Şərqi Türküstan İslam Respublikası və ya Birinci Şərqi Türk İslam Respublikası (uyğ. شەرقىي تۈركىستان جۇمۇھۇرىيىتى, Шәрқий Түркистан Ислам Җумхурийити, Sherqiy Türküstan Islam Jumhuriyiti), yaxud Uyğurıstan Respublikası — 1933-cü il noyabrın 12-də , Çində vətəndaş müharibəsi zamanı yaradılmış qısa müddətli dövlət quruluşu. Uyğurların milli və islami birlikləri dövlətin qurulmasında aparıcı rol oynasa da, dövlətin əhalisi çoxmillətli idi və həm hökumətdə, həm də əhali arasında qazaxlar, qırğızlar və digər türk xalqlarının nümayəndələri çoxluq təşkil edirdi.
İslam respublikası | |||||
Şərqi Türküstan İslam Respublikası | |||||
---|---|---|---|---|---|
Şərqi Türküstan İslam Respublikası | |||||
| |||||
| |||||
Paytaxt | Qaşqar | ||||
Dilləri | Uyğur dili | ||||
Rəsmi dilləri | uyğur | ||||
Dövlət dini | islam | ||||
Ərazisi | 1,4 mln kv. | ||||
Əhalisi | uyğurlar, dunqanlar, qırğızlar | ||||
İdarəetmə forması | İslam Respublikası | ||||
Prezident | |||||
• 1933-1934 | Niyazi Xoca | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Çin hakimiyyəti muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmut Muxitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd İmin Boğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türküstanın digər bölgələrini: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Kaşqar şəhəri olmaqla Şərqi Türküstan Türk İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir.
Sovet və Çin qoşunlarının dəstəyi ilə 1934-cü ildə hueylərin səhra komandirləri (Nankin Çin hökumətinin müttəfiqləri) tərəfindən Qaşqarın ələ keçirilməsi nəticəsində ŞTİR süquta uğradı. Lakin əslində respublika 1937-ci ilə qədər yaşamışdı. Belə ki, 1937-ci ildə 1934-cü ildən sonra Qaşqar və ətrafına nəzarət edən Niyaz Kamal və Kiçik Axunun komandanı olduqları Altıncı Uyğur Diviziyası SSRİ və Çin qoşunları tərəfindən birlikdə məğlubiyyətə uğradıldı.
İlk Uyğur respublikasının müstəqil mövcudluğu on il sonra İkinci Şərqi Türküstan Respublikasının yaradılması və müasir uyğurların müstəqil Şərqi Türküstan yaratmaq planlarında mənəvi dəstək üçün ən yaxşı nümunə olmuşdur.
Tarixi
XX əsrin əvvəllərində Uyğurıstanın müstəqilliyini dəstəkləyənlər arasında, Pan-Türkçülük ideyalarına söykənən cədidçilik hərəkatı çox güclü təsirə malik idi. İlk əsas məktəb Qaşqardən kənarda yerləşirdi və mədrəsədəki ənənəvi tədrisdən fərqli olaraq tədris elm, riyaziyyat, tarix və müxtəlif dillər öyrənilməsinə əsaslanırdı.
Cədidçilik fərdi və milli inkişaf üçün təhsilin mümkünlüyünü və Sincanın statusunun dəyişdirilməsinin mümkünlüyünü vurğulayırdı. SSRİ və sosialist Orta Asiya respublikalarının elan edilməsi separatçı hisslərin populyarlığının artmasına və kommunist fikirlərin yayılmasına da təsir etdi. Yerli Kommunist Təşkilatı 1921-ci ildə qurulsa da, Şərqi Türküstan həm də Türk millətçi hərəkatını quran SSRİ-dən olan qaçqınların sığınacaq tapdığı yer idi.
Sincanda vəziyyət 1928-ci ildə Yan Szensinin öldürülməsi və özünü qubernator elan edən müavini Jin Şuzhen tərəfindən hakimiyyəti ələ keçirməsi ilə pisləşdi. Bölgənin inkişafını idarə etmək baxımından despotik, korrupsiyalaşmış və təsirsiz olan Jin, çinliləşdirmə prosesinə başlayaraq, vergiləri artırdı, həcc ziyarətinə getməyi qadağan etdi və yerli məmur vəzifələrinə yerli xalqın nümayəndələri əvəzinə xanlardan təyin edərək uyğurları daha qəzəbləndirdi.
Müstəqilliyin elan edilməsi
Üsyan
Vəziyyət 1930-cu ildə Şərqi Sincanda yerləşən Kumul xanı Şah Məsud xanın vəfat etməsi ilə böhran həddinə çatdı. Sin sülaləsinin qanunlarına görə, hakimiyyət onun nəslindən birinə keçməli idi. Kumul ərazisi Şərqi Çinə gedən aparıcı yolun üzərində strateji yerləşməsi və çoxlu sayda mənimsənilmiş kənd təsərrüfatı torpaqlarına malik olması ilə əhəmiyyətli yer sayılırdı. Bütün bunlar və hökumətin hakimiyyəti ələ keçirmək və feodal irsi hüququnu ləğv etmək istəyi Jin Şuzenə xanlığı ləğv etməyə və birbaşa idarəetmə tətbiq etməyə sövq etdi. Jin Şuzen yerli uyğurlardan alınan kənd təsərrüfatı vergilərini iki qat artırdı, əkin sahələrini müsadirə etdi, onları Qansudan olan xan qaçqınlarına verdi və onlara subsidiya ayırdı. Uyğurları isə səhra kənarında əlverişsiz torpaqlara köçürdü. Kumula gətirilən yeni qarnizon yalnız yerli əhali arasında narazılığı artırdı və 1931-ci ildə bölgədə müqavimət dəstələri meydana gəlməyə başladı. Səbrləri daşıyan son damla 1931-ci ilin fevralında, etnik bir çinli zabitin uyğur qızla evlənməyə çalışdığı oldu. Uyğurlar, qızın təcavüzə uğradığını iddia edirdilər. Belə ki, İslam qanunları müsəlman qızların qeyri-müsəlmanlarla evlənməsini qadağan edirdi. Bu da uyğurların həm qorxmasına, həm də onların milli-dini hissiyatına toxunmuşdu.
Kumul üsyanı 1931-ci il fevralın 20-də toyda Çinq və hökumətin 33 əsgərinin qətli ilə başladı. Ardınca Qansudan olan 120 xan qaçqını da öldürüldü. Üsyana qoşulanlar yalnız uyğurlarla məhdudlaşmadı, qazaxlar, qırğızlar, çinli xanlar və hueylər - Jin hakimiyyətini devirmək istəyənlərin hamısı onda iştirak edirdi. Homindan və Sovet İttifaqı Jin və komandanı Şen Şiçaiyə kömək üçün qoşun göndərməsi vəziyyəti daha da çətinləşdirdi. Üstəlik Jinin yanında İli çayı vadisində yaşayan vətəndaş müharibəsindən sonra SSRİ-dən qaçan mühacirlər də vardı. Tərəflər arasında əsas döyüş Urumçi yaxınlığında baş verdi, burada uyğurlar və hueylərin hərbi birləşmələri cəmləşmişdi, onları Şen Şitsai, ağ qvardiyaçılar və Çinin şimal-şərqindən Yapon işğalı zamanı geri çəkilən mancur əsgərləri mühasirəyə almışdılar.
Parçalanma
1933-cü ilin aprelində Jin bu koalisiyanın rəhbəri tərəfindən vəzifəsinə təsdiq edildi. Sovet İttifaqından hərbi dəstək alan Şen uyğurların hərbi liderlərindən biri olan Hacı Niyazi Xocaya (Şah Məsudun keçmiş müşaviri), Ma Çjunun başçısı olduğu hueylərin dəstələrinə qarşı hərbi dəstək qarşılığında Cənubi Uyğurustanın bölgələrindən birində hakimiyyət təklif etdi. Bununla Şen Şitsai üsyançıları parçalamaq məqsədi güdürdü və istəyinə də müvəffəq ola bildi. Belə ki, Niyazi Xoca və Ma Çunq arasındakı əvvəlki ittifaq Jimsar döyüşündən sonra pozulmuşdu. Bu döyüşdə Niyazi Xoca qüvvələri ağır itki verdilər, lakin Jimsar qarnizonunu təslim olmağa məcbur etdilər. Döyüş zamanı Ma Çunqun qoşunları əsasən hücum qüvvələrinin cinahlarını və arxa hissəsini qoruyurdu, uyğur qoşunları isə Cimsar qalası üzərinə açıq hücuma atılmışdı. Niyazi Xoca qala arsenalının silahlarının təslim edilməsi müqabilində mühasirədə olan qarnizonun sərbəst geri çəkilməsini təmin etməyə razı oldu. Lakin gecə Ma Çunq qəfildən qalaya girir və bütün arsenalı (12,000 tüfəng, 6 pulemyot və 500,000 güllə) ələ keçirdir və çin qarnizonunu özünün Dunqan qoşunlarının tərkibinə daxil edir. O, ələ keçirilmiş silah arsenalını Niyazi Hoca ilə bölüşməkdən imtina edir və bununla da sonuncunu qəzəbləndirir. 1933-cü il mayın 28-də və sonrakı bir neçə gündə Niyazi Xoca artıq Şenq Şicai ilə sülh danışıqlarına başlamaq üçün Urumçidəki Sovet Baş Konsulu Apresov və nümayəndələri ilə görüşür. Şenq Şicai ilə Niyazi Xoca arasındakı ittifaq müqaviləsi 4 iyun 1933-cü ildə imzalanmışdı və bu zaman Sovet İttifaqı Niyazi Xocaya xeyli silah-sursat: təxminən bir neçə yüz bomba və üç pulemyotla təxminən 2000 tüfəng verdi. Danışıqları təşkil edən Urumçiyə yeni təyin olunmuş Sovet Konsulu Qaregin Apresov Niyazi Xocaya qoşunlarını dunqan (huey) qüvvələrinə qarşı çevirməyə məcbur etdi və bu da üsyanın fərqli milli qruplar arasında qırğınlara çevrilməsinə gətirib çıxardı.
Hueylərin qoşunlarının başqa bir hissəsi isə uyğurlarla birlikdə (Teymur bəyin başçılığı ilə) Uyğurustanın cənubundakı Külçə şəhərinə hücum etdi və mart ayında Qaşqara yaxınlaşdı. Lakin tezliklə burda da müttəfiqlər arasında parçalanma baş verdi. Belə ki, şəhərin mühasirəsi zamanı hueylərin komandanı Ma Çancanq, yerli hakimiyyət orqanları ilə gizli sövdələşmə bağladı və Ma Şaounun başçılıq etdiyi huey birlikləri xaincəsinə uyğurların üzərinə hücum etdi. Ma Şaou şəxsən uyğurların komandanı Timur Bəyi öldürdü..
Respublikanın elan edilməsi
Eyni zamanda Tarım hövzəsinin cənubunda, Xotan şəhərində cədidçilik təhsili almış zəngin Buxra ailəsindən olan üç qardaş Keriya şəhəri yaxınlığındakı qızıl mədənlərində çalışanları üsyana qaldırdılar. Onlar Yurunkaş və Karakaş çaylarının vadilərin də yaşayanları da üsyana cəlb etdilər. 1933-cü il martın 16-da Çindən ayrılaraq, müstəqil Xotan Əmirliyini yaratdıqlarını və özlərini bu dövlətin əmiri elan etdilər. Yerli əyalət rəhbərliyi və hərbi birlikləri mədənçilər tərəfindən məhv edildi. Yerli çinli əhali yalnız İslamı qəbul etdikləri üçün məhv edilmədi. Xotan Əmirliyi, 1933-cü ilin iyulunda Xotan hökumətinin Qaşqar qolunu və qurumlarını yaratmaq məqsədi ilə Buğra qardaşlarından birini Şahmansur Əmin Buğranı bu şəhərə göndərdi. İlin sonunda Qaşqar qolu millətçilik və cədidçilik prinsiplərinə söykənən çox etnik, yarımillətçi Şərqi Türküstan İstiqlal Assosiasiyasına çevrilir.
1933-cü ilin sentyabrında Sabit Damolla, Niyazinin o vaxt Uyğurustanın şimalında və əslində Şen Şisai ilə koalisiyada olmasına baxmayaraq, Niyazi Xocanın rəhbərlik etdiyi Şərqi Türküstan Respublikasının qurulduğunu elan etdi.
1933-cü il noyabrın 12-də Şərqi Türküstan Türk İslam Respublikası (ŞTTİR) ya da Uyğurustan Respublikası elan edildi. Hər iki ad eyni anda istifadə edilmiş və hər ikisi eyni anda elan olunmuşdu.
Daxili siyasət
Bu dövlət quruluşu Xotan əmirliyindən asılı deyildi və ondan müstəqil idi. ŞTTİR-in hakimiyyəti Tarim hövzəsinin şimalındakı Aksudan cənubda Xotana qədər olan ərazini əhatə edirdi. Əslində Qaşqar hökumətinin böyük problemləri var idi: resurs çatışmazlığı, hiperinflyasiya və Ma Çjançanın qismində rəhbərlik etdiyi düşmən hueylər. Konstitusiyada "Şərqi Türküstan" adından istifadə olunmaqla yeni dövlət çoxmillətli bir respublika elan edilsə də, ilk sikkələr "Uyğurstan Respublikası" (Uyğurstan Jumhuriyiti) yazısı ilə zərb edilirdi. Bəzi mənbələrdə isə Şərqi Türküstan Türk İslam Cümhuriyyətinin adına rast gəlinir. Bu da dövlətdə İslamın və türkçülüyün əhəmiyyətini vurğulayırdı. Cümhuriyyətdə islamın təsiri şübhə doğurur. Belə ki, konstitusiya şəriəti təsdiq etsə də, cədidçilik təhsilə və iqtisadi islahata vurğu etməyi nəzərdə tutur.
Beynəlxalq aləmdə tanınmaq cəhdi
Şərqi Türküstan İslam Respublikasının beynəlxalq səviyyədə tanınma səyləri boşa çıxdı. SSRİ, Əfqanıstan, İran, Türkiyə və Britaniya Hindistanına elçilər göndərildi. Sovet İttifaqı islamçılar ilə işləməkdən imtina etdi. Əfqanıstanda Qaşqar elçiləri Əfqanıstan kralı Zahir Şah və Baş nazir Sərdar Məhəmməd Haşim Xan ilə görüşərək silah tədarükündə kömək istədilər. Ancaq hər ikisi də Çinin daxili işlərinə qarışmamağa qərar verdi. Bütün digər dövlətlər də eyni şəkildə reaksiya göstərdilər, separatçılarla münasibət qurmaq istəmədilər. Heç kim Çin və SSRİ-nin regionda siyasətinə qarşı çıxmaq və Sincanda 100.000 insanın öldüyü müharibəyə müdaxilə etmək istəmədi.
Gənc Respublikanın adı çəkilən ölkələr tərəfindən tanınmaq cəhdi boşa çıxdığından Berlin-Roma-Tokio oxu dövlətləri ilə əlaqədar axtarmağa başladı. Bu ölkələrdə 1930-1937-ci illərdə panislamçı hisslərdən istifadə etməkdə maraqlı idilər. Şərqi Türküstan İslam Respublikası Almaniyanın Kabuldaki nümayəndəsi sayəsində onlarla bəzi diplomatik əlaqələr qura bildi. Ancaq Şərqi Türküstan İslam Respublikası Almaniya tərəfindən rəsmi tanınmağa müvəffəq ola bilmədi. Bunun əvəzinə Nasist Almaniyası Homindanı dəstəklədi.
Beləliklə, yeni yaradılan respublika düşmənlərlərin əhatəsinə düşdü (Hueylər, SSRİ, Çin) və beynəlxalq aləmdə tək qaldı. Belə şəraitdə isə onun mövcudluğunu qorumaq şansı mümkün deyildi.
Respublikanın süqutu
SSRİ-nin hərbi müdaxiləsi
1933-cü ilin oktyabrında Şen Şitsai iqtisadi və hərbi məsələləri müzakirə etmək üçün Moskvaya səfər etdi. 1933-cü ilin dekabrında ikinci səfər zamanı onu Sovet Baş Konsulu Qaregin Apresov müşayiət etdi və birbaşa hərbi dəstək barədə razılıq əldə edildi. SSRİ-dən Baş Siyasi İdarənin 13-cü Alma-Ata və 10-cu Daşkənd alaylarının üzvlərindən və Qızıl Ordu əsgərlərindən təşkil olunan qoşun "Altay könüllü ordusu" adı altında bölgəyə yeridildi. Onlar bir neçə zirehli maşınla təchiz edilmiş və Ağ Qvardiyaçıların formasını geyinmişdilər. Heyətə SSRİ-yə mənsub olduqlarını inkar etmək barədə ciddi təlimat verildi və onlara 50 il müddətinə Sincanda baş verən hadisələrin təfərrüatlarını açıqlamamaq üçün sənədə imza atdırdılar. Sincan valisi adından polkovnik P.Pappenqut SSRİ tərəfindən maliyyələşdirilən bir süvari və iki piyada alayı qurdu. "Altay könüllü ordusu"nun hərəkətləri Baş Siyasi İdarənin Sərhəd Mühafizəsi Baş İdarəsinin xüsusi əməliyyatı kimi təqdim olundu. Əməliyyata əvvəlcə Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi M.P.Frinovski, daha sonra isə onu əvəz edən N.K.Kruçinkin rəhbərlik etmişdir. Sovet İttifaqı Sincan hökuməti tərəfindəki Ağ Qvardiya birləşmələrinin döyüşlərdə iştirakını maliyyələşdirirdi. Beləliklə, Şərqi Çin dağlarında və səhralarında "qırmızılar" və "ağlar" eyni tərəfdə vuruşurdular və hətta eyni hərbi forma geyindilər.
Nəhayət şimalda Şen Şitsai 1934-cü il yanvarın 24-də SSRİ-dən Altay və Tarbaqatay adlı iki briqada kömək aldı. General Voloşinin (əslində Sovet ordusu generalı Pavel Rıbalko) rəhbərlik etdiyi sovet əsgərləri Altaydan qaçan rus kazakları kimi təqdim edildilər. Əslində isə bu SSRİ-nin Sincana hərbi müdaxiləsi idi. Yaponiyanın Mancuriyanı ilhaq etməsi və hueylərin lideri Ma Çjuna mümkün yapon dəstəyi SSRİ-nin narahatlığının səbəblərindən biri idi. İosif Stalinin narahatlığının başqa bir səbəbi Sincandakı üsyanın Sovet Orta Asiyasına yayıla bilməsi ilə yanaşı, basmaçların orada sığınacaq tapması mümkünlüyü idi. Sincan ilə SSRİ arasındakı ticarət əlaqələri də Şenin gələcəkdə dəstəklənməsinə səbəb oldu.
Urumçiyə yeni təyin olunmuş Sovet Baş Konsulu Qaregin Apresov 1933-cü ilin mayında Şen Şitsaiyə açıq şəkildə deyirdi: "Əyaləti inkişaf etdirə və müxtəlif millətlərdən olan insanların yaşayış şərtlərini yaxşılaşdırmaq, mədəniyyətlərini inkişaf etdirmək olar. Ancaq onlara (müsəlman üsyançılarına) vilayətin cənubunda SSRİ-nin arxa qapısındakı İkinci Mancuriyaya çevrilərək Müstəqil Dövlət yaratmalarına icazə versəniz, biz buna seyrçi olmayacağıq, hərəkətə başlayacağıq".
Şen Şirsai hərbi yardım və Qırmızı Ordu hərbi birləşmələrinin Sincan ərazisinə daxil olması üçün Sovet rejiminin barışmaz düşməni olan ağ qvardiyaçı Pavel Papenqut, Sincan vilayətinin silahlı qüvvələrinin komandanlığından çıxarıldı. O, Apresovun tələbi ilə həbs olundu 1933-cü il aprel sui-qəsdini hazırlamaqda günahlandırılaraq Urumçidə güllələndi. Ağ qvardiyaçı alayının baş komandanı general Bekterev təyin olundu. Beləliklə Sovet İttifaqının Sincana müdaxiləsi daha da genişləndi. 1933-cü il dekabrın 23-də Pravda qəzeti, Sincan hökumətinin 1933-cü ilin dekabrına qədər 46 min süngü və qılıncla silahlanmış bir ordu qurduğunu bildirən TASS hesabatı yayımlamışdı.
İli çayının ətrafında dayanan han Çin birliklərinə komandanlıq edən han çinli general Zanq Peiyuan, Ma Çjan ilə danışıqlar apardı və 1934-cü ilin yanvarında onunla birlikdə Urumçi üzərinə hücumu planlaşdırdı. Sentyabrın ortalarında Şen Şitsai Ma Çonqun Turfan bölgəsini təmizləməsini və geriyə evinə dönməsini tələb etdi. Əvvəlcə Ma Çonq Taçenq və Urumçi arasındakı yolu ələ keçirdi, lakin Sovetlərin "Altay Könüllü Ordusu" tərəfindən şəhərin tutulduğu barədə xəbərlər alındıqdan sonra (sovet hərbi birləşməsi əslində şəhərə daxil olmuşdu) Külçəyə dönməyə qərar verdi. Zanq Külçəyə yaxınlaşanda dağ yolunda mühasirəyə düşdü və qoşunları qismən məhv edildi. O, ordusunun qalıqları ilə Tyan-Şan dağlarındakı Muzart aşırımına və oradan Cənubi Sincana Aksu yaxınlığına qaçdı. Buna dözməyən Zang Peiyuan intihar etdi. Oktyabr ayında Çin hökumət qoşunları Davançenq keçidinə hücum etdilər, lakin məğlub oldular. Ma Çonq Urumçiyə planlaşdırıldığı kimi hücum etdi. O, Şeni qəflət yaxaladı, şəhərə qərb tərəfindən təpələrdən gizlicə yaxınlaşdı və əvvəlcə teleqraf stansiyasını, sonra aerodromu ələ keçirdi.
Bu zaman Urumçidə panika başladı. Bəzi hökumət üzvləri hökumətin Külçəyə təxliyəsindəisrar etdilər, lakin təhlükəli vəziyyəti Ma Çonqun bölmələrinə arxadan zərbə vuran Niyazi Xoca aradan qaldırdı. Bu, Şen Şitsaiyə Turfan istiqamətindəki gərginliyi aradan qaldırmasına və döyüş əməliyyatlarına qarışmadan yeni möhkəmlənmənin gəlməsini gözləməsini təmin etdi. Çonq şəhər ətrafını tamamilə təcrid edərək onu mühasirəyə aldı.
Sovet-Sincan qoşunları İli bölgəsində Zanqı Peiyanı məğlub etdikdən sonra, Çan Kayşi SSRİ ilə birbaşa silahlı qarşıdurmaya cəlb olunacağından qorxduğu üçün Maya tam dəstək göstərə bilmədi.
Tatun çayı üzərində həlledici döyüşdə Ma Çonq məğlub oldu. Sovet hərbi briqadaları aviasiya dəstəyi ilə Ma Çonqu cənubda geri çəkilməyə məcbur etdi. 1934-cü il fevralın 16-da Urumçinin mühasirəsi qaldırıldı.
Paytaxt üzərinə hücum
36-cı diviziya generalı Ma Fuyuan 6 fevral 1934-cü ildə Qaşqara hücum etmək üçün huey ordusuna rəhbər təyin edildi. Ma Fuyuan Şərqi Türküstan İslam Respublikası, uyğur və qırğız üsyançılar üzərinə yerimək üçün hazırlığlara başladı. 36-cı diviziyanın başqa bir generalı Ma Çonqu mühasirədən çıxmağa kömək etdi. Çonq 22 may 1933-cü ildə Qaşqarda özünün huey Çin qoşunları ilə birlikdə uyğurlar və qırğızlar tərəfindən tələyə düşmüşdü. 1934-cü il yanvarın 13-də şəhərə gələn Niyazi Xocanın uğursuz əks hücumlar cəhdi uyğur qüvvələrinin böyük itkiləri ilə nəticələndi. 1934-cü ilin fevralında Qaşqarın qədim hissəsində 2000-dən 8000-ə qədər uyğur mülki vətəndaşı hueylər tərəfindən qətlə yetirildi. Bu uyğur qüvvələrinin 1933-cü ildə Qaşqardan Yenihisara çəkilməsi zamanı törətdikləri Qızıldakı qətliamının qisası kimi təqdim edildi. 1934-cü il aprelin 7-də Qaşqara gələn huey 36-cı Diviziya baş komandanı general Ma Çonq aprel ayında İd Kah məscidində çıxış edərək uyğurları Nankindəki Çin Respublikası hökumətinə sadiq qalmalarını tələb etdi. Hueylər Qaşqardakı Britaniya konsulluğuna hücum edib onu dağıtdılar. Bir neçə ingilis vətəndaşı 36-cı Diviziya qoşunları tərəfindən qətlə yetirildi. Ma Çonq Şərqi Türküstan İslam Cümhuriyyətinin (ŞTİR) varlığına son qoydu.
Mahmud Muhiti ordunun qalıqları ilə Yarkənd və Xotana çəkildi. Respublikanın prezidenti Niyazi Xoca Artuşdan Sovet-Çin sərhədinə doğru geri çəkildi. Hacı Niyazi Xoca SSRİ-də sığınacaq tapdı. Sovet hökuməti ŞTİR-nın ləğvinə razılıq veriləcəyi təqdirdə ona hərbi yardım və böyük imkanlar vəd etdi. Şərqi Türküstan İslam Cümhuriyyətinin ləğvi və hərbi dəstələrin buraxılması barədə sənədlərin imzalanmasından sonra Niyazi Xoca Sincanın cənubunda (Xotan, Yarkənd) hakimiyyət səlahiyəti verildiyi Şərqi Türküstana qayıtdı. ŞTİR-nın süqutundan sonra didərgin düşən digər cümhuriyyət xadimləri Hindistan və Əfqanıstanda sığınacaq tapdılar.
İstinadlar
- Усов В. Н. Советская разведка в Китае: 30-е годы XX века. — М., Тов-во науч. изд. КМК, 2007. — — c. 357
- Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 145. ISBN . 2020-06-18 tarixində . İstifadə tarixi: 2010-06-28.
- Aichen Wu. Turkistan Tumult. Oxford University Press. 1984. ISBN .
- Гуань Ю. П. Штрихи к политическому портрету Шэн Шицая 2011-09-16 at the Wayback Machine
- Нэх В. Ф. Специальная операция НКВД в Синьцзяне 2020-08-10 at the Wayback Machine
- Forbes, 1986. səh. 249
- Hsiao-ting Lin. Modern China's Ethnic Frontiers: A Journey to the West. Taylor & Francis. 2010. 46. ISBN .
- Hsiao-ting Lin. Modern China's Ethnic Frontiers: A Journey to the West. Taylor & Francis. 2010. 41. ISBN .
- AP. "REPULSE REBELS AFTER SIX DAYS". Spokane Daily Chronicle. 1 February 1934.[ölü keçid]
- AP. "TUNGAN RAIDERS MASSACRE 2,000". The Miami News. 17 March 1934.[ölü keçid]
- Associated Press Cable. "TUNGANS SACK KASHGAR CITY, SLAYING 2,000". The Montreal Gazette. 17 March 1934. 24 October 2021 tarixində . İstifadə tarixi: 5 March 2021.
- The Associated Press. "British Officials and 2,000 Natives Slain At Kashgar, on Western Border of China". The New York Times. 17 March 1934. 22 February 2014 tarixində . İstifadə tarixi: 5 March 2021.
- AP. "2000 Killed In Massacre". San Jose News. 17 March 1934. 29 October 2021 tarixində . İstifadə tarixi: 5 March 2021.
- David D. Wang. Under the Soviet shadow: the Yining Incident : ethnic conflicts and international rivalry in Xinjiang, 1944-1949 (illustrated). Hong Kong: The Chinese University Press. 1999. səh. 53. ISBN . 2021-04-12 tarixində . İstifadə tarixi: 2010-06-28.(Original from the University of Michigan)
Şəkillər
- Şərqi Türküstan İslam Respublikası hökuməti
- Xotan əsgəri
- Kumul zabiti
- Xotan partizanları
-
- Sabit Damolla, baş nazir
- Uyğur üsyançıları
Ədəbiyyat
- James A. Millward and Nabijan Tursun, "Political History and Strategies of Control, 1884–1978" in Xinjiang: China's Muslim Borderland (ISBN ).
- Michael Zrazhevsky, "Russian Cossacks in Sinkiang". Almanach "The Third Rome", Russia, Moscow, 2001
- Sven Hedin, "The flight of Big Horse". New York, 1936.
- Burhan Shahidi 包尔汗, Xinjiang wushi nian 新疆五十年 [Fifty Years in Xinjiang], (Beijing, Wenshi ziliao, 1984).
- Clubb, O. E., China and Russia: The "Great Game". (NY, Columbia, 1971).
- Forbes, Andrew D. W. Warlords and Muslims in Chinese Central Asia: A Political History of Republican Sinkiang 1911–1949. Cambridge, England: Cambridge University Press. 1986. ISBN .
- Hasiotis, A. C. Jr. Soviet Political, Economic and Military Involvement in Sinkiang from 1928 to 1949 (NY, Garland, 1987).
- Khakimbaev A. A., "Nekotorye Osobennosti Natsional’no-Osvoboditel’nogo Dvizheniya Narodov Sin’tszyana v 30-kh i 40-kh godakh XX veka" [Some Characters of the National-Liberation Movement of the Xinjiang Peoples in 1930s and 1940s], in Materialy Mezhdunarodnoi Konferentsii po Problemam Istorii Kitaya v Noveishchee Vremya, Aprel’ 1977, Problemy Kitaya (Moscow, 1978) pp. 113–118.
- Lattimore, O., Pivot of Asia: Sinkiang and the Inner Asian Frontiers of China (Boston, Little, Brown & Co., 1950).
- Rakhimov, T. R. "Mesto Bostochno-Turkestanskoi Respubliki (VTR) v Natsional’no-Osvoboditel’noi Bor’be Narodov Kitaya" [Role of the Eastern Turkestan Republic (ETR) in the National Liberation Struggle of the Peoples in China], A paper presented at 2-ya Nauchnaya Konferentsiya po Problemam Istorii Kitaya v Noveishchee Vremya, (Moscow, 1977), pp. 68–70.
- Wang, D., "The USSR and the Establishment of the Eastern Turkestan Republic in Xinjiang", Journal of Institute of Modern History, Academia Sinica, Taipei, vol. 25 (1996) pp. 337–378.
- Whiting, A. S., and Sheng Shih-ts’ai, Sinkiang: Pawn or Pivot? (Michigan, East Lansing, 1958).
- Бугра Мухаммад Имин. История Восточного Туркестана-Анкара, 1998
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Serqi Turkustan Islam Respublikasi ve ya Birinci Serqi Turk Islam Respublikasi uyg شەرقىي تۈركىستان جۇمۇھۇرىيىتى Shәrkij Tүrkistan Islam Җumhurijiti Sherqiy Turkustan Islam Jumhuriyiti yaxud Uyguristan Respublikasi 1933 cu il noyabrin 12 de Cinde vetendas muharibesi zamani yaradilmis qisa muddetli dovlet qurulusu Uygurlarin milli ve islami birlikleri dovletin qurulmasinda aparici rol oynasa da dovletin ehalisi coxmilletli idi ve hem hokumetde hem de ehali arasinda qazaxlar qirgizlar ve diger turk xalqlarinin numayendeleri coxluq teskil edirdi Islam respublikasiSerqi Turkustan Islam RespublikasiSerqi Turkustan Islam RespublikasiBayraq Gerb 1933 1934Paytaxt QasqarDilleri Uygur diliResmi dilleri uygurDovlet dini islamErazisi 1 4 mln kv Ehalisi uygurlar dunqanlar qirgizlarIdareetme formasi Islam RespublikasiPrezident 1933 1934 Niyazi Xoca Vikianbarda elaqeli mediafayllar Cin hakimiyyeti muxtar Kumul ve Turfan xanliqlarini legv etmesi Haci Niyazi Xocanin rehberliyi ile 1931 ci il fevralin 20 de uygur usyanin baslamasina sebeb oldu Evvelce usyan Komul bolgesini ehate etdi sonra Mahmut Muxitinin rehberlik etdiyi Turfana da yayildi Demek olar ki paralel olaraq Mehemmed Imin Bogra ve Sabit Damollanin rehberliyi ile Xotanda usyana qosuldu Qisa muddet sonra Serqi Turkustanin diger bolgelerini Qasqar ve Kulceni de usyan alovu buruyur Usyancilar terefinden Qasqar seherinin ele kecirilmesi ile 1933 cu il noyabrin 12 de paytaxti Kasqar seheri olmaqla Serqi Turkustan Turk Islam Respublikasi elan edilir Haci Niyazi Xoca yeni Respublikanin Prezidenti Sabit Damolla Bas naziri ve Mahmud Muhiti Mudafie Naziri secilir Sovet ve Cin qosunlarinin desteyi ile 1934 cu ilde hueylerin sehra komandirleri Nankin Cin hokumetinin muttefiqleri terefinden Qasqarin ele kecirilmesi neticesinde STIR suquta ugradi Lakin eslinde respublika 1937 ci ile qeder yasamisdi Bele ki 1937 ci ilde 1934 cu ilden sonra Qasqar ve etrafina nezaret eden Niyaz Kamal ve Kicik Axunun komandani olduqlari Altinci Uygur Diviziyasi SSRI ve Cin qosunlari terefinden birlikde meglubiyyete ugradildi Ilk Uygur respublikasinin musteqil movcudlugu on il sonra Ikinci Serqi Turkustan Respublikasinin yaradilmasi ve muasir uygurlarin musteqil Serqi Turkustan yaratmaq planlarinda menevi destek ucun en yaxsi numune olmusdur TarixiSerqi Turkustan Islam Respublikasinin elan edilmesi 1933 cu il 12 noyabr Qasqar XX esrin evvellerinde Uyguristanin musteqilliyini destekleyenler arasinda Pan Turkculuk ideyalarina soykenen cedidcilik herekati cox guclu tesire malik idi Ilk esas mekteb Qasqarden kenarda yerlesirdi ve medresedeki enenevi tedrisden ferqli olaraq tedris elm riyaziyyat tarix ve muxtelif diller oyrenilmesine esaslanirdi Cedidcilik ferdi ve milli inkisaf ucun tehsilin mumkunluyunu ve Sincanin statusunun deyisdirilmesinin mumkunluyunu vurgulayirdi SSRI ve sosialist Orta Asiya respublikalarinin elan edilmesi separatci hisslerin populyarliginin artmasina ve kommunist fikirlerin yayilmasina da tesir etdi Yerli Kommunist Teskilati 1921 ci ilde qurulsa da Serqi Turkustan hem de Turk milletci herekatini quran SSRI den olan qacqinlarin siginacaq tapdigi yer idi Sincanda veziyyet 1928 ci ilde Yan Szensinin oldurulmesi ve ozunu qubernator elan eden muavini Jin Suzhen terefinden hakimiyyeti ele kecirmesi ile pislesdi Bolgenin inkisafini idare etmek baximindan despotik korrupsiyalasmis ve tesirsiz olan Jin cinlilesdirme prosesine baslayaraq vergileri artirdi hecc ziyaretine getmeyi qadagan etdi ve yerli memur vezifelerine yerli xalqin numayendeleri evezine xanlardan teyin ederek uygurlari daha qezeblendirdi Musteqilliyin elan edilmesiUsyan Esas meqale Kumul usyaniSerqi Turkustan Islam Respublikasi ordusu zabit ve esgerleri Veziyyet 1930 cu ilde Serqi Sincanda yerlesen Kumul xani Sah Mesud xanin vefat etmesi ile bohran heddine catdi Sin sulalesinin qanunlarina gore hakimiyyet onun neslinden birine kecmeli idi Kumul erazisi Serqi Cine geden aparici yolun uzerinde strateji yerlesmesi ve coxlu sayda menimsenilmis kend teserrufati torpaqlarina malik olmasi ile ehemiyyetli yer sayilirdi Butun bunlar ve hokumetin hakimiyyeti ele kecirmek ve feodal irsi huququnu legv etmek isteyi Jin Suzene xanligi legv etmeye ve birbasa idareetme tetbiq etmeye sovq etdi Jin Suzen yerli uygurlardan alinan kend teserrufati vergilerini iki qat artirdi ekin sahelerini musadire etdi onlari Qansudan olan xan qacqinlarina verdi ve onlara subsidiya ayirdi Uygurlari ise sehra kenarinda elverissiz torpaqlara kocurdu Kumula getirilen yeni qarnizon yalniz yerli ehali arasinda naraziligi artirdi ve 1931 ci ilde bolgede muqavimet desteleri meydana gelmeye basladi Sebrleri dasiyan son damla 1931 ci ilin fevralinda etnik bir cinli zabitin uygur qizla evlenmeye calisdigi oldu Uygurlar qizin tecavuze ugradigini iddia edirdiler Bele ki Islam qanunlari muselman qizlarin qeyri muselmanlarla evlenmesini qadagan edirdi Bu da uygurlarin hem qorxmasina hem de onlarin milli dini hissiyatina toxunmusdu Kumul usyani 1931 ci il fevralin 20 de toyda Cinq ve hokumetin 33 esgerinin qetli ile basladi Ardinca Qansudan olan 120 xan qacqini da olduruldu Usyana qosulanlar yalniz uygurlarla mehdudlasmadi qazaxlar qirgizlar cinli xanlar ve hueyler Jin hakimiyyetini devirmek isteyenlerin hamisi onda istirak edirdi Homindan ve Sovet Ittifaqi Jin ve komandani Sen Sicaiye komek ucun qosun gondermesi veziyyeti daha da cetinlesdirdi Ustelik Jinin yaninda Ili cayi vadisinde yasayan vetendas muharibesinden sonra SSRI den qacan muhacirler de vardi Terefler arasinda esas doyus Urumci yaxinliginda bas verdi burada uygurlar ve hueylerin herbi birlesmeleri cemlesmisdi onlari Sen Sitsai ag qvardiyacilar ve Cinin simal serqinden Yapon isgali zamani geri cekilen mancur esgerleri muhasireye almisdilar Parcalanma 1933 cu ilin aprelinde Jin bu koalisiyanin rehberi terefinden vezifesine tesdiq edildi Sovet Ittifaqindan herbi destek alan Sen uygurlarin herbi liderlerinden biri olan Haci Niyazi Xocaya Sah Mesudun kecmis musaviri Ma Cjunun bascisi oldugu hueylerin destelerine qarsi herbi destek qarsiliginda Cenubi Uygurustanin bolgelerinden birinde hakimiyyet teklif etdi Bununla Sen Sitsai usyancilari parcalamaq meqsedi gudurdu ve isteyine de muveffeq ola bildi Bele ki Niyazi Xoca ve Ma Cunq arasindaki evvelki ittifaq Jimsar doyusunden sonra pozulmusdu Bu doyusde Niyazi Xoca quvveleri agir itki verdiler lakin Jimsar qarnizonunu teslim olmaga mecbur etdiler Doyus zamani Ma Cunqun qosunlari esasen hucum quvvelerinin cinahlarini ve arxa hissesini qoruyurdu uygur qosunlari ise Cimsar qalasi uzerine aciq hucuma atilmisdi Niyazi Xoca qala arsenalinin silahlarinin teslim edilmesi muqabilinde muhasirede olan qarnizonun serbest geri cekilmesini temin etmeye razi oldu Lakin gece Ma Cunq qefilden qalaya girir ve butun arsenali 12 000 tufeng 6 pulemyot ve 500 000 gulle ele kecirdir ve cin qarnizonunu ozunun Dunqan qosunlarinin terkibine daxil edir O ele kecirilmis silah arsenalini Niyazi Hoca ile bolusmekden imtina edir ve bununla da sonuncunu qezeblendirir 1933 cu il mayin 28 de ve sonraki bir nece gunde Niyazi Xoca artiq Senq Sicai ile sulh danisiqlarina baslamaq ucun Urumcideki Sovet Bas Konsulu Apresov ve numayendeleri ile gorusur Senq Sicai ile Niyazi Xoca arasindaki ittifaq muqavilesi 4 iyun 1933 cu ilde imzalanmisdi ve bu zaman Sovet Ittifaqi Niyazi Xocaya xeyli silah sursat texminen bir nece yuz bomba ve uc pulemyotla texminen 2000 tufeng verdi Danisiqlari teskil eden Urumciye yeni teyin olunmus Sovet Konsulu Qaregin Apresov Niyazi Xocaya qosunlarini dunqan huey quvvelerine qarsi cevirmeye mecbur etdi ve bu da usyanin ferqli milli qruplar arasinda qirginlara cevrilmesine getirib cixardi Hueylerin qosunlarinin basqa bir hissesi ise uygurlarla birlikde Teymur beyin basciligi ile Uygurustanin cenubundaki Kulce seherine hucum etdi ve mart ayinda Qasqara yaxinlasdi Lakin tezlikle burda da muttefiqler arasinda parcalanma bas verdi Bele ki seherin muhasiresi zamani hueylerin komandani Ma Cancanq yerli hakimiyyet orqanlari ile gizli sovdelesme bagladi ve Ma Saounun basciliq etdiyi huey birlikleri xaincesine uygurlarin uzerine hucum etdi Ma Saou sexsen uygurlarin komandani Timur Beyi oldurdu Respublikanin elan edilmesiSerqi Turkustan Respublikasinin pasportunun ilk sehifesinin sekli Sekil 1940 ci ilde yazilmis ve 1989 cu ilde Ankarada nesr olunan Mehemmed Emin Bugrinin Dogu Turkustan Tarixi kitabinda eksini tapmisdir Eyni zamanda Tarim hovzesinin cenubunda Xotan seherinde cedidcilik tehsili almis zengin Buxra ailesinden olan uc qardas Keriya seheri yaxinligindaki qizil medenlerinde calisanlari usyana qaldirdilar Onlar Yurunkas ve Karakas caylarinin vadilerin de yasayanlari da usyana celb etdiler 1933 cu il martin 16 da Cinden ayrilaraq musteqil Xotan Emirliyini yaratdiqlarini ve ozlerini bu dovletin emiri elan etdiler Yerli eyalet rehberliyi ve herbi birlikleri medenciler terefinden mehv edildi Yerli cinli ehali yalniz Islami qebul etdikleri ucun mehv edilmedi Xotan Emirliyi 1933 cu ilin iyulunda Xotan hokumetinin Qasqar qolunu ve qurumlarini yaratmaq meqsedi ile Bugra qardaslarindan birini Sahmansur Emin Bugrani bu sehere gonderdi Ilin sonunda Qasqar qolu milletcilik ve cedidcilik prinsiplerine soykenen cox etnik yarimilletci Serqi Turkustan Istiqlal Assosiasiyasina cevrilir 1933 cu ilin sentyabrinda Sabit Damolla Niyazinin o vaxt Uygurustanin simalinda ve eslinde Sen Sisai ile koalisiyada olmasina baxmayaraq Niyazi Xocanin rehberlik etdiyi Serqi Turkustan Respublikasinin quruldugunu elan etdi 1933 cu il noyabrin 12 de Serqi Turkustan Turk Islam Respublikasi STTIR ya da Uygurustan Respublikasi elan edildi Her iki ad eyni anda istifade edilmis ve her ikisi eyni anda elan olunmusdu Daxili siyaset Bu dovlet qurulusu Xotan emirliyinden asili deyildi ve ondan musteqil idi STTIR in hakimiyyeti Tarim hovzesinin simalindaki Aksudan cenubda Xotana qeder olan erazini ehate edirdi Eslinde Qasqar hokumetinin boyuk problemleri var idi resurs catismazligi hiperinflyasiya ve Ma Cjancanin qisminde rehberlik etdiyi dusmen hueyler Konstitusiyada Serqi Turkustan adindan istifade olunmaqla yeni dovlet coxmilletli bir respublika elan edilse de ilk sikkeler Uygurstan Respublikasi Uygurstan Jumhuriyiti yazisi ile zerb edilirdi Bezi menbelerde ise Serqi Turkustan Turk Islam Cumhuriyyetinin adina rast gelinir Bu da dovletde Islamin ve turkculuyun ehemiyyetini vurgulayirdi Cumhuriyyetde islamin tesiri subhe dogurur Bele ki konstitusiya serieti tesdiq etse de cedidcilik tehsile ve iqtisadi islahata vurgu etmeyi nezerde tutur Beynelxalq alemde taninmaq cehdi Serqi Turkustan Islam Respublikasinin beynelxalq seviyyede taninma seyleri bosa cixdi SSRI Efqanistan Iran Turkiye ve Britaniya Hindistanina elciler gonderildi Sovet Ittifaqi islamcilar ile islemekden imtina etdi Efqanistanda Qasqar elcileri Efqanistan krali Zahir Sah ve Bas nazir Serdar Mehemmed Hasim Xan ile goruserek silah tedarukunde komek istediler Ancaq her ikisi de Cinin daxili islerine qarismamaga qerar verdi Butun diger dovletler de eyni sekilde reaksiya gosterdiler separatcilarla munasibet qurmaq istemediler Hec kim Cin ve SSRI nin regionda siyasetine qarsi cixmaq ve Sincanda 100 000 insanin olduyu muharibeye mudaxile etmek istemedi Genc Respublikanin adi cekilen olkeler terefinden taninmaq cehdi bosa cixdigindan Berlin Roma Tokio oxu dovletleri ile elaqedar axtarmaga basladi Bu olkelerde 1930 1937 ci illerde panislamci hisslerden istifade etmekde maraqli idiler Serqi Turkustan Islam Respublikasi Almaniyanin Kabuldaki numayendesi sayesinde onlarla bezi diplomatik elaqeler qura bildi Ancaq Serqi Turkustan Islam Respublikasi Almaniya terefinden resmi taninmaga muveffeq ola bilmedi Bunun evezine Nasist Almaniyasi Homindani destekledi Belelikle yeni yaradilan respublika dusmenlerlerin ehatesine dusdu Hueyler SSRI Cin ve beynelxalq alemde tek qaldi Bele seraitde ise onun movcudlugunu qorumaq sansi mumkun deyildi Respublikanin suqutuSSRI nin herbi mudaxilesi Serqi Turkustan Islam Respublikasinin rehberleriIsmayil bey doyusculeri ile Aksu doyusunden evvelUygur usyancilari Xotanda sira duzulusunde 1933 cu ilin oktyabrinda Sen Sitsai iqtisadi ve herbi meseleleri muzakire etmek ucun Moskvaya sefer etdi 1933 cu ilin dekabrinda ikinci sefer zamani onu Sovet Bas Konsulu Qaregin Apresov musayiet etdi ve birbasa herbi destek barede raziliq elde edildi SSRI den Bas Siyasi Idarenin 13 cu Alma Ata ve 10 cu Daskend alaylarinin uzvlerinden ve Qizil Ordu esgerlerinden teskil olunan qosun Altay konullu ordusu adi altinda bolgeye yeridildi Onlar bir nece zirehli masinla techiz edilmis ve Ag Qvardiyacilarin formasini geyinmisdiler Heyete SSRI ye mensub olduqlarini inkar etmek barede ciddi telimat verildi ve onlara 50 il muddetine Sincanda bas veren hadiselerin teferruatlarini aciqlamamaq ucun senede imza atdirdilar Sincan valisi adindan polkovnik P Pappenqut SSRI terefinden maliyyelesdirilen bir suvari ve iki piyada alayi qurdu Altay konullu ordusu nun hereketleri Bas Siyasi Idarenin Serhed Muhafizesi Bas Idaresinin xususi emeliyyati kimi teqdim olundu Emeliyyata evvelce Serhed Muhafizesi Bas Idaresinin reisi M P Frinovski daha sonra ise onu evez eden N K Krucinkin rehberlik etmisdir Sovet Ittifaqi Sincan hokumeti terefindeki Ag Qvardiya birlesmelerinin doyuslerde istirakini maliyyelesdirirdi Belelikle Serqi Cin daglarinda ve sehralarinda qirmizilar ve aglar eyni terefde vurusurdular ve hetta eyni herbi forma geyindiler Nehayet simalda Sen Sitsai 1934 cu il yanvarin 24 de SSRI den Altay ve Tarbaqatay adli iki briqada komek aldi General Volosinin eslinde Sovet ordusu generali Pavel Ribalko rehberlik etdiyi sovet esgerleri Altaydan qacan rus kazaklari kimi teqdim edildiler Eslinde ise bu SSRI nin Sincana herbi mudaxilesi idi Yaponiyanin Mancuriyani ilhaq etmesi ve hueylerin lideri Ma Cjuna mumkun yapon desteyi SSRI nin narahatliginin sebeblerinden biri idi Iosif Stalinin narahatliginin basqa bir sebebi Sincandaki usyanin Sovet Orta Asiyasina yayila bilmesi ile yanasi basmaclarin orada siginacaq tapmasi mumkunluyu idi Sincan ile SSRI arasindaki ticaret elaqeleri de Senin gelecekde desteklenmesine sebeb oldu Urumciye yeni teyin olunmus Sovet Bas Konsulu Qaregin Apresov 1933 cu ilin mayinda Sen Sitsaiye aciq sekilde deyirdi Eyaleti inkisaf etdire ve muxtelif milletlerden olan insanlarin yasayis sertlerini yaxsilasdirmaq medeniyyetlerini inkisaf etdirmek olar Ancaq onlara muselman usyancilarina vilayetin cenubunda SSRI nin arxa qapisindaki Ikinci Mancuriyaya cevrilerek Musteqil Dovlet yaratmalarina icaze verseniz biz buna seyrci olmayacagiq herekete baslayacagiq Sen Sirsai herbi yardim ve Qirmizi Ordu herbi birlesmelerinin Sincan erazisine daxil olmasi ucun Sovet rejiminin barismaz dusmeni olan ag qvardiyaci Pavel Papenqut Sincan vilayetinin silahli quvvelerinin komandanligindan cixarildi O Apresovun telebi ile hebs olundu 1933 cu il aprel sui qesdini hazirlamaqda gunahlandirilaraq Urumcide gullelendi Ag qvardiyaci alayinin bas komandani general Bekterev teyin olundu Belelikle Sovet Ittifaqinin Sincana mudaxilesi daha da genislendi 1933 cu il dekabrin 23 de Pravda qezeti Sincan hokumetinin 1933 cu ilin dekabrina qeder 46 min sungu ve qilincla silahlanmis bir ordu qurdugunu bildiren TASS hesabati yayimlamisdi Ili cayinin etrafinda dayanan han Cin birliklerine komandanliq eden han cinli general Zanq Peiyuan Ma Cjan ile danisiqlar apardi ve 1934 cu ilin yanvarinda onunla birlikde Urumci uzerine hucumu planlasdirdi Sentyabrin ortalarinda Sen Sitsai Ma Conqun Turfan bolgesini temizlemesini ve geriye evine donmesini teleb etdi Evvelce Ma Conq Tacenq ve Urumci arasindaki yolu ele kecirdi lakin Sovetlerin Altay Konullu Ordusu terefinden seherin tutuldugu barede xeberler alindiqdan sonra sovet herbi birlesmesi eslinde sehere daxil olmusdu Kulceye donmeye qerar verdi Zanq Kulceye yaxinlasanda dag yolunda muhasireye dusdu ve qosunlari qismen mehv edildi O ordusunun qaliqlari ile Tyan San daglarindaki Muzart asirimina ve oradan Cenubi Sincana Aksu yaxinligina qacdi Buna dozmeyen Zang Peiyuan intihar etdi Oktyabr ayinda Cin hokumet qosunlari Davancenq kecidine hucum etdiler lakin meglub oldular Ma Conq Urumciye planlasdirildigi kimi hucum etdi O Seni qeflet yaxaladi sehere qerb terefinden tepelerden gizlice yaxinlasdi ve evvelce teleqraf stansiyasini sonra aerodromu ele kecirdi Bu zaman Urumcide panika basladi Bezi hokumet uzvleri hokumetin Kulceye texliyesindeisrar etdiler lakin tehlukeli veziyyeti Ma Conqun bolmelerine arxadan zerbe vuran Niyazi Xoca aradan qaldirdi Bu Sen Sitsaiye Turfan istiqametindeki gerginliyi aradan qaldirmasina ve doyus emeliyyatlarina qarismadan yeni mohkemlenmenin gelmesini gozlemesini temin etdi Conq seher etrafini tamamile tecrid ederek onu muhasireye aldi Sovet Sincan qosunlari Ili bolgesinde Zanqi Peiyani meglub etdikden sonra Can Kaysi SSRI ile birbasa silahli qarsidurmaya celb olunacagindan qorxdugu ucun Maya tam destek gostere bilmedi Tatun cayi uzerinde helledici doyusde Ma Conq meglub oldu Sovet herbi briqadalari aviasiya desteyi ile Ma Conqu cenubda geri cekilmeye mecbur etdi 1934 cu il fevralin 16 da Urumcinin muhasiresi qaldirildi Paytaxt uzerine hucum 36 ci diviziya generali Ma Fuyuan 6 fevral 1934 cu ilde Qasqara hucum etmek ucun huey ordusuna rehber teyin edildi Ma Fuyuan Serqi Turkustan Islam Respublikasi uygur ve qirgiz usyancilar uzerine yerimek ucun hazirliglara basladi 36 ci diviziyanin basqa bir generali Ma Conqu muhasireden cixmaga komek etdi Conq 22 may 1933 cu ilde Qasqarda ozunun huey Cin qosunlari ile birlikde uygurlar ve qirgizlar terefinden teleye dusmusdu 1934 cu il yanvarin 13 de sehere gelen Niyazi Xocanin ugursuz eks hucumlar cehdi uygur quvvelerinin boyuk itkileri ile neticelendi 1934 cu ilin fevralinda Qasqarin qedim hissesinde 2000 den 8000 e qeder uygur mulki vetendasi hueyler terefinden qetle yetirildi Bu uygur quvvelerinin 1933 cu ilde Qasqardan Yenihisara cekilmesi zamani toretdikleri Qizildaki qetliaminin qisasi kimi teqdim edildi 1934 cu il aprelin 7 de Qasqara gelen huey 36 ci Diviziya bas komandani general Ma Conq aprel ayinda Id Kah mescidinde cixis ederek uygurlari Nankindeki Cin Respublikasi hokumetine sadiq qalmalarini teleb etdi Hueyler Qasqardaki Britaniya konsulluguna hucum edib onu dagitdilar Bir nece ingilis vetendasi 36 ci Diviziya qosunlari terefinden qetle yetirildi Ma Conq Serqi Turkustan Islam Cumhuriyyetinin STIR varligina son qoydu Mahmud Muhiti ordunun qaliqlari ile Yarkend ve Xotana cekildi Respublikanin prezidenti Niyazi Xoca Artusdan Sovet Cin serhedine dogru geri cekildi Haci Niyazi Xoca SSRI de siginacaq tapdi Sovet hokumeti STIR nin legvine raziliq verileceyi teqdirde ona herbi yardim ve boyuk imkanlar ved etdi Serqi Turkustan Islam Cumhuriyyetinin legvi ve herbi destelerin buraxilmasi barede senedlerin imzalanmasindan sonra Niyazi Xoca Sincanin cenubunda Xotan Yarkend hakimiyyet selahiyeti verildiyi Serqi Turkustana qayitdi STIR nin suqutundan sonra didergin dusen diger cumhuriyyet xadimleri Hindistan ve Efqanistanda siginacaq tapdilar IstinadlarUsov V N Sovetskaya razvedka v Kitae 30 e gody XX veka M Tov vo nauch izd KMK 2007 ISBN 978 5 87317 367 9 c 357 Andrew D W Forbes Warlords and Muslims in Chinese Central Asia a political history of Republican Sinkiang 1911 1949 Cambridge England CUP Archive 1986 seh 145 ISBN 0 521 25514 7 2020 06 18 tarixinde Istifade tarixi 2010 06 28 Aichen Wu Turkistan Tumult Oxford University Press 1984 ISBN 978 0 19 583839 8 Guan Yu P Shtrihi k politicheskomu portretu Shen Shicaya 2011 09 16 at the Wayback Machine Neh V F Specialnaya operaciya NKVD v Sinczyane 2020 08 10 at the Wayback Machine Forbes 1986 seh 249 Hsiao ting Lin Modern China s Ethnic Frontiers A Journey to the West Taylor amp Francis 2010 46 ISBN 0415582644 Hsiao ting Lin Modern China s Ethnic Frontiers A Journey to the West Taylor amp Francis 2010 41 ISBN 0415582644 AP REPULSE REBELS AFTER SIX DAYS Spokane Daily Chronicle 1 February 1934 olu kecid AP TUNGAN RAIDERS MASSACRE 2 000 The Miami News 17 March 1934 olu kecid Associated Press Cable TUNGANS SACK KASHGAR CITY SLAYING 2 000 The Montreal Gazette 17 March 1934 24 October 2021 tarixinde Istifade tarixi 5 March 2021 The Associated Press British Officials and 2 000 Natives Slain At Kashgar on Western Border of China The New York Times 17 March 1934 22 February 2014 tarixinde Istifade tarixi 5 March 2021 AP 2000 Killed In Massacre San Jose News 17 March 1934 29 October 2021 tarixinde Istifade tarixi 5 March 2021 David D Wang Under the Soviet shadow the Yining Incident ethnic conflicts and international rivalry in Xinjiang 1944 1949 illustrated Hong Kong The Chinese University Press 1999 seh 53 ISBN 962 201 831 9 2021 04 12 tarixinde Istifade tarixi 2010 06 28 Original from the University of Michigan SekillerSerqi Turkustan Islam Respublikasi hokumeti Xotan esgeri Kumul zabiti Xotan partizanlari Niyazi Xoca prezident Sabit Damolla bas nazir Uygur usyancilariEdebiyyatJames A Millward and Nabijan Tursun Political History and Strategies of Control 1884 1978 in Xinjiang China s Muslim Borderland ISBN 0 7656 1318 2 Michael Zrazhevsky Russian Cossacks in Sinkiang Almanach The Third Rome Russia Moscow 2001 Sven Hedin The flight of Big Horse New York 1936 Burhan Shahidi 包尔汗 Xinjiang wushi nian 新疆五十年 Fifty Years in Xinjiang Beijing Wenshi ziliao 1984 Clubb O E China and Russia The Great Game NY Columbia 1971 Forbes Andrew D W Warlords and Muslims in Chinese Central Asia A Political History of Republican Sinkiang 1911 1949 Cambridge England Cambridge University Press 1986 ISBN 9780521255141 Hasiotis A C Jr Soviet Political Economic and Military Involvement in Sinkiang from 1928 to 1949 NY Garland 1987 Khakimbaev A A Nekotorye Osobennosti Natsional no Osvoboditel nogo Dvizheniya Narodov Sin tszyana v 30 kh i 40 kh godakh XX veka Some Characters of the National Liberation Movement of the Xinjiang Peoples in 1930s and 1940s in Materialy Mezhdunarodnoi Konferentsii po Problemam Istorii Kitaya v Noveishchee Vremya Aprel 1977 Problemy Kitaya Moscow 1978 pp 113 118 Lattimore O Pivot of Asia Sinkiang and the Inner Asian Frontiers of China Boston Little Brown amp Co 1950 Rakhimov T R Mesto Bostochno Turkestanskoi Respubliki VTR v Natsional no Osvoboditel noi Bor be Narodov Kitaya Role of the Eastern Turkestan Republic ETR in the National Liberation Struggle of the Peoples in China A paper presented at 2 ya Nauchnaya Konferentsiya po Problemam Istorii Kitaya v Noveishchee Vremya Moscow 1977 pp 68 70 Wang D The USSR and the Establishment of the Eastern Turkestan Republic in Xinjiang Journal of Institute of Modern History Academia Sinica Taipei vol 25 1996 pp 337 378 Whiting A S and Sheng Shih ts ai Sinkiang Pawn or Pivot Michigan East Lansing 1958 Bugra Muhammad Imin Istoriya Vostochnogo Turkestana Ankara 1998Xarici kecidlerHemcinin baxKumul usyani Niyazi Xoca Sabit Damolla Serqi Turkustan Istiqlaliyyet herekati