Naxçıvan – Marağa memarlıq məktəbi – Azərbaycan ərazisində geniş yayılmış memarlıq məktəblərindən biridir. Bu memarlıq məktəbi XI əsrdən formalaşmağa başlamış və orta əsrlər Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.
Azərbaycan memarlığı tarixinə dair aparılmış olan elmi tədqiqatlar zamanı ilk dəfə bir memarlıq məktəbi kimi tanınan Naxçıvan — Marağa memarlıq məktəbi olmuşdur. Bunun əsas səbəbi Naxçıvan memarlıq məktəbinə məxsus olan sənətkarların bir çoxunun adını daşıyan kitabələrin dövrümüzə çatmasıdır. 1162-ci il tarixli Yusif Küseyir oğlu türbəsindəki kitabədə memar Əcəmi Əbubəkr oğlu özünü naxçıvanlı memar adlandırır.
Tarixi
XI əsrdən formalaşmağa başlayan bu memarlıq məktəbi, Naxçıvan şəhərinin Azərbaycan Atabəylərinin (1136 – 1225) iqmətgahına çevirilməsi nəticəsində yüksəliş dövrünə çatmış, Memar Əcəmi Əbubəkr oğlunun fəaliyyəti ilə Yaxın Şərq memarlığında əhəmiyyətli rol oynamışdır. Memar Əcəminin inkişaf etdirdiyi bu məktəb – üslub təkcə Naxçıvanı əhatə etməmiş, Güney Azərbaycanda Marağa şəhərinə, Şimalda Bərdə şəhərinə, eyni zamanda Şərqi Anadolu ərazisinə də yayılmışdır. Ümumilikdə bu memarlıq üslubu Şərq aləminin böyük bir hissəsində davam edib, kompozisiyalı abidələrin yaradılmasına təkan vermişdir.
Naxçıvan – Marağa memarlıq məktəbinin üslub xüsusiyyətlərinin müəyyənləşməsində və nüfuzunun artmasında XII əsrdə Azərbaycanın mədəni həyatındakı ümumi yüksəliş, yerli dövlət hakimiyyətinin möhkəmlənməsi, şəhərlərin iqtisadi vəziyyətinin yaxşılaşması, ölkədə ədəbiyyatın və fəlsəfi fikrin inkişafı, humanizm ideyalarının yayılması mühüm rol oynamışdır.
Təxminən XII əsrdə Naxçıvan şəhərinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli ənənələr burada Azərbaycan memarlığı ilə birləşərək özünə xas olan bir siması olan memarlıq — bədii məktəb yaradır. Naxçıvan memarlıq məktəbinin əmələ gəlməsində əsas mənbələrdən biri Arran memarlıq məktəbi daxilində əmələ gələn xüsusiyyətlər idi. Qısa bir müddət ərzində naxçıvanlı sənətkarlar qarşılarında duran memarlıq — inşaat problemlərini müvəffəqiyyətlə həll etmək səviyyəsinə qalxdılar və hətta o dövrdə Azərbaycan memarlığının zirvəsini təşkil edən əsərlər yaratmağa nail oldular.
Üslub xüsusiyyətləri
İnşa texnikası
Naxçıvan – Marağa memarlıq məktəbi dövrün ən mükəmməl inşaat quruluşlarının tətbiqi, binanın texniki quruluşu ilə onun bədii həllinin tektonikliyinə nail olunması, baxımından ən yüksək səviyyəyə qalxmışdı.
Marağadakı Göy Günbəd türbəsinin sərdabə hissəsinin atmatağlı tavan konstruksiyası Azərbaycan xatirə memarlığının təkamül prosesində Naxçıvan–Marağa memarlıq məktəbinin, xüsusilə bu məktəbin tanınmış nümayəndləri Əcəmi Əbubəkr oğlu Naxçıvani və Əhməd ibn Əyyub əl – Hafiz Naxçıvaninin böyük xidmətləri olmuşdur.
İkiqatlı quruluşu (yeraltı sərdabə və yerüstü qüllə) olan türbələrin üst bölümü silindr, kub və ya prizma biçimli gövdədən ibarət olub ikiqatlı günbəzlə örtülürdü. Əcəmi Naxçıvaninin dövrümüzə kimi gəlib çatmış iki əsəri prizmatik gövdəli türbələrdir. Əhməd ibn Əyyub əl – Hafiz Naxçıvani isə yuvarlaq (silindrik) gövdəli türbələr yaratmışdır.
Naxçıvan–Marağa memarlıq məktəbinə məxsus tikililər (Yusif Küseyir oğlu türbəsi, Mömünə Xatun türbəsi, Bərdə türbəsi, Qırmızı Günbəd türbəsi, Göy Günbəd türbəsi və sair) ümumi quruluşunun abidəviliyi, ayrıntılarının zərifliyi, memarlıq bölgülərinin nikbinlik doğuran görkəmi, ornament bəzəklərinin oynaqlığı ilə səciyyələnir.
Ornamentasiya
Naxçıvan–Marağa memarlıq məktəbi dəqiq riyazi hesablama metodlarına əsaslanırdı. Abidələr dəqiq hesablama və ölçmələr, planlaşma, yerləşmə, ornamentlərinin və kitabələrinin dəqiq düzülməsi əsasında inşa edilirdi. Marağa şəhərindəki Qırmızı Günbəd türbəsinin ornamental fasad sütunlarından biri Abidələrin modul sistemi, mütənnasiblik sxemləri tağların və günbəzlərin quruluşu, səkkizkünc səthlərin dəqiq ölçüsü riyazi hesablamalarsız mümkün deyildi. Bu memarlıq məktəbinin nümayəndələri dərin riyazi bilik sayəsində abidələrin mütənnasibliyi, tağ, günbəz, ornament və bəzəklərin mürəkkəb strukturu problemlərini zərgər dəqiqliyi ilə həll etmişlər.
Naxçıvan-Marağa memarlıq məktəbi üçün kərpic hörgüsü, kərpicdən quraşdırılmış inşaat strukturları, müxtəlif formalı kərpicin məharətlə tətbiqi və kərpicin birrəngli yeknəsəngliyindən uzaqlaşmaq üçün rəngi kaşı və gəc ünsürlərinin memarlıq bəzəyinə daxil edilməsi səciyyəvidir.
Binaların kompozisiya və həcm quruluşunda da Naxçıvan memarları ümumşərq memarlığında görkəmli yer tuta bilən üsullar yaradır və tətbiq edirlər. Naxçıvan memarlıq kompozisiyaları üçün monumentallıqla bərabər zəriflik də diqqəti cəlb edən xüsusiyyətdir. Naxçıvan sənətkarlarının həndəsi ornament quruluşu yaratmaq məharətləri və inşaatda ondan çox səmərəli yolla istifadə edilməsi də bu məktəbin daxilində yaradılan memarlıq-inşaat üsullarına daxildir.
Həmçinin bax
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Леонид Семенович Бретаницкий — Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока, Наука, Глав. ред. восточной лит-ры, 1966
- Микаэль Алескерович Усейнов — История архитектуры Азербайджана, Гос. изд-во литры по строительству, архитектуре и строит. материалам, 1963
- C. Qiyasi – Azərbaycan xatirə memarlığının təkamül prosesində Naxçıvan memarlığının rolu, Naxçıvan Dövlət Universitetinin "Elmi əsərləri", 1999, ;4
- "Encyclopædia Iranica. ʿAjamī". 2016-02-17 tarixində . İstifadə tarixi: 2012-07-08.
- Л.С. Бретаницкий. Архитектура и изобразительное искусство. Российские универсальные энциклопедии. Брокгауз-Ефрон и Большая советская энциклопедия объединенный словник. 2012-04-11 tarixində arxivləşdirilib.
- К. М. Мамед-заде. Строительное искусство Азербайджана
- [Исследования по истории культуры народов Востока: сборник в честь академика И. А. Орбели, Изд-во Академин наук СССР, Ленинградское отд-ние, 1960]
- Ə. V. Salamzadə — Əcəmi Naxçıvani, Bakı, 1976
- . 2011-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-08.
- Саламзаде А.В., Мамедзаде К.М. Памятники нахчыванской школы азербайджанского зодчества. Баку,1985
- К. Н. СМИРНОВ. (PDF). Тифлис. 1934. 2012-05-26 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- Роза Салаева. (PDF). БАКУ. 2002. 2012-12-09 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- "Нахичеванская Автономная Советская Социалистическая республика". 2019-09-17 tarixində . İstifadə tarixi: 2012-07-08.
Xarici keçidlər
- Momina Khatun and Gudi Khatun Mousoleums in Nakhchivan, İRS jurnalı
- Нахичеванская архитектурная школа, İRS jurnalı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Naxcivan Maraga memarliq mektebi Azerbaycan erazisinde genis yayilmis memarliq mekteblerinden biridir Bu memarliq mektebi XI esrden formalasmaga baslamis ve orta esrler Azerbaycan memarliginin uslub xususiyyetlerini mueyyenlesdirmisdir Azerbaycan memarligi tarixine dair aparilmis olan elmi tedqiqatlar zamani ilk defe bir memarliq mektebi kimi taninan Naxcivan Maraga memarliq mektebi olmusdur Bunun esas sebebi Naxcivan memarliq mektebine mexsus olan senetkarlarin bir coxunun adini dasiyan kitabelerin dovrumuze catmasidir 1162 ci il tarixli Yusif Kuseyir oglu turbesindeki kitabede memar Ecemi Ebubekr oglu ozunu naxcivanli memar adlandirir TarixiXI esrden formalasmaga baslayan bu memarliq mektebi Naxcivan seherinin Azerbaycan Atabeylerinin 1136 1225 iqmetgahina cevirilmesi neticesinde yukselis dovrune catmis Memar Ecemi Ebubekr oglunun fealiyyeti ile Yaxin Serq memarliginda ehemiyyetli rol oynamisdir Memar Eceminin inkisaf etdirdiyi bu mekteb uslub tekce Naxcivani ehate etmemis Guney Azerbaycanda Maraga seherine Simalda Berde seherine eyni zamanda Serqi Anadolu erazisine de yayilmisdir Umumilikde bu memarliq uslubu Serq aleminin boyuk bir hissesinde davam edib kompozisiyali abidelerin yaradilmasina tekan vermisdir Naxcivan Maraga memarliq mektebinin uslub xususiyyetlerinin mueyyenlesmesinde ve nufuzunun artmasinda XII esrde Azerbaycanin medeni heyatindaki umumi yukselis yerli dovlet hakimiyyetinin mohkemlenmesi seherlerin iqtisadi veziyyetinin yaxsilasmasi olkede edebiyyatin ve felsefi fikrin inkisafi humanizm ideyalarinin yayilmasi muhum rol oynamisdir Texminen XII esrde Naxcivan seherinin ehemiyyetinin artmasi ile elaqedar olaraq burada senetkarliq ve insaat xeyli genislenir Yerli eneneler burada Azerbaycan memarligi ile birleserek ozune xas olan bir simasi olan memarliq bedii mekteb yaradir Naxcivan memarliq mektebinin emele gelmesinde esas menbelerden biri Arran memarliq mektebi daxilinde emele gelen xususiyyetler idi Qisa bir muddet erzinde naxcivanli senetkarlar qarsilarinda duran memarliq insaat problemlerini muveffeqiyyetle hell etmek seviyyesine qalxdilar ve hetta o dovrde Azerbaycan memarliginin zirvesini teskil eden eserler yaratmaga nail oldular Uslub xususiyyetleriNaxcivan xan sarayinin serq fasadiInsa texnikasi Naxcivan Maraga memarliq mektebi dovrun en mukemmel insaat quruluslarinin tetbiqi binanin texniki qurulusu ile onun bedii hellinin tektonikliyine nail olunmasi baximindan en yuksek seviyyeye qalxmisdi Maragadaki Goy Gunbed turbesinin serdabe hissesinin atmatagli tavan konstruksiyasi Azerbaycan xatire memarliginin tekamul prosesinde Naxcivan Maraga memarliq mektebinin xususile bu mektebin taninmis numayendleri Ecemi Ebubekr oglu Naxcivani ve Ehmed ibn Eyyub el Hafiz Naxcivaninin boyuk xidmetleri olmusdur Ikiqatli qurulusu yeralti serdabe ve yerustu qulle olan turbelerin ust bolumu silindr kub ve ya prizma bicimli govdeden ibaret olub ikiqatli gunbezle ortulurdu Ecemi Naxcivaninin dovrumuze kimi gelib catmis iki eseri prizmatik govdeli turbelerdir Ehmed ibn Eyyub el Hafiz Naxcivani ise yuvarlaq silindrik govdeli turbeler yaratmisdir Naxcivan Maraga memarliq mektebine mexsus tikililer Yusif Kuseyir oglu turbesi Momune Xatun turbesi Berde turbesi Qirmizi Gunbed turbesi Goy Gunbed turbesi ve sair umumi qurulusunun abideviliyi ayrintilarinin zerifliyi memarliq bolgulerinin nikbinlik doguran gorkemi ornament bezeklerinin oynaqligi ile seciyyelenir Ornamentasiya Naxcivan Maraga memarliq mektebi deqiq riyazi hesablama metodlarina esaslanirdi Abideler deqiq hesablama ve olcmeler planlasma yerlesme ornamentlerinin ve kitabelerinin deqiq duzulmesi esasinda insa edilirdi Maraga seherindeki Qirmizi Gunbed turbesinin ornamental fasad sutunlarindan biri Abidelerin modul sistemi mutennasiblik sxemleri taglarin ve gunbezlerin qurulusu sekkizkunc sethlerin deqiq olcusu riyazi hesablamalarsiz mumkun deyildi Bu memarliq mektebinin numayendeleri derin riyazi bilik sayesinde abidelerin mutennasibliyi tag gunbez ornament ve bezeklerin murekkeb strukturu problemlerini zerger deqiqliyi ile hell etmisler Naxcivan Maraga memarliq mektebi ucun kerpic horgusu kerpicden qurasdirilmis insaat strukturlari muxtelif formali kerpicin meharetle tetbiqi ve kerpicin birrengli yeknesengliyinden uzaqlasmaq ucun rengi kasi ve gec unsurlerinin memarliq bezeyine daxil edilmesi seciyyevidir Binalarin kompozisiya ve hecm qurulusunda da Naxcivan memarlari umumserq memarliginda gorkemli yer tuta bilen usullar yaradir ve tetbiq edirler Naxcivan memarliq kompozisiyalari ucun monumentalliqla beraber zeriflik de diqqeti celb eden xususiyyetdir Naxcivan senetkarlarinin hendesi ornament qurulusu yaratmaq meharetleri ve insaatda ondan cox semereli yolla istifade edilmesi de bu mektebin daxilinde yaradilan memarliq insaat usullarina daxildir Momine Xatun turbesi Yusif ibn Kuseyir turbesi Gulustan turbesi Berde turbesi Seyx Sefi kompleksi Qarabaglar turbesi Tebriz Goy mescidi Irevan Goy mescidi Ordubad Cume mescidi Naxcivan xan sarayi Behnam evi Qeyseriyye Tebriz bazariHemcinin baxSirvan Abseron memarliq mektebi Arran memarliq mektebi Qafqaz Albaniyasinin memarligi Azerbaycan memarligi Seyx Cuhenna ogluIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Leonid Semenovich Bretanickij Zodchestvo Azerbajdzhana XII XV vv i ego mesto v arhitekture Perednego Vostoka Nauka Glav red vostochnoj lit ry 1966 Mikael Aleskerovich Usejnov Istoriya arhitektury Azerbajdzhana Gos izd vo litry po stroitelstvu arhitekture i stroit materialam 1963 C Qiyasi Azerbaycan xatire memarliginin tekamul prosesinde Naxcivan memarliginin rolu Naxcivan Dovlet Universitetinin Elmi eserleri 1999 4 Encyclopaedia Iranica ʿAjami 2016 02 17 tarixinde Istifade tarixi 2012 07 08 L S Bretanickij Arhitektura i izobrazitelnoe iskusstvo Rossijskie universalnye enciklopedii Brokgauz Efron i Bolshaya sovetskaya enciklopediya obedinennyj slovnik 2012 04 11 tarixinde arxivlesdirilib K M Mamed zade Stroitelnoe iskusstvo Azerbajdzhana Issledovaniya po istorii kultury narodov Vostoka sbornik v chest akademika I A Orbeli Izd vo Akademin nauk SSSR Leningradskoe otd nie 1960 E V Salamzade Ecemi Naxcivani Baki 1976 2011 11 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 07 08 Salamzade A V Mamedzade K M Pamyatniki nahchyvanskoj shkoly azerbajdzhanskogo zodchestva Baku 1985 K N SMIRNOV PDF Tiflis 1934 2012 05 26 tarixinde orijinalindan PDF arxivlesdirilib Roza Salaeva PDF BAKU 2002 2012 12 09 tarixinde orijinalindan PDF arxivlesdirilib Nahichevanskaya Avtonomnaya Sovetskaya Socialisticheskaya respublika 2019 09 17 tarixinde Istifade tarixi 2012 07 08 Xarici kecidlerMomina Khatun and Gudi Khatun Mousoleums in Nakhchivan IRS jurnali Nahichevanskaya arhitekturnaya shkola IRS jurnali