Bədr Şirvani (1387, Şamaxı – 26 noyabr 1450) — Azərbaycan şairi.
Bədr Şirvani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şirvanşahlar dövləti |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Bədr Şirvani Vikimənbədə |
Həyatı
Bu məqaləni lazımdır. |
Bədr Şirvaninin həyatı və tərcümeyi-halını işıqlandıran ən mötəbər mənbə onun öz "Divan"ıdır. Şairin "Divan"ına daxil olan əsərlərdən belə məlum olur ki, o, XIV əsrin sonlarında, yəni, 1387-ci ildə Şirvanda, Şamaxı şəhərində yoxsul ailədə anadan olub. Yaradıcılığı az öyrənilmiş Bədrin dövrümüzədək gəlib çatan divanı qəzəl, qəsidə, rübai, mərasi, müqəttiat, mütəyyibat, məsnəvi, həzliyyat, təvarix, müsəmmət, mütəfərriqat, müəmma kimi janrları əhatə edir. Divan hazırda Özbəkistan EA-nın Əbu Reyhan Birunu adına Şərqşünaslıq institutunda qorunmaqdadır. Onu Bədr Şirvani irsinin öyrənilməsində böyük əməyi olan şərqşünas alim Əbülfəz Rəhimov 1975-ci ildə Moskvada nəşr etdirmişdir.
Bədr Şirvaninin ömür yolu 1387-1450-ci illərə təsadüf etdiyindən onun yaradıcılığında əsasən, XV əsrin əvvəllərindən ortalarınadək baş verən tarixi hadisələr əks olunub. Ümumiyyətlə, onun 122 beytdən çox şeiri tarixi hadisələrə həsr edilib.
"Divan"da şair tərəfindən verilən maddeyi-tarixlər xüsusi əhəmiyyət kəsb edir.
XV əsr Şirvan tarixini və memarlığını araşdıran bir çox alimlər bu mürəkkəb dövrü öyrənərkən Bədr Şirvani yaradıcılığını tutarlı mənbə hesab etmişlər. A.A.Bakıxanov, S.Aşurbəyli, H.A.Ciddi, Ə.Rəhimov, T.Ibrahimov və başqalrı öz tədqiqatlarında Bədr Şirvani "Divan"ından qaynaq kimi faydalanmışlar.
Ümumiyyətlə, "Divan"da otuz səkkiz maddeyi-tarix verilib. Bunlardan bir çoxu bizə məlum olan şəxsiyyətlər haqqındadır. XV əsrdə yaşamış Şirvanşahları – Şeyx I İbrahimi, I Xəlilullahı tarixi şəxsiyyət kimi xarakterizə etmək üçün Bədr Şirvaninin mədhiyyələri böyük əhəmiyyət daşıyır. Saray şairi olmasına baxmayaraq, yoxsul bir ömür yaşayan Bədrin həyatında Qaraqoyunlu qoşunlarının hücumu ağır izlər qoyub. Şair bunu farsca qələmə aldığı əsərlərdə olduğu kimi, Azərbaycan dilində yazdığı şeirlərində də əks etdirib. Uzunmüddətli ayrılıqdan sonra Şamaxıya dönən şair evinin Qaraqoyunlu əsgərləri tərəfindən yandırıldığını görüb bu sətirləri dilə gətirir:
...Məni bir soydular, nə don, nə aşdan qoydular
Axçam yedilər, doydular, mən qaldım ac və natəvan
Qalmışam indi yalınqac, könlüm həzindir, qarnım ac.
On gündə görməm bir komac, avarəyəm əz xaniman.
Bakıya gəldikdən sonra da güzəranından gileylənən şair yazır:
Atıma bir çəng arpa, mənə bir bişmiş düyü
Heç yerdən gəlmədi, billah, tanuqdur kerdigar. Göründüyü kimi, şair çox anlaşıqlı bir dildə öz halından bəhs edir, qəliz ibarələr işlətmir. Onun həm ana dilində qələmə aldığı, həm də farsca yazdığı şeirlərdə rast gəlinən azərbaycanca beytlər XV əsrdə dilimizin hansı inkişaf səviyyəsində olduğunu öyrənmək üçün çox qiymətli bir qaynaqdır.
Bədr Şirvaninin dövrümüzədək gəlib çıxan divanında Azərbaycan dilində əlli beyt var. Şairin özünün dediyinə əsaslansaq, onun ana dilində daha çox şeir yazdığını təsdiqləməli olarıq:
Parsi sözüm Xorasanü Əraqın zikridür,
Böylə kim türki sözüm dutmuşdurur çinü tətar
Sözsüz ki, " çinü tətar"da əlli beyt şeirlə məşhur olmaq mümkün deyildi. Ehtimal etmək olar ki, onun doğma dildə qələmə aldığı bir çox əsər tarixin keşməkeşlərində itib – batıb.
Şairin lirik səciyyəli, dəruni hisslər ifadə edən şeirlərinin ortaya çıxmasına Şirvanşah sarayında təşkil olunan şeir məclisləri də az təsir göstərmirdi. Bu şeirlər ilham sahibi şairlərin və söz xiridarlarının hüzurunda daha da cilalanıb təkmilləşirdi. Təsadüfi deyil ki, Bədrin və onun kimi istedadlı şairlərin sorağı İraq, Xorasan və Səmərqəndin ədəbi mühitlərindən gəlirdi. Bədr Şirvani dəfələrlə bu yerlərin yetirdiyi şairlərlə müşairələrdə iştirak etmişdi.
Ümumiyyətlə, şairin əsərlərindəki obrazlı ifadələr, məcaz və təşbihlər, rəvan qafiyələr, mövzu müxtəlifliyi onun dövrünün seçilən şairlərindən biri olduğunu deməyə əsas verir.
Əksər orta əsrlər şairləri kimi Bədr Şirvaninin də yaradıcılığında məhəbbət mövzusu əsas yer tuturdu. Bu mövzu Bədrin yaradıcılığında müxtəlif məqamlarla özünü göstərir. Bir çox qəzəl və rübaisində aşiqlə məşuqun məhəbbəti, bu məhəbbətin yolunda çəkilən əzablar təsvir olunursa, başqa şeirlərində vətən eşqi, doğma Azərbaycanı gəzib gördüyü bütün diyarlardan üstün tutaraq böyük məhəbbətlə sevməsi, öz yurdu Şirvanın təbiətinə sonsuz məhəbbəti tərənnüm olunur. Hətta o, konkret şəxslərə yazdığı mədhiyyələrin nəsib hissəsini də təbiət təsvirlərilə, Azərbaycanın dilbər guşələrinin tərənnümü ilə zənginləşdirirdi.
Məhəbbət mövzusuna Bədrin qəzəl, qəsidə və rübailərində rast gəlirik. Onun lirik qəhrəmanı insanı məmnun edən hər bir şeyə fəal münasibətini bildirən, həyati gerçəkliklərin idrakına can atan, dünyanın gözəlliklərinə biganə qalmayaraq onları yaşayan və yaşadan lirik "mən"dir. Şair zahiri gözəlliyin deyil, daxili gözəllik və saflığın da aşiqidir. (O ətirli sünbül çiçəyinə söylə ki, qızılgülün üzünə rübənd salıb. Xasiyyəti onu daha da gözəlləşdirib, sanki, gül gülaba batıb).
Göründüyü kimi, Bədrin şeirlərində zahiri mütənasiblik, daxili gözəlliklə harmoniyadadır. Mənəvi aləmin saflığından insanın daha da gözəlləşdiy vurğulanır.
Bədrin məhəbbət şeirləri sadə və həzindir. O, ikimənalı, qəliz, oxucunu yoran kəlmələr işlətmir. Əksinə, şeirini daim asan, axıcı, rəvan və yadda qalan ifadələrlə zənginləşdirir. (Naz edərək haradan gəlirsən, ey gül bədənli sərv! Sənin bu gəlişin qəlbimizdə səbrü-aram qoymadı. Xəyaldan don geyinmiş bu nazik bədən cam içində görünən şəffaf suyu xatırladır).
Şairin lirik qəhrəmanı yarını odlu-alovlu məhəbbətlə sevən başı bəlalı aşiqdir. Lakin bu aşiq digər şairlərin əsərlərində rast gəlməyə adət etdiyimiz dili gileyli, məzlum aşiqlərdən deyil. Onun sevgisində coşqunluq, fərəh və ümid var. Bədr Şirvaninin qəhrəmanı nikbin ruhludur. O, sevgilisini, eləcə də bütün insanları dünyadan kam almağa çağırır. (Nə zamansa bizi axtarıb tapmayacaqsan, o an gəlib çatmamış qədəmini bir yol da bizim başımız üzərindən qoy, ey sərvərim! Ömür bir əziz qonaqdır, onu qənimət bilək, ruhoxşayan badəni bir anlıq ələ götürək. Baxmayaraq ki, başımda qəriblik sevdasının qəm yükü vardır, sənin eşqinlə, həvəsinlə bu sevdanı yaşayacağam).
Gətirilən misalda ömrü qənimət bilərək həyatdan zövq almaq arzusu ön plana çəkilir. Bədr Şirvaninin qəhrəmanı eşqin əzablı yollarında hicran dərdinin onu yalqız qoymadığından, ona yoldaş olduğundan təskinlik tapır. (Tanrıya şükür ki, bu hicran gecəsində yalqız deyiləm, qüssə ürəyimə sirdaş, nalə canıma həmdəmdir. Sənin əlindən zədəliyəm, lakin vurduğun zədə can rahatlığımdır. Ürəyim səndən yaralıdır, amma dərdin ürəyimə məlhəmdir).
Şairin qəhrəmanı olan aşiqin öz sevgilisinə məhəbbəti elə böyükdür ki, hətta onun dilindən tənbeh eşitməyi belə özü üçün səadət sanır. Təki bu tənə və danlaq gözəlin bal dodağından qopsun.(Ey sevgilim, mən xəstəyə ağzını məzəmmətlə açsan, aldığım zövqdən can verər və dualar edərəm. Sənin ləlinin (dodağının) meyindən (kəlməsindən) məst olmuşam. O dodağını, gözlərini göstər. çünki qəlbim püstə və badam arzulayır).
Şairin hicran dərdini qəlbinə məlhəm bilən qəhrəmanı elə onun özüdür. Bu cür böyük eşqin tərənnümü, əzablı, lakin əzabı da məqbul sayılan məhəbbətin vəsfi Bədr qəzəllərinin əsas mövzusudur. Tərənnüm etdiyi dilbəri çəməndəki güllərdən, qədd qamətli sərv ağacından üstün tutan sənətkar digər şairlər kimi cananını gül-çiçəyə, ay-ulduza bənzətmir, onlardan da yüksəkdə tutur. Sevgilisindən uzaqda damağı acı daddığı üçün bal dodaqlı yarını arzulayır. (Gülüstanda onun al yanağı tək gül tapılmaz, çəmənlikdə onun qaməti tək sərvi-xuraman tapılmaz. O ağız bal mədənidir, lətiflik və xoşluq onun şanındadır. Ondan uzaqda ağzım acı dadır, o bal isə ələ düşməz. Dedim ki: "sənin o dar ağzın canıma dərmandır". Dedi ki, "can ver, ey dərdli, dərmanın tapılmaz").
Bütün bunlarla bərabər, o, özünü və sevgisini ucuz tutmur. Yer üzündə Bədr kimi böyük məhəbbətlə sevən ikinci bir aşiqin olmadığını və belə sevginin bir də ələ düşməyəcəyini xatırladır. Bədrin məhəbbət şeirlərinin əsas səciyyəsi sevgisini uca tutmasıdır. Məhəbbət şeirlərinin bir çoxunda isə nazənin gözəli təsvir etməklə yanaşı, şair bu gözəlliyin qeydinə qalmağı, təbiətin bəxş etdiyi bu qənimətin qədrini bilməyi də tövsiyə edir.
Təbii ki, Bədr Şirvani yaradıcılığına nəhəng sələfləri Nizami, Xaqani və Nəsimi təsir edib.
Bədr Şirvani Xaqani şeirindən bəhrələnmiş, onu özünə məktəb hesab etmişdir. Bu böyük şairin taleyi ilə öz taleyi arasında oxşarlıq görmüş, sarayda yazıb-yaradan Xaqaninin mühiti ilə öz yaşadığı mühiti müqayisə edərək dəfələrlə özünü "zəmanəsinin Xaqanisi" adlandırmışdır. (Şirvanın Xaqanisi mənəm, xaqanı mən mədh edirəm. Bədrəm, bu zəmanədə parlaq, nurlu ad tapan mənəm.)
Nəsiminin yaradıcılığı da şairə az təsir etməmişdir. Yer üzündə bir sadiq dosta, vəfalı yara rast gəlmədiyindən gileylənən Nəsimi yazır :
Dərdü qəm ilə yandı könül, yar bulunmaz,
çox darü diyar istədi, dəyyar bulunmaz!
Yarəm deyici çox dürür, əmma behəqiqət,
Fürsət gəlicək biri vəfadar bulunmaz .
Təxminən bir əsr sonra Bədr Şirvani bu misraları dilə gətirir :
Görmədim bir yar canı doğrusu bu mülkdə
Xamı əğyar idilər, qövli yalan, nasazqar
Bədr idim, dövran cəfası qamətim qıldı hilal
Qalmışam sərgəştə bu dövri – fələkdə zərrəvar
Riyakar, vəfasız insanların əlindən yanıqlı olan hər iki sənətkar özünü dost adlandırıb, əslində isə düşmən münasibəti bəsləyən "üzdəniraq vəfadarlar"dan şikayətçidirlər. Onlardan biri qəlbinin "dərdü qəm ilə" yandığını deyirsə, digəri "dövran cəfası" nın qamətini "hilal" kimi əydiyindən danışır
Bədr Şirvaninin eşq və məhəbbət haqqındakı düşüncələrini özündə əks etdirən şeirləri isə Nizami Gəncəvinin eşq barədə söylədiyi məşhur deyimlərlə səsləşir:
Ürək sanki sədəfdir, eşq gövhər.
Bütün varlıq quldur, eşq sərvər.
Eşqsiz dünyanın mənası yoxdur
Eşq bütün aləmin fövqündə durur.
Yaradıcılığı
Mənbə
- Könül Hacıyeva, Əzabı da gözəl olan məhəbbət şairi -Bədr Şirvani.
- Əlyar Səfərli Bədr Şirvani yaradıcılığı
İstinadlar
- Badr Shirvani // MAK (pol.).
- Divanının 17-ci əsrdən sonra üzü köçürülmüş bir əlyazma nüsxəsi Özbəkistan EA Şərqşünaslıq İnstitunda 132 şifrə altında saxlanılır ki, bunun əsasında da o, 1985-ci ildə Əbülfəz Rəhimovun tərtibatı ilə Moskvada nəşr edilmişdir.
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bedr Sirvani 1387 Samaxi 26 noyabr 1450 Azerbaycan sairi Bedr SirvaniDogum tarixi 1387Dogum yeri Samaxi Sirvansahlar dovletiVefat tarixi 26 noyabr 1450Fealiyyeti sairBedr Sirvani VikimenbedeHeyatiBu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bedr Sirvaninin heyati ve tercumeyi halini isiqlandiran en moteber menbe onun oz Divan idir Sairin Divan ina daxil olan eserlerden bele melum olur ki o XIV esrin sonlarinda yeni 1387 ci ilde Sirvanda Samaxi seherinde yoxsul ailede anadan olub Yaradiciligi az oyrenilmis Bedrin dovrumuzedek gelib catan divani qezel qeside rubai merasi muqettiat muteyyibat mesnevi hezliyyat tevarix musemmet muteferriqat muemma kimi janrlari ehate edir Divan hazirda Ozbekistan EA nin Ebu Reyhan Birunu adina Serqsunasliq institutunda qorunmaqdadir Onu Bedr Sirvani irsinin oyrenilmesinde boyuk emeyi olan serqsunas alim Ebulfez Rehimov 1975 ci ilde Moskvada nesr etdirmisdir Bedr Sirvaninin omur yolu 1387 1450 ci illere tesaduf etdiyinden onun yaradiciliginda esasen XV esrin evvellerinden ortalarinadek bas veren tarixi hadiseler eks olunub Umumiyyetle onun 122 beytden cox seiri tarixi hadiselere hesr edilib Divan da sair terefinden verilen maddeyi tarixler xususi ehemiyyet kesb edir XV esr Sirvan tarixini ve memarligini arasdiran bir cox alimler bu murekkeb dovru oyrenerken Bedr Sirvani yaradiciligini tutarli menbe hesab etmisler A A Bakixanov S Asurbeyli H A Ciddi E Rehimov T Ibrahimov ve basqalri oz tedqiqatlarinda Bedr Sirvani Divan indan qaynaq kimi faydalanmislar Umumiyyetle Divan da otuz sekkiz maddeyi tarix verilib Bunlardan bir coxu bize melum olan sexsiyyetler haqqindadir XV esrde yasamis Sirvansahlari Seyx I Ibrahimi I Xelilullahi tarixi sexsiyyet kimi xarakterize etmek ucun Bedr Sirvaninin medhiyyeleri boyuk ehemiyyet dasiyir Saray sairi olmasina baxmayaraq yoxsul bir omur yasayan Bedrin heyatinda Qaraqoyunlu qosunlarinin hucumu agir izler qoyub Sair bunu farsca qeleme aldigi eserlerde oldugu kimi Azerbaycan dilinde yazdigi seirlerinde de eks etdirib Uzunmuddetli ayriliqdan sonra Samaxiya donen sair evinin Qaraqoyunlu esgerleri terefinden yandirildigini gorub bu setirleri dile getirir Meni bir soydular ne don ne asdan qoydular Axcam yediler doydular men qaldim ac ve natevan Qalmisam indi yalinqac konlum hezindir qarnim ac On gunde gormem bir komac avareyem ez xaniman Bakiya geldikden sonra da guzeranindan gileylenen sair yazir Atima bir ceng arpa mene bir bismis duyu Hec yerden gelmedi billah tanuqdur kerdigar Gorunduyu kimi sair cox anlasiqli bir dilde oz halindan behs edir qeliz ibareler isletmir Onun hem ana dilinde qeleme aldigi hem de farsca yazdigi seirlerde rast gelinen azerbaycanca beytler XV esrde dilimizin hansi inkisaf seviyyesinde oldugunu oyrenmek ucun cox qiymetli bir qaynaqdir Bedr Sirvaninin dovrumuzedek gelib cixan divaninda Azerbaycan dilinde elli beyt var Sairin ozunun dediyine esaslansaq onun ana dilinde daha cox seir yazdigini tesdiqlemeli olariq Parsi sozum Xorasanu Eraqin zikridur Boyle kim turki sozum dutmusdurur cinu tetar Sozsuz ki cinu tetar da elli beyt seirle meshur olmaq mumkun deyildi Ehtimal etmek olar ki onun dogma dilde qeleme aldigi bir cox eser tarixin kesmekeslerinde itib batib Sairin lirik seciyyeli deruni hissler ifade eden seirlerinin ortaya cixmasina Sirvansah sarayinda teskil olunan seir meclisleri de az tesir gostermirdi Bu seirler ilham sahibi sairlerin ve soz xiridarlarinin huzurunda daha da cilalanib tekmillesirdi Tesadufi deyil ki Bedrin ve onun kimi istedadli sairlerin soragi Iraq Xorasan ve Semerqendin edebi muhitlerinden gelirdi Bedr Sirvani defelerle bu yerlerin yetirdiyi sairlerle musairelerde istirak etmisdi Umumiyyetle sairin eserlerindeki obrazli ifadeler mecaz ve tesbihler revan qafiyeler movzu muxtelifliyi onun dovrunun secilen sairlerinden biri oldugunu demeye esas verir Ekser orta esrler sairleri kimi Bedr Sirvaninin de yaradiciliginda mehebbet movzusu esas yer tuturdu Bu movzu Bedrin yaradiciliginda muxtelif meqamlarla ozunu gosterir Bir cox qezel ve rubaisinde asiqle mesuqun mehebbeti bu mehebbetin yolunda cekilen ezablar tesvir olunursa basqa seirlerinde veten esqi dogma Azerbaycani gezib gorduyu butun diyarlardan ustun tutaraq boyuk mehebbetle sevmesi oz yurdu Sirvanin tebietine sonsuz mehebbeti terennum olunur Hetta o konkret sexslere yazdigi medhiyyelerin nesib hissesini de tebiet tesvirlerile Azerbaycanin dilber guselerinin terennumu ile zenginlesdirirdi Mehebbet movzusuna Bedrin qezel qeside ve rubailerinde rast gelirik Onun lirik qehremani insani memnun eden her bir seye feal munasibetini bildiren heyati gercekliklerin idrakina can atan dunyanin gozelliklerine bigane qalmayaraq onlari yasayan ve yasadan lirik men dir Sair zahiri gozelliyin deyil daxili gozellik ve safligin da asiqidir O etirli sunbul ciceyine soyle ki qizilgulun uzune rubend salib Xasiyyeti onu daha da gozellesdirib sanki gul gulaba batib Gorunduyu kimi Bedrin seirlerinde zahiri mutenasiblik daxili gozellikle harmoniyadadir Menevi alemin safligindan insanin daha da gozellesdiy vurgulanir Bedrin mehebbet seirleri sade ve hezindir O ikimenali qeliz oxucunu yoran kelmeler isletmir Eksine seirini daim asan axici revan ve yadda qalan ifadelerle zenginlesdirir Naz ederek haradan gelirsen ey gul bedenli serv Senin bu gelisin qelbimizde sebru aram qoymadi Xeyaldan don geyinmis bu nazik beden cam icinde gorunen seffaf suyu xatirladir Sairin lirik qehremani yarini odlu alovlu mehebbetle seven basi belali asiqdir Lakin bu asiq diger sairlerin eserlerinde rast gelmeye adet etdiyimiz dili gileyli mezlum asiqlerden deyil Onun sevgisinde cosqunluq fereh ve umid var Bedr Sirvaninin qehremani nikbin ruhludur O sevgilisini elece de butun insanlari dunyadan kam almaga cagirir Ne zamansa bizi axtarib tapmayacaqsan o an gelib catmamis qedemini bir yol da bizim basimiz uzerinden qoy ey serverim Omur bir eziz qonaqdir onu qenimet bilek ruhoxsayan badeni bir anliq ele goturek Baxmayaraq ki basimda qeriblik sevdasinin qem yuku vardir senin esqinle hevesinle bu sevdani yasayacagam Getirilen misalda omru qenimet bilerek heyatdan zovq almaq arzusu on plana cekilir Bedr Sirvaninin qehremani esqin ezabli yollarinda hicran derdinin onu yalqiz qoymadigindan ona yoldas oldugundan teskinlik tapir Tanriya sukur ki bu hicran gecesinde yalqiz deyilem qusse ureyime sirdas nale canima hemdemdir Senin elinden zedeliyem lakin vurdugun zede can rahatligimdir Ureyim senden yaralidir amma derdin ureyime melhemdir Sairin qehremani olan asiqin oz sevgilisine mehebbeti ele boyukdur ki hetta onun dilinden tenbeh esitmeyi bele ozu ucun seadet sanir Teki bu tene ve danlaq gozelin bal dodagindan qopsun Ey sevgilim men xesteye agzini mezemmetle acsan aldigim zovqden can verer ve dualar ederem Senin lelinin dodaginin meyinden kelmesinden mest olmusam O dodagini gozlerini goster cunki qelbim puste ve badam arzulayir Sairin hicran derdini qelbine melhem bilen qehremani ele onun ozudur Bu cur boyuk esqin terennumu ezabli lakin ezabi da meqbul sayilan mehebbetin vesfi Bedr qezellerinin esas movzusudur Terennum etdiyi dilberi cemendeki gullerden qedd qametli serv agacindan ustun tutan senetkar diger sairler kimi cananini gul ciceye ay ulduza benzetmir onlardan da yuksekde tutur Sevgilisinden uzaqda damagi aci daddigi ucun bal dodaqli yarini arzulayir Gulustanda onun al yanagi tek gul tapilmaz cemenlikde onun qameti tek servi xuraman tapilmaz O agiz bal medenidir letiflik ve xosluq onun sanindadir Ondan uzaqda agzim aci dadir o bal ise ele dusmez Dedim ki senin o dar agzin canima dermandir Dedi ki can ver ey derdli dermanin tapilmaz Butun bunlarla beraber o ozunu ve sevgisini ucuz tutmur Yer uzunde Bedr kimi boyuk mehebbetle seven ikinci bir asiqin olmadigini ve bele sevginin bir de ele dusmeyeceyini xatirladir Bedrin mehebbet seirlerinin esas seciyyesi sevgisini uca tutmasidir Mehebbet seirlerinin bir coxunda ise nazenin gozeli tesvir etmekle yanasi sair bu gozelliyin qeydine qalmagi tebietin bexs etdiyi bu qenimetin qedrini bilmeyi de tovsiye edir Tebii ki Bedr Sirvani yaradiciligina neheng selefleri Nizami Xaqani ve Nesimi tesir edib Bedr Sirvani Xaqani seirinden behrelenmis onu ozune mekteb hesab etmisdir Bu boyuk sairin taleyi ile oz taleyi arasinda oxsarliq gormus sarayda yazib yaradan Xaqaninin muhiti ile oz yasadigi muhiti muqayise ederek defelerle ozunu zemanesinin Xaqanisi adlandirmisdir Sirvanin Xaqanisi menem xaqani men medh edirem Bedrem bu zemanede parlaq nurlu ad tapan menem Nesiminin yaradiciligi da saire az tesir etmemisdir Yer uzunde bir sadiq dosta vefali yara rast gelmediyinden gileylenen Nesimi yazir Derdu qem ile yandi konul yar bulunmaz cox daru diyar istedi deyyar bulunmaz Yarem deyici cox durur emma beheqiqet Furset gelicek biri vefadar bulunmaz Texminen bir esr sonra Bedr Sirvani bu misralari dile getirir Gormedim bir yar cani dogrusu bu mulkde Xami egyar idiler qovli yalan nasazqar Bedr idim dovran cefasi qametim qildi hilal Qalmisam sergeste bu dovri felekde zerrevar Riyakar vefasiz insanlarin elinden yaniqli olan her iki senetkar ozunu dost adlandirib eslinde ise dusmen munasibeti besleyen uzdeniraq vefadarlar dan sikayetcidirler Onlardan biri qelbinin derdu qem ile yandigini deyirse digeri dovran cefasi nin qametini hilal kimi eydiyinden danisir Bedr Sirvaninin esq ve mehebbet haqqindaki dusuncelerini ozunde eks etdiren seirleri ise Nizami Gencevinin esq barede soylediyi meshur deyimlerle seslesir Urek sanki sedefdir esq govher Butun varliq quldur esq server Esqsiz dunyanin menasi yoxdur Esq butun alemin fovqunde durur YaradiciligiMenbeKonul Haciyeva Ezabi da gozel olan mehebbet sairi Bedr Sirvani Elyar Seferli Bedr Sirvani yaradiciligiIstinadlarBadr Shirvani MAK pol Divaninin 17 ci esrden sonra uzu kocurulmus bir elyazma nusxesi Ozbekistan EA Serqsunasliq Institunda 132 sifre altinda saxlanilir ki bunun esasinda da o 1985 ci ilde Ebulfez Rehimovun tertibati ile Moskvada nesr edilmisdir Hemcinin baxAzerbaycan edebiyyatiXarici kecidlerVikimenbede Muellif Bedr Sirvani ile elaqeli melumatlar var