Dördbucaqlı qala — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan qala.
Dördbucaqlı qala | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Kiçik Qala küçəsi, 13 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | bərpa olunub, "İncəsənət qalası" kimi fəaliyyət göstərir. |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 75 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən ikiqat nəhəng qala divarları ilə əhatə olunmuşdu. Qala divarları tez-tez düşmən hücumları zamanı dağıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra qala divarlarında 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı qala tipli bürc ("donjon" və yaxud "cəbəxana") qalmışdır.
Əbdürrəşid Bakuvi şəhərin qala divarları haqqında maraqlı məlumat verərək yazır:
Şəhərin həddən аrtıq möhkəmləndirilmiş əsas iki qаlаsı vаrdır: “Оnlаrdаn böyüyü dənizə yахındır. Dаlğаlаr оnun divаrını yuyur. О, həmin qаlаdır ki, tаtаrlаr оnu tutа bilmədilər. Оnun üst hissəsi girintili-çıхıntılı hörülmüşdür. İkinci qаlа birincidən hündürdədir. |
Burada şübhəsiz, Bakuvinin qeyd etdiyi birinci qala Qız qalasıdır. İkinci qalanın isə Dördbucaqlı qala bürcünun olduğu ehtimal edilir. Dördbucaqlı qala bürcü öz təbii-coğrafi mövqeyinə və şəhərin relyefinə görə Qız qalasından daha hündürdə yerləşir. Ə. Bakuviyə görə də Qız qalası şəhəri cənubdan, Dördbucaqlı qala isə şimaldan qoruyurdu.
Orta əsr müəlliflərinin də yazdıqlarına görə, Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində 1 ədəd dördkünc qala tipli bürc (donjon və ya cəbbəxana) mövcud olmuşdur. Bakını tərənnüm edən qədim fotoşəkillərdə, reproduksiyalarda, qrafik rəsmlərdə bu dördkünc qala tipli bürc aydın təsvir olunmuşdur. Xalq arasında bu qalaya cəbbəxana (cəbbəxanayəni silah anbarı) deyirdilər.
Qala bürcün inşasının tarixi haqqında iki ehtimal var. Bəzi alimlər onun Bakının qala divarları ilə eyni tarixdə — XII əsrdə tikildiyini söyləyirlər. Digər tədqiqatçılar isə qalanın XIV əsrin sonu XV əsrin əvvəllərində – Şirvanşahlar dövlətinin çiçəklənmə dövründə inşa edildiyini iddia edirlər. Görkəmli tədqiqatçı Sara Aşurbəyli memar A. Q. Rəhimovanın 1971-ci ildə çap etdirdiyi "Bəzi memarlıq abidələrinin inşa tarixi barədə" adlı məqaləsinə əsaslanaraq qala-bürcün XV əsrdə tikildiyini yazır. Bu ehtimal daha həqiqətə uyğundur. Çünki, Şirvanşahların saray şairi Bədr Şirvaninin mədhlərində göstərilir ki, dördbucaqlı qalanın da daxil olduğu bir neçə memarlıq abidəsini Şirvanşah I Xəlilullahın qardaşı, Bakı hakimi Qəzənfər şah şəhərin şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək üçün 1428–1429-cu illərdə inşa etdirmişdir.
Memarlıq xüsusiyyətləri
Tipik Abşeron qalaları kimi çox güman ki, bu qala-bürcü də ətrafdan əhatə edən hasar olmuşdur. Bunu memar Şeblıkinin 1941-ci ildə çəkdiyi "Bakı XII əsrdə" adlı qrafik rəsmində də aydın görmək olar. Dördbucaqlı qalanın təsvirinə alman səyyahı E. Kempferin 1683-cü ildə çəkdiyi Bakının qrafik rəsmində, 1796-cı ildə hidroqraf mühəndis-polkovnik Kovalerov Xristian Truzson tərəfindən tərtib edilən xəritədə və 1858–1866-cı ildə hidroqraf kapitanleytinant A. F. Ulskiy tərəfindən işlənmiş Bakının xəritəsində rast gəlinir.
Qala-bürc klassik Abşeron müdafiə sisteminin nümunələrindən biridir. Abidə üçü qapalı və biri açıq olan dörd yarusdan ibarətdir. Qalanın hündürlüyü 16 metr, divarlarının qalınlığı isə 2 metrdir. Qala-bürcün şimal qala divarlarının daxili hissəsində, Qoşa qala qapılarınadək uzanan yeraltı yolun üstündə inşa edilməsi döyüşçülərin rahat hərəkəti üçün nəzərdə tutulmuşdur. Qala-bürcün bu cür yerləşməsi döyüşçülərə silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib çıxa bilmək imkanı verirdi. Qaladan Şirvanşahlar sarayı və ya Qız qalasına uzanan yeraltı yolun olması ehtimalı vardır.
Abidədə 2014-cü ildə İçərişəhər DTMQİ tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılmış və sonra İncəsənət Qalası (ing. Art Tower) adı ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi olaraq fəaliyyət göstərməyə başlamışdır.[]
İstinadlar
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə, 2022-08-12 tarixində , İstifadə tarixi: 8 avqust 2022
- Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. İçəri şəhər tarixdə - tarix İçəri şəhərdə (PDF). Bakı. 2016. səh. 133-138. 2020-11-18 tarixində (PDF). İstifadə tarixi: 2022-08-07.
- (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
- Ramid İbrahimov, "Azərbaycanı dünyaya tanıdan tarix…", Bizim yol, 22 fevral 2014, səh. 12, 2014-09-05 tarixində , İstifadə tarixi: 2022-08-07
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dordbucaqli qala Iceri Seherde yerlesen ve olke ehemiyyetli abide olan qala Dordbucaqli qala40 19 sm e 49 52 s u Olke AzerbaycanSeher BakiYerlesir Iceriseher Kicik Qala kucesi 13Aidiyyati Iceriseher Dovlet Tarix Memarliq QoruguTikilme tarixi XII esrUslubu Sirvan Abseron memarliq mektebiVeziyyeti berpa olunub Incesenet qalasi kimi fealiyyet gosterir UNESCO Umumdunya IrsiResmi adi Walled City of Baku with the Shirvanshah s Palace and Maiden TowerTipiMedeniKriteriyaviTeyin edilib2000Istinad nom 958DovletAzerbaycanRegionAvropa ve Simali AmerikaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 75EhemiyyetiOlke ehemiyyetliKateqoriyaMemarliq abideleriDordbucaqli qala Vikianbarda elaqeli mediafayllarTarixiOrta esrlerde Baki seheri simal serq ve qerb terefden ikiqat neheng qala divarlari ile ehate olunmusdu Qala divarlari tez tez dusmen hucumlari zamani dagildigi ucun defelerle berpa edilmisdir Sonuncu defe qala divarlari 1950 ci illerde berpa olunmusdur Son berpadan sonra qala divarlarinda 25 yarimdairevi bir eded ise dordbucaqli formali qala tipli burc donjon ve yaxud cebexana qalmisdir Ebdurresid Bakuvi seherin qala divarlari haqqinda maraqli melumat vererek yazir Seherin hedden artiq mohkemlendirilmis esas iki qalasi vardir Onlardan boyuyu denize yahindir Dalgalar onun divarini yuyur O hemin qaladir ki tatarlar onu tuta bilmediler Onun ust hissesi girintili cihintili horulmusdur Ikinci qala birinciden hundurdedir Burada subhesiz Bakuvinin qeyd etdiyi birinci qala Qiz qalasidir Ikinci qalanin ise Dordbucaqli qala burcunun oldugu ehtimal edilir Dordbucaqli qala burcu oz tebii cografi movqeyine ve seherin relyefine gore Qiz qalasindan daha hundurde yerlesir E Bakuviye gore de Qiz qalasi seheri cenubdan Dordbucaqli qala ise simaldan qoruyurdu Orta esr muelliflerinin de yazdiqlarina gore Baki seherinin 70 yarimdairevi ve simal qala divarlarinin icinde 1 eded dordkunc qala tipli burc donjon ve ya cebbexana movcud olmusdur Bakini terennum eden qedim fotosekillerde reproduksiyalarda qrafik resmlerde bu dordkunc qala tipli burc aydin tesvir olunmusdur Xalq arasinda bu qalaya cebbexana cebbexanayeni silah anbari deyirdiler Qala burcun insasinin tarixi haqqinda iki ehtimal var Bezi alimler onun Bakinin qala divarlari ile eyni tarixde XII esrde tikildiyini soyleyirler Diger tedqiqatcilar ise qalanin XIV esrin sonu XV esrin evvellerinde Sirvansahlar dovletinin ciceklenme dovrunde insa edildiyini iddia edirler Gorkemli tedqiqatci Sara Asurbeyli memar A Q Rehimovanin 1971 ci ilde cap etdirdiyi Bezi memarliq abidelerinin insa tarixi barede adli meqalesine esaslanaraq qala burcun XV esrde tikildiyini yazir Bu ehtimal daha heqiqete uygundur Cunki Sirvansahlarin saray sairi Bedr Sirvaninin medhlerinde gosterilir ki dordbucaqli qalanin da daxil oldugu bir nece memarliq abidesini Sirvansah I Xelilullahin qardasi Baki hakimi Qezenfer sah seherin simal terefden mudafiesini daha da mohkemlendirmek ucun 1428 1429 cu illerde insa etdirmisdir Memarliq xususiyyetleriTipik Abseron qalalari kimi cox guman ki bu qala burcu de etrafdan ehate eden hasar olmusdur Bunu memar Seblikinin 1941 ci ilde cekdiyi Baki XII esrde adli qrafik resminde de aydin gormek olar Dordbucaqli qalanin tesvirine alman seyyahi E Kempferin 1683 cu ilde cekdiyi Bakinin qrafik resminde 1796 ci ilde hidroqraf muhendis polkovnik Kovalerov Xristian Truzson terefinden tertib edilen xeritede ve 1858 1866 ci ilde hidroqraf kapitanleytinant A F Ulskiy terefinden islenmis Bakinin xeritesinde rast gelinir Qala burc klassik Abseron mudafie sisteminin numunelerinden biridir Abide ucu qapali ve biri aciq olan dord yarusdan ibaretdir Qalanin hundurluyu 16 metr divarlarinin qalinligi ise 2 metrdir Qala burcun simal qala divarlarinin daxili hissesinde Qosa qala qapilarinadek uzanan yeralti yolun ustunde insa edilmesi doyusculerin rahat hereketi ucun nezerde tutulmusdur Qala burcun bu cur yerlesmesi doyusculere silah ve sursat goturmek ucun yeralti yolla cebbexanaya rahat girib cixa bilmek imkani verirdi Qaladan Sirvansahlar sarayi ve ya Qiz qalasina uzanan yeralti yolun olmasi ehtimali vardir Abidede 2014 cu ilde Iceriseher DTMQI terefinden esasli sekilde temir berpa isleri aparilmis ve sonra Incesenet Qalasi ing Art Tower adi ile Iceriseher Enenevi Incesenet Merkezi olaraq fealiyyet gostermeye baslamisdir menbe gosterin IstinadlarAzerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci il tarixli 132 nomreli qerarina 1 nomreli elave 2022 08 12 tarixinde Istifade tarixi 8 avqust 2022 Azerbaycan Respublikasi Nazirler Kabineti yaninda Iceriseher Dovlet Tarix Memarliq Qorugu Idaresi Iceri seher tarixde tarix Iceri seherde PDF Baki 2016 seh 133 138 2020 11 18 tarixinde PDF Istifade tarixi 2022 08 07 az icherisheher gov az 2017 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 09 29 Ramid Ibrahimov Azerbaycani dunyaya tanidan tarix Bizim yol 22 fevral 2014 seh 12 2014 09 05 tarixinde Istifade tarixi 2022 08 07