Qoşa qala qapıları və ya Şamaxı qapısı – Bakı qalasının şimal divarında yerləşən qapıdır. Şamaxıdan gələn qədim karvan yolu üzərində yerləşdiyinə görə Şamaxı qapısı adlandırılmışdır. Qoşa qala qapıları daxildən İçərişəhərin Böyük Qala və Kiçik Qala küçələrinin, xaricdən isə Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir.
Qoşa qala qapıları | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Səbail rayonu |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | III Böyük Mənuçöhr |
Tikilmə tarixi | XIII-XVI əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | əla |
Rəsmi sayt | icherisheher.gov.az |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 66 |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilmişdir.
1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil vermişdir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilmişdir. 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsinə qərar alınmış və 1886-cı ildə köçürülmə tamamlanmışdır.
Qoşa qala qapılarında üç dəfə təmir və bərpa işləri aparılmışdır. İlk təmir işi Rusiya imperiyası dövründə — 1864-cü ildə həyata keçirilmişdir. İkinci dəfə qala qapılarında möhkəmləndirmə və bərpa işləri Azərbaycan SSR dövründə — 1952–1957-ci illərdə həyata keçirilmişdir. Sonuncu dəfə Qoşa qala qapıları 2018–2019-cu illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə avstriyalı bərpaçı Erik Pumerin komandası tərəfindən həyata keçirilib.
Hər iki qapının ölçü və formaları demək olar ki, eynidir. Qala divarlarına yaxınlaşan düşmənlərdən müdafiənin təmin edilməsi üçün bütün divar boyunca, eyni zamanda Qoşa qala qapıları üzərində mazğallar və maşikullar yerləşdirilmişdir.
Tarixi
Qoşa qala qapılarının tarixi Bakı qala divarlarının tarixi ilə əlaqəlidir. Bakı şəhəri qədim dövrlərdə üç qatlı qala divarları ilə əhatə edilmişdi. Bu qala divarları müxtəlif dövrlərdə şəhərin genişlənməsi ilə əlaqədar inşa edilmişdi. Bu üç divardan yalnız ən qədim olanı dövrümüzə qədər gəlib çatmışdır və Qoşa qala qapıları da Bakı qalasının məhz ən qədim divarında yerləşir.
İçərişəhərin qədim abidələrini tədqiq etmiş V. M. Sısoyev Bakı qalasının dövrümüzə çatmış divarlarını XII əsrə aid edir: "İstənilən halda, heç şübhəsiz ki, XI əsrdə Səlcuq sultanlarının hakimiyyəti dövründə Bakı dəniz sahilinin kifayət qədər əhəmiyyətli şəhərinə çevrilmişdi; şəhərdə bir neçə məscid var idi, XII əsrdə isə nəhəng Qız qalası inşa edilmişdi; bununla eyni zamanda həm də şəhərin ən qədim qala divarları inşa edilmişdi."
İkinci qala divarı hazırkı qala divarından 10 metr aralıda yerləşirdi.E. Kempfer qala divarları arasındakı məsafəni 15 addım, i. Berezin və P. Butkov isə 11 arşın kimi qeyd edir və ikinci divarın heç də birinci ilə paralel olmadığını vurğulayır. N. Rzayev qeyd edir ki, Şamaxı qapısı qarşısında qala divarlarının birinci və ikinci xətti arasındakı məsafə 15 metrə qədər genişlənirdi.
Şah Süleyman Səfəvinin (1667–1695) hakimiyyəti dövründə 1683-cü ildə Bakını ziyarət etmiş və beş gün şəhərdə qalmış səyyah Engelbert Kempfer Bakı qalasını təsvir edərkən yazır: "…o, iki qat qala divarları ilə əhatə olunub, onlar bir-birincən 15 addımlıq məsafədə yerləşirlər, onlardan daxildə yerləşəni əhəmiyyətli dərəcədə hündürdür; divarlarda çoxlu sayda yarımdairəvi qüllələr vardır; divarların ən üst tərəfindən dişcik şəklində çıxıntılar vardır. Dənizə baxan divarlar kərpicdən, digər divarlar isə əhəng daşı və gil məhlulundan tikilmişdir. Şimal divarındakı qoşa qapılar dəmir listlərlə qapadılır. Malların rahat daşınması üçün dəniz tərəfdən qalanın üç qapısı var."
1796-cı ildə Rusiya imperiyasının ordusu Bakı qalasını mühasirəyə alır. 13 iyun 1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını təqdim edir. Hal-hazırda həmin açar Azərbaycan Tarix Muzeyində sərgilənir.
Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə mühəndis Qruzson tərəfindən Bakı qalasının planı tərtib edilir. Qruzson tərəfindən hazırlanmış 1 saylı çertyojda şimaldakı qala divarlarında "А" və "Б" hərfləri ilə iki qapı göstərilmişdir ki, bunlar da müvafiq olaraq, Şamaxı və Zülfüqar xan qapılarıdır. Hər iki qapı, iki tərəfdən də yarımdairəvi qüllələrlə əhatələnmişdir.
Zülfüqar xan qapısının Qoşa qala qapılarından yeni olan qapı üzərində yerləşdirilmiş kitabəsində deyilir:
"Ali sultan və böyük xaqan, bütün xalqların sahibi, böyük Allahın lütfü ilə gücləndirilmiş, parlaq Zülfüqar xanın dayağı Şah Abbas əs-Səfəvi, əl-Hüseyni Bahadur xan (Allah onun hakimiyyətini əbədi etsin) bu qapının tikilməsini 1017-ci ildə (hicri, miladi təqvimlə 1608/9) əmr etdi." |
Cüt Bakı qapılarından yalnız biri dövrümüzə çatmış, ikincisi isə, 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı köçürülmüşdür. Şah Abbas qapısı kimi tanınan yeni qapı Şamaxı qapısının yanına köçürülməsi 1886-cı ildə tamamlanmışdır. Yeni qapı üzərində Rusiya imperiyası dövründə yerləşdirilmiş metal lövhə üzərindəki rus və fars dillərində olan yazıda qapı "Şah Abbas qapısı" adlandırılır.
N. Rzayevin məlumatına görə, Köhnə Bakı dumasının inşaat şöbəsinin arxiv materialları arasında Şamaxı divarının (Şimal divarı) söklüməsi və bu divarda olan Zülfüqar xan qapısının (sonradan Şah Abbas qapısı da adlandırılır) Şamaxı qapısının yanına köçürülməsi haqqında məlumatlar vardır.
Təmir və bərpası
1868-ci ildə Bakı qalasının təhvil alınması zamanı mühəndis distansiyasının rəisi olan hərbi mühəndis-polkovnik fon Burmeyster tərəfindən tərtib edilmiş xəbərdə Bakı qalasının divarları, qapıları, qüllələri və lünetlərində 1868-ci ilə kimi həyata keçirilmiş təmir və bərpa işləri detallı təsvir edilir; bu məlumatlardan bəlli olur ki, Şamaxı qapılarında 1864-cü ildə yenidənqurma işləri aparılmışdır: "Əsas və ikinci qala divarlarındakı Şamaxı qapılarının nə zaman inşa edilməsi bəlli deyil, lakin 1864-cü ildə mühəndis departamentinin büdcəsindən ayrılmış 2302 rubl 39 gümüş qəpiyə qapılar təmir edilmişdir."
Qoşa qala qapılarının növbəti bərpası 1952–1957-ci illərdə həyata keçirilib. Yarım əsrdən çox müddətdən sonra 2019-cu ilin ortasında Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başlayıb. Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının içəri hissəsindən başlayıb, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə çöldən bərpa edilib. Bərpa və konservasiya işlərini avstriyalı bərpaçı Erik Pumerin komandası həyata keçirib. Bərpa işləri 2018-ci ilin avqustunda başlayıb və 2019-cu ilin oktyabrında yekunlaşdırıb.
Memarlıq xüsusiyyətləri
Hər iki qapının ölçü və formaları demək olar ki, eynidir. Qala divarlarına yaxınlaşan düşmənlərdən müdafiənin təmin edilməsi üçün bütün divar boyunca, eyni zamanda Qoşa qala qapıları üzərində mazğallar və maşikullar yerləşdirilmişdir. Metal darvazaların asılması üçün qala qapılarının "qurd qulağı" deyilən yerli texnika ilə həyata keçirilmiş divar hörgüsünə metal qarmaqlar əlavə edilmişdir.
Yeni qapı hörgüdə istifadə edilən daşın yonulma keyfiyyəti, kitabələri və hər iki tərəfində yerləşən naxışları ilə köhnə qapıdan fərqlənir. Qapılar iki tərəfdən də yarımdairəvi qüllələrlə əhatələnmişdir. Qala divarları ilə vahid hörgü sisteminə malik olan qüllələr, divarlardan 0,6–0,7 metr hündürə yüksəlir. Sağ qüllə 9,6 metr, sol qüllə isə 12,0 metr hündürlüyə malikdir. Yuxarı istiqamətləndikcə qüllələr bir qədər daralır; sağ qüllənin aşağı hissəsinin diametri 5,67 metr, yuxarı hissəsinin diametri 5,37 metrdir; sol qüllənin aşağı hissəsinin diametri 5,70 metr, yuxarı hissəsinin diametri isə 5,67 metrdir. Hər iki qüllənin yuxarı hissəsində 1,2 metr hündürlüyə malik yarımdairəvi tağ vardır. Sol qüllədə bir, sağ qüllədə isə iki mazğal vardır.
Qapılar arasındakı divar tamamilə düz səthə malikdir. Onun yuxarı hissəsində forma və ölçülərinə görə qüllələrdəki ilə eyni olan iki cüt mazğal vardır.
Zülfüqar xan qapısından köçürülmüş kitabədən başqa qapının inşası zamanı hansısa sökülmüş tikiliyə aid olan daha bir neçə kitabədən istifadə edilmişdir. Şah Abbas qapısının şəhərə baxan hissəsində sol tərəfdə iki kitabə, qala içinə baxan hissəsində tağda bir kitabə yerləşdirilmişdir. Sonuncu kitabə ərəb dilində olmaqla, hansısa məscidin inşasından xəbər verir.
Şah Abbas qapısının giriş hissəsi 9,63 metr, Şamaxı qapısının giriş hissəsi isə 9,53 metr hündürlüyə malikdir.
Qoşa qala qapılarının inşası zamanı qumdaşı və əhəngdaşından istifadə edilmişdir. İnşaat sənədlərindən bəlli olur ki, Şah Abbas qapısının inşasında əhəng məhlulu işlədilib, qədim Şamaxı qapısının inşasında isə həm əhəng, həm də gil məhlulundan istifadə olunmuşdur.
İstinadlar
- Рзаев, 1950. səh. 30
- Сысоев, В. Краткий путеводитель по древностям города Баку и его районов. Баку: Изд-во Наркомпросс АССР, Азерб. археол. Ком. 1925. səh. 19.
- Рзаев, 1950. səh. 31
- Kemfer, E. Amoenitatum exoticarum politico-physico-medicarum fasciculi V. Lippiacae typographi: Biodiversity Heritage Library. 1712. səh. 278. 2022-06-16 tarixində . İstifadə tarixi: 26 mart 2022.
- Березин, И.Н. Путешествие по Дагестану и Закавказью. Казань: Унив. тип. 1849. səh. 309.
- Бутков, П.Г. Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (Ч. 2). Санкт-Петербург. 1869. səh. 461.
- Рзаев, 1950. səh. 32
- Рзаев, 1950. səh. 33
- Рзаев, 1950. səh. 34
- Рзаев, 1950. səh. 35
- "Qoşa qala qapıları bərpa olunub". CBC TV Xəbərlər. 30 oktyabr 2019. 2022-03-27 tarixində . İstifadə tarixi: 27 mart 2022.
- Рзаев, 1950. səh. 39
- Рзаев, 1950. səh. 40
- Рзаев, 1950. səh. 41
Ədəbiyyat
- Рзаев, Н. Северные ворота крепостных стен города Баку, (Памятники Архитектуры Азербайджана). Москва-Баку: Государственное Архитектурное Издательство. 1946.
- Сысоев, В. Краткий путеводитель по древностям города Баку и его районов. Баку: Изд-во Наркомпросс АССР, Азерб. археол. Ком. 1925.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qosa qala qapilari ve ya Samaxi qapisi Baki qalasinin simal divarinda yerlesen qapidir Samaxidan gelen qedim karvan yolu uzerinde yerlesdiyine gore Samaxi qapisi adlandirilmisdir Qosa qala qapilari daxilden Iceriseherin Boyuk Qala ve Kicik Qala kucelerinin xaricden ise Eziz Eliyev ve Istiqlaliyyet kucelerinin kesisme noqtesinde yerlesir Qosa qala qapilariQosa qala qapilarinin Eziz Eliyev kucesinden gorunusu40 22 07 sm e 49 50 10 s u Olke AzerbaycanSeher Baki BakiYerlesir Sebail rayonuAidiyyati Iceriseher Dovlet Tarix Memarliq QoruguSifarisci III Boyuk MenucohrTikilme tarixi XIII XVI esrlerUslubu Sirvan Abseron memarliq mektebiVeziyyeti elaResmi sayt icherisheher gov azUNESCO Umumdunya IrsiResmi adi Walled City of Baku with the Shirvanshah s Palace and Maiden TowerTipiMedeniKriteriyaviTeyin edilib2000Istinad nom 958DovletAzerbaycanRegionAvropa ve Simali AmerikaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 66KateqoriyaKompleksEhemiyyetiDunya ehemiyyetliQosa qala qapilari Vikianbarda elaqeli mediafayllar Qosa qala qapilarindan biri XII esrde III Boyuk Menucohrun sifarisi ile Baki qalasi insa edilerken ikincisi ise XVII esrde Sah I Abbasin hakimiyyeti dovrunde Zulfuqar xanin sifarisi ile insa edilmisdir 1796 ci ilde Baki xani Huseynqulu xan seheri teslim ederek qalanin acarini Rusiya imperiyasina tehvil vermisdir Seherin ruslar terefinden ele kecirilmesinden sonra 1809 cu ilde Baki qalasinin plani tertib edilmisdir 1883 cu ilde qala divarlarinin ikinci sirasinin sokulmesi zamani Zulfuqar qapisi Samaxi qapisinin yanina kocurulmesine qerar alinmis ve 1886 ci ilde kocurulme tamamlanmisdir Qosa qala qapilarinda uc defe temir ve berpa isleri aparilmisdir Ilk temir isi Rusiya imperiyasi dovrunde 1864 cu ilde heyata kecirilmisdir Ikinci defe qala qapilarinda mohkemlendirme ve berpa isleri Azerbaycan SSR dovrunde 1952 1957 ci illerde heyata kecirilmisdir Sonuncu defe Qosa qala qapilari 2018 2019 cu illerde Iceriseher Dovlet Tarix Memarliq Qorugu Idaresinin sifarisi ile avstriyali berpaci Erik Pumerin komandasi terefinden heyata kecirilib Her iki qapinin olcu ve formalari demek olar ki eynidir Qala divarlarina yaxinlasan dusmenlerden mudafienin temin edilmesi ucun butun divar boyunca eyni zamanda Qosa qala qapilari uzerinde mazgallar ve masikullar yerlesdirilmisdir TarixiZulfuqar qapisinin 1883 cu ile aid fotosu Qosa qala qapilarinin tarixi Baki qala divarlarinin tarixi ile elaqelidir Baki seheri qedim dovrlerde uc qatli qala divarlari ile ehate edilmisdi Bu qala divarlari muxtelif dovrlerde seherin genislenmesi ile elaqedar insa edilmisdi Bu uc divardan yalniz en qedim olani dovrumuze qeder gelib catmisdir ve Qosa qala qapilari da Baki qalasinin mehz en qedim divarinda yerlesir Iceriseherin qedim abidelerini tedqiq etmis V M Sisoyev Baki qalasinin dovrumuze catmis divarlarini XII esre aid edir Istenilen halda hec subhesiz ki XI esrde Selcuq sultanlarinin hakimiyyeti dovrunde Baki deniz sahilinin kifayet qeder ehemiyyetli seherine cevrilmisdi seherde bir nece mescid var idi XII esrde ise neheng Qiz qalasi insa edilmisdi bununla eyni zamanda hem de seherin en qedim qala divarlari insa edilmisdi Ikinci qala divari hazirki qala divarindan 10 metr aralida yerlesirdi E Kempfer qala divarlari arasindaki mesafeni 15 addim i Berezin ve P Butkov ise 11 arsin kimi qeyd edir ve ikinci divarin hec de birinci ile paralel olmadigini vurgulayir N Rzayev qeyd edir ki Samaxi qapisi qarsisinda qala divarlarinin birinci ve ikinci xetti arasindaki mesafe 15 metre qeder genislenirdi Sah Suleyman Sefevinin 1667 1695 hakimiyyeti dovrunde 1683 cu ilde Bakini ziyaret etmis ve bes gun seherde qalmis seyyah Engelbert Kempfer Baki qalasini tesvir ederken yazir o iki qat qala divarlari ile ehate olunub onlar bir birincen 15 addimliq mesafede yerlesirler onlardan daxilde yerleseni ehemiyyetli derecede hundurdur divarlarda coxlu sayda yarimdairevi qulleler vardir divarlarin en ust terefinden discik seklinde cixintilar vardir Denize baxan divarlar kerpicden diger divarlar ise eheng dasi ve gil mehlulundan tikilmisdir Simal divarindaki qosa qapilar demir listlerle qapadilir Mallarin rahat dasinmasi ucun deniz terefden qalanin uc qapisi var 1796 ci ilde Rusiya imperiyasinin ordusu Baki qalasini muhasireye alir 13 iyun 1796 ci ilde Baki xani Huseynqulu xan seheri teslim ederek qalanin acarini teqdim edir Hal hazirda hemin acar Azerbaycan Tarix Muzeyinde sergilenir Seherin ruslar terefinden ele kecirilmesinden sonra 1809 cu ilde muhendis Qruzson terefinden Baki qalasinin plani tertib edilir Qruzson terefinden hazirlanmis 1 sayli certyojda simaldaki qala divarlarinda A ve B herfleri ile iki qapi gosterilmisdir ki bunlar da muvafiq olaraq Samaxi ve Zulfuqar xan qapilaridir Her iki qapi iki terefden de yarimdairevi qullelerle ehatelenmisdir Zulfuqar xan qapisinin Qosa qala qapilarindan yeni olan qapi uzerinde yerlesdirilmis kitabesinde deyilir Zulfuqar xan qapisinin XVII esre aid kitabesinin mezmunu Ali sultan ve boyuk xaqan butun xalqlarin sahibi boyuk Allahin lutfu ile guclendirilmis parlaq Zulfuqar xanin dayagi Sah Abbas es Sefevi el Huseyni Bahadur xan Allah onun hakimiyyetini ebedi etsin bu qapinin tikilmesini 1017 ci ilde hicri miladi teqvimle 1608 9 emr etdi Cut Baki qapilarindan yalniz biri dovrumuze catmis ikincisi ise 1883 cu ilde qala divarlarinin ikinci sirasinin sokulmesi zamani kocurulmusdur Sah Abbas qapisi kimi taninan yeni qapi Samaxi qapisinin yanina kocurulmesi 1886 ci ilde tamamlanmisdir Yeni qapi uzerinde Rusiya imperiyasi dovrunde yerlesdirilmis metal lovhe uzerindeki rus ve fars dillerinde olan yazida qapi Sah Abbas qapisi adlandirilir N Rzayevin melumatina gore Kohne Baki dumasinin insaat sobesinin arxiv materiallari arasinda Samaxi divarinin Simal divari soklumesi ve bu divarda olan Zulfuqar xan qapisinin sonradan Sah Abbas qapisi da adlandirilir Samaxi qapisinin yanina kocurulmesi haqqinda melumatlar vardir Temir ve berpasi Qosa qala qapilari 1890 ci ilde Fotoqraf Arxa fonda Mueddes Nikolay kilsesinin qubbesi gorunur 1868 ci ilde Baki qalasinin tehvil alinmasi zamani muhendis distansiyasinin reisi olan herbi muhendis polkovnik fon Burmeyster terefinden tertib edilmis xeberde Baki qalasinin divarlari qapilari qulleleri ve lunetlerinde 1868 ci ile kimi heyata kecirilmis temir ve berpa isleri detalli tesvir edilir bu melumatlardan belli olur ki Samaxi qapilarinda 1864 cu ilde yenidenqurma isleri aparilmisdir Esas ve ikinci qala divarlarindaki Samaxi qapilarinin ne zaman insa edilmesi belli deyil lakin 1864 cu ilde muhendis departamentinin budcesinden ayrilmis 2302 rubl 39 gumus qepiye qapilar temir edilmisdir Qosa qala qapilarinin novbeti berpasi 1952 1957 ci illerde heyata kecirilib Yarim esrden cox muddetden sonra 2019 cu ilin ortasinda Qosa Qala qapilarinda berpa konservasiya isleri baslayib Berpa ve konservasiya isleri ilk once Qala divarlarinin iceri hissesinden baslayib daha sonra ise qapilarinin yanindaki iki burc de daxil olmaqla abide colden berpa edilib Berpa ve konservasiya islerini avstriyali berpaci Erik Pumerin komandasi heyata kecirib Berpa isleri 2018 ci ilin avqustunda baslayib ve 2019 cu ilin oktyabrinda yekunlasdirib Memarliq xususiyyetleriFormula 1 Azerbaycan Qran prisinin kecirildiyi Baki Seher Halqasinin bir hissesi Qosa qala qapilari onunden kecir Her iki qapinin olcu ve formalari demek olar ki eynidir Qala divarlarina yaxinlasan dusmenlerden mudafienin temin edilmesi ucun butun divar boyunca eyni zamanda Qosa qala qapilari uzerinde mazgallar ve masikullar yerlesdirilmisdir Metal darvazalarin asilmasi ucun qala qapilarinin qurd qulagi deyilen yerli texnika ile heyata kecirilmis divar horgusune metal qarmaqlar elave edilmisdir Yeni qapi horgude istifade edilen dasin yonulma keyfiyyeti kitabeleri ve her iki terefinde yerlesen naxislari ile kohne qapidan ferqlenir Qapilar iki terefden de yarimdairevi qullelerle ehatelenmisdir Qala divarlari ile vahid horgu sistemine malik olan qulleler divarlardan 0 6 0 7 metr hundure yukselir Sag qulle 9 6 metr sol qulle ise 12 0 metr hundurluye malikdir Yuxari istiqametlendikce qulleler bir qeder daralir sag qullenin asagi hissesinin diametri 5 67 metr yuxari hissesinin diametri 5 37 metrdir sol qullenin asagi hissesinin diametri 5 70 metr yuxari hissesinin diametri ise 5 67 metrdir Her iki qullenin yuxari hissesinde 1 2 metr hundurluye malik yarimdairevi tag vardir Sol qullede bir sag qullede ise iki mazgal vardir Qapilar arasindaki divar tamamile duz sethe malikdir Onun yuxari hissesinde forma ve olculerine gore qullelerdeki ile eyni olan iki cut mazgal vardir Zulfuqar xan qapisindan kocurulmus kitabeden basqa qapinin insasi zamani hansisa sokulmus tikiliye aid olan daha bir nece kitabeden istifade edilmisdir Sah Abbas qapisinin sehere baxan hissesinde sol terefde iki kitabe qala icine baxan hissesinde tagda bir kitabe yerlesdirilmisdir Sonuncu kitabe ereb dilinde olmaqla hansisa mescidin insasindan xeber verir Sah Abbas qapisinin giris hissesi 9 63 metr Samaxi qapisinin giris hissesi ise 9 53 metr hundurluye malikdir Qosa qala qapilarinin insasi zamani qumdasi ve ehengdasindan istifade edilmisdir Insaat senedlerinden belli olur ki Sah Abbas qapisinin insasinda eheng mehlulu isledilib qedim Samaxi qapisinin insasinda ise hem eheng hem de gil mehlulundan istifade olunmusdur IstinadlarRzaev 1950 seh 30 Sysoev V Kratkij putevoditel po drevnostyam goroda Baku i ego rajonov Baku Izd vo Narkompross ASSR Azerb arheol Kom 1925 seh 19 Rzaev 1950 seh 31 Kemfer E Amoenitatum exoticarum politico physico medicarum fasciculi V Lippiacae typographi Biodiversity Heritage Library 1712 seh 278 2022 06 16 tarixinde Istifade tarixi 26 mart 2022 Berezin I N Puteshestvie po Dagestanu i Zakavkazyu Kazan Univ tip 1849 seh 309 Butkov P G Materialy dlya novoj istorii Kavkaza s 1722 po 1803 god Ch 2 Sankt Peterburg 1869 seh 461 Rzaev 1950 seh 32 Rzaev 1950 seh 33 Rzaev 1950 seh 34 Rzaev 1950 seh 35 Qosa qala qapilari berpa olunub CBC TV Xeberler 30 oktyabr 2019 2022 03 27 tarixinde Istifade tarixi 27 mart 2022 Rzaev 1950 seh 39 Rzaev 1950 seh 40 Rzaev 1950 seh 41EdebiyyatRzaev N Severnye vorota krepostnyh sten goroda Baku Pamyatniki Arhitektury Azerbajdzhana Moskva Baku Gosudarstvennoe Arhitekturnoe Izdatelstvo 1946 Sysoev V Kratkij putevoditel po drevnostyam goroda Baku i ego rajonov Baku Izd vo Narkompross ASSR Azerb arheol Kom 1925 Hemcinin baxIceriseher Sirvansahlar dovleti Sirvan Abseron memarliq mektebi Gence qapisi