCO World Heritage The Caspian Shore Defensive Constructions UNESCO World Heritage Centre ingilis unesco org 2019 11 01 tarixinde Istifade tarixi 24 aprel 2022 Ramana Tower in Azerbaijan Baku ingilis castellinelmondo altervista org 2018 10 02 tarixinde Istifade tarixi 2018 10 02 Bretanickij Usejnov Salamzade 1963 Azeri Lale Abseronun das yaddasinin uc sehifesi Medeniyyet qezeti 2013 4 sentyabr 12 13 16 February 2020 tarixinde Istifade tarixi 3 may 2022 Haciyev Bextiyar Ezemetli Ramana qalasi etibarli mudafie ve biganelik trend az TREND News Agency 26 Mart 2017 28 March 2022 tarixinde Istifade tarixi 3 may 2022 Mamikonov 1950 seh 52 Mamikonov 1950 seh 53 Mamikonov 1950 seh 54 Ramana kendi olu kecid EdebiyyatAshurbejli S B Istoriya goroda Baku Period srednevekovya Baku Azerneshr 1992 seh 408 ISBN 5 552 00479 5 Bretanickij L S Baku Leningrad Moskva Iskusstvo 1970 seh 245 Mamed zade K M Stroitelnoe iskusstvo Azerbajdzhana s drevnejshih vremyon do XIX veka Nauchnyj redaktor akademik AN Azerb SSR A V Salamzade Baku Elm 1983 Sheblykin I P Pamyatniki azerbajdzhanskogo zodchestva epohi Nizami materialy Pod red I Dzhafarzade Baku Izdatelstvo AzFAN 1943 Mamikonov L G K izucheniyu srednevekovyh oboronitelnyh sooruzhenij Apsherona Moskva Baku Gosudarstvennoe Arhitekturnoe Izdatelstvo 1946 Hemcinin baxDordkunc Merdekan qalasi Azerbaycan memarligi