Bakı qalası — Bakı şəhərinin orta əsrlərə aid İçərişəhər hissəsini əhatə edən qala divarları və qüllələrdir. Səyyahların illüstrasiyaları və XIX əsrin əvvəllərinə aid fotolardan məlum olur ki, vaxtilə Bakı şəhəri iki qat qala divarları ilə əhatə olunmuşdur. Həmin qaladan dövrümüzə yalnız daşdan olan hündür divarlar və onun bir neçə qapısı çatmışdır. I Şah Abbasın hakimiyyəti dövründə və daha sonra bu divar və qapılar dəfələrlə təmir və bərpa edilmişdir.
Bakı qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Səbail rayonu |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | III Böyük Mənuçöhr |
Tikilmə tarixi | XII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Sahəsi | 22 ha |
Vəziyyəti | qoruq |
Rəsmi sayt | icherisheher.gov.az |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 66 |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Dövrümüzə çatmış qala divarları, qüllələr, mazğallar, banketlər, maşikullarla bərkidilmiş və əsrlər boyunca şəhər üçün etibarlı müdafiə təmin etmişdir. Orta əsrlərdə qala divarları 1500 metr uzunluğa malik olsa da, dövrümüzə yalnız 500 metrlik hissəsi çatmışdır. Qala divarları 3.5 metr enə, yerlərindən asılı olaraq, 8–10 metr hündürlüyə malikdir.
XVIII əsrdə rus hərbi mühəndislərinin Bakı qalasına əlavə etdiyi altı bastion, onun funksionallığını daha da artırmışdır, lakin rusların qalanı tərk etməsindən sonra, bastionlar da tərk edilmişdir. Bakının Rusiya imperiyasına tabe edilməsindən sonra Bakı qalasının genişləndirilməsi planı hazırlanmşdır. 10 iyul 1796-cı ildə tərtib edilmiş həmin plana əsasən Bakı qalası, hazırda Seyid Mirbabayevin sarayı yerləşən əraziyə kimi genişləndirilməli idi, lakin həmin plan həyata keçirilməmiş və Bakı qalası XIX əsrin 80-ci illərinə kimi XVII əsrin əvvəllərində formalaşmış memarlıq simasını və XII əsrə aid memarlıq elementlərini saxlaya bilmişdir.
Tarixi
Orta əsrlərdə Bakı qala divarları Xəzər dənizinə kimi uzanırdı. Tektonik proseslər nəticəsində sahilin görünüşü tez-tez dəyişmiş və dənizin səviyyəsi aşağı düşmüşdü. Buna görə də Bakı qalası ilə Xəzər dənizi arasında geniş sahil ərazisi meydana gəlmiş və sonradan bu ərazidə Neftçilər prospekti və Dənizkənarı bulvar salınmışdır.
Quru tərəfdən qala divarları enli və dərin xəndəklərlə əhatə olunmuşdu. Xəndəklər üç istiqamətdən qala divarlarına doğru uzanan yeraltı su kəmərləri vasitəsiylə su ilə doldurulurdu. Cənubdan – yəni dəniz tərəfdən isə qala divarları bir qatlı olmuşdur.
Şəhərin qədim müdafiə sistemində, Bak buxtasında yerləşən Bayıl qalası istiqamətində dənizin içinə doğru uzanan divar və qüllələr də mühüm rol oynamışdır. Həmin divar və qüllələri XVII əsrdə Bakıya səfər etmiş alman səyyah Engelbert Kempferin Bakı qravürasında görmək mümkündür. 1927-ci ildə kanalizasiya sisteminin yaradılması zamanı Qız qalası tərəfdə 2.75 metr dərinlikdə dəniz tərəfdə yerləşən divarın qalıqları da aşkarlanmışdır. Bakının feodal dövrünə aid olan bu qədim qala divarlarının təməli üzərində sonradan dövrümüzə çatmış qala divarları inşa edilmişdir. XVII əsrdə ikinci sıra qala divarları inşa edilmişdir.I Şah Abbasın hakimiyyəti dövründə — 608–1609-cu illərdə Bakı qalasında əsaslı bərpa işləri aparılmış, Zülfüqar xanın göstərişi ilə isə, xarici qaladivarları inşa edilmişdir. Bu barədə məlumat, qoşa qala qapısı üzərində hicri təqvim ilə 1017-ci ilə (miladi 1608–1609) aid kitabədə verilmişdir.
Orta əsrlərdə Bakı qalası beş qapıya malik olmuşdur. 1656-cı ildə Bakıya səfər etmiş türk səyyah Övliya Çələbi yazır:
Xəzər dənizinin sahilində yerləşən Bakı qalası yüksək təpə üzərində yerləşməklə gözəl kvadrat formasına malikdir. Daxili qala divarları qərb tərəfə istiqamətlənmişdir. Darvaza Naxçıvan dəmirindən hazırlanmışdır. |
1954-cü ildə şimal divarında yerləşən qüllələrdən birinin qismən uçması zamanı XII əsrə aid olan və ərəb dilindəkufi xətti ilə yazılmış kitabə aşkar edilmişdir. Hazırda Azərbaycan Tarix Muzeyində saxlanan kitabə, dövrümüzə çatmamış iri inşaat kitabəsinin bir hissəsidir. Aşkarlanmış kitabədə Bakı qalasının XII əsrin birinci yarısında Şirvanşah III Mənuçöhrün (1120–1160) sifarişi ilə inşa edildiyi göstərilmişdir.
"Şəhər qalasının bina edilməsinə əmr etdi: əzəmətli məlik, alim, adil, müzəffər, mənsur, mücahid, dinin və dövlətin fəxri, islam və müsəlmanların istinadgahı, ən böyük Xaqan, böyük Şirvanşah Əbülhica Mənuçöhr bin …" . |
XIX əsrin əvvəllərində qala divarlarının daxili boyunca üzükvari küçə () yaradılmışdır. XIX əsrin 80-ci illərində Bakı qalasının xarici divarları sökülmüşdür. Hələ, 1868-ci ildə Bakı qubernatoru şəhərin abadlaşdırılması üçün xarici qala divarlarının sökülməsi məqsədilə Qafqaz hərbi dairəsinə müraciət etmişdir. 1870-ci ildə qala divarlarınn xarici yarusunun sökülməsinə razılıq verilmişdir. 1886-cı ildə bu məsələ Bakı Şəhər Dumasında müzakirə olunmuş və xarici divarların sökülməsi qərarlaşdırılmışdır. Zülfüqar xan tərəfindən tikilmiş qapı isə xarici divardakı yanın keçirilmişdir. Həmin dövrdən etibarən hər iki qapı birlikdə Qoşa qala qapıları adlandırılmağa başlamışdır.
Memarlıq xüsusiyyətləri
Hündürlüyü 8–12 metrə, eni isə 3,5 metrə çatan şəhər divarları Bakının asayişini təmin edirdi. Orta əsrlərdə Qala divarlarının uzunluğu 1500 metr idi bu gün isə qala divarlarının uzunluğu 500 metrdi. Qala divarının əvvəlki uzunluğunun yalnız üçdə iki hissəsi dövrümüzə qədər gəlib çatıb, lakin bu fraqment orta əsr Bakısında müdafiənin nə dərəcədə düşünüldüyünü söyləməyə əsas verir. Divarın perimetri boyu hər tərəfdə qala bacaları – mazğallar açılmışdı və burada oxçular, daha sonra isə atıcılar atəş açırdı. Orta əsr mənbələrinə əsasən divarlar içində top mazğallarının açıldığı 70 yarımdairəvi döyüş qülləsi (hazırda 25 qüllə mövcuddur) ilə möhkəmləndirmişdi.
İçərişəhərin şimal hissəsində əsas müdafiə qülləsi və ya donjon – dördbucaqlı qala bürcü yerləşir. Bu qala xalq etimologiyasında "cəbbəxana" (silah anbarı) adlanır. Bakı donjonun özünəməxsusluğu ondadır ki, ayrıca müdafiə qurğusu olmasına baxmayaraq, inşaatçılar onu şəhərin mərkəzində deyil, qala divarının cərgəsində ucaldaraq divarı möhkəmləndirmişlər.
Bakı qalasının beş qapısından əsas olanı Şamaxı qapısıdır. XVIII əsrdə rus hərbi mühəndislərinin Bakı qalasına əlavə etdiyi altı bastion, onun funksionallığını daha da artırmışdır, lakin rusların qalanı tərk etməsindən sonra, bastionlar da tərk edilmişdir. Bakının Rusiya imperiyasına tabe edilməsindən sonra Bakı qalasının genişləndirilməsi planı hazırlanmşdır. 10 iyul 1796-cı ildə tərtib edilmiş həmin plana əsasən Bakı qalası, hazırda Seyid Mirbabayevin sarayı yerləşən əraziyə kimi genişləndirilməli idi, lakin həmin plan həyata keçirilməmiş və Bakı qalası XIX əsrin 80-ci illərinə kimi XVII əsrin əvvəllərində formalaşmış memarlıq simasını və XII əsrə aid memarlıq elementlərini saxlaya bilmişdir.
Qapıları
Qoşa qala qapıları
Qoşa qala qapıları kimi tanınan qapılar, Bakı qalasının quru tərəfdən əsas giriş qapısı olmaqla, qala divarlarının şimal tərəfində yerləşir. Qoşa qala qapıları vaxtilə bir-birincən 15 metr aralı yerləşən iki qala divarında yerləşən qapıların bir divarda birləşdirilməsi ilə yaranmışdır. Qədim qapılardan biri birinci qala divarında yerləşən XII əsrdə inşa edilmiş Şamaxı qapısı, digəri isə sökülmüş ikinci qala divarında yerləşmiş və Şamaxı qapısının yanına köçürülmüş XVII əsrdə inşa edilmiş Zülfüqar xan qapısıdır.
1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil vermişdir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilmişdir. 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsinə qərar alınmış və 1886-cı ildə köçürülmə tamamlanmışdır.
Qoşa qala qapılarında üç dəfə təmir və bərpa işləri aparılmışdır. İlk təmir işi Rusiya imperiyası dövründə — 1864-cü ildə həyata keçirilmişdir. İkinci dəfə qala qapılarında möhkəmləndirmə və bərpa işləri Azərbaycan SSR dövründə — 1952–1957-ci illərdə həyata keçirilmişdir. Sonuncu dəfə Qoşa qala qapıları 2018–2019-cu illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə avstriyalı bərpaçı Erik Pumerin komandası tərəfindən həyata keçirilib.
Hər iki qapının ölçü və formaları demək olar ki, eynidir. Qala divarlarına yaxınlaşan düşmənlərdən müdafiənin təmin edilməsi üçün bütün divar boyunca, eyni zamanda Qoşa qala qapıları üzərində mazğallar və maşikullar yerləşdirilmişdir.{{sfn|Рзаев|1950|pp=30}
Salyan qapısı
Bakı qalasının cənub-qərb divarında yerləşən qapıdır. Salyan darvazası Azneft meydanına açılan bağda yerləşir. Qapı günbəzvari şəkildə tağbənd formasında tikilmişdir.
Qız qalası
Bakı qalasının cənub-şərq hissəsindəyerləşən uca qüllə şəkilli bu qüllə 28 metr hündürlüyə malikdir. Qız qalasının diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.
Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir.
Funksiyaca Qız qalasının zikkuratın Abşeron variantı, atəşpərəstlik məbədi, sükut qülləsi, göz qülləsi, rəsədxana, passiv müdafiə tikilisi və s. olması haqqında ziddiyyətli fikirlər irəli sürülmüşdür. Prof. Cəfər Qiyasi qeyd edir ki,
"Qız qalasının əvvələr hansı məqsədlə inşa edilməsi üzərində dayanmadan demək olar ki, abidədə uzunmüddətli passiv müdafiə üçün tikilmiş qüllə tippli qalaların səciyyəvi cəhətləri var: divarları çox qalındır (aşağıda 5 m, yuxarıda 4 m) , qülləyə basqını çətinləşdirmək üçün birinci və ikinci mərtəbə arasında pilləkən quraşdırılmayıb, divarı içərisində ağzı üçüncü mərtəbəyə açılan su quyusu qurulub, gövdəsinə bitişik bürclü qala divarı gedir və s. Ən başlıcası isə iç məkan quruluşu baxımından Qız qalası Abşeron qəsrlərinin dairəvi qüllələri ilə bir olub, onlardan kəmiyyətcə – böyük hündürlüyü və mərtəbələrinin çoxluğu ilə seçilir."
Donjon
XV əsrdə Bakı qalasının Şərq divarı yanında, xüsusən şimal tərəfdən düşmənə müqavimət göstərmək məqsədilə dördbucaqlı qala (donjon) tikilmişdir. Bürc və yarımdairəvi qalalar müdafiə sisteminin ayrılmaz hissəsi idi. Qalanın hündürlüyü 16, divar qalınlığı 2 m-dir. Əsgərlərin sürətli hərəkəti üçün qala divarının altı boyunca davam edən yeraltı yol qoşa qala darvazasına doğru istiqamətlənmişdi. Bu yeraltı yol şəhəri şimal tərəfdən əhatə edirdi.
Orta əsrlərdə, istər dinclik dövründə, istərsə də müharibə şəraitində bu qaladan silah anbarı (cəbbəxana) kimi istifadə olunmuşdur. Qala-bürcün tikilməsi əsasən iki məqsəd daşıyırdı. Qala divarlarının görüntüsünün möhtəşəmliyini artıraraq Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək üçün ərazini nəzarətdə saxlamaq və qapalı, geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək. Bu dördkünc qalanı donjon da adlandırırlar. Rusların Bakıya gəlişindən sonra Qalada silah anbarlarının sayı daha da artdı. Qalanın cənub divarında, küncdə su quyusu vardır ki, bu da insanların uzun müddət qala daxilində sığınacaq tapmasına yardım edirdi.
Populyar mədəniyyətdə
Filmoqrafiya
- Bakı qalası — 1965-ci ildə çəkilmiş sənədli film.
- Bakı qalası — 1969-cu ildə çəkilmiş sənədli film.
- Bakı qalası — 1973-cü ildə çəkilmiş sənədli film.
Təsviri sənətdə
İçərişəhər bir çox tanınmış rəssamın əsərində təsvir edilmişdir. Qədim şəhərin abidələri və küçələrini Engelbert Kempfer, Aleksey Boqolyubov, Qriqori Qaqarin, Vasili Vereşşagin, Aleksandr Kuprin, Əzim Əzimzadə, Tahir Salahov və başqa məşhur rəssamların əsərlərində görmək mümkündür.
Belə hesab edilir ki, Bakını ilk təsvir edən, 1630-cu ildə onun görünüşünü yaratmış İsveç rəssamsəyyahı Engelbert Kempfer olmuşdur. Onun əsərində Bakı dənizin içlərinə doğru uzanan qalın qala divarlarının içində, düz damlı evlərlə təsvir olunmuşdur. 1770-ci ildə Bakıya gəlmiş Rusiya EA-nın təmsilçisi Qmelin Bakını həndəsi üçbucaq formasında təsvir etmişdir. XIX əsrdə Bakının ruslar tərəfindən ələ keçirilməsindən sonra rəssamlar arasında da şəhərə maraq artmışdır. İçərişəhərin ümumi planı 10 manatlıq azərbaycan əskinasının əks tərəfində əks olunmuşdur.
- Aleksandr Münster - Bakı, rəngli litoqrafiya, 1850-ci il
- A.Bogolyubov - Bakıda dəniz sahili, XIX əsrin II yarısı
- Q. Sergeyev - Bakı, 1796-cı il
- Jan Pyer Mone - Bakı, 1830-cu illər
- Pyotr Vereşşagin. «Bakı şəhərinin dənizdən görünüşü». 1872-ci il
- T. Teylor - Bakı limanı və Bayıl burnu, 1880-1881-ci illər.
- Qriqori Qaqarin - Bakıda xan sarayı, 1847-ci il.
- Aleksey Boqolyubov - Bakıda günorta vaxtı küçə, 1861-ci il.
Poçt markalarında
- Azərbaycan poçt markası, 1920
- Azərbaycan poçt markası, 2010
- Azərbaycan poçt markası, 2010
- Azərbaycan poçt markası, 2010
- Azərbaycan poçt markası, 2017
Əsginaslarda
- 10 manat
- 100 manat
İstinadlar
- Дадашев, Усейнов, 1948
- "Памятники Национального значения". Официальный сайт Управления государственного историко-архитектурного заповедника Ичери-Шехер. 2012-01-01 tarixində . İstifadə tarixi: 2015-09-24.
- Бретаницкий, 1970
- Ашурбейли, 1992
- Саламзаде, Авалов, Салаев, 1979
- В. В., Бартольд. Место прикаспийских областей в истории мусульманского мира // Сочинения (Т. II). 1963. 756.
- Ашурбейли, С. Б. Очерк истории средневекового Баку. Баку: Издательство Академии наук Азербайджанской СССР. 1964. 250.
- Путеводитель по экспозиции музея. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1961. 43.
- Бретаницкий, Л. С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Наука, Главная редакция восточной литературы. 1966. 376.
- Сулейманов, М. Дни минувшие. Баку: Азербайджанское государственное издательство. 1990. 8.
- Саламзаде, 1964. səh. 86
- Рзаев, 1950. səh. 32
- "Qoşa qala qapıları bərpa olunub". CBC TV Xəbərlər. 30 oktyabr 2019. 2022-03-27 tarixində . İstifadə tarixi: 27 mart 2022.
- "Maiden Tower" (ingilis). icherisheher.gov.az. September 20, 2021 tarixində . İstifadə tarixi: September 20, 2021.
- Л. С.Бретаницкий, Б.В. Веймарн. АЗЕРБАЙДЖАН IV—XVIII веков. Москва: Издательство "ИСKУССТВО ". 1976.
- Qiyasi, C. Nizami dövrünün memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. 163.
- . Официальный сайт Управления государственного историко-архитектурного заповедника Ичери-Шехер. 2012-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-03.
Ədəbiyyat
- Бретаницкий, Л. С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Наука, Главная редакция восточной литературы. 1966.
- Ашурбейли, С. Б. Очерк истории средневекового Баку. Баку: Издательство Академии наук Азербайджанской СССР. 1964.
- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
- Рзаев, Н. Северные ворота крепостных стен города Баку, (Памятники Архитектуры Азербайджана). Москва-Баку: Государственное Архитектурное Издательство. 1946.
- Сысоев, В. Краткий путеводитель по древностям города Баку и его районов. Баку: Изд-во Наркомпросс АССР, Азерб. археол. Ком. 1925.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baki qalasi Baki seherinin orta esrlere aid Iceriseher hissesini ehate eden qala divarlari ve qullelerdir Seyyahlarin illustrasiyalari ve XIX esrin evvellerine aid fotolardan melum olur ki vaxtile Baki seheri iki qat qala divarlari ile ehate olunmusdur Hemin qaladan dovrumuze yalniz dasdan olan hundur divarlar ve onun bir nece qapisi catmisdir I Sah Abbasin hakimiyyeti dovrunde ve daha sonra bu divar ve qapilar defelerle temir ve berpa edilmisdir Baki qalasiQala divarlarinin Filarmoniya bagi terefden kecen hissesi40 19 sm e 49 52 s u Olke AzerbaycanSeher Baki BakiYerlesir Sebail rayonuAidiyyati Iceriseher Dovlet Tarix Memarliq QoruguSifarisci III Boyuk MenucohrTikilme tarixi XII esrUslubu Sirvan Abseron memarliq mektebiSahesi 22 haVeziyyeti qoruqResmi sayt icherisheher gov azUNESCO Umumdunya IrsiResmi adi Walled City of Baku with the Shirvanshah s Palace and Maiden TowerTipiMedeniKriteriyaviTeyin edilib2000Istinad nom 958DovletAzerbaycanRegionAvropa ve Simali AmerikaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 66KateqoriyaKompleksEhemiyyetiDunya ehemiyyetliBaki qalasinin plani Vikianbarda elaqeli mediafayllar Dovrumuze catmis qala divarlari qulleler mazgallar banketler masikullarla berkidilmis ve esrler boyunca seher ucun etibarli mudafie temin etmisdir Orta esrlerde qala divarlari 1500 metr uzunluga malik olsa da dovrumuze yalniz 500 metrlik hissesi catmisdir Qala divarlari 3 5 metr ene yerlerinden asili olaraq 8 10 metr hundurluye malikdir XVIII esrde rus herbi muhendislerinin Baki qalasina elave etdiyi alti bastion onun funksionalligini daha da artirmisdir lakin ruslarin qalani terk etmesinden sonra bastionlar da terk edilmisdir Bakinin Rusiya imperiyasina tabe edilmesinden sonra Baki qalasinin genislendirilmesi plani hazirlanmsdir 10 iyul 1796 ci ilde tertib edilmis hemin plana esasen Baki qalasi hazirda Seyid Mirbabayevin sarayi yerlesen eraziye kimi genislendirilmeli idi lakin hemin plan heyata kecirilmemis ve Baki qalasi XIX esrin 80 ci illerine kimi XVII esrin evvellerinde formalasmis memarliq simasini ve XII esre aid memarliq elementlerini saxlaya bilmisdir TarixiEsas meqale Iceriseher Engelbert Kempfer terefinden 1630 cu ilde cekilmis qravurde Baki qalasinin Xezer denizinin icine geden dovrumuze catmamis divari gorunur Aleksey Boqolyubov terefindeb 1861 ci ilde cekilmis resmde Baki qalasinin dovrumuze catmamis Qiz qalasi yaxinliginda duz deniz kenarinda yerlesen divarlari gorunmekdedir Orta esrlerde Baki qala divarlari Xezer denizine kimi uzanirdi Tektonik prosesler neticesinde sahilin gorunusu tez tez deyismis ve denizin seviyyesi asagi dusmusdu Buna gore de Baki qalasi ile Xezer denizi arasinda genis sahil erazisi meydana gelmis ve sonradan bu erazide Neftciler prospekti ve Denizkenari bulvar salinmisdir Quru terefden qala divarlari enli ve derin xendeklerle ehate olunmusdu Xendekler uc istiqametden qala divarlarina dogru uzanan yeralti su kemerleri vasitesiyle su ile doldurulurdu Cenubdan yeni deniz terefden ise qala divarlari bir qatli olmusdur Seherin qedim mudafie sisteminde Bak buxtasinda yerlesen Bayil qalasi istiqametinde denizin icine dogru uzanan divar ve qulleler de muhum rol oynamisdir Hemin divar ve qulleleri XVII esrde Bakiya sefer etmis alman seyyah Engelbert Kempferin Baki qravurasinda gormek mumkundur 1927 ci ilde kanalizasiya sisteminin yaradilmasi zamani Qiz qalasi terefde 2 75 metr derinlikde deniz terefde yerlesen divarin qaliqlari da askarlanmisdir Bakinin feodal dovrune aid olan bu qedim qala divarlarinin temeli uzerinde sonradan dovrumuze catmis qala divarlari insa edilmisdir XVII esrde ikinci sira qala divarlari insa edilmisdir I Sah Abbasin hakimiyyeti dovrunde 608 1609 cu illerde Baki qalasinda esasli berpa isleri aparilmis Zulfuqar xanin gosterisi ile ise xarici qaladivarlari insa edilmisdir Bu barede melumat qosa qala qapisi uzerinde hicri teqvim ile 1017 ci ile miladi 1608 1609 aid kitabede verilmisdir Orta esrlerde Baki qalasi bes qapiya malik olmusdur 1656 ci ilde Bakiya sefer etmis turk seyyah Ovliya Celebi yazir Xezer denizinin sahilinde yerlesen Baki qalasi yuksek tepe uzerinde yerlesmekle gozel kvadrat formasina malikdir Daxili qala divarlari qerb terefe istiqametlenmisdir Darvaza Naxcivan demirinden hazirlanmisdir 1954 cu ilde simal divarinda yerlesen qullelerden birinin qismen ucmasi zamani XII esre aid olan ve ereb dilindekufi xetti ile yazilmis kitabe askar edilmisdir Hazirda Azerbaycan Tarix Muzeyinde saxlanan kitabe dovrumuze catmamis iri insaat kitabesinin bir hissesidir Askarlanmis kitabede Baki qalasinin XII esrin birinci yarisinda Sirvansah III Menucohrun 1120 1160 sifarisi ile insa edildiyi gosterilmisdir XII esre aid uzerinde ereb dilinde uc setir yazilmis das kitabe Bakidaki Azerbaycan Tarix Muzeyinde saxlanilir Kitabenin reproduksiyasi Seher qalasinin bina edilmesine emr etdi ezemetli melik alim adil muzeffer mensur mucahid dinin ve dovletin fexri islam ve muselmanlarin istinadgahi en boyuk Xaqan boyuk Sirvansah Ebulhica Menucohr bin XIX esrin evvellerinde qala divarlarinin daxili boyunca uzukvari kuce yaradilmisdir XIX esrin 80 ci illerinde Baki qalasinin xarici divarlari sokulmusdur Hele 1868 ci ilde Baki qubernatoru seherin abadlasdirilmasi ucun xarici qala divarlarinin sokulmesi meqsedile Qafqaz herbi dairesine muraciet etmisdir 1870 ci ilde qala divarlarinn xarici yarusunun sokulmesine raziliq verilmisdir 1886 ci ilde bu mesele Baki Seher Dumasinda muzakire olunmus ve xarici divarlarin sokulmesi qerarlasdirilmisdir Zulfuqar xan terefinden tikilmis qapi ise xarici divardaki yanin kecirilmisdir Hemin dovrden etibaren her iki qapi birlikde Qosa qala qapilari adlandirilmaga baslamisdir Memarliq xususiyyetleriBaki qalasinin Filarmoniya bagi terefden kecen hissesi Hundurluyu 8 12 metre eni ise 3 5 metre catan seher divarlari Bakinin asayisini temin edirdi Orta esrlerde Qala divarlarinin uzunlugu 1500 metr idi bu gun ise qala divarlarinin uzunlugu 500 metrdi Qala divarinin evvelki uzunlugunun yalniz ucde iki hissesi dovrumuze qeder gelib catib lakin bu fraqment orta esr Bakisinda mudafienin ne derecede dusunulduyunu soylemeye esas verir Divarin perimetri boyu her terefde qala bacalari mazgallar acilmisdi ve burada oxcular daha sonra ise aticilar ates acirdi Orta esr menbelerine esasen divarlar icinde top mazgallarinin acildigi 70 yarimdairevi doyus qullesi hazirda 25 qulle movcuddur ile mohkemlendirmisdi Iceriseherin simal hissesinde esas mudafie qullesi ve ya donjon dordbucaqli qala burcu yerlesir Bu qala xalq etimologiyasinda cebbexana silah anbari adlanir Baki donjonun ozunemexsuslugu ondadir ki ayrica mudafie qurgusu olmasina baxmayaraq insaatcilar onu seherin merkezinde deyil qala divarinin cergesinde ucaldaraq divari mohkemlendirmisler Baki qalasinin bes qapisindan esas olani Samaxi qapisidir XVIII esrde rus herbi muhendislerinin Baki qalasina elave etdiyi alti bastion onun funksionalligini daha da artirmisdir lakin ruslarin qalani terk etmesinden sonra bastionlar da terk edilmisdir Bakinin Rusiya imperiyasina tabe edilmesinden sonra Baki qalasinin genislendirilmesi plani hazirlanmsdir 10 iyul 1796 ci ilde tertib edilmis hemin plana esasen Baki qalasi hazirda Seyid Mirbabayevin sarayi yerlesen eraziye kimi genislendirilmeli idi lakin hemin plan heyata kecirilmemis ve Baki qalasi XIX esrin 80 ci illerine kimi XVII esrin evvellerinde formalasmis memarliq simasini ve XII esre aid memarliq elementlerini saxlaya bilmisdir Qapilari Qosa qala qapilari Qosa qala qapilarinin Istiqlaliyyet kucesinden gorunusuEsas meqale Qosa qala qapilari Qosa qala qapilari kimi taninan qapilar Baki qalasinin quru terefden esas giris qapisi olmaqla qala divarlarinin simal terefinde yerlesir Qosa qala qapilari vaxtile bir birincen 15 metr arali yerlesen iki qala divarinda yerlesen qapilarin bir divarda birlesdirilmesi ile yaranmisdir Qedim qapilardan biri birinci qala divarinda yerlesen XII esrde insa edilmis Samaxi qapisi digeri ise sokulmus ikinci qala divarinda yerlesmis ve Samaxi qapisinin yanina kocurulmus XVII esrde insa edilmis Zulfuqar xan qapisidir 1796 ci ilde Baki xani Huseynqulu xan seheri teslim ederek qalanin acarini Rusiya imperiyasina tehvil vermisdir Seherin ruslar terefinden ele kecirilmesinden sonra 1809 cu ilde Baki qalasinin plani tertib edilmisdir 1883 cu ilde qala divarlarinin ikinci sirasinin sokulmesi zamani Zulfuqar qapisi Samaxi qapisinin yanina kocurulmesine qerar alinmis ve 1886 ci ilde kocurulme tamamlanmisdir Qosa qala qapilarinda uc defe temir ve berpa isleri aparilmisdir Ilk temir isi Rusiya imperiyasi dovrunde 1864 cu ilde heyata kecirilmisdir Ikinci defe qala qapilarinda mohkemlendirme ve berpa isleri Azerbaycan SSR dovrunde 1952 1957 ci illerde heyata kecirilmisdir Sonuncu defe Qosa qala qapilari 2018 2019 cu illerde Iceriseher Dovlet Tarix Memarliq Qorugu Idaresinin sifarisi ile avstriyali berpaci Erik Pumerin komandasi terefinden heyata kecirilib Her iki qapinin olcu ve formalari demek olar ki eynidir Qala divarlarina yaxinlasan dusmenlerden mudafienin temin edilmesi ucun butun divar boyunca eyni zamanda Qosa qala qapilari uzerinde mazgallar ve masikullar yerlesdirilmisdir sfn Rzaev 1950 pp 30 Salyan qapisi Esas meqale Salyan qapisi Baki qalasinin cenub qerb divarinda yerlesen qapidir Salyan darvazasi Azneft meydanina acilan bagda yerlesir Qapi gunbezvari sekilde tagbend formasinda tikilmisdir Qiz qalasi Qiz qalasiDordbucaqli qalaEsas meqale Qiz qalasi Baki Baki qalasinin cenub serq hissesindeyerlesen uca qulle sekilli bu qulle 28 metr hundurluye malikdir Qiz qalasinin diametri birinci mertebede 16 5 m dir Birinci mertebede divarin qalinligi 5 m e catir Qalanin daxili hissesi 8 mertebeye bolunur Her mertebe yonma daslarla tikilmis gunbez formali tavanla ortulmusdur Dasdan horulmus bu tavanlarin ortasinda dairevi desikler vardir Desikler saquli xett istiqametindedir Bele ki VIII mertebenin tavaninin ortasinda olan dairevi desikden baxdiqda birinci mertebenin dosemesini gormek mumkundur Qalaya yegane giris yolu onun qerb terefinde yerin evvelki sethinden 2 m hundurlukde ve 1 1 m eninde olan tagli qapi yeridir Funksiyaca Qiz qalasinin zikkuratin Abseron varianti atesperestlik mebedi sukut qullesi goz qullesi resedxana passiv mudafie tikilisi ve s olmasi haqqinda ziddiyyetli fikirler ireli surulmusdur Prof Cefer Qiyasi qeyd edir ki Qiz qalasinin evveler hansi meqsedle insa edilmesi uzerinde dayanmadan demek olar ki abidede uzunmuddetli passiv mudafie ucun tikilmis qulle tippli qalalarin seciyyevi cehetleri var divarlari cox qalindir asagida 5 m yuxarida 4 m qulleye basqini cetinlesdirmek ucun birinci ve ikinci mertebe arasinda pilleken qurasdirilmayib divari icerisinde agzi ucuncu mertebeye acilan su quyusu qurulub govdesine bitisik burclu qala divari gedir ve s En baslicasi ise ic mekan qurulusu baximindan Qiz qalasi Abseron qesrlerinin dairevi qulleleri ile bir olub onlardan kemiyyetce boyuk hundurluyu ve mertebelerinin coxlugu ile secilir Donjon Esas meqale Dordbucaqli qala XV esrde Baki qalasinin Serq divari yaninda xususen simal terefden dusmene muqavimet gostermek meqsedile dordbucaqli qala donjon tikilmisdir Burc ve yarimdairevi qalalar mudafie sisteminin ayrilmaz hissesi idi Qalanin hundurluyu 16 divar qalinligi 2 m dir Esgerlerin suretli hereketi ucun qala divarinin alti boyunca davam eden yeralti yol qosa qala darvazasina dogru istiqametlenmisdi Bu yeralti yol seheri simal terefden ehate edirdi Orta esrlerde ister dinclik dovrunde isterse de muharibe seraitinde bu qaladan silah anbari cebbexana kimi istifade olunmusdur Qala burcun tikilmesi esasen iki meqsed dasiyirdi Qala divarlarinin goruntusunun mohtesemliyini artiraraq Bakinin simal terefden mudafiesini daha da mohkemlendirmek ucun erazini nezaretde saxlamaq ve qapali genis eraziye malik qaladan silah anbari kimi istifade etmek Bu dordkunc qalani donjon da adlandirirlar Ruslarin Bakiya gelisinden sonra Qalada silah anbarlarinin sayi daha da artdi Qalanin cenub divarinda kuncde su quyusu vardir ki bu da insanlarin uzun muddet qala daxilinde siginacaq tapmasina yardim edirdi Populyar medeniyyetdeFilmoqrafiya Baki qalasi 1965 ci ilde cekilmis senedli film Baki qalasi 1969 cu ilde cekilmis senedli film Baki qalasi 1973 cu ilde cekilmis senedli film Tesviri senetde Iceriseher bir cox taninmis ressamin eserinde tesvir edilmisdir Qedim seherin abideleri ve kucelerini Engelbert Kempfer Aleksey Boqolyubov Qriqori Qaqarin Vasili Veressagin Aleksandr Kuprin Ezim Ezimzade Tahir Salahov ve basqa meshur ressamlarin eserlerinde gormek mumkundur Bele hesab edilir ki Bakini ilk tesvir eden 1630 cu ilde onun gorunusunu yaratmis Isvec ressamseyyahi Engelbert Kempfer olmusdur Onun eserinde Baki denizin iclerine dogru uzanan qalin qala divarlarinin icinde duz damli evlerle tesvir olunmusdur 1770 ci ilde Bakiya gelmis Rusiya EA nin temsilcisi Qmelin Bakini hendesi ucbucaq formasinda tesvir etmisdir XIX esrde Bakinin ruslar terefinden ele kecirilmesinden sonra ressamlar arasinda da sehere maraq artmisdir Iceriseherin umumi plani 10 manatliq azerbaycan eskinasinin eks terefinde eks olunmusdur Resm eserlerinde Aleksandr Munster Baki rengli litoqrafiya 1850 ci il A Bogolyubov Bakida deniz sahili XIX esrin II yarisi Q Sergeyev Baki 1796 ci il Jan Pyer Mone Baki 1830 cu iller Pyotr Veressagin Baki seherinin denizden gorunusu 1872 ci il T Teylor Baki limani ve Bayil burnu 1880 1881 ci iller Qriqori Qaqarin Bakida xan sarayi 1847 ci il Aleksey Boqolyubov Bakida gunorta vaxti kuce 1861 ci il Poct markalarinda Azerbaycan poct markasi 1920 Azerbaycan poct markasi 2010 Azerbaycan poct markasi 2010 Azerbaycan poct markasi 2010 Azerbaycan poct markasi 2017Esginaslarda 10 manat 100 manatIstinadlarDadashev Usejnov 1948 Pamyatniki Nacionalnogo znacheniya Oficialnyj sajt Upravleniya gosudarstvennogo istoriko arhitekturnogo zapovednika Icheri Sheher 2012 01 01 tarixinde Istifade tarixi 2015 09 24 Bretanickij 1970 Ashurbejli 1992 Salamzade Avalov Salaev 1979 V V Bartold Mesto prikaspijskih oblastej v istorii musulmanskogo mira Sochineniya T II 1963 756 Ashurbejli S B Ocherk istorii srednevekovogo Baku Baku Izdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSSR 1964 250 Putevoditel po ekspozicii muzeya Baku Izdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSR 1961 43 Bretanickij L S Zodchestvo Azerbajdzhana XII XV vv i ego mesto v arhitekture Perednego Vostoka Nauka Glavnaya redakciya vostochnoj literatury 1966 376 Sulejmanov M Dni minuvshie Baku Azerbajdzhanskoe gosudarstvennoe izdatelstvo 1990 8 Salamzade 1964 seh 86 Rzaev 1950 seh 32 Qosa qala qapilari berpa olunub CBC TV Xeberler 30 oktyabr 2019 2022 03 27 tarixinde Istifade tarixi 27 mart 2022 Maiden Tower ingilis icherisheher gov az September 20 2021 tarixinde Istifade tarixi September 20 2021 L S Bretanickij B V Vejmarn AZERBAJDZhAN IV XVIII vekov Moskva Izdatelstvo ISKUSSTVO 1976 Qiyasi C Nizami dovrunun memarliq abideleri Baki Isiq nesriyyati 1991 163 Oficialnyj sajt Upravleniya gosudarstvennogo istoriko arhitekturnogo zapovednika Icheri Sheher 2012 01 01 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 06 03 EdebiyyatBretanickij L S Zodchestvo Azerbajdzhana XII XV vv i ego mesto v arhitekture Perednego Vostoka Nauka Glavnaya redakciya vostochnoj literatury 1966 Ashurbejli S B Ocherk istorii srednevekovogo Baku Baku Izdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSSR 1964 Salamzade A V Arhitektura Azerbajdana XVI XIX vv Baku Izdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSR 1964 Rzaev N Severnye vorota krepostnyh sten goroda Baku Pamyatniki Arhitektury Azerbajdzhana Moskva Baku Gosudarstvennoe Arhitekturnoe Izdatelstvo 1946 Sysoev V Kratkij putevoditel po drevnostyam goroda Baku i ego rajonov Baku Izd vo Narkompross ASSR Azerb arheol Kom 1925